Məhkəmə qərarları › İş №1(051)-119/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-119/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-119/2022 03.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2000-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkum olunmamış, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 70/1, mənzil 19-da qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2021 -ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 14:00 radələrində Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi, Mercedes Benz 190 maraklı, ** OT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Zəfəran” aptekin qarşısından avtomobilin açıq qapısından sükan arxasına əyləşərək avtomobili sürüb talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş yəni, qaçırmış, hərəkətə davam edərək şəhərin H.Əliyev prospektində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbini pozub həmin maddənin tələbinə əsasən hərəkət yolunun mərkəzindəki 1.3 üfiqi nişanlanma xəttini kəsib keçmək qadağan olduğu halda buna əməl etməyərək hərəkətini düzünə davam etdirib yolun mərkəzindəki üfiqi nişanlanma xəttini kəsib digər hərəkət zolağına keçərək qarşı hərəkət zolağında hərəkətdə olan Şahid2 idarə etdiyi Vaz 21099 markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq toqquşmuş nəticədə Mercedes Benz E 190 markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1609 manat məbləğində maddi ziyanlıq yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, nəqliyyat vasitəsi idarə etmək üçün sürücülük vəsiqəsi yoxdur, heç bir yerdə işləmir. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində yaşadıqları evdən çıxıb piyada mərkəzi bazar istiqamətində tək gedərkən Mingəçevir şəhər H.Əliyev prospekti ilə piyada gedərkən yolun kənarında Mercedes Benz 190 markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobil həmin prospektdə yerləşən “Zəfəran” aptekin yaxınlığında qapısı açıq vəziyyətdə saxlanılmasım görmüşdür. Avtomobilin yanında isə kimsə olmamışdır. Həmin vaxt avtomobilin yanından keçərkən açar üstündə olmasını görüb və bu zaman avtomobil ilə şəhərdə gəzmək məqsədinə düşmüş və buna görə də uyğun şərait yaranmasım hesab edərək tez avtomobilə yaxınlaşıb və sol qabaq qapısını açıb əyləşmişdir. Həmin mercedes markalı avtomobili açarı ilə işə salıb və H.Əliyev prospekti ilə üzü mərkəzi bazar istiqamətində idarə etməyə başlamışdır. Bir qədər irəli getdikdən sonra təxminən mərkəzi bazarın yaxınlığında avtomobil ilə dönüb geri qayıtmışdır. Şəhərin H.Əliyev prospketi ilə üzü Kompüter zavodu istiqamətində və mərkəzi bazar istiqamətində bir neçə dəfə avtomobil ilə hərəkətdə olmuş, daha sonra mərkəzi bazar istiqamətində kompüter zavodu istiqamətində hərəkətdə olarkən Orxan bazar adlanan ərazinin yaxınlığında qoşa xəttin tələbini pozaraq dönüb əks tərəfə yəni mərkəzi bazara doğru hərəkət etmək istədikdə qoşa xəttin tələbini pozub geriyə dönərkən əks hərəkət yoluna çıxdıqda qarşıdan gələn Şahid2 idarə etdiyi Vaz 21099 markalı avtomobil ilə toqquşmuş, hadisə zamanı avtomobilə ziyanlıq dəysə də özü xəsarət almamış və yoluna davam etmişdir. H.Əliyev prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsindən sola dönərək 20 Yanvar küçəsi ilə “Güllü Bağ”ın dairəsi adlanan istiqamətə gedərkən 20 Yanvar küçəsində “Şəhidlər Xiyabanı”nm yaxınlığına çatanda isə polis əməkdaşları onu saxlatmışlar. Avtomobili ondan təhvil almışlar. Avtomobili qaçırmaqda tamah məqsədi olmamış, belə ki, həmin avtomobil ilə bir qədər şəhər ərazisində gəzdikdən sonra sahibinə təhvil vermək niyyəti olmuşdur. Lakin polis əməkdaşları onu saxlatdıqları üçün özü təhvil verə bilməmişdir. Həmin avtomobilin salon hissəsində hər hansı dəyərli əşya, pul və sair əşyalar olub- olmamasına əhəmiyyət verməmiş, çünki avtomobildən hər hansı əşya və sair götürmək məqsədi olmamışdır. Toqquşma zamanı xəsarət almamışdır. Qaçırdığı avtomobilin sahibi Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya mübahisələri olmamışdır. Həmin avtomobili sadəcə olaraq sürüb qaytarmaq məqsədilə qaçırtmışdır. Avtomobilə aid tamah və ya onun sahibinə ziyan vurmaq yaxud sataşmaq məqsədi olmamışdır. Təqsirləndirilən şəxs həmçinin, göstərmişdir ki, törətdiyi cinayət əməlindən peşman, hadisədən sonra Zərərçəkmiş şəxs dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışmışdır. Ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 24 oktyabr 2021-ci il tarixdə avtomobilinin qaçırılması barədə polis şöbəsinə ərizə ilə özü müraciət etmişdir. “Şamfi” firmasında sürücü işləyir. Maddi vəziyyəti yaxşı olmadığından boş vaxtlarında isə özünə məxsus Mercedes Benz E 190 markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində həmin avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə Mingəçevir şəhər H.Əliyev prospketi ilə Nizami küçəsinin kəsişməsində “Zəfəran” aptekin yaxınlığında yol kənarında dayanmışdır. Avtomobilin qapısı açıq vəziyyətdə “Zəfəran” aptekin qarşımda yol kənarında saxlamışdır. Özü isə təxminən 20-30 metr aralıda dayanmışdır. Həmin vaxt əvvəllər tanımadığı adını daha sonra polis şöbəsində öyrəndiyi Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşmış və qapını açıb sükan arxasında əyləşmişdir. Daha sonra isə avtomobili işə salaraq üzü mərkəzi bazar istiqamətində hərəkətə başlamışdır. Bundan sonra o, avtomobilimin qaçırılmasını görüb dərhal polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Həmin vaxt onu gördükdə avtomobilini qaçıran həmin şəxslə yəni Təqsirləndirilən şəxslə əvvəllər aralarında ədavətləri yaxud hansısa mübahisələri olmamasını bilmişdir. Lakin onun hansı məqsədlə avtomobili qaçırmasını bilməmişdir. Daha sonra polis şöbəsinə qarşısına çıxdıqda avtomobilin qapısının zədələnmiş halda olmasını görmüşdür. Avtomobilə əyləşib işə salanda isə mühərrikinin nasaz vəziyyətdə işləməsinin şahidi olmuşdur. Daha sonra bilib ki, Təqsirləndirilən şəxs avtomobilini qaçırdıqdan sonra yol nəqliyyat hadidəsi törətmişdir. Həmin hadisə nəticəsində ona məxsus avtomobilinə maddi ziyanlıq da dəymişdir. O, təxminən 20-30 metr avtomobilindən aralıda dayanarkən avtomobilə bir nəfər şəxsin yaxınlaşmasını və əyləşməsini görmüş, buna görə də bilib ki, Kənar Nuruyev avtomobili tək qaçırıb, ona başqa hansısa şəxs tərəfindən köməklik edilməmişdir. Əlavə olaraq məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən avtomobilinə yetirilmiş maddi ziyanının 1609 manat müəyyən edilməsinə etiraz etməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər H.Əliyev prospketində yerləşən “Zəfəran” aptekin yaxınlığından ** OT *** dövlət qeydiyyat nişanlı avtomobil qaçırılması barədə polis şöbəsinə daxil olmuş məlumat əsasında həmin gün saat 15 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Mingəçevir şəhər 20 Yanvar küçəsi ilə A.Məmmədov küçəsinin kəsişməsində mercedes marklı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışlar və sürücü Təqsirləndirilən şəxs ilə birlikdə polis şöbəsinə gətirmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid2 göstərmişdir ki, Vaz 21099 markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində idarə etdiyi avtomobil ilə Mingəçevir şəhər H.Əliyev prospekti ilə hərəkətdə olarkən yolun Nizami küçəsi ilə kəsişməsindən bir qədər qabaqda “Orxan Bazar” adlanan bazarın yaxınlığında hərəkətdə olarkən qarşıda üzü Nizami küçəsi istiqamətinə hərəkətdə olan Mercedes benz 190 markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs yolun qoşa xəttin tələbini pozaraq əks tərəfə dönmə əməliyyat edərkən onun hərəkət yoluna çıxmış və nəticədə toqquşmuşlar. Lakin həmin şəxs hadisə yerində dayanmamış və hərəkətə davam edərək getmişdir. Daha sonra polis şöbəsinə məlumat vermişdir. Hadisə zamanı ayıq vəziyyətdə olmuşdur, spirtli içkinin təsirində olmamış, avtomobildə tək olmuşdur. Həmin hadisə qəfil baş verdiyi üçün və sürücü hadisə yerində dayanmayaraq getdiyi üçün onun barəsində daha ətraflı məlumatı yoxdur, lakin həmin avtomobili idarə edən şəxs arıq bədən quruluşlu və başında papaq olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs məxsus Mercedes Benz E 190 markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırıldığı yer Mingəçevir şəhər H.Əliyev prospekti 65 ünvanda yerləşən "xxxx" MMC-nin qarşısında yerləşən “Zəfəran” aptekin qarşısıdır. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs talama məqsədi olmadan qaçırdığı Mercedes Benz E 190 markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Şahid2 idarə etdiyi Vaz 21099 markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğu yer Mingəçevir şəhər H.Əliyev propspekti “Orxan Bazar” adlanan bazarla paralel hissədə yerləşir. Yol-nəqliyyat hadisəsi nəticəsində Şahid2 xəsarət almamışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2021 -ci il tarixli 737 nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Cinayət işi materiallarına əlavə edilmiş “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin xx.xx.2022-ci il tarixli 56 nömrəli rəyində qeyd olunmuşdur ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs şizofreniya xəstəliyinin paranoid formasından əziyyət çəkir. Şizofreniya gedişinə görə müvəqqəti xəstəlik hesab olunmur, həmin xəstəliyin inkişafında psixotik epizod (kəskin mərhələ), sabitləşmə (yarımkəskin mərhələ) və remissiya (müvəqqəti yaxşılaşma) mərhələləri ayırd edilir. Şizofreniya xroniki prosessual psixi patologiyadır. Yoxlanılan şəxs X2 ona ittiham olunan cinayət əməlini törədərkən paranoid şizofreniya xəstəliyindən əziyyət çəkmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 -ci maddəsinin təsiri altına düşmür. Lakin Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyindən əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs əməli anlaqlılığı istisna etməyən psixi pozuntulıı şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırkı müayinə zamanı paranoid şizofreniya xəstəliyinə xas əlamətlər aşkar olunur. Buna baxmayaraq Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür. Hal-hazırkı psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, xəstəliyinin xroniki gedişə malik olması, əhvali- ruhiyyəsinin dəyişkənliyə meyilli olması səbəbindən həmin şəxsin təyin olunmuş psixotrop dərman preparatlarını müntəzəm qəbul etməsi,daim nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/1032 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim olunmuş xx.xx.2021 -ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1990-cı il buraxılışlı “Mercedes Menz 190” markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir- bərpa xərci hadisə baş verən tarixə təxminən 1609,0 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə “Lada TXS”nin xx.xx.2021 -ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Vaz 21099” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 410,0 manat müəyyən edilir. Cinayət işi materiallarına əlavə edilmiş DİN BƏSİİ-nin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə säat 14:00 radələrində Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi, Mercedes Benz 190 maraklı, ** OT *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Zəfəran” aptekin qarşısından avtomobilin açıq qapısından sükan arxasına əyləşərək avtomobili sürüb talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş yəni, qaçırmış, hərəkətə davam edərək şəhərin H.Əliyev prospektində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələbini pozub həmin maddənin tələbinə əsasən hərəkət yolunun mərkəzindəki 1.3 üfiqi nişanlanma xəttini kəsib keçmək qadağan olduğu halda buna əməl etməyərək hərəkətini düzünə davam etdirib yolun mərkəzindəki üfiqi nişanlanma xəttini kəsib digər hərəkət zolağına keçərək qarşı hərəkət zolağında hərəkətdə olan Şahid2 idarə etdiyi Vaz 21099 markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət yoluna çıxaraq toqquşmuş nəticədə Mercedes Benz E 190 markalı ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1609 manat məbləğində maddi ziyanlıq yetirmişdir. Bununla belə, Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödədiyini, ondan heç bir şikayəti və tələbi olmadığını göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyə ərizə ilə müraciət edərək zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əssən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Müsülm oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin, əvvəllər CM-nin 185.1-ci maddəsi ilə məhkum olunmadığından və cinayət işinin icraatına xitam verilməsinə dair razılıq verdiyindən onun barəsində olan cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs Müsülm oğlunun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki tələb və maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs Müsülm oğlundan tutularaq dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, Cinayət Prosessual Məcəlləsinin 37.4, 40.2, 43.3, 321.1, 321.2 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə olan cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki tələb və maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat Təqsirləndirilən şəxs Müsülm oğlundan tutularaq dövlət nəfinə ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 (iyirmi) gündən sonra qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar