Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-123/2022 21.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Ədliyyə müşaviri X3, Şikayət vermiş və Zərərçəkmiş şəxs, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına xx.xx.2022-ci il tarixdə saat 15:30-da açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən Şahid4 məxsus “Avto Elektrik” avtomobil təmiri sexində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yanında olan bibisi oğlu Şahid2 Şahid4 oğlu Şahid1 döymüş və bu zaman sexdə olan Şahid1 qohumu Zərərçəkmiş şəxs onları ayırmaq istədikdə, onun Şahid2 vuracağını zənn edərək, Zərərçəkmiş şəxs üzərinə gedərək, yumruğu ilə onun sol üz nahiyəsindən vuraraq ona boyun nahiyəsində sıyrıq sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan, habelə sol sifətində və sol gicgah nahiyəsində hematoma, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Aşkar cinayət əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid2 onun bibisi oğludur və xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən avtomobil təmiri sexində özünə məxsus olan «VAZ 21015» markalı, **-DJ-*** d.q.n-lı avtomobilini təmir etdirən zaman Şahid2 əsəbi halda harasa getməsini gördüyünü və ondan haraya getdiyini soruşduqda, işi olduğunu deyərək, onun yanından aralaşmaq istədikdə, onun əsəbi olmasını və nəsə problem olduğunu düşünərək, onunla getdiyini, birlikdə Şahid4 işlədiyi avtomobil təmiri sexinə gəldiklərini, burada olarkən Şahid2, Şahid4 oğlu Şahid1 atasının harada olduğunu soruşmasını, bu zaman aralarında mübahisə düşməsini və Şahid2 Şahid1 döyməsini, həmin vaxt sexə daxil olan Zərərçəkmiş şəxs onlara müdaxilə etdikdə, Zərərçəkmiş şəxs onun bibisi oğlu Təqsirləndirilən şəxs vuracağını zənn edərək, onun üzərinə gəldiyini və yumruğu ilə onun sol üz nahiyyəsindən vurduğunu və onu döyməsini bildirmişdir. Daha sonra zərərçəkmiş şəxslə barışmışdır. Ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində özünə məxsus olan “Ford Tranzit” markalı, **-RV-*** d.q.n-lı avtomobilini qohumunun işlədiyi Mingəçevir şəhəri, A.Məmmədov küçəsində yerləşən avtomobil təmiri sexində təmir etdirmək üçün gətirmiş, həmin vaxt oraya Şahid2 və onun yanında olan Təqsirləndirilən şəxs gəlmiş, Şahid2 onun qohumu Şahid1 atasını soruşmasını, Şahid1 isə atasının burada olmadığını deməsini, bundan sonra Şahid2 onun qohumu Şahid1 döyməsini, onları aralamaq istədikdə isə Şahid2 yanında gələn Təqsirləndirilən şəxs onun üzərinə gələrək, yumruğu ilə onun sol üzündən vurmasını və onu döyməsini bildirmişdir. Daha sonra aşkar cinayət əməli törətmiş şəxs onunla barışmışdır. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ona görə də əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, barışdıqlarını bildirmişlər, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən Şahid4 məxsus “Avto Elektrik” avtomobil təmiri sexində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yanında olan bibisi oğlu Şahid2 Şahid4 oğlu Şahid1 döymüş və bu zaman sexdə olan Şahid1 qohumu Zərərçəkmiş şəxs onları ayırmaq istədikdə, onun Şahid2 vuracağını zənn edərək, Zərərçəkmiş şəxs üzərinə gedərək, yumruğu ilə onun sol üz nahiyəsindən vuraraq ona boyun nahiyəsində sıyrıq sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan, habelə sol sifətində və sol gicgah nahiyəsində hematoma, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid olan xəsarətlər yetirərək qəsdən sağlamlığına yüngül zərər vurması tam sübuta yetirilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 374 saylı rəyindən isə görünür ki, Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər – sağ bazuda qançır küt əşyanın (alət-lərin) təsirindən əmələ gəlmiş, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan xəsarətə aid edilir. İşə əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. İşdə olan DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, əməli törətmiş şəxslə zərərçəkmiş şəxs barışmış, zərərçəkmiş şəxsin dəymiş ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, əməli törətmiş şəxsin zərərçəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 42 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CM-in 73.2-ci, CPM-in 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 42 (qırx iki) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qərar elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-123/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-123/2022
21.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver