Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-123/2021 22.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs xx.xx.1994-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Laçın rayonu Əhmədli kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri Şahid2 prospekti Yeni Qəsəbə 11№li evin 7 №li mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri sedilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs 02.01.2021-ci il tarixdə saat 16 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi «Vaz 21074» markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin Şahid2 prospekti ilə asfalt yolla şəhərin mərkəzi istiqamətində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib gəldiyi 55 km/saat sürətlə hərəkətini davametdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu zaman şəhərin Şahid2 prospektində yerləşən 74 saylı yaşayış binasının bərabərliyindəki asfalt yolda səkidən avtomobil yoluna çıxıb yolu sol tərəfdən sağ tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs sağ budun orta 1/3-nin sınığından sonrakı amputasiyasının əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 60 faizinin itirilməsinə səbəb olduğundan ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına Ağır zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək birdirdi ki, 02.01.2021-cı il tarixdə saat 16:00 radələrində idarə etdiyi avtomobillə şəhərin Şahid2 prospekti ilə Kür çayının üzərində yerləşən körpü istiqamətində hərəkət edirdi. Avtomobildə ondan başqa heç kim yox idi. Avtomobili təxminən 55-60 km/saat sürətlə hərəkət etdirirdi. Hərəkət edən zaman ondan arxada hərəkətdə olan X5 avtomobilinin ötmə əməliyyatı etmək istədiyini güzgüdən görüb avtomobili bir qədər sağ tərəfə çəkdi. X5 avtomobili idarə etdiyi avtomobili ötüb keçərək ondan təxminən 5-7 metr irəlidə hərəkətinə davam etdi. Qəflətən X5 avtomobilinin sağa sola hərəkət etdiyini gördü. Bu səbəbdən də qabaqda nə olduğunu görə bilmədi. Təcili yardım avtomobili sağa hərəkət edərkən qəflətən həmin avtomobilin qarşısından bir nəfər şəxsin yolun mərkəzindəki qoşa xətdən idarə etdiyi avtomobilə tərəf gəldiyini gördü. Həmin şəxsin idarə etdiyi avtomobilə tərəf iti addımlarla gəldiyini görüb tormozu basıb sükanı sola tərəf çəkdi. Lakin hadisənin qarşısını ala bilmədi. İdarə etdiyi avtomobilin qabaq sağ küncü ilə həmin şəxsi vurdu. Zərbənin təsirindən piyada yerə yıxıldı. O, avtomobili saxlayıb dərhal avtomaşından yerə düşüb həmin şəxsi avtomobilə əyləşdirib Mərkəzi Xəstəxanaya apardı. Daha sonra hadisə yerinə qayıdaraq polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etdi. Əməlindən peşimandır. Zərərçəkmiş qəxs Zərərçəkmiş şəxs iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, 02.01.2021-ci il tarixdə əmisigilin yaşadığı evdən yaşadığı evə qayıdarkən saat təxminən 16 radələrində Şahid2 prospektində yolun kənarındakı səkidən avtomobil yoluna çıxıb yolu keçmək istədi. Yolun yarı hissəsini keçib mərkəzdəki qoşa xəttə çatdı. Lakin yolu tam keçə bilmədi. Bu zaman Şahid2 prospekti ilə şəhərin mərkəzi istiqamətində hərəkətdə olan avtomobil qabaq hissəsi ilə onu vurdu. Zərbənin təsirindən o, yerə yıxıldı. Daha sonra həmin avtomobilin sürücüsü avtomobili saxlayıb onu avtomobilə əyləşdirib Mərkəzi Xəstəxanaya apardı. Bir neçə gün Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasında müalicə olunduqdan sonra müalicəni Mingəçevir şəhərində yerləşən “Regional” hospitalda davam etdirdi. Lakin sonradan mülicəni davam etdirilməsi üçün Bakı şəhərində yerləşən xəstəxanaya köçürüldü. Orada da vəziyyəi ağır olduğu üçün sağ budu kəsildi. Hazırda da müalicəni ev şəraitində davam etdirir. Təqsirləndirilən şəxs qanun daxilində cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun oğludur. 02.01.2021-ci tarixdə Emin şəhər ərazisində yaşayan əmisigilə qonaq getdi. Saat təxminən 17 radələrində qardaşı Bəhruz yaşadıqları evə gələrək ona Eminin yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bildirdi. Onlar birlikdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getdi. Xəstəxanada məlum oldu ki, Emin Şahid2 prospektində yolu keçmək istəyərkən Novruz adlı şəxs idarə etdiyi avtomobillə Emini vuraraq xəsarət yetirmişdir. Xəstəxanada olarkən Novruzun tanışı Elnur adlı şəxs ona yaxınlaşaraq Mingəçevir şəhər ərazisində yerləşən “Regional” hospitalda tanış həkimləri olduğunu Emini həmin xəstəxanaya aparıb orada əməliyyat etdirməyi təklif etdi. Elnurun təkidi ilə X2 çıxarılaraq “Regional” hospitala aparıldı. Elnur onun yanında Səid adlı həkimlə əlaqə saxladı, danışdıqdan sonra ona bildirdi ki,1400 manat pul müqabilində Emin əməliyyat olunmalıdır. O da razılaşdı. Lakin buna baxmayaraq Eminin 4 gün sonra əməliyyat olunmuşdur. Belə ki, Bakı şəhərindən dəvət olunmuş Toğrul adlı həkim əməliyyata damar həkimi ilə birlikdə girəcəyini bildirərək tək əmliyyat etməkdən imtina etmişdir. Bundan sonra Bakı şəhərindən həkim dəvət olunmuşdur. Həmin həkim əməliyyatda olarkən Səid adlı həkim ona yaxınlaşaraq əlavə olaraq 800 manat məbləğdə də pul istədi. O da qohumlarında borc olaraq pul alaraq ümumilikdə 2200 manat məbləğdə pul verdi. Lakin həmin pulun qəbzi ona verilmədi. Əməliyyatdan sonra Emin xəstəxanadan çıxarıldı. Lakin ev şəraitində müalicə alarkən Eminin səhhətində narahatlıq yarandığından Emini Bakı şəhərində yerləşən xəstəxanaya apardılar. Bakı şəhərində yerləşən xəstəxanada Eminin ayağında xəsarətin fəsadları ola biləcəyini bildirərək onu əməliyyata keçirdilər. Əməliyyat zamanı Eminin sağ budu amputasiya edilmişdir. Hazırda da Emin ev şəraitində davam etdirir. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər X3 X4 Yol Patrul Xidməti inspektoru vəzifəsində işləyir. 02.01.2021-ci il tarixdə saat 16:00 radələrində Mingəçevir şəhər X3 X4 Yol Patrul Xidməti inspektoru Şahid3lə birlikdə xidmətdə olarkən Polis Şöbəsinin növbətçi hissəsindən şəhərin Şahid2 prospektində piyadanın vurulması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat alıb hadisə yerinə getdilər. Orada məlum oldu ki, sürücü Təqsirləndirilən şəxs “Vaz 21074” markalı avtomobili Mingəçevir şəhərinin Şahid2 prospekti ilə şəhərin Mərkəzi istiqamətində hərəkət etdirərkən avtomobil yoluna çıxıb yolu soldan sağa keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurubdu. Daha sonra Təqsirləndirilən şəxs hadisə nəticəsində xəsarət almış piyadanı özünə məxsus avtomobillə Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparıbdı. Sonra hadisə yerinə gələn Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etdi və Təqsirləndirilən şəxs müayinə edilməsi üçün Mingəçevir şəhər Rayonlararası Narkoloji Dispanserə aparmışlar. Orada Təqsirləndirilən şəxs müayinə olunmuş və hadisə zamanı ayıq olduğu yəni sərxoş olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Mingəçevir şəhər PŞ DYPB-nin Yol Patrul xidməti inspektoru Şahid3 da Şahid2 ifadəsinə uyğun ifadə verdi. İşin 30-31-ci vərəqlərində olan məhkəmə-tibb ekspertizasının 53 №li 04 yanvar 2021-ci il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sağ budun orta 1/3-nin sınığından sonrakı amputasiyası qərarda göstərilən 02.01.2021-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 60 faizinin itirilməsinə səbəb olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddir. İşin 57-61-ci vərəqlərində olan məhkəmə avtotexniki ekspertizasının 8/782 №li 16 aprel 2021ci il tarixli rəyində göstərilir ki, «Vaz 21074» markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Mövcud şəraitdə hadisə yerində qalmış tormoz izinə uyğun nəqliyyat vasitəsinin hərəkət sürəti 55 km/saat olmuşdur. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 02.01.2021-ci il tarixdə saat 16 radələrində BC dərəcəli sürücülük vəsiqəsi ilə idarə etdiyi «Vaz 21074» markalı, ** XC *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin Şahid2 prospekti ilə asfalt yolla şəhərin mərkəzi istiqamətində hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib gəldiyi 55 km/saat sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq bu zaman şəhərin Şahid2 prospektində yerləşən 74 saylı yaşayış binasının bərabərliyindəki asfalt yolda səkidən avtomobil yoluna çıxıb yolu sol tərəfdən sağ tərəfə keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs sağ budun orta 1/3-nin sınığından sonrakı amputasiyasının əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 60 faizinin itirilməsinə səbəb olduğundan ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına Ağır zərər vurulmasına səbəb olmuş yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. İşin 51-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, əməlindən peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması, Cinayət Məcəlləsinin 59.1.1 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 200 manat Təqsirləndirilən şəxs alınıb dövlət bücdəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan “Vaz 21074” markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********.Hesab № AZNAZ521BAZ ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2(iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2(iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli 22.06.2021-ci il tarixdən hesablansın. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 200 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan “Vaz 21074” markalı ** XC *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməmiş qalan hissəsi üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən mülki qaydada iddia vermək hüququ izah olunsun. İş üzrə mülki iddia yoxdur. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN:**********.Hesab № AZNAZ521BAZ ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətinə Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-123/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-123/2021
22.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver