Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-122/2021 03.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Şikayət vermiş və Zərərçəkmiş şəxs oğlunun, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi- Konsensus Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 12.05.2021-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Kolxoz” bazarının qarşısında dayanıb özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olurmuş. Bu zaman tanışı taksi sürücüsü Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yarnmışdır. Belə ki, sonuncunun taksi fəaliyyəti ilə məşğul olmaq üçün formal olaraq sürücülər tərəfindən yaradılmış taksi növbəsinə növbədən kənar daxil olmaq istəməsi səbəbindən Zərərçəkmiş şəxs başının arxa təpə nahiyyəsinə qəsdən əlində olan stəkanla zərbə vurmuşdur. Onun təpə nahiyyəsində yara ilə nəticələnən, sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 5-6 ildir ki tanıyır. Onunla birgə şəhərin H.Əliyev prospektində yerləşən “kolxoz” bazarının qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxsla əvvəllər münasibətlərinin normal olmuşdur. 12.05.2021-ci il tarixdə saat 12 radələrində idarə etdiyi “Mersedes Benz C-180” markalı avtomobillə şəhərin H.Əliyev prospektində yerləşən “kolxoz” bazarının qarşısında dayanaraq taksi fəaliyyəti ilə məşğul olur. Həmin vaxt digər taksi sürücüləri tərəfindən formal olaraq yaradılmış növbədə dayanıb öz növbəsini gözləyirmiş. Bu zaman Zərərçəkmiş şəxs idarə etdiyi Opel-Vektra” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobillə oraya gələrək avtomobilini onun avtomobilindən qabaqda saxladığını və növbənin ona çatmasını söyləmişdir. Həmin vaxt sonuncuya iddia etdiyi növbənin ona məxsus olmamasını izah etməyə çalışmışdır. Lakin Zərərçəkmiş şəxs onun sözlərinə qulaq asmayaraq təkidlə növbənin ona məxsus olmasını söyləmiş və özünə məxsus avtomobili onun avtomobilinin qarşısından çəkməyəcəyini bildirmişdir. Bu səbəbdən aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs onun ünvanına nəlayiq ifadələr işlədərək onu təhqir etmişdir. Həmçinin sonuncunun onun yaxasından tutub dartışdırmağa başlamış, bu zaman əsəbləşib əlində çay içdiyi stəkanı Zərərçəkmiş şəxs başının arxa təpə nahiyyəsinə zərbə ilə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt stəkanın sınaraq Zərərçəkmiş şəxs başının arxa təpə nahiyyəsini kəsmişdir. Bundan sonra sonuncunun başının arxa təpə nahiyyəsinin qanamağa başlamışdır. Bundan sonra ərazidə xidmət aparan polis əməkdaşları oraya yaxınlaşıb onun Zərərçəkmiş şəxsla dava-dalaş etmələrini öyrənərək onları şəhər polis şöbəsinə gətirmişlər. Bu zaman Zərərçəkmiş şəxs başının arxa təpə nahiyyəsindən aldığı xəsarətlə bağlı onun barəsində rəsmi şikayət ərizə ilə müraciət etmişdir. Daha sonra zərərçəkmiş şəxslə barışdığını bildirmiş və məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, haqqında şikayət etdiyi Təqsirləndirilən şəxs xeyli müddətdir ki, tanıyır. Onunla birgə şəhərin H.Əliyev prospektində yerləşən “kolxoz” bazarının qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxsla hər zaman münasibətləri normal olmuşdur. 12.05.2021-ci il tarixdə səhər saat 12 radələrində idarə etdiyi “Opel-Vektra” markalı ** BX *** dövlət nömrə nişanlı avtomobillə şəhərin H.Əliyev prospektində yerləşən “kolxoz” bazarının qarşısına gələrək orada digər taksi sürücüləri tərəfindən formal olaraq yaradılmış növbədə dayanmışdır. Bu zaman “kolxoz” bazarının qarşısında bir qədər aralıda olan digər taksi sürücüləri tərəfindən yaradılmış növbəyə də yazılmışdır. Bu zaman həmin növbədə dayanmış tanıdığı taksi sürücüsü Təqsirləndirilən şəxs onun hərəkətlərinə öz narazılığını bildirmişdir. Sonuncunun onunla xoşagəlməz tərzdə danışmağa başlamışdır. Bu səbəbdən aralarında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun ünvanına nəlayiq ifadələr işlətmişdir. Bundan sonra əsəbləşib Təqsirləndirilən şəxs yaxasından tutaraq dartışdırmağa başlamışdır. Bu zaman Təqsirləndirilən şəxs da əsəbləşərək əlində çay içdiyi stəkanı qəsdən onun başının arxa nahiyyəsinə vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt sonuncunun əlində olan stəkanın onun başına dəydikdən sonra sınaraq başının arxa təpə nahiyyəsini kəsmişdir. Bu səbəbdən onun başının arxa təpə nahiyyəsinin qanama başlamışdır. Bundan sonra ərazidə xidmət aparan polis əməkdaşları oraya yaxınlaşıb onun Təqsirləndirilən şəxsla dava-dalaş etmələrini öyrənərək onları şəhər polis şöbəsinə gətirmişlər. Bu zaman onun başının arxa təpə nahiyyəsindən aldığı xəsarətlə bağlı rəsmi şikayət ərizə ilə müraciət etmişdir. Daha sonra aşkar cinayət əməli törətmiş şəxs onunla barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Ona görə də əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə birgə şəhərin H.Əliyev prospektində yerləşən “kolxoz” bazarının qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxsla və Təqsirləndirilən şəxs hər zaman münasibətləri tam normal olmuşdur. 12.05.2021-ci il tarixdə saat 12 radələrində idarə etdiyi avtomobillə şəhərin H.Əliyev prospektində yerləşən “kolxoz” bazarının qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olur. Həmin vaxt taksi sürücüsü Təqsirləndirilən şəxs orada dayanıb çay içdiyi zaman digər taksi sürücüsü Zərərçəkmiş şəxs özünə məxsus avtomobillə oraya gələrək onun növbəsinə girmişdir. Bu səbəbdən onların arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs əsəbləşərək Təqsirləndirilən şəxs ünvanına nəlayiq ifadələr işlətmiş, həmçinin onun yaxasından tutub dartışdırmağa başlamışdır. Bu səbəbdən də Təqsirləndirilən şəxs əsəbləşərək əlində olan stəkan ilə qəsdən bir dəfə Zərərçəkmiş şəxs başının arxa təpə nahiyyəsinə zərbə vurmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əlində olan şüşə stəkan sınaraq Zərərçəkmiş şəxs başının arxa təpə nahiyyəsini kəsmiş və onun başı qanamağa başlamışdır. Bundan sonra ərazidə xidmət aparan polis əməkdaşları oraya yaxınlaşıb Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs dava-dalaş etmələrini öyrənərək onları şəhər polis şöbəsinə aparmışlar. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə birgə şəhərin H.Əliyev prospektində yerləşən “kolxoz” bazarının qarşısında dayanıb taksi fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş şəxsla və Təqsirləndirilən şəxs hər zaman münasibətləri tam normal olmuşdur. 12.05.2021-ci il tarixdə saat 12 radələrində idarə etdiyi avtomobillə şəhərin H.Əliyev prospektində yerləşən “kolxoz” bazarının qarşısına yenicə gələn zaman həmin vaxt taksi sürücüsü Təqsirləndirilən şəxsla digər taksi sürücüsü Zərərçəkmiş şəxs arasında sözlə mübahisə yaranmasını görmüşdür. Oraya yaxınlaşıb mübahisənin səbəbi ilə maraqlanarkən Təqsirləndirilən şəxs orada dayanıb çay içdiyi zaman digər taksi sürücüsü Zərərçəkmiş şəxs özünə məxsus avtomobillə oraya gələrək onun növbəsinə girmişdir. Bu səbəbdən onların arasında sözlə mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs əsəbləşərək Təqsirləndirilən şəxs ünvanına nəlayiq ifadələr işlətmişdir. Həmçinin onun yaxasından tutub dartışdırmağa başlamış, bu səbəbdən də Təqsirləndirilən şəxs əsəbləşərək əlində olan stəkanla qəsdən bir dəfə Zərərçəkmiş şəxs başının arxa təpə nahiyyəsinə zərbə vurmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əlində olan şüşə stəkan sınaraq Zərərçəkmiş şəxs başının arxa təpə nahiyyəsini kəsmiş və onun başı qanamağa başlamışdır. Bundan sonra ərazidə xidmət aparan polis əməkdaşları oraya yaxınlaşıb Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs dava-dalaş etmələrini öyrənərək onları şəhər polis şöbəsinə aparmışlar. Məhkəmə baxışı zamanı əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs oğlu ərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını bildirmişlər, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu 12.05.2021-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Kolxoz” bazarında Zərərçəkmiş şəxs oğlunu vuraraq onun təpə nahiyyəsində yara ilə nəticələnən, sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurması tam sübuta yetirilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13.05.2021-ci il tarixli, 259 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - təpə nahiyyəsində yara, bərk küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdi, yetirilmə müddəti qərarda göstərilən 12.05.2021-ci il tarixə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa Yüngül zərər vurmaya aid edilir. İşə əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. İşdə olan DİN-nin BƏSİİ-dən alınmış 18.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, əməli törətmiş şəxslə zərər çəkmiş şəxs barışmış, zərərçəkmiş şəxsin dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əməli törətmiş şəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 66 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-nin 73.2ci, CPM-nin 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Qərar elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-122/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-122/2021
03.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver