Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-120/2024 10.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Mingəçevir şəhər Naxçıvan küçəsi 46 saylı evin 53 saylı mənzilində qeydiyyatda olmaqla yaşamış, barəsində xx.xx.2024-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1 -ci siyahının 109.1-ci bəndinə bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitə heroinin aşağı həddi üçün 5,00 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd siqaret qutusunda təmiz çəkisi 9.86 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı əynindəki qara rəngli gödəkcənin sağ yan cibində saxlayaraq daşımış və 13 fevral 2024-cü il tarixdə Ağdaş rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdaş şəhəri Heydər xiyabanında yerləşən “Heydər Əliyev” adma parkda saxlanılıb ünvan 1 ünvanda yerləşən Ağdaş rayon Polis Şöbəsinə aparılaraq orada saat 17:38-dən 17:53-dək olan müddət ərizində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, təkrarən 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 83-cü bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitə heroinin aşağı həddi üçün 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,334 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-heroini əynindəki qara rəngli gödəkcənin sol yan cibində saxlayaraq daşımış və 23 fevral 2024-cti il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Təbriz küçəsində saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 13:05-dən 13:14-dək olan müddət ərizində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan qara rəngli gödəkcənin sol yan cibindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, təkrarən 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 83-cü bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitə heroinin aşağı həddi üçün 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.266 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə- heroini əynindəki qara rəngli şalvarın sol yan cibində saxlayaraq daşımış və 12 aprel 2024-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən «Sənaye parkı»nın yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19:45-dan 19:53-dək olan müddət ərizində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar edilib götürülmüşdür. Bundan başqa o, təkrarən 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 109.1-cu bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitə qurudulmuş marixuananın aşağı həddi üçün 5,00 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 7,11 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı əynindəki qara rəngli şalvarın sağ yan cibində saxlayaraq daşımış və 24 may 2024-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Mingəçevir şəhəri Naxçıvan küçəsi 46№-li yaşayış binasının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 20:35-dan 20:45-dək olan müddət ərizində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, narkotik vasitələrdən istifadə edir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında “Yuxarı Qarabağ” kanalının Mingəçevir şəhəri Z.Həsənova küçəsindən keçən hissəsinin sahilindən keçərkən yerdə 1 ədəd siqaret qutusu görüb yerdən götürmüşdür. Açıb baxdıqda həmin qutunun içərisindəkinin narkotik vasitə Qurudulmuş marixuana olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən istifadə edir. Həmin siqaret qutusunda olan narkotik vasitəni əynində olan qara rəngli gödəkcənin sağ yan cibində gizlətmişdir ki. sonra itifadə edər. Daha sonra Ağdaş şəhərində yaşayan dostu ilə görüşmək üçün Ağdaş şəhərinə getmişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Ağdaş şəhərində yerləşən “Heydər Əliyev” adma parkda olarkən tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd pul qabı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd alışqan, əynidə olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Aşkar olunmuş bir ədəd siqaret qutusu açılıb baxıldıqda qutuda olan kütlənin yaşıl rəngli, kəskin iyə malik, otabənzər kütlə yəni, narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və 1 (bir) ədəd siqaret qutusu ilə birlikdə ümumi cəmi çəkisi 14,57 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmiş ki, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında “Yuxarı Qarabağ” kanalının Mingəçevir şəhəri Z.Həsənova küçəsindən keçən hissəsinin sahilindən keçərkən yerdən 1 ədəd siqaret qutusunda tapıb üzərində gizlətmişdir. Tərəzidə çəkildikdən sonra həmin siqaret qutusu onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o də imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə səhər saatlarında “Yuxarı Qarabağ” kanalının Mingəçevir şəhəri Z.Həsənova küçəsindən keçən hissəsinin sahilindən keçərkən yerdə 1 ədəd qızılı-ağ rəngli büküm görüb yerdən götürmüşdür. Açıb baxdıqda həmin qutunun içərisindəkinin narkotik vasitə heroin olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən istifadə edir. Həmin bükümdə olan narkotik vasitəni əynində olan qara rəngli gödəkcənin sol yan cibində gizlətmişdir ki, sonra itifadə edər. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Mingəçevir şəhəri Təbriz küçəsində olarkən tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibindən pul qabı, onun içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, veteran sənədi, bir bank kartı, göy rəngli şalvarının sağ cibindən bir ədəd Nokia 1210 markalı telefon, qara rəngli qış gödəkçəsinin sağ cibindən açarlar və alışqan, şalvarın arxa sol cibindən 80 qəpik pul, qara rəngli qış gödəkçəsinin sol yan cibindən isə 1 ədəd içərisində narkotik vasitə heroin olan qızılı-ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Aşkar olunmuş bir ədəd qızılı-ağ rəngli kağız büküm açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik kütlə yəni, narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və 1 (bir) ədəd qızılı-ağ rəngli kağız büküm ilə birlikdə ümumi cəmi çəkisi 0,42 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmiş ki, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında “Yuxarı Qarabağ" kanalının Mingəçevir şəhəri Z.Həsənova küçəsindən keçən hissəsinin sahilindən keçərkən yerdən bir ədəd qızılı-ağ rəngli kağız bükümdə tapıb üzərində gizlətmişdir. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o də imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə axşam saatlarında Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən «Sənaye parkı»nın yaxınlığı ilə keçərkən yerdə 1 ədəd gümüşü-ağ rəngli büküm görüb yerdən götürmüşdür. Açıb baxdıqda həmin qutunun içərisindəkinin narkotik vasitə heroin olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən istifadə edir. Həmin bükümdə olan narkotik vasitəni əynində olan qara rəngli şalvarın sol yan cibində gizlətmişdir ki, sonra itifadə edər. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Sənaye parkı”-nın yaxınlığında olarkən tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd alışqan, 1 ədəd açar, həmin gödəkcənin sol yan cibindən 1 ədəd içrəsində şəxsiyyət vəsiqəsi, veteranlıq vəsiqəsi, sürücülük vəsiqəsi, bank kartı olan pul qabı, əyindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd mobil telefon, həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində narkotik vasitrə heroin olan gümüşü ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Aşkar olunmuş bir ədəd gümüşü-ağ rəngli kağız büküm açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik kütlə yəni, narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız büküm ilə birlikdə ümumi cəmi çəkisi 0,34 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmiş ki, həmin narkotik vasitəni xx.xx.2024-cli il tarixdə axşam saatlarında Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən «Sənaye parkı»nın yaxınlığından keçərkən yerdən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə tapıb üzərində gizlətmişdir. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o də imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı Mingəçevir şəhəri Naxçıvan küçəsi 46№li yaşayış binasının arxasından keçərkən yerdə 1 ədəd kibrit qutusu görüb yerdən götürmüşdür. Açıb baxdıqda həmin qutunun içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən istifadə edir. Həmin kibrit qutusunda olan narkotik vasitəni əynində olan qara rəngli şalvarın sağ yan cibində gizlətmişdir ki, sonra istifadə edər. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində yaşadığı Naxçıvan küçəsi 46№li yaşayış binasının yaxınlığında olarkən tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd alışqan, 1 ədəd açar, pul əskinasları. sağ yan cibindən 1 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən onun üzərindən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Aşkar olunmuş bir ədəd kibrit qutusu açılıb baxıldıqda qutuda olan kütlənin yaşıl rəngli, kəskin iyə malik, otabənzər kütlə yəni, narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və 1 (bir) ədəd kibrit qutusu ilə birlikdə ümumi cəmi çəkisi 10,11 qram olmuşdur. Bundan sonra o. polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmiş ki. həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı Mingəçevir şəhəri Naxçıvan küçəsi 46N2-1İ yaşayış binasının arxasından keçərkən yerdən 1 ədəd kibrit qutusunda tapıb üzərində gizlətmişdir. Tərəzidə çəkildikdən sonra həmin siqaret qutusu onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən onun barəsində daha yüngül cəzanın tətbiq edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Ağdaş rayon Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Ağdaş rayon PŞ-nin əməkdaşı Şahid2 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs Ağdaş şəhərinin “Heydər Əliyev" adına parkda görüb ona yaxınlaşaraq. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd pul qabı, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd alışqan, əynidə olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən aşkar olunmuş siqaret qutusuna açılıb baxıldıqda qutuda olan kütlənin yaşıl rəngli, kəskin iyə malik otabənzər kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş l(bir) ədəd siqaret qutusunda olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, 1 (bir) ədəd siqaret qutusu ilə birlikdə ümumi cəmi çəkisi 14,57 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında "Yuxarı Qarabağ" kanalının Mingəçevir şəhəri Z.Həsənova küçəsindən keçən hissəsinin sahilindən keçərkən yerdən 1 ədəd siqaret qutusunda yerdən tapıb üzərində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və düşmənçilik olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağdaş RPŞ-nin PPXB-nün polis nəfəri, Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid4 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin Təbriz küçəsində görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibindən pul qabı, onun içərisində şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, veteran sənədi, bir bank kartı, göy rəngli şalvarının sağ cibindən bir ədəd Nokia 1210 markalı telefon, qara rəngli qış gödəkçəsinin sağ cibindən açarlar və alışqan, şalvarın arxa sol cibindən 80 qəpik pul, qara rəngli qış gödəkçəsinin sol yan cibindən isə 1 ədəd içərisində narkotik vasitə heroin olan qızılı-ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcənin sol yan cibindən aşkar olunmuş qızılı-ağ rəngli kağız büküm açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş l(bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, 1 (bir) ədəd kağız büküm ilə birlikdə ümumi cəmi çəkisi 0,42 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında "Yuxarı Qarabağ" kanalının Mingəçevir şəhəri Z.Həsənova küçəsindən keçən hissəsinin sahilindən keçərkən 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə yerdən tapıb üzərində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin xidməti vəzifəsinin icrası ilə bağlı məhkəmə istintaqında iştirak edə bilməmiş, şahidlər Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 və Şahid6 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid5 ifadəsində bildirmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid4 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən «Sənaye parkı»nın yaxınlığında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd alışqan, 1 ədəd açar, həmin gödəkcənin sol yan cibindən 1 ədəd içrəsində şəxsiyyət vəsiqəsi, veteranlıq vəsiqəsi, sürücülük vəsiqəsi, bank kartı olan pul qabı, əyindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd mobil telefon, həmin şalvarın sol yan cibindən 1 ədəd içərisində narkotik vasitrə heroin olan gümüşü ağ rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş gümüşü-ağ rəngli kağız büküm açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, 1 (bir) ədəd kağız büküm ilə birlikdə ümumi cəmi çəkisi 0,34 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən «Sənaye parkı»nın yaxınlığından keçərkən yerdən 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə yerdən tapıb üzərində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. İbtidai istintaq zamanı şahid Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid6 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhər PŞnin əməkdaşı Şahid4 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhəri Naxçıvan küçəsi 46№-li yaşayış binasının yaxınlığında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki qara rəngli şalvarın sol yan cibindən 1 ədəd alışqan. 1 ədəd açar, pul əskinasları. sağ yan cibindən 1 ədəd içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərindən təqdim etdiyi əşyalardan başqa digər əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar olunmuş kibrit qutusu açılıb baxıldıqda bükümdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik, otabənzər kütlə yəni, narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş l(bir) ədəd kibrit qutusunda olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, 1 (bir) ədəd kibrit qutusu ilə birlikdə ümumi cəmi çəkisi 10,11 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında yaşadığı Mingəçevir şəhəri Naxçıvan küçəsi 46N°-li yaşayış binasının arxasından keçərkən yerdən 1 ədəd kibrit qutusunda yerdən tapıb üzərində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid4 məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şübhəli şəxsin tutulması haqqında 13 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 17:20-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında 23 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:00-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında 12 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:35-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsin tutulması haqqında 24 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:30-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkcənin sağ yan cibində gizlədərək saxladığı 1 (bir) ədəd siqaret qutusunda ümumi təmiz çəkisi 9,86 qram olan olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək zərfə qoyulmuş, AR DİN-in 76 nömrəli möhürü ilə möhürlənib, zərfin üzəri prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. xx.xx.2024-cli il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli gödəkcənin sol yan cibində gizlədərək saxladığı 1 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,334 qram olan olan narkotik vasitə-heroin aşkar edilərək zərfə qoyulmuş, AR DİN-in 76 nömrəli möhürü ilə möhürlənib, zərfin üzəri prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli şalvarın sol yan cibində gizlədərək saxladığı 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,266 qram olan olan narkotik vasitə-heroin aşkar edilərək zərfə qoyulmuş, AR DİN-in 76 nömrəli möhürü ilə möhürlənib, zərfin üzəri prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. 24 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərindəki qara rəngli şalvarın sol yan cibindən bir ədəd texno markalı mobil telefon, bir ədəd alışqan, bir ədəd mənzil açarı, 2 ədəd 5 manatlıq pul əskinasları və şalvarın sağ cibindən 1 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 7,11 qram olan olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə-qurudulmuş marixuanaya oxşar kütlələr götürülərək, zərfə qoyulmuş, AR DİN-in 76 nömrəli möhürü ilə möhürlənib, zərfin üzəri prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 13 fevral 2024-cü il tarixli 17/147 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində " Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edimiş 01 ədəd siqaret qutusunun içərisində olan yaşıl rəngli narkotik vasitəyə bənzər bitki kütləsi..." yazısı, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd siqaret qutusunda, təmiz çəkisi- 9,86 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən maddə kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,05 qram narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 9,81 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 24 fevral 2024-cü il tarixli 17/198 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində " Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edimiş narkotik vasitəyə oxşar kütlə..." sözləri, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,334 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0.050 qram narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,284 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 13 fevral 2024-cü il tarixli 17/198 №-li rəyinə əsasən tarixli 17/364 N°-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş..." sözləri, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd giimüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,266 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0.050 qram narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,216 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 25 may 2024-cü il tarixli 17/473 N°-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində " Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik...'1' sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd kibrit qutusunda, təmiz çəkisi- 7,11 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən maddə kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır. Məhkəmə bioloji ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,02 qram narkotik vasitə kütlələsindən sonra yerdə qalan ümumi qalıq çəkisi 7,09 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Məhkəmə narkoloji ekspertizasının16 may 2024-cü il tarixli 1120 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. 15 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. 25 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. 14 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. 26 may 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-37/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 9,81 qram və 7,09 olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 0.284 qram və 0,216 olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınıb Mingəçevir şəhər Polis şöbəsində saxlanılır. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən 09 mart 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. AZ-İV 099961 nömrəli, xx.xx.2018-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə doğulmuş X2 atası Təqsirləndirilən şəxsdur. İ-10365 və İ-60018 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olduğuna görə pensiya alır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olması, eyni zamanda vətən müharibəsi iştirakçısı olması (CM-nin 59.2-ci maddəsi) və himayəsində 1 azyaşlı uşağının olması(CM-nin 59.1.4) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsi CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalı, (CPM-158.2.1), ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, ümumilikdə 6 gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan marixuana və heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 214,40 (iki yüz on dörd manat, qırx qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün müddət və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlandığı 2 (iki) gün müddət, ümumilikdə 6 (altı) gün müddət AR CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 08 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 7 (yeddi) ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 24 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserində proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 214,40 (iki yüz on dörd manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Mingəçevir şəhər Polis Şöbəsinin saxlancında saxlanılan və tədqiqatdan sonra qalan təmiz qalıq çəkisi 9,81 qram və 7,09 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təmiz qalıq çəkisi 0.284 qram və 0,216 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-120/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-120/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver