Məhkəmə qərarları › İş №1(051)-117/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-117/2021

01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-117/2021 01.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1974-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2an Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs. 07.05.2021-ci il tarixdə saat 07 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı, qayınatası Zərərçəkmiş şəxs məxsus olan Mingəçevir şəhəri,Y.Muradov küçəsi 60, mənzil 27 ünvanında yerləşən mənzildə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs üzünün sol tərəfinə yumruqla bir dəfə vuraraq, ona sol gözün ətraf yumşaq toxumalarına qansızmalar, sol gözün ağlı qişasına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qayınatasıdır. O, ailəsi ilə birlikdə Zərərçəkmiş şəxs məxsus olan, Mingəçevir şəhəri,Y.Muradov küçəsi 60, mənzil 27 ünvanında yerləşən mənzildə yaşayır. Onunla münasibətləri daima mübahisəli olmuşdur. Belə ki, qayınatası Tahir və qayınanası Qönçə həmişə onunla mübahisə etmişdir. 07.05.2021 -ci il tarixdə saat 07 radələrində uşaqları ondan velosiped istədiyi üçün oğlu Əliyə ona eyvanda velosiped olduğunu, onu düzəltdirib sürmələrini demiş, bu zaman qayınanası və qayınatası ona söz ataraq evdə olan velosipedin birini qonşuya satdığını dedikdə, o, heç kimə velosiped satmadığını bildirmişdir. Bu zaman qayınanası onun köynəyindən tutaraq nə dediyini soruşmuş, qayınatası Tahir isə stəkanda olan çayı onun üzərinə atmışdır. Əyildiyi üçün çay ona dəyməmişdir. Həmçinin qayınatası əlində olan stəkanı ona atmaq istədikdə, o, əsəbiləşib sağ əli ilə qayınatasının üzünün sağ tərəfinə yumruqla zərbə vuraraq arxaya çəkilmiş, lakin bu zaman Zərərçəkmiş şəxs stəkanı ona atmış, lakin stəkan həmin vaxt kənara dəyib yerə düşmüşdür. Həmin vaxt arvadı onları sakitləşdirmiş və o, tez bir zamanda əynini dəyişib evdən çıxıb getmişdir. Daha sonra isə polis şöbəsindən çağırıldığı üçün izahat vermək məqsədilə polis şöbəsinə getmişdir. Lakin o, qayınatası Zərərçəkmiş şəxs onunla kobud davrandığı, onu qıcıqlandırdığı, onu vurmaq istədiyi üçün yaşadığı evdə qonaq otağında əsəbləşib bir dəfə yumruqla üzünə zərbə vurduğunu, başqa heç bir yerinə xəsaərt yetirmədiyini, Zərərçəkmiş şəxs ölümlə hədələmədiyini, hadisə vaxtı özünün heç bir xəsarət almadığını, hadisəyə ev sakinlərinin şahidlik etdiklərini, hadisənin təxminən 2-3 dəqiqə davam etdiyini, hadisə evdə baş verdiyi üçün kənar heç kimin olmadığını, əməlindən peşiman olduğunu bildirmişdir. Hadisədən sonra o,Zərərçəkmiş şəxsla barışmağa cəhd etmiş, lakin sonuncu barışmamışdır. Hazırda əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 07.05.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə yoldaşı Qönçə Mustafayeva məlumat vermişdir. Belə ki, kürəkəni Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ona məxsus evdə yaşayır. 07.05.2021-ci il tarixdə səhər saat 07 radələrində o, həyat yoldaşının şəkərini ölçərkən, Tapdıq otağa daxil olmuş, Tapdıq bu zaman evdə olan velosipedi aparıb təmir etdirəcəyini dedikdə, arvadı ona velosipedin böyük olduğunu, əgər istəyirsə, uşaqlar üçün balaca velosiped almasını demişdir. Həmin vaxt Tapdıq onun arvadı ilə kobud danışmağa başlamış və pulu olmadığını bildirmişdir. O, bu zaman Tapdığa pensiyasını alanda özü velosiped alacağını və ona işə getməsini demişdir. Həmin vaxt Tapdıq qəflətən arxaya dönüb onun üzünə yumruq atmış, zərbə onun sol gözünün altına dəymişdir. O, bu zaman Tapdığın onu nə üçün vurduğunu deyib üzərinə getmək istəyərkən, sonuncu mətbəxə daxil olmuş, bu zaman qızı Könül araya girərək Tapdığın onun üzərinə gəlməsinə imkan verməmişdir. Həmin an o, əsəbləşmiş və Tapdığa tərəf stəkan atmış, lakin Tapdıq əyildiyi üçün stəkan divara dəyib qırılmış və yerə düşmüşdür. Həmin vaxt həyat yoldaşı Qönçə polisə zəng etmiş və Tapdıq polisin ora gələcəyini bilib evdən qaçıb getmişdir. Daha sonra isə polis əməkdaşları oraya gəlmiş və o, onlara ərizə ilə müraciət edərək kürəkəni Tapdığın onu vurduğunu demişdir. Hadisəni qızı Könül, arvadı Qönçə, nəvəsi Əli görmüşdür. Onunla Tapdıq arasında olan mübahisə təxminən 3- 5 dəqiqə davam etsə də, ucadan səs-küy olmamışdır. O, Təqsirləndirilən şəxs heç bir xəsarət yetirməmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 07.05.2021-ci il tarixdə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Belə ki, kürəkəni Təqsirləndirilən şəxs ilə eyni evdə yaşayırlar. 07.05.2021-ci il tarixdə səhər saat 07 radələrində həyat yoldaşı onun şəkərini ölçərkən, Tapdıq otağa daxil olmuş, Tapdıq bu zaman evdə olan velosipedi aparıb təmir etdirəcəyini dedikdə, o, Təqsirləndirilən şəxs velosipedin böyük olduğunu, əgər istəyirsə, uşaqlar üçün balaca velosiped almasını demiş, bu zaman Tapdıq onunla kobud danışmağa başlamış və pulu olmadığını bildirmişdir. Həmin vaxt əri Zərərçəkmiş şəxs Tapdığa pensiyasını alanda özü velosiped alacağını demişdir. Eyni zaman Təqsirləndirilən şəxs işə sərt şəkildə işə getməsini demişdir. Həmin vaxt Tapdıq qəflətən arxaya dönüb Tahirin üzünə yumruq atmış, zərbə onun sol gözünün altına dəymişdir. Tahir bu zaman onu nə üçün vurduğunu deyib üzərinə getmək istəyərkən, sonuncu mətbəxə daxil olmuş, bu zaman qızı Könül araya girərək Tapdığın Tahirin üzərinə gəlməsinə imkan verməmişdir. Ondan sonra Tahir stolun üstündə olan stəkanı Tapdığa tərəf atmış, lakin stəkan divara dəyib sınmışdır. Həmin vaxt o, polisə zəng etmiş və Tapdıq polisin ora gələcəyini bilib evdən qaçıb getmişdir. Daha sonra isə polis əməkdaşları oraya gəlmişdir. Ondan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi yazmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 Tağdıq oğlu da şahid X2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai araşdırma və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. İşdə olan 07.05.2021-ci il tarixli baxış protokolundan görünür ki, baş vermiş hadisə yeri ünvan 3 ünvanıdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 08.05.2021 -ci il tarixli, 246 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət: sol gözün ətraf yumşaq toxumalarına qansızmalar. sol gözün ağlı qişasına qansızma küt əşyanın (alətin-lərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti qərarda göstərilən 07.05.2021 -ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan 17.05.2021 il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Səxavət oğlu Qazax Hərbi Məhkəməsinin 10.02.2005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə təqsirli bilinərək 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Apellyasiya Məhkəməsinin 05.05.2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi hökmdən xaric edilmiş, Azərbaycan Respublikası CM-nin 331.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Salyan Rayon Məhkəməsinin 25.05.2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76-cı maddəsinə əsasən 8 ay 15 gün çəkilməmiş cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs qayınatası Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirildi. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadəsi, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 07.05.2021-ci il tarixdə saat 07 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı, qayınatası Zərərçəkmiş şəxs məxsus olan Mingəçevir şəhəri,Y.Muradov küçəsi 60, mənzil 27 ünvanında yerləşən mənzildə şəsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs üzünün sol tərəfinə yumruqla bir dəfə vuraraq, ona sol gözün ətraf yumşaq toxumalarına qansızmalar, sol gözün ağlı qişasına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif olunmalıdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində müəyyən olunmuş hədlərdə cəza təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində bir nəfər az yaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 17.05.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2008-ci il tarixdə doğulmuş Əli adlı az yaşlı uşağı vardır. İşdə olan 9 saylı Mənzil İstismar Sahəsi tərəfindən 18.05.2021–ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar