Məhkəmə qərarları › İş №1(051)-12/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-12/2023

03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-12/2023 03.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 Məhəmmədəli oğlu, Zərərçəkmiş şəxslər X19, X2, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs18, Zərərçəkmiş şəxs13, X25, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi X36 iştirakı ilə Təqsirləndirilən şəxs - xx xxxx 1978-ci ildə Yevlax rayonu Hacıselli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" QSC X12 xətt baxıcısı vəzifəsində işləyən, Yevlax rayonu, Hacıselli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə ittiham elan edilmişdir, ondan ötrü ki, o, 19 fevral 2018-ci il tarixdən "xxxx" QSC X12 xətt baxıcısı vəzifəsində işləyərkən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs olduğu halda "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQN 01-2001) 1.2 bəndinin, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30 bəndinin və "xxxx" QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci və 4-cü bəndlərinin tələblərini kobud surətdə pozaraq, yanğın təhlükəsizliyi norma, standartlarına və qaydalarına riayət etməmiş, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımı səviyyədə keçirməmiş, xətdə qaz sızmalarının və həmin xətdən hər-iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyularında, binaların zirzəmilərində, qazın olmasını dəqiq yoxlamamış və mövcud qüsurları aşkar etməmişdir. Bu səbəbdən də, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik polad qaz xəttinin X24 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı keçən hissəsində korroziya nəticəsində yaranmış dəlikdən sızan təbii qaz Sevinc Qənbərovaya məxsus fərdi yaşayış evinə dolmuş və əmələ gəlmiş partlayış konsentrasiyalı qaz-hava qarışığı 28 dekabr 2021-ci il tarixdə, saat 10 radələrində Sevinc Qənbərovanın evin işıqlarını yandırarkən yaranmış qığılcımın təsirindən alışaraq partlayış baş vermişdir. Nəticədə həmin vaxt evdə olan X37 yanıq xəsarətləri almış və ümumi bədən səthinin 70%-ni təşkil edən İİ-İİİ dərəcəli termiki yanıq xəsarətləri nəticəsində inkişaf etmiş orqanizminin ümumi intoksikasiyasından 04 yanvar 2022-ci il tarixdə müalicə aldığı xəstəxanada ölmüş, partlayışın baş verdiyi ev və yaxınlıqda yerləşən digər evlər partlayışın təsirinə məruz qaldığı üçün S.M.Qənbərovaya əmtəə üzrə 19925 manat, tikinti üzrə 43064 manat, cəmi 62989 manat, Zərərçəkmiş şəxs2 əmtəə üzrə 8490 manat, tikinti üzrə 33600 manat, cəmi 42090 manat, X3 əmtəə üzrə 800 manat, tikinti üzrə 7190 manat, cəmi 7990 manat, Zərərçəkmiş şəxs8 əmtəə üzrə 2645 manat, tikinti üzrə 10570 manat, cəmi 13215 manat, Zərərçəkmiş şəxs9 Məmmədəli oğluna əmtəə üzrə 300 manat, tikinti üzrə 2700 manat, cəmi 3000 manat, Zərərçəkmiş şəxs10 əmtəə üzrə 550 manat, tikinti üzrə 30 manat, cəmi 580 manat, Zərərçəkmiş şəxs4 tikinti üzrə 6100 manat, Zərərçəkmiş şəxs21 tikinti üzrə 2400 manat, X6 tikinti üzrə 2800 manat, Zərərçəkmiş şəxs7 tikinti üzrə 254 manat, Zərərçəkmiş şəxs11 tikinti üzrə 280 manat, Zərərçəkmiş şəxs17 tikinti üzrə 120 manat, Zərərçəkmiş şəxs13 tikinti üzrə 3342 manat, X4 tikinti üzrə 1444 manat, Zərərçəkmiş şəxs12 tikinti üzrə 2980 manat, Zərərçəkmiş şəxs18 tikinti üzrə 4130 manat, Zərərçəkmiş şəxs15 tikinti üzrə 6379 manat, Zərərçəkmiş şəxs19 tikinti üzrə 2310 manat, Zərərçəkmiş şəxs14 tikinti üzrə 1540 manat, Zərərçəkmiş şəxs6 tikinti üzrə 1785 manat, Zərərçəkmiş şəxs20 tikinti üzrə 120 manat və Zərərçəkmiş şəxs22 tikinti üzrə 2961 manat, ümumilikdə 22 nəfər zərərçəkmiş şəxsə 168809 manat maddi ziyan dəymiş, bununla da, Təqsirləndirilən şəxs üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X20 ölümünə və digər ağır nəticələrə səbəb olmaqla pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, 19 fevral 2018-ci ildən "xxxx" QSC X12 xətt baxıcısı işləyir. Xətt baxıcısı kimi vəzifəsi sifarişçisi ilə razılaşdırılmış və ikitərəfli təsdiq olunmuş ünvanlı qrafikə uyğun maşrut sxemi üzrə yerüstü qaz kəmərlərinə naryad tapşırıq sənədi əsasında texniki baxış keçirilməsindən, qaz sızmalarının yerini və dərəcəsinin müəyyən edilməsindən, VOL səviyyəli sızmalardan dərhal dispetçer xidmətinə məlumat verilməsindən, xarici qaz kəmərlərinə baxış zamanı aşkar edilmiş qaz sızmasının ünvanının müəyyən etdikdən sonra yerinin boya, digər vasitələrlə işarə edilməsindən və s. ibarətdir. O, xx.xx.2021 -ci il tarixdə müəyyən edilmiş marşrut üzrə və ona verilmiş xəritə əsasında ona təhkim olunmuş qazanalizator cihazı ilə Mingəçevir şəhəri, Günəşli bağ massivi, 12-ci küçə boyu yerüstü qaz kəmərində qaz sızmanın mövcudluğunu yoxlamışdır. Həmin küçənin xəritəsində göstərilən mərkəzləşdirilmiş kommunikasiyaları da cihazla yoxlamış və cihaz qaz sızmanı aşkar etmədiyindən bu haqda işin sonunda raport yazmışdır. İstintaq zamanı müstəntiqin sualına cavab olaraq o, göstərmişdir ki, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz xəttinə texniki baxışı keçirərkən o, qaz sızmanı aşkar etməmiş və onun vəzifəsinə aid olmadığından evin daxili kommunikasiyalarını yoxlamamışdır. Müstəntiq onun bu sözlərinin mahiyyətini dəyişərək ifadəsində yazmışdır ki, “diametri 76 mm olan polad qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazımi səviyyədə keçirməmiş, yəni xətdə qaz sızmalarının və həmin xətdən hər-iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (telefon, su kəməri, kanalizasiya, istilik təchizatı və s.) quyularında, binaların zirzəmilərində qazın olmasını dəqiq yoxlamamışam.” O, ifadəsində yazılmış bu cümlənin mahiyyətini həmin vaxt dərk etməmişdi, sonra ona məlum olmuşdur ki, həmin cümlə ittihamın sübutu kimi çıxış etmişdir. Bununla bağlı qeyd etmək istəyir ki, Vəzifə Təlimatına əsasən onun üzərinə ittihamda göstərilən vəzifələrdən tam fərqli vəzifə qoyulmuşdur: “Marşrut sxemi və xəritələrində göstərilmiş qaz kəmərlərindən hər tərəfə 15 metr məsafədə yerləşən qaz və texnoloji quyularm (mərkəzləşdirilmiş kanalizasiya, telefon, elektrik, yağış suları quyularını) yoxlamaq. Bu siyahı qətidir və siyahının dairəsini genişlədirməyə xətt baxıcısına icazə verilmir. Yoxlama sərhədləri “Azəriqaz” Birliyi və "xxxx" Cəmiyyəti arasında bağlanmış müqavilə ilə müəyyən edilmişdir. Həmin müqavilənin ayrılmaz hissəsi olan razılaşma protokolunun 2-ci bəndinə əsasən xətt baxıcısına mərkəzləşdirilmiş, yəni küçədə olan texnoloji quyularda qaz sızmanın yoxlanılması ilə bağlı vəzifə öhdəliyi qoyulmuşdur. Xüsusi mülkiyyətdə olan həyatyanı sahələrə və orada olan kommunikasiyalara baxışın keçirilməsi xətt baxıcısının səlahiyyəti daxilində olmamışdır. İstintaq zamanı o, bunu izah etmişdi, lakin müstəntiq onun izahını qanunsuz olaraq ona qarşı istifadə etmişdir. Onu da qeyd etmək istəyir ki, xx.xx.2021 -ci il tarixdə rəsmi qaydada təsdiq edilmiş siyahı və xəritə əsasında yerüstü qaz kəmərini yoxlamazdan əvvəl o, marşrutu və xəritəni nəzərdə keçirmişdi. Hər dəfə yoxlamadan əvvəl bunu etmək Vəzifə Təlimatmda göstərilən “dövrü texniki baxışın keyfiyyətlə həyata keçirmək” vəzifəsindən irəli gəlir. Həmin sənədləri öyrənərkən ona məlum olmuşdur ki, 2021 -ci ilin aprel ayında "xxxx" Cəmiyyətinin xətt baxıcısı tərəfindən Mingəçevir şəhər, Günəşli- Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X44ma məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yerüstü qaz kəmərinin yeraltı keçən hissəsində qaz sızması aşkar edilmiş və “Azəriqaz”n əməkdaşları tərəfindən sızma aradan qaldırılmışdır. Həmin borunun qəzalı olduğunu bilib, borunu ona təhkim olunmuş cihazla dəqiq yoxlamışdır. Həmçinin həmin gün xəttə baxış zamanı mərhum X37 həmin yerdə onun yanına gələrək qaz sızmanın olmasına dair qeydiyyat aparmağına xahişini nəzərə alaraq o, həmin ərazini daha diqqqətlə cihazla yoxlamışdı. Sevinc Qənbərova bu məzmunda xahişlə ona müraciət etmişdir ki, məhləsinə yeraltı keçən qaz borusunu “Azəriqaz” vəsaiti hesabına yerüstü qaz kəməri ilə əvəzləşdirə bilsin. O, həmin ərazini daha diqqətlə yoxladı, lakin cihaz qaz sızmanı vermədi və S.Qənbərovaya bildirdi ki, sızma olmadığı halda qaz sızması olması barədə qeydlər apara bilməz. Cihazın elektron göstəricisi qaz sızmanı göstərəmədiyinə görə cihazın göstəricilərini qeyd etməklə sızmanın olmadığını qeyd etmişdi. İttihamda göstərmişdir ki, o, texniki baxışı keyfiyyətlə həyata keçirməmişdir. Lakin texniki baxışı keyfiyyətlə həyata keçirməsinin mexanizmini göstərməmişdir. Cihazla işləmənin yeganə iş rejimi mövcuddur: düyməni basıb cihazı iş rejiminə gətirmək və bundan sonra marşrut üzrə yavaş addımlarla cihazı yerüstü qaz kəməri üzərində paralel şəkildə təxminən 10-15 sm. məsafədə hərəkətə gətirməklə cihazın göstəricisinə baxmaq. Qaz sızma aşkar olunduqda cihaz səslə siqnal verir. Siqnal səsini eşitdikdə və vizual olaraq monitora baxıb qaz sızmam aşkar etdikdə həmin yer xətt baxıcısı tərəfindən işarələnir və dərhal telefon vasitəsi ilə "xxxx" və “Azəriqaz” dispetçer xidmətlərinə məlumat ötürülür. İşin sonunda isə aşkar olunmuş qaz sızma müvafiq sənədlərlə rəsmiləşdirilir. xx.xx.2021 -ci il tarixdə o, eyni qaydada vəzifəni icra etmişdi, lakin cihaz qaz sızmanı aşkar etməmişdir. İttihamda keyfiyyətlə yerinə yetirməməyinin digər hissəsi -yaşayış sahəsinə daxil olub orada kommunikasiyaları yoxlamamağı olmuşdur. Bu növ yoxlamanın aparılması qeyd etdiyi razılaşma protokoluna əsasən onun səlahiyyəti daxilində olmamışdır. Qeyd etdiklərinə əsasən hesab edir ki, baş vermiş hadisə ilə bağlı onun təqsiri yoxdur. Ona görə də barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 Məhəmmədəli oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2012-ci il tarixdə Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən fərdi yaşayış evini alaraq ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışlar. Yaşadıqları fərdi yaşayış evi arvadı Sevincin adına sənədləşdirilmişdir. Bir mərtəbədən, dörd otaqdan ibarət fərdi yaşayış evi elektrik enejisi və təbii qazla təmin olunmuşdur. 28 dekabr 2021-ci il tarixdə saat 09 radələrində yuxudan oyanmış, yuxudan oyandıqda arvadı və oğlu yatdıqlarından evin daxilində işıq yandırmamış, işləri ilə əlaqədar evdən çıxmışdır. Küçədən bir qədər aralandıqdan sonra qəflətən partlayış baş vermiş, geriyə döndükdə partlayışın ailə üzvləri ilə birlikdə yaşadığı evin yerləşdiyi sahədə baş verdiyini görmüşdür. Dərhal geriyə qayıtmış, baş vermiş partlayışdan yaşadıqları evin tamamilə dağıldığını görmüş, dağıntı çox olduğundan evə daxil ola bilməmişdir. Səs küyə gələn qonşuların köməkliyi ilə oğlu İlkin və arvadı Sevinc dağıntılar altından çıxarılaraq təcili tibbi yardım avtomobilində xəstəxanaya aparılmışlar. Hadisə yerinə gələn yanğınsöndürənlər alovun qarşısını almışlar. Oğlu İlkin tibb yardım göstərildikdən sonra evə buraxılsa da, arvadı Sevinc həkimlərin məsləhəti ilə Bakı şəhər 5 saylı Kliniki xəstəxananın yanıq şöbəsinə aparılmışdır. X49 aldığı yanıq xəsarətlərdən 04 yanvar 2022-ci ildə xəstəxanada ölmüşdür. 29 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin ekspertləri, «Azəriqaz» İstehsalat Birliyinin və "xxxx" QSC-nin nümayəndələri ilə hadisə yerinə baxışa başlamışlar. Baş vermiş hadisə nəticəsində ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evi içərisindəki əmlakla birlikdə məhv olmuş, ona maddi ziyan dəymişdir. Baş vermiş hadisəyə səbəb qazın evə dolması olmuşdur. Təqsirli şəxs xətt baxıcısı Təqsirləndirilən şəxs bilinmişdir. Ancaq hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri yoxdur. Çünki o, əlində olan cihazla 2021-ci iılin oktyabr ayında evlərinin yaxınlığındakı qaz xəttini yoxlamışdır. Ancaq evinin hasarının yanı ilə çəkilmiş diametri 160 mm-lik qaz xəttində bir neçə dəfə qaz axıntıları olmuş, qaz idarəsinin işçiləri gəlib qaz sızmanın qarşısını alıb getmişlər. Bu hal bir neçə dəfə baş vermişdir. Sonuncu dəfə yenə hadisədən bir neçə gün əvvəl, yəni 17 dekabr 2021-ci ildə diametri 160 mm-lik qaz xəttində güclü qaz sızması müəyyən olunmuş, lakin bir neçə gündən sonra qaz idarəsinin işçiləri gəlib, həmin yerdə işləyib getmişlər. Ona görə də evlərinin zirzəmisinin diametri 160 mm-lik qaz xəttindən sızan qazın dolmasından hadisə baş verə bilər. Ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Dəymiş ziyanı Təqsirləndirilən şəxs yox “Azəriqaz”dan tələb edir. Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi X50 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2010-cu il tarixdən ailə üzvləri ilə birlikdə Mingəçevir şəhər, Günəşli- Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən 1 nömrəli fərdi yaşayış evində yaşamışdır. Saat 11 radələrində evə qayıtdıqda qonşuluqda yerləşən, Sevinc Qənbərovaya məxsus fərdi yaşayış evində partlayış baş verdiyini, Sevincin evi ilə yanaşı onlara məxsus evin də dağıldığını gördü. Hadisə nəticəsində qardaşı arvadı Aynurənin, qonşusu Sevincin, Sevincin oğlu İlkinin xəsarət alaraq xəstəxanaya aparıldıqlarını eşitmişdir. Aynurə və İlkin həmin gün evə buraxılsalar da Sevincin xəsarətləri ağır olduğundan, həkimlərin məsləhəti ilə Bakı şəhər 5 saylı Kliniki xəstəxananın yanıq şöbəsinə aparılmış və xəstəcxanada ölmüşdür. 29 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin ekspertləri, «Azəriqaz» İstehsalat Birliyinin və "xxxx" QSC-nin nümayəndələri hadisə yerinə baxışa başlamışlar. Baş vermiş hadisə nəticəsində ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evi içərisindəki əmlakla birlikdə məhv olmuş, onlara maddi ziyan dəymişdir. Baş vermiş hadisəyə səbəb X24 məxsus fərdi yaşayış evinə təbii qazın dolması olmuşdur. Evə qazın haradan və neçə dolmasını dəqiq deyə bilməz. Ancaq onu deyə bilər ki, mərhum Sevinc Qənbərovanın evinin hasarının yanından keçən diametri 160 mm-lik qaz xəttində bir neçə dəfə sızmaları olmuş, hər dəfə qaz idarəsinin işçiləri gəlib həmin yerdə bir az işləyib getmişlər. Souncu dəfə 17 dekabr 2021-ci ildə yenə diametri 160 mm-lik borudan qaz axıntısı müəyyən edilmiş, bir neçə gündən sonra qazın axmasını qaz idarəsi işçiləri tərəfindən dayandırılmışdır. Təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Ancaq ona dəymiş ziyanın ödənilməsini tələb edir. Zərərçəkmiş şəxs X19 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2019-cu ildə ünvan 2 ünvanda yerləşən, özünə məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş, həmin vaxtdan qeyd olunan evdə qızı Zülfiyyə Rəhimova ailə üzvləri ilə birlikdə yaşamışdır. 28 dekabr 2021-ci il tarixdə saat 11 radələrində, ona məxsus olan, ailə üzvləri ilə birlikdə yaşadığı, Mingəçevir şəhəri, X63 küçəsi 9 ünvanda yerləşən, 10 nömrəli mənzildə olarkən, tanışları zəng edərək Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X21 ailə üzvləri ilə birlikdə yaşadığı evdə partlayış baş verdiyini, digər evlərə, o cümlədən ona məxsus fərdi yaşayış evinə zərər dəydiyini bildirmişlər. Dərhal həmin ünvana getmiş, çatdıqda həqiqətən də Sevinc Qənbərovanın ailə üzvləri ilə birgə yaşadığı evin tamamilə dağıldığını, qonşuluqda yerləşən evlərə, o cümlədən də ona məxsus 6 nömrəli evə maddi ziyan dəydiyini görmüşdür. Məlum olmuşdur ki, hadisə nəticəsində Sevinc Qənbərova, oğlu Şahid10 və qonşu evdə yaşayan Şahid11 müxtəlif dərəcəli xəsarətlər alaraq Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparılmışlar. İlkin və Aynurə tibbi yardım göstərildikdən sonra evə buraxılsalar da, Sevinc həkimlərin məsləhəti ilə Bakı şəhər, 5 saylı Kliniki xəstəxananın yanıq şöbəsinə aparılmışdır. Sevinc Qənbərova 04 yanvar 2022-ci ildə xəstəxanada ölmüşdür. 29 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin ekspertləri, «Azəriqaz» İstehsalat Birliyinin və "xxxx" QSC-nin nümayəndələri hadisə yerinə baxışa başlamışlar. Baş vermiş hadisə nəticəsində ona məxsus fərdi yaşayış evinə tikinti üzrə maddi ziyan dəymişdir. Baş vermiş hadisəyə səbəb təbii qazın Sevinc Qənbərovaya məxsus evə dolması olmuşdur. Təqsirləndirilən şəxs hesab edilmiş Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Ancaq həqiqi təqsirkarın müəyyən olunmasını, ondan zərərin ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2018-ci ildən halhazıra kimi ailə üzvləri ilə birlikdə Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12ci Bağ küçəsində yerləşən 4A nömrəli evdə yaşayır. 28 dekabr 2021-ci il tarixdə saat 10 radələrində evdə olduğu vaxt küçədən güclü partlayış səsi gəlmiş, nəticədə evin tavanında və divarlarında çatlar əmələ gəlmiş, evin pəncərə boşluqları, qapı boşluqları deformasiyaya uğramış, şüşələri sınmışdır. Dərhal çölə çıxdıqda qonşuluqda yerləşən, X24 məxsus evin tamamilə dağıldığını, Sevincin və oğlu İlkinin dağıntılar altında qaldığını görmüşdür. Sevinc, oğlu İlkin və qonşuluqda yaşayan Aynurə xəsarət aldıqları üçün təcili tibbi yardım avtomobillərində Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparılmışlar. Aynurə və İlkin evə buraxılsalar da Sevincin xəsarətləri ağır olduğundan, həkimlərin məsləhəti ilə Bakı şəhər 5 saylı Kliniki xəstəxananın yanıq şöbəsinə aparılmışdır, sonra xəstəxanada ölmüşdür. 29 dekabr 2021-ci il tarixdə səhər saatlarından başlayaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin ekspertləri, «Azəriqaz» İstehsalat Birliyinin və "xxxx" QSC-nin nümayəndələri hadisə yerinə baxışa başlamışlar. Baş vermiş hadisəyə səbəb təbii qazın Sevinc Qənbərovaya məxsus evə dolması olmuşdur. Təqsirli şəxs kimi Təqsirləndirilən şəxs göstərilsə də hesab edir ki, onun baş vermiş hadisədə təqsiri yoxdur. Ona görə ki, mərhum Sevinc Qənbərovanın evinin hasarının yanından keçən diametri 160 mm-lik qaz borusunda teztez qaz sızmaları aşkar olunur, məlumatı alan qaz idarəsi işçiləri başdansondu təmir işləri görüb gedirdilər. 17 dekabr 2021-ci ildə yenə də həmin qaz xəttində güclü qaz sızması aşkar olunmuş, 4 gündən sonra qaz sızması dayandırılmışdır. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Ancaq təqsirləndirilən şəxsin müəyyən olunmasını, ona dəymiş zərərin ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs9 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2013-cü ildən ailə üzvləri ilə birlikdə Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, özünə məxsus fərdi yaşayış evində yaşayır. 28 dekabr 2021-ci il tarixdə saat 10 radələrində işləri ilə əlaqədar evdən çıxmışdır. Saat 11 radələrində tanışları zəng edərək Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X21 ailə üzvləri ilə birlikdə yaşadığı evdə partlayış baş verdiyini bildirmişlər. Dərhal həmin ünvana getmiş, çatdıqda həqiqətən də Sevinc Qənbərovanın ailə üzvləri ilə birgə yaşadığı evin tamamilə dağıldığını, qonşuluqda yerləşən evlərə, o cümlədən də ona məxsus evə maddi ziyan dəydiyini gördü. Məlum oldu ki, hadisə nəticəsində Sevinc Qənbərova, oğlu Şahid10 və qonşu evdə yaşayan Şahid11 müxtəlif dərəcəli xəsarətlər alaraq Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparılmışlar. İlkin və Aynurə tibbi yardım göstərildikdən sonra evə buraxılsalar da, Sevinc həkimlərin məsləhəti ilə Bakı şəhər, 5 saylı Kliniki xəstəxananın yanıq şöbəsinə aparıldımış və xəstəxanada ölmüşdür. 29 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin ekspertləri, «Azəriqaz» İstehsalat Birliyinin və "xxxx" QSC-nin nümayəndələri hadisə yerinə baxışa başladılar. Baş vermiş hadisəyə səbəb təbii qazın Sevinc Qənbərovaya məxsus evə dolması olmuşdur. Ancaq hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxs hesab edilmiş xətt baxıcısı Təqsirləndirilən şəxs təqsiri yoxdur. Aşkar edilmiş qaz sızmalarının qarşısının alınması üçün qaz idarəsinin işçilərinin gördükləri işlər keyfiyyətli olmamışdır. Ona görə ki, mərhum Sevinc Qənbərovanın evinin hasarının yanından çəkilmiş diametri 160 mm-lik borudan bir neçə dəfə qaz sızmaları aşkar olunmuşdur. Görülmüş oişlər keyfiyyətli olmadığına görə bu hal təkrarılanmışdır. Sonuncu dəfə hadisədən bir neçə gün əvvəl, 17 dekabr 2021-ci ildə həmin yerdən qaz xıəttində güclü qaz sızması aşkar olunmuş, qaz sızıntısı olan yer işarələnmiş, lakin 4 gündən sonra həmin güclü sızmaların qarşısı alınmışdır. Ona görə də hesab edir ki,evə qaz həmin yerdə olan sızmalardan da dola bilər. Təqsirləndirilən şəxs Ramil Quluyevdən şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs18 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2017-ci ildən ailə üzvləri ilə birlikdə Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 13-cü Bağ küçəsində yerləşən 0.05 ha torpaq sahəsində fərdi yaşayış evi inşa edərək ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. 28 dekabr 2021-ci il tarixdə saat 09:00 radələrində işləri ilə əlaqədar evdən çıxmışdır. Saat 11 radələrində tanışları zəng edərək Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X21 ailə üzvləri ilə birlikdə yaşadığı evdə partlayış baş verdiyini bildirdilər. Dərhal həmin ünvana getdi, çatdıqda həqiqətən də Sevinc Qənbərovanın ailə üzvləri ilə birgə yaşadığı evin tamamilə dağıldığını, qonşuluqda yerləşən evlərə, o cümlədən də ona məxsus evə maddi ziyan dəydiyini gördü. Məlum oldu ki, hadisə nəticəsində Sevinc Qənbərova, oğluŞahid10 və qonşu evdə yaşayan Şahid11 müxtəlif dərəcəli xəsarətlər alaraq Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparıblar. İlkin və Aynurə tibbi yardım gösətrildikdən sonra evə buraxılsalar da , Sevinc həkimlərin məsləhəti ilə Bakı şəhər, 5 saylı Kliniki xəstəxananın yanıq şöbəsinə aparılmış və sonra xəstəxanada ölmüşdür. 29 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin ekspertləri, «Azəriqaz» İstehsalat Birliyinin və "xxxx" QSC-nin nümayəndələri hadisə yerinə baxışa başladılar. Baş vermiş hadisə nəticəsində ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinə tikinti üzrə maddi ziyan dəymişdi. Baş vermiş hadisəyə səbəb X26 məxsus fərdi yaşayış evinə qazın dolması olmuşdur. Hadisə ilə bağlı təqsirləndirilən şəxs kimi Təqsirləndirilən şəxs gösətrilsə də hesab edir ki, xətt baxıcısı Təqsirləndirilən şəxs təqsiri yoxdur. Xətt baxıcısı kimi Təqsirləndirilən şəxs oktyabr ayaında öz vəzifəsini yerinə yetirərkən diametri 76 mm-lik qaz xəttində sızma olmamasını müəyyən etmişdir. Lakin mərhum Sevinc Qənbərovanın həyətinin hasarının yanında çəkilmiş diametri 160 mm-lik qaz xəttindən bir neçə dəfə qaz sızmaları aşkar olunmuş, sızmanın qarşısının alınması üçün görülmüş işlər keyfiyyətli olmadığına görə bu hallar təkrar olmuşdur. Hadisədən bir neçə gün əvvəl-17 dekabr 2021-ci il tarixdə yenə həmin yerdə güclü qaz sızması aşkar olunmuş, ancaq bir neçə gündən sonra həmin sızmanın qarşısı alınmışdır. Hesab edir ki, mərhum S.Qənbərovanın evinə qazın haradan, necə dolması tam araşdırılıb müəyyən edilməmişdir. Ona görə də xətt baxıcısı Təqsirləndirilən şəxs təqsiri yoxdur və ondan şikayəti, tələbi yoxdur. Zərərçəkmiş şəxs13 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2019-cu ildən ailə üzvləri ilə birlikdə Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən 11 nömrəli evdə yaşayır. 28 dekabr 2021-ci il tarixdə saat 10 radələrində evdə olduğu vaxt küçədən güclü partlayış səsi eşitmiş, evin tavanında və divarlarında çatlar əmələ gəlmiş, evin pəncərə boşluqları, qapı boşluqları, deformasiyaya uğramış, şüşələri sınmışdır. Dərhal çölə çıxdıqda qonşuluqda yerləşən, X24 məxsus evin tamamilə dağıldığını, Sevincin və oğlu İlkinin dağıntılar altında qaldığını görmüşdür. Sevinc, oğlu İlkin və qonşuluqda yaşayan Aynurə xəsarət aldıqları üçün təcili tibbi yardım avtomobillərində Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparılmışlar. Aynurə və İlkin həmin gün evə buraxılsalar da Sevincin xəsarətləri ağır olduğundan, həkimlərin məsləhəti ilə Bakı şəhər 5 saylı Kliniki xəstəxananın yanıq şöbəsinə aparılmış, sonra xəstəxanada ölmüşdür. 29 dekabr 2021-ci il tarixdə səhər saatlarından başlayaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin ekspertləri, «Azəriqaz» İstehsalat Birliyinin və "xxxx" QSC-nin nümayəndələri hadisə yerinə baxışa başlamışlar. Baş vermiş hadisə nəticəsində ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinə tikinti üzrə maddi ziyan dəymişdir. Baş vermiş hadisəyə səbəb X24 məxsus fərdi yaşayış evinə qazın dolması olmuşdur. Hesab edir ki, xətt baxıcısı Təqsirləndirilən şəxs baş vermiş hadisədən heç bir təqsiri yoxdur, o, öz vəzifəsini yerinə yetirmişdir. Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Hadisənin baş verməsində təqsirli olan şəxsimn müəyyən olunmasını və vurulmuş zərərin onun tərəfindən ödənilməsini xahiş edir. Zərərçəkmiş şəxs X25 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2020-ci ilin oktyabr ayında ünvan 4 ünvanda yerləşən 1 mərtəbəli, 2 otaqdan ibarət fərdi yaşayış evini almış, lakin həmin evdə yaşamamış, hərdən evə baş çəkmişdir. 28 dekabr 2021-ci il tarixdə Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində baş vermiş partlayış hadisəsi barədə eşidərək həmin ünvana getmiş, çatdıqda, həqiqətən də, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus fərdi yaşayış evində partlayış baş verdiyini, qonşuluqda yerləşən evlərə, o cümlədən də, ona məxsus fərdi yaşayış evinə maddi ziyan dəydiyini görmüşdür. Hadisə nəticəsində həmin vaxt evdə olan Sevinc Qənbərovanın, onun oğlu Şahid10 və qonşu evdə yaşayan Şahid11 müxtəlif dərəcəli xəsarət aldıqlarını, 04 yanvar 2022-ci il tarixdə S.M.Qənbərova müalicə olunduğu xəstəxanada öldüyünü eşitmişdir. Baş vermiş hadisəyə səbəb X24 məxsus fərdi yaşayış evinə qazın dolması olmuşdur. Baş vermiş hadisə ilə bağlı xətt baxıcısı Təqsirləndirilən şəxs təqsiri yoxdur. Ö, öz vəzifəsini yerinə yetirmişdir. Ancaq qaz idarəsi aşkar olunmuş qaz sızmalarının qarşısının alınması üçün keyfiyyətli işlər görməmişlər. Təqsirləndirilən şəxs şikayətu və tələbi yoxdur. Ona dəymiş zərər ödənilməmişdir. Zərərçəkmiş şəxs12 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2007-ci il tarixdən Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, özünə məxsus 1 nömrəli fərdi yaşayış evində yaşayır. 28 dekabr 2021-ci il tarixdə saat 09 radələrində işləri ilə əlaqədar evdən çıxmışdır. Saat 11 radələrində tanışları zəng edərək Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X21 ailə üzvləri ilə birlikdə yaşadığı evdə partlayış baş verdiyini, digər evlərə, o cümlədən ona məxsus fərdi yaşayış evinə zərər dəydiyini bildirmişlər. Dərhal həmin ünvana getmiş, çatdıqda həqiqətən də Sevinc Qənbərovanın ailə üzvləri ilə birgə yaşadığı evin tamamilə dağıldığını, qonşuluqda yerləşən evlərə, o cümlədən də ona məxsus 1 nömrəli evə maddi ziyan dəydiyini görmüşdür. Məlum olmuşdur ki, hadisə nəticəsində Sevinc Qənbərova, oğlu Şahid10 və qonşu evdə yaşayan Şahid11 müxtəlif dərəcəli xəsarətlər alaraq Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparılmışlar. İlkin və Aynurə tibbi yardım göstərildikdən sonra evə buraxılsalar da, Sevinc həkimlərin məsləhəti ilə Bakı şəhər, 5 saylı Kliniki xəstəxananın yanıq şöbəsinə aparılmış, sonra xəstəxanada olmuşdur. 29 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Ədliyyə Nazirliyinin ekspertləri, «Azəriqaz» İstehsalat Birliyinin və "xxxx" QSC-nin nümayəndələri hadisə yerinə baxışa başlamışlar. Baş vermiş hadisə nəticəsində ailə üzvləri ilə birlikdə yaşadığı fərdi yaşayış evinə maddi ziyan dəymişdir. Baş vermiş hadisəyə səbəb X24 məxsus fərdi yaşayış evinə təbii qazın dolması olmuşdur. Hadisənin baş verməsində Təqsirləndirilən şəxs təqsiri yoxdur. Təqsirləndirilən şəxs şikayəti yoxdur. Ona dəymiş zərər ödənilməmişdir. Zərərçəkmiş şəxs15 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2014-cü il tarixdə ünvan 5 ünvanında yerləşən 1 mərtəbəli, 5 otaqdan ibarət fərdi yaşayış evini almışdır. 28 dekabr 2021-ci il tarixdə saat 12 radələrində Gəncə şəhərində olduğu vaxt ailə üzvləri zəng edərək Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X21 ailə üzvləri ilə birlikdə yaşadığı evdə partlayış baş verdiyini bildirmişlər. 02 yanvar 2022-ci il tarixdə Mingəçevir şəhərinə, yaşadığı ünvana getmiş, çatdıqda həqiqətən də X21 ailə üzvləri ilə birlikdə yaşadığı evin tamamilə dağıldığını, qonşuluqda yerləşən evlərə, o cümlədən də ona məxsus evə maddi ziyan dəydiyini görmüşdür. 04 yanvar 2022ci il tarixdə Sevinc Qənbərovanın müalicə olunduğu xəstəxanada öldüyünü eşitmişdir. Baş vermiş hadisəyə səbəb X24 məxsus fərdi yaşayış evinə qazın dolması olmuşdur. Hadisənin baş verməsində Təqsirləndirilən şəxs təqsiri yoxdur. Təqsirkar “Azəriqaz”dır. Təqsirləndirilən şəxs şikayəti yoxdur. Ona dəymiş zərər ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər zərərçəkmiş şəxslər X7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs14, X8, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 qızı, Zərərçəkmiş şəxs20 və X27 məlumat verilmiş, onlara iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmişlər, lakin sonra məhkəməyə gəlməmişdirlər. Zərərçəkmiş şəxslər X7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs14, X8, Zərərçəkmiş şəxs17, Zərərçəkmiş şəxs19 qızı, Zərərçəkmiş şəxs20 və X45 iş üzrə əvvəlki məhkəmə iclasında verdikləri ifadələrində Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən evlərində yaşadıqlarını, həmin küçədə yaşayan Sevinc Qənbərovanın evindı 28 dekabr 2021-ci ildə partlayış baş verməsini, partlayış nəticəsində onların da evlərinə zərər dəydiyini, hadisənin baş verməsinə səbəb S.Qənbərovaya məxsus evə qazın dolması olduğunu bildirmişlər. Həmçinin hadisənin baş verməsində xəttbaxıcısı Təqsirləndirilən şəxs təqsiri olmamasını, qaz sızmalarının qarşısının alınması üçün “Azəriqaz”ın işçilərinin vaxtında, lkeyfiyyətli iş görməməsini, onlara dəymiş zərərin ödənilməməsini bildirmişlər. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, 2017-ci ildən "xxxx" QSC X12 böyük mühəndisi vəzifəsində işləyir. 28 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Tərtər X57 İdarəsinin Mingəçevir Xidmət sahəsinin Təmir-Bərpa xidmətinin rəisi Şahid6 zəng edərək Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivində partlayış baş verdiyini bildirmiş, dərhal həmin ünvana getdikdə, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus bir mərtəbəli fərdi yaşayış evində partlayış baş verməsi, partlayış nəticəsində evin tamamilə, evin həyətində yerləşən yardımcı tikilinin isə bir hissəsinin partlayışın təsirinə məruz qalaraq dağıldığını görmüş, hadisə nəticəsində ev sahibi Sevinc Qənbərovanın və oğlunun xəsarət alaraq xəstəxanaya aparıldığını eşitmişdir. 29 dekabr 2021-ci il tarixdə səhər saatlarından başlayaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, Ədliyyə Nazirliyinin ekspertlərinin, “X13 X59 İdarəsinin, həmin İdarənin Mingəçevir Xidmət sahəsinin və özünün iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı ilkin olaraq partlayış baş vermiş evin ətrafı və içərisi xüsusi qazanalizator cihazı vasitəsilə yoxlanılmışdır. Partlayış baş vermiş evin ətrafı və içərisi xüsusi qazanalizator cihazı vasitəsilə yoxlanıldıqda, Sevinc Qənbərovaya məxsus evin giriş darvazası ilə üzbəüz yerləşən beton təbəqənin altında, darvazadan sol tərəfdə yerləşən yarıuçmuş vəziyyətdə olan hamam otağının döşəməsində, həmçinin evin hasarının altında müxtəlif VOL səviyyəli qaz sızmaları aşkar olunmuşdur. Sevinc Qənbərovaya məxsus, fərdi yaşayış evinin hasarının yanından bir ədəd diametri 160 mm-lik yeraltı polietilen qaz xətti, evin qarşısı ilə isə bir ədəd diametri 76 mm-lik polad borudan yerüstü qaz xətti çəkilmişdir. Diametri 76 mm-lik qaz xəttinin Sevinc Qənbərovanın evinin giriş darvazasının qarşısından keçən hissəsi layihəyə uyğun olaraq təxminən 5 metr uzunluqda, 1.5 metr dərinlikdə yeraltı çəkilmişdir. İlkin olaraq diametri 160 mm-lik polietilen yeraltı qaz xəttinin üzərinin torpaq qatından təmizlənməsi qərara alınmış, xüsusi texnika, yəni ekskovator vasitəsi ilə xəttin üzəri təxminən 1.80 metr dərinlikdə qazılmış, torpaq qatı təmizləndikdən sonra hər hansı qaz sızması, polietilen qaz xəttinin üzərində sınma, qırılma, çatlama, birləşmə yerindən ayrılma halları müəyyən edilməmiş, qaz xəttinin üzəri yenidən torpaqlanaraq əvvəlki vəziyyətinə gətirilmiş, qazın verilişi bərpa olunmuşdur. "xxxx" QSC-nin əməkdaşları tərəfindən xüsusi qazanalizator cihazları ilə təkrar yoxlamalar aparıldıqda Sevinc Qənbərovaya məxsus evin giriş darvazası ilə üzbəüz yerləşən beton təbəqənin altında, darvazadan sol tərəfdə yerləşən yarıuçmuş vəziyyətdə olan hamam otağının döşəməsində, həmçinin evin hasarının altında müxtəlif VOL səviyyəli qaz sızmalarının olduğu müəyyən edilmişdir. Odur ki, küçənin qaz təchizatı dayandırılmış, hava qaranlıqlaşdığı üçün baxışın ertəsi gün davam etdirilməsi qərara alınmışdır. 30 dekabr 2021-ci il tarixdə səhər saatlarında yenidən baxış davam etdirilmiş, qaz verilişi bərpa olunduqdan sonra "xxxx" QSC-nin əməkdaşları tərəfindən qazanalizator cihazı vasitəsilə yoxlamalar aparılmış, yuxarıda qeyd olunan sahələrdə qaz sızmasının davam etdiyi müəyyən olunmuşdur. Ekskovator vasitəsi ilə diametri 76 mm-lik yerüstü polad qaz xəttinin Sevinc Qənbərovaya məxsus evin giriş darvazasının qarşısında yeraltı çəkilmiş hissəsinin üzəri torpaq qatından təmizlənmiş, təxminən 1.5 metr dərinlikdə çəkilmiş qaz xəttinin polad borusunun üzərində korroziya nəticəsində əmələ gəlmiş dəlik aşkar edilmiş, diametri 76 mm-lik polad qaz xəttinə təbii qazın verilişi bərpa olunduqda dəlikdən «fışıltı» ilə qazın sızması aşkar olunmuşdur. Dərhal qaz təchizatı dayandırılmış, qaz xəttinin torpağın altında olan təxminən 5 metr hissəsi elektrik kəsicisi (laqunda) vasitəsilə kəsilərək götürülmüş, “arka” formalı birləşmə verilərək qaz xətti darvaza keçidi formasında bərpa edilmişdir. Torpağın altında yığıla bilən qaz qalıqlarının havalanmasını, həmçinin havanın qaraldığını nəzərə alaraq hadisə yerinə baxış təxirə salınmışdır. 06 yanvar 2022-ci il tarixdə hadisə yerinə baxış bərpa olunmuş, lakin "xxxx" QSC-nin əməkdaşları tərəfindən xüsusi qazanalizator cihazları ilə yoxlamalar aparıldıqda Sevinc Qənbərovaya məxsus evin ətrafında, həmin küçədə, ətraf küçələrdə hər hansı qaz sızması halı müşahidə edilməmişdir. Hadisədən bir neçə gün sonra Sevinc Qənbərovanın müalicə olunduğu xəstəxanada öldüyünü eşitmişdir. Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus, 28 dekabr 2021-ci il tarixdə partlayış baş vermiş evin hasarının çöl hissəsi ilə çəkilmiş diametri 160 mm-lik polietilen yeraltı qaz xətti və yerüstü çəkilməklə Sevinc Qənbərovaya məxsus evin giriş darvazasının qarşısındakı hissəsi yeraltı aparılmış diametri 76 mm-lik polad qaz xətti “Azəriqaz” İB-nin balansında və istismarında olmuş, həmin qaz xətlərinə texniki baxışlar “Azəriqaz” İB-nin Tərtər X57 İdarəsinin müvafiq strukturları tərəfindən tərtib olunaraq hər ilin sonunda təsdiq olunmuş vəziyyətdə "xxxx" QSC-yə təqdim olunmuş siyahıya əsasən aparılmışdır. "xxxx" QSC-nin əməkdaşları siyahıda göstərilən qaz xətlərinə, istər yeraltı istər yerüstü, onların üzərində quraşdırılmış qaz avadanlıqlarına o cümlədən qaz tənzimləyici qurğulara açıcı və bağlayıcı kran siyirtmələrə, yeraltı qaz kəmərlərindən 15 metr məsafədə yerləşən yeraltı qaz, su, konalizasiya, rabitə, elektrk quyularına gəzmə üsulu və ya xüsusi avadanlıqlarla təchiz edilmiş mobil nəqliyyat vasitələri ilə texniki baxışı həyata keçirirlər. Belə ki, hər iş günü saat 08:00-da xətt baxıcıları və çilingərlər X14 böyük mühəndisi kimi tərəfindən təlimatlandırılır, bundan sonra hər bir xətt baxıcısı və ya çilingərə konkret marşrut təqdim olunur. Texniki baxışa başlamazdan əvvəl ərazidəki qaz xəttinin təzyiqi göstəriciləri götürülür «Sensit G-2» markalı qazanalizator cihazı ilə ərazi gəzilir, qazanalizatorun siqnalı eşidildikdə, həmin ərazidə yeraltı qaz xətti olduğu halda, xəttin üzərində xüsusi avadanlıqla dəlik açılır və qazanalizator cihazı ilə dəqiq ölçmə aparılır, sızmanın səviyyəsi raportda qeyd edilir, qaz sızmalarının aşkar olunduğu sahələr səviyyəsinə uyğun olaraq boyalarla işarələnir. Belə ki, PPM və LEL səviyyəli qaz sızmalarının aşkar olunduğu sahələr yaşıl rəngli boya ilə, VOL səviyyəli qaz sızmalarının aşkar olunduğu sahələr isə yalnız qırmızı rəngli boya ilə boyanır. Qaz sızmasının aşkar olunduğu sahə xəttin yerin altı ilə keçən hisəssinə düşdükdə, həmin sahə qazanalizator cihazı ilə müəyyən edilir, xüsusi metal alətlə həmin sahədə şurf (dəlik) açılır, həmin dəliyin olduğu sahə qaz sızmasına uyğun olaraq müvafiq boya ilə boyanır, "xxxx" QSC-nin dispetçer xidmətinə məlumat verilir və texniki baxış davam etdirilir. Texniki baxış zamanı aşkar olunmuş qaz sızmaları barədə həmin gün elektron qaydada Tərtər X57 İdarəsinin əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinə göndərilir. Yüksək VOL səviyyəli qaz sızma halları aşkar olunduqda, partlayış təhlükəsinin labüd olduğunu nəzərə alaraq dərhal telefon vasitəsi ilə Mingəçevir Xidmət Sahəsinin Qəza Dispetçer Xidmətinə məlumat verilir. Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus fərdi yaşayış evinin yaxınlığından keçən diametri 160 mm-lik yeraltı polietilen qaz xəttinə 17 dekabr 2021-ci il tarixdə "xxxx" QSC-nin xarici yeraltı qaz kəmərlərinə nəzarət qupunun əməkdaşları tərəfindən keçirilmiş texniki baxış zamanı Sevinc Qənbərovaya məxsus **********8 nömrəli sayğacdan 10 metr sağda, evin çöl divarının yanında diametri 160 mm-lik həmin yeraltı polietilen qaz xəttindən 100 VOL səviyyəsində qaz sızmasının olması aşkar edilmişdir.Lakin həmin borunun yanında olan diamentri 76 mm-lik yeraltı boruda həmin vaxt qaz sızması aşkar olunmamışdır. Diamentri 160 mm-lik boruda olan 100 VOL qaz sızması barədə dərhal Tərtər X57 İdarəsinin Mingəçevir Xidmət Sahəsinin Qəza Dispetçer Xidmətinin rəisi Şahid6 məlumat verilmiş, ancaq bundan bir neçə gün sonra qaz sızmasının qarşısı alınmışdır. Bundan başqa 2021-ci il ərzində diametri 160 mm-lik qeyd olunan polietilen yeraltı qaz xəttində hər hansı qaz sızması halı müəyyən edilməmişdir. Sevinc Qənbərovaya məxsus evin qarşısı ilə yerüstü çəkilmiş, evin giriş darvazasının qarşısında olan hissəsi torpağın altı ilə aparılmış diametri 76 mm-lik polad qaz xəttinə 2021-ci ili aprel ayının 09-da xətt baxıcısı Şahid4 tərəfindən keçirilmiş texniki baxış zamanı qaz xəttinin Sevinc Qənbərovaya məxsus evin darvazasının qarşısında yeraltı çəkilmiş keçid hissəsində 20 LEL səviyyəsində qaz sızması məyyən edilmiş və bu barədə müvafiq qaydada məlumat verilmişdir. Bundan sonra 2021-ci ilin iyun ayının 22-də xətt baxıcısı Şahid5 və 01 oktyabr 2021-ci il tarixdə xətt baxıcısı Təqsirləndirilən şəxs tərəfindən Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik qaz xəttinə texniki baxış keçirilmiş, lakin qaz xəttinin Sevinc Qənbərovaya məxsus fərdi yaşayış evinin darvazasının qarşısında yeraltı keçən hissəsində hər hansı qaz sızması halı aşkar olunmamışdır. Xarici yeraltı, yerüstü qaz kəmərlərinə və onların üzərində olan qurğulara texniki baxışın keyfiyyətlə həyata keçirilməsi, xarici yeraltı, yerüstü qaz xətlərinə, siyirtmələrdə və tənzimləyicilərdə aşkar edilmiş təhlükəli həddə olan qaz təzyiqi, qaz sızmaları barədə məlumatın verilməsi, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi xətt baxıcılarının vəzifəsinə aiddir. Sifarişçi ilə aralarında bağlanmış müqaviləyə əsasən qaz xətlərinə "xxxx" QSC tərəfindən hər ildə 2 dəfə texniki baıxş keçirilməlidir. Lakin "xxxx" təlükəsizliyin təmin edilməsi üçün işçi qaydasında əlavə olaraq qaz xətinə baxış keçirir. Sonuncu dəfə 01 oktyabr 2021-ci il tarixdə xətt baxıcısı Təqsirləndirilən şəxs tərəfindən Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik qaz xəttinə texniki baxış keçirilsə də, qaz sızması müəyyən edilməmişdir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2020-ci ildən "xxxx" QSC X12 müdir müavini vəzifəsində işləyir. 28 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Tərtər X57 İdarəsinin Mingəçevir Xidmət sahəsinin Təmir-Bərpa xidmətinin rəisi Şahid6 zəng edərək Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivində partlayış baş verdiyini bildirdi. Dərhal həmin ünvana getdikdə, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus bir mərtəbəli fərdi yaşayış evində partlayış baş verməsi, partlayış nəticəsində evin tamamilə, evin həyətində yerləşən yardımcı tikilinin isə bir hissəsinin partlayışın təsirinə məruz qalaraq dağıldığını, partlayış baş vermiş sahədən tüstü və buxarın çıxdığını, yanğının söndürüldüyünü görmüş, hadisə nəticəsində ev sahibi Sevinc Qənbərovanın və oğlunun xəsarət alaraq xəstəxanaya aparıldığını eşitmişdir. 29 dekabr 2021-ci il tarixdə səhər saatlarından başlayaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, Ədliyyə Nazirliyinin ekspertlərinin, “X13 X59 İdarəsinin, həmin İdarənin Mingəçevir Xidmət sahəsinin və özünün iştirakı ilə hadisə yerinə baxış keçirildi. Baxış zamanı ilkin olaraq partlayış baş vermiş evin ətrafı və içərisi xüsusi qazanalizator cihazı vasitəsilə yoxlanıldı. Partlayış baş vermiş evin ətrafı və içərisi xüsusi qazanalizator cihazı vasitəsilə yoxlanıldıqda, Sevinc Qənbərovaya məxsus evin giriş darvazası ilə üzbəüz yerləşən beton təbəqənin altında, darvazadan sol tərəfdə yerləşən yarıuçmuş vəziyyətdə olan hamam otağının döşəməsində, həmçinin evin hasarının altında müxtəlif VOL səviyyəli qaz sızmaları aşkar olunmuşdur. Sevinc Qənbərovaya məxsus, yaşayış evinin hasarının yanından bir ədəd diametri 160 mm-lik yeraltı polietilen qaz xətti, evin qarşısı ilə isə bir ədəd diametri 76 mm-lik polad borudan yerüstü qaz xətti çəkilmişdir. Diametri 76 mm-lik qaz xəttinin Sevinc Qənbərovanın evinin giriş darvazasının qarşısından keçən hissəsi layihəyə uyğun olaraq təxminən 5 metr uzunluqda yeraltı çəkilmişdir. İlkin olaraq diametri 160 mm-lik polietilen yeraltı qaz xəttinin üzərinin torpaq qatından təmizlənməsi qərara alındı. Xüsusi texnika, yəni ekskovator vasitəsi ilə xəttin üzəri təxminən 1.80 metr dərinlikdə açıldıqdan həmin sahədən hər hansı qaz sızması, polietilen qaz xəttinin üzərində sınma, qırılma, çatlama, birləşmə yerindən ayrılma halları müəyyən edilmədi Bundan sonra qaz xəttinin üzəri yenidən torpaqlandı. Təkrar yoxlamalar zamanı yuxarıda qeyd etdiyi sahələr VOL səvəiyyəli qaz sızmalarının olması müəyyən edildi. Odur ki, küçənin qaz təchizatı dayandırıldı, hava qaranlıqlaşdığı üçün baxışın ertəsi gün davam etdirilməsi qərara alınmışdır. 30 dekabr 2021-ci il tarixdə səhər saatlarında yenidən baxış davam etdirilmiş, qaz verilişi bərpa olunduqdan sonra "xxxx" QSC-nin əməkdaşları tərəfindən qazanalizator cihazı vasitəsilə yoxlamalar aparıldı. Sevinc Qənbərovaya məxsus evin giriş darvazası ilə üzbəüz yerləşən beton təqəbənin altında darvazadan sol tərəfdə yerləşən yarı uçmuş vəziyyətdə olan hamam otağının döşəməsində həmçinin evin hasarının altında müxtəlif Vol səviyyəli qaz sızmalarının olması müəyyən edildi. Ekskovator vasitəsi ilə diametri 76 mm-lik polad qaz xəttinin Sevinc Qənbərovaya məxsus evin darvazasının qarşısında yeraltı çəkilmiş hissəsinin üzərinin torpaq qatı təmizləndikdə xəttin üzərində dəlik aşkar edildi. Qaz təchizatı bərpa olunduqda dəlikdən qaz sızması aşkar olundu. Dərhal qaz təchizatı dayandırıldı, qaz xəttinin torpağın altında olan təxminən 5 metr hissəsi laqunda vasitəsilə kəsilərək götürüldü. Dərhal “Arka” formalı birləşmə verilərək qaz xətti darvaza keçidi formasında bərpa edildi. Torpağın altında yığıla bilən qaz qalıqlarının havalanmasını, həmçinin havanın qaraldığını nəzərə alaraq hadisə yerinə baxış təxirə salındı. 06 yanvar 2022-ci il tarixdə hadisə yerinə baxış bərpa olundu, "xxxx" QSC-nin əməkdaşları tərəfindən xüsusi qazanalizator cihazları ilə yoxlamalar aparıldıqda Sevinc Qənbərovaya məxsus evin ətrafında, həmin küçədə, ətraf küçələrdə hər hansı qaz sızması halı müşahidə edilmədi. Buna baxmayaraq qonşuluqda yerləşən, Günəşli bağ massivi 11-ci küçədə yerüstü çəkilmiş abonentlərin darvazasının qarşısı ilə olan hissəsi yeraltı aparılmış diametri 76 mm-lik qaz xəttinin üzəri torpaq qatından təmizləndi, xəttin üzərində hər hansı sınma, qopma, birləşmə yerindən ayrılma, kənar qoşulma halları müəyyən edilmədi. Bundan sonra baxış başa çatdırıldı, baxış protokolu tərtib olundu və imzalandı. Hadisə yerinə baxışdan sonra Mingəçevir şəhəri Bağ masivində abonentlərin qaz təchizatı tamamilə bərpa olundu. Partlayışdan bir neçə gün sonra Sevinc Qənbərovanın müalicə olunduğu xəstəxanada ölüdyü eşitdi. Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, "xxxx" QSC X12 sahə nəzarətçisi vəzifəsində işləyir. O, "xxxx" QSC X12 X39 texniki baxış keçirən qrupun işinə nəzarət edir. X12 X40 texniki baxış keçirən qrupu Mingəçevir şəhəri Yevlax, Bərdə, Tərtər və Zərdab rayonlarının ərazisində yerləşən X40, yerüstü və yeraltı qaz kəmərlərinin üzərində olan qaz siyirtmələrinə texniki baxış keçirirlər. X12 X40 texniki baxış keçirən qrupu kimi yalnız “Azəriqaz” İB-nin balansında və istismarında olan X41, yerüstü və yeraltı qaz kəmərlərinin üzərində olan qaz siyirtmələrinə texniki baxış keçirirlər. Hər ilin sonunda növbəti il üçün “ Azəriqaz” İB-nin baılansında və istismarında olan yeraltı və yerüstü xarici qaz xətlərinin, həmçinin X32, yerüstü və yeraltı qaz kəmərlərinin üzrəində olan qaz siyirtmələrinə siyahısı, həmçinin həmin xətlərə texniki baxışa dair təsdiq olunmuş qrafiklər "xxxx" QSC X18 təqdim olunur. İl ərzində texniki baxışlar həmin qrafiklərə uyğun həmçinin ehtiyac olduqda qrafikdən əlavə aparılır. Xətt baxıcıları və çilingərlər hər gün saat 08:00-də işə gələrək ilkin olaraq təlimatlandırılırlar, bu barədə müvafiq jurnala imza edirlər, onlara təhkim olunmuş və müvafiq qaydada yoxlanılmış (kalibirofka olunmuş) qazanalizator cihazlarını, içərisində ysaşıl və qırmızı rəngli boya lazimi alətlər olan çantalarını götürərək iş bölgüsünə əsasən əraziyə çıxarırlar. Hər hansı nöqsan, uyğunsuzluq, həmçinin, qaz sızmaları barədə dərhal "xxxx" QSC X12 dispetçerinə telefon vasitətəsilə məlumat verilir, həmçinin gündəlik raportlarda qeyd edilir. Həmçinin qaz sızmasıənın aşkar edildiyi sahələr üqaz sızmasının səviyyəsinə uyğun olaraq müvafiq boyalarla işarələnirlər. Belə ki, PPM və LEL səviyyəli qaz sızmalarının aşkar olunduğu sahələr yaşıl rəngli boya ilə, VOL səviyyəli qaz sızmalarının aşkar olunduğu sahələr isə yalnız qırmızı rəngli boya ilə boyanır. Raportlarda sızmanın aşkar olunduğu vaxt, oriyentir kimi ən yaxın abonentin sayğacı göstərilir. İş gününü sonunda xətt baxıcıları "xxxx" QSC X18 gedərək raportları, xüsusi cihazlarını, xidməti çantalarını təhvil verirlər. Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2018-ci ildən "xxxx" QSC X12 çilingəri vəzifəsində işləyir. 28 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Tərtər X57 İdarəsinin Mingəçevir Xidmət sahəsinin Təmir-Bərpa xidmətinin rəisi Şahid6 zəng edərək Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivində partlayış baş verdiyini bildirmiş, dərhal həmin ünvana getdikdə, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus bir mərtəbəli fərdi yaşayış evində partlayış baş verməsi, partlayış nəticəsində evin tamamilə, evin həyətində yerləşən yardımcı tikilinin isə bir hissəsinin partlayışın təsirinə məruz qalaraq dağıldığını, partlayış baş vermiş sahədən tüstü və buxarın çıxdığını, yanğının söndürüldüyünü görmüşdür. Hadisə nəticəsində ev sahibi Sevinc Qənbərovanın və oğlunun xəsarət alaraq xəstəxanaya aparıldığını eşitmişdir. 29 dekabr 2021-ci il tarixdə səhər saatlarından başlayaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, Ədliyyə Nazirliyinin ekspertlərinin, “X13 X59 İdarəsinin, həmin İdarənin Mingəçevir Xidmət sahəsinin və özünün iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı ilkin olaraq partlayış baş vermiş evin ətrafı və içərisi xüsusi qazanalizator cihazı vasitəsilə yoxlanılmışdır. Partlayış baş vermiş evin ətrafı və içərisi xüsusi qazanalizator cihazı vasitəsilə yoxlanıldıqda, Sevinc Qənbərovaya məxsus evin giriş darvazası ilə üzbəüz yerləşən beton təbəqənin altında, darvazadan sol tərəfdə yerləşən yarıuçmuş vəziyyətdə olan hamam otağının döşəməsində, həmçinin evin hasarının altında müxtəlif VOL səviyyəli qaz sızmaları aşkar olunmuşdur. Sevinc Qənbərovaya məxsus, fərdi yaşayış evinin hasarının yanından bir ədəd diametri 160 mm-lik yeraltı polietilen qaz xətti, evin qarşısı ilə isə bir ədəd diametri 76 mm-lik polad borudan yerüstü qaz xətti çəkilmişdir. Diametri 76 mm-lik qaz xəttinin Sevinc Qənbərovanın evinin giriş darvazasının qarşısından keçən hissəsi layihəyə uyğun olaraq təxminən 5 metr uzunluqda, 1.5 metr dərinlikdə yeraltı çəkilmişdir. İlkin olaraq diametri 160 mm-lik polietilen yeraltı qaz xəttinin üzərinin torpaq qatından təmizlənməsi qərara alınmış, xüsusi texnika, yəni ekskovator vasitəsi ilə xəttin üzəri təxminən 1.80 metr dərinlikdə qazılmış, torpaq qatı təmizləndikdən sonra hər hansı qaz sızması, polietilen qaz xəttinin üzərində sınma, qırılma, çatlama, birləşmə yerindən ayrılma halları müəyyən edilməmiş, qaz xəttinin üzəri yenidən torpaqlanaraq əvvəlki vəziyyətinə gətirilmiş, qazın verilişi bərpa olunmuşdur. "xxxx" QSC-nin əməkdaşları tərəfindən xüsusi qazanalizator cihazları ilə təkrar yoxlamalar aparıldıqda Sevinc Qənbərovaya məxsus evin giriş darvazası ilə üzbəüz yerləşən beton təbəqənin altında, darvazadan sol tərəfdə yerləşən yarıuçmuş vəziyyətdə olan hamam otağının döşəməsində, həmçinin evin hasarının altında müxtəlif VOL səviyyəli qaz sızmalarının olduğu müəyyən edilmişdir. Odur ki, küçənin qaz təchizatı dayandırılmış, hava qaranlıqlaşdığı üçün baxışın ertəsi gün davam etdirilməsi qərara alınmışdır. 30 dekabr 2021-ci il tarixdə səhər saatlarında yenidən baxış davam etdirilmiş, qaz verilişi bərpa olunduqdan sonra "xxxx" QSC-nin əməkdaşları tərəfindən qazanalizator cihazı vasitəsilə yoxlamalar aparılmış, yuxarıda qeyd olunan sahələrdə qaz sızmasının davam etdiyi müəyyən olunmuşdur. Ekskovator vasitəsi ilə diametri 76 mm-lik yerüstü polad qaz xəttinin Sevinc Qənbərovaya məxsus evin giriş darvazasının qarşısında yeraltı çəkilmiş hissəsinin üzəri torpaq qatından təmizlənmiş, təxminən 1.5 metr dərinlikdə çəkilmiş qaz xəttinin polad borusunun üzərində korroziya nəticəsində əmələ gəlmiş dəlik aşkar edilmiş, diametri 76 mm-lik polad qaz xəttinə təbii qazın verilişi bərpa olunduqda dəlikdən qazın sızması aşkar olunmuşdur. Dərhal qaz təchizatı dayandırılmış, qaz xəttinin torpağın altında olan təxminən 5 metr hissəsi elektrik kəsicisi (laqunda) vasitəsilə kəsilərək götürülmüş, “arka” formalı birləşmə verilərək qaz xətti darvaza keçidi formasında bərpa edilmişdir. Torpağın altında yığıla bilən qaz qalıqlarının havalanmasını, həmçinin havanın qaraldığını nəzərə alaraq hadisə yerinə baxış təxirə salınmışdır. 06 yanvar 2022-ci il tarixdə hadisə yerinə baxış bərpa olunmuş, lakin "xxxx" QSC-nin əməkdaşları tərəfindən xüsusi qazanalizator cihazları ilə yoxlamalar aparıldıqda Sevinc Qənbərovaya məxsus evin ətrafında, həmin küçədə, ətraf küçələrdə hər hansı qaz sızması halı müşahidə edilməmişdir. Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus, evin hasarının çöl hissəsi ilə çəkilmiş diametri 160 mm-lik polietilen yeraltı qaz xətti və evin giriş darvazasının qarşısındakı hissəsi yeraltı aparılmış diametri 76 mm-lik polad qaz xətti “Azəriqaz” İB-nin balansında və istismarında olmuş, həmin qaz xətlərinə texniki baxışlar “Azəriqaz” İB-nin Tərtər X57 İdarəsinin müvafiq strukturları tərəfindən tərtib olunaraq hər ilin sonunda təsdiq olunmuş vəziyyətdə "xxxx" QSC-yə təqdim olunmuş siyahıya əsasən aparılmışdır. "xxxx" QSC-nin əməkdaşları siyahıda göstərilən qaz xətlərinə, istər yeraltı istər yerüstü, onların üzərində quraşdırılmış qaz avadanlıqlarına o cümlədən qaz tənzimləyici qurğulara açıcı və bağlayıcı kran siyirtmələrə, yeraltı qaz kəmərlərindən 15 metr məsafədə yerləşən yeraltı qaz, su, konalizasiya, rabitə, elektrk quyularına gəzmə üsulu və ya xüsusi avadanlıqlarla təchiz edilmiş mobil nəqliyyat vasitələri ilə texniki baxışı həyata keçirirlər. Belə ki, hər iş günü saat 08:00-da xətt baxıcıları və çilingərlər X14 böyük mühəndisi kimi tərəfindən təlimatlandırılır, bundan sonra hər bir xətt baxıcısı və ya çilingərə konkret marşrut təqdim olunur. Texniki baxışa başlamazdan əvvəl ərazidəki qaz xəttinin təzyiqi göstəriciləri götürülür «Sensit G-2» markalı qazanalizator cihazı ilə ərazi gəzilir, qazanalizatorun siqnalı eşidildikdə, həmin ərazidə yeraltı qaz xətti olduğu halda, xəttin üzərində xüsusi avadanlıqla dəlik açılır və qazanalizator cihazı ilə dəqiq ölçmə aparılır, sızmanın səviyyəsi raportda qeyd edilir, qaz sızmalarının aşkar olunduğu sahələr səviyyəsinə uyğun olaraq boyalarla işarələnir. Belə ki, PPM və LEL səviyyəli qaz sızmalarının aşkar olunduğu sahələr yaşıl rəngli boya ilə, VOL səviyyəli qaz sızmalarının aşkar olunduğu sahələr isə yalnız qırmızı rəngli boya ilə boyanır. İş gününün sonunda, tərtib olunmuş raportlar və qazanalizator cihazları X1raq təhvil verilir. Texniki baxış zamanı aşkar olunmuş qaz sızmaları barədə həmin gün elektron qaydada Tərtər X57 İdarəsinin əməyin mühafizəsi və texniki təhlükəsizlik şöbəsinə göndərilir. Yüksək VOL səviyyəli qaz sızma halları aşkar olunduqda, partlayış təhlükəsinin labüd olduğunu nəzərə alaraq dərhal telefon vasitəsi ilə Mingəçevir Xidmət Sahəsinin Qəza Dispetçer Xidmətinə məlumat verilir. Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus fərdi yaşayış evinin yaxınlığından keçən diametri 160 mm-lik yeraltı polietilen qaz xəttinə 17 dekabr 2021-ci il tarixdə "xxxx" QSC-nin xarici yeraltı qaz kəmərlərinə nəzarət qupunun əməkdaşları tərəfindən keçirilmiş texniki baxış zamanı Sevinc Qənbərovaya məxsus **********8 nömrəli sayğacdan 10 metr sağda, evin çöl divarının yanında diametri 160 mm-lik həmin yeraltı polietilen qaz xəttindən 100 VOL səviyyəsində qaz sızmasının olması aşkar edilmiş, dərhal bu barədə Tərtər X57 İdarəsinin Mingəçevir Xidmət Sahəsinin Qəza Dispetçer Xidmətinin rəisi Şahid6 məlumat verilmiş, bundan bir neçə gün sonra qaz sızmasının qarşısı alınmışdır. Sevinc Qənbərovaya məxsus evin qarşısı ilə yerüstü çəkilmiş, evin giriş darvazasının qarşısında olan hissəsi torpağın altı ilə aparılmış diametri 76 mm-lik polad qaz xəttinə 2021-ci ili aprel ayının 09-da xətt baxıcısı Şahid4 tərəfindən keçirilmiş texniki baxış zamanı qaz xəttinin Sevinc Qənbərovaya məxsus evin darvazasının qarşısında yeraltı çəkilmiş keçid hissəsində 20 LEL səviyyəsində qaz sızması məyyən edilmiş və bu barədə müvafiq qaydada məlumat verilmişdir. Bundan sonra 2021-ci ilin iyun ayının 22-də xətt baxıcısı Şahid5 və 01 oktyabr 2021-ci il tarixdə xətt baxıcısı Təqsirləndirilən şəxs tərəfindən Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik qaz xəttinə texniki baxış keçirilmiş, lakin qaz xəttinin Sevinc Qənbərovaya məxsus fərdi yaşayış evinin darvazasının qarşısında yeraltı keçən hissəsində hər hansı qaz sızması halı aşkar etməmişlər. Xarici yeraltı, yerüstü qaz kəmərlərinə və onların üzərində olan qurğulara texniki baxışın keyfiyyətlə həyata keçirilməsi, xarici yeraltı, yerüstü qaz kəmərlərində, siyirtmələrdə və tənzimləyicilərdə aşkar edilmiş təhlükəli həddə olan qaz təzyiqi, qaz sızmaları barədə məlumatın verilməsi, həmçinin yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi xətt baxıcılarının vəzifəsinə aiddir. Sonuncu dəfə 01 oktyabr 2021-ci il tarixdə xətt baxıcısı Təqsirləndirilən şəxs tərəfindən Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik qaz xəttinə texniki baxış keçirilsə də, qaz sızması müəyyən edilməmişdir. 28 dekabr 2021-ci il tarixdə baş vermiş partlayış hadisəsinə səbəb X24 məxsus fərdi yaşayış evinə təbii qazın dolması olmuşdur. Şahidlər Şahid5 və Şahid12 da məhkəmə iclasında Şahid4 ifadəsinə uyğun ifadə verdilər. Şahid6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2016-cı ilin dekabr ayından 15 dekabr 2021-ci il tarixə qədər olan dövr ərzində «Azəriqaz» X23 X57 İdarəsinin Mingəçevir Xidmət Sahəsi üzrə Təmir-Bərpa Xidmətinin rəisi vəzifəsində, həmin tarixdən isə Tərtər X57 İdarəsinin Mingəçevir Xidmət Sahəsi üzrə Qəza Dispetçer Xidmətinin rəisi vəzifəsində işləyir. 28 dekabr 2021-ci il tarixdə saat 10 radələrində xidməti ərazidə olduğu zaman qəflətən güclü partlayış səsi eşitmiş, partlayışın Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivi adlanan sahədən gəldiyini müəyyən edərək həmin sahəyə getmiş, çatdıqda, Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus bir mərtəbəli fərdi yaşayış evində partlayış baş verdiyini, partlayış nəticəsində evin tam, evin həyətində yerləşən yardımcı tikilinin isə bir hissəsinin dağıldığını, partlayış baş vermiş sahədən tüstü və buxarın çıxdığını, yanğının tam söndürüldüyünü, yanğınsöndürənlərin hadisə yerində olduğunu görmüş, hadisə nəticəsində Sevinc Qənbərovanın və oğlunun xəsarət alaraq xəstəxanaya aparıldıqlarını eşitmişdir. Dərhal Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsinin qaz təminatı dayandırılmışdır. 29 dekabr 2021-ci il tarixdə səhər saatlarından başlayaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının, Ədliyyə Nazirliyinin ekspertlərinin, "xxxx" QSC-nin nümayəndələrinin və özünün iştirakı ilə hadisə yerinə baxışa başlanılmış, "xxxx" QSC-nin əməkdaşları tərəfindən partlayış baş vermiş evin ətrafı və içərisi xüsusi qazanalizator cihazı vasitəsilə yoxlanıldıqda, Sevinc Qənbərovaya məxsus evin giriş darvazası ilə üzbə-üz yerləşən beton təbəqənin altında, darvazadan sol tərəfdə yerləşən yarıuçmuş vəziyyətdə olan hamam otağının döşəməsində, həmçinin evin hasarının altında müxtəlif VOL səviyyəli qaz sızmaları aşkar olunmuşdur. Sevinc Qənbərovaya məxsus, fərdi yaşayış evinin hasarının yanından bir ədəd diametri 160 mmlik yeraltı polietilen qaz xətti, evin qarşısı ilə isə bir ədəd diametri 76 mm-lik polad borudan yerüstü qaz xətti çəkilmişdir. Diametri 76 mm-lik qaz xəttinin Sevinc Qənbərovanın evinin giriş darvazasının qarşısından keçən hissəsi, layihəyə uyğun olaraq təxminən 5 metr uzunluqda, 1.5 metr dərinlikdə yeraltı çəkilmişdir. İlkin olaraq diametri 160 mm-lik polietilen yeraltı qaz xəttinin üzərinin torpaq qatından təmizlənməsi qərara alınmış, xüsusi texnika, yəni ekskovator vasitəsi ilə xəttin üzəri təxminən 1.80 metr dərinlikdə qazılmış, torpaq qatı təmizləndikdən sonra hər hansı qaz sızması, polietilen qaz xəttinin üzərində sınma, qırılma, çatlama, birləşmə yerindən ayrılma halları müəyyən edilməmiş, qaz xəttinin üzəri yenidən torpaqlanaraq əvvəlki vəziyyətinə gətirilmiş, qazın verilişi bərpa olunmuşdur. "xxxx" QSC-nin əməkdaşları tərəfindən xüsusi qazanalizator cihazları ilə təkrar yoxlamalar aparıldıqda Sevinc Qənbərovaya məxsus evin giriş darvazası ilə üzbəüz yerləşən beton təbəqənin altında, darvazadan sol tərəfdə yerləşən yarıuçmuş vəziyyətdə olan hamam otağının döşəməsində, həmçinin evin hasarının altında yenidən müxtəlif VOL səviyyəli qaz sızmalarının olduğu müəyyən edilmişdir. Odur ki, küçənin qaz təchizatı dayandırılmış, hava qaraldığı üçün baxışın ertəsi gün davam etdirilməsi qərara alınmışdır. 30 dekabr 2021-ci il tarixdə səhər saatlarında yenidən baxış davam etdirilmiş, qaz verilişi bərpa olunduqdan sonra "xxxx" QSC-nin əməkdaşları tərəfindən qazanalizator cihazı vasitəsilə yoxlamalar aparılmış, yuxarıda qeyd olunan sahələrdə qaz sızmasının davam etdiyi müəyyən olunmuşdur. Ekskovator vasitəsi ilə diametri 76 mm-lik yeüstü polad qaz xəttinin Sevinc Qənbərovaya məxsus evin giriş darvazasının qarşısında yeraltı çəkilmiş hissəsinin üzəri torpaq qatından təmizlənmiş, təxminən 1.5 metr dərinlikdə aşkar olunmuş qaz xəttinin polad borusunun üzərində korroziya nəticəsində əmələ gəlmiş dəlik aşkar edilmiş, diametri 76 mm-lik polad qaz xəttinə təbii qazın verilişi bərpa olunduqda dəlikdən qazın sızması aşkar olunmuşdur. Dərhal qaz təchizatı dayandırılmış, qaz xəttinin torpağın altında olan təxminən 5 metr hissəsi elektrik kəsicisi (laqunda) vasitəsilə kəsilərək götürülmüş, “arka” formalı birləşmə verilərək qaz xətti darvaza keçidi formasında bərpa edilmişdir. Torpağın altında yığıla bilən qaz qalıqlarının havalanmasını, həmçinin havanın qaraldığını nəzərə alaraq hadisə yerinə baxış təxirə salınmışdır. 06 yanvar 2022-ci il tarixdə hadisə yerinə baxış bərpa olunmuş, lakin "xxxx" QSC-nin əməkdaşları tərəfindən xüsusi qazanalizator cihazları ilə yoxlamalar aparıldıqda Sevinc Qənbərovaya məxsus evin ətrafında, həmin küçədə, ətraf küçələrdə hər hansı qaz sızması halı müşahidə edilməmişdir. Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus, evin hasarının çöl hissəsi ilə çəkilmiş diametri 160 mm-lik polietilen yeraltı qaz xətti və yerüstü çəkilməklə Sevinc Qənbərovaya məxsus evin giriş darvazasının qarşısındakı hissəsi yeraltı aparılmış diametri 76 mm-lik polad qaz xətti layihəyə uyğun çəkilməklə “Azəriqaz” İB-nin balansında və istismarında olmuş, həmin qaz xətlərinə texniki baxış "xxxx" QSC tərəfindən aparılmışdır. Belə ki, “Azəriqaz” İB-nin Tərtər X57 İdarəsinin müvafiq strukturları tərəfindən tərtib olunmuş qaz xətlərinin siyahısı hər ilin sonunda təsdiq olunmuş vəziyyətdə "xxxx" QSC-yə təqdim olunur. "xxxx" QSC-nin əməkdaşları siyahıda göstərilən qaz xətlərinə, istər yeraltı, istər yerüstü, onların üzərində quraşdırılmış qaz avadanlıqlarına o cümlədən qaz tənzimləyici qurğulara açıcı və bağlayıcı kran siyirtmələrə, elektrk quyularına gəzmə üsulu və ya xüsusi avadanlıqlarla təchiz edilmiş mobil nəqliyyat vasitələri ilə texniki baxışı həyata keçirirlər. Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus, evin ətrafından keçən diametri 160 mm-lik polietilen və diametri 76 mm-lik polad qaz xəttində qaz sızmalarının olması barədə "xxxx" QSC-dən məlumatlar daxil olmuşdur. Belə ki, 09 aprel 2021-ci ildə "xxxx" QSC-nin xarici yerüstü qaz kəmərlərinə nəzarət qrupunun əməkdaşları tərəfindən aparılan texniki baxış zamanı Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus fərdi yaşayış evinin qarşısı ilə yerüstü çəkilmiş diametri 76 mm-lik polad qaz borusunun evin darvazasının qarşısından yeraltı aparılmış hissəsində 20 LEL səviyyəsində qaz sızmasının aşkar olunması barədə məlumat daxil olmuş, 15 aprel 2021-ci il tarixdə tərəfindən verilmiş tapşırığa əsasən Tərtər X57 İdarəsinin Mingəçevir Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin texniki Xanım Əsədova tərəfindən «Qaz təsərrüfatında təhlükəli işlərin aparılması üçün 187 nömrəli naryad buraxılış” tərtib edilmiş, iş rəhbəri olan Tahir Abdurəhmanova təqdim edilmiş, Tahir Abdurəhmanov qaynaqçılar Şahid8, Şahid9 və qazla kəsən Mətləb Əliyev qeyd olunan ünvanda olaraq qaz sızmasının qarşısını almışlar. 17 dekabr 2021-ci il tarixdə "xxxx" QSC-nin xarici yeraltı qaz kəmərlərinə nəzarət qupunun əməkdaşları tərəfindən Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus evin hasarının çöl tərəfi ilə yeraltı çəkilmiş diametri 160 mm-lik polietilen qaz xəttinin Sevinc Qənbərovaya məxsus sayğacdan 10 metr aralıda olan hissəsində 100 VOL səviyyəsində qaz sızması aşkar edilmiş və dərhal Tərtər X57 İdarəsinə məlumat verilmiş, 21 dekabr 2021-ci il tarixdə Tərtər X57 İdarəsinin Mİngəçevir Xidmət Sahəsinin Təmir Bərpa Xidmətinin əməkdaşları tərəfindən qaz sızmasının qarşısı alınmış və bu barədə xx.xx.2021-ci il tarixli “Qaz təsərrüfatında təhlükəli işlərin aparılması üçün 631 nömrəli naryad buraxılış” tərtib edilmişdir. Baş vermiş hadisəyə səbəb X24 məxsus fərdi yaşayış evinə qazın evə dolması olmuşdur. Şahidlər Şahid7, X15, Şahid9 da məhkəmə iclasında Şahid6 ifadəsinə uyğun ifadə verdilər. Digər şahidlər- Şahid10, Şahid11, Şahid13 və Şahid14 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələrində 28 dekabr 2021-ci il tarixdə səhər saat 10:00 radələrində Mingəçevir şəhəri Günəşli Bağlar massivinin 12-ci küçəsində X24 məxsus yaşayış evinə qazın dolması səbəbindən də partlayış baş verdiyini, partlayış nəticəsində evlərə də zərər vurulduğu göstərilmişlər. Müdafiəçinin vəsatəti ilə məhkəmə iclasında mütəxəssis kimi ifadə vermiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Katalis və Qeyri-üzvü Kimya İnstitunun aparıcı elmi işçisi, Kimya üzrə fəlsəfə doktoru, dosent, Azərbaycanda materialların kimyəvi müqavimət və korroziyadan mühafizə üzrə mütəxəssis X9 bildirdi ki, Azərbaycan Texniki “Metallurqiya və materialların texnologiyası” kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru X28 tərəfindən X29 Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə tərtib etdiyi rəylə tanış olub hesab edir ki, rəy elmi cəhətdən əsaslandırılmamış, rəydə qeyd olunan tədqiqatların mötəbərliliyi şübhə doğurur. Məlumdur ki, metallar istidən genişlənir və soyuqdan sıxılır. Bu qaz, su və istilik xəttlərində qəzalara səbəb olduğu üçün həmin xəttlərin çəkildiyi istiqamətdə borular İİ- şəkilli formaya müəyyən məsafələrdən bir salınır ona görə ki, istidən genişlənmə və ya soyuqdan sıxılma zamanı həmin boruda kompensasiya edilərək borunun deformasiyasının və qəzanın qarşısı alın. Məhəllə daxilində boruların ü-formada çəkilməkdə iki məqsəd var: 1-ci avtomaşının maneəsiz məhləyə daxil olunması və 2-ci boruda kompensasiyanın həyata keçirilməsi. Konkret hadisədə isə boru yerüstü yox, yeraltı basdırıfb və soyuq vaxtlarda xətti sıxılma nəticəsində korroziya olunan yerdən deşiklər açılıbdır. Korroziya prosessisnin gedişatı barədə elmi yanaşma belədir: korroziyanın əmələ gəlməsinin sürəti bir saat müddətində bir kvadrat metr metal səthindən itən metalın miqdarı ilə ölçülür. Buna qram/metr-kv./saat ölçü deyilir. Korroziyanın sürətinə təsir edən amillər metalın aktivliyindən, mühitin aqressivliyindən, xlor sulfat ionların qatdığından, mühitin p/h-ndan (turşuluğundan), temperaturundan və bir çox başqa amillərdən asılıdır. Ona görə metalın korroziya sürətini təyin edərkən bu amillər hökmən nəzərə alınmalıdır. Korroziyanın sürəti ilin fəslindən asılı olaraq müxtəlif sürətdə ola bilir. Laboratoriya şəraitində korroziyanın sürətini öyrənmək üçün st-3 polatdan hazırlanmış plastik metal nümünə, güzgüvari təmizlənilir, analitik tərəzidə 10 mində bir dəqiqiliyi ilə çəkilir, kapron iplə bağlamlaraq korroziya mühitinə daxil edilir, 1, 3, 6, 12, 24, 48, 72, 250 saat müddətində hər göstərilən vaxtda bir nümünə çıxarılaraq korroziyadan təmizlənib, analitik tərəzidə çəkilir, itən kütlə təyin olunur, onun sahəsi təcrübənin olduğu müddətə saata vurulur və itən kütlə ona bölünür, bu yolla koroziyanm bir kvadrat metr metalın sahəsində nə qədər metal itməsi ilə korroziyanın sürəti təyin olunur. Qeyd olunanlar laborator şəraitdə yoxlandıqda korroziyanın sürətini müəyyən etmək olur. Lakin əlverişli variant tədqiqatın birbaşa həmin mühitdə aparılmasıdır və ən azı bir il müddətində bütün fəsillərdən keçməklə eksperimental formada yoxlanılmalıdır. Bu qayda ilə də korroziyanın sürətini müəyyən etmək olur. Bundan əlavə müasir aparatura ilə korroziyanın sürəti, borunun qalınlığının nə qədər qaldığını ultra səs cihazlarla müayinənin aparılması ilə də müəyyən etmək mümkündür. Texniki təhlükəsizlik qaydalarına görə istənilən metal konstruksiyaların istismar şəraitində qalınlığını 30 % itirdikdə qəzalı sayılır, mütləq tədbir görülməlidir. Təqdim olunan rəyə münasibət bildirərək göstərirəm ki, boru üzərində mütəxəssis tərəfindən aparılan tədqiqat nə laborator şəraitində və nə də real mühit şəraitində aparılan təqdiqatlann tələblərinə cavab vermir. Belə ki, laborator şəraitində şoran torpağı imitiasiya etmək mümkün deyil. Laborat şəraitində dəniz və çay suyun imitasiyası mümkündür. Çünki onlarm tərkibində olan aqressif ionlar və mühitin p/h-aşı məlumdur. Lakin torpaqda imitasiya aparılmır, çünki torpağın içində təcrübə aparmaq metodikası yoxdur. Daha sonra, mütəxəssis rəyində təcrübənin hansı formada və hansı vaxtda aparılması göstərməmişdir. Nümunənin hansı formada hazırlanması (plastik və ya silindrik olması) qeyd olunmamışdır. Daha sonra, rəydə təcrübələrin hansı müddətdə, temperaturda, dinamik və ya statik formada aparılması, mühitin aqressiv ionlarının qatılığı və bir çox başqa faktorlar göstərilməyibdir. Tədqiqat natamam aparıldığından korroziyanın prosessi tam açıqlanmamış və dəliyin ııə vaxt yaranması haqda fikir söyləmək düzgün deyil. Aydındır ki, korroziyaya uğramış boruda adətən mühitlə bağlı genişlənmə və sıxılma zamanı korroziya nəticəsində borunun zəif hissəsində dəlik əmələ gələ bilər. Lakin bunun nə vaxt əmələ gəlməsini demək mümkün deyil. Dəlik istənilən ani anda dartılma və genişlənmə, həmçinin qazın təzyiqinin artırılması vaxtlarda yarana bilər. Bundan ötrü müəyyən edilməlidir: xx.xx.2021 -ci il tarixdə və ondan əvvəl nə vaxt mühitdə dəyişiklər baş vermiş, genəlmə və ya dartılma olmuşdurmu və 2021 - ci ilin dekabr ayında hava şəraiti necə olmuşdur. Dəliyin yaranma səbəbi: yeraltı boruda əgər deşik borunun iç və alt tərəfindən çıxıntısı çölə tərəf olmuşsa deməli borunun yerə oturulan hissəsində kondessat yığılmış və korroziya olunan yerində dəlik açılmışdır. Əgər dəliyin kənarının çıxıntısı çöldən içəridirsə onda borunun üzərində izolyasiyanın keyfiyyətli olmaması və izolyasiyanın pozulması səbəbdən torpaqda olan aqressiv ionaların, nəmliyin təsirində əmələ gəlməsinə dəlalət edir. Həmçinin əgər deşik içəridən çölə dairəvi formada açılmışsa bu ona işarə edir ki, məhəllələrdə elektrik enerjisini qənaət etmək üçün elektrik xəttinin sıfır fazası qaz borusuna bağlandıqda azmış cərrəyanın təsirindən borunun zəif hissəsində dəliklərin yaranma ehtimalı yüksək olur. Korroziyanın sürəti təzə qoyulmuş polad nümünədə ilk zamanlar sürətlə gedir, zaman keçdikcə korroziyanın sürəti zəifləyir. Səbəb- metal səthində əmələ gələn təbəqələr və başqa faktorlar olur. Rəydə isə poladın bir ildə nüfuzluğunun təcrübə yolu ilə aşkar edildiyi deyilir. Məlumdur ki, çöl şəraitində, yəni təbii şəraitdə korroziyanın sürəti zaman keçdikcə aşağı düşür və bu səbəbdən adi laboratoriya təcrübəsi ilə bir il müddətində korroziyanın nə qədər keçdiyinə dair fikir yürütmək yolverilməzdi. Mütəxəssisin yazdığını qəbul etsək korroziya həmin sürətlə davam etsə idi həmin boru 9 il yox, 5-6 ildə yararsız hala düşməli idi. Ona görə təbii şəraitdə təcrübələr bir il müddətində ilin bütün fəsillərində havanın yağışlı, quraqlı, və isti keçməsindən asılıdır. Bu səbəbdən mütəxəssis göstərdiyi kimi korroziyanın eyni sürətdə getməsi mümkün deyil. Ehtimal var ki, həmin evə qazın çəkilişində səhvlərə yol verilmiş, boru basdırılarkən korroziyaya qarşı tələblərə əməl olunmamış, lakin nəzərə alınsa ki, faktiki olaraq boruda korroziya prosessi olmuşdur, onda güman etmək olar ki, hadisədən qısa müddət öncə boruda 25 mm x 10 mm, 13 mm x 10 mm ölçüdə dəliklər əmələ gəlmiş və bunu qaz sızması kimi yox, böyük miqdarda qaz axını kimi qiymətləndirmək lazımdır. Bu isə qısa müddətdə konsentratm yaranmasını və evə qazın dolmasını mümkün edir və partlayış üçün real şərait yaradır. Bu cür dəliklərdən uzun müddət qazın axının baş verməsi və sakinlərin bunu hiss etməmələri, həmin ərazidə təmir işlərini görən Azəriqaz əməkdaşlarının və yoxlama aparan "xxxx" cəmiyyətinin əməkdaşlarının hadisəyə qədər qaza qatılmış (qış vaxtı 1000 kub qaza 1,6 qram merkapitan, yay fəslində isə 1000 kuba 0,8 qram əlavə olunur) merkapitanm qoxusunu hiss etməmələri obyektiv cəhətdən ona dəlalət edir ki, 76 mm-lik boruda yaranmış dəliklərdən qazın axımı 3-4 ay ərzində davam etməmişdir. Beləliklə, rəydə tədqiq olunmuş boruda korroziya prosessinin başlanğıcı və gedişatına dair nəticələr elmi cəhətdən əsaslandırılmamış, aparılan tədqiqatın üsulu qeyd edilməmişdir.Natamam tədqiqat kimi boruda aşkar olunmuş dəliklərin yaranma müddətinin 3-4 ay göstərilməsi yanlışdır. Ümumiyyətlə korroziyaya uğramış metal konstruksiyalarda dəliyin yaranma müddətini müəyyən etmək üçün hər-hansı metodika mövcud deyil. Müdafiəçinin vəsatəti ilə məhkəmə iclasında ifadə vermiş "xxxx" QSC Bakı Regional Mərkəzinin piyada quruğunun rəhbəri X16 bildirdi ki, təhlükəsizlik məqsədi ilə məişətdə istifadə edilən qaza etilmerkaptan (odorant) əlavə olunur, qoxunun hiss edilməsi zamanı şəxsin davranışından çox şey asılıdır, qaz iyi hiss olunanda heç bir halda qığılcım yaradacaq əməliyyatlar olunmamalı və mühit havalandırılmalıdır. Partlayışın qısa müddətdə baş verməsinə səbəb qaz təziyıqinin kəskin artması və ya partlayış baş verən otağa uzun müddət hava daxil olmaması ola bilər. Detektor quraşdırıldığı mühitdə qaz sızması varsa, klapan mənzilə gələn xətdə qaz verilişini dayandırma funksiyasını yerinə yetirir 80 saylı qərarda göstərilir ki, sayğacdan sonra quraşdırılan qaz avadanlıqlarının sazlığına istehlakçı cavabdehdir. Partlayşış baş verən ünvanda 76 mm-lik polad qaz borusunun yeraltı, digər hissəsinin yerüstü lahiyə əsasında çəkilməsi Azəriqaz iB-nin yerli xidmət sahələrində saxlanılan pasportda əks olunmalıdır. 21 dekabr 2021-ci il tarixdə Mingəçevir şəhəri, Günəşli bağ massivi, 12-ci küçədə yerləşən X24 məxsus fərdi yaşayış evinin çöl divarının yanında diametri 160 mm-lik polietilən qaz xəttində aparılan təmir işlərindən sonra yoxlamanm aparılmasının təşkili 21 iyun 1999-cu il tarixdə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydalar’ının 7.30 və 7.31-ci bəndlərinə uyğun olaraq Azəriqaz İB-nin öhdəliyidir. İşin 4-cü cild 2-4-cü səhifələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X34 X53 18 yanvar 2022-ci il tarixli, 01 saylı rəyində göstərilir ki, X21 meyitinin bədən səthində aşkar edilmiş xəsarətlər-üzün, boyunun, hər iki yuxarı ətrafların, gövdənin arxa səthinin, hər iki aşağı ətrafların, ümumi bədən səthinin 70 %-ni təşkil edən İİ-İİİ dərəcəli termiki yanıq yaraları vardır. Qeyd olunan xəsarətlər həyatidir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə və şəraitdə yüksək hərarətin ola bilsin qaz partlayışından baş vermiş alovun yerli təsirindən törənmişdir, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. X20 meyitinin bədən səthində məhkəmə-tibbi ekspertizası zamanı yuxarıda göstərilən yanıq yaralarından başqa digər xəsarət aşkar edilmədi. X20 ölümünə səbəb-almış olduğu yanıq xəsarətləri nəticəsində inkişaf etmiş orqanizminin ümumi intoksikasiyası olmuşdur. İşin 5-ci cild 27-29-cu səhifələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 fevral 2022-ci il tarixli 3/105 №li məhkəmə trasoloji ekspertizasının rəyində göstərilir ki, tədqiqata təqdim edilən bir ədəd borunun üzərində olan zədələr korroziya nəticəsində əmələ gələn dəliklərdir. İşin 6-cı cild 21-24-cü səhifələrində olan 20 may 2022-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, mütəxəssis tərəfindən Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş diametri 76 mm-lik polad qaz xəttinin X24 məxsus fərdi yaşayış evinin giriş darvazasının qarşısından yeraltı aparılmış, üzərində korroziya nəticəsində dəliklər əmələ gəlmiş, hadisə yerinə keçirilmiş baxış zamanı kəsilərək götürülmüş hissəsi tədqiq olunmuş, tədqiq olunan qaz borusunun korroziyadan deşilməsinin partlayış hadisəsindən 3-4 ay əvvəl baş verdiyi müəyyən olunmuşdur. İşin 5-ci cild 87-89-cu səhifələrində olan məhkəmə-əmtəşünaslıq ekspertizasının 02 mart 2022-ci il tarixli 9/71 saylı rəyində göstərilir ki, anoloji malların markası, modeli, orta texniki göstəricilərinə əsasən ekspertiza təyini haqqında qərarda və əlavə məlumatda göstərilən malların orta istismar müddəti orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada hesablandıqda Zərərçəkmiş şəxs2 3160 manat, Zərərçəkmiş şəxs1 Məmmədağa oğluna 4965 manat, Zərərçəkmiş şəxs8 2445 manat, Zərərçəkmiş şəxs9 300 manat, X3 800 manat və Zərərçəkmiş şəxs10 550 manat və maddi ziyan dəymişdir. Qiymətləndirilməyən mallar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İşin 6-cı cild 159-165-ci səhifələrində olan məhkəmə- tikinti-texniki ekspertizasının 03 iyun 2022-ci il tarixli 10/57 saylı rəyində göstərilir ki, aparılmış hesablamalar nəticəsində Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivi ərazisində yerləşən fərdi yaşayış evində baş vermiş partlayış hadisəsi nəticəsində X24 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 43064.00 manat, Zərərçəkmiş şəxs2 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 33600.00 manat, X3 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 7190.00 manat, Zərərçəkmiş şəxs8 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 10570.00 manat, Zərərçəkmiş şəxs4 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 6100.00 manat, X10 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 2400 manat, X11 maxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 2800.00 manat, Zərərçəkmiş şəxs9 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 2700.00 manat, Zərərçəkmiş şəxs7 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 254.00 manat, Zərərçəkmiş şəxs11 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 280.00 manat, Zərərçəkmiş şəxs17 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 120.00 manat, Zərərçəkmiş şəxs10 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 30.00 manat, Zərərçəkmiş şəxs13 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 3342.00 manat, X5 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 1444.00 manat, Zərərçəkmiş şəxs12 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 2980.00 manat, X38 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 4130.00 manat, Zərərçəkmiş şəxs15 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 6379.00 manat, Zərərçəkmiş şəxs19 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 2310.00 manat, Zərərçəkmiş şəxs14 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 1540.00 manat, Zərərçəkmiş şəxs6 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 1785.00 manat, Zərərçəkmiş şəxs20 məxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 120.00 manat, Zərərçəkmiş şəxs22 maxsus tikiliyə dəymiş ziyanın aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 2961.00 manat təşkil edir. İşin 6-cı cild 176-180-ci səhifələrində olan məhkəmə yanğın-texniki ekspertizasının 01 iyun 2022-ci il tarixli 10/1748 saylı rəyində göstərilir ki, Mingəçevir şəhər, Günəşli- Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus fərdi yaşayış evində partlayışın mənbəyi, evin daxilində olmuşdur. Partlayışa səbəb, fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz borusu üzərində olan dəliklərdən sızan təbii qazın fərdi yaşayış evinə dolması və partlayış konsentrasiyası həddinə çatan hava-qaz qarışığının hansısa alışdırıcı mənbənin təsirindən alışması olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, "Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları"nın (YTQ№ 01-2001) 1.2 bəndinin, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30 bəndinin və "xxxx" QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci bəndinin tələbləri pozulmuşdur. Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən X24 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz xəttinə texniki baxış keyfiyyətlə və lazımi səviyyədə keçirilmədiyinə, yəni xətdə qaz sızmalarının və həmin xətdən hər-iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyularında, binaların zirzəmilərində, qazın olması dəqiq yoxlanılmadığına və mövcud qüsurlar aşkar edilmədiyinə görə, «Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları»nın (YTQN01-2001) 1.2 bəndinin, "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları"nın 9.30 bəndinin və "xxxx" QSC nin xətt baxıcısının vəzifə təlimatının 2-ci bəndinin tələbləri həmin qaz xəttinə sonuncu dəfə 01 oktyabr 2021ci il tarixdə texniki baxış keçirmiş "xxxx" QSC X12 xətt baxicisi Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. İşin 6-cı cild 202-206-cı səhifələrində olan məhkəmə yanğın texniki ekspertizasının 22 iyun 2022-ci il tarixli 10/3728 nömrəli əlavə məhkəmə yanğın-texniki ekspertizasının rəyində göstərilir ki, 28 dekabr 2021-ci il tarixdə saat 10 radələrində Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus fərdi yaşayış evində baş vermiş partlayışla əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№01-2001) 1.2 bəndinin, “ Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin və 07 yanvar 2020-ci il tarixdə "xxxx" QSC-nin direktoru Nurşən Əliyev tərəfindən təsdiq edilmiş “Xətt baxıcısı (xarici yeraltı, yerüstü qaz kəmərlərinə, avadanlıqlara texniki baxış üzrə)” vəzifə təlimatının 2-ci və 4-cü bəndlərinin tələbləri pozulmuşdur. Mingəçevir şəhər, Günəşli-Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yerləşən, X24 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən diametri 76 mm olan polad qaz xəttinə texniki baxış keyfiyyətlə və lazımi səviyyədə keçirilmədiyinə, yəni xətdə qaz sızmalarının və həmin xətdən hər-iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyularında, binaların zirzəmilərində, qazın olması dəqiq yoxlanmadığına və mövcud qüsurlar aşkar edilmədiyinə görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№01-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin və "xxxx" QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci bəndinin tələbləri həmin qaz xəttinə sonuncu dəfə 01 oktyabr 2021-ci il tarixdə texniki baxış keçirmiş "xxxx" QSC X12 xətt baxıcısı Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. "xxxx" QSC-nin direktorunun 19 fevral 2018-ci il tarixli 061/k nömrəli əmri ilə Təqsirləndirilən şəxs həmin tarixdən "xxxx" QSC-nin X18 xətt baxıcısı vəzifəsinə təyin edilmişdir. İşin 9-cu cild 131-137-ci səhifələrində olan müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə istintaqında təyin edilmiş məhkəmə-kompleks ekspertizasının 09 mart 2023-cü il tarixli, 10/121 saylı rəyində göstərilmişdir ki, “Qazdan istifadə Qauydaları”na 2 nömrəli əlavə “Qaz paylayıcı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsi”nın 2.3.5-1 bəndində tikinti obyektlərinin daxilində qaz sızmasını və dəm qazını müəyyən edən detektor quraşdırılmaq və onu işlək vəziyyətdə saxlamaq istehlakçının vəzifələrinə aid edilmişdir. Lakin istehlakçı X37 ilə paylayıcı Tərtər X57 İdarəsinin rəisi H.Şirinov arasında bağlanmış 12 mart 2018-ci il tarixli, 251 nömrəli müqavilədə qaz xəttinin üzərində qoruyucu qurğunun (detektorun) təchiz olması barədə hər hansı şərt yoxdur. - Mənzillərdə quraşdırılması nəzərdə tutulan qaz dedektorları öz funksional quruluşlarına uyğun olaraq, otaqlara qaz sızması halı baş verən zaman səs siqnalının verilməsini və ya giriş klapanına siqnal ötürməklə həmin klapanın bağlanmasını təmin edir. - Qaz xəttinin yeraltı və yaxud yerüstü olması xəttin texniki istismar sənədləri (pasportu) ilə müəyyən edilir. Cinayət işi materiallarında olan aktlardan göründüyü kimi, Mingəçevir şəhəri, Günəşli bağ massivində 76 mm olan polad qaz xətləri dayaqlar üzərində çəkilmiş və keçid yerlərində layihəyə uyğun olaraq yeraltı aparılmışdır. - Mingəçevir şəhəri, Günəşli bağ massivi, 12-ci küçədə X24 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından çəkilmiş 76 mm-lik polad qaz xəttinin hansı texnologiya əsasında aparılması, izolyasiya işlərinin hansı üsulla aparılması, izolyasiya qatının qalınlığı və bu işlərə aid digər məlumatların təqdim olunması barədə ekspert vəsatəti təmin edimədiyinə görə bu sual üzrə tədqiqat aparılmadı. - xx.xx.2021-ci il tarixdə (texniki baxış keçirilən ərəfədə) 76 mm-lik borunun üzərində mövcud olan qüsurların və onların xarakteri barədə məlumatların təqdim olunması barədə ekspert vəsatəti təmin edilmədiyinə görə bu sual üzrə tədqiqat aparılmadı. - xx.xx.2021-ci il tarixdə qaz kəmərində qaz sızmasının qarşısının alınması işləri ilə əlaqədar hansı tapşırıqların verilməsi (təmir və ya növbədən kənar baxış işlərinin) barədə məlumatlar təqdim olunmadığına görə qərarın bu sualları üzrə tədqiqat aparılmadı. - Qaz xətlərinə texniki baxış zamanı yoxlama üsulu şəraitə uyğun olaraq seçilir. “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nda və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tələbləri qaydaları”nda şurfların açılması barədə hər hansı mütləq tələb yoxdur. Lakin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tələbləri qaydaları”nın 7.30 və 7.31 bəndlərinin tələblərinə görə, qaz xəttindən hər iki tərəfə 15 metr məsafədə yerləşən kommunikasiya (kanalizasiya, istilik trassası, su kəməri, telefon və s.) quyuları, binaların zirzəmiləri yoxlanılmalı idi. - “Qaz təsərrüfatında texniki istismar qaydaları”nın 3.13 və 3.15 bəndlərində yerüstü və yeraltı qaz kəmərlərinin yoxlama (baxış) üsulu göstərilmişdir. Həmin bəndlərin tələbləri rəyin tədqiqat hissəsində göstərilmişdir. - Baş vermiş hadisə ilə əlaqədar olaraq, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№O1-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin, və “Xətt baxıcısı (xarici yeraltı, yerüstü qaz kəmərlərinə, avadanlıqlara texniki baxış üzrə)” vəzifə təlimatının 2, 4 bəndlərinin tələbləri pozulmuşdur. - 21 oktyabr 2021-ci il tarixdə Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə X24 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı olaraq keçən dimametri 76 mm-lik qaz borusuna texniki baxış mövcud qaydalara uyğun keçirilmədiyinə görə “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ№O1-2001) 1.2 bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 bəndinin, və “Xətt baxıcısı (xarici yeraltı, yerüstü qaz kəmərlərinə, avadanlıqlara texniki baxış üzrə)” vəzifə təlimatının 2 və 4 bəndlərinin tələbləri "xxxx" QSC X12 xətt baxıcısı Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. - Lakin Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə X24 məxsus fərdi yaşayış evinin davazasının qarşısındakı yeraltı qaz xəttində qazsızmasının hansı tarixdə yaranması və baxış keçirilən ərəfədə həmin qəza halının (qaz sızmasının) mövcud olubolmaması barədə cinayət işi materiallarında hər hansı məlumat yoxdur. Buna görə də Təqsirləndirilən şəxs tərəfindən 01 oktyabr 2021-ci il tarixdə keçirilmiş texniki baxış zamanı yol verilən pozuntularla Mingəçevir şəhəri, Günəşli bağ massivi, 12-ci küçədə X24 məxsus fərdi yaşayış evində baş vermiş partlayış hadisəsi arasında səbəbli əlaqənin olubolmamasına məhkəmə tərəfindən qiymət verilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə istinad olunan ittihamın qanuniliyini və əsaslılığını həm ibtidai istintaq orqanı tərəfindən əldə olunmuş, həm də məhkəmə istintaqında müəyyən edilən sübutlarla əlaqəli şəkildə təhlil edib araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası CPM-nin Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət təkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Qanunçuluq prinsipini təsbit edən Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 33.1 və 32.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətlədirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-nin 125, 144, 146-cı maddələrinin tələblərinin pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı bir yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsi ilə təqsirləndirilir, ona görə ki, o, xətt baxıcısı kimi “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci bəndinin, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndinin və Xətt baxıcısının vəzifə təlimatı”nın 2 və 4cü bəndlərinin tələblərini kobud surətdə pozmuşdur. Lakin bu, məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunmamışdır. “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 1.2-ci bəndinə əsasən yanğın təhlükəsizliyi təmin edilərkən Qaydalarla bərabər, standartlar, tikinti norma və qaydaları, texnoloji layihələşdirmə normaları, həmçinin, müəyyən edilmiş qaydada təsdiq edilmiş digər normativ sənədlər rəhbər tutulmalıdır. 26 iyun 1987-ci ildə təsdiq olunmuş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndinə əsasən yeraltı qaz kəmərləri xətlərini nəzərdən keçirməklə yoxlayan zaman qaz kəmərlərindəki qurğuların saz olması, həmçinin qaz qurğularında və qaz kəmərlərindən 15 metrdən məsafədə yerləşən başqa kommunikasiyaların (kanalizasıyanın, su kəmərinin, telefon və s.) quyularda, binaların zirzəmilərində, kollektorlarda, nəzarət borularında qazın olub-olmaması yoxlanılmalıdır. Yeraltı qaz kəmərləri xətlərini yoxlamaq üçün müəyyən nömrəli olan maşrut tərtib olunmalı və bunlar yoxlayıcı şəxslərə verilməlidir. Hər bir marşrut xəritəsindı qaz kəmərləri xəttinin sxemi, uzunluğu, həmçinin kəmərdən hər iki tərəfə 15 metr radiusda yeraltı kommunikasiyaların quyuları və binalrın zirzəmiləri göstərilməlidir. "xxxx" QSC-nin direktoru tərəfindən xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş “Xətt baxıcısının vəzifə təlimatının əsas və vəzifə öhdəliklərinin 2-ci bəndinə əsasən sifarişçi ilə razılaşdırılmış və hər iki tərəfli təsdiq olunmuş ünvanlı qrafikə uyğun marşrut sxemi üzrə təhkim edilmiş xarici yeraltı,yerüstü qaz kəmərləriə və onların üzərində olan qurğulara naryad tapşırıq sənədi əsasında dövrü texniki baxışın keyfiyyətilə həyata keçirilməsi, 4-cü bəndinə əsasən əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yağından mühafizə tələblərinə riayət etmək xətt baxıcısı vəzifəsidir. Cinayət işi materiallarından görünür ki, yeraltı və yerüstü qaz kəmərləri “Azəriqaz” İByə məxsusdur, aralarında bağlanmış müqaviləyə əsasən “Azəriqaz” İB-yə məxsus yeraltı və yerüstü orta və aşağı təzyiqli xarici qaz kəmələrinə, üzərindəki siyirtmələrə, quyulara texniki baxışın keçirilməsi, qaz tənzimləyicilərinin yoxlanılması və sazlanması xidmətlərinin "xxxx"QSC tərəfindən satın alınması razılığına gəlmişlər. Sifarişçi “Azəriqaz” İstehsalat Birliyi ilə icraçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış müqavilənin 2.1.4cü bəndinə əsasən sifarişçi tərəfindən rəsmi qaydada təsdiq edilmiş siyahı və xəritə əsasında yerüstü və yeraltı orta və aşağı təzyiqlu xarici qaz kəmələrinə, quyulara texniki baxış dövrü 6 ayda bir dəfədən az olmamaqla, qaz tənzimləyicilərə texniki baxış dövrü 1 ildə iki dəfədən az olmamaqla siyirtmələrə texniki baxış dövrü 1 ildə bir dəfədən az olmamaqla müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" QSC tərəfindən razılaşdırılmış və “Azəriqaz” İB tərəfindən təsdiq edilmiş 2021-ci il ərzində texniki baxış keçirilməsi nəzərdə tutulan Mingəçevir şəhəri üzrə xarici yerüstü qaz kəmərlərinə texniki baxış qrafikinə görə texniki baxış yanvar və iyul aylarında keçirilməsi müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" QSC-nin işçiləri tərəfindən qrafikə uyğun olaraq yanvar və iyul aylarından əlavə olaraq işçi qaydasında hər texniki baxışdan iki ay sonra, aprel və oktyabr aylarında Mingəçevir şəhərindəki qaz kəmərlərinə texniki baxış keçirilmişdir. 2021-ci ilin oktyabr ayının 01-də Mingəçevir şəhərindəki diametri 76 mm-lik qaz xəttinə texniki baxış ona təhkim olunmuş qazanalizator cihazı vasitəsi ilə Təqsirləndirilən şəxs tərəfindən keçirilmişdir. İttihama görə Təqsirləndirilən şəxs diametri 76 mm-lik borudan qaz xəttinə teniki baıxşı keyfiyyətlə, lazımi səviyyədə, qaydalara uyğun keçirməmiş, qaz sızma halının olmasını müəyyən etməmiş, nəticədə oktyabr ayının 01-dən 76 mm-lik diametri borudan sızan qaz Mingəçevir şəhəri Günəşli Bağlar yaşayış massivinin 12-ci Bağ küçəsində yaşayan X24 məxsus fərdi yaşayış evinə dolmuş, nəticədə texniki baxışdan üç ay sonra, 28 dekabr 2021-ci ildə partlayış hadisəsi baş vermişdi. Teniki baxışın keyfiyyətli aparılmamasını isə təqsirləndirilən şəxsin oktyabr ayının 01-də texniki baxış zamanı diametri 76 mm-lik qaz xəttinin hər iki tərəfə 15 metr məsafədə yerləşən kommunikasiya quyularında, binaların zirzəmilərində qazın olub-olmamasını yoxlamaması, həmin yerlərin yoxlanmamasını isə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə əsaslandırılmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı iclasında verdiyi ifadəsində isə göstərdi ki, xx.xx.2021-ci il tarixdə müəyyən edilmiş marşrut üzrə və verilmiş xəritə əsasında, eləcə də ona təhkim olunmuş cihazla Günəşli bağ massivi 12-ci küçədə qaz xəttinə texniki baxış zamanı qaz xətti ilə bərabər, xəritədə göstərilmiş mərkəzləşdirilmiş kommunikasiyaları da yoxladığını, qaz sızma halları olmamasını müəyyən etdiyini bildirmişdir, ancaq müstəntiq onun ifadəsini təhrif etmiş, guya ifadəsində göstərmişdir ki, “qaz xəttinə texniki baxışı keyfiyyətlə və lazimi səviyyədə keçirməmişəm, xətdən 15 metr məsafədə yerləşən kommunikasiya quyularında, binaların zirzəmilərində qazın olmasını yoxlamamışam”. Halbuki, binaların zirzəmilərində qazın olub-olmamasını yoxlamaq xətt baxıcısı kimi onun səlahiyyətinə aid deyil. Məhkəmə tərəfindən hadisə yerinə baxış zamanı müəyyən edildi ki, kommunikasiya quyuları qaz xətinin yanındadır, qaz xəttinə texniki baxış zamanı xəttin yanında yerləşdirilmiş kommunikasiya quyularının da yoxlanılması barədə təqsirləndirilən şəxsin ifadəsi inandırıcıdır. Məhkəmə, həmçinin, aşağıdakılara əsasən hesab edir ki, xətt baxıcısı kimi Təqsirləndirilən şəxs binalarda, konkret halda isə fərdi yaşayış evin zirzəmisində qazın olub-olmamasını yoxlamaq onun vəzifəsinə aid olmamışdır və təqsirləndirilən şəxsin məhkəmə iclasında zirzəmilərdə qazın olmasını yoxlamaq səlahiyyətinin olmaması barədə verdiyi ifadəsi əsaslıdır. İttihamda və ittihamın əsaslandığı ekspertlər rəyində göstərilmişdir ki, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndinin, "xxxx" QSC-nin xətt baxıcısının “Vəzifə təlimatı”nın 2-ci və 4-cü bəndlərinin tələbləri "xxxx" QSC-nin X12 xətt baxıcısı Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. xx.xx.2020-ci il tarixdə "xxxx" QSC-nin direktrou tərəfindən təsdiq edilmiş “Vəzifə təlimatı”nın ümumi vəzifələr bölməsinin 4-cü bəndində xətt baxıcısının rəhbər tutduğu Təlimatlar götərilmişdir. Belə ki, qeyd edilən 4-cü bənddə göstərilir ki, dövrü texniki baxış işlərinin aparılması və sənələşdirilməsi “Yerüstü xarici qaz kəmərlərinə piyada texniki baxışa aid…”, “Yeraltı xarici qaz kəmərlərinə Mobil (avtomaşınla) texniki baxışa aid..”, Qaz tənzimləyici məntəqələrinin (QTM), qaz tənzimləyici qurğuların (QTQ) yoxlamasına və sazlanmasına aid…”, “Yerüstü xarici qaz kəmərləri üzərində quraşdırılmış siyirtmələrə texniki baxışa və qaz quyularının təmizlənməsinə aid” Təlimat”larına əsasən həyata keçirməlidir. Sadalanan Təlimatlar sırasında 26 iyun 1987-ci ildə təqsdiq edilmiş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları” və 21 iyun 1999-cu il tarixdə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları” mövcud deyil və bu Qaydalara əməl eidlməsi tələbi xətt baxıcısının üzərinə qoyulmamışdır. “Vəzifə Təlimatı”nın “Yeraltı xarici qaz kəmərləri üzrə” bölməsinin 20-ci bəndində “Yeraltı qaz kəmərlərinə baxışın cihazla təchiz olunmuş avtomaşınla baş mühənsis tərəfindən təsdiq edilmiş qrafik üzrə həyata keçirilməsi” , 21-ci bəndə “Marşrut sxemi üzrə təhkim edilmiş yeraltı qaz kəmərlərinə tapşırıq sənədi əsasında dövrü texniki baıxşın keyfiyyətlə həyata keçirilməsi”, 22-ci bənddə “ Marşrut sxemi və xəritələrində göstərilmiş qaz kəmərlərindən hər tərəfə 15 metr məsafədə yerləşən qaz və texnolojiquyuların (mərkəzləşdirilmiş kanalizasiya telefon, elektrik, yağış suları) yoxlanılmasına dair vəzifə müəyyən edilmişdir. 26 iyun 1987-ci il tarixdə təsdiq edilmiş “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30 və 21 iyun 1999-cu il tarixdə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 7.30-cu bəndlərinin tələblərinə əsasən “xətdə qaz sızmalarının və həmin xətdən hər iki tərəfə 15 metr məsafədə yerləşən digər kommunikasiya (kanalizasiya, su kəməri, telefon və sair), quyular, binarın zirzəmiləri yoxlanılmalıdır. Qeyd edilən Qaydalarda həmin öhdəliklərin kimin üzərinə qoyulması göstərilməsə də, Qaydalar qəbul edilən vaxt "xxxx" QSC mövcud olmadığına görə məlumdur ki, qaydalarda göstərilən öhdəliklər “Azəriqaz” İB-yə aid olmuşdur. "xxxx" QSC yaradıldıqdan sonra “Azəriqaz” İB ona məxsus qaz xətlərinin, qurğuların, siyirmələrin yoxlanılması, texniki baxışın keçirilməsi xidmətlərinin satın alınması ilə bağlı "xxxx" QSC ilə müqavilə bağlamış, “Azəriqaz” İB ona aid bəzi funksiyaları müqavilə əsasında "xxxx" QSC-yə vermiş, həmçinin, “Azəriqaz” İB-yə məxsus qaz xətlərinin, qurğuların, siyirmələrin yoxlanılması sərhədləri də həmin müqavilənin tərkib hissəsi olan Razılaşma Protokolu ilə müəyyən edilmişdir. Bundan sonra "xxxx" QSC xətt baxıcısının “Vəzifə təlimatı” nı təsdiq etmişdir. 07 yanvar 2020-ci il tarixdə təsdiq edilmiş “Vəzifə təlimatı”nda isə xətt baxıcısının “Marşrut sxemi xəritələrində göstərilmiş qaz kəmərlərindən hər tərəfə 15 metr məsafədə yerləşən qaz və texnoloji quyuların (mərkəzləşdirilmiş kanalizasiya, telefon, elektrik, yağış suları) yoxlaması, həm də bu siyahı konkret olaraq göstərilmişdir. Qeyd edilənlərdən görünür ki, yuxarıda qeyd edilmiş Qaydalarda göstərilmiş, evlərin, binaların zirzəmilərinin yoxlanılması tələbi xətt baxıcısının səlahiyyəti daxilində olmamışdır. “Vəzifə təlimatı” “ Azəriqaz” İB ilə "xxxx" QSC rasında müqavilə bağlandıqdan sonra təsdiq edilmişdir ki, “Azəriqaz” İB-yə məxsus qazxətlərinin yoxlanılması sərhədləri də həmin müqavilənin təkib hissəsi olan Razılaşma Protokolu ilə müəyyən edilmişdir. Qeyd edildiyi kimi “Azəriqaz” və "xxxx" QSC arasında müqavilə bağlanmışdı və görüləcək işlər, vəzifələr qüvvədə olan müqavilə ilə tənzimlənir. Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 389.1-ci maddəsi ilə müqaviləyə verilmiş anlayışa görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki qanunvericiliyin tələbinə görə müqavilə hüquqi sənəddir və tərəflər müqavilənin və ona edilmiş əlavələrin şərtlərinə əməl etməlidirlər. “Azəriqaz” İB və "xxxx" QSC arasında bağlanmış müqavilənin 2.1.2 və 2.3-cü bəndlərində göstərilir ki, sifarişçi tərəfindən rəsmi qaydada təsdiq edilmiş siyahı və xəritə əsasında yerüstü və yeraltı qaz kəmərlərinin, qaz tənzimləyici qurğuların və qaz siyirmələrinin yoxlanılması sərhədləri tərəflər arasında razılaşdırılmış Razılaşma Protokolu ilə müəyyən edilir, Razılaşma protokolu müqavilənin ayrılmaz tərkib hissəsidir. Müqaviləyə əlavə edilmiş “Azəriqaz” İB-nin direktoru və "xxxx" QSC-nin direktoru tərəfindən təsdiq edilmiş Razılaşma protokolunun 2-ci bəndinə əsasən sifarişçi tərəfindən rəsmi qaydada təsdiq və təqdim edilən siyahı və mövcud xəritƏlər əsasında orta və aşAğı təzyiqli xarici qaz kəmərlərinin, QTS və siyirtmələrin yoxlanılması zamanı sərhədlər fərdi yaşayış evlərində-küçədə quraşdırılmış qaz sərfiyyatını ölçmə qurğusunun girişinədək, sayğac həyətdə və yaxud yaşayış evinin qeyri-yaşayış sahəsində yerləşdiyi halda, fərdi mülkün ərazisinı keçən yerədək (hasar, çəpər və s) müəyyən edilmişdir. “Azəriqaz” İB ilə "xxxx" QSC arasına bağlanmış müqavilənin tərkib hissəsi olan Razılaşma protokolundan görünür ki, "xxxx" QSC-nin xətt baxıcıları sayğaca qədər olan qaz xəttlərini yoxlayırlar. Evlərə, binalara, zirzəmilərə, xüsusi mülkiyyətdə olan həyatyanı sahələrə, həmin yerlərdəki kommunikasiyalara baxış "xxxx" QSC tərəfindən həyata keçirilmir. Buna zərurət yarandıqda Razılaşma protokolunun 1.1-ci bəndinə əsasən müəyyən olunmuş həyatyanı sahə və ya digər qapalı ərazilərdən keçən qaz kəmərlərinnin qrafikinə uyğun şəkildə texniki baxışı tam icra edilənədək sifarişçinin nümayəndəsi icraçının nümayəndələrini müşayiət etməlidir. Göstərilənlərə əsasən xətt baxıcısı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə marşrut sxemi üzrə yoxlama apararkən Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə yerləşən, X24 məxsus fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə daxil olaraq orada olan kommunikasiyaları yoxlamaq səlahiyyətində olmamışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş "xxxx" QSC-nin X12 böyük mühəndisi vəzifəsində işləyən Şahid1 ifadəsində göstərdi ki, işçi qydasında 17 dekabr 2021-ci il tarixdə "xxxx" QSC-nin xarici yeraltı qaz kəmərlərinə nəzarət qrupunun əməkdaşları tərəfindən keçirilmiş texniki baxış zamanı Sevinc Qənbərovaya məxsus evin çöl divarının yanında diametri 160 mm-lik yeraltı politelin qaz xəttindən 100 VOL səviyyəsində qaz sızması aşkar edilmiş, lakin həmin borunun yaxınlığında yerləşən diametri 76 mm-lik yeraltı boruda qaz sızması aşkar edilməmişdir. İş materiallarından göründüyü kimi "xxxx" QSC-nin əməkdaşları tərəfindən işçi qaydasında 17 dekabr 2021-ci il tarixdə keçirilmiş texniki baxışı zamanı S.Qənbərovaya məxsus yaşayış evinin çöl divarının yanında diametri 160 mm-lik qaz xəttində 100 VOL səviyyəsində qaz sızması aşkar olunmuş (qaz sızmanın başlanğıc vaxtı məlum deyil), məlumat verilməsinə baxmayaraq təmir işləri 4 gündən sonra, 21 dekabr 2021-ci il tarixdə aparılmışdr. Cinayət işi materialları ilə “Azəriqaz” İB-nin əməkdaşlarının sızma haqqında məlumat aldıqdan 4 gün sonra qəza yerinə gəlmələri səbəbləri, təmir zamanı qaydalara riayət edib-etməmələri, təmir işlərindən sonra 4 gün müddətində (bəlkə də daha çox müddətdə) təzyiqlə yeraltı axınan qazın kommunikasiya quyuların, yaxınlıqda yerləşən evlərin zirzəmilərinə axıb-axmamasının araşdırılması müəyyən edilmir. Məhkəmə tərəfindən hadisə yerinə baxış keçiriərkən müəyyən edildi ki, partlayışa uğramış Sevinc Qənbərovaya məxsus yaşayış evinin döşəmə hissəsi beton plitələrlə döşənmişdir. Həmin plitələrin alt hissəsində boşluq olmuşdur.160 mm-lik borudan 100 VOL dərəcəli qaz axıntısı 4 gün müddətdə torpaq içi axıb evin döşəmə hissəsinə yığılmasının mümkünlüyü araşdırılmamışdır. Təqsirləndirilən şəxs verilmiş ittihama görə o, 01 oktyabr 2021-ci ildə keyfiyyətli texniki baxış keçirməməsi səbəbindən Mingəçevir şəhəri Günəşli Bağlar massivinin12-ci Bağ küçəsi ilə yerüstü çəkilmiş, diamentri 76 mm-lik qaz xəttinin X24 məxsus fərdi yaşayış evinin darvazasının qarşısında yeraltı keçən hissəsində korroziya nəticəsində yaranmış dəlikdən sızan qaz S.Qənbərovaya məxsus yaşayış evinə dolmuş, nəticədə 28 dekabr 2021-ci il tarixdə evin işıqları yandırılarkən qığılcım təsirindən alışaraq partlayış baş vermişdir. İş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizasının rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş borunun səthinin vizual tədqiqi nəticəsində onun üzrəində 25x 10 mm, 13x10 mm ölçülərdə zədələr aşkar olundu. Elmi metodika olmadığından zədələrin yaranma müddətini müəyyən etmək mümkün deyil. Lakin qaz borusunda korroziyadan dəliklərin partlayış hadisəsindən 3-4 ay əvvəl baş verdiyinin müəyyən olunması barədə mütəxəssisin 20 may 2022-ci il tarixli rəyi sübut kimi qiymətləndirilərək Təqsirləndirilən şəxs ittiham elan edilmişdir. Halbuki ittihamın əsasını təşkil edən Azərbaycan Texniki Universitetinin “Metatlurqiya və metalların texnologiyası”kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru X17 “tədqiq olunan qaz borusunun korroziyadan deşilməsinin partlayış hadisəsində 3-4 ay əvvəl baş verdiyinə dair” 20 may 2022-ci il tarixli mütəxəssis rəyi ekpertlər tərəfindən nəzərə alınmamışdır. Müdafiə tərəfin vəsatəti ilə məhkəmə iclasında mütəxəssis kimi dindirilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Katalis və Qeyri üzvü Kimya İnstitunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, Azərbaycanda materialların Kimyəvi müqavimət və korroziyadan mühafizə üzrə mütəxəssis X9 da boruda aşkar olunmuş dəliklərin yaranma müddətinin 3-4 ay əvvəl göstərilməsinin yanlış olduğunu, korroziyaya uğramış metal konstruksiyalarda dəliyin yaranma müddətini müəyyən etmək üçün hər hansı metodikanın mövcud olmadığını bildirmişdir. Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə X24 məxsus fərdi yaşayış evinin darvazasının qarşısındakı yeraltı qaz xəttinə xətt baxıcısı Q.Quluyev tərəfindən 01 oktyabr 2021-ci il tarixdə baxış keçirən zaman qaz xəttində qazsızmanın olmasını, borudakı dəliklərin hansı tarixdə yaranmasını təsdiq edən sübut yoxdur. Məhkəmə hesab edir ki, ittihamın əsasını təşkil edən 20 may 2022-ci il tarixli mütəxəssis rəyi isə elmi metodikaya əsaslanmadığına, mübahisəli olduğuna görə mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə iş üzrə alınmış ekspertiza rəylərində 01 oktyabr 2021-ci il tarixdə Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə X24 məxsus fərdi yaşayış evinin darvazasının qarşısından yeraltı keçən diametri 76 mm-lik qaz borusuna texniki baxış mövcud qaydalara uyğun keçirilmədiyi, qaydaların tələbləri xətt baxıcısı Təqsirləndirilən şəxs tərəfindən pozulduğu göstərilsə də, məhkəmə hesab edir ki, ekspertlər tərəfindən hərtərəfli araşdırma aparılmadan, “Azəriqaz” İB ilə "xxxx" QSC arasında olan müqavilə, müqavilənin tərkib hissəsi olan Razılaşma Protokolu nəzərə alınmadan əsassız rəy verilmişdir. Ona görə də məhkəmə ekspert rəylərinə də mötəbər sübut kimi qiymət vermir. Məhkəmə xətt baxıcısı Təqsirləndirilən şəxs tərəfindən 01 oktayabr 2021-ci il tarixdə keçirilmiş qaz xəttinə texniki baxış zamanı CM-nin 225.2-ci maddəsi ilə təqsirləndiriməsi üçün kobud pozuntulara yol verilmədiyini, 28 dekabr 2021-ci ildə Mingəçevir şəhəri Günəşli bağ massivi 12-ci küçədə X24 məxsus fərdi yaşayış evində baş vermiş partlayış hadisəsi ilə onun hərəkəti (hərəkətsizliyi) arasında hər hansı səbəbli əlaqənin olması sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə təqsirləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik presumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. «Barbera, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı Avropa Məhkəməsinin qərarında göstərilir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsi təsbit edir ki, bu Məcəllənin 42.1ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin halların arasında CPM-nin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 42.1.4 və 42.2.4-cü maddələrinin tələblərinə görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun barəsində bəraət hökmü çıxarılır. Məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 225.2-ci maddəsilə ona istinad edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddə ilə bəraət hökmü çıxrılmalı və onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə ekspertizası xərci olan 471 (dörd yüz yetmiş bir) manat dövlət büdcəsinə aid edilməlidir. İş üzrə maddi sübut olub, saxlanılması üçün FHN Əməliyyat-İstintaq İdarəsinin İnzibati- Təsərrüfat şöbəsinə verilmiş, diametri 76 mm-lik qaz xəttindən hadisə yerindən kəsilib götürülmüş 62 sm boru FHN Əməliyyat-İstintaq İdarəsinin İnzibati-Təsərrüfat şöbəsində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 346-350, 352- 353, 356 və 385-ci maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertizası xərci olan 471 (dörd yüz yetmiş bir) dövlət büdcəsinə aid edilsin. İş üzrə maddi sübut olub, saxlanılması üçün FHN Əməliyyat-İstintaq İdarəsinin İnzibati- Təsərrüfat şöbəsinə verilmiş, diametri 76 mm-lik qaz xəttindən hadisə yerindən kəsilib götürülmüş 62 sm boru FHN Əməliyyat-İstintaq İdarəsinin İnzibati-Təsərrüfat şöbəsində saxlanılsın. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar