Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-12/2022 28.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrəşöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 16 kalibrli olmaqla, “İJK” modelli, «İ 45106» nömrəli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş hamar tək lüləli, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilib, qundağı dəstək formasına uyğunlaşdırılmış və bununla da ilkin təyinatı dəyişdirilmiş saz və atəşə yararlı vəziyyətdə olan və odlu silah hesab olunan ov tüfəng kəsiyini daşıyaraq yaşadığıMingəçevir şəhər C.Əliyev küçəsi 3 nömrəli binanın damına aparıb orada qanunsuz olaraq saxlamış, 19.06.2021-ci il tarixdə istintaqa məlum olmayan səbəbdən tanışları Şahid3 və onunla birlikdə gələn Şahid1la aralarında yaranmış mübahisədən sonra yaşadığı evə qayıdaraq odlu silah hesab olunan həmin ov tüfəngi kəsiyini binanın damından götürərək idarə etdiyi «Vaz 21124» markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyıb mübahisə etdikləri yerə qayıdaraq, həmin silahdan orada bir dəfə göyə atəş açmaqla ondan istifadə etmiş, daxil olmuşəməliyyat məlumatına əsasən isə 19.07.2021-ci il tarixdə, saat 16:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində o, idarə etdiyi «Vaz 21124» markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, «AzDress» qəsəbəsi, Naxçıvan küçəsində saxlanılaraq avtomobili ilə birlikdə Mingəçevir ŞPŞ-nin həyətinə gətirildikdən sonra idarə etdiyi «Vaz 21124» markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman, avtomobilin yük yerində qanunsuz olaraq saxladığı və daşıdığı bir ədəd 16 kalibrli olmaqla, “İJK” modelli, «İ 45106» nömrəli odlu silah hesab olunan ov tüfəngi kəsiyi oradan aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 228.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək, ifadəsində bildirdi ki, silah onun olmamış və həmin gün onun maşınından çıxan silah ona məxsus deyil. İstintaq zamanı isə ifadəsində bildirmişdir ki, təxminən 6-9 ay əvvəl Mingəçevir şəhərində səhər saatlarında idman etmək məqsədilə dağa qaçan zaman, dəqiq vaxtını xatırlamadığı tarixdə yenə də səhər saatlarında dağa qaçarkən dağın ətəyində yerdə bir ədəd qundağı kəsilmiş vəziyyətdə olan tüfəng görmüşdür. Həmin vaxt ətrafda heçkim yox olmamışdır. Bu zaman tüfəngi gördükdə kimsə onu tapıb hansısa cinayət törətməməsi məqsədilə həmin tüfəngi oradan götürmək qərarına gəlib, buna görə də tüfəngi özü ilə götürüb və ilkin olaraq həmin tüfəngi ələ keçməyən bir yerə tullamaq məqsədilə götürsə də lakin daha sonradan onu tullamaq üçün macal tapmamışdır. Yaşadığı ev 5 mərtəbəli binanın dördüncü mərtəbəsində yerləşir, binanın damına gedən yol açıq vəziyyətdə olduğundan həmin tüfəngi heçkimin əlinə keçməməsi üçün binanın damında gizlətmişdir. 2021-ci ilin iyun ayının 19-da yaşadığı Az Dres qəsəbəsində tanımadığı şəxslərlə mübahisə etdikdən sonra yaşadığı binanın damından tüfəngi götürüb və mübahisə olan yerə gələrək havaya birdəfə atəş açmışdır. Daha sonra avtomaşınına əyləşib oradan getmişdir. Həmin tüfəngi isə Yevlax rayon ərazisində Qarabağ kanalına atmışdır. Lakin 19 iyul 2021-ci il tarixdə özünə məxsus Vaz 21124 markalı ** NY *** qeydiyyat nişanlı avtomobili hərəkətdə olarkən polis əməkdaşları onu saxlatmışlar. Polis şöbəsinə gətiriblər. Orada onun avtomobilində silah olmasına razılaşmasını bildirmişlər. O, isə razılaşmamış, buna görə də onu döyərək silahı boynuna almasını bildirmişlər. Daha sonra atasını polis şöbəsinə gətirəcəklərini dedikdə o, razılaşmaq məcburiyətində qalmışdır. Daha sonra vəkil dəvət olunmuşvə avtomobilinə baxış zaman silah aşkar olunmuşdur. O, havaya atəş açdığı silahı kanala atmışdır, avtomobilindən aşkar olunan silah isə ona məxsus deyil. Nəqliyyat vasitəsinə baxış keçirilən zaman müdafiəçi qismində təyin olunmuş vəkil Dərgah Mehdiyev yanında olmuşdur, vəkilin iştirakı ilə baxış keçirilərkən silah avtomobilindən aşkar olunduqda sual verilərkən əgər silah özünə məxsus olmadığını bildirsə atasını polis şöbəsinə gətirəcəklərini düşündüyü üçün silahın özünə məxsus olmasını bildirmişdir. Dağ ərazisinə qaçarkən silahı taparkən onu götürüb özü ilə aparmaqda məqsədi silah kiminsə əlinə keçməməsi və hər hansı baş verə biləcək cinayətdə istifadə olunmasının qarşısını almaq olmuşdur. silahı polis şöbəsinə təqdim edəcəyi halda araşdırma aparılacağını zənn etdiyi üçün silah barədə əvvəllər polisə məlumat verməmiş və onu polis şöbəsinə təqdim etməmişdir. Tanımadığı şəxslərlə mübahisədən sonra həmin silahı gətirərək mübahisə etdiyi şəxslərin yanında havaya atəş açmış, lakin həmin silahı kanala atmış, avtomobilindən aşkar olunmuş silah isə ona məxsus olmamışdır. Atəş açarkən istifadə etdiyi həmin bir ədəd patronu tapmışdır. Silahdan yalnız havaya atəş açdığı üçün peşmandır. Buna görə də barəsində bəraət hökm çıxarılmasını xahiş edir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhəri C.Əliyev küçəsində avtomobil yolunun kənarında yerləşən bərbərxanada bərbər işləyir. 19.06.2021-ci il tarixdə saat 23 radələrində bərbərxanada müştəriyə xidmət edərkən bayırda atəş səsi eşitmiş, ilk olaraq pirotexniki vasitələrin partladıldığını fikirləşmişdir. Ona görə də bayıra çıxmamışdır.Marağı da olmamışdır çıxmağa. Sonra onu Polis Şöbəsinə dəvər etmişlər. O da bu olanları olanlara demişdir. Polis əməkdaşları şöbədə ona“ola bilməz ki sən səs eşidəsən və çölə çıxmayasan” demişlər və onlara cavab olaraq içəridə kondisionerin olduğunu və isti olduğu üçün onun qoşulu olduğunu və ona görə də eşitmədiyini bildirmişdir. Bir müddət sonra onu yenəpolis şöbəsinə dəvət etdilər. O birinci dəfə dediyini yenə təkrarlamış vəona kamera görüntülərinə baxıldığını,onun həqiqətən də çölə çıxmadığı onlara məlum olmuşdur. Şahid7 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 19 iyul 2021-ci il tarixdə Polis Şöbəsinə daxil olmuş məxfi əməliyyat məlumatına əsasən Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxlaması və gəzdirməsi bildirilmişdir. Həmin məlumatın yoxlanılması üçün “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirlməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtraış tədbirinin həyata keçirilməsi çərçivəsində 19.07.2021-ci il tarixdə saat 16:40 radələrində CAB-nin rəisi Şahid4 Allaverən oğlu, Mingəçevir ŞPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili Şahid5, İTB-nin polis sahə rəisi Şahid6 və o, keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri Naxçıvan küçəsində olarkən Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21124 markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobildə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah gəzidirməsi barədə barəsində polis şöbəsində məlumat olduğunu bildirib və həmin məlumatın yoxlanılması ilə əlaqədar polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi Vaz 21124 markalı markalı həmin avtomaşını ilə birlikdə Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün növbədə olan vəkil X3 dəvət olunub və dövlət hesabına müdafiəçisi təyin olunmuşdur. Daha sonra polis şöbəsinin inzibati binasında növbətçi hissənin qarşısında vəkil Dərgah Mehdiyevin də iştirakı ilə barəsində odlu silah gəzdirməsi və saxlaması ilə bağlı əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunub ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmişdir. Polis şöbəsinin inzibati binasında Növbətçi Hissənin qarşısıında şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Lakin qanunla gəzdirilməsi qadağan olunan hər hansı əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs məxsus Vaz 21124 markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobiləpolis şöbəsinin həyətində video çəkilişlə baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin avtomobilin arxa yük yerində bir ədəd qundağı kəsilmiş vəziyyətdə olan silah aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar olunmuş həmin silahı haradan və kimdən əldə etməsi soruşulmuş, o, isə bildirib ki, təxminən bir neçə ay əvvəl idman məqsədilə dağa qaçarkən yol kənarından taparaq saxlamışdır. Həmçinin baxış zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş qundağı kəsilmiş vəziyyətdə olan bir ədəd silah qablaşdırılaraq götürülmüşdür. İştirakçılar tərəfindən tərtib olunmuş protokol imzalanaraq təsdiqlənmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Şahid6 da məhkəmə iclasında verdiyi ifadəsində Şahid7 göstərdiklərini təsdiq etmişdir. Təqsirləndirilən şəxs əməli həmçinin, Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. Belə ki, Şahid5 ibtidai istintaq zamanı Şahid7 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan19iyul 2021-ci il tarixli şəxsi axtarış və götürmə protokoldan görünür ki, Mingəçevir ŞPŞ-nin həyətində Təqsirləndirilən şəxs məxsus Vaz 21124 markalı ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilə onun iştirakı ilə keçirilən baxış zamanı avtomobilin arxa yük yerindən bir ədəd qundağı kəsilmiş vəziyyətdə olan silah aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 20.06.2021-ci il tarixli baxış protokolundan da görünür ki, Mingəçevir şəhər Naxçıvan küçəsindən Vaqonlar yaşayış massivi və İES-na gedən avtomobil yolunun kənarından ağac kollarının arasından bir ədəd ağ plastik materialdan olan baş tərəfi isə sarı rəngli dəmirdən olan istifadə edilmiş patron aşkar edilmiş, baxışda iştrak edən Təqsirləndirilən şəxs həmin patronu 19.06.2021-ci il tarixdə silahla atəş açdıqdan sonra gətirib həmin yerə atmasını bildirmişdir İş materiallarında olan məhkəmə-ballistik ekspertizasının 20.07.2021-ci il tarixli 17/521 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet 16 kalibrli olmaqla, «İ 45106» nömrəli patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1961ci ildə zavod üsulu ilə istehsal edilmiş hamar tək lülə, odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, sazdır. İş materiallarında olan əlavə məhkəmə-ballistik ekspertizasının 23.09.2021-ci il tarixli 3/1536, 3/1537 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş 1 (bir ) ədəd “İJK” modelli, « İ 45106» nömrəli ov tüfənginin kəsiyi saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd giliz zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli olmaqla, həmin kalibrə malik, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronun atəşlə ayrılmış patronun hissəsidir- gilizdir, təqdim edilmiş 16 kalibrli “İJK” modelli, «İ 45106» nömrəli tüfəng kəsiyindən atılmışdır. Tədqiqata təqdim edilmiş silahın lülə kanalından və gilizin səthindən atəşin əlavə faktoru olan, tam yanmamış, tüstüsüz barıt hissəcikləri aşkar edildi. Həmin hissəciklər öz kimyəvi tərkibinə görə eynilik təşkil edirlər. Lakin hamarlüləli odlu silahların patronlarına doldurulan barıtlar eyni olduğundan, aşkar edilmiş hissəciklərin tərkib hissəsinə görə eynilik təşkil etməsinə baxmayaraq, təqdim edilmiş gilizin təqdim edilmiş silahdan atılıb-atılmamasını müəyyən etmək mümkün deyil. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş16 kalibrli olmaqla, “İJK” modelli, « İ 45106» nömrəli patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş hamar tək lülə, odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış ilkin təyinatı dəyişdirilmiş, odlu silah hesab edilən, saz vəziyyətdə olan vəatəş açmaq üçün yararlı olan tüfəng kəsiyi və 1 ədəd giliz işüzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlac otağına təhvil verilmişdir. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 16 kalibrli olmaqla, “İJK” modelli, «İ 45106» nömrəli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, 1961-ci ildə zavod üsulu ilə istehsal edilmiş hamar tək lüləli, konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilib, qundağı dəstək formasına uyğunlaşdırılmış və bununla da ilkin təyinatı dəyişdirilmiş saz və atəşə yararlı vəziyyətdə olan və odlu silah hesab olunan ov tüfəng kəsiyini daşıyaraq yaşadığıMingəçevir şəhər C.Əliyev küçəsi 3 nömrəli binanın damına aparıb orada qanunsuz olaraq saxlamış, 19.06.2021-ci il tarixdə istintaqa məlum olmayan səbəbdən tanışları Şahid3 və onunla birlikdə gələn Şahid1la aralarında yaranmış mübahisədən sonra yaşadığı evə qayıdaraq odlu silah hesab olunan həmin ov tüfəngi kəsiyini binanın damından götürərək idarə etdiyi «Vaz 21124» markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyıb mübahisə etdikləri yerə qayıdaraq, həmin silahdan orada bir dəfə göyə atəş açmaqla ondan istifadə etmiş, daxil olmuşəməliyyat məlumatına əsasən isə 19.07.2021-ci il tarixdə saat 16:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində o, idarə etdiyi «Vaz 21124» markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, «AzDress» qəsəbəsi, Naxçıvan küçəsində saxlanılaraq avtomobili ilə birlikdə Mingəçevir ŞPŞ-nin həyətinə gətirildikdən sonra idarə etdiyi «Vaz 21124» markalı, ** NY *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman, avtomobilin yük yerində qanunsuz olaraq saxladığı və daşıdığı bir ədəd 16 kalibrli olmaqla, “İJK” modelli, «İ 45106» nömrəli odlu silah hesab olunan ov tüfəngi kəsiyi oradan aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin əməli törətməsi şahidlərin ifadələri, ekspert rəyləri, axtarış və götürmə, baxış protokolları iş üzrə tanınmış maddi sübut və iş materialı ilə sübuta yetirilir. Ona görə də o, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsini məhkəmə özünün müdafiə üsulu kimi qiymətləndirir və onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunmuş sübutlarla təkzib olunur. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materialında olanAzərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 02.10.2021-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailədə işləyib yeganə qazanc gətirən şəxs olmasını, həmçinin yaşlı və xəstə valideyinin onun himayəsində olmasına və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Cinayət işi materiallarına əlavə olunmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19.07.2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 19.07.2021-ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Eləcə də, Mingəçevir Şəhər Məhkəməsinin 21.07.2021-cü il tarixli, 4(051)- 92/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 19 iyul 2021-ciil tarixdən hesablanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 25.10.2021-ci il tarixli təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs 19.07.2021-ci il tarixdən 28.04.2021-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 9 ay 9 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Həmin Məcəllənin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan bir ədəd “İJK” modelli, «İ 45106» nömrəli odlu silah və 1 ədəd giliz dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilməlidir. İşüzrə 158 manat 60 manatməbləğdəekspertizaxərci Təqsirləndirilən şəxs tutularaqdövlətbüdcəsinəkeçirilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə72 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, Hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 iyul 2021-ci il tarixdən 28 aprel 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlama müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzanı tam əhatə etdiyindən, cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan bir ədəd “İJK” modelli, «İ 45106» nömrəli odlu silah və 1 ədəd giliz dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah anbarına təhvil verilsin. İş üzrə 158 manat 60 qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 72 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi iləŞəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-12/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-12/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver