Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-116/2022 12.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-Mingəçevir Şəhər Konsensuss Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1983-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Mingəçevir şəhəri, ünvan 2sində polisin nəzarəti altınavermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1985-ci il tarixdə Bərdə rayonunun, Qarağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(107)-15/2021 saylı qərarı ilə CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 1 il 1 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 7(003)-1059/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilmiş 4 ay 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəza müddətinin bitməsi ilə qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Bərdə rayonu, Qarağacı kəndində qeydiyyatda olan və ünvan 3 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 mart 2022-ci il tarixdə saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində - «Orxan» bazarının yaxınlığında yerləşən mağazaya daxil olmaq üçün Təqsirləndirilən şəxs2la cinayət əlaqəsinə girdikdən sonra aralarında olan razılaşmaya əsasən həmin tarixdə Təqsirləndirilən şəxs2 mağazanın yaxınlığında olan «Azərkabel» zavodunun qarşısında pusquda dayanmış, o isə zavodun hasarından aşıb zavodun ərazisinə keçdikdən sonra oradan yenidən hasarı aşaraq, bazarın ərazisinə keçib, zavodun həyətindən əldə etdiyi istintaqa məlum olmayan dəmir parçasını Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazanın plastik materialdan olan qapısı ilə çərçivəsi arasına daxil edib təyziq göstərməklə mağazanın qapısını açıb mağazaya qanunsuz daxil olduqdan sonra, orada satış üçün nəzərdə tutulmuş 250 ədəd 1 manatlıq, 180 ədəd 2 manatlıq, 75 ədəd 5 manatlıq, 15 ədəd 10 manatlıq «poz-qazan» lotereyaları, 500 manatlıq uduşlu formada olan poz-qazan lotereyaları, həmçinin yaxınlıqda olan mağazaya satmaq üçün ayrıca sellofana bükülmüş formada olan içərisində 80 ədəd 5 manatlıq və 100 ədəd 2 manatlıq «poz-qazan» lotereyası olan 600 manat dəyərində «poz-qazan» lotereyası olmaqla ümumilikdə dəyəri 2235 (iki min iki yüz otuz beş) manat olan «poz-qazan» lotereyalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 mart 2022-ci il tarixdə saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabqacadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində-«Orxan» bazarının yaxınlığında yerləşən mağazaya daxil olmaq üçün Təqsirləndirilən şəxs1la cinayət əlaqəsinə girdikdən sonra, aralarında olan razılaşmaya əsasən həmin tarixdə o, mağazanın yaxınlığında olan «Azərkabel» zavodunun qarşısında pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə zavodun hasarından aşıb zavodun ərazisinə keçdikdən sonra, oradan yenidən hasarı aşaraq, bazarın ərazisinə keçib, zavodun həyətindən əldə etdiyi istintaqa məlum olmayan dəmir parçasını Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazanın plastik materialdan olan qapısı ilə çərçivəsi arasına daxil edib təyziq göstərməklə mağazanın qapısını açıb mağazaya qanunsuz daxil olduqdan sonra, orada olan satış üçün nəzərdə tutulmuş 250 ədəd 1 manatlıq, 180 ədəd 2 manatlıq, 75 ədəd 5 manatlıq, 15 ədəd 10 manatlıq «pozqazan» lotereyaları, 500 manatlıq uduşlu formada olan «poz-qazan» lotereyaları, həmçinin yaxınlıqda olan mağazaya satmaq üçün ayrıca sellofana bükülmüş formada olan içərisində 80 ədəd 5 manatlıq və 100 ədəd 2 manatlıq «poz-qazan» lotereyası olan 600 manat dəyərində «poz-qazan» lotereyası olmaqla ümumilikdə dəyəri 2235 (iki min iki yüz otuz beş) manat olan «poz-qazan» lotereyalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Mərkəzi bazarda Tələbə kafesinin yaxınlığında qardaşı Sənanla birlikdə meyvə satışı ilə məşğuldur. xx.xx.2022-ci il tarixdə təxminən saat 21 radələrində Tələbə kafesində spirtli içki içdikdən sonra oradan əvvəllər yaşadığı Mingəçevir şəhəri, Puşkin küçəsi, 10 saylı binanın qarşısına tanışları ilə söhbət etmək məqsədilə getmişdir. Orada tanışı Təqsirləndirilən şəxs2 görmüşdür. Həmin vaxt aralarında olan söhbət zamanı o, səhər bazarda poz-qazan lotereyasında 200 manat pul uduzduğunu demişdir. Həmin vaxt Ramil onların Mingəçevir şəhəri, H.Əliyev prospektində “Orxan” bazarının yaxınlığında olan mağazada poz-qazan lotereyalarının olduğunu bildirmiş və həmin lotereyaları oğurlamağı təklif etmişdir. Belə ki, Ramil anası ilə birlikdə Mingəçevir şəhərində yerləşən bazarda göygöyərti satışı ilə məşğuldur. O spritli içkinin təsirində olduğundan Ramillə razılaşmışdır. Təxminən gecə saat 04 radələrində Ramillə birlikdə Orxan bazarı istiqamətində binaların arası ilə hərəkət etmişlər. Bazarın hər tərəfi bağlı olduğundan “Azərkabel” zavodunun hasarından aşaraq zavodun ərazisinə daxil olmuşdur. Ramil isə zavodun qapısının yanında onu gözləmişdir. O hasarın kənarı ilə mağazanın yerləşdiyi yerin yaxınlığına getmiş və hasarın yanından uzunsov formada olan 1 ədəd dəmir parçasını mağazanın qapısını açmaq üçün özü ilə götürmüş və bazara daxil olmuşdur. Orada mazağanın qapısını özü ilə gətirdiyi dəmir parçasını mağazanın plastik qapısı ilə çərçivəsinin arasına salaraq qapını açmışdır. Mağazaya daxil olduqdan sonra içəridə siqaret, nəğd pul və pozqazan lotereyalarının olduğunu görmüşdür. Qeyd olunanlardan yalnız poz-qazan lotereyalarını götürüb mağazadan çıxmışdır. Gəldiyi kimi də hasardan aşaraq bazarı tərk etmişdir. Əlində olan qapını açmaq üçün götürdüyü dəmir parçasını zavodun həyətinə atmışdır. Hasarı aşdıqdan sonra Ramillə birlikdə X9 istqamətində piyada hərəkət etmiş və orada taksiyə əyləşərək Yevlax rayonu Xaldan qəsəbəsinə getmişlər. Oradan tanımadıqları taksi ilə Ağdaş rayonu, Ləki kəndinə, oradan isə Bakı şəhərinə getmişlər. Bakı şəhərində 8-ci kilometr bazarında Ramilin tanışı Xəyalla görüşmüşlər. Xəyala əllərindəki lotereyaların oğuruq olması və onları satmaq istədiklərini demişlər. Həmin vaxt Xəyal lotereyaları götürmüş və o, Xəyalın lotereyaların hamısını satacağını görüb onların bir hissəsini götürərək Mingəçevir şəhərinə qayıdacağını deyərək getmiş və lotereyaları pozmuş, alınan uduşları isə 20 Yanvar metrostansiyasının yaxınlığında və Sumqayıt şəhərində olan məntəqələrdə nəğdləşdirmiş, bu yolla təxminən 300-400 manat pul əldə etmişdir. Həmiçinin onda olan lotereyalar 5 manatlıq və 1 manatlıq olmaqla qutular şəklində açılmamış vəziyyətdə olmuşlar. Əldə etdiyi pulu özü üçün siqaret və yeyib içməyə xərcləmişdir. Bir hissəsinə isə poz-qazan almışdır. Həmin gündən sonra isə Xəyal və Ramili görməmişdir. xx.xx.2022-ci il tarixdə törətdiyi oğurluq əməlinə görə Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə dəvət etmişlər. Baş vermiş oğurluq hadisəsindən yalnız Ramilin tanışı X4 məlumatı olmuşdur. Belə ki, Bakı şəhərində Xəyala Ramillə birlikdə oğurluq etmələri və oğurluq yolu ilə əldə etdikləri lotereyaları satmaq istədikləri haqqında məlumat vermiş və Xəyal da Ramillə birlikdə lotereyaları satmaq üçün getmişdir. O isə özündə olan lotereyaları pozub uduş məbləğlərini nəğdləşdirirək Mingəçevir şəhərinə qayıtmışdır. Eyni zamanda o, oğurluq yolu ilə əldə etdiyi həmin lotereyaları satdığı məntəqələrin yerilərini unutmuşdur. Belə ki, Sumqayıtda 20-30 manatlıq, 20 Yanvar metrostansiyasının yaxınlığında 300 manatlıq uduş məbləğini nəğdləşdirmiş, lakin həmin yerləri yaxşı tanımadığından həmin yerləri dəqiq xatırlamır. Bununla belə zərərçəkmişə dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və onunla barışıq əldə edilmişdir. Himayəsində 1 nəfər azyaşlı uşağı vardır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs1 ilə Mingəçevir şəhəri Puşkin küçəsində qonşuluqda yaşamışlar. xx.xx.2022-ci il tarixdə saat 04 radələrində Qalib onun yaşadığı evə gəlmiş və birlikdə həyətə düşmüşlər. Söhbət zamanı Qalib günorta saatlarında poz-qazan lotereyasında 200 manat pul uduzduğunu və ona görə də pozqazan lotereyası oğurlamaq istədiyini ona bildirmişdir. O isə “Orxan” bazarında anasının satıcı kimi işlədiyi yerin yaxınlığında poz-qazan lotereyalarının olduğunu, lakin həmin ərazinin yaxınlığında yaşadığından oğurluq üçün ora girə bilməyəcəyini bildirmişdir. Həmin vaxt Qalib onunla getməsini və özünün bazara daxil olub mağazdan oğurluq edəcəyini bildirmişdir. Beləliklə, onlar Qaliblə Puşkin küçəsindən binaların arası ilə Mingəçevir şəhəri, H.Əliyev pospektində yerləşən “Azərkabel” zavodunun qarşısına getmişlər. O, Qalibi orada gözləmiş və Qalib hasardan aşaraq zavodun ərazisinə daxil olmuşdur. Təxminən 15-20 dəqiqədən sonra Qalib əlində içərisində poz-qazan lotereyaları olan sellofan torba ilə qayıdaraq hasardan aşmışdır. Sonra onlar əldə etdikləri lotereyaları Bakı şəhərində satmaq qərarına gəlmişlər. Beləliklə, Qaliblə birlikdə Mingəçevir şəhər sənaye parkı istiqamətində hərəkət etmiş və oradan ağ rəngli VAZ 2107 markalı avtomobilə əyləşərək Yevlax rayonu, Xaldan qəsəbəsinə getmək üçün Qalib sürücüyə 5 manat pul vermişdir. Oradan Ağdaş rayonu, Ləki kəndinə, daha sonra isə Bakı şəhərinə getmişlər. Təxminən saat 08 radələrində Bakı şəhərinə çatmışlar. Oradan Qalibin Sumqayıt şəhərində yaşayan qohumugilə getmişlər, lakin Qalibin qohumuna oğurluq lotoreyaları satmağı təklif etsələr də, o, bundan imtina etmişdir. Daha sonra Qalib uduşlu lotereyalardan bir neçəsini Sumqayıtda nəğd pula dəyişmiş və təxminən 100-150 manat pul əldə etmişdir. Sonra oradan Bakı şəhərinə getmişlər və o, lotereyaları satması üçün tanışı Xəyal Bayramova zəng etmişdir. Onlar Xəyalla Bakı şəhəri, Sabunçu qəsəbəsi ərazisində görüşmüşlər və ona oğurluq poz-qazan lotereyalarının olduğunu və onları satmaq istədiklərini demişlər. Qalib Xəyalın lotereyaları satmasına razı olmamış və lotereyaların bir hissəsini götürüb getmişdir. Xəyal 8-ci kilometr bazarında lotereyaları satdığını demiş və ona 320 manat pul vermişdir. Lakin o, Xəyalın lotereyaları kimə satması haqqında məlumatı olmamışdır. X13 satması üçün təxminən 150 manat dəyərində lotereya vermişdir. Həmin lotereyaları Xəyalın satıb-satmaması haqqında məlumatı olmamışdır. Bir gün Bakı şəhərində qaldıqdan sonra Mingəçevir şəhərinə qayıtmışdır. Təxminən 2 gün sonra Qalib yenidən onun yaşadığı evə gələrək Xəyala daha çox pul çatdığını deyərək narazılıq etmişdir. xx.xx.2022-ci il tarixdə isə Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə dəvət etmişlər. O, ilkin olaraq verdiyi izahat və ifadəsində cinayət məsuliyyətinə cəlb olunmamaq üçün Təqsirləndirilən şəxs1 oğurluq etdikdən sonra gəlib ona bu barədə məlumat verməsi və yalnız bundan sonra lotereyaları satmaq üçün Bakı şəhərinə getdiklərini bildirsə də, üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1la birlikdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Azərkabel” zavodunun qarşısına getdiyini orada Qalibi gözlədiyini və Qalibin mağazadan poz-qazan lotereyalarını oğurlayıb gəldikdən sonra onları satmaq məqsədilə Bakı şəhərinə getməyi etiraf etmişdir. Həmin lotereyaların satışından ona çatmış 320 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Baş vermiş oğurluq hadisəsi haqqında yalnız tanışı X4 məlumatı olmuşdur. Bununla belə zərərçəkmiş şəxsə dəymiş maddi ziyan tam şəkildə ödənilmiş və onunla barışıq əldə edilmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, təxminən 7-8 ildir ki, Mingəçevir şəhəri, H.Əliyev prospektində “Orxan” bazarının yaxınlığında yerləşən “Yaşar firmasına” aid bazarda icarəyə götürdüyü mağazada kontur, siqaret və poz-qazan lotereyalarının satışı ilə məşğul olur. Mağazanı hər gün səhər 8 radələrində açır və axşam saat 7-8 radələrində mağazanı bağlayır. xx.xx.2022-ci il tarixdə axşam saat 8 radələrində mağazanı bağlamışdır. Həmin vaxt mağazada nəğd pulun olub-olmamasını dəqiq xatırlamır. Lakin həmin gün mağazada satış üçün nəzərdə tutulmuş, istifadə olunmamış vəziyyətdə 200-250 ədəd 1 manatlıq poz-qazan, 180 ədəd 2 manatlıq poz-qazan, 75 ədəd 5 manatlıq poz-qazan, 15 ədəd 10 manatlıq poz-qazan lotereyaları və 450-500 manatlıq uduşlu formada olan poz-qazan lotereyaları, həmçinin yaxınlıqda olan mağazaya satmaq üçün ayrıca sellofana bükülmüş formada olan içərisində 80 ədəd 5 manatlıq poz-qazan lotereyası və 100 ədəd 2 manatlıq poz-qazan lotereyası olmaqla 600 manat dəyərində istifadə olunmamış lotereya, o cümlədən müxtəlif markalı siqaretlər və kontur olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində mağazanı açmaq üçün gəlmiş və mağazanın plastik materialdan olan qapısının açıq vəziyyətdə olduğunu görmüşdür. Qapının kənarlarında dəmir parçasına aid olan izlər olmasını görmüşdür. Mağazadan hansı məhsulların oğurlanmasını müəyyən etmək üçün baxan zaman ona məlum olmuşdur ki, mağazada olan yuxarıda qeyd etdiyi bütün poz-qazan lotereyaları oğurlanmışdır. Həmin lotereyaların dəyəri təxminən 2235 (iki min iki yüz otuz beş) manat olmuşdur. Bununla belə ona dəymiş maddi ziyan təqsirləndirilən şəxslər tərəfindən tam həcmdə ödənilmişdir. Hazırda onlardan heç bir şikayət və tələbi yoxdur, həmçinin onlarla barışıq əldə etmişdir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir ŞPŞ-də işləyir. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan Yusifov X1 ŞPŞ-yə ərizə ilə müraciət edərək icarə əsasında işlətdiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində “Orxan” bazarının yaxınlığında yerləşən mağazadan 2022-ci ilin mart ayının 10-11 tarixlərinə keçən gecə oğurluq hadisəsnin baş verdiyini və mağazada olan 2235 manat dəyərində poz-qazan lotereyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə bildirmişdir. Zərərçəkmiş şəxs etdiyi müraciət ilə əlaqədar olaraq hadisə yerinə baxış keçirilmiş, oğurluq hadisəsinin baş verdiyi mağaza ilə üzbəüz mağazanın kameranın yaddaşından oğurluq anının görüntüləri götürülmüşdür. Daha sonra daxil olmuş əməliyyat məlumatı əsasında qeyd olunan oğurluq hadisəsinin Mingəçevir şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi və həmin oğurluq yolu ilə əldə edilmiş poz-qazan lotereyalarını Bakı şəhərində yaşayan tanışları X4 vasitəsilə satışını həyata keçirdikləri müəyyən edilmişdir. Bundan sonra keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evdə müəyyən edilərək Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Xəyal Bayramov isə tanışı Şahid4 yaşadığı evdə müəyyən olunaraq Şahid4 ilə birlikdə Mingəçevir ŞPŞ-nə gətirilmişlər. Dindirilmə zaman hər üç şəxs törətdikləri cinayət əməllərini etiraf etmişlər və eyni zamanda oğurluq yolu ilə əldə etdikləri poz-qazan lotereyalarının bir qismini Bakı şəhərində, bir qismini isə Sumqayıt şəhərində sataraq və yaxud uduşu nəğd pula çevirməklə pul əldə etdiklərini bildirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 digər Şahid1 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirakı mümkün olmamış, Şahid4 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, X7 Mingəçevir şəhərində bazarlarda meyvə satışı ilə məşğul olan zaman tanımış, Xəyalla normal münasibəti olmuşdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə əvvəllər tanımamışdır. Bir neçə müddətdir ki, o, Xəyalı görməmiş və Xəyalla əlaqə saxlamamışdır. xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Xəyal bazara onun meyvə satışı ilə məşğul olduğu yerə gəlmişdir. Pulunun olmadığını, nisyə alma verməsini, alma satışı ilə məşğul olmaq istədiyini bildirmişdir. O, Xəyala nisyə 2 yeşik alma vermiş və yanında sataraq pulunu verməsini, qalan pulu isə özünə götürməsini bildirmişdir. Axşama kimi Xəyal meyvəni satmış və 20 manat gəlir əldə etmişdir. Axşam isə ona qalacaq yerinin olmadığını demişdir. O da Xəyala 1 gecəlik onun evində qala biləcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə o və Xəyal evdə olan zaman polis əməkdaşları tərəfindən Mingəçevir ŞPŞ-nə gətirmişlər. Orada ona məlum olmuşdur ki, Xəyal tanışları ilə birlikdə Mingəçevir şəhərində olan poz-qazan satışı mağazalarından birindən oğurluq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs icarə əsasında Mingəçevir şəhəri H.Əliyev prospektində “Orxan” bazarının yaxınlığında icarə əsasında işlətdiyi mağazadan 2022-ci ilin mart ayının 10-dan 11-nə keçən gecə naməlum şəxs və ya şəxslər mağazanın plastik materialdan olan qapısını açmaq yolu ilə mağazaya daxil olaraq oradan ümumilikdə 2235 (iki min iki yüz otuz beş) manat dəyərində poz-qazan lotereyalarının oğurlanmış və həmin oğurluqla bağlı görüntüləri əks etdirən görüntülər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, naməlum şəxs Zərərçəkmiş şəxs icarəyə götürdüyü mağazanın qapısına yaxınlaşaraq qapıya təyziq göstərməklə qapını açaraq mağazaya daxil olur. Sonra həmin naməlum şəxs əlində mağazadan içərisində oğurladığı poz-qazan lotereyaları olan sellofan torbanı götürərək mağazanı tərk edir və bazarın arxa hissəsində bazarı əhatələyən hasar istiqamətində hərəkət edir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2020-cı il tarixli 1(051)–112/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilinib, 2 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(107)-15/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilmiş və ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs2 Mingəçevir Şəhər Məhkəməsinin 15 sentyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmaqla 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən hazırkı qərarla təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(003)-1059/2021 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan 04 ay 26 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqacadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, H.Əliyev prospektində “Orxan” bazarının yaxınlığında icarə əsasında işlətdiyi mağazaya qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmələri və onların əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Onlara qarşı elan edilmiş ittihamda təqsirli olmaları, özlərinin etirafedici ifadələri, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədiylə 11 mart 2022-ci il tarixdə saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində - «Orxan» bazarının yaxınlığında yerləşən mağazaya daxil olmaq üçün Təqsirləndirilən şəxs2la cinayət əlaqəsinə girdikdən sonra aralarında olan razılaşmaya əsasən həmin tarixdə Təqsirləndirilən şəxs2 mağazanın yaxınlığında olan «Azərkabel» zavodunun qarşısında pusquda dayanmış, o isə zavodun hasarından aşıb zavodun ərazisinə keçdikdən sonra oradan yenidən hasarı aşaraq, bazarın ərazisinə keçib, zavodun həyətindən əldə etdiyi istintaqa məlum olmayan dəmir parçasını Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazanın plastik materialdan olan qapısı ilə çərçivəsi arasına daxil edib təyziq göstərməklə mağazanın qapısını açıb mağazaya qanunsuz daxil olduqdan sonra, orada satış üçün nəzərdə tutulmuş 250 ədəd 1 manatlıq, 180 ədəd 2 manatlıq, 75 ədəd 5 manatlıq, 15 ədəd 10 manatlıq «poz-qazan» lotereyaları, 500 manatlıq uduşlu formada olan poz-qazan lotereyaları, həmçinin yaxınlıqda olan mağazaya satmaq üçün ayrıca sellofana bükülmüş formada olan içərisində 80 ədəd 5 manatlıq və 100 ədəd 2 manatlıq «poz-qazan» lotereyası olan 600 manat dəyərində «poz-qazan» lotereyası olmaqla ümumilikdə dəyəri 2235 (iki min iki yüz otuz beş) manat olan «poz-qazan» lotereyalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmalıdır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqında, həmçinin tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 mart 2022-ci il tarixdə saat 04 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabqacadan əlbir olan bir qrup şəxs halında birləşib Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində - «Orxan» bazarının yaxınlığında yerləşən mağazaya daxil olmaq üçün Təqsirləndirilən şəxs1la cinayət əlaqəsinə girdikdən sonra, aralarında olan razılaşmaya əsasən həmin tarixdə o, mağazanın yaxınlığında olan «Azərkabel» zavodunun qarşısında pusquda dayanmış, Təqsirləndirilən şəxs1 isə zavodun hasarından aşıb zavodun ərazisinə keçdikdən sonra, oradan yenidən hasarı aşaraq, bazarın ərazisinə keçib, zavodun həyətindən əldə etdiyi istintaqa məlum olmayan dəmir parçasını Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi mağazanın plastik materialdan olan qapısı ilə çərçivəsi arasına daxil edib təyziq göstərməklə mağazanın qapısını açıb mağazaya qanunsuz daxil olduqdan sonra, orada olan satış üçün nəzərdə tutulmuş 250 ədəd 1 manatlıq, 180 ədəd 2 manatlıq, 75 ədəd 5 manatlıq, 15 ədəd 10 manatlıq «poz-qazan» lotereyaları, 500 manatlıq uduşlu formada olan «poz-qazan» lotereyaları, həmçinin yaxınlıqda olan mağazaya satmaq üçün ayrıca sellofana bükülmüş formada olan içərisində 80 ədəd 5 manatlıq və 100 ədəd 2 manatlıq «poz-qazan» lotereyası olan 600 manat dəyərində «pozqazan» lotereyası olmaqla ümumilikdə dəyəri 2235 (iki min iki yüz otuz beş) manat olan «poz-qazan» lotereyalarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 da əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.1 və 177.2.3–cü maddələri ilə tövsif olunmalıdır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Təqsirləndirilən şəxs2 xx.xx.2021–ci il tarixdə Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il 1 ay 28 müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 4 ay 26 günüçəkmədən şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmiş, lakin cəzanın çəkilməmiş hissəsinin başa çatmasına 21 gün qalmış, yəni xx.xx.2022-ci il tarixdə yenidən qəsdən cinayət törətmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3– cü maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalı, həmçinin həmin Məcəllənin 76.6.3–cü maddəsinə əsasən onun barəsində tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamiylə ödəməklə barışıq əldə etməsini, ilk dəfə az ağır cinayət törətməsini, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını, eləcə də Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən də onun təqsirləndirilən şəxlərdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən, xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2019-ci il tarixdə doğulmuş Arzum adlı bir nəfər azyaşlı uşağı vardır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər 2 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutuluş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlanılması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 barəsində “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, qətimkan tədbiri seçmək və müvvəqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Mingəçevi şəhər Polis Şöbəsinin MSK-dən dərhal azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir Göstərilənlərə əsasən məhkəmə istintaqında müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 03 gün müddətə həbsdə saxlanılmışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 həbsdə qaldığı müddəti nəzərə alaraq hesab edir ki, onun xx.xx.2022–ci il tarixdən xx.xx.2022–ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamiylə ödəməklə barışıq əldə etməsini, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir şəhər, 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən də onun təqsirləndiirlən şəxlərdən heç bir şikayət və tələbi yoxdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(107)-15/2021 saylı qərarı ilə AR CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə 1 il 1 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 7(003)-1059/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 4 ay 26 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmasına və xx.xx.2022-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmasına baxmayaraq, cəzanın çəkilməmiş hissəsi ərzində, həmçinin məhkumluğu ödənilmədən, xx.xx.2022-ci il tarixdə yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Belə ki, işdə olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli 282477/3-12 saylı məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 7(003)-1059/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 4 ay 26 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1–ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Həmin Məcəllənin 76.6.3–cü maddəsinin tələbinə görə cəzanın çəkilməmiş hissəsi ərzində məhkum, qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67–ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə daha ciddi cəza, yəni residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, həmçinin Təqsirləndirilən şəxs2 cəzanın çəkilməmiş hissəsinin başa çatmasına 21 (iyirmi bir) gün qalmış yenidən qəsdən az ağır cinayət törətməsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3–cü maddəsinə əsasən onun barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli 7(003)-1059/2021 saylı qərarı ilə təyin edilmiş cəzasının çəkilməmiş qalan 4 ay 26 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsini və həmin Məcəllənin 67.1–ci maddəsində nəzərdə tutulmuş qaydada, hökmlərin məcmusu üzrə, yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş 4 ay 26 gün hissəsini qismən birləşdirməklə ona azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş talama cinayəti, qanunsuz daxil olmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında törədilmiş cinayət, zərərçəkmiş şəxsin icarə əsasında işlətdiyi Mingəçevir şəhəri, H.Əliyev prospektində - «Orxan» bazarının yaxınlığında yerləşən mağazadan özgənin əmlakını gizli olaraq talama məqsədilə zərərçəkmiş şəxsə ziyan vurmaqla və birbaşa mülkiyyət münasibətlərinə qəsd edən, hüquqazidd cəzalanmalı əməldir. Mülkiyyət– vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi–iqtisadi münasibətdir. Mülkiyyət hüququ isə mülkiyyətçinin əldə etdiyi maddi sərvətlərə malik olmaq, istifadə etmək və ona dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusu olmaqla yanaşı, əsas insan hüquqlarının tərkib hissəsidir. Ona görə də təqsirləndirilən şəxsin qanunsuz daxil olmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında zərərçəkmiş şəxə ziyan vurmaqla oğurluq etməsi, yalnız mülkiyət münasibətlərinə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli cəmiyyətin və dövlətin maddi iqtisadi fəaliyyətinin sarsılmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olur. Eləcə də, təqsirləndirilən şəxsin əvvəllər talama cinayəti törətməsinə, məhkumluğu ödənilməməsinə baxmayaraq, yenidən analoji cinayəti törətməsi, yəni cəzasını çəkmədən öz cinayətkar fəaliyyətini davam etdirməsi, həm onda özünəməxsus “vərdiş”in əmələ gəlməsinə, həm də onun cəmiyyətin maraqları ilə sabit qarşıdurmada olmasına dəlalət edir. Bu hal isə bir daha törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayət törətmiş şəxsin şəxsiyyətinin təhlükəliliyini artırır və həmin cinayətə görə şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan az ciddi cəza növünün təyin edilməsini, cəzanın məqsədlərinin təmin edilməsi baxımından istisna edir. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin cəmiyyətin iqtisadi özülünü təşkil edən, əsas insan hüquqlarının tərkib hissəsi olan, mülkiyyət münasibətləri olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə baxışınadək həbsdə saxlanıldığı müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Həmçinin, qətimkan tədbiri seçmək və müvvəqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Mingəçevi şəhər Polis Şöbəsinin MSY-dən dərhal azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət 3 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 həbsdə qaldığı 3 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 1 günü həbsdə saxlamanın bir gününə bərabər tutularaq, cəmi 3 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, Zərərçəkmiş şəxs dəymiş 2235 manat məbləğində ziyan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən tam həcmdə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məbləğində məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məbləğində məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 26 mart 2022-ci il tarixdən 28 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdıılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunu hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli qərarı ilə təyin edilmiş 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 ay 26 gün hissəsinə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021–ci il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3–cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM–nin 67.1–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yeni hökm üzrə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM–nin 177.2.3 və 234.1-ci maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 26 (iyirmi altı) günü qismən birləşdirməklə, ona qəti olaraq 2 (iki) il 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 26 mart 2022-ci ildən 28 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 12 oktyabr 2022–ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məbləğində məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat məbləğində məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-116/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-116/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver