Məhkəmə qərarları › İş №1(051)-123/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-123/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-123/2020 11.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxx 1999-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, xx.xx.2018-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmiş, ünvan 1 mənzil 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, Mingəçevir şəhəri, Günəşli bağ massivi, 15-ci küçə, ev 43 ünvanında yaşayan, barəsində xx.xx.2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seyilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Mingəçevir şəhəri, M.V.Vidadi küçəsində yerləşən 2 saylı yaşayış binasının yaxınlığında yerləşən gündəlik tələbat malları mağazasına yaxınlaşıb mağazasının dəmir materialından hazırlnamış giriş qapısının üzərində olan kilidin dəstəyindən əli ilə tutub fiziki güc tətbiq etməklə qapını açaraq saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olub piştaxtanın üzərində olan 1 ədəd 250 manat dəyərində “HP” markalı, 2000-2d80sr modelli notebooku gizli yolla talayıb Zərərçəkmiş şəxs 250 ( iki yüz əlli ) manat məbləğində ziyan vurmaqla oğurlamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsindən imtina edərək, ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Hazırda heç bir yerdə işləmir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 15-16 radələrində binanın qarşısında oturmuşdur. Həmin vaxt polis əməkdaşları onu çağırdığına görə o, durub qaçmış, lakin sonradan heç bir iş görmədiyini düşünərək, dayanmışdır. O, dayanan kimi 4-5 nəfər polis əməkdaşı ona yaxınlaşıb avtomaşına minməyini bildirmişlər. O da polis əməkdaşlarının tələbi ilə avtomaşına minmişdir. Polis əməkdaşları onu Mingəçevir ŞPŞ-yə gətirdikdən sonra ona kompyuter və sair əşyalar oğurladığını demişlər. Həmin oğurluqla bağlı Mingəçevir ŞPŞ-də ondan başqa 2-3 nəfər tanımadığı şəxslər də olmuşdur. O, polis əməkdaşlarına kompyuter oğurlamadığını demiş, lakin polis əməkdaşları ona inanmamışdır. Çünki o, zərərçəkmiş məxsus olmuş bir ədəd notebook kompyuteri Farizin işlədiyi mağazaya satmışdır. Lakin həmin notebook anası borcun əvəzinə tanımadığı şəxsdən girov kimi götürmüşdür. Anasının dediyinə görə bir nəfər şəxs ondan 100 manat məbləğində borc pul istəmiş, əvəzində isə həmin notebookunu girov qoymuşdur. Sonradan həmin adam pulu gətirmədiyinə görə anası həmin notebooku satmağı ondan xahiş etmişdir. O da anasının xahişinə əsasən həmin notebboku Farizin mağazasında 70 manata satmışdır. Çünki həmin notebook nasaz vəziyyətdə olmuşdur. Ona görə də onu hissə-hissə satmaq məcburiyyətində qalmışdır. İstintaq zamanı verdiyi ifadəsini təzyiq altında vermişdir. O, qeyd olunan kompüterin zərərçəkmişə məxsus olduğunu bilməmişdir. Belə ki, həmin vaxt Fariz ondan şəxsiyyət vəsiqəsi istəmiş, lakin onun vəsiqəsi üzərində olmamışdır. Ona görə də o, öz xətti ilə adını soyadını və ata adını yazmaqla qəbz vermişdir. Əgər, o, həmin kompüteri oğurlamış olsaydı, onda qəbzə öz adını, soyadını və ata adını düzgün yazmazdı. Qeyd etdiyi kimi həmin kompüteri anası borcun əvəzinə tanımadığı şəxsdən almışdır. Anası da həmin şəxsin şəxsiyyətini müəyyən edə bilməmiş, çünki həmin şəxs bütün anket məlumatlarını və telefon nömrəsini qəsdən səhv vermişdir. Hesab edir ki, onun hazırkı cinayətə aidiyyəti yoxdur. Odur ki, məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs iştirak etdiyi məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, o, icarə əsasında Mingəçevir şəhəri Vidadi küçəsi 2 saylı binasının yaxınlığında yerləşən gündəlik tələbat malları mağazasını işlədir. Həmin mağazada gündəlik tələbat mallarının satışı ilə məşğul olur. Mağazanı hər gün saat 09 radələrində açıb axşam 00 radələrində bağlayır. xx.xx.2020-ci il tarixdə saat 09 radələrində mağazaya yaxınlaşarkən giriş qapısının sol tərəfində pəncərənin sındığını görmüşdür. Mağazaya daxil olmaq üçün qapını açıb içəri keçmiş, görmüş ki, piştaxtada olan “HP” markalı 2000-2d80sr moddeli notebooku oğurlanmışdır. O da dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Bildirmişdir ki, həmin notebooku 2014-cü ildə 685 manata almış, həmin vaxtdan da mütəmadi olaraq istifadə edir. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 4 ünvanda yerləşən binanın qeyri yaşayış sahəsində kompüter və dəftərxana ləvazimatlarının satışı ilə məşğul olaraq “Texno” mağazasını işlədir. xx.xx.2020-ci il tarixdə bir nəfər şəxs mağazaya yaxınlaşaraq özünə məxus “HP” markalı notebooku satdığını bildirmişdir. O da həmin notebooku yoxlayıb notebookda nasazlıq olduğunu gördükdən sonra həmin şəxsə notebooku almaq istəmədiyini bildirmişdir. Lakin həmin şəxs notebooku ehtiyyat hissəsi kimi də sata biləcəyini dedikdən sonra o, həmin notebooku 70 manata ala biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxsdən şəxsiyyət vəsiqəsini istəmiş, lakin, həmin şəxs şəxsiyyət vəsiqəsi olmadığını bildirmişdir. Buna görə də həmin şəxsdən kağız parçasına özü barədə, eləcə də satacağı noteboook barədə məlumatların yazmasını bildirib notebooku ondan 70 manata almışdır. Həmin şəxsin adı Təqsirləndirilən şəxsdur. Ondan aldığı notebook da işlətdiyi mağazada olmuş və həmin notebooku təqdim etmişdir. Təqsirləndirilən şəxs aldığı “HP” markalı notebookun cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmamış, eləcə Təqsirləndirilən şəxs də həmin notebookun özünə məxsus olmasını ona bildirmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iş yerinin dəyişilməsi ilə əlaqədar iştirak edə bilməmiş, Şahid2 Məhyəddin oğlunun məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 Məhyəddin oğlu ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs polis şöbəsinə ərizə ilə müraciət edərək, xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə işlətdiyi Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 2 saylı yaşayış binasının baş tərəfində yerləşən mağazadan 1 ədəd “HP” markalı notebooku oğurladığını bildirmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisəsinin xx.xx.2019-cu ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan , Mingəçevir şəhəri H.Əliyev küçəsi 47/2 №-li evin 9№-li mənzilində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri Günəşli bağ massivində yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Həmçinin keçirilmiş tədbirlər zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mağazadan oğurladığı “HP” markalı notebooku Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Texno” kompüter avadanlıqlarının satıldığı mağazada işləyən Fariz adlı şəxsə satmışdır. Fariz adlı şəxsə ilkin sorğu aparılarkən həqiqətən HP markalı notebooku Fərid adlı şəxsdən qəbzlə aldığını göstərmişdir. Məhkəmə, həmçinin ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında səhhəti ilə bağlı iştirak edə bilməmiş, Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid3 da Şahid2 Məhyəddin oğlu ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində cinayətin predmeti olan notebooku anasının borcun əvəzinə tanımadığı şəxsdən alması ilə bağlı istinad etdiyi dəlillər qeyr-müəyyən olduğuna görə məhkəmə istintaqında tədqiq edilmiş digər mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs özünü vicdanlı surətdə yanılmış kimi göstərsə də, iş materiallarına əlavə edilmiş sənədlərlə və şahid ifadələri ilə təqsirləndirilən şəxsin həmin dəlilləri təkzib edilmiş, həmçinin onun zərərçəkmiş şəxsə 250 manat maddi ziyan vurmaqla gizli yolla notebooku oğurlaması təsdiqini tapmışdır. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsini bütövlükdə inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspert rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Mingəçevir şəhəri Vidadi küçəsi 2 saylı yaşayış binasının yaxınlığında yerləşən Zərərçəkmiş şəxs işlətdiyi gündəlik tələbat malları mağazasında baş vermiş oğurluq hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. Həmin istintaq hərəkəti protokolla rəsmiləşdirilərək, hadisə yerinin fotoşəkilləri protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli "Götürmə və baxış keçirmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi notebook və kağız parçası götürülmüş və baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə-əmtəəşünaslıq ekspertizası “ərzaq və sənaye mallarının əmtəəşunaslıq tədqiqi” ekspertinin xx xxxx 2020-ci il tarixli 9/2319 nömrəli rəyindən görünür ki, 1 ədəd «HP» markalı, 2000-2D80SR modelli notebookun istifadədə olması nəzərə alınmaqla normal vəziyyətdə 2020-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 250 manat müəyyən edilir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(051)-48/2018 saylı hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qeyri-yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə xx.xx.2020-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 2 saylı yaşayış binasının yaxınlığında yerləşən gündəlik tələbat malları mağazasına yaxınlaşıb mağazasının dəmir materialından hazırlanmış giriş qapısının üzərində olan kilidin dəstəyindən əli ilə tutub fiziki güc tətbiq etməklə qapını açaraq saxlanc yeri hesab edilən mağazaya qanunsuz daxil olub piştaxtanın üzərində olan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 250 manat dəyərində “HP” markalı, 2000-2d80sr modelli notebooku Zərərçəkmiş şəxs 250 ( iki yüz əlli ) manat məbləğdə ziyan vurmaqla gizli olaraq talayıb oğurlamışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 177.2.3-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsiinin saksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq, binaya qanunsuz daxil olmaqla talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq əldə edib barışmasını, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, könüllü gəlib təqsirini boynuna almasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində ona vurduğu ziyanı tamamilə ödəmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan axtarışda olan şəxsin könüllü gəlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Mingəçevir ŞPŞ-nin istintaq bölməsinə könüllü gəlib özünü təqdim etmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM–in 177.2.3–cü maddəsi ilə təqsirli bilinib 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilməsinə baxmayaraq, yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinə əsasən o, hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Lakin Azərbaycan Respublikası CM–in 83–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkum olunmuş hesab edilsə də, onun azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunması, həmin Məcəllənin 18.4.4–cü maddəsinin tələbinə görə həmin məhkumluq cəza təyin edilməsi zamanı cinayətlərin residivi kimi müəyyən edilmir və nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4–cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cəzasının başlanğıcı İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bununla belə, iş üzrə maddi sübut olan və saxlanması üçün Zərərçəkmiş şəxs verilmiş 1 ədəd HP markalı 2000-2b80sr modelli notebook hökm qanuni qüvvəyə mindikdən sonra onun qanuni sahibliyində saxlanılması təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının başlanğıcı İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan və saxlanması üçün Zərərçəkmiş şəxs verilmiş 1 ədəd HP markalı 2000-2b80sr modelli notebook hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qanuni sahibliyində saxlanılması təmin edilsin. Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 60 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Məhkəmənin hakimi : Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar