Məhkəmə qərarları › İş №1(051)-118/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-118/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-118/2023 07.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi–Müdafiəçi iştirakı ilə, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şayan barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08 radələrində B1BC1C dərəcəli sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E-Class » markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının yaxınlığındakı asfalt yolda Mingəçevir şəhəri, 20 Yanvar küçəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib gəldiyi 60 km/saat sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu zaman yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən piyada X5 idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə vuraraq Mətanət Əzizovaya dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan alın sümüyünün açıq yerdəyişən qəlpəli sınıqları, kəllə əsası sümüklərinin sınıqları, baş-beyin toxumalarının əzilməsi, baş beyin toxumasının yaralanması, sol qamış və incik sümüklərinin açıq sınıqlarının əmələ gəlməsi ilə nəticələnən ehtiyyatsızlıqdan zərərçəkmiş şəxs X1 Ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X6 travmatik beyindaxili qanaxmadan hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, “Mersedes” E-class markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil atası Möhübbət Yusifova məxsus olsada, atası Möhübbət Yusibov ona özünə məxsus olan avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Eyni zamanda onun avtomobil idarə etməyə hüquq verən “BC” kateqoriyalı, 203945 nömrəli sürücülük vəsiqəsi vardır. O, ailəsinin dolanışığını təmin etmək üçün bəzən atası Möhübbət Yusifova məxsus **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində onlayn sifariş əsasında Mingəçevir şəhəri, 16 saylı tam orta məktəbin qarşısına gəlmişdir. Bir nəfər Fövqəladə Hallar Nazirliyinin formasında olan şəxs müştəri qismində onun idarə etdiyi Mersedes-E class markalı avtomobilə əyləşmişdir. Onlayn sifariş əsasında o, həmin şəxsi Mingəçevir şəhər, Karvan petrolun dairəsinə aparmalı idi. O, həmin şəxsi 16 saylı tam orta məktəbin qarşısından götürdükdən sonra A.Məmmədov istiqaməti ilə avtomobili idarə etməyə başlamışdır O, 50-60 km/saat surətlə hərəkət etdiyini və Mingəçevir şəhəri, Mərkəzi xəstəxanasının qarşısına çatmamış yolu sağdan sola, yəni Mingəçevir şəhər Mərkəzi xəstəxanasının giriş hissəsi istiqamətinə keçmək istəyən bir nəfər qadın yolun ona aid olan hissəsində idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə vurmuşdur. Daha sonra dərhal idarə etdiyi avtomobili saxlamış və təcili olaraq 102 və 103 zəng xidmətlərinə zəng edərək hadisə barədə məlumat vermişdir. Daha sonra isə Polis Əməkdaşlarının gəlməsini gözləmiş və polis əməkdaşları gəldikdən sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və eyni zamanda hadisə baş verən zaman o, ayıq vəziyyətdə olmuşdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Mətanət Əzizovanı əvvəlcədən tanımadığını, heç bir ədavət və yaxud düşmənçiliyinin olmadığını, piyadanın onun qarşısına qəflətən çıxdığını, piyada ilə arasında olan məsafənin təxminən 3 metr olduğunu, piyadanın yolu sağdan sola keçmək istəyən piyadanın çəpəki iti addımlarla keçdiyini, piyadanı gördüyü andan idarə etdiyi Mersedes markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun əks istiqamətinə istiqamətləndirərək əyləci basdığını, piyada Mətanət Əzizova onun qarşısına qəflətən çıxmış və aralarında olan məsafə təxminən 3 metr olmuşdur. Daha sonra hadisəni ehtiyatsızlıqdın törətməsini, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, ailəli olmaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını və ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsi haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, mərhum X6 onun anasıdır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində hazırda xatırlamadığı qohumu onun mobil telefonuna zəng edərək anası Mətanət Əzizovanın avto qəza nəticəsində xəsarət aldığını və Mingəçevir şəhər xəstəxanasının Acil şöbəsində yerləşdirildiyini bildikdə, dərhal Mingəçevir şəhər mərkəzi xəstəxanasının acil şöbəsinə gəlmişdir. Bir qədər keçdikdən sonra həkim anasının öldüyü barədə ona məlumat vermişdir. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs tanımadığını onunla hər hansı ədavət və ya düşmənçiliyi olmadığını göstərmişdir. Daha sonra Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində humanist qərar verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, işi ilə əlaqədar mütəmadi olaraq səhər saatlarında taksi vasitəsi ilə Yevlax şəhərinə gedir. Belə ki, xx.xx.2023-cü il tarixdə təxminən səhər saat 08 radələrində işlədiyi iş yerinə getmək üçün *0222 onlayn taksi şirkəti ilə əlaqə saxlayaraq yaşadığı ünvanın yaxınlığından Mingəçevir şəhəri, Karvan petronulun qarşısına taksi sifariş etmişdir. Belə ki, o, Karvan petrolun qarşısında taksi ilə düşdükdən sonra mütəmadi olaraq marşrut xəttini dəyişərək Yevlax şəhərinə iş yerinə getdiyini bildirmişdir. Yuxarıda qeyd edilmiş tarixdə də, etdiyi taksi sifarişi əsasında yaşadığı Mingəçevir şəhəri, A.Məmmədov küçəsinin yaxınlığında qara rəngli, Mersedes markalı **-FT-*** dövlət qeydiyyat nişanlı taksi onun verdiyi sifariş əsasında onu Mingəçevir şəhəri, Karvan petrolun qarşısına aparmalı idi. Belə ki, o, taksiyə oturduqdan sonra Mersedes markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən sürücü qismində olan adınının sonradan ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyini bildirmişdir. Belə ki, marşrut xətti Mingəçevir şəhəri, A.Məmmədov istiqaəmətində hərəkət etdiyini bildirmişdir. Belə ki, həmin vaxt iş yoldaşı onu Mingəçevir şəhəri, Karvan petrolun dairəsində gözlədiyini və buna görə də, o, həmin vaxt iş yoldaşı ilə mesajlaşlaşdığını bildirmişdir. Başını yuxarı qaldıran zaman qarşıdan bir nəfər qadının yolun onlara aid olan hissəsində olduğunu bildrimişdir. Adının sonradan bildiyi sürücü Təqsirləndirilən şəxs təhlükənin qarşısını almaq üçün avtomobili yolun sol hissəsinə, yəni əks istiqamətə manevr elədi ki, təhlükədən yayınsın, lakin avtomobilin qabaq sağ hissəsi ilə piyadanı vurduğunu və piyada yolun sağ hissəsinə düşdüyünü bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, müştəri qismində Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olan zaman iş yoldaşı ilə telefon vasitəsi ilə mesajlaşdığını, başını qaldıran zaman isə hadisənin bir-iki saniyənin içərisində baş verdiyini, həmin vaxt şok vəziyyətində olduğu üçün hadisənin necə baş verdiyini xatırlamadığnı, sürücünün avtomobili neçə km-saat ilə idarə etməsinə fikir vermədiyini bildirmişdir. Məhkəmə iclası zamanı elan olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir ŞPŞ-nin DYPB-də axtarış üzrə inspektor vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə səhər saat 08 radələrində Mingəçevir ŞPŞ-nin əməliyyat İstintaq Qrupunda olan zaman Mingəçevir ŞPŞ-nin NH-dən Mingəçevir şəhəri, A.Məmmədov küçəsi Mingəçevir şəhəri, Mərkəzi Xəstəxanasının yaxınlığında “Mersedes” markalı **-FT-*** dövlət qeydiyyat nömrəli avtomobilin, yolu sağdan sola keçən piyada X4 vuraraq xəsarət yetirməsi məlumatı verilmiş və bundan sonra o, əməliyyat istintaq qrupunun tərkibində olduğu üçün əməliyyat istintaq qrupu ilə birgə Mingəçevir şəhəri, A.Məmmədov küçəsi Mingəçevir şəhər Mərkəzi xəstəxanasının qarşısında baş vermiş hadisə yerinə getmişdir. Əməliyyat istintaq qrupu hadisə yerinə çatan zaman orada piyadaya ehtiyatsızlıqdan xəsarət yetirmiş “Mersedes” markalı **-FT-*** dövlət qeydiyyat nömrəli avtomobilin sahibi və sürücüsü onlar tərəfindən Mingəçevir şəhəri Narkoloji Dispanserdə içkili olub olmaması ilə bağlı müayinədən keçirtdikdən sonra hadisə yerinə gətirilmiş, sürücünün iştirakı ilə hadisə yerinin müayinəsi Mingəçevir ŞPŞ-nin müstəntiqi tərəfindən aparıldıqdan sonra “Mersedes” markalı **-FT-*** dövlət qeydiyyat nömrəli avtomobil duracağa yerləşdirilmişdir. Avtoqəza nəticəsində xəsarət almış piyada X6 aldığı bədən xəsarətlərindən hadisə yerində ölmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid3 Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları öz ifadəsi ilə bir daha təsdiq etmişdir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yolnəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəzərə alınmalıdır ki, CM-nin 263-cü maddəsi blanket normadır və həmin maddədə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yaranqdıqda aparılımış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə və təkrar ekspertizaların keçirilir. Belə ki, cinayət işində olan xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində asfalt yolda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz E-Class» markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillə avtomobil yoluna çıxaraq yolu sağdan sola keçmək istəyən piyada X3 vurması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. Cinayət işində olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli, 647 №-li tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı Ayıq olmuşdur. Cinayət işində olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 20 saylı rəyindən görünür ki, xx.xx.1969-cu təvəllüdlü X3 meyidinin müayinəsi zamanı meyidində aşkar olunmuş xəsarətlər:- alın sümüyünün açıq yerdəyişən qəlpəli sınıqlar, kəllə əsası sümüklərinin sınıqları, baş-beyin toxumaların əzilməsi, baş beyin toxumasının yaralanması, sol qamış və incik sümüklərinin açıq sınıqları, qərarda göstərilən müddətdə və şəraitdə yəni xx.xx.2023-cü il tarixdə hərəkətdə olan avtomobilin hərəkətdə olan piyadanı vurması zamanı əmələ gələ bilərdi. Ağırlıq dərəcələrinə görə sağla şəxslər üçün götürdükdə, xəsarətlər yetirərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır, xəsarətlər həyatidirlər, yəni ölümündən bir qədər əvvəl yetirilmişdir. X3 ölümünə səbəb, travmatik beyin qanaxması olmuşdur. X3 ölümü meyidin meyidxanadakı müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Cinayət işində olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1662 saylı rəyindən göründüyü kimi istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, «Mercedes Benz E-Class» markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BC №203945 seriyalı “B1BC1C” dərəcəli sürücülük vəsiqəsi vardır. Cinayət işində olan 14 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2009-cu ildən Nizami küçəsi 7 mənzil 35-də qeydiyyatdadır və yaşayıb. Qeydiyyatda olduğu müddətdə özünü yaxşı aparmışdır. Onun barəsində 14 saylı Mənzil İstismar Sahəsinə heç vaxt şikayət daxil olmamışdır. Cinayət işində olan AZE MİS portalından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Röyal və xx.xx.2008-ci il təvəllüdlü Leyla adlı uşaqları vardır. Cinayət işində olan zərərçəkmiş şəxsin hüquqi şəxsin varisi Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiqləmiş 15 iyul 2023-cü il tarixli və məhkəmə prosesində verdiyi xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, dəymiş ziyan tam şəkildə ödənmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur və onun barəsində humanist qərar qəbul edilməsini xahiş etmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə, sürücü hərəkətin intensivliyi, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş surət məhdudiyyətindən çox olmayan surətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan sübutlara qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 08 radələrində B1BC1C dərəcəli sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz E-Class » markalı, ** FT *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, A.Məmmədov küçəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının yaxınlığındakı asfalt yolda Mingəçevir şəhəri, 20 Yanvar küçəsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, yəni həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib gəldiyi 60 km/saat sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu zaman yolu sağ tərəfdən sol tərəfə keçmək istəyən piyada X5 idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə vuraraq Mətanət Əzizovaya dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərini daşıyan və baş vermiş ölümlə bilavasitə səbəbli əlaqəsi olan alın sümüyünün açıq yerdəyişən qəlpəli sınıqları, kəllə əsası sümüklərinin sınıqları, baş-beyin toxumalarının əzilməsi, baş beyin toxumasının yaralanması, sol qamış və incik sümüklərinin açıq sınıqlarının əmələ gəlməsi ilə nəticələnən ehtiyyatsızlıqdan zərərçəkmiş şəxs X1 Ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X6 travmatik beyindaxili qanaxmadan hadisə yerində ölmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət işi materiallarından olan sənədlər və məhkəmə araşdırması nəticəsində yenidən təyin olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəylərindən də aydın görünür ki, Təqsirləndirilən şəxs əməlində təqsirli bilindiyi maddənin əlamətləri mövcuddur və ona göstərilən maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, onun məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini CM-nin 59.1.13-cü maddəsinə, himayəsində 2 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, törətdiyi əməldən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakaterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin ehtiyatsızlıqdan törədilən az ağır cinayət olmasını, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, ailəli olmaqla himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, onların mənafeyini, inkşafını, təhsilini və Təqsirləndirilən şəxs ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində hansı cəzanı təyin edərkən onun himayəsində olan 2 nəfər yetkinlik yaşına çatmayan uşaqların mənafeyi üstün tutulmalı və uşaqların hüquqlarının təmin olunmasına şərait yaradılmalıdır. (inkişafı, təhsili, onlara qayğı,). Belə ki, «Uşaq hüquqları haqqında» Beynəlxalq Konvensiyanın 6-cı maddəsinə əsasən, hər bir uşaq yaşamaq üçün ayrılmaz hüquqa malikdir və buna görə də dövlət uşağın sağ qalmasına və inkişafını təmin etməyə borcludur. Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaq barəsində bütün tədbirlərdə onun manefeləri tam həcmdə nəzərə alınmalıdır. Əgər uşağa müvafiq qayğı üçün məsuliyyət daşıyan valideyn(lər) və ya digər şəxslər bu qayğını göstərməmişsə, onda dövlət uşağı müvafiq qayğı ilə təmin etməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün hüquqi və fiziki şəxslər öz fəaliyyətində uşaqların mənafeyini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafeləri məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə görə təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkumun cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə 85 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlətin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes E-Class” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin başlanğıcı cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə 85 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes E-Class” markalı **-FT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar