Məhkəmə qərarları › İş №1(051)-120/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-120/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-120/2022 21.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1975-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq Mingəçevir şəhəri, Günəşli bağ massivi, 6-cı küçədə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin yuxarı həddi üçün 0,15 qram, həmin Qanunla müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın yuxarı həddi üçün 5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə heroini özü ilə daşıyıb yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi, 6-cı küçədə yerləşən evə aparıb, 3 (üç) ədəd siqaretin gümüşü kağız bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0, 081 qram, 0,088 qram, 0,081 qram olmaqla, ümumi təmiz çəkiləri - 0,250 qram olan narkotik vasitə heroini yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivində yerləşən evin yataq otağında çarpayının üzərindəki yorğanın altında və şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellafon paketdə ümumi təmiz çəkisi 390 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə mənzilin qonaq otağında dolabla divarın aralığında satış məqsədi olmadan gizlədərək saxlamış, 26 mart 2021-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında onun yaşadığı evə baxış keçirilərkən həmin çəkidə narkotik vasitələr olan heroin və qurudulmuş marixuana evdən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 423,45 qram çəkidə əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 23,13 qramını əynində olan göy rəngli qış gödəkçəsinin sol iç cibində saxlayaraq daşımış, qalan 400,32 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan Mingəçevir şəhəri, Samux küçəsində yerləşən zibilxananın ərazisində daşın altında gizlədərək saxlamış, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri ünvan 3 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada xx.xx.2022-ci il tarixdə saat 12:25 dəqiqədə üzərində şəxsi axtarış və götürmə keçirilərkən 23,13 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana onun əynində olan göy rəngli qış gödəkçəsinin sol iç cibindən, davam edən tədbirlər zamanı həmin gün saat 13:00 radələrində onun bir ədəd ağ rəngli polietilen torbanın içərisində saxladığı təmiz çəkisi 400,32 qram çəkidə olan narkotik vasitə-qurudulmuş marixuana isə Mingəçevir şəhəri Samux küçəsində yerləşən zibilxananın ərazisinə baxış zamanı keçirilərkən həmin ərazidəki daşın altındakı yararsız avtomobil şininin içərisindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, narkotik vasitənin heroin və qurudulmuş marixuana növlərindən istifadə etmişdir. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. 2020-ci ilin sentyabr ayında yaşadığı Günəşli bağ massivində, Boz dağın ətəyində gəzərkən yabanı halda bitən çətənə bitkisi görmüş, həmin bitkininin yarpaqlarından toplayıb yaşadığı evə aparıb evdə qurutduqdan sonra bir ədəd yaşıl rəngli sellofan torbaya yığıb yaşadığı evin qonaq otağındakı küncə yerləşən dolabla divarın arasında gizlədərək saxlamış və həmin narkotik vasitə qurudulmuş marixuanadan bir qədərini özü istifadə etmişdir. Bundan başqa xx.xx.2021ci il tarixdə saat 15 radələrində yaşadığı Günəşli bağ massivi 6-cı küçə ilə piyada hərəkət edən zaman yerdə kağız bükümü görüb götürmüş, kağız bükümünü açıb baxdıqda içərisində bir neçə ədəd siqaretin gümüşü kağız bükümləri olduğunu müəyyən etmişdir. Daha sonra həmin siqaretin gümüşü kağız bükümlərini də açıb baxdıqda bükümlərin birin içərisindəkinin qəhvəyi rəngli kristallik maddələr olduğunu dəqiqləşdirmişdir. Həmin maddələr narkotik vasitə heroin olmasını, özü də narkotik vasitələrdən istifadə etdiyi üçün anlamışdır. Həmin narkotik vasitələri özü ilə götürüb yaşadığı evə gətirmişdir. Yaşadığı evdən tapdığı siqaretin gümüşü kağız bükümlərində olan narkotik vasitə heroini bir ədəd sarı rəngli plastik qaba qablaşdırıb evin yataq otağındakı çarpayının üzərindəki yorğanın altında gizlətmişdir. Sonra həmin narkotik vasitə heroindən bir qədər özü yaşadığı mənzildə şüşə ampulada su və limon duzu ilə qarışdırıb 1 ml-lik şpris vasitəsi ilə damarına yeridərək istifadə etmişdir. xx.xx.2021-ci il tarixdə saat təxminən 16 radələrində Mingəçevir şəhərinin 20 Yanvar küçəsi ilə piyada hərəkət edən zaman polis əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərinə öz razılığı ilə şəxsi axtarış keçirmək istədiklərini bildirdikdə buna etiraz etməmişdir. Həmçinin şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirilmiş və o, üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə edilməsinə də etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O da üzərində olan bütün əşyaları polis əməkdaşlarına təqdim etmiş, üzərində qanunla qadağan olunmuş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olaraq yaşadığı evdə narkotik vasitələr saxlamağı barədə Mingəçevir şəhər Polis Şöbəsinə daxil olmuş məlumat olduğunu və buna görə də, Mingəçevir şəhər Məhkəməsinin yaşadığı evə baxış keçirilməsinə icazə verilməsi haqqında qərarı əsasında yaşadığı evə baxış keçiriləcəyi bildirildikdə evinə baxış keçirilməsinə etiraz etməmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 6-cı küçədə yerləşən fərdi yaşayış evinə gedilmiş, evə daxil olduqdan sonra evdə saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya və ya narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulmuş və təklif edilmişdir ki, əgər varsa, həmin əşya və ya narkotik vasitəni təqdim etsin. O da yaşadığı evin yataq otağındakı çarpayının üzərindəki yorğanın altında 1 ədəd sarı rəngli plastik qabda olan 3 ədəd siqaretin gümüşü kağız bükümündə olan narkotik vasitə heroini təqdim etmişdir. Daha sonra həmin bükümlər yanında açılaraq içərisinə baxılmış, bükümlərin içərisindəkilərin qəhvəyi rəngli kəskin iyli kristallik maddə yəni narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmiş, siqaretin gümüşü kağız bükümləri ilə birlikdə 1-ci büküm 0,21 qram, 2ci büküm 0,21 qram 3-cü büküm 0,17 qram olduğu müəyyən edilmişdir. Daha sonra evin qonaq otağında küncdə yerləşən dolabla divarın aralığından 1 ədəd yaşıl rəngli sellafon paketi çıxarıb təqdim edərək içərisindəkinin narkotik vasitə qurudulmuş marixuna olduğunu bildirmişdir. Sonra həmin sellofan torba onun iştirakı ilə açılaraq baxıldıqda içərisindəkinin yaşıl rəngli, ota bənzər, kəskin iyli kütlə yəni, narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Bundan sonra həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan torba elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 426 qram olmuşdur. Daha sonra aşkar edilmiş narkotik vasitələr götürülərək bu barədə protokol tərtib edilmişdir. Bu barədə tərtib edilmiş protokola o da imza etmişdir. O cümlədən də 2022- ci ili fevral ayında Mingəçevir şəhəri Samux küçəsində yerləşən bağ evlərinin yanında piyada gəzişərkən yola yaxın yerdə 1 ədəd yabanı halda bitmiş çətənə bitkisini görüb ətrafı müşahidə etdikdən sonra kimsənin gəlmədiyinə əmin olub bitkini kökündən çıxarmış, daha sonra isə Mingəçevir şəhəri Samux küçəsində yerləşən zibilxananın yanına getmişdir. Orada həmin bitkinin yarpaqlarını üzərinə «Firelli» sözləri yazılmış ağ rəngli polietilen torbaya qablaşdırıb yararsız avtomobil şininin içərisinə, avtomobil şinini isə daşın altına yerləşdirib gizlətmişdir. Bundan sonra bir neçə dəfə həmin kütləyə baş çəkmək üçün oraya gedəndə üzərindən bir az özü istifadə etməsi üçün götürmüşdür. xx.xx.2022-ci il tarixdə səhər saatlarında oraya gedib həmin qurudulmuş marixuanadan özü istifadə etməyi üçün bir qədər götürmüşdür. Qalan kütləni isə orada daşın altındakı avtomobil şininin içində gizlətmişdir. xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Mingəçevir şəhəri Samux küçəsində yerləşən parkda gəzişən zaman həmin narkotik vasitə qurudulmuş marixuanadan götürüb ağ rəngli kağız bükümə qoyub üzərinə «Zəfəran» sözləri yazılmış sellofanın içərisində istifadə üçün saxladığı narkotik vasitə də üzərində olmuşdur. Həmin vaxt mülki paltarda olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-yə getmişdir. Polis şöbəsində müdafiəçi kimi X5 ona təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində xx.xx.2022-ci il tarixdə saat 12:25 dəqiqədə vəkil X3 iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya olub- olmaması soruşulmuş, olduğu təqdirdə isə çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən video çəkiliş aparmaqla üzərində axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra video çəkiliş tətbiq etməklə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan göy rəngli qış gödəkçəsinin sağ cibindən 1 ədəd qış papağı, 1 ədəd ağ rənli alışqan, əynindəki şalvarın sağ cibindən sol iç cibindən 1 ədəd X-İnaova markalı mobil telefon, gödəkçənin sol cibindən 1 ədəd dəsmal, 1 ədəd daraq, 1 ədəd 10 qəpiklik pul əskinası, əynindəki göy rəngli qış gödəkçəsinin sol iç cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsi və 1 üzərinə «Zəfəran» sözü yazılmış sellofan bükümündə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bükümün içərisi polis əməkdaşları tərəfindən nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd qurudulmuş marixuana kütləsinin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 32.74 (otuz iki tam yüzdə yetmiş dörd) qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə keçirən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra saat 13:00 radələrində video çəkiliş tətbiq etməklə Mingəçevir şəhəri Samux küçəsində yerləşən zibilxananın ərazisinə baxış keçirilən zaman onun üzərindən aşkar edilmiş qurudulmuş marixuanm bir hissəsi olan, ərazidə olan daşın altında gizlətmiş olduğu yararsız təkər şininin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 1 ədəd ağ rəngli, üzərində “Firelli” sözləri yazılmış, sellofan torbanmin içərisindəki ovuntu halında olan tünd yaşıl, rəngli spesifik iyə və xarici görünüşə malik narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilərək götürülmüşdür. 1 ədəd ağ rəngli sellofan torbanın içərisinə polis əməkdaşları tərəfindən baxılarkən içərisindəkinin kəskin iyli, xüsusi görünüşlü və quruluşlu narkotik vasitə “qurudulmuş marixuana”ya oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildikdə kütlənin ümumi çəkisi 445 (dörd yüz qırx beş) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri möhürlənmişdir. Zərfin üzəri, bu barədə tərtib olunmuş protokol özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Qurudulmuş marixuana narkotik vasitəsini əldə etmək üçün Mingəçevir şəhərində yabanı halda bitmiş çətənə kollarının yarpaqlarının topladığı ərazini dəqiq xatırlamadığından bilavasitə göstərə bilmir. Həmin narkotik vasitə barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Şəxsi axtarış və götürmə, o cümlədən mənzilə və zibilxananın ərazisinə baxış keçirilən zamanı video çəkilişdən istifadə edilmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. xx.xx.2021-ci il tarixdə saat 18 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları olan Şahid2, Şahid5, Şahid4 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı xx.xx.2021-ci il tarixdə saat təxminən 16 radələrində Mingəçevir şəhərinin 20 Yanvar küçəsi ilə piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə məlumat olduğunu bildirirərək Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs onun özünün razılığı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə o, da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilərkən videoçəkilişdən də istifadə ediləcəyi bildirildikdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə edilməsinə də etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində olan əşyaları təqdim etsin. O, da üzəində olan əşyları çıxararaq təqdim etmiş və üzərində digər əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin, üzərindən qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bu barədə tərtib edilmiş protokola Təqsirləndirilən şəxs də imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 6-cı küçədə yerləşən fərdi yaşayış evinə məhkəmə qərarı əsasında baxış keçirilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 6-cı küçədə yerləşən fərdi yaşayış evinə gedilmiş, evə daxil olduqdan sonra evdə saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya və ya narkotik vasitə, psixotrop maddə olub-olmaması soruşulmuş və təklif edilmişdir ki, əgər varsa, həmin əşya və ya narkotik vasitəni təqdim etsin. O da yaşadığı evin yataq otağındakı çarpayının üzərindəki yorğanın altında 1 ədəd sarı rəngli plastik qabda olan 3 ədəd siqaretin gümüşü kağız bükümündəki narkotik vasitə heroini təqdim etmiş, həmin bükümlər açılaraq içərisinə baxıldıqda bükümlərin içərisindəkilərin qəhvəyi rəngli kəskin iyli kristallik maddə yəni narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş bükümlər elektron tərəzidə çəkilmişdir. Siqaretin gümüşü kağız bükümləri ilə birlikdə 1-ci büküm 0,21 qram, 2-ci büküm 0,21 qram 3-cü büküm 0,17 qram olduğu müəyyən edilmişdir. Sonra fərdi yaşayış evinin qonaq otağında küncdə yerləşən dolabla divarın aralığından 1 ədəd yaşıl rəngli sellafon paketi çıxarıb təqdim edərək içərisindəkinin narkotik vasitə qurudulmuş marixuna olduğunu bildirmişdir. Sonra həmin sellofan paket onun iştirakı ilə açılaraq baxıldıqda içərisindəkinin tünd yaşıl rəngli, ota bənzər, kəskin iyli kütlə yəni narkotik vasitə qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Bundan sonra həmin içərisində narkotik vasitə qurudulmuş marixuana olan sellofan paket elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 426 qram olmuşdur. Daha sonra aşkar edilmiş narkotik vasitələr götürülərək bu barədə protokol tərtib edilmişdir. Bu barədə tərtib edilmiş protokola Təqsirləndirilən şəxs də imza etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş narkotik vasitə heroini xx.xx.2021- ci il tarixdə saat 15 radələrində yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivi 6-cı küçə ilə piyada hərəkət edərkən yerdən tapdığını, yaşadığı evdən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı isə 2020-ci ilin sentyabr ayında yaşadığı Günəşli bağ massivində Boz dağın ətəyində yabanı halda bitmiş çətənə bitkisindən yığara qurudub özü istifadə etmək məqsədi ilə yaşadığı evdə saxladığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis şöbəsinin CAB-nin NMQ-nun sabiq əməliyyat müvəkkili Şahid2, PPXB-nün polis nəfərləri Şahid4 və Şahid5 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı xüsusi rütbəsində xidmət edir. 29 mart 2022-ci il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2022-ci il tarixdə saat 12:20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları olan Şahid6, Şahid7 və Şahid8 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Əliyev X4 şəhəri Samux küçəsində yerləşən zibilxananın yaxınlığında piyada hərəkətdə olan zaman avtomobili saxladıb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişlər. Polis şöbəsinə vəkil X5 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞdə vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan əynində olan göy rəngli qış gödəkçəsinin sağ cibindən 1 ədəd qış papağı, 1 ədəd ağ rəngli alışqan, əynindəki şalvarın sağ cibindən sol iç cibindən 1 ədəd X-İnaova markalı mobil telefon, gödəkçənin sol cibindən 1 ədəd dəsmal, 1 ədəd daraq, 1 ədəd 10 qəpiklik pul əskinası, əynindəki göy rəngli qış gödəkçəsinin sol iç cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsi və 1 üzərinə «Zəfəran» sözü yazılmış sellofan bükümündə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bükümün içərisi nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlənin ümumi çəkisi 32.74 (otuz iki tam yüzdə yetmiş dörd) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırımış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ- nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd ağ rəngli kağız bükümün içərisində olan kütlənin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nın bir hissəsini özü istifadə etmək məqsədi ilə üstündə, digər hisəssini isə Mingəçevir şəhəri Samux küçəsində yerləşən zibilxananın ərazisində saxladığını bildirdiyindən həmin gün saat 13:00 radələrində video çəkiliş tətbiq etməklə Mingəçevir şəhəri, Samux küçəsində yerləşən zibilxananın ərazisinə baxış keçirilən zaman onun üzərindən aşkar edilmiş qurudulmuş marixuanın bir hissəsi olan, ərazidə olan daşın altında, yararsız təkər şinini içərisində gizlətmiş olduğu içərisində narkotik vasitə olan qurudulmuş marixuana olan 1 ədəd ağ rəngli, üzərində “FİRELLİ” sözləri yazılmış, üzəri yapışqanla bağlanmış sellofan torbanın içərisində ovuntu halında olan tünd yaşıl, rəngli spesifik iyə və xarici görünüşə malik narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. 1 ədəd ağ rəngli sellofan torbanın içərisinə Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında baxılarkən içərisindəkinin kəskin iyli, xüsusi görünüşlü və quruluşlu narkotik vasitə “qurudulmuş marixuana”ya oxşar kütlə olması müəyyən olunmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildikdə kütlənin ümumi çəkisi 445 (dörd yüz qırx beş) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs zibilxananın ərazisindən aşkar edilib götürülmüş 01 (bir) ədəd ağ rəngli sellofan torbanın içərisində olan kütlənin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nı 1 ay əvvəl Mingəçevir şəhəri Samux küçəsində yerləşən bağ evlərinin yaxınlığında yabanı halda bitən çətənə bitkisindən toplayıb Mingəçevir şəhəri Samux küçəsində yerləşən zibilxananın ərazisində günün altına sərib qurutmaqla əldə etdiyini, bir hissəsini özü istifadə etmək məqsədi ilə üstündə digər hissəsini isə Mingəçevir şəhəri Samux küçəsində yerləşən zibilxananın ərazisində daşın altındakı yararsız təkər şininin içində gizlədərək saxladığını, çətənə bitkilərini topalıdığı yerləri isə aradan uzun müddət keçdiyindən xatırlamalıdığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir şəhər polis şöbəsinin polis nəfərləri Şahid6, Şahid7 və Şahid8 da Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi, 6-cı küçədə yerləşən fərdi yaşayış evinə video çəkiliş tətbiqi ilə baxış keçirilməsinə dair tərtib edilmiş 26 mart 2021-ci il tarixli baxış haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi, 6-cı küçədə yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən yataq otağındakı çarpayıdan, içərisində 3 ədəd sellofana bükülmüş büküm olan sarı rəngli yumurta formasında plasmas qabın içərisində 3 ədəd gümüşü ağ rəngli kağız bükümlərdə 0,59 (sıfır tam yüzdə əlli doqquz) qram çəkidə narkotik vasitə heroin, həmçinin evin qonaq otağından isə bir ədəd içərisində 426 (dörd yüz iyirmi altı) qram narkotik vasitəqurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torba aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə haqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki göy rəngli qış gödəkçəsinin sağ cibindən 1 ədəd qış papağı, 1 ədəd ağ rənli alışqan, əynindəki şalvarın sağ cibindən sol iç cibindən 1 ədəd X-İnaova markalı mobil telefon, gödəkçənin sol cibindən 1 ədəd dəsmal, 1 ədəd daraq, 1 ədəd 10 qəpiklik pul əskinası, əynindəki göy rəngli qış gödəkçəsinin sol iç cibindən isə özünə məxsus şəxsiyyət vəsiqəsi və 1 üzərinə «Zəfəran» sözü yazılmış sellofan bükümündə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilməsi, aşkar olunmuş həmin 1 ədəd sellofan bükümün içərisinə baxılarkən içərisindəkinin kəskin iyli, xüsusi görünüşlü və quruluşlu 32.74 (otuz iki tam yüzdə yetmiş dörd) qram çəkidə narkotik vasitə “qurudulmuş marixuana”ya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan baxış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Mingəçevir şəhəri Samux küçəsində yerləşən zibilxananın ərazisinə baxış keçirilən zaman onun üzərindən aşkar edilmiş qurudulmuş marixuanın bir hissəsi olan, ərazidə olan daşın altında gizlətmiş olduğu narkotik vasitə olan qurudulmuş marixuana olan yararsız təkər şininin içərisində 1 ədəd ağ rəngli, üzərində “Firelli” sözləri yazılmış sellofan torba aşkar edilərək götürülməsi, 1 ədəd ağ rəngli, üzərində “Firelli” sözləri yazılmış sellofan torbanın içərisinə baxılarkən içərisində kəskin iyli, xüsusi görünüşlü və quruluşlu 445 (dörd yüz qırx beş) qram çəkidə narkotik vasitə “qurudulmuş marixuana”ya oxşar kütlə olması müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan kompleks məhkəmə kimyəvi-bioloji ekspertizasının xx.xx.2021-ci il tarixli 17/232 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “vət. Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş ....kütlə...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 03 (üç) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, təmiz çəkiləri - 0,081, 0,088, və 0,081 qram ümumi təmiz çəkiləri 0,250 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda «Təqsirləndirilən şəxs mənzilindən aşkar olunmuş kütlə ....» sözləri və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi, 390,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- quruduhnuş marixuanadır. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/280 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ....kütlə...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd polietilen torbada, təmiz çəkisi - 23,13 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda «Təqsirləndirilən şəxs gizlətdiyini qeyd etdiyi yerdən aşkar edilmiş ....» sözləri və imzalar yazılmış 01 (bir) ədəd polietilen torbada təmiz çəkisi, 400.32 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 658 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 729 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, xx.xx.2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massvi 6-cı küçədə yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş 3 (üç) ədəd gümüşü-ağ rəngli bükümlərdə ilkin xalis çəkisi 0,250 qram olmaqla kustar üslla hazırlanmış narkotik vasitə heroin kompleks məhkəmə kimyəvi-bioloji ekspertizasının tədqiqatına 0,60 qram sərf edildikdən sonra qalan qalıq 0,190 qram olan narkotik vasitə - heroin, 1 (bir) ədəd polietilen torbada ilkin təmiz çəkisi 390,00 qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan qalıq 389.95 qram olan narkotik vasitə - qurudulmuş marixuana, xx.xx.2022-ci il tarixli protokolla Mingəçevir şəhəri Samux küçəsində yerləşən zibixananın ərazisinə baxış zamanı keçirilərkən həmin ərazidən aşkar olunaraq götürülmüş 1 (iki) ədəd polietilen torbalarda ilkin təmiz çəkisi 423.45 qram olmaqla çəkidə küstar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,10 qram sərf edildikdən sonra qalan qalıq 423,35 qram olan narkotik vasitə - qurudulmuş marixuana iş üçün əhmiyyət kəsb etdiyindən maddi sübut kimi maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ- yə təhvil verilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə təqsirləndirilən və şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, baxış protokolları, baxış keçirilməsi və şəxsi axtarış və götürmənin video görüntülərini özündə əks etdirən 3 ədəd disk, kompleks məhkəmə kimyəvi -bioloji ekspertizasının 26 mart 2021-ci il tarixli 17/232 №-li, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 658 №-li, məhkəmə-bioloji ekspertizasının 29 mart 2022-ci il tarixli 17/280 №-li, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 729 JNb-li rəyləri və əldə olunmuş maddi sübut sübut növü kimi qəbul edilərək cinayət işini materiallarına əlavə edilmişlər. Cinayət işi materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-56/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələr olan «heroin»i və “qurudulmuş marixuana”nı əldə edib yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 6-cı küçədə yerləşən fərdi yaşayış evində, üzərində və Mingəçevir şəhəri Samux küçəsində yerləşən zibilxananın ərazisində saxlayaraq ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə heroini özü ilə daşıyıb yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi, 6-cı küçədə yerləşən evə aparıb, 3 (üç) ədəd siqaretin gümüşü kağız bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda ayrıayrılıqda təmiz çəkiləri 0, 081 qram, 0,088 qram, 0,081 qram olmaqla, ümumi təmiz çəkiləri - 0,250 qram olan narkotik vasitə heroini yaşadığı Mingəçevir şəhəri Günəşli bağ massivində yerləşən evin yataq otağında çarpayının üzərindəki yorğanın altında və şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd sellafon paketdə ümumi təmiz çəkisi 390 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə mənzilin qonaq otağında dolabla divarın aralığında satış məqsədi olmadan gizlədərək saxlamış, 26 mart 2021-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhər X1 Mübarizə Qrupunun əməkdaşları tərəfindən Mingəçevir şəhər Məhkəməsinin qərarı əsasında onun yaşadığı evə baxış keçirilərkən həmin çəkidə narkotik vasitələr olan heroin və qurudulmuş marixuana evdən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 423,45 qram çəkidə əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 23,13 qramını əynində olan göy rəngli qış gödəkçəsinin sol iç cibində saxlayaraq daşımış, qalan 400,32 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan Mingəçevir şəhəri, Samux küçəsində yerləşən zibilxananın ərazisində daşın altında gizlədərək saxlamış, xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri ünvan 3 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada xx.xx.2022-ci il tarixdə saat 12:25 dəqiqədə üzərində şəxsi axtarış və götürmə keçirilərkən 23,13 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana onun əynində olan göy rəngli qış gödəkçəsinin sol iç cibindən, davam edən tədbirlər zamanı həmin gün saat 13:00 radələrində onun bir ədəd ağ rəngli polietilen torbanın içərisində saxladığı təmiz çəkisi 400,32 qram çəkidə olan narkotik vasitə-qurudulmuş marixuana isə Mingəçevir şəhəri Samux küçəsində yerləşən zibilxananın ərazisinə baxış zamanı keçirilərkən həmin ərazidəki daşın altındakı yararsız avtomobil şininin içərisindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tam, hərtərfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, həmin Məcəllənin 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, yeni və əvvəlki hökmlə təyin edilmiş cəzalar qismən toplanmaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs himayəsində 2 nəfər az yaşlı uşağının olmasını, həmin Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il tarixdə doğulmuş Leyla və xx.xx.2008-ci il tarixdə doğulmuş Qalib adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Mingəçevir şəhəri, 6-cı Bağ küçəsində qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs barəsində yaşadığı müddətdə qonşularından və ictimayyətdən Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini müxtəlif vaxtlarda vahid niyyət və ümumi məqsədlə əhatə olunmayan halda törətməsini nəzərə alaraq qənaətə gəlir ki, ittihamın qanuni, əsaslı və ədalətli həll edilməsi üçün təqsiləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsi halının olub-olmamasının müəyyən edilməsi, cəzanı ağırlaşdıran halların dairəsinin müəyyən olunması baxımından zəruridir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə-qurudulmuş marixuananı və heroini qanunsuz əldə etmiş, daşımış və saxlamışdır. Bununla da o, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə törətmişdir. Təqsirləndirilən şəxs birinci dəfə xx.xx.2021-ci il tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana və narkotik vasitə heroini özü ilə daşıyıb yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi, 6-cı küçədə yerləşən evə aparıb saxlamaqla törətmiş, ikinci dəfə isə xx.xx.2022-ci il tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 423,45 qram çəkidə əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 23,13 qramını əynində olan göy rəngli qış gödəkçəsinin sol iç cibində saxlayaraq daşımaq, qalan 400,32 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan Mingəçevir şəhəri, Samux küçəsində yerləşən zibilxananın ərazisində daşın altında gizlədərək saxlamaqla törətmişdir. Bununla da təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini iki dəfə qəsdən törətmiş və hər iki cinayət əməli ayrı-ayrı tarixlərdə başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini iki dəfə qəsdən törətmiş və heç birinə görə məhkum olunmamış, həmçinin heç bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və həmin cəza CM-in 66.5–ci maddəsində nəzərdə tutulmuş qaydada, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla və birinci hökmə əsasən, çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı xx.xx.2022ci il tarixdən hesablanmışdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY– dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021–ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Həmçinin cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY– dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 06 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 06 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 06 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM–in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata da alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş, ekspert tədqiqatlarına sərf edildikdən sonra təmiz çəkiləri 0.190 qram olan narkotik vasitə heroin, 389.95 qram və 423.35 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 138 manat 20 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, birinci hökmə əsasən Təqsirləndirilən şəxs barəsində həbs qətimkanı tədbiri seçilməsi nəzərə alınmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) gün, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) gün, cəmi 06 (altı) gün müddət AR CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmünə çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 19 aprel 2022-ci il tarixdən hesablansın. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022–ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs barəsində həbs növündə qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatlarına sərf edildikdən sonra təmiz çəkiləri 0.190 qram olan narkotik vasitə heroin, 389.95 qram və 423.35 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 138 (yüz otuz səkkiz) manat 20 (iyirmi) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar