Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-122/2023 31.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi- Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkumluğu olmayan, Ağdam şəhər ünvan 1 ünvanda qeydiyyatda olmaqla Mingəçevir şəhər Şəfa Bağlar massivi M.Rəhimov nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur ondan ötrü ki, o, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq əldə etdiyi 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,462 qram olan narkotik vasitə heroini üzərində saxlayaraq daşımış, 15 may 2023-cü il tarixdə saat 13 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Şəfa Bağlar massivi M.Rəhimov küçəsində saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 13:35-də üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli cins şalvarının arxa sağ cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,462 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, üzərindən aşkar olunmuş narkotik vasitə heroin ona məxsus deyil. Belə ki, əvvəllər narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. Narkotik vasitələrin qanunsuz dövriyyəsində yəni saxlanmasında daşınmasında iştirak etdiyi üçün Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və Mingəçevir şəhər məhkəməsinin 11 iyul 2023-cü il tarixli hökmü ilə 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdr. xx.xx.2023-cü il tarixdə səhər saatlarından etibarən yaşadığı evdə olmuşdur. Həmin gün saat 13 radələrində anası Şahid3, atası Təqsirləndirilən şəxs və o, yaşadıqları evdə olarkən 3 nəfər polis əməkdaşı yaşadıqları evə gəlmişlər. Mənzilə gəldikdən sonra birbaşa onun olduğu otağa gəlib onu tutaraq saxlamışlar. Bu zaman onu həyətə düşürdükdə atası Eldarla söhbət zamanı polis əməkdaşları bildiriblər ki, barəsində məhkəmənin axtarışı olduğu üçün onu Mingəçevir şəhər məhkəməsinə aparacaqlar. Daha sonra onlar birlikdə yaşadığı evdən çıxıb və polis əməkdaşları ilə eyni avtomobilə əyləşib polis şöbəsinə gəlmişlər. Polis şöbəsinə gətirildikdən sonra Emir adlı polis əməkdaşının otağında olarkən və üzərində narkotik vasitə olmadığı halda narkotik vasitə etiraf etməsini bildirib Emir adlı polis əməkdaşı ona təsir göstərmişdir. Onu döyməsə da lakin narkotik vasitəni götürməyəcəyi təqdirdə döyəcəyi ilə hədələmiş, buna görə də döyülməkdən qorxaraq onun dedikləri ilə razılaşmışdır. Bundan sonra polis şöbəsində növbətçi hissənin qarşısında videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman üzərimdən aşkar olunan özünə aid olmayan narkotik vasitə heroini təqdim edib qorxduğu üçün özünə məxsus olmasını bildirmişdir. Dövlət hesabına müdafiəçi təyin olunmuş vəkil X2 təqdim edilərkən onunla söhbət zamanı hər hansı təsirə məruz qalıb-qalmaması, döyülüb-döyülməməsini müdafiəçi ondan soruşanda o, polis şöbəsində olduğu üçün qorxaraq müdafiəçiyə heç bir təsir və təzyiqə məruz qalmamasını bildirmişdir. Daha sonra şəxsi axtarış və götürmə zamanı aşkar olunmuş narkotik vasitə zərfə qoyularaq qablaşdırılıb və imzası ilə təsdiq etmişdir. Polis şöbəsində olduğu üçün qorxaraq ilkin izahatında və şübhəli şəxs qismində ifadəsində onun olmadığı halda həmin narkotik vasitənin özünə məxsus olmasini və taparaq əldə etməsini bildirmişdir. Lakin hazırda sərbəst ifadə verərək həmin kütlənin özünə məxsus olmamasını bildirmişdir. Özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələrində təqsirli bilmir. Odur ki, barəsində bəraət hökm çıxarılmasını məhkəmədən xahiş edir. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis şöbəsində NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. 15 may 2023-cü il tarixdə axtarışda olan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə ilə Mingəçevir şəhər M.Rəhimov küçəsinə doğru getməsi barədə məxfi əməkdaşdan Mingəçevir ŞPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2a məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması çərçivəsində tərəflərindən keçirilmiş tədirlər nəticəsində həmin gün saat 13 radələrində Mingəçevir şəhər M.Rəhimov küçəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında onu saxlamışlar. O və polis mayoru Şahid2 Təqsirləndirilən şəxs izah ediblər ki, barəsində Mingəçevir şəhər məhkəməsinin qrarı ilə axtarış elan edilmiş və hazırda üzərində narkotik vasitə olması barədə polis şöbəsinə məlumat daxil olmuşdur. Ona görə də polis şöbəsinə getməlidirlər. Təqsirləndirilən şəxs da etiraz etməmiş birlikdə polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs barəsində prosessual araşdırma aparılaraq üzərinə şəxsi axtarış və götürmə keçirilməsi üçün raportla müraciət edib və Təqsirləndirilən şəxs təhqiqat bölməsinə təqdim etmişlər. TB-nin təhqiqatçısı Ruzi Həsənov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, ona dövlət hesabına müdafiəçi təyin olunmuş və həmin gün növbədə olan vəkil X2 təqdim edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçiyə və cinayət prosesinin iştirakçılarına etirazı olmamasını bildirdikdən sonra üzərinə video çəkilişlə təhqiqatçı Ruzi Həənov tərəfindən onların da iştirakları ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ arxa cibindən bir ədəd büküm halında narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs və onun müdafiəçisinin iştirakı ilə elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Zərfi və tərtib olunmuş protokolu Təqsirləndirilən şəxs və müdafiəçisi Dərgah Mehdiyev imzalamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin narkotik vasitə heroin olmasını, Mingəçevir Dövlət Universitetinin yaxınlığından taparaq əldə etməsini, özü istifadə emtək məqsədilə üzərində saxlamasını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavətləri və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq məqsədilə üzərindən aşkar olunmuş narkotik vasitənin özünə aid olmamasını bildirmiş, belə ki, Təqsirləndirilən şəxs barəsində Mingəçevir şəhər məhkəməsi tərəfindən axtarış elan edilmiş buna görə də barəsində keçirilən əməliyyat tədbirləri zamanı məxfi əməkdaş Mingəçevir ŞPŞ-nin axtarış üzrə baş inspektoru Şahid2 məlumat vermişdir ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə vardır və yaşadığı Mingəçevir şəhər M.Rəhimov küçəsinə doğru gedəcək. Həmin məlumat əsasında Şahid2 birlikdə Mingəçevir şəhər M.Rəhimov küçəsində tərəflərindən saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinin inzibati binasına daxil olandan sonra onu xidməti otağına aparmamış, TB-nə təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin də iştirakı ilə şəxsi axtarış və götürmə zamanı təsirə məruz qalmaması soruşulduqda hər hansı təsirə məruz qalmamasını üzərindən aşkar olunan narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Ona qarşı hər hansı qanunsuz tələb irəli sürülməmişdir. Daha sonra məhkəmədə müdafiə tərəfinin suallarına cavab əlavə olaraq bildirmişdir ki, onlar təqsirləndirilən şəxsin atasının zəngi əsasında təqsirləndirilən şəxsin yaşadığı evə gəlmişlər və təqsirləndrilən şəxsin barəsində məhkəmə qərarı ilə axtarış olduğu üçün onu evdən polis şöbəsinə aparmışlar. Şöbədə təqsirləndirilən şəxsin üzərəinə vəkilin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı onun üstündən həmin narkotik vasitə aşkar edilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 da oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini təsdiq etmişdir. Daha sonra məhkəmədə müdafiə tərəfinin suallarına cavab olaraq bildirmişdir ki, onlar təqsirləndirilən şəxsin atasının zəngi əsasında təqsirləndirilən şəxsin yaşadığı evə gəlmişlər və təqsirləndrilən şəxsin barəsində məhkəmə qərarı ilə axtarış olduğu üçün onu evdən polis şöbəsinə aparmışlar. Şöbədə təqsirləndirilən şəxsin üzərəinə vəkilin iştirakı ilə baxış keçirilmiş və baxış zamanı onun üstündən həmin narkotik vasitə aşkar edilmişdir. Şahid3 ibtidai istintaq vaxtı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur birlikdə yaşayırlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında eşidib ki, oğlu Təqsirləndirilən şəxs yaşadıqları evin yaxınlığında küçədə polis əməkdaşları saxlayaraq Mingəçevir şəhər polis şöbəsinə aparmışlar. Daha sonra onun barəsində cinayət işi başlanılaraq istintaq aparılır. Təqsirləndirilən şəxs evdə olmadığı müddətdə polis əməkdaşları tərəfindən küçədə yaşadıqları evin yerləşdiyi küçədə saxlanılaraq aparılmışdır. Yaşadıqları mənzilin kameraları əvvəllər işlək vəziyyətdə olsa da lakin təxminən 1 aydan artıq müddətdir ki, kameralar işləmir və DVR aparatı evdə yoxdur. Mənzilə baxış keçirilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında isə Şahid3 ibtidai istintaq vaxtı verdiyi ifadəyə zidd ifadə verərək bildirmişdir ki, o istintaq vaxtı verdiyi ifadə həqiqətə uyğun deyildir. Belə ki, o əri Təqsirləndirilən şəxs Yahyüa oğlunun təkidi əsasında belə ifadə vermişdir. Məqsədləri isə oğlullarının, yəni təqsirləndirilən şəxsin məcburi müalicəyə cəlb olunması olmuşdur. Lakin sonradan onlara məlum olmuşdur ki, oğlu barəsində cnayət iş açılmış və məsuliyyətə cəlb olunmuşdur. Odur ki, bldirir ki, əməliyyat müvəkkilərinin onların yaşadığı ünvana gəlməsi əri Təqsirləndirilən şəxs Yəhya oğlunun müraciəti əsasında olmuşdur. Belə ki, oğlu Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə ediyi üçün möhkəm ağrıları olmuşdur və ağrılara dözməyərək özünə dəfələrlə xəsarət yetirmişdir. O və əri qərar gəlmişlər ki, polis müraciət etsinlər və polis vasitəsi ilə olğunu məcburi müalicəyə yerləşdirilsin. Lakin məqsədləri bunun olmasına baxmayaraq polis əməkdaşları oğlunun üzərinə narkotik vasitə olmadığı halda onu məsuliyyətə cəlb etmişlər. Belə ki, polis əməkdaşlarının evə gəldiyi vaxt oğlunun üzərində narkotik vastə olmamışdır. Əgər olsa idi o və əri oğlunun sakitləşməsi üçün ona narkotik vasitədən istifadə etməsinə imkan verərdilər. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs Yahya oğlu verdiyi ifadəsində göstərmişdir ki, Eldarın heç bir günahı yoxdur. Narkotikin əziyyətini çəkirdi. Müharibədə narkotikdən istifadə etdi. Evə gələndən sonra əziyyət çəkirdi narkotikin vaxtı gələndə narkotik istəyirdi və qışqırırdı. O Şahid3 təkit etmişdir ki, getsin oğlunun ziyanına izahat versin. Çünki polislər onun müracmiəti əsasında gəlmişdirlər. Məqsədləri isə oğlullarının, yəni təqsirləndirilən şəxsin məcburi müalicəyə cəlb olunması olmuşdur. Lakin sonradan onlara məlum olmuşdur ki, oğlu barəsinqdə cnayət iş açılmış və məsuliyyətə cəlb olunmuşdur. Əlavə olaraq bildirdi ki, əməliyyat müvəkkilərinin onların yaşadığı ünvana gəlməsi onun müraciət əsapsında olmuşdur. Belə ki, oğlu Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə ediyi üçün möhkəm ağrıları olmuşdur və ağrılara dözməyərək özünə dəfələrlə xəsarət yetirmişdir. Həmin gün yəni, xx.xx.2023-cü il qərara gəlmişdir ki, polis müraciət etsin və polis vasitəsi ilə oğlunu məcburi müalicəyə yerləşdirilsin. Lakin məqsədləri bunun olmasına baxmayaraq polis əməkdaşları oğlunun üzərində narkotik vasitə olmadığı halda onu cinayət məsuliyyətə cəlb etmişlər. Belə ki, polis əməkdaşlarının evə gəldiyi vaxt oğlunun üzərində narkotik vastə olmamışdır. Əgər olsa idi o oğlunun sakitləşməsi üçün ona narkotik vasitədən istifadə etməsinə imkan verərdi. İş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki əynindəki qara rəngli cins şalvarının arxa sağ cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,462 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə dair tərtib olunmuş protokola əlavə edilmiş bir ədəd DVDdiskə tərəfindən baxış keçirilmişdir. DVD-ə diskə tərəfimdən baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki əynindəki qara rəngli cins şalvarının arxa sağ cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0,462 qram narkotik vasitə heroin aşkar olunaraq qablaşdırılıb götürülməsi müəyyən edilmişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 may 2023-cü il tarixli 17/401 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə ” sözləri və ad imzalar olan zərfin içərisindəki 01 (bir ) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0, 462 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1221 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən də görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamış şəxsdir. Mingəçevir şəhər məhkəməsinin 12 iyul 2023-cü il tarixli qanuni qüvvəyə minməmiş hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş №İ-41521 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «Kəlbəcərin azad olunmasına görə» medalla təltif olunmuşdur. Beləliklə, məhkəmə ibtidai araşdırma orqanı tərəfindən müəyyən olunmuş sübutları məhkəmə iclasında müəyyən olunmuş sübutlarla müqayisəli şəkildə təhlil edib bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda onun təqsirliyi sübuta yetirilmir. Odur ki, ilk növbədə məhkəmə qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən CM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. CPM-nin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə, cinayət prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlidir. CPM-nin 42.1-ci maddəsində cinayət hadisəsinin olmaması, əməldə cinayət tərkibinin olmaması, şəxsin cinayətin törədilməsinə aidiyyətinin olmaması və təqsirliliyinin sübuta yetirilməməsi bəraətin əsasları kimi göstərilmişdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-nin 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosesual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması(CPM-nin 33.2-ci maddəsi) eləcə də subutlara və sair materallara qərəzli münasibet bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materallardan birinin digərinə nisbətdə çox və ya az əhəmiyyet verilməsi yolveriləzdir (CPM-nin 33.4cümaddəsi) CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatini aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanilmiş sübutları tam hərtələfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmiş sübutlar təhlil və bir-biri ilə müqayisə edilir,yeni toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1 ci maddəsini əsasən,hər bir sübut mənsubiyyəti,mümkülüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir.Cinayət təqibi üzrə toplanmış bütün sübutlarin məcmusuna işə ittihamın həlli üçün onlarin kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamin sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldımaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (CPMnin145.3-cü maddəsi) Cinayət təqibi üzrə toplanmış sübutlarin kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki,onlar sübut etmə pretmetinin müəyyən edilməsi ücün mötəbər və yekun neticəyə gəlməyə imkan versin (CPM-nin146.1-ci maddəsi). Beləliklə, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı ittiham tərəfinin rəhbər tutduğu dəlillər və sübutlar təqsirləndirilən şəxsin həmin əməli törətməsini və təqsirliyini müəyyən etmək üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan vermir. Halbuki, təqsirləndirilən şəxsin ictimai təhlükə törətməsini və təqsirini sübut etmək ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfinin gətirdiyi sübutlara məhkəmə istintaqı zamanı ayrı-ayrılıqda təhlil və müqayisə edildikdə müəyyən olundu ki, ittiham tərəfinin gətirdiyi həmin sübutlar obyektiv və həqiqətə uyğun deyildir. Belə ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı özünü təqsirli bilməsi onun məhkəmə istintaq zamanı təqsirini sübuta yetirilməsi kimi qiymətləndirilməsi yolverilməzdir və onun ziyanına şərh edilə bilməz. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilkin izahatında və şübhəli şəxs qismində ifadəsində (Bax cild 1 İş vər: 27-29, 36-38) ona elan olunmuş ittihamda özünü təqsirli bilmişdir. Bundan əlavə ittiham tərəfinin sübut kimi qəbul etdiyi şahid ifadələri, ancaq polis əməkdaşları olmaqla təqsirləndirilən şəxsi şübhəli şəxs kimi tutmuş, əməliyyat müvəkkilləri olmuş, həmin ifadələr digər hallarla müqayisə edilməyərək və həmin sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməyərək ibtidai araşdırma onunla kifayətlənmişdir. Məhkəmə əməliyyat müvəkillərinin ifadələrinə aşağıdaki dəlillərə görə inandırıcı hesab etməyərək tənqidi yanaşır və onların gətirdiyi dəlillər məkhəmədə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlər Şahid3 və Təqsirləndirilən şəxs Yahya oğlu oğlunun fadələrin ilə tam təkzib olunur. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi alınmış Şahid3 bildirmişdir ki, o ibtidai istintaq zamanı verdmiy ifadə əri Təqsirləndirilən şəxs Yahya oğlunun təkidi və təsri altında yalan ifadə olmuşdur. Belə ki, oğlu, Təqsirləndirilən şəxs narkotik maddə istfadəçisi olduğu və bərk ağrılarının olduğu üçün və bu səbəbdən narkotik vasitə qəbul etmədiyi halda özünə müxtəlif xəsarət yetrdiyi üçün əri Təqsirləndirilən şəxs Yahya oğlu polis əməkdaşlarına müraciət etmiş, müraciətinin məqsədi oğlunun məcburi müalicəyə cəlb olunması olmuşdur. Onlar belə hesab etmişdirlər ki, əgər polis şöbəsinqdə oğlunun üzərində qanunsuz olaraq narkotik vasitələrin saxlanılmasını desələr oğlu Təqsirləndirilən şəxs narkotikdən məcburi müalicəyə cəlb olunacaqdır. Hadisə vaxtı oğlunun üzərində narkotik vasitə olmamış və narkotik vastə əldə etməmişdr. Əgər narkotik vasitə olsa əri və o ona imkan verərdi ki, oğlu ondan istifadə edib sakitləşsin. Məhkəmə istintaqı zamanı ifadəsi alınmış Təqsirləndirilən şəxs Yahya oğlu bildirmişdir ki, oğlu Eldarın təqsirləndrildiyi cinayətdə təqsiri yoxdur. Təqsirləndirilən şəxs narkotik maddə istfadəçisi olduğu və bərk ağrılarının olduğu üçün və bu səbəbdən narkotik vasitə qəbul etmədiyi halda özünə müxtəlif xəsarət yetrdiyi üçün xx.xx.2023-cü il qərara gəlmişdir ki, polis müraciət etsin və polis vasitəsi ilə oğlunu məcburi müalicəyə yerləşdirilsin. Məqsədləri isə oğlullarının, yəni təqsirləndirilən şəxsin məcburi müalicəyə cəlb olunması olmuşdur. Lakin sonradan onlara məlum olmuşdur ki, oğlu barəsinqdə cnayət iş açılmış və məsuliyyətə cəlb olunmuşdur. Əlavə olaraq bildirdi ki, əməliyyat müvəkkilərinin onların yaşadığı ünvana gəlməsi onun müraciət əsasında olmuşdur. Belə ki, oğlu Təqsirləndirilən şəxs narkotik maddələrdən istifadə ediyi üçün möhkəm ağrıları olmuşdur və ağrılara dözməyərək özünə dəfələrlə xəsarət yetirmişdir. Lakin məqsədləri bunun olmasına baxmayaraq polis əməkdaşları oğlunun üzərində narkotik vasitə olmadığı halda onu cinayət məsuliyyətə cəlb etmişlər. Belə ki, polis əməkdaşlarının evə gəldiyi vaxt oğlunun üzərində narkotik vastə olmamışdır. Əgər olsa idi o oğlunun sakitləşməsi üçün ona narkotik vasitədən istifadə etməsinə imkan verərdi. O Şahid3 təkit etmişdir ki, getsin oğlu Təqsirləndirilən şəxs ziyanına izahat versin. Çünki polislər onun müraciəti əsasında gəlmişdirlər. Məhkəmə iş materiallarını tətdiq edib, şahidlər Təqsirləndirilən şəxs Yahya oğlu və Şahid3 ifadələrinə, həmçinin əməliyyat müvəkkilərinin ifadələrinə hüquq qiymət verərək belə nəticəyə gəlir ki, cinayət işi təqsirləndirilən şəxsin atası Təqsirləndirilən şəxs Yahya oğlunun təqsirləndirilən şəxsin məcburi müalicəyə cəlb olunması məqsədi ilə müraciəti əsasında, şəxsin üzərində narkotik vasitə aşkar edilmədiyi halda, polis şöbəsində əməliyyat müvəkkilləri tərəfindən üzərinə narkotik vasitə qoyularaq, qanunsuz olaraq qaldırılmış və şəxs qanunsuz olaraq məsuliyyətə cəlb edilmişdir. İbtidai istintaq zamanıda müstəntiq tərəfindən təqsirələndirilən şəxsin anasının ifadəsinin və əməliyyat müvəkkilərinin ifadələrinin həqiqətə uyğunluğu yoxlanılmadan istintaq aparılmış və təqsirləndirilən şəxsə ittiham elan edilmişdir. Şəxsin narkotik vasitələrdən istifadə etməsinə görə əziyyət çəkməsi və bu səbəbdən də təqsirləndirilən şəxsin valideynlərinin müraciəti ona əsas vermir ki, onun üzərində qanunsuz olaraq narkotik vasitələr aşkar edilmədən şəxsin barəsində cinayət işi açılmalı və məsuliyyətə cəlb edilməlidir. Bundan başqa məhkəmə dindirilmiş şahid əməmliyyat müvəkkili Şahid1 və Şahid2 isintaqda verdiy ifadələri ilə məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ziddiyyətli faktlar aşkar edilmişdir. Belə ki, ibtidai istinaq zamanı verdikləri ifadələrində təqsirləndirilən şəxsi barəsində məhkəmə qərarı ilə axtarış verildiyi üçün onun yaşadığı evin qarşısında saxlandığını bildirsələrdə məhkəmə istintaq zamanı verdikləri ifadədələrində təqsirləndirilən şəxsi atasının vediyi məlumat əsasında yaşadığı evdən polis şöbəsinə aparıldığını bildirmişdirlər. Buda təqsirləndirilən şəxsin, onun atasının və anasının ifadələrinin doğruluğuna şübhələrin olamaması və həqiqətə uyğun olması nəticəsinə gəlməyə əsas verir. Həmçinin məhkəmə qeyd edir ki, əgər əməliyyat müvəkkiləri məhkəmənin axtarış qərarını üzrə əməliyyat tədbiri həyata keçirmişlərsə təqsirləndrilən şəxsi o halda dərhal məhkəməyə təqdim etməli idilər. Lakin təqsirləndirilən şəxsi axtarış tədbirləri əsasında polis şöbəsinə aparılması və vəkilin iştirakı ilə üzərində baxış keçrilməsi və üzərindən narkotik vasitə aşkar edilməsini məhəkəmə inandırıcı hesab etmir və tənqidi yanaşır. Məhkəmə həmçinin hesab edir ki, cinayət işi materiallarında olan, sübut kimi qəbul edilmiş məhkəmə-bioloji və məhkəmə-narkaloji ekspertizasının rəylərini məhkəmə araşdırması zamanı mötəbər sübut kimi qəbul edilə bilməz. Ona görə ki, həmin rəylər əvvəlcədən şəxsin narkotik maddələri qanunsuz olaraq əldə edib saxlamasına və satmasına dəlalət etmir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2.1-ci maddəsinə əsasən İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə sasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 125.3-ci maddəsinə əsasən Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə qeyd edir ki, həmin şübhlərin məhkəmə istintaqı zamanı aradan qaldırmaq mümkün olmadı və Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əssən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlamasında təqsiri sübuta yetirilməmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CMP-nin 42.1.2 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda şəxsin əməlində cinayət tərkibi olmadıqda və təqsirliyi sübuta yetirilmədikdə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü, Azərbaycan Respublikası CPMnin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedurlar daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosesual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsi təsbit edir ki, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Məhkəmə ibtidai araşdırma zamanı, habelə məhkəmə istintaqında toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, Röyal İbrahimova qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində bəraət hökmü çıxarıldığı üçün barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və iş üzrə 71,94 manat ekspertiza xərci Dövlət büdcəsi hesabına aid edilməlidir. İş üzrə maddi sübut, 0,412 qram narkotik vasitə olan heroin Mingəçevir şəhər Polis Şöbəsində saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən bəraət almış şəxsə onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.4, 42.2.4, 346-350, 352-353, 356 və 385-ci maddələrini rəhbər tutub məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə 71,94 manat ekspertiza xərci Dövlət büdcəsi hesabına aid edilsin. İş üzrə maddi sübut, 0,412 qram narkotik vasitə olan heroin qalığı Mingəçevir şəhər Polis Şöbəsində saxlanılması nəzərə alınsın. Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs onun qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-122/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-122/2023
31.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver