Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-118/2021 01.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Şikayət vermiş və Zərərçəkmiş şəxs, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun Müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, 08.01.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 09.05.2021-ci tarixdə saat 14 radələrində bacısı Şahid2 xahişi ilə az yaşlı bacısı qızı X5 yeznəsi Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvana aparmaq istəyən zaman, bacısının əri Zərərçəkmiş şəxs azyaşlı övladının ondan icazəsiz aparılmasına narazılıq etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əli ilə bir dəfə yeznəsi Zərərçəkmiş şəxs burun nahiyəsinə vuraraq ona burunun üstündə yara, burun sümüyünün yerdəyişməyən sınığı, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısı Şahid2 ilə 2013-cü ilin mart ayının 9-da rəsmi nikah bağlamışdır. Onların bu nigahdan iki övladı olmuşdur. Bacısı Şahid2 sağlamlığında problemlər olduğu, başında ağrılar olduğu üçün onun evində qalırmış. Barəsində şikayət edən Zərərçəkmiş şəxs isə onun kürəkənidir. Onunla aralarında hər-hansı bir düşmənçilik və ədavət olmamışdır. 07.05.2021-ci il tarixdə saat 09 radələrində bacısı oğlu birlikdə müalicə olunmaq üçün onun evinə gəlmişdir. 09.05.2021-ci il tarixdə saat 14 radələrində bacısı qızını bacısının yanına gətirmək üçün kürəkəni İlhamın yaşadığı ünvana getmişdir. Kürəkəni İlhamın yaşadığı evdə qonaq otağında atası və anasının yanında bacısı Nüşabə ilə birgə nigahdan olan az yaşlı qızları X5 aparmağa gəldiyini bildirmişdir. Lakin İlham uşağı aparmağa icazə verməmişdir. Eyni zamanda onun və anası barədə tədbir görəcəyini bildirmişdir. Bu səbəbə görə də aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı bir dəfə qəsdən möhkəm yumruq zərbəsi ilə İlhamın burun nahiyyəsinə zərbə endirmiş, İlhamın ata və anası onları aralamışdır. Sonra isə mənzili tərk etmişdir. Daha sonra zərərçəkmiş şəxslə barışdığını və ona dəymiş ziyanı ödədiyini bildirmiş və məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid2 ilə 2013-cü ilin mart ayının 9-da rəsmi ailə həyatı qurmuş, iki övladı olmuşdur. Həyat yoldaşının sağlamlığında problemlər olduğu, başında ağrılar olduğu üçün qardaşı evinə getmişdir. Barəsində şikayət etdiyi şəxs Təqsirləndirilən şəxs isə onun qaynıdır. Onunla aralarında hər-hansı bir düşmənçilik və ədavət olmamışdır. 07.05.2021-ci il tarixdə saat 09 radələrində həyat yoldaşı Şahid2 oğlu ilə birlikdə ata evinə müalicə olunmaq üçün getmişdir. 09.05.2021-ci il tarixdə saat 14 radələrində qaynı Orxan yaşadığı ünvana gəlmiş, Orxan qonaq otağında ata və anasının yanında ona az yaşlı bacısı qızı X5 aparacağını bildirmişdir. O isə buna icazə verməmişdir. Orxan isə inadla uşağı aparacağını bildirmiş, Orxana anasının da onun icazəsi olmadan uşağı aparmasını irad kimi bildirmişdir. Lakin anasının da onun sözünə əməl etmədiyini, lazım gələrsə anasına da tədbir görəcəyini bildirmişdir. Orxan isə anasının yaxşı etdiyini söyləmişdir. Orxanın yumruqla bir dəfə möhkəm zərbə ilə burun nahiyyəsinə zərbə endirdiyini, sonra isə anasının və atasının onları araladığını göstərmişdir. Daha sonra aşkar cinayət əməli törətmiş şəxs ona dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Ona görə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, qızı Nüşabə ilə kürəkəni İlham 2013-cü ilin mart ayının 9-da nikah bağlamış, birgə nikahdan iki övladı olmuşdur. Qızı Nüşabə bir neçə gün xəstələyi ilə bağlı evdə olmuş, oğlunun isə 09.05.2021-ci il tarixdə nəvəsi Məryəmi evlərinə gətirmək üçün gedən zaman kürəkəni arasında mübahisə olduğunu, mübahisə zamanı oğlu Orxan İlhamın burun nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Bu səbəbdən də, İlham bu barədə Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etdiyini göstərmişdir. Şahid X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, oğlu gəlini Şahid2 ilə 2013-cü ilin mart ayının 9-da rəsmi nikah bağlamış, birgə nikahdan iki övladı olmuşdur. Gəlininin sağlamlığında problemlər olduğu, başında ağrılar olduğu üçün 07.05.2021-ci il tarixdə saat 09 radələrində gəlini ata evinə müalicə olunmaq üçün getmişdir. 09.05.2021-ci il tarixdə saat 14 radələrində gəlininin qardaşı Orxan yaşadıqları ünvana gəlmiş, Orxan qonaq otağında yanlarında oğluna az yaşlı nəvələri X5 aparacağını söyləmişdir. Oğlu isə icazə vermədiyini bildirmişdir. Orxan isə inadla uşağı aparacağını demişdir. Oğlunun isə Orxana anası haqqında da uşağı icazəsiz aparmasını irad bildirdiyini, lakin Orxanın bu sözlərə əməl etmədiyini, lazım gələrsə anası barəsində də tədbir görəcəyini bildirmişdir. Orxan isə anasının yaxşı etdiyini bildirmiş, sonra isə yumruqla bir dəfə möhkəm zərbə ilə oğlunun burun nahiyyəsinə zərbə endirmişdir. Sonra isə onları araladıqlarını göstərmişdir. Məhkəmə baxışı zamanı əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını bildirmişlər, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu 09.05.2021-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri M.Mahmudov küçəsi ev 11, mənzil 32 saylı mənzildə yeznəsi Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan, sağlamlığına qəsdən yüngül zərər vurması tam sübuta yetirilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10.05.2021-c il tarixli, 252 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı burun sümüyünün üstündə yara, burun sümüyünün yerdəyişməyən sınığı, küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəlmiş, yetirilmə müddətləri qərarda göstərilən 09.05.2021-ci il tarixə uyğundur, sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olduğunda sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. İşdə olan DİN-nin BƏSİİ-dən alınmış 17.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, əməli törətmiş şəxslə zərər çəkmiş şəxs barışmış, zərərçəkmiş şəxsin dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əməli törətmiş şəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 66 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73.2ci, CPM-nin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Qərar elan olduğu andan 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-118/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-118/2021
01.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver