Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-116/2021 09.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 49 mənzil 8-də qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda 21.02.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd başı sındırılmış vəziyyətdə olan ampulanını içərisində təmiz çəkisi 0,192 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək sağ əlinin ovuc hissəsində gizlədib saxlayaraq daşımış və həmin gün Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyev prospekti 49 ünvanında yerləşən yaşayış binasının qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun sağ əlinin ovuc hissəsindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitənin heroin növündən istifadə etmişdir. 2021-ci il yanvar ayının xatırlamadığı günündə saat 14:00 radələrində yaşadığı Mingəçevir H.Əliyev prospekti 49 ünvanında yerləşən binanın qarışısında piyada hərəkət edən zaman orada əkilmiş ağacın altından 1 (bir) ədəd gümüşü-ağ rəngli siqaret kağızı bükülüsünün ayağına dəyməsini görüb dayanmış, əyilib həmin bükülünü yerdən götürərək açıb içərisinə baxanda bükümün içərisindəkinin narkotik vasitə olan heroin olmasını anlamışdır. O, heroindən istifadə etdiyinə görə bükümün içərisində olan narkotik vasitəni iyindən, quruluşundan, rəngindən tanımış və bükümü özü ilə götürmüşdür. İçərisində narkotik vasitə heroin olan gümüşü-ağ rəngli kağız bükümdən istifadə etməyə fürsət tapmamış, həmin narkotik vasitəni daha sonra gələcəkdə istifadə etmək məqsədi ilə əyninə geyindiyi gödəkçənin cibinə qoyaraq gizlətmişdir. 21 fevral 2021-ci il tarixdə qohumu Şahid4lə görüşüb söhbət edən zamanı hər kəs özündə olan narkotik vasitədən istifadə etməsi üçün əczaxanadan şpris və sair ləvazimatları birlikdə almışlar. Elə həmin gün saat 18:30 radələrində yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 49 ünvanında yerləşən binanın yanında qohumu Şahid4lə birlikdə narkotik vasitə heroini qəbul etmək üçün üstündə olan heroini ampulanın içərisində həll etmiş, məhlulu şprisə doldurub bədəninə yeritmək istəyən vaxt mülki paltarda olan şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəlmişdir. Polis şöbəsində müdafiəçi kimi X8 ona təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində 21.02.2021-ci il tarixdə saat 19:10 radələrində vəkil X4 iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya olub-olmaması soruşulmuş, olduğu təqdirdə isə çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən video çəkiliş aparmaqla üzərində axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra video çəkiliş tətbiq etməklə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı sağ əlinin içərisindən maye halında olan 1 (bir) ədəd üzərinə «VODA» yazılmış, başlığı sındırılmış vəziyyətdə olan ampula, əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd alışqan, bir ədəd içərisində ağzı açıq şəkildə olan limon duzu paketi olan «ROTHMANDS» markalı siqaret qutusu, 1 ədəd «WEST» markalı siqaret qutusu, gödəkçəsinin sağ yan cibindən 1 ədəd «HUAWEİ» markalı mobil telefon, gödəkçəsinin içəri sol cibindən 2 ədəd istifadə olunmamış şpris, əynindəki sarı rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd «WEST» markalı siqaret qutusu, 3 (üç) ədəd 20 (iyrimi) manatlıq, 1 (bir) ədəd isə 1 (bir) manatlıq əskinaslar olmaqla cəmi 61 (altmış bir) manat nağd pul polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Ampulanın içərisinə polis əməkdaşları tərəfindən baxılarkən içərisindəki məhlulun iyindən və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildiyini, həmin narkotik vasitəni 2021-ci il yanvar ayının xatırlamadığı günündə saat 14:00 radələrində yaşadığı Mingəçevir H.Əliyev prospekti 49 ünvanında yerləşən binanın qarşısında piyada hərəkət edən zaman orada əkilmiş ağacın altından 1 (bir) ədəd gümüşü-ağ rəngli siqaret kağızı bükülüsünü taparaq gələcəkdə istifadə etmək məqsədi ilə əyninə geyindiyi gödəkçənin cibinə qoyub gizlədərək üzərində saxladığını etiraf etmişdir. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd heroin məhlulunun fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş büküm elektron tərəzidə çəkilmiş və heroinin ampula ilə birlikdə çəkisi 4.01 ( dörd tam yüzdə bir) qram olmuşdur. Həmin narkotik vasitə barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o, da imza etmişdir. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edildiyi bildirmişdir. Sonradan Şahid4 üstündə də axtarış aparılan zaman ondan da narkotik vasitə - heroin aşkarlandığı ona məlum olmuşdur. Heç bir vaxt biri-birlərinə nə narkotik vasitə satmışlar, nə də ki, pay vermişlər. 21 fevral 2021-ci il tarixdə də hər kəs özündə olan narkotik vasitə heroindən istifadə etmək üçün birinci dəfə bir araya gəlmişlər. Etdiyi əməldən peşmandır. Qardaşı birinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Ona görə də bütün bunları nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 21 fevral 2021-ci il tarixdə təsadüfən qohumu Təqsirləndirilən şəxsla görüşmüş, söhbət etmişlər. Bu zaman hər biri özündə olan narkotik vasitədən istifadə etmələri üçün əczaxanadan şpris və sair ləvazimatları birlikdə almışlar. Elə həmin gün saat 18:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 49 ünvanında yerləşən binanın yanında sonuncu narkotik vasitə heroini qəbul etmək üçün üstündə olan heroini ampulanın içərisində həll etmiş, məhlulu şprisə doldurub bədəninə yeritmək istəyən vaxt mülki paltarda olan şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiklərini deməklə onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəlmişlər. Polis şöbəsində onun üzərinə axtarış zamanı üzərindən narkotik vasitə heroin aşkar olunmuş və buna görə də barəsində cinayət işi başlanılaraq məhkəməyə göndərilmiş və hazırda məhkəmənin icraatındadır. Sonradan Təqsirləndirilən şəxs da üzərinə axtarış aparılan zaman ondan da narkotik vasitə olan heroin şakar edilərək götürüldüyünü bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı xüsusi rütbəsində xidmət edir. 21 fevral 2021-ci il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakinləri olan Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 21.02.2021-ci il tarixdə saat 18:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları: Şahid3, Şahid2la birlikdə Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs və Şahid4 birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospekti 49 ünvanında yerləşən binanın qarşısında dayanmalarını görüb narkotik vasitədən istifadə etməyə hazırlıq görmələrindən şübhələnərək onlara yaxınlaşaraq barələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə polis şöbəsində məlumat olduğunu bildirərək onları polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs və Quliyev X7 ŞPŞ-nə gətirilmişlər. Polis şöbəsinə vəkillərdən əvvəlcə X9 dəvət olunmuş və vəkilin iştirakı ilə X10 narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Şahid4 qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Şahid4 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Şahid4 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Şahid4 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü-ağ rəngli kağızına bükülümüş bükümdə narkotik vasitə heroin, «Nokia 222» markalı mobil telefon, cins şalvarın sol yan cibindən 1 ədəd 1 manatlıq və 6 ədəd 10 qəpiklik pul əskinasları, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən içərisində maye halında heroin kütləsi olan 1 ədəd şpris, əynindəki gödəkçənin sol yan cibindən «Baku Blue» markalı siqaret qutusu, 1 ədəd kibrit qutusu, 1 ədəd cib dəsmalı və gödəkçəsinin sol iç cibindən isə 1 ədəd istifadə olunmuş şpris aşkar olunmuşdur. Aşkar edilən gümüşü-ağ bükümün və şprisin içərisi nəzərdən keçirilərkən içərisindəki kütlə və məhlulun iyindən və görünüşündən narkotik vasitə olan heroinə oxşar kütlə və məhlul olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlənin ümumi çəkisi 0.44 (sıfır tam yüzdə qırx dörd) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlə və şprisin içrəsindəki məhlulun fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan narkotik vasitəyə oxşar kütlə və məhlul zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Şahid4 özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Şahid4 üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd bükümdəki kütlələrin narkotik vasitə “heroin” olduğunu, həmin “heroini”nı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni gümüşü-ağ kağıza bükülmüş vəziyyətdə 2021-ci il fevral ayının 21-də saat təxminən 15-16 radələrində «Kür çayı»nın sol sahilinin Mingəçevir şəhəri ərazisindən keçən hisəsində salınmış «Sahil» parkında piyada hərəkət edən zaman orada əkilmiş ağacın altından 1 (bir) ədəd gümüşü-ağ rəngli siqaret kağızı bükülüsünü taparaq gələcəkdə istifadə etmək məqsədi ilə əyninə geyindiyi göy rəngli cins şalvarın sağ yan cibində gizlədərək üzərində saxladığını bildirmişdir. Bundan sonra polis şöbəsinə vəkillərdən X8 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs sağ əlinin içərisində maye halında olan 1 (bir) ədəd üzərinə «VODA» yazılmış, başlığı sındırılmış vəziyyətdə olan ampula, əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd alışqan, bir ədəd içərisində ağzı açıq şəkildə olan limon duzu paketi olan «ROTHMANDS» markalı siqaret qutusu, 1 ədəd «WEST» markalı siqaret qutusu, gödəkçəsinin sağ yan cibindən 1 ədəd «HUAWEİ» markalı mobil telefon, gödəkçəsinin içəri sol cibindən 2 ədəd istifadə olunmamış şpris, əynindəki sarı rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd «WEST» markalı siqaret qutusu, 3 (üç) ədəd 20 (iyrimi) manatlıq, 1 (bir) ədəd isə 1 (bir) manatlıq əskinaslar olmaqla cəmi 61 (altmış bir) manat nağd pul aşkar olunmuşdur. Aşkar edilən başlığı sındırılmış ampulanın içərisi nəzərdən keçirilərkən içərisindəki məhlulun iyindən və görünüşündən narkotik vasitə olan heroinə oxşar məhlul olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar məhlulun elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin məhlulun ampula ilə birilkdə ümumi çəkisi 4.01 (dörd tam yüzdə bir) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd ampulanın içrəsindəki məhlulun fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan narkotik vasitəyə oxşar məhlul zərfə qoyularaq qablaşdırımış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd ampulanın içərisindəki məhlulun narkotik vasitə “heroin” olduğunu, həmin “heroini”nı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitəni gümüşü-ağ kağıza bükülmüş vəziyyətdə 2021-ci il yanvar ayının xatırlmadığı günündə saat 14:00 radələrində yaşadığı Mingəçevir H.Əliyev prospekti 49 ünvanında yerləşən binanın qarışısında piyada hərəkət edən zaman orada əkilmiş ağacın altından 1 (bir) ədəd gümüşü-ağ rəngli siqaret kağızı bükülüsünü taparaq gələcəkdə istifadə etmək məqsədi ilə əyninə geyindiyi gödəkçənin cibində gizlədərək üzərində saxladığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22.02.2021-ci il tarixli 17\145 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitə...” sözləri yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd başlığı qırıq şüşə ampulada, həcmi - 1,10 ml olan maye kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhluludur. 01 (bir) ədəd başlığı qırıq şüşə ampuladakı məhlulda heroinin quru maddəsinin təmiz çəkisi – 0,192 qramdır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 27.04.2021-ci il tarixli 447 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan 06 may 2021-ci il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 1.10 ml olan narkotik vasitə – heroindən məhkəmə kimyəvi ekpertizasının tədqiqatına 0,5 ml sərf edildikdən sonra qalan qalıq 0.60 ml olan narkotik vasitə heroin, 1 (bir) ədəd limon duzu paketi, 2 (iki) ədəd istifadə olunmamış şpris maddi sübut kimi maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Cinayət işi materiallarında olan Mingəçevir ŞPŞ-nin İB-nin baş müstəntiqi Səxavət Mirzəyevin materialdan digər materialın ayrılması barədə 22.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Eldar oğlunun və Şahid4 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə olan material hər bir şəxsin barəsində ayrı icraata ayrılaraq araşdırma aparılması qərara alınmışdır. İş materialarında olan DİN BƏSİİ-nin 25.02.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Mingəçevir şəhər 3 saylı MİS-in xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 saylı MİS-in ərazisində yaşadığı müddət ərzində qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 Təqsirləndirilən şəxs anasıdır. İş materiallarına əlavə olunmuş ƏSMM tərəfindən verilmiş ******* saylı vəsiqədən görünür ki, X2 şəhid statusu vardır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda 21.02.2021-ci il tarixdə istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda 1 (bir) ədəd başı sındırılmış vəziyyətdə olan ampulanını içərisində təmiz çəkisi 0,192 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan üzərində gəzdirərək sağ əlinin ovuc hissəsində gizlədib saxlayaraq daşımış və həmin gün Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində H.Əliyev prospekti 49 ünvanında yerləşən yaşayış binasının qarşısında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19 radələrində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun sağ əlinin ovuc hissəsindən aşkar edilib götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini və yaşayış yerində müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, təqsirləndirilən şəxsin şəhid ailəsindən olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 23.02.2021-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs 21 fevral 2021-ci il tarixdən 23 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 93-1.1-cü maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Həmin Məcəllənin 93-1.2-ci maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Azərbaycan Respublikası CM-nin 93-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 74-1.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər barəsində narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlər müvafiq icra hakimiyyəti orqanının tibb müəssisələrində həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 71 manat 94 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.60 ml narkotik vasitə heroin, 1 (bir) ədəd limon duzu paketi, 2 (iki) ədəd istifadə olunmamış şpris Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 fevral 2021-ci ildən 23 fevral 2021-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.60 ml narkotik vasitə heroin, 1 (bir) ədəd limon duzu paketi, 2 (iki) ədəd istifadə olunmamış şpris məhv edilsin. İş üzrə 71 (yetmiş) manat 94 (doxsan dörd) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 300 (üç yüz) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-116/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-116/2021
09.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver