Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-122/2022 06.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Kəlbəcər şəhərində anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi ev 37-də qeydiyyatda olmaqla Mingəçevir şəhəri, A.Məmmədov küçəsi 4/2, mənzil 18-də yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 aprel 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, M.Fərruxov küçəsində yerləşən fərdi yaşayış evində birlikdə spirtli içki qəbul edib fərdi yaşayış evinin həyətində taxta üzərində hər ikisi yatdığı zaman ayılaraq Zərərçəkmiş şəxs yatmış olmasından istifadə edib sonuncunun sol yan cibində olan 2500 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 5-6 il tanıdığını, son 2 ildə isə çox yaxın münasibətlərinin olduğunu bildirmişdir. Buna görə də, o, dəfələrlə Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, M.Fərruxov küçəsində yerləşən fərdi yaşayış evində olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 10-11 radələrində Zərərçəkmiş şəxs işdə növbədən çıxdığını bildiyi üçün ona baş çəkmək üçün Zərərçəkmiş şəxs yaşadığı evinə getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs evində əvvəllər Yevlax şəhər sakini kimi tanıdığı və bir neçə nəfər tanımadığı şəxs gəlmişdilər. Həmin şəxslər Zərərçəkmiş şəxs həyətində bir müddət əvvəl aldığı, lakin baxa bilməyərək satmaq istədiyi arı yeşiklərini almaq üçün gəlmişdilər. Həmin şəxslər Zərərçəkmiş şəxsla aralarında olan razılaşmaya əsasən 16 ədəd arı yeşikləri üçün Zərərçəkmiş şəxs onun yanında hər biri 100 manatlıq əskinaz olmaqla 2.500 manat nəğd pul vermişdilər. Bundan sonra Zərərçəkmiş şəxsla evinin həyətində yeyib-içib spirtli içki qəbul etdikdən sonra həyətdə olan taxta stolun üzərində birlikdə yatmışlar. Təxminən saat 23 radələrində o, oyanmış bir neçə dəfə Zərərçəkmiş şəxs səsləmiş, lakin Zərərçəkmiş şəxs yuxudan ayılmamışdır. O, Zərərçəkmiş şəxs cibində 2.500 manat pul olduğunu xatırlamış və həmin 2.500 manat pulu oğurlamaq qərarına gəlmişdir. Həmçinin o, həmin vaxt içkili olduğu üçün Zərərçəkmiş şəxs şalvrının cibindən 2.500 manatı hansı məqsədlə oğurladığını xatırlamadığını bildirmişdir. Zərərçəkmiş şəxs sağ tərəfi üzərində yatdığından onun sol yan cibində olan 2.500 manat pulu Zərərçəkmiş şəxs sol cibindən oğurlamışdır. Oradan yaşadığı evə getmiş və evdə olan azyaşlı oğlu Mirkamil Musayevə 200 manat vermiş, oğlu X7 işləməyə getdiyini deyib evdən çıxmışdır. Həmin vaxt arvadı Şahid1 evdə olmamışdır. Sonra yaxınlıqda Şahid3 adlı şəxsin mağazasına olan 117 manat borcunu vermişdir. Sonra “Səadət” şadlıq sarayının yaxınlığında taksiyə əyləşib Yevlax rayonu, Xaldan qəsəbəsinin ərazisinə getmiş və taksi sürücüsünə 10 manat pul vermişdir. Mağazadan spirtli içki alıb içdikdən sonra Bakı şəhərinə getmək məqsədilə taksiyə əyləşib Yevlax şəhər Avtovağzalına getmişdir. Yevlax şəhərində özünə geyim əşyaları almaq üçün təxminən 100-120 manat xərcləmişdir. Oradan isə taksiyə əyləşib Bakı şəhərinə gedən zaman Ucar rayonu ərazisində etdiyi oğurluq əməlindən peşman olaraq Mingəçevir şəhəri qayıtmış və pulunu qaytarmaq üçün evə getmişdir. Evdə olan zaman arvadı Şahid1 ondan nə üçün oğurluq etdiyini soruşmuş, o isə artıq Zərərçəkmiş şəxs etdiyi oğurluqdan peşman olduğuna görə pulu qaytamaq üçün gəldiyimi bildirmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs müraciəti əsasında polis əməkdaşları onu polis şöbəsinə gətirmişdilər. X9 Cəfərovdan oğurladığı və xərclədikdən sonra üzərində olan 1449 manat kağız əskinaz və 2 manat 30 qəpik dəyərində isə qəpiklər aşkar olunaraq götürülmüşdür. Həmçinin evdə olan 200 manat pulu da, arvadı Zərərçəkmiş şəxs qaytarmışdır. Ona dəymiş maddi ziyanı tam ödəmişdir. Məhkəmədən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 il müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxslə münasibətləri həmişə yaxşı olmuşdur. O, təxminən 3-4 ay bundan əvvəl yaşadığı ünvan 1 ünvanında qardaşı X6 məxsus 16 bal arısı qutularına qulluq edirmiş. X13 həmin bal arılarını satmaq istəyirmiş. xx.xx.2022-ci il tarixdə əvvəllər tanımadığı Rövşən adlı şəxs ona mobil telefon vasitəsi ilə zəng vuraraq, bal arısı satıb-satmadıqlarını soruşan zaman o, Rövşən adlı şəxsə bal arısı satdığını bildirdiyi üçün həmin günü saat təxminən 15 radələrində Rövşən adlı şəxs onun yaşadığı ünvana gələrək, arılara baxdıqdan sonra, Rövşən adlı şəxs həmin arı qutularını almaq istədiyi üçün o, X13a bu barədə mobil telefon vasitəsi ilə zəng vuraraq məlumat vermişdir. X11 Rövşən adlı şəxs mobil telefonda 2500 manat pul qarşılığında arıları satmaq üçün razılaşmışlar.Bu zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs onun yaşadığı fərdi həyət evinə gəlmişdir. Həmin vaxtı Rövşən adlı şəxs ona 2500 manat pulu verərək, 16 qutu arını avtomobilə yükləyərək getmişdilər. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə yaşadığı fərdi həyət evinin həyətində yeyibiçmək qərarına gələrək marketə gedib yemək və spirtli içki alıb geri qayıtmışdılar. Təqsirləndirilən şəxslə o, yeyib-içdikdən sonra onu yuxu tutduğu üçün o, Təqsirləndirilən şəxslə fərdi həyət evində yeyib-içdiyikləri stolun yanında olan taxtın üzərinə uzanaraq yatmışlar. O, bir müddət sonra ayılan zaman Təqsirləndirilən şəxs ayaq üstə olduğunu və nə etdiyini soruşan zaman Təqsirləndirilən şəxs ona heç bir şey etmədiyini bildirmişdir. Bundan sonra isə o, yenidən yatmışdır. Daha sonra o, yuxudan ayılan zaman Təqsirləndirilən şəxs yanımda olmadığını və getdiyini aşkar etdiyi üçün dərhal əlini cibinə salan zaman 2500 manat pulun yerində olmadığını və həmin 2500 manat pulu Təqsirləndirilən şəxs tərəfindən oğurladığını aşkar etmişdir. Bundan sonra isə o, Təqsirləndirilən şəxs mobil telefon işlətmədiyi üçün onun həyat yoldaşı Şahid1 mobil telefon vasitəsi ilə zəng vuraraq, Təqsirləndirilən şəxs harada olduğunu soruşmuş, Şahid1 ona Təqsirləndirilən şəxs evdə olmadığını və harada olması barədə heç bir məlumatının olmadığını bildirmişdir. O, da bu səbəbə görə Təqsirləndirilən şəxs özü axtarsamda tapmadığı üçün xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə və Mingəçevir ŞPŞ-yə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş maddi ziyan tam ödənildiyinə görə ondan hər hansı əmlak tələbi və ziyan tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində əri Təqsirləndirilən şəxs yaşadıqları ünvan 2 ünvanında olmayan zaman mənzilə gəlib. Həmin zaman o, evdə olmamış, yalnız xx.xx.2009-cu il təvəllüdlü azyaşlı övladı Şahid2 evdə olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü ögey oğlu X2 2 ədəd 100 manatlıq pul əskinazını verərək 15 günlük Fizuli rayonuna getdiyini bildirib evdən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Əri Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yaşadığıqları evdən çıxan zaman üzərində qəhvəyi rəngli gödəkçə, qara rəngli şalvar, göy rəngli köynək və qara rəngli ayaqqabı olmuşdur. Lakin üzərində mobil telefonu olmasa da, şəxsiyyət vəsiqəsi üzərində olmuşdur. O da, bu səbəbə görə bir neçə saat əri Təqsirləndirilən şəxs özü axtarsa da, tapmadığını bildirmiş və buna görə də, xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə və Mingəçevir ŞPŞ-yə müraciət etmişdir Məhkəmə iclasında yetkinlik yaşına çatmayan şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində ögey atası Təqsirləndirilən şəxs yaşadıqları ünvan 3 ünvanına anası Ülviyyə Musayevə olmayan zaman mənzilə gələrək, ona 2 ədəd 100 manatlıq pul əskinazını vermiş, 15 günlük Fizuli rayonuna gedəcəyini bildirmiş, evdən çıxıb getmiş və bir daha geri qayıtmamışdır. Ögey atası Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yaşadıqları evdən çıxan zaman üzərində qəhvəyi rəngli gödəkçə, qara rəngli şalvar, göy rəngli köynək və qara rəngli ayaqqabı olmuşdur. Lakin üzərində mobil telefonu olmasada, şəxsiyyət vəsiqəsi üzərində olmuşdur. Bu səbəbə görə anası Ülviyyə Musayevə bir neçə saat ögey atası Təqsirləndirilən şəxs axtarsa da, tapmadığı üçün xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə və Mingəçevir ŞPŞ-yə müraciət etmişdir. Məhkəmə iclası zamanı elan olunmuş Şahid3 ibitdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 10 ildən artıq müddətdir ki, Mingəçevir şəhəri, 16 saylı orta məktəbin yaxınlığında icarə əsasında dükan işlədir. xx.xx.2022-ci il tarixdə axşam saat 21 radələrində əvvəlcədən müştəri kimi tanıdığı həmçinin onun icarə əsasında işlətdiyi mağazaya borcu olan Təqsirləndirilən şəxs mağazaya gələrək nə qədər borcu olduğunu soruşmuş, o isə Təqsirləndirilən şəxs 173 manat borcunun olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs 173 manat borcunun hamsını ödəyərək çıxıb getmişdir. Təqsirləndirilən şəxs ona pulu haradan əldə etməsi barədə heç bir söz deməmiş, o da, Təqsirləndirilən şəxs bu barədə heç bir sual verməmişdir. Pulu ödədikdən sonra Təqsirləndirilən şəxs heç bir söz demədən çıxıb getmiş və hara getməsi ilə bağlı isə heç bir söz deməmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında olan zaman taxta döşəmədə yatan zaman şalvarının sol cibindəki 2.500 manat oğurlanmışdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs şalvarının cibindən oğurlanmış 2.500 manat götürülmüş 14 ədəd 100 manatlıq əskinaz, 1 ədəd 10 manatlıq əskinaz, 5 ədəd 5 manatlıq əskinaz, 14 ədəd 1 manatlıq əskinaz, 1 ədəd 50 qəpik, 6 ədəd 20 qəpik və 6 ədəd 10 qəpik olmaqla ümumilikdə 1451 manat 30 qəpik Təqsirləndirilən şəxs götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş DİN yanında BƏSİİ tərəfindən tərtib edilmiş 24 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, lakin hazırda üzərində məhkumluq yoxdur. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 aprel 2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, M.Fərruxov küçəsində yerləşən fərdi yaşayış evində birlikdə spirtli içki qəbul edib fərdi yaşayış evinin həyətində taxta üzərində hər ikisi yatdığı zaman ayılaraq Zərərçəkmiş şəxs yatmış olmasından istifadə edib sonuncunun sol yan cibində olan 2500 manat pulu gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş maddi ziyan tam ödənildiyinə görə ondan hər hansı əmlak tələbi və ziyan tələbi yoxdur. Məhkəmədən onun ərizəsini nəzərə alıb yüngül cəza verilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seşmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 aprel 2022-ci il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞ-in MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 14 ədəd 100 manatlıq əskinaz, 1 ədəd 10 manatlıq əskinaz, 5 ədəd 5 manatlıq əskinaz, 14 ədəd 1 manatlıq əskinaz, 1 ədəd 50 qəpik, 6 ədəd 20 qəpik və 6 ədəd 10 qəpik olmaqla ümumilikdə 1451 manat 30 qəpik hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 23 aprel 2022-ci il tarixdən 25 aprel 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 14 ədəd 100 manatlıq əskinaz, 1 ədəd 10 manatlıq əskinaz, 5 ədəd 5 manatlıq əskinaz, 14 ədəd 1 manatlıq əskinaz, 1 ədəd 50 qəpik, 6 ədəd 20 qəpik və 6 ədəd 10 qəpik olmaqla ümumilikdə 1451 manat 30 qəpik hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılsın. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-122/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-122/2022
06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver