Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-119/2023 12.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirilən şəxsin müdafiəçisi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, Mingəçevir şəhər Təbriz küçəsi ev 9, mənzil 7-də qeydiyyatda olmaqla Mingəçevir şəhər M.V.Vidadi küçəsi ev 2, mənzil 27-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə ayıq vəziyyətdə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “BMW 5231” markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhər Gəncə şossesi ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq həmin maddələrin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və 1.1 üfüqi nişanlama xəttini (hərəkət istiqamətlərini ayıran ağ bütöv üfüqi nişanlama xətti) kəsib keçmək qadağan olunduğu halda həmin tələblərə əməl etməyib gəldiyi 60 km/saat sürətlə hərəkətini davam etdirib yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq 1.1 üfüqi nişanlama xəttini kəsib əks hərəkət zolağına keçərək həmin zaman əks hərəkət zolağında Mingəçevir şəhərinin Gəncə şossesi ilə Yevlax rayon Aran qəsəbəsi istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Vaz 2106” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi ilə öz idarə etdiyi avtomobilin sol arxa qanad hissəsi ilə toqquşmuş nəticədə “Vaz 2106” markalı avtomobildə sağ arxa oturacaqda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 sol bud sümüyünün aşğı 1/3-nin yerdəyişən qəlpəli, sağ əlin 1-2-ci daraq sümüklərinin və sol 9-10-cu qabırğaların qapalı yerdəyişən sınıqlarının əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs2 sağlamlığına Az Ağır zərər vurulmasına və həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 travmatik şokla müşayiət olunan, sol 7-8-9-10-cu qabırğaların sınıqları, ağ ciyərin kantuziyası, sol bud sümüyünün, sağ qamış və incik sümüklərinin qapalı qəlpəli yerdəyişən sınıqlarının əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcələrinə görə yetirilərkən həyat üçün təhlükəli olduğundan ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağlamlığına Ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər Gəncə şossesində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısıdır. Belə ki, BMW 5231 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Nəqliyyat vasitəsini idarə etmək üçün müvafiq BC dərəcəli sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında idarə etdiyi BMW markalı avtomobil ilə Yevlax rayon Hürüuşağı kəndində yaşayan bibisi Rahilə Musayevanın yaşadığı evə atası Səttar İsmayılov ilə birlikdə qonaq getmişdir. Orada bibisinin yaşadığı evdə olarkən mənzildə usta işləyən sonradan tanıdığı Şahid və Fidamil Qurbanovu görüb tanış olmuşlar. Həmin gün saat 18 radələrində o, geri qayıtmaq zamanı həmin ustalar Mingəçevir şəhərində yaşadığını bildiyi üçün qayıdarkən onları da Mingəçevir şəhərinə gətirmişdir. Həmin gün saat təxminən 19 radələrində onlar bibisinin evindən Mingəçevir şəhəri istiqamətində yola düşmüşlər. Avtomobilin sükanı arxasında özü əyləşmiş, atası Səttar sağ qabaq oturacaqda, ustalar isə arxa oturacaqlarda əyləşmiş və yola düşmüşlər. Mingəçevir Bəhrəmtəpə yolu ilə Mingəçevir şəhəri istiqamətinə gəldikdə və Mingəçevir şəhər Gəncə şossesinə daxil olub yol ilə Tərəvəzçilik Savxozuna gedən yol ilə kəsişməyə doğru təxminən 150 metr qalmış öz yolu ilə təxminən 60 km/saat surətlə hərəkətdə olmuşdur. Həmin vaxt qarşıda başqa avtomobil ondan yavaş sürətlə hərəkətdə olmuşdur. Bir qədər sonra yol qövsvari olduğundan tam qarşını görə bilməmiş buna görə də sola doğru yəni qarşı hərəkət yoluna bir qədər çıxaraq qarşıdan avtomobil gəlməməsini dəqiqləşdirdikdən sonra yolun əks hərəkət istiqamətinə çıxmış və sürəti artırmadan həmin nömrəsini və markasını xatırlamadığı avtomobili ötməyə başlamışdır. Qarşı hərəkət istiqamətində hərəkətdə olarkən qarşıdan avtomobil gəlməsini görüb, həmin vaxt ötmək üzrə olduğu avtomobildən birqədər öndə olduğu üçün öz hərəkət yoluna qayıtmağa imkanı olmadığını dərk edib və sürəti artırıb həmin avtomobili qarşıdan gələn avtomobil çatanadək ötüb öz yoluna qayıtmaq məqsədilə sürətini artırmış və mümkün qədər avtomobili qövsvari yolda sağa doğru çəkmişdir ki, qarşıdan gələn avtomobil ən son halda öz yolunun sağı ilə keçməsi mümkün olsun. Lakin qarşıdan gələn avtomobil öz istiqamətində avtomobilini sağa çəkməmiş və sürətini azaltmamış, o, isə idarə etdiyi avtomobillə ötməni başa çatıdırıb öz hərəkət yoluna tam qayıda bilməmiş və nəticədə onun idarə etdiyi avtomobilin sol arxa təkəri ilə qarşıdan gələn Vaz 2106 markalı avtomobilin sol qabaq tərəfi toqquşmuşdur. Toqquşmadan sonra onun idarə etdiyi avtomobil toqquşmadan təxminən 20-30 metr aralıda yolun sağ tərəfində dayanmışdır. Avtomobildən düşüb və ilk olaraq onun avtomobilində olan atası və digər sərnişinlərin sağ olmasını dəqiqləşdirmiş və daha sonra Vaz 2106 markalı avtomobilə yaxınlaşmışdır. Həmin vaxt avtomobildə adını sonradan bildiyi Zərərçəkmiş şəxs1a yaxınlaşmış və onun xəsarət almasını görmüşdür. Həmin vaxt ətrafda olan şəxslərin köməkliyi ilə onu və sərnişin Zərərçəkmiş şəxs2 avtomobildən düşürmüşlər və təcili tibbi yardım avtomobili gəldikdə yola salmışlar. Həmin yol nəqliyyat hadisəsi zamanı o, atası Səttar digər sərnişinlər Fidamil və Ayaz da hər hansı xəsarət almamışlar. Hadisə baş verdiyi tarixdə o, spirtli içkinin yaxud digər sərxoşluq yaradan içkinin təsirində olmamışdır. Öz hərəkət yolunda gələrkən avtomobili təxminən 60 km/saat sürətlə idarə etmiş, qarşıda gedən avtomobil də ondan daha zəif sürətlə hərəkətdə olduğu üçün o, həmin avtomobili ötmək üçün qarşı tərəfə keçdikdən sonra qarşı tərəfdən də avtomobil gəlməsini gördükdə sürətini artırmış lakin toqquşmadan yayınmaq mümkün olmamışdır. Qarşı hərəkət yoluna çıxdığı hissədə yolda kəsik-kəsik xətlər olmasını xatırlayır, toqquşmadan bir neçə gün sonra özü həmin yerə getdikdə kəsik-kəsik xətt başlayan yerdən toqquşmanın baş verdiyi piyada keçidinə doğru təxminən 110-120 metr olmasını müəyyənləşdirmişdir. Ötmə zamanı qarşıdan avtomobil gəlməsini gördükdə öz avtomobilini maksimum sağ tərəfə çəkmiş, həmin vaxt onun sol yanından başqa avtomobil keçməsi üçün kifayət qədər məsafə olduğu üçün əgər ötməni başa çatdıra bilməyəcəyi halda həmin avtomobil sol yandan ötüb keçə biləcəyini düşünmüş, lakin həmin avtomobilin sürücüsü öz avtomobilini kənara çəkməmiş o, da öz növbəsində öz hərəkət yoluna qayıda bilməmiş və toqquşma baş vermişdir. Həmin hissədə yol qövsvari olmaqla üzü Mingəçevir şəhəri istiqamətində onun hərəkət yoluna nəzərən sağa dönən vəziyyətdədir. Ona görə də qarşını tam görə bilmək üçün ilk olaraq qarşı hərəkət yoluna çıxmış və qarşı tərəf boş olması qənaətinə gəlib ondan sonra ötmə etməyə başlamış, lakin həmin vaxt avtomobildə özü ilə birlikdə cəmi dörd nəfər olması habelə yolun qövsvari hissəsində sürəti kəskin artırmaq sürüşməyə səbəb ola biləcəyi üçün kəskin artan sürətlə ötmə etməmiş, buna görə də qeyd etdiyi məsafədə ötməni başa çatdıra bilməyib qarşıdan gələn avtomobillə toqquşmuşdur. Hazırda əməlindən peşmandır. Hadisədən sonra zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunmasına və barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə iştirakı ilə Mingəçevir şəhər Gəncə şossesində yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində o və idarə etdiyi avtomobildə sərnişin olan arvadı Zərərçəkmiş şəxs2 bədən xəsarətləri almışlar. Vaz 2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Müvafiq sürücülük hüququ verən vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə spirtli içkinin və digər alkoqol sərxoşluğu yaradacaq içkilərin təsiri altında olmamışdır. Həmin gün saat 18:30 radələrində yaşadıqları evdə olarkən həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə Yevlax rayon Tanrıqulular kəndinə getmək qərarına gəlmişlər. Yola düşərkən avtomobili o idarə etmiş, həyat yoldaşı Zərərçəkmiş şəxs2 avtomobilin sağ arxa oturacağında əyləşmişdir. Həmin gün saat 19 radələrində Gəncə şossesi ilə üzü Yevlax rayon istiqamətində hərəkətdə olarkən avtomobili təxminən 30-40 km/saat sürətlə idarə etmişdir. O, öz hərəkət zolağında hərəkətdə olarkən yolun yəni Gəncə şossesinin Mingəçevir şəhər Tərəvəzçilik Savxozu qəsəbəsinə gedən yolla kəsişməsindən bir qədər irəlidə dayanacağın yaxınlığında ani zaman kəsiyində qarşısına onunla əks istiqamətdə hərəkətdə olan avtomobil çıxmış və 1 saniyədən də az müddətdə onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Nəticədə o, huşunu itirmiş və avtomobildən kimlər hansı formada düşürməsi və xəstəxanaya necə aparılmasından xəbərsiz olmuşdur. Daha sonra xəstəxanada ayılanda bilib ki, həmin avtoqəza nəticəsində onunla avtomobildə olan arvadı Zərərçəkmiş şəxs2 bədən xəsarətləri alıb xəstəxanaya yerləşdirilmişdir. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sürəti çox yüksək olduğundan onun yoluna çıxaraq toqquşma anı 1 saniyədən də az olan zaman kəsiyində olduğu üçün Rəcəbin idarə etdiyi avtomobil ancaq onun idarə etdiyi avtomobilin qarşısında çəpinə yəni onun idarə etdiyi avtomobilə nəzərən perpendikulyar olmayan vəziyyətdə toqquşduğunu görmüşdür. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/1035 saylı rəyində özünün hadisənin qarşısını almağa texniki cəhətdən imkanı olması nəticəsi ilə razı olmayaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil o qədər yüksək sürətdə olub ki, həmin avtomobili toqquşma anında 1 saniyədən də az zaman kəsiyində gördüyü üçün ekspertin rəyində nəzərdə tutulan imkanları olmadığına görə o, həmin texniki imkanlardan 1 saniyədən də az zaman kəsiyində istifadə edərək icra etməyi imkan xaricində olmuşdur. Bununla belə Təqsirləndirilən şəxs ona vurulmuş ziyan tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə baş vermiş Mingəçevir şəhər Gəncə şossesində yol-nəqliyyat hadisəsinin iştirakıçısıdır. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində o və əri Zərərçəkmiş şəxs1 bədən xəsarətləri almışlar. Vaz 2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil həyat yoldaşına məxsusdur. Müvafiq sürücülük hüququ verən vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində yaşadıqları evdə olarkən əri Zərərçəkmiş şəxs1 ilə Yevlax rayon Tanrıqulular kəndinə getmək qərarına gəlmişlər. Yola düşərkən avtomobili Zərərçəkmiş şəxs1 idarə etmiş, o, isə avtomobilin sağ arxa oturacağında əyləşmişdir. Həmin gün saat 19 radələrində Gəncə şossesi ilə üzü Yevlax rayon istiqamətində hərəkətdə olarkən yolun Mingəçevir şəhər Tərəvəzçilik savxozu qəsəbəsinə gedən yolla kəsişməsindən sonra necə baş verməsini bilməmiş, lakin onun içərisində olduğu avtomaşının iştirakı ilə avtoqəza baş verməsi nəticəsində o, xəsarət almış və həmin gün şəhər mərkəzi xəstəxanasına müraciət etmişdir. Hadisənin yəni toqquşmanın hansı şəraitdə baş verməsindən məlumatı olmamışdır. Daha sonradan o, bilib ki, onların olduğu avtomobillə toqquşmuş avtomobilin sürücüsü Təqsirləndirilən şəxsdur. Bununla belə Təqsirləndirilən şəxs ona vurulmuş ziyan tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhər Gəncə şossesində baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısıdır. Belə ki, ev ustası işləyir, X2 onun tanışıdır. O da usta işləyir. Fidamil ilə birlikdə Yevlax rayon Hürüuşağı kəndində Rahilə adlı qadının evində usta işləmişlər, ev təmiri işləri görmüşlər. xx.xx.2023cü il tarixdə səhər saatlarında Fidamil ilə birlikdə Rahilə adlı qadının evinə avtobusla getmişlər. Həmin gün saat təxminən 18 radələrində Rahilənin evində olarkən Rəcəb adlı şəxs atası Səttar ilə birlikdə Rahilənin evinə qonaq gəlmişlər. Geri qayıdarkən Mingəçevir şəhərinə gedəcəklərini və öz avtomobili ilə Fidamil ilə onu da apara biləcəyini təklif etmiş onlar da razılaşmışlar. Həmin gün saat təxminən 18:30 radələrində onlar Hürüuşağı kəndindən Mingəçevir şəhər istiqamətində yola düşmüşlər. BMW markalı avtomobili Rəcəb idarə etmiş, atası Səttar sağ qabaq oturacaqda, o sağ arxa oturacaqda, Fidamil isə sol arxa oturacaqda əyləşmişlər. Avtomobil ilə yol gələrkən həmin gün həddindən çox fiziki işlə məşğul olduğu üçün yorğunluğun təsirindən və avtomobilin içərisinin isti olması səbəbindən o, yol gələrkən mürgüləmiş, ona görə də yola diqqət yetirməmişdir. Lakin ani olaraq avtomobil toqquşmasını və sonra dayandıqlarını xatırlayır, bundan sonra onları ətrafda olan şəxslərin köməkliyi ilə avtomobildən düşürmüşlər və xəstəxanaya yola salmışlar. Orada tibbi müayinədən sonra evə yola salınmışdır. Həmin hadisə zamanı hər hansı bədən xəsarəti almamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir şəhəri, Gəncə şossesində Mingəçevir şəhər Tərəvəzçilik Savxozu qəsəbəsnə gedən yol ilə kəsişmənin yaxınlığında asfalt yolda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “BMW 5231” markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş vermişdir. Cinayət işinin materiallarında olan Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli, 132 №-li tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 96 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - travmatik şokla müşayiət olunan, sol 7-8-9-10cu qabırğaların qapalı sınıqları, ağ ciyərin kantuziyası, sol bud sümüyünün, sağ qamış və incik sümüklərinin qapalı qəlpəli yerdəyişən sınıqları qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində yetirilməyə xarakterikdirlər. Ağırlıq dərəcələrinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa Ağır zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 98 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sol bud smüyünün aşağı 1/3-nin yerdəyişən qəlpəli, sağ əlin 1-2-ci daraq sümüklərinin və sol 9-10-cu qabırğaların qapalı yerdəyişən sınıqları, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində yetirilməyə xarakterikdir, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1035 №-li rəyindən göründüyü kimi istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: 3.4 “BMW 523 markalı ** MH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs BC dərəcəli AE 228153 seriyalı, xx.xx.2018-ci il tarixdən xx.xx.2028ci il tarixədək etibarlı olan sürücülük vəsiqəsi var. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs sürücülük hüququ məhdudlaşdırılmamış və ya sürücülük hüququndan məhrum edilməmiş statusda olmuşdur. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi barədə 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «BMW 5231» markalı, ** MH *** dövlət qeydiyyat nişanlı və Zərərçəkmiş şəxs1 idarə etdiyi Vaz 2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılması nəzərə alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarına pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.1-1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla belə məhkəmə istintaqında, həmçinin müəyyən edildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 263-cü maddəsinin 2-ci qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır vurulması ilə nəticələnən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11–ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əssən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1- 1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə dair razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyinə və onlarla barışıq əldə etdiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş və məhkəmə iclası zamanı yazılmış və məhkəmə iclasında təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar. Ondan heç bir şikayət və tələbi yoxdur. Onlara vurulmuş ziyan tam ödənmişdir. Ona görə də məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişlər. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmiş və onlarla barışıq əldə etmişdir. Ona görə də həmin əsaslar üzrə cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekspertiza tədqiqatının dəyəri olan 128 manat məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan Mingəçevir ŞPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan «BMW 5231» markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs və Vaz 2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 344–347, 356, 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərə cinayət nəticəsində vurulmuş ziyanı ödədiyinə və onlarla barışıq əldə etdiyinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi tutulub dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut olan Mingəçevir ŞPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan «BMW 5231» markalı, ** MH *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs və Vaz 2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs1 qaytarılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-119/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-119/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver