Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-12/2025 05.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclasının katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X8 iştirakı ilə xx.xx.1985-ci ildə Şəki rayonu, Böyük Dəhnə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 siqaret məhsullarının alqı-satqısı ilə məşğul olub, əldə etdiyi qazancı aralarında böləcəyini vəd verib, buna görə də müəyyən məbləğdə pul vəsaitinə ehtiyacı olduğunu deyərək, 2021-ci ilin may ayında ünvan 2 ünvanında Zərərçəkmiş şəxs1 5000 manat məbləğdə pul alıb, ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 siqaret məhsullarının alqı-satqısı ilə məşğul olub, əldə edəcəyi qazancı aralarında böləcəyini növbəti dəfə vəd verib, buna görə də müəyyən məbləğdə pul vəsaitinə ehtiyacın olduğunu deyərək, 2022-ci ilin mart ayında Mingəçevir şəhəri, «Fatimə» marketin yaxınlığında Zərərçəkmiş şəxs1 5000 manat məbləğdə pul alıb, ələ keçirərək, təkrarən dələduzluq etmişdir. Bundan başqa o, 2022-ci ilin may ayında Zərərçəkmiş şəxs1 etibarından sui- istifadə edib, onu aldadaraq, ona Almaniya Federativ Respublikasından ucuz qiymətə «Hundai Tucson» markalı avtomobil gətirəcəyini vəd verib, Mingəçevir şəhəri, H.Əliyev prospekti, «Fatimə» marketin yaxınlığında Zərərçəkmiş şəxs1 13.000 manat məbləğdə pul alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə edib, aldadaraq, ona işlədiyi «Vektor» şirkətinin ticarət fəaliyyətindən kənarda, yəni işğaldan azad olunmuş Kəlbəcər rayonunda baha qiymətə siqaret məhsuallarının alqı-satqısı ilə məşğul olub qazanc əldə edəcəklərini və həmin qazancı yarı böləcəklərini vəd verib, buna görə də pul vəsaitinə ehtiyacının olduğunu deyərək, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fatimə» marketin yaxınlığında Zərərçəkmiş şəxs5 ilkin olaraq 10.000 manat, həmin gün Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fatimə» marketin yaxınlığında kirayədə yaşadığı mənzildə arvadı Turac İsmayılovanın vasitəsi ilə 5000 manat, habelə Qəbələ rayonunda ucuz qiymətə «Magna» markalı siqaretləri alıb Beyləqan rayonunda baha qiymətə satıb qazanc əldə edəcəyini növbəti dəfə Zərərçəkmiş şəxs5 yalandan vəd verib, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fatimə» marketin yaxınlığında 11.000 manat olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 26.000 manat məbləğdə pulunu alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs5 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tanışı Yevlax rayonu, Tanrıqulular kənd sakini Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, onu aldatmaq məqsədi ilə sonuncunun arvadı Şahid5 işlədiyi «Vektor» şirkətinin ticarət fəaliyyətindən kənarda, yəni işğaldan azad olunmuş Qubadlı və Zəngilan rayonlarında baha qiymətə siqaret məhsullarının alqı-satqısı ilə məşğul olub, qazanc əldə edəcəyini vəd verib, buna görə pul vəsaitinə ehtiyacının olduğunu bildirərək, ilkin olaraq xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində H.Əliyev prospekti, “Fatimə” marketin yaxınlığında Zərərçəkmiş şəxs2 məxsus 14.000 manat, xx.xx.2022-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində ona məxsus 8000 manat, xx.xx.2022-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində ona məxsus 3000 manat, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fatimə» marketin yaxınlığında ona məxsus 5000 manat, ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 30000 (otuz min) manat məbləğdə pulunu arvadı Şahid5 vasitəsi ilə alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə edib, aldadaraq, Zərərçəkmiş şəxs9 məxsus Mingəçevir şəhəri F.Əzimov küçəsində yerləşən qida və tütün məmulatları mağazasından ödənişini etmədən xx.xx.2022-ci il tarixdə 2500 manat dəyərində siqaret məhsuallarını alıb, onları baha qiymətə satıb, qazanc əldə edəcəklərini və həmin qazancı varı böləcəyini vəd verərək, Zərərçəkmiş şəxs9 götürdüyü 2500 manat dəyərində siqaret məhsullarını ələ keçirib, istintaqa məlum olmayan ünvanlara sataraq və satışdan əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs9 ümumilikdə 2500 manat məbləğdə ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tanışı X9 etibarından sui-istifadə edib, aldadaraq, ona siqaret məhsullarının alqı-satqısı ilə məşğul olub, əlavə olaraq 4 faiz qazanc əldə edəcəklərini və həmin gəliri aralarında böləcəklərini Kamil Hüseynova vəd verib, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi Bazarın» yaxınlığında Kamil Hüseynova məxsus 6500 manat məbləğdə pulu sonuncunun atası Şahid1 alıb, ələ keçirərək və bununla da zərərçəkmiş şəxs X11 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə edib, aldadaraq, ona siqaret məhsuallarının alqı-satqısı ilə məşğul olacaqlarını və əldə olunan 4 faiz gəliri yarı böləcəyini vəd verib, bu növ məhsualların alqı-satqısı ilə məşğul olmaq üçün müəyyən qədər pul vəsaitinə ehtiyacının olduğun deyib, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, Ə.Vahid küçəsində ilkin olaraq ondan 1000 manat, habelə xx.xx.2022-ci il tarixdə arvadı X3 vasitəsi ilə Zərərçəkmiş şəxs7 məxsus 1500 ABŞ dolları (2550 manat) məğləğdə pulu Mingəçevir şəhəri, M.Rəsulzadə küçəsi ev 13/31, mənzil 25-də sonuncunun qardaşı Şahid4 alıb, bununla da Zərərçəkmiş şəxs7 məxsus ümumilikdə 3550 manat məbləğdə pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edib, aldadaraq, ona işlədiyi «Vektor» şirkətinin ticarət fəaliyyətindən kənarda, yəni işğaldan azad olunmuş Kəlbəcər rayonunda baha qiymətə siqaret məhsuallarının alqı-satqısı ilə məşğul olub, qazanc əldə edəcəklərini və həmin qazancı yarı böləcəklərini vəd verib, buna görə pul vəsaitinə ehtiyacının olduğunu deyərək, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fatimə» marketin yaxınlığında 20.000 manat, eyni vədlə xx.xx.2022-ci il tarixdə yenə də Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fatimə» marketin yaxınlığında 5000 manat, habelə Qəbələ rayonunda ucuz qiymətə «Magna» markalı siqaretləri alıb Beyləqan rayonunda baha qiymətə satıb qazanc əldə edəcəyini növbəti dəfə Zərərçəkmiş şəxs3 yalandan vəd verib, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fatimə» marketin yaxınlığında 15.000 manat olmaqla ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 45.000 manat məbləğdə pulunu alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə edib, aldadaraq, ona işlədiyi şirkətdən ucuz qiymətə siqaret alıb, sata biləcəyini vəd verərək Zərərçəkmiş şəxs6 məxsus Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən mağazada xx.xx.2022-ci il tarixdə ilkin olaraq Zərərçəkmiş şəxs6 10.000 manat, həmin gün bir müddət sonra eyni vədlə həmin ünvanda Zərərçəkmiş şəxs6 məxsus 1500 manat məbləğdə pulu sonuncunun oğlu Şahid3 vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirərək, ümumilikdə Zərərçəkmiş şəxs6 11.500 manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə edib, aldadaraq, ona siqaret məhsullarının şərikli alqı-satqısı ilə məşğul olacağını və əldə olunan 4 faiz qazancı yarı böləcəyini vəd verib, xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanında 10.000 manat, habelə xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fatimə» marketdə arvadı Turac İsmayılovanın vasitəsi ilə 10.000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 20.000 manat məbləğdə pulunu alıb, ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs8 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, tanışı Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib, aldadaraq, Zərərçəkmiş şəxs4 məxsus Mingəçevir şəhəri, Vidadi küçəsində yerləşən qida və tütün məhsualları mağazasından ödənişini etmədən 2022-ci ilin dekabr ayının 12-dən 20-dək olan müddət ərzində Zərərçəkmiş şəxs4 həmin mağazada işləyən satıcısı Aytən adlı şəxsin vasitəsi ilə ilkin olaraq 4000, sonradan isə 3500 manat dəyərində siqaret məhsuallarını alıb, onları baha qiymətə satıb, qazanc əldə edəcəklərini və həmin qazancı yarı böləcəyini vəd verərək, Zərərçəkmiş şəxs4 pulunu ödəmədən götürdüyü ümumilikdə 7500 manat dəyərində siqaret məhsullarını vahid niyyətlə əhatə olunan qəsdlə alıb, ələ keçirməklə və istintaqa məlum olmayan ünvanlara sataraq, satışdan əldə etdiyi pul vəsaitini şəxsi ehtiyaclarına sərf edərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 7500 manat məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Qeyd olunan əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının 178.2.2 və 178.2.4-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, göstərmişdir ki, 2018-ci ildən 2023-cü ilin yanvar ayına qədər "xxxx" QSC-də sürücü işləmişdir. Həmin ərəfədə Zərərçəkmiş şəxs1 də onunla birlikdə işləmişdir. Həmin vaxtdan aralarında dostluq münasibətləri yaranmışdır. 2021-ci ilin may ayından etibarən o və arvadı Turac İsmayılova H.Əliyev prospektində yerləşən «Fatimə» mağazasını işlətmişlər. Ondan əvvəl isə atasının Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən mağazasında siqaret məhsullarının alveri ilə məşğul olmuşdur. 2021-ci ilin may ayında Zərərçəkmiş şəxs1 ona siqaret məhsuallarının alveri ilə məşğul olmağı təklif etdikdə, o, Ceyhuna müəyyən məbləğdə pul vəsaiti olacağı təqdirdə siqaret məhsuallarının alqı-satqısı ilə məşğul ola biləcəklərini demişdir. Beləliklə, Zərərçəkmiş şəxs1 ona ilkin olaraq 2021-ci ilin may ayında siqaret alış verişindən gəlir əldə etmək məqsədi ilə yaşadığı evdə 5000 manat pul vermişdir. Bu zaman onların yanlarında heç kim olmamışdır. Həmin vaxtlar o, siqaret alış verişindən əldə etdiyi gəlirlərdən Zərərçəkmiş şəxs1 hər həftə 100-200 manat məbləğdə pul vermişdir. Sonradan isə 2022-ci ilin mart ayında o, Ceyhuna əlavə pul olacağı halda daha yaxşı gəlir əldə edəcəklərini bildirmiş və 2022-ci ilin mart ayında o, Ceyhundan siqaret alış verişi məqsədi ilə yaşadığı evdə yenidən 5000 manat pul almışdır. Həmin vaxt arvadı Turac evdə olmuşdur. Bundan sonra da o, Ceyhuna hər həftə 150-200 manat məbləğdə pul vermişdir. Sonradan o, Ceyhuna yenə də siqaret alış-verişi məqsədi ilə 2022-ci ilin may ayında yaşadığı evdə 13.000 manat məbləğdə pul almış və yenə də Ceyhuna hər həftə qazancından 200-250 manat məbləğdə pul vermişdir. Ceyhun ona yaşadığı evdə olan zaman 13.000 manat pul verən zaman arvadı Turac evdə olmuşdur. Lakin o, Ceyhundan almış olduğu pullardan Turaca heç bir məbləğdə pul verməmişdir. Həmçinin almış olduğu pulların haqq hesabını Turaca deməmişdir. Bir müddət sonra o, müflis olduğu üçün Ceyhunun pullarını geri qaytara bilməmişdir. Ceyhundan pul alıb siqaret alış verişi edən zamanlar Ceyhuna hər həftə təxminən 200-250 manat, ümumilikdə 5000 manat pul ödəmişdir. Bundan başqa Ceyhun ondan pullarını geri tələb edən zaman o, Ceyhuna 2000 manat nağd pul və 2000 manat dəyərində «İphone» markalı mobil telefon vermişdir. Bundan başqa o, əvvəllər onunla birlikdə siqaret firmasında sürücü kimi işləmiş X15 ilə 2022-ci ilin sentyabr ayında münasibətləri olduğundan Kamilə işğaldan azad edilmiş bölgələrdə baha qiymətə siqaret satacağanı bildirərək 10.000 manat pul qoyacağı halda 4% gəlirin 2 %-i vergiyə çıxıldıqdan sonra gəliri yarıya böləcəklərini demişdir. Kamil Hüseynov 10000 manat pulu olmadığını, cəmi 6500 manat pulu olmasını demiş, o da Kamilə ilkin olaraq 6500 manat pul verməsini, qalan pulu isə qısa müddətdə düzəldib verməyini demişdir. Artıq həmin vaxtlar onun işləri yolunda getmirmiş. Kamil Hüseynov 2022-ci ilin sentyabr ayının 19-da ona zəng vurub Mingəçevir şəhərində olmadığını və 6500 manat pulu atası İlhamdan götürməyini bildirmişdir. O, həmin günü İlhama zəng vurub Kamilin göstərişi ilə görüşməklərini bildirmiş və İlhamla həmin gün Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Mərkəzi bazarın» yaxınlığında görüşmüşdür. Həmin vaxt İlhamın yanında digər oğlu Hamildə olmuşdur. İlham oğlu Hamilin yanında ona Kamilə məxsus 6500 manat pulu vermişdir. O da Kamilə zəng edib, onun atası İlhamdan 6500 manat pulu götürdüyünü bildirmişdir. Həmin vaxtlar onun maddi durumu yaxşı olmamış və o Kamildən aldığı 6500 manat pulu öz məsrəflərinə xərcləmişdir. Lakin o, Kamilə hər həftə pul verməli olduğundan digər şəxslərdən aldığı pullardan Kamilə həftəlik olaraq az miqdarda pul vermişdir. Ümumilikdə o, Kamildən atası İlhamın vasitəsi ilə almış olduğu 6500 manat puldan təxminən 1100 manatını geri qaytarmışdır. Lakin daha sonra borcları çoxaldığı üçün o, Kamildən almış olduğu 6500 manat pulun qalan hissəsini geri qaytara bilməmişdir. Daha sonra Kamil onu Mingəçevir şəhər ərazisində görüb pulunu tələb etmişdir. O da Kamilə yalandan pulu geri qaytaracağını vəd vermişdir. Bundan başqa o, Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən şərab evini işlədən Zərərçəkmiş şəxs3 ilə 2018-ci ildən tanış olsa da, 2022-ci ilin avqust ayında onun mağazasına siqaret verməyə başlamışdır. Həmin ərəfədə siqaret limitlə verilirmiş. 2022-ci ilin sentyabr ayının 21-də o, yaxşı münasibəti olan Qardaşxandan ona 20.000 manat faizə pul tapmasını xahiş etmişdir. Qardaşxan da ona 2022-ci ilin sentyabr ayının 21-də 20.000 manat faizə pul vermişdir. O, Qardaşxandan almış olduğu 20.000 manat pulu siqaret alış-verişi adı ilə almışdır. Həmin pulun bir hissəsini siqaret alış verişinə yatırmışdır. Qalan hissəsini isə öz borclarına xərcləmişdir. Bir müddət sonra isə o, Qardaşxana Beyləqan, Qəbələ rayonlarından ucuz qiymətə siqaret alıb, Qarabağ bölgəsində baha qiymətə satacağını və həmin satışdan gəlir əldə edib, aralarında yarıbayarı böləcəklərini bildirmişdir. Qardaşxan da razılaşmışdır. Bu məqsədlə o, xx.xx.2022-ci il tarixdə Qardaşxan ilə işlətdiyi «Fatimə» marketin yaxınlığında görüşüb, ucuz qiymətə siqaret alıb, baha qiymətə satmaq adı ilə 15000 manat məbləğdə pul almışdır. xx.xx.2022-ci il tarixdə o, Qardaşxana zəng edib, təcili olaraq ucuz qiymətə siqaret götürmək üçün 10.000 manat pul lazım olduğunu bildirmişdir. Həmin gün Qardaşxan onun göstərişi ilə arvadı X4 şəhərində «Fatimə» marketdə 10.000 manat pul vermişdir. Axşam saatlarında 10.000 manat pulu Turacdan almış və həmin puldan Turaca heç bir məbləğdə pul verməmişdir. Bir müddət Qardaşxana hissə-hissə olmaqla təxminən 15.000 manat məbləğdə pul qaytarmışdır. Lakin müflis olduğu üçün qalan 30.000 manat pulu geri qaytara bilməmişdir. Bundan başqa, Mingəçevir şəhərində Zərərçəkmiş şəxs4 da adi qaydada siqaret vermiş və onların siqaret alış-verişi olurmuş. 2022-ci ilin dekabr ayında onun maddi durumu pis olmuş və o, bir çox şəxsdən aldığı pulların həftəlik və aylıq qazanclarını verə bilməmişdir. 2022-ci ilin dekabr ayında o, «Qarabağ» zonasında siqaretləri baha qiymətə satacağını deyib, Zərərçəkmiş şəxs4 satıcısı Aytəndən Zərərçəkmiş şəxs4 razılığı ilə hissə-hissə olmaqla, 7500 manat dəyərində müxtəlif markalı siqaretlər götürmüşdür. Onun siqaretləri götürməkdə məqsədi həmin siqaretləri baha qiymətə satacağı halda qazandığı pulun bir hissəsini Zərərçəkmiş şəxs4 vermək olmuşdur. Lakin daha sonra müflis olduğu üçün o, Zərərçəkmiş şəxs4 mağazasından götürmüş olduğu 7500 manat dəyərində siqaretləri satıb borclarına və pul aldığı şəxslərə qazanc kimi ödəmiş və Zərərçəkmiş şəxs4 7500 manat dəyərində siqaretlərini və ya ondan əldə etdiyi pulu geri qaytara bilməmişdir. Bundan başqa o, əvvəllər Mingəçevir şəhəri, H.Əliyev prospektində mağaza işlədən Zərərçəkmiş şəxs5 ilə 2020-ci ildən etibarən tanış olmuşdur. 2022-ci ilin avqust ayında münasibətləri olduğundan işğaldan azad edilmiş bölgələrdə baha qiymətə siqaret satacağanı bildirərək pul qoyacağı halda 4% gəlirin 2 %-i vergiyə çıxıldıqdan sonra gəliri varıya böləcəklərini bildirmiş. Vüqar da onunla razılaşmışdır. Aralarındakı razılığa əsasən o, 2022-ci ilin sentyabr ayının 1-də Vüqardan 10000 manat pulu Mingəçevir şəhərində almışdır. Həmçinin o, həmin günü axşam saatlarında Vüqara zəng vurub əlavə 5000 manat pul lazım olduğunu və ucuz qiymətə siqaretləri alacağını bildirmişdir. Vüqar onun göstərişi ilə həmin günü X14 «Fatimə» marketdə vermişdir. O, axşam saatlarında gələn kimi Turacdan Vüqarın vermiş olduğu 5000 manat pul almışdır. Bundan sonra 2022-ci ilin sentyabr ayının 11 -də o, Vüqara Beyləqan rayonunda ucuz qiymətə siqaret olduğunu bildirmiş və həmin siqaretləri götürmək üçün 11.000 manat pul vermək lazım olduğunu bildirmişdir. 2022-ci ilin sentyabr ayının 11 -də Vüqar ona 11.000 manat pulu yaşadığı evin yaxınlığında vermişdir. O, bir müddət Vüqara hissə-hissə olmalqa, əldə etdiyi gəlirdən 3000 manat pul vermişdir. Bir müddət sonra o, müflis olduğu üçün qazanc verə bilməmiş və Vüqar ondan qalan pullarını geri tələb etmişdir. Həmin ərəfədə digər şəxslərdən aldığı pullardan Vüqara 5000 manat məbləğdə pul vermişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 ilə aralarında yaxşı münasibətlər olmuşdur. Zərərçəkmiş şəxs2 və onun arvadı Şahid5 Yevlax rayonu, Tanrıqulular kəndində market işlədirlər. 2022-ci ilin sentyabr ayında Şahid5 şərikli siqaret alış-verişi edəcəyini deyib, ondan pul istəmiş və ona ucuz qiymətə siqaret alıb, Qarabağ bölgəsində baha qiymətə satacağmı və əldə olunan gəliri yarıbayarı böləcəklərini bildirmişdir. İlhamə də onunla razılaşmış və o, xx.xx.2022-ci il tarixdə İlhamədən Mingəçevir şəhəri, Fatimə marketin yaxınlığında 14000 manat, xx.xx.2022-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində 8 000 manat, xx.xx.2022-ci il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində 3000 manat və xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, «Fatimə» marketin yaxınlığında 5000 manat pulu rayonlardan ucuz qiymətə siqaret alıb, Qarabağ bölgəsində baha qiymətə satıb, gəlir əldə etmək adı ilə almışdır. Lakin həmin vaxtlar o, bir çox şəxslərdən pullar alıb, həmin şəxslərə həftəlik qazanc verməli olduğundan, həmin pulların bir hissəsini həmin şəxslərə qazanc kimi, bir hissəsini isə borclarına ödəmişdir. Həmçinin aldığı pullardan almış olduğu siqaretləri dəyərindən aşağı satıb, ona pul verən şəxslərə qazanc adı ilə pul vermişdir. Şahid5 qazanc adı ilə təxminən 1000 manat pul vermişdir. Lakin həmin 1000 manatı digərlərindən aldığı pullardan verirmiş. Həmin vaxtlar o, çox şəxslərdən pul aldığı üçün kimlərin pullarını kimə verməyini hazırda xatılamır. Həmin şəxslər qazanc istəyən kimi qazanc adı ilə həmin şəxslərə pul verirmiş. Bundan başqa, Zərərçəkmiş şəxs7 müraciəti ilə bağlı bildirmişdir ki, o, Zərərçəkmiş şəxs7 qardaşı Şahid4 tanımışdır. O, KTV kabel televiziyasında işləyirmiş və o, Namiqə siqaret alışverişinə qoşulsa yaxşı gəlir əldə edəcəyini bildirmişdir. O, Namiqə yaxşı gəlir əldə etməyi üçün ilkin olaraq 10.000 manat pul vermək lazım olduğunu bildirmişdir. Həmin ərəfədə Namiq qardaşı Nazimlə onu tanış etmiş və o, eyni sözləri Nazimə də demişdir. 2022-ci ilin sentyabr ayının 20-də Nazim ona ilkin olaraq Mingəçevir şəhəri, Ə.Vahid küçəsində 1000 manat pul vermişdir. O, həmin pulu şəxsi borclarının ödəməsinə sərf etmiş və Nazimə 10.000 manat pul düzəltməklərini və qısa müddətdə Qarabağ bölgəsində baha qiymətə siqaret satıb, gəlir əldə edəcəklərini vəd etmişdir. 2022-ci ilin sentyabr ayının 25-də isə Namiq ona zəng vurub, əlavə olaraq 1500 ABŞ dollar pul hazırladığını bildirmişdir. O isə Namiqə hazırda Mingəçevir şəhərində olmadığını bildirmişdir. O, Namiqə həmin pulu aparıb, yaşadığı evdə X14 verməsini bildirmiş və həmin gün Namiq 1500 dolları aparıb arvadı Turaca vermişdir. O, axşam saatlarında evə gələn zaman Turacdan 1500 dolları almış və həmin puldan Turaca heç bir məbləğdə pul verməmişdir. O, Namiq və Nazimdən almış aldığı olduğu pullardan onlara heç bir məbləğdə pul verə bilməmiş və daha sonra müflis olduğu üçün Namiq və Nazimin pullarını geri qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs6 müraciəti ilə bağlı bildirmişdir ki, o, Sevda Allahverdiyavanı uzun müddətdir ki, tanıyır və mütamadi onun işlətdiyi mağazaya siqaret vermişdir. O, Sevda Allaverdiyevaya mütəmadi olaraq siqaret verirmiş və ona pul lazım olduğu üçün o, Sevda Allaverdiyevadan müvəqqəti pul alıb, işlərini həll etmək məqsədi ilə aldatmaq qərarına gəlmişdir. 2022-ci ilin sentyabr ayının 22-də o, firmadan başqa şəxslərə məxsus 5500 manat dəyərində qəbzi götürüb Zərərçəkmiş şəxs6 Mingəçevir şəhərində işlədiyi mağazaya getmiş və Sevda Allaverdiyevaya qəbzi vurduğunu və ona 10.000 manat pul verəcəyi halda ona ucuz qiymətə siqaret gətirə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs6 siqaretləri almaq üçün pulu həmişə hesaba ödədiyi üçün bu dəfə ona 10.000 manat pulu verən zaman oğlu Ziya onları videokameraya çəkmişdir. O, mağazadan çıxıb, pulun bir hissəsini borclarına bir hissəsini pul aldığı şəxslərə həftəlik qazanc adı ilə vermişdir. Həmin günü o, yenə də Zərərçəkmiş şəxs6 məxsus mağazaya getmiş və əlavə olaraq siqaretləri çıxartmaq üçün 1500 manat pul lazım olduğunu bildirmişdir. Lakin həmin vaxt orada Zərərçəkmiş şəxs6 olmamış və onun oğlu Şahid3 Zərərçəkmiş şəxs6 zəng edib, razılıq aldıqdan sonra ona əlavə olaraq siqaret almaq adı ilə 1500 manat pul vermişdir. O, həmin 1500 manat pulu da şəxsi xərclərinə və borclarına xərcləmişdir. Zərərçəkmiş şəxs6 pulunu isə yenidən pul alacağı şəxslərdən alıb, geri qaytaracağım düşünürmüş. Lakin həmin gün Zərərçəkmiş şəxs6 ona zəng edib, siqaretləri hansı səbəbdən gətirmədiyini soruşdquda o, yalandan vəd verib onu aldatmışdır. Zərərçəkmiş şəxs6 ondan pullarını tələb edən zaman o, yenə də digərlərindən almış olduğu pullardan Zərərçəkmiş şəxs6 hissə-hissə olmaqla 4700 manat məbləğdə pul geri qaytarmışdır. Bundan başqa, 2022-ci ildə o, arvadı və övladları ilə birlikdə Zərərçəkmiş şəxs8 məxsus «Fatimə» marketin yaxınlığında yerləşən mənzildə kirayədə qalmağa başlamışlar. O, hər ay 250 manat kirayədə qaldığı mənzilə görə Zərərçəkmiş şəxs8 pul ödəyirmiş və Mahmudla normal münasibətləri yaranmışdır. 2022-ci ilin sentyabr aylarında o, artıq siqaret alış verişi etmək üçün bir çox şəxslərdən müəyyən məbləğlərdə pullar almış və həmin vaxtlar hər həftə həmin şəxslərə verilən pulların həftəlik qazancı kimi pul ödəməli olmuşdur. Həmin ərəfələrdə o. Mahmudun atasına məxsus «Mitsubishi» markalı avtomobili satdığını və Mahmudda nağd pulun olduğunu bilmişdir. O, Mahmuda ona 10.000 manat məbləğdə pul verməsini, ona hər həftə müəyyən məbləğdə qazanc kimi pul verəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə o, arvadı Turacın, Mahmudun anası Qiyafətin yanında Mahmuddan Mingəçevir şəhərində şərikli siqaret alış verişi etmək adı ilə Mahmudun yaşadığı evdə 10.000 manat pul almışdır. O, həmin puldan bir qədərini siqaret alış verişinə, bir qədərini pul aldığı digər şəxslərə onların verdikləri pulların gəliri adı ilə geri qaytarmışdır. Həmçinin o, Mahmudun özünə də hər həftə pul verməli olmuşdur. Bir qədər sonra yəni xx.xx.2022-ci il tarixdə o, Mahmudla danışıb əlavə 10.000 manat pul verəcəyi halda «Qarabağ» bölgəsində siqaretləri baha qiymətə satacağmı və daha çox gəlir əldə edəcəyini bildirmişdir. Mahmud da razılaşmışdır. Lakin o, həmin vaxt Mingəçevir şəhərində olmadığı üçün Mahmuda 10.000 manat pulu «Fatimə» marketdə işləyən X14 verməsini bildirmişdir. Həmin gün, yəni xx.xx.2022-ci il tarixdə Mahmud siqaret alış verişindən əlavə gəlir əldə etmək məqsədi ilə onun göstərişi ilə arvadı Turaca Mingəçevir şəhərində 10.000 manat məbləğdə pul vermişdir. O, axşam saatlarında Mingəçevir şəhərinə gələn zaman Turac 10.000 manat pulu ona vermişdir. O, Mahmuddan almış olduğu ümumilikdə 20.000 manat puldan Turaca heç bir məbləğdə pul verməmişdir. Həmçinin Turacın onun gördüyü işlərdən məlumatı olmamışdır. O, Mahmuddan 20.000 manat pul aldıqdan sonra Mahmuda qazanc vemək adı ilə 2 dəfə, hər dəfəsində 1400 manat olmaqla, ümumilikdə arvadı Turacın vasitəsi ilə 2800 manat pul qaytarmışdır. Bundan sonra Mahmud onun bir çox şəxslərə borcu olduğunu bilmiş və ondan 20.000 manat pulunu geri tələb etməyə başlamışdır. O, həmin vaxtlar Mahmuda bir dəfə 2000 manat pul geri qaytarmışdır. Daha sonra arvadı Turac İsmayılova onun əvəzinə Mahmuda hissə-hissə olmaqla, 1500 manat pul qaytarmışdır. Bundan başqa, 2022-ci ilin sentyabr ayının 14-də o, Bakı şəhərinə geri qayıdan zaman ona təcili olaraq pul lazım olmuşdur. O, siqaret firmasında birgə işlədiyi Zərərçəkmiş şəxs9 zəng vurub ona təcili olaraq firmadan 2500 manat dəyərində siqaret çıxartmağını və işlətdiyi «Fatimə» marketə verməyini, qısa müddətdə həmin siqaretləri «Qarabağ» bölgəsində baha qiymətə satacağını demişdir. 2022-ci ilin sentyabr ayının 14-də Zərərçəkmiş şəxs9 onun işlətdiyi «Fatimə» marketə 2500 manat dəyərində siqaretləri gətirib, vermişdir. Lakin həmin vaxtlar onun maddi sıxıntısı olduğu üçün o, həmin 2500 manat dəyərində olan siqaretləri öz qiymətinə xatırlamadığı yerə satıb, həmin pulu şəxsi xərclərinə ödəmişdir. Bundan sonra isə təxminən 2022-ci ilin sentyabr ayının 20-də o, Zərərçəkmiş şəxs9 zəng edib, maddi durumu pis olduğu üçün 2000 manat pul borc almış və Zərərçəkmiş şəxs9 qısa müddətdə pulları geri qaytaracağını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs9 2500 manat dəyərində olan siqaretləri ucuz qiymətə satdığını etiraf etmişdir. 2022-ci ilin oktyabr ayında o, Zərərçəkmiş şəxs9 əlavə olaraq 1200 manat borc pul almış və həmin puluda öz xərclərinə sərf etmişdir. Lakin daha sonra müflis olduğu üçün aldığı pulları geri qaytara bilməmişdir. Bundan başqa o, verilən suallara cavab olaraq yuxarıda qeyd edilən şəxslərdən aldığı pulları anası xəstə olduğu üçün borc aldığı şəxslərə geri qaytardığını, həmçinin pul aldığı şəxslərə həftəlik qazanc vermək lazım olduğu zaman digər şəxslərdən siqaret alış-verişi adı ilə pulları alıb həm öz şəxsi xərclərini, həm digər şəxslərin həftəlik qazanclarını vermək məqsədi ilə pullar almışdır. X14 almış olduğu pullardan heç bir məbləğdə pul vermədiyini və Turacın vasitəsi ilə almış olduğu pullardan Turaca heç bir məbləğdə pul vermədiyini bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 13.000 manat pulu ona avtomobil gətirmək adı ilə deyil, elə siqaret məhsullarının alqı-satqısı adı ilə aldığını bildirmişdir. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs4 vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ildən etibarən tanıyır. Belə ki, həmin ərəfədə Mingəçevir şəhəri, Vidadi küçəsində yerləşən ərzaq mağazasını işlədir. Eləmin ərəfədə Elşən «Vektor» siqaret firmasında sürücü qismində işləmişdir. 2022-ci ilin dekabr ayında Elşən ona zəng edib, Qarabağ zonasında siqaretləri baha qiymətə satacağını və bunun üçün ona siqaret verməyini və əldə etdiyi gəliri yarı böləcəyini bildirmişdir. O, isə həmin vaxt işdə olmadığı üçün satıcısı Aytənə zəng edib, Elşənə 4000 manat dəyərində siqaret məhsuallarından verməyini bildirmişdir. 2022-ci ilin dekabr ayının 12-də Aytən onun göstərişi ilə Elşənə 4000 manat dəyərində Mingəçevir şəhərində olan mağazasından müxtəlif markalı siqaret məhsullarından vermişdir. xx.xx.2022-ci il tarixdə Elşən yenə də ona zəng edib, əlavə olaraq 3500 manat dəyərində siqaret verməyini bildirmiş və əldə etdiyi siqaretləri Qarabağ bölgəsində baha qiymətə satacağını bildirmişdir. O, yenə də Aytənə bu barədə tapşırıq vermiş və Aytən onun göstərişi ilə Elşənə ona məxsus mağazada 3500 manat dəyərində siqaretləri vermişdir. Lakin o, daha sonra Elşənin onu aldatdığını və Mingəçevir şəhərində bir çox şəxslərə eyni yalanı danışaraq pullarını alıb aldatdığını eşitmiş və Elşəndən 7500 manat dəyərində siqaretlərini istəyən zaman Elşən müflis olduğunu deyib, ona məxsus siqaretləri geri qaytarmamışdır. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ildən tanıyır. Belə ki, həmin ərəfədə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən ərzaq mağazasını işlədir. Həmin ərəfədə Elşən «Vektor» siqaret firmasında sürücü işləmişdir. O da həmin firmadan mütəmadi olaraq siqaret alıb, satırmış. 2 il normal qaydada onun sifariş verdiyi malları Elşən gətirib mağazaya təhvil verib gedirmiş. Ödənişi isə o, kart vasitəsi ilə firmaya ödəyirmiş. 2022-ci ilin avqust ayında Elşən ona siqaret biznesinə qoşulmasını, pul qoyacağı halda onu da də şərik edəcəyini, siqaretlərin satışından 4 % gəlir əldə edəcəyini bildirmiş və ondan əlində maya tutmaq üçün nağd pul istəmişdir. Bu minvalla o, 2022-ci il sentyabr ayının 21-də Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fatimə» marketin yanında Elşənin kirayədə qaldığı mənzilin yaxınlığında Elşənə 20.000 manat məbləğdə pul vermişdir. Elşən ona qayınatasının «ŞAQMAN» yük avtomobilinin sürücüsü olduğunu, alacaqları siqaretləri aparıb, Kəlbəcər rayonunda baha qiymətə satacağını, əldə edilən gəliri də böləcəkləri demişdir. Həmin vaxt onların yanında heç kim olmamışdır. Elşən bir müddət keçmiş eyni vədlə əlavə olaraq 25.000 manat pul istəmiş və həmin pulu hissə-hissə 10.000 manat, daha sonra isə 15.000 manat olmaqla aparıb yaşadığı evdə özünə vermişdir. Sonradan Elşən ondan aldığı ümumilikdə 45.000 manat puldan ona 15.000 manatını geri qaytarmışdır. İş üzrə mülki iddia qaldırdığını qeyd etmişdir. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs9 vermiş olduğu ifadəsində göstərmişdir ki, Elşənlə 2020-ci ildə Mingəçevir şəhərində yerləşən siqaret firmasında birgə işləmişlər. İşlədikləri müddətdə Elşənlə yaxşı münasibətləri olmuşdur. 2022- ci ilin sentyabr ayında Elşən onun istifadəsində olan mobil telefona zəng edib, Bakı şəhərindən gəldiyini və təcili olaraq firmadan 2500 manat dəyərində siqaretləri çıxardıb, icarə əsasında işlətdiyi «Fatimə» marketə verməyini xahiş etmişdir. O, 2022-ci ilin sentyabr ayında işlədiyi firmadan 2500 manat dəyərində siqaretləri çıxardıb, Fatimə marketə təhvil vermişdir. Elşən ona 2 gün müddətində siqaretləri satıb pulunu verməli olmuşdur. Lakin Elşən siqaretlərin pulunu vermədiyi üçün o, borca pul tapıb, firmadan götürmüş olduğu siqaretlərin pulunu firmaya vermişdir. Bir müddət sonra Elşən onun yanma gələrək borcunun çox olduğunu və təcili olaraq pul lazım olduğunu bildirmişdir. Onun Elşənə yazığı gəldiyi üçün 2022-ci ilin sentyabr ayında Elşənə icarə əsasında işlətdiyi mağazanın yanında 2000 manat borc pul vermişdir. Təxminən 1 həftə sonra Elşən yenə də ona zəng edib, çox pis vəziyyətdə olduğunu və borc sahiblərinin onu incitdiyini bildirmiş və borca pul verməyini xahiş etmişdir. Bu səbəbdən 2022-ci ilin oktyabr ayının əvvəllərində o, Elşənə icarə əsasında işlətdiyi mağazanın yanında 1200 manat borca pul vermişdir. Lakin daha sonra Elşənin külli miqdarda borcu olduğunu və Elşənin qaçıb getdiyini öyrənmişdir. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs5 vermiş olduğu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ildən etibarən tanıyır. Belə ki, həmin ərəfədə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən ərzaq mağazasını işlətmişdir. Təqsirləndirilən şəxs «Vektor» siqaret firmasında sürücü işləyirmiş. O da həmin firmada mütəmadi olaraq siqaret alıb satırmış. 2 il normal qaydada onun sifariş verdiyi malları Elşən gətirib, mağazaya təhvil verib getmişdir. Ödənişi isə o, kart vasitəsi ilə firmaya ödəyirmiş. 2022-ci ilin avqust ayında Elşən ona siqaret biznesinə qoşulmasını, pul qoyacağı halda onuda da şərik edəcəyini, siqaretlərin satışından 4 % gəlir əldə edəcəyini bildirmiş və ondan əlində biznes qurmaq üçün nağd pul istəmişdir. Bu minvalla o, 2022-ci il sentyabr ayının 1-də Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fatimə» marketin yanında Elşənin kirayə yaşadığı mənzilin yaxınlığında ilkin olaraq ona 10.000 manat pul vermişdir. Elşən ona qayınatasının «ŞAQMAN» yük avtomobilinin sürücüsü olduğunu, alacağı malı həmin avtomobillə Kəlbəcərə aparıb, orada baha qiymətə satacağını, əldə edilən gəliri də böləcəklərini demişdir. Bundan sonra, Elşən ondan əlavə olaraq 5000 manat pul istəmiş və o, həmin gün eyni məqsədlə pulu aparıb Elşənin göstərişinə əsasən «Fatimə» marketdə arvadı Turaca vermişdir. Sonra isə 2022-ci il sentyabrın 11-də Elşən yanma gələrək Qəbələ şəhərində də «Magna» markalı satılıq siqaret olmasını, həmin siqaretləri götürüb Beyləqan rayonunda yaşayan müştəriyə vermək üçün pul lazım olmasını, siqaret satıb qazancını yarı böləcəklərini demişdir. Bunun üçün ondan 11.000 manat pul istəmişdir. O da həmin məbləğdə pulu «Fatimə» marketin yaxınlığında görüşüb Elşənə vermişdir. Bundan sonra Elşən proses zamanı ona hissəhissə olmaqla 1000 manat, 500 manat, 500 manat, 1000 manat pul vermişdir. Daha sonra o, Elşənin Mingəçevir şəhər ərazisində bir çox şəxslərə borcu olduğunu öyrənib Elşəndən 23000 manat pulunu geri tələb etmişdir. Həmin ərəfədə o, Elşəndən 5000 manat pulunu geri ala bilsə də qalan pullarını geri ala bilməmişdir. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs6 vermiş olduğu ifadəsində göstərmişdir ki, 30 ildir ki, Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən “Lalə” marketdə qida məhsullarının satışı ilə məşğul olur. Təqsirləndirilən şəxs isə təxminən 5-6 ildir ki, tanıyır. Təqsirləndirilən şəxs siqaret firmasında işləyir və o, Elşəndən mütəmadi olaraq siqaret alıb özünə məxsus mağazada satır. xx.xx.2022-ci il tarixdə Elşən ona məxsus mağazaya gəlib, təcili olaraq siqaret olduğunu və almağı təklif etmişdir. Həmçinin Elşən əlində ona 5500 manatlıq qəbz göstərib, 10.000 manat pul verməyini, anbardan siqaretləri gətirib mağazada ona verəcəyini bildirmişdir. Elşən firmadan siqaret paketlərini götürüb, icarəyə işlətdiyi «Fatimə» saxlayırdı və o, «Fatimə» marketə gedib oradan Elşənə nağd pul verib siqaret alırmış. Bu dəfə əvvəllcədən Elşənə siqaretin pulunu verdiyi üçün ona məxsus «Lalə» marketdə 10.000 manat pulu siqaret almaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə Elşənə verən zaman oğlu Ziya videokamera ilə çəkiliş aparmışdır. Elşən 10.000 manat pulu ondan aldıqdan sonra gün ərzində anbardan siqaretləri götürüb, ona məxsus marketə gətirəcəyini bildirmişdir. Həmin gün o, marketdə olmayan zaman oğlu Ziya ona zəng edib, Elşənin gəldiyini və anbardan siqaretləri çıxartmaq üçün əlavə olaraq 1500 manat pul vermək lazım olduğunu bildirmişdir. O da Elşəni tanıdığı və ondan mütamadi olaraq siqaret aldığından ona güvəndiyi üçün oğluna əlavə olaraq 1500 manatı da Elşənə verməsini bildirmişdir. Lakin həmin gün Elşən mağazaya siqaret gətirməmişdir. O, Elşənə nə qədər də zəng etsə Elşən onun zənglərinə cavab verməmişdir. Bundan sonra o, siqaret firmasına zəng vursa da onlar Elşənin ondan 11.500 manat pul almasından xəbərdar olmamışlar. Bundan sonra o, Elşəndən dəfələrlə pulunu istəməyinə baxmayaraq Elşən ona pulu hara xərclədiyini deməmişdir. Elşən ondan almış olduğu 11.500 manat puldan hissə-hissə ona 4700 manatını geri qaytarmışdır. İş üzrə mülki iddia qaldırdığını qeyd etmişdir. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs7 vermiş olduğu ifadəsində göstərmişdir ki, o və qardaşı Namiq 5 ildir ki, Mingəçevir şəhəri KTV kabel televiziyasında işləyirlər. O, KTV-də internet kabelləri çəkir. Qardaşı Namiq isə müştərilərdən aylıq olaraq KTV-ə ödənilən ödənişləri ünvanlardan qəbul edir. 2022-ci ilin sentyabr ayında qardaşı Mingəçevir şəhərində siqaret firmasında Təqsirləndirilən şəxs işlədiyini və 10.000 manat pul verdikləri halda onları siqaret işinə qoşacağını və hər gün onlara 200 manat məbləğdə pul verə biləcəyini bildirmişdir. Daha sonra qardaşı Elşəni onunla tanış etmişdir. Lakin o, Elşənə 10.000 manat pulunun olmadığını bildirmişdir. Elşən isə ona 10.000 manat pul düzəltməyini təkid etmişdir. 2022-ci ilin sentyabr ayının 20-də 1000 manat pul düzəldib, Elşənə zəng vurmuş və Elşənlə yaşadığı binanın qarşısında görüşərək Elşənə 1000 manat pul vermiş, qalan pulu qısa müddətdə düzəltməyə çalışacağını bildirmişdir. Elşən isə ona şirkətdən ayrılıb özünə məxsus firmanı yaradacağını və siqaretləri işğaldan azad olunmuş ərazilərdə ucuz qiymətə satacağını bildirmişdir. Bundan sonra o, yenidən pul axtarmağa başlamış və bu məqsədlə Rusiya Federasiyasında yaşayan dayısına zəng vurub, ona pul verməsini bildirmişdir. Dayısı isə maddi durumu yaxşı olmadığı üçün ona yalnız 1500 dollar pul göndərə biləcəyini bildirmişdir. O da razılaşmış və qalan pulu hissə-hissə düzəldib, Elşənə verəcəyini düşünürmüş. Dayısı 1500 dolları qardaşı Namiqin adına göndərmişdir. O, Elşənə zəng vurub, əlavə olaraq 2550 manat pul verəcəyini bildirdikdə Elşən pulu aparıb arvadı Turaca yaşadığı evdə verməyi bildirmiş, bundan sonra qardaşı Namiq 2550 manat pulu 25 sentyabr 2022-ci il tarixdə Elşənin arvadı Turaca yaşadığı Mingəçevir şəhəri «Fatimə» marketin yaxınlığında vermişdir. Bundan sonra o, Elşənin Mingəçevir şəhər ərazisində bir neçə şəxsi siqaret biznesinə qoşacağı adı ilə aldadıb pullarını almasını eşitmiş və Elşənə verdiyi pulunu ondan istəməyə başlamışdır. Lakin Elşən hazıra kimi ona məxsus 3550 manat pulu geri qaytarmamışdır. İş üzrə zərərçəkmiş qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 vermiş olduğu ifadəsində göstərmişdir ki, yaşadığı Yevlax rayonu, Tanrıqulular kəndində arvadı İlhamə ilə birlikdə ərzaq mağazası işlədirlər. Həmin ərəfədə Elşən «Vektor» siqaret firmasında sürücü işləmişdir. Onlar həmin firmadan mütəmadi olaraq siqaret alıb satırmışlar. 2022-ci ilin dekabr ayında arvadı ona Elşənə siqaret alış-verişi etmək məqsədi ilə 30.000 manat pul verdiyini bildirmişdir. Belə ki, 2022-ci ilin avqust ayında Elşən İlhaməyə siqaret biznesinə girişməsini, pul qoyacağı halda şərik olacaqlarını, siqaretlərin satışından 4 % gəlir əldə edəcəklərini, əlində maya tutmaq üçün nağd pul istəməsini və Elşən malları alıb, Zəngilan-Qubadlı rayonlarında baha qiymətə satacağını və əldə edilmiş gəliri də yarıya böləcəklərini bildirmişdir. Bu səbəbdən arvadı İlhamə xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən «Fatimə» marketin yanında Elşənin kirayə yaşadığı mənzilin yaxınlığında ona 14.000 manat pul vermiş, daha sonra isə xx.xx.2022-ci il tarixdə İlhamə Elşənə 8000 manat pulu yaşadıqları Yevlax rayonu, Tanrıqulular kəndində vermiş, daha sonra isə xx.xx.2022-ci il tarixdə yaşadıqları evdə 3000 manat, son olaraq isə xx.xx.2022-ci il tarixdə 5000 manat məbləğdə pulu Mingəçevir şəhərində «Fatimə» marketdə vermişdir. Elşən işlədiyi müddətdə təxminən gəlir adı ilə 1000 manat pul vermişdir. Lakin o, bu barədə öyrənib Elşəndən pullarını geri tələb edən zaman Elşən ona müflis olduğu üçün pulları geri qaytara bilmədiyini bildirmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs8 məhkəmə iclasında iştirak etməmiş, zərərçəkmiş şəxslərin istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, hazırda "xxxx" QSC-də sürücü işləyərək xərclərini ödəyir. Təqsirləndirilən şəxs və arvadı X6 3 il olar ki, tanıyır. Belə ki, Elşən onunla birlikdə vaxtı ilə "xxxx" QSC-də işləmişdir. Elşən 2022-ci ilin sentyabr ayında işdən çıxmışdır. Onların aralarındakı münasibətləri yaxşı olmuşdur. Belə ki, bir-birilərinin evlərinə gedib-gəlmişlər. Elşənin arvadı Turacı da həmin vaxtlar tanımışdır. O, 2021-ci ilin may ayında evlənmək məqsədi ilə özünə pul yığırmış. Elşən də onunla yoldaşlıq etdiyindən bunu bilirmiş. Həmin ərəfədə Təqsirləndirilən şəxs mağaza açacağını, mağazada siqaret satışı edəcəyini, bunun üçün ilkin olaraq 5000 (beş min) manat pul lazım olduğunu və həmin pulu olacağı halda yaxşı qazanc əldə edəcəklərini bildirmişdir. Elşənin təklifi ilə razılaşmış və qazanc əldə etmək istədiyi üçün, həmçinin Elşənə qarşı inamı olduğundan ilk olaraq 2021-ci ilin may ayında 5000 (beş min) manat məbləğdə pulu yaşadıqları evdə Elşənə vermişdir. Elşən aylıq olaraq qazancdan ona 100 və ya 200 manat pul vermişdir. Bir müddət keçdikdən sonra onlar həmin ərzaq mağazasında yenə də siqaret almaq istədiyini və bunun üçün əlavə olaraq 5000 manat pul vermək lazım olduğunu və satışdan yaxşı gəlir əldə edəcəyini bildirmişdir. O da Elşənə inandığı üçün razılaşmış və 2022-ci ilin mart ayında Elşənə yaşadığı evdə yenə də 5000 manatı Turacın yanında vermişdir. Həmin ərəfələrdə Elşən ona həmçinin Almaniyadan «Hundai Tucson» markalı avtomobil gətiə biləcəyini və bunun müqabilində 13.000 manat pul vermək lazım olduğunu bildirmiş o da Elşənlə razılaşb Elşənə onun üçün «Hundai Tucson» markalı avtomobil gətirməsi üçün Mingəçevir şəhərində Elşənin yaşadığı evdə 2022-ci ilin ıııay ayında 13.000 manat pul vermişdir. Təqsirləndirilən şəxsla aralarında baş tutmuş danışığa əsasən onun üçün nəzərdə tutulmuş avtomobil 3 ay ərizində Azərbaycana gətirilməli olmuşdur. Lakin 3 ay ərizində ona avtomobil gətirilmədiyi üçün aralarında narazılıq yaranmışdır. Bundan sonra Elşəndən pulu geri tələb etməyə başlamışdır. Elşənə verdiyi ümumilikdə 23.000 manat puldan o, 5000 manat siqaret alış-verişindən qazanc adı ilə, daha sonra 2000 manat pul və 2000 manat dəyərində «İphone» markalı mobil telefon almışdır. Zərərçəkmiş şəxs8 İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ildə hərbi xidmətdən geri qayıtmış sonra Bakı şəhərində firmada işləməyə başlamışdır. 2022-ci ilin may ayında o, Bakı şəhərində firmadan işdən çıxıb, Mingəçevir şəhərinə geri qayıtmışdır. Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsində ona məxsus mənzil var və anası Qiyafət Hümmətova ona məxsus mənzili sonradan tanıdığı Təqsirləndirilən şəxs 230 manat müqabilində kirayə vermişdir. Elşən həmin mənzildə övladı və arvadı Turac ilə birlikdə yaşamağa başlamışlar. Atası 2018-ci il tarixdə vəfat etmişdir və atasından ona «Mitsibishi» markalı avtomobil qalmışdır. 2022-ci ilin sentyabr ayında o, atasından ona qalmış avtomobili 27.000 manat satmış və Elşənin bu barədə məlumatı olmuşdur. O, Elşənlə söhbət edən zaman Elşən ona 10.000 manat pul verdiyi təqdirdə həftəlik ona yaxşı qazanc verə biləcəyini bildirmişdir. O da heç bir yerdə işləmədiyi üçün atasından qalan avtomobilin satmağından əldə etdiyi pulu dəyərləndirmək üçün Elşənlə siqaret alışverişi edib gəlir əldə etməyə razılaşmışlar. Beləliklə, xx.xx.2022-ci il tarixdə Elşən arvadı Turacla onların yaşadıqları evə gəlmiş və o, anası Qiyafətin yanında Elşənə siqaret alışverişi etmək məqsədi ilə 10.000 manat pul vermiş, Elşən hər həftə Qarabağ bölgəsində baha qiymətə satmış olduğu siqaretlərdən gəlir qazanacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə Elşən ona zəng edib, ucuz qiymətə siqaret tapdığını və həmin siqaretləri alıb Qarabağ bölgəsində baha qiymətə satacağını, lakin bunun üçün əlavə olaraq 10.000 manat pul lazım olduğunu bildirmişdir. O da Elşənlə razılaşmış və Elşən Mingəçevir şəhərində olmadığından Elşənin sözünə əsasən 10.000 manat pulu arvadı Turaca verməyini bildirmiş və o, xx.xx.2022-ci il tarixdə siqaret alış-verişi etmək məqsədi ilə 10.000 manat pulu Mingəçevir şəhərində yerləşən «Fatimə» marketdə Elşəninin sözünə əsasən onun arvadı Turaca vermişdir. Elşən həmin müddətlərdə ona təxminən 2800 manat pulu qazanc adı ilə vermişdir. Lakin o, daha sonra Elşənin Mingəçevir şəhərində bir çox sahibkarları aldatdığını və həmin şəxslərin pullarını geri istədiyini görüb, Elşəndən pulunu geri tələb etmişdir. Elşən həmin vaxtlar ona təxminən 2000 manat pul geri qaytarmışdır. Həmçinin daha sonra arvadı Turac ona hissə-hissə olmaqla 1500 manat pul geri qaytarmışdır. Lakin Elşən daha sonra ona müflis olduğu üçün pulları geri qaytara bilməyəcəyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, oğlu X1 şəhəri, Puşkin küçəsində «Mərkəzi Bazarın» yaxınlığında yerləşən mağazada siqaretlərin satışı ilə məşğul olmuş, siqaret satışından əvvəl isə Mingəçevir şəhəri, Sahil parkının qarşısında yerləşən “Vektor” siqaret firmasında işləyən vaxtdan Təqsirləndirilən şəxs tanımışdır. Həmin firmada oğlu və Elşən də sürücü kimi çalışmışlar. Oğlu Kamil siqaret firmasında 2018-ci ildə işləmişdir. O işdən çıxan vaxtda da Elşən hələ də firmada çalışırmış. Kamil «Mərkəzi Bazarın» yanında mağaza işlədən zaman da “Vektor” firmasından siqaret alırmış və həmin vaxt da Mingəçevir şəhəri üzrə sürücü Elşən olduğundan o, siqareti alan zaman ondan təhvil götürürmüş. Təxminən 2022-ci ilin sentyabr ayında Elşən ona Qarabağda olan mağazalara siqaret satmaq üçün imkanının olduğunu, qayınatasının oraya tez-tez gedib-gəldiyini, siqaret alqı-satqısı etmək istədiyini və onun da bu işdən xeyir götürməyini istədiyini demişdir. Kamil də həmin vaxtlarda Elşəni tanıdığından ona inanmış, Elşən ondan 10.000 manat pul istəmiş, o isə həmin məbləğdə pulu olmadığını, yalnız 6.500 manat pulunun olduğunu demişdir. Elşən siqareti firmadan aldıqdan sonra satılması üçün Qarabağın işğaldan azad olunmuş rayonlarına göndərəcəyini, siqaret satışından 4% gəlir götürəcəyini və əldə olunmuş gəliri də yarı-yarı olmaqla böləcəklərini demişdir. O da ona inanmış bu danışıqdan sonra həmin gün təxminən saat 17-18 radələrində Elşən gəlib pulu götürmək istədiyini demişdir. Kamil də həmin vaxt Mingəçevir şəhəri ərazisində olmadığından ona 6.500 manat pulu Elşənə verməsini demişdir. Elə həmin gün də o, 6.500 manat pulu oğlu Hamilin yanında Elşənə vermişdir. Bundan sonra Elşən keçən 3 həftə ərzində işlədiyini deyərək təxminən 3-4 dəfəyə hissə-hissə olmaqla onlara təxminən 1000-1100 manat məbləğdə pul vermişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 anası Zərərçəkmiş şəxs6 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid5 əri Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində tanınmış Şahid2 və Şahid4 məhkəmə iclasında iştirak etməmiş, şahidlərin istintaq zamanı vermiş olduğu ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: ********* №-li cinayət işi Zərərçəkmiş şəxs1, X15, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 məxsus müvafiq olaraq 23.000, 6.500, 45.000, 7.500, 26.000 və 30.000 manat məbləğdə pulun Təqsirləndirilən şəxs tərəfindən siqaret məhsullarının birgə ticarəti ilə məşğul olub, qazanc əldə etmək və sair vədlərlə alınıb, ələ keçirilməsi barədə onların müraciətləri əsasında Mingəçevir ŞPŞ-nin İstintaq Bölməsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi xx.xx.2023-cü il tarixli qərarı Mingəçevir şəhər prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixdə ləğv olunaraq, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanmış və istintaqın aparılması üçün aidiyyəti üzrə şəhər polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir (İ cild i.v.01-03). xx.xx.2023-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi ibtidai istintaqının davam etdirilməsi üçün Mingəçevir Şəhər Polis X5 müstəntiqi tərəfindən icraata qəbul edilmişdir (İ cild i.v. 59). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmuş, xx.xx.2023-cü il tarixdə həbs edilmiş və ********* №li cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir (İ cild). xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmiş, lakin ona həmin maddələrlə nəzərdə tutulmuş ittihamı elan etmək mümkün olmadığı üçün barəsində həmin tarixdə «ittihamın elan edilməsi üçün tutulma haqqında» qərar çıxarılmaqla, axtarış elan edilmiş və xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə müəyyən edilərək saxlanılmış və aidiyyəti üzrə təhvil verilmiş, xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir (İ cild i.v. 120-133). xx.xx.2023-cü il tarixli “vəsatətə baxılması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə xüsusat vəsatət kimi qiymətləndirilib, əsassız hesab edilərək rədd edilməsi qərara alınmışdır (İ cild i.v 151-152). xx.xx.2023-cü il tarixdə ********* №li cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Mingəçevir şəhər Məhkəməsinə təqdimatla müraciət olunmuşdur (İ cild i.v.157-158). xx.xx.2023-cü il tarixli 4(051)-98/2023 saylı Mingəçevir Şəhər Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirlən Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni 2 ay 17 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (İ cild i.v.161-163). xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X19 İdarəsi tərəfindən Mingəçevir Şəhər Polis Şöbəsinin məktubuna cavab olaraq bildirilmişdir ki, Mingəçevir şəhəri, A.Şaiq küçəsi, ev 9, mənzil 19 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs adında qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur (İ cild i.v.166). Zərərçəkmiş şəxs6 xx.xx.2024-cü il tarixdə təqdim etdiyi bir ədəd DVD diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs yüz manatlıq əskinazlardan ibarət pul verir, həmçinin Zərərçəkmiş şəxs6 10.000 manat pul verdiyini əli ilə işarə verir, Təqsirləndirilən şəxs isə ondan 10.000 manat məbləğdə pul aldığını təsdiq edərək, həmin pul vəsaitini şalvarının cibinə qoyur (İİ cild i.v.08). İş üzrə şahid qismində dindirilmiş Şahid5 xx.xx.2024-cü il tarixdə təqdim etdiyi bir ədəd, üzərində əl yazma ilə yazılmış vərəqə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin vərəqin üzərində Təqsirləndirilən şəxs yazısı olan və ifadəsində özü tərəfindən yazıldığını təsdiq edən “30.000” VERƏSİYƏM” yazısı və imza vardır (İİ cild i.v.40-41). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2024cü il tarixli Mingəçevir Şəhər Polis Şöbəsinin məktubuna cavabından görünür ki, Təqsirləndirilən şəxs mülkiyyətində olan qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir (İİ cild i.v.45). xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs3 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zaman Zərərçəkmiş şəxs3 ona siqaret alış-verişi edib, qazanc əldə etmək adı ilə ondan ümumilikdə 45.000 manat məbləğdə pul aldığını üzünə qarşı bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs3 dediklərini qismən təsdiq edərək ilkin olaraq ondan 20.000 manat məbləğdə pulu faizə götürdüyünü, qalan 25.000 manat pulu isə siqaret məhsullarının alış-verişi adı ilə aldığını bildirmişdir (İİ cild i.v.77-78). xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı sonuncunun ondan 10.000 manat pulu siqaret məhsullarının alış-verişi və qazanc əldə etmə adı ilə aldığını, 13.000 manat pulu isə ona Almaniya Federativ Respublikasından «Hundai Tucson» markalı avtomobil gətirmək adı ilə aldığını bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs1 ümumilikdə 23.000 manat pulu siqaret məhsullarının alışverişi adı ilə aldığını üzünə qarşı demişdir (İİ cild i.v.79-80). xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Şahid5 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zaman Şahid5 onun üzünə qarşı siqaret məhsullarının alışverişi adı ilə ondan ümumilikdə 30.000 manat məbləğdə pul aldığını bildirmiş, Təqsirləndirilən şəxs da Şahid5 onun üzünə qarşı dediklərini təsdiq etmişdir (İİ cild i.v.81- 82). xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs4 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zaman Zərərçəkmiş şəxs4 onun üzünə qarşı satıcısı Aytən adlı şəxsin vasitəsi ilə 4000 manat və 3500 manat olmaqla, ümumilikdə 7500 manat dəyərində müxtəlif növ siqaret məhsullarını satıb, qazanc vermək adı ilə aldığını bildirmiş, Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs4 üzünə qarşı dediklərini təsdiq etmişdir (İİ cild i.v.83-84). xx.xx.2024-cü il tarixdə X12 ilə Zərərçəkmiş şəxs5 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zaman Zərərçəkmiş şəxs5 onun üzünə qarşı Elşənlə şərikli siqaret alış verişi etmək üçün ilkin olaraq 10 000 manat pulu Elşənə 2022-ci ilin sentyabr ayının 1-də verdiyini, həmin günü yenidən 5000 manat pulu Elşənin göstərişi ilə arvadı Turaca verdiyini, 2022-ci ilin sentyabr ayının 11-də isə 11000 manat pulu Elşənə Fatimə marketin yanında eyni məqsədlə verdiyini bildirmiş, Turac İsmayılova da Zərərçəkmiş şəxs5 üzünə qarşı dediklərini təsdiq etmiş, Elşənə verməyi üçün bir dəfə 5000 manat pul vermiş, o da həmin pulu Elşənə vermişdir (İİ cild i.v.92-93). xx.xx.2024-cü il tarixdə X12 ilə Zərərçəkmiş şəxs1 arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zaman Zərərçəkmiş şəxs1 onun üzünə qarşı 2-ci dəfə 2022-ci ilin mart ayında Elşənə siqaret alması üçün 5000 manat pul verən zaman Turac yaşadıqları evdə yanlarında olmuş və Elşənə 5000 manat pul verməyini görmüş, Elşənin ona Almaniyadan avtomobil gətirmək üçün 2022-ci ilin may ayında 13000 manat pulu Elşən və Turaca onların yaşadığı Mingəçevir şəhərindəki evlərində vermiş, pulu Elşənə əlbəl verən zaman Turac 13000 manat pulu verməyini gördüyünü bildirmiş, Turac İsmayılova da Zərərçəkmiş şəxs1 üzünə qarşı onun yanında avtomobil almaq üçün Elşənə 13000 manat pul vermədiyini, bundan başqa Elşənə 5000 manat pul verməsindən məlumatı olmadığını, 2022-ci ilin mart ayında Ceyhunun yaşadıqları evə gəldiyini və getdikdən sonra Elşəndən hansı səbəbdən gəldiyini soruşduqda Ceyhunun ona köməklik etməsi üçün 5000 manat pul verməsini dediyini bildirmişdir (İİ cild i.v.94-95). “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış və barəsində olan həbs qətimkan tədbiri nəzərə alınmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.1-ci maddəsi ilə ittihamın elan edilməsi rədd edilmiş, zərərçəkmiş Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyanın məbləği 2500 manat kimi qəbul edilmiş, ondan alınmış 3200 manatla bağlı hissədə yaranmış münasibətlər borc öhdəliyindən irəli gələn münasibətlərə aid olduğundan həmin 3200 manatla bağlı hissədə Təqsirləndirilən şəxs ittihamın elan edilməsi rədd edilmiş, X3 barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Turac İsmayılovanın əməlində CM-nin 32.5, 178.2. və 178.2.4-cü maddələrinin tərkib əlamətlərinin olub-olmamasına qiymət verilməsi üçün hazırki cinayət işinin materiallarından onun barəsində materialın ayrıca icraata ayrılması və Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3la bağlı ifadələrində göstərdiyi bir sıra xüsusata tənqidi yanaşılmış və onun həmin hissədə verdiyi ifadələr özünümüdafiə xarakterli kimi qiymətləndirilib, rədd edilməsi qərara alınmışdır (İİ cild i.v.114-133). xx.xx.2023-cü il tarixli 1125 nömrəli arayışa əsasən İsmayılov X7 Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir (İ cild i.v.86). xx.xx.2023-cü il tarixli, 1588 saylı Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş arayışa əsasən Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur və müraciət etməmişdir (İ cild i.v.87). xx.xx.2024-cü il tarixli 105 saylı 1 saylı MİS tərəfindən verilmiş arayışa əsasən İsmayılov X7 şəhəri, A.Şaiq küçəsi, ev 9, mənzil 19 ünvanında qeydiyyatdadır (İİ cild i.v.158). 1 saylı MİS tərəfindən verilmiş tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur (İİ cild i.v.159). 2 saylı X2 Şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubdan görünür ki, 2 saylı İstintaq Təcridxanasında CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə saxlanılan məhkum Təqsirləndirilən şəxs səhhəti ilə bağlı xx.xx.2024-cü il tarixdə Penitensiar xidmətin müalicə müəssisəsinə köçürülmüşdür. Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Mingəçevir Şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubdan görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasından ağır vəziyyətdə Müalicə müəssisəsinə köçürülmüş, Anesteziologiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilmişdir. O, kliniki laborator instrumental müayinələrdən keçirilmiş, həkimlər tərəfindən konsultasiya edilmişdir. Nəticədə “ürəyin işemik xəstəliyi. Miokardın ön divarının yayılmış kəskin infarktı” diaqnozu müəyyən edilmiş, stasionar müalicə başlanılmışdır. Təqsirləndirilən şəxs səhhətinin məhkəmə iclasında iştirak etməyə imkan vermədiyi qeyd edilmişdir. Penitensiar Xidmətin Müalicə Müəssisəsindən Mingəçevir Şəhər Məhkəməsinə xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubdan görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 2 saylı İstintaq Təcridxanasından “İnfarkdan sonrakı kardioskleroz” diaqnozu ilə Müalicə müəssisəsinə köçürülmüşdür. Xəstənin stasionar müalicə zərurəti başa çatdığı üçün növbəti etapla saxlandığı müəssisəyə göndərilməsinin planlaşdırıldığı qeyd edilmişdir. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllər Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Bununla belə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 qarşı dələduzluq edilərək 2021-ci ilin may ayında 5000 manat, 2022-ci ilin mart ayında isə təkrarən 5000 manat məbləğdə pulun ələ keçirilməsi, Zərərçəkmiş şəxs9 qarşı dələduzluq edilərək xx.xx.2022-ci il tarixdə 2500 manat məbləğdə ziyan vurulması və Zərərçəkmiş şəxs7 qarşı dələduzluq edilərək xx.xx.2022-ci il tarixdə 1000 manat, xx.xx.2022-ci il tarixdə isə 1500 ABŞ dolları (2550 manat), ümumilikdə 3550 manat məbləğdə pulun ələ keçirilməsinə dair epizodlar üzrə isə cinayətin törədildiyi gündən 2 ildən artıq müddət keçdiyindən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177-ci maddəsinin “Qeyd”inin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189- 1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.1.2-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 43.3–cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2–ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 44.2. və 44.2.1-ci maddələrinə əsasən bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq həmin Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qeyd olunan epizodlar üzrə özünü təqsirli bilməyərək cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermədiyindən cəza təyin edilən zaman həmin epizodlar nəzərə alınmamalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 178.2.2-ci maddəsinə əsasən təkrar törədildikdə; 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1- ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Cinayət nəticəsində dəymiş ziyandan qismən ödəniş etməsi CM-nin 59.1.14-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən hal, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbirinin seçildiyi tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 91.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası CPM-nin 181.1.1-ci maddəsinə əsasən ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, 36400 manat məbləğində maddi ziyanın onun xeyrinə tutulmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki iddia qaldıraraq, 6800 manat məbləğində maddi ziyanın onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmiş, ona görə zərərçəkmişlər tərəfindən mülki iddiada qeyd edilən maddi ziyan məbləğləri təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçılar Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs6 xeyrinə tutulmalı, mülki iddialar təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs 36400 (otuz altı min dörd yüz) manat maddi ziyan tutularaq Zərərçəkmiş şəxs3 ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs6 tərəfindən verilmiş mülki iddia təmin edilsin, Təqsirləndirilən şəxs 6800 (altı min səkkiz yüz) manat maddi ziyan tutularaq Zərərçəkmiş şəxs6 ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №1(051)-12/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-12/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver