Məhkəmə qərarları › İş №1(051)-116/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-116/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-116/2025 03.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Konsensus vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1973-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yyatda olmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən «kişi salonunun» qarşısında tanışı, Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, yəni onun Zərərçəkmiş şəxs qarşı etdiyi zarafatı Zərərçəkmiş şəxs qəbul etməyib, ünvanına nalayiq ifadələr işlətdiyi üçün əli ilə Zərərçəkmiş şəxs ağız nahiyəsindən vuraraq, ona alt və üst dodaqlarında yaralar, küt əşyanın təsirindən əmələ gəlməyə xarakterik, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol tərtib edilərək məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə məhkəməyə verildiyi cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, onun barəsində şikayət edən Zərərçəkmiş şəxs bir neçə ildir tanıyır. Əvvəllər aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Hətta bir neçə dəfə onlar birlikdə işlədiyi kişi salonunda yeyib içmişlər. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində salonun qarşısında digər tanışı Şahidlə görüşüb, orada dayanıb söhbət edən zaman yanlarına Zərərçəkmiş şəxs gəlmiş və aralarında olan söhbət əsnasında birlikdə yeyib içməyə qərar vermişlər, bu niyyətlə də hər üçü də pul qoyaraq, “Qədiroğlu” marketdən yeyəcəklər və bir litrlik araq alıb, ona məxsus kişi salonuna gələrək, orada süfrə açıb yeyib içmişlər, daha sonra pivə aldırmaq məqsədi ilə Zərərçəkmiş şəxs ona 10 manat pul vermiş, o da öz növbəsində Zərərçəkmiş şəxslə zarafat etmək məqsədi ilə həmin pulu Şahid verərək, ona oradan çıxıb getməsini demişdir. Şahid də oradan çıxıb getmişdir. Zərərçəkmiş şəxslə orada ikisi qalan zaman Zərərçəkmiş şəxs ondan pulunu geri istəmiş, Zərərçəkmiş şəxslə zarafatlar etmiş, lakin Zərərçəkmiş şəxs daha çox sərxoş vəziyyətdə olduğu üçün onun ünvanına nalayiq sözlər işlətmişdir. Bundan əsəbləşərək salonun qarşısında yumruğu ilə Zərərçəkmiş şəxs ağız nahiyəsindən vurmuş, zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmış, sonra isə Şahid zəng edib, oraya çağırmış və Şahid 10 manat pulu alıb, Zərərçəkmiş şəxs geri qaytarmışdır. Sonra hərə öz evinə getmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxs ilə barışmışdır. Hazırda əməlindən peşmandır, bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Yusqa ləqəbli, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Hətta bir neçə dəfə birlikdə Təqsirləndirilən şəxs məxsus kişi salonunda yeyib-içmişlər, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs bərbərlik fəaliyyəti ilə məşğul olduğu kişi salonunun qarşısında Təqsirləndirilən şəxsla və digər tanışı Şahidlə rastlaşmış, söhbət əsnasında birlikdə yeyib içməyə qərar vermişlər. Bu niyyətlə hər üçü pul qoyaraq “Qədiroğlu” marketindən yeyəcəklər və bir ədəd litrlik araq alıb içmişlər. Təqsirləndirilən şəxs məxsus kişi salonuna gələrək orada süfrə açıb yeyib içmişlər, daha sonra pivə aldırmaq məqsədi ilə Təqsirləndirilən şəxs 10 manat pul vermiş, Təqsirləndirilən şəxs da həmin pulu Şahid verərək ona oradan çıxıb getməsini demiş, Şahid də oradan çıxıb getmiş və Təqsirləndirilən şəxsla orada ikisi qalan zaman Təqsirləndirilən şəxs onunla zarafat etmiş, o da Təqsirləndirilən şəxs ünvanına nalayiq sözlər dedikdə, Təqsirləndirilən şəxs yumruğu ilə onun ağız nahiyəsindən vuraraq, onu döymüş, daha sonra isə Təqsirləndirilən şəxs oraya Şahid çağırmış və Şahid 10 manat pulu alıb, ona geri qaytarmışdır. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs da, Zərərçəkmiş şəxs də bir neçə ildir ki, tanıyır, hətta bir neçə dəfə onlarla birlikdə Təqsirləndirilən şəxs məxsus kişi salonunda yeyib içmişlər, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs bərbərlik fəaliyyəti ilə məşğul olduğu kişi salonunun qarşısında Təqsirləndirilən şəxsla dayanıb söhbət edən zaman oraya Zərərçəkmiş şəxs də gəlmiş və söhbət əsnasında birlikdə yeyib içməyə qərar vermişlər, bu niyyətlə də hər üçü də pul qoyaraq “Qədiroğlu” marketindən yeyəcəklər və bir ədəd litrlik araq alıb, Təqsirləndirilən şəxs məxsus kişi salonuna gələrək orada süfrə açıb yeyib içmişlər, daha sonra pivə aldırmaq məqsədi ilə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 10 manat pul vermiş, Təqsirləndirilən şəxs da zarafat etmək məqsədi ilə həmin pulu ona vermiş və ona oradan çıxıb getməsini demişdir. O da oradan çıxıb getmiş və Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs salonda qalmışlar. Təxminən iyirmi dəqiqə sonra Təqsirləndirilən şəxs ona zəng edərək geri çağırmış və geri qayıtdıqda salonun qarşısında Zərərçəkmiş şəxs ağzı qan olduğunu və nələr baş verdiyini soruşduqda, Təqsirləndirilən şəxs onu döyməsini demiş, bundan sonra Təqsirləndirilən şəxs ondan 10 manat pulu alıb, Zərərçəkmiş şəxs geri vermiş, daha sonra isə oradan ayrılaraq, hərə öz evinə getmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli baxış protokolundan görünür ki, baxış keçirilən yer Mingəçevir şəhəri Sağ Sahildə, Təbriz küçəsində yerləşən, 11 saylı orta məktəbə gedən yolun sol tərəfində, yolun kənarında yerləşən və Təqsirləndirilən şəxs məxsus bərbərxana (kişi salonu) və onun qarşısıdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2025-ci il tarixli, 138 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər - alt və üst dodaqlarında yaralar küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddilər. İşdə olan xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan 9 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində Mingəçevir şəhəri, Təbriz küçəsində yerləşən «kişi salonunun» qarşısında tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı, əli ilə Zərərçəkmiş şəxs ağız nahiyəsindən vuraraq, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif edilməlidir. Bununla belə zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək, zərərçəkmiş şəxslə barışdığını və barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq, aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş əməli ilk dəfə törətmişdir. Cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmışdır. Zərərçəkmiş şəxs onun barəsində işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs isə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə işin icraatına xitam verilməsinə etirazı olmadığını bildirmiş və işə üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM–nin 72–ci maddəsinin “Qeyd” hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində olan cinayət təqibinə xitam verilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM–nin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi üzrə zərərçəkmiş şəxslə barışmasına görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar