Məhkəmə qərarları › İş №1(051)-123/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-123/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-123/2023 26.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – X3 və onun nümayəndəsi, Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxsin müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Füzuli rayonu Horadiz kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, Füzuli rayonu Horadiz kəndində qeydiyyatda olan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün müxtəlif tanışları olduğunu və həmin tanışları vasitəsi ilə Türkiyə Respublikasından qadın paltarları və aksessuarları gətirib sataraq birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq qazanc ələdə edəcəklərini Zərərçəkmiş şəxs yalan vəd Zərərçəkmiş şəxs aldadılmasına nail olduqdan sonra 2020-ci ilin noyabr dekabr ayları ərizində yəni, Zərərçəkmiş şəxs onun adına olan UnibankKB ASC-nin Mingəçevir fililalından unitransfer pul köçürmə sistemi vasitəsi ilə xx.xx.2020-ci il tarixdə 1999,97 manat məbləğdə, Azərbaycan Beynəlxalq Bankın Mingəçevir fililalından Manat Express pul köçürmə sistemi vasitəsi ilə xx.xx.2020-ci il tarixdə 995,02 manat məbləğdə, UnibankKB ASC-nin Mingəçevir fililalından unitransfer pul köçürmə sistemi vasitəsi ilə xx.xx.2020-ci il tarixdə 3400 manat, onun adına olan 4****8945 nömrəli ******************** hesab nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 12:03-də Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən “Qədiroğlu Market”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 800 manat məbləğdə, xx.xx.2020-ci il tarixdə saat 15:51-də Mingəçevir şəhəri H.Əliyev prospekti 53 ünvanda yerləşən “Bazarstore”-də quraşdırılmış EManat elektron ödəmə sistemi terminalı vasitəsi ilə 300 manat məbləğdə, onun adına olan 4****8945 nömrəli ******************** hesab nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 14:36-da Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən “QədiroğluMarket”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 1500 manat məbləğdə, istintaqa məlum olmayan vaxtda Birbank mobil tətbiqi vasuitəsi ilə 3000 manat məbləğdə, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda 2000 manat məbləğdə ümumilikdə elektron ödəmə sistemləri və bank filiallarının pul köçürmə sistemləri vasitəsi ilə göndərdiyi 13994,99 manat mabləğdə, yəni ümumilikdə Zərərçəkmiş şəxs məxsus 13994,99 (on üç min doqquz yüz doxsan dörd manat 99 qəpik) manat məbləğdə pulunu vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs 13994,99 (on üç min doqquz yüz doxsan dörd manat 99 qəpik) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 2023-cü il tarixdə X5 ilə rəsmi nigaha daxil olub ailə qurmuşdur. 2020-ci ildə Bakı şəhəri 8-ci kilometr bazarında ayaqqabı mağazası işlətmişdir. Həmin mağazanın İnstagram səhifəsini də açmışdır. İntagram sosial şəbəkəsi vasitəsi ilə mağazada olan ayaqqabıları və diəgr əşyaları reklam etmişdir. Zərərçəkmiş şəxs Çingiz qızını da həmin vaxtlardan tanımışdır. Belə ki, Ülviyyə bir neçə dəfə instagram sosial şəbəkəsi vasitəsi ilə ayaqqabı və müxtəlif əşyaları sifariş edib pulunu ödəyərtək həmin əşyaları almışdır. Ülviyyə sonradan daimi işlədiyi mağazaya müraciət etdiyi üçün Ülviyyə ilə münasibətləri yaranmışdır. Söhbət zamanı o, Ülviyyəyə Elçin adllı tanışının qadın aksessuarları satışı ilə məşğul olduğunu həmin şəxsə 1000 manat verəcəyi halda Elçin ona hər ay 300 manat məbləğdə pulu verməyi təlif etdiyini, özü də Elçinə 3000 manat məbləğdə pul verdiyini, Elçinin ona 2 ay müddətində 1800 manat məbləğdə pul verdiyini bildirmişdir. O, Elçinlə əvvəllər işlədiyi Bakı Olimpiya stadionunda tanış olmuşdur. Elçin özünü stadiona tamet döşəyənlərin biriqadiri kimi təqdim etmişdir. Münasibətləri də həmin zamandan yaranmıdşır. Ülviyyə də onunla razılaşmışdır. Beləki, Ülviyyəninnun ona verəcəyi pulu o da Elçinə verməliymiş. Elçin isə həmin pulun hər 1000 manatı üçün 300 manat məbləğdə pul verməli pulun əsas hissəsini isə sonradan onlara qaytara biləcəyini də Ülviyyəyə demişdir. Ülviyyə də onunla razılaşmışdır. Bundan sonra 2020-ci ilin noyabr debakr ayları ərizində Ülviyyə ona təxminən 12000 manat məbləğdə pul göndərmişdir. O da həmin pulu Elçinə vermişdir. Həmçinin özünə məxsus da 11000 manat məbləğdə pulu da Elçinə vermişdir. Elçin sonradan Türkiyə Respublikasına getmiş, o da Elçinin onun aldatdığını fikirləşib telefon vasitəsi ilə Elçinlə əlaqə saxlamış, lakin, Elçinin danışığından başa düşmüş ki, Elçin onu aldadıbdır. Daha sonra o, Elçinin şəxsiyyəti barədə maraqlandıqda ona məlum olmuş ki, həmin şəxsin adı Elçin deyil Pərvizdir. Sonradan maraqlandıqda Elçin adı ilə tanıdığı Pərvizin ondan başqa digər şəxsləri də aldatdığını və bundan sonra Türkiyə Respublikasına getdiyini bilmişdir. Bundan sonra o, Ülviyyə ilə hər dəfə əlaqə saxladıqda Ülviyyəyə pulu geri qaytaracağını bildirmiş, lakin maddi imkanı pis olduğu üçün pulu ödəyə bilməmışdır. Həmçinin, o, ifadəsində Elçin adı ilə tanıdığı Pərviz adlı şəxsin barəsində hüquq mühafizə orqanlarına müraciət etmədiyini, Zərərçəkmiş şəxs ilə birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə pul alması barədə satıcısı işləmiş Ülviyyə adlı qadına məlumat vermədiyini, Elçin adı ilə tanıdığı Pərviz adlı şəxslə 2015-ci ildə Bakı Olimpiya stadionunun tikintisi zamanı tanış olduğunu, sonradan yəni 2020-ci ildə həmin şəxslə Bakı şəhəri ərazisində görüşərkən həmin şəxsin ona sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq Türkiyə Respublikasından Azərbaycan Respublikasına müxtəlif geyim aksessuarları gətirdiyini bildirdiyini, həmin şəxs özünü ona Şüvəlan qəsəbəsində yaşayan Elçin adı ilə təqdim etdiyini, lakin həmin şəxsin soyadı və ya atasının adını, eləcə də ünvanı barədə dəqiq bir məlumata malik olmadığını, sonradan maraqlandıqda həmin şəxsin barəsində digər məlumatları əldə edə bilmədiyini, Zərərçəkmiş şəxs 2020-ci ilin noyabr dekabr aylarında ona hissə-hissə 12300 manat məbləğdə pul verdiyini bildirmişdir. Sonradan zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam ödəmişdir. Məhkəmədən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin payız aylarından tanıyır. Rəşadla Ülviyyə adlı şəxsin vasitəsi ilə tanış olmuşdur. Ülviyyə adlı şəxsi də şəxsən tanımamışdır. Belə ki, onun Rəşad və ya Ülviyyə ilə şəxsi tanışlığı olmasa da “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Yəni, o, “CLASS..SHOES” İnstagram sosial şəbəkəsində mövcud olan şəkillərə baxarkən həmin şəbəkənin sahibinin ayaqqabı satışı ilə məşğul olduğunu görmüşdür. O da həmin səhifədə yazılmış nömrə ilə əlaqə saxlamış, həmin müddətdən sonra dəfələrlə ayaqqabı və digər paltarları həmin səhifədə baxıb bəyənərək almışdır. Beləki, o, pulu Təqsirləndirilən şəxs adına olan plastik kart hesabına yükləmiş, ayaqqabıları isə Rəşad poçt vasitəsi ilə göndərmişdir. O da poçta gedib ayaqabıları və digər məsulları götürmüşdür. İlk dəfələrdə o, Ülviyyə adı ilə özünü təqdim edən şəxslə əlaqə saxlamışdır. İlkin olaraq aralarında heç bir narazılıq yaranmamışdır. O, Ülviyyə ilə əlqə saxlayarkən Ülviyyəyə işləmədiyini bildirərək özünə Bakı şəhərində iş tapmağı xahiş etmişdir. Ülviyyə də onun üçün Bakı şəhərində iş olduğunu, ancaq əri üçün iş olmadığını demişdir. Sonradan o, Ülviyyəyə məxsus mobil telefon vasitəsi ilə əlqə saxlayarkən telefona Rəşad cavab vermişdir. Rəşad ona Ülviyyənin işi olduğunu demiş, danışıq zamanı Rəşad ona Ülviyyəyə işlə bağlı müraciət etdiyini soruşmuş o da təsdiq etmişdir. Rəşad da ona iş təklif edərək bu barədə Ülviyyəyə məlumat verməməyini ona demişdir. Rəşad ona bildirmişki, qohumlarının vasitəsi ilə Türkiyə Respublikasından müxtəlif paltar və aksessuarlar gətirib satacaqlar. Buna görə də ilkin olaraq öz adına bankda kart hesabı açdırmağı və Rəşada fəaliyyətə başlamaq üçün Rəşada müəyyən məbləğdə pul göndərməsini bildirmişdir. Rəşad ona bildirmiş ki, satacaqları əşyalardan əldə etdikləri pulun 80-90 faizi qacancları olacaqdır. Bunun müqabilində isə Rəşad ona həmin əldə olunmuş gəlirin 35 faizini verməliyimiş. O da Rəşada inanmışdır. Belə ki, Rəşad ona müxtəlif vədlər verərək onu inandırmışdır. Həmçinin ona demiş ki, nə qədər çox məbləğdə pul ona versələr o qədər də çox qazanc əldə edəcəkdir. Buna görə də o, Rəşada 18 noyabr 2020-ci il tarixdə ilkin olaraq 1000 manat məbləğdə pul göndərmişdir. Bundan sonra o, hissə hissə 18 moyabr 2020-ci il tarixdən 21 dekabr 2020-ci il tarixədək 14000 (on dörd min) manat məbləğdə pul göndərmişdir. İlkin ay üçün Rəşad ona 23 dekabr 2020-ci il tarixdə göndərməliymiş. Buna baxmayaraq həmin vaxt Rəşad müxtəlif bəhanələr gətirməyə başlayaraq, hər dəfə müxtəlif vədlər verərək vaxtı ötürmüşdür.. Lakin üstündən 2 ay keçdikdən sonra o, Rəşadın onu aldatdığını fikirləşərək Rəşada pulu geri qaytarmasını bildirmişdir. Həmin gündən sonra Rəşad onun telefon zənglərinə cavab verməmiş, Sosial şəbəkə səhifəsində də onu blok etdiyi üçün Rəşadla əlaqə saxlaya bilməmişdir. Bu müddət ərizində Rəşadla yalnız ***-***-**-** mobil telefon nömrəsinin VVhatsapp sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamışdır. Ötən müddət ərizində Rəşad hər dəfə yalan deyərək ona müxtəlif şifrələr göndərmiş və həmin şifrələrin ona göndərdiyi pulu götürmək üçün bankda istifadə edəcəyi şifrələr olacağını da bildirmişdir. Lakin, o, banklara gedib müraciət etməyinə baxmayaraq bank işçiləri ona pul göndərilmədiyini bildirmişlər. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs hissə hissə olmaqla 18 noyabr 2020-ci il tarixdən 21 dekabr 2020-ci il tarixədək 14000 (on dörd min) manat məbləğdə pulu elektron ödəmə aparatları vasitəsi ilə və ya Mingəçevir şəhərində yerləşən bank filialları vasitəsi ilə göndərdiyini, həmin pulu Rəşada birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etmək üçün verdiyini, lakin Rəşad ondan pulu aldıqdan sonra birlikdə hər hansı sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqlarını, Rəşada verdiyi 12000 manat məbləğdə pulun qəbzlərini təqdim edə biləcəyini, lakin 2000 manatın isə qəbzlərini təqdim edə bilməyəcəyini, Rəşada pulverməsi barədə ailə üzvlərinin məlumatı olduğunu göstərmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. O, sonra əlavə xərclər ilə bağlı məhkəməyə müraciət edəcəkdir. Məhkəmədən Təqsirləndirilən şəxs qanuna uyğun cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun övladıdır. onlar birlikdə yaşayırlar. 2020-ci ilin payız aylarında Ülviyyə sosial şəbəkələr vasitəsi ilə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Beləki, Ülviyyə bir neçə dəfə Rəşada paltar və ayaqqabı sifariş edərək almışdır. X2 birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı təklif etmiş Ülviyyə də onunla razılaşmışdır. Belə ki, aralarında olan razılığa əsasən Ülviyyənin verdiyi hər 1000 manat məbləğdə pula Rəşad 300 manat məbləğdə qazanc kimi pul verməliymiş. Bu məqsədlə də Ülviyyə 2020-ci ilin noyabr dekabr ayları ərizində Rəşada Mingəçevir şəhərindən 14000 manat məbləğdə pul göndərmişdir. Lakin, sonradan Rəşad vəd etdiyini yerinə yetirmədiyi üçün Ülviyyə Rəşaddan pulunu geri istəmişdir. Lakin, Rəşad nə vəd etdiyini yerinə yetirməmiş nədə ki, Ülviyyədən aldığı pulu geri qaytarmamışdır. Bu səbəbdən də Ülviyyə hüquq mühafizə orqanlarına müraciət etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul göndərməsini təsdiq edən qəbzlər Zərərçəkmiş şəxs götürülmüşdür. Həmin qəbzlərə baxış keçirilərkən Təqsirləndirilən şəxs adına UnibankKB ASC-nin Mingəçevir fililalından unitransfer köçürmə sistemi vasitəsi ilə xx.xx.2020-ci il tarixdə 1999,97 manat, Azərbaycan Beynəlxalq Bankın Mingəçevir fililalından Manat Express pul köçürmə sistemi vasitəsi ilə xx.xx.2020-ci il tarixdə 995,02 manat, UnibankKB ASC-nin Mingəçevir fililalından unitransfer köçürmə sistemi vasitəsi ilə xx.xx.2020-ci il tarixdə 3400 manat, Təqsirləndirilən şəxs adına olan 4****8945 nömrəli ******************** hesab nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 12:03-də Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən “QədiroğluMarket”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 800 manat məbləğdə, xx.xx.2020-ci il tarixdə saat 15:51-də Mingəçevir şəhəri H.Əliyev prospekti 53 ünvanda yerləşən “Bazarstore”-də quraşdırılmış EManat elektron ödəmə sistemi terminalı vasitəsi ilə 300 manat məbləğdə, Təqsirləndirilən şəxs adına olan 4****8945 nömrəli ******************** hesab nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 14:36da Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən “QədiroğluMarket”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 1500 manat məbləğdə, Birbank mobil tətbiqi vasuitəsi ilə 3000 manat pul göndərilməsinin qəbzlərdə öz əksni tapması müəyyən müəyyən edilmişdir. Cinayət işi materiallarında olan DİN yanında BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünün müxtəlif tanışları olduğunu və həmin tanışları vasitəsi ilə Türkiyə Respublikasından qadın paltarları və aksessuarları gətirib sataraq birlikdə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq qazanc ələdə edəcəklərini Zərərçəkmiş şəxs yalan vəd Zərərçəkmiş şəxs aldadılmasına nail olduqdan sonra 2020-ci ilin noyabr dekabr ayları ərizində yəni, Zərərçəkmiş şəxs onun adına olan UnibankKB ASC-nin Mingəçevir fililalından unitransfer pul köçürmə sistemi vasitəsi ilə xx.xx.2020-ci il tarixdə 1999,97 manat məbləğdə, Azərbaycan Beynəlxalq Bankın Mingəçevir fililalından Manat Express pul köçürmə sistemi vasitəsi ilə xx.xx.2020-ci il tarixdə 995,02 manat məbləğdə, UnibankKB ASC-nin Mingəçevir fililalından unitransfer pul köçürmə sistemi vasitəsi ilə xx.xx.2020-ci il tarixdə 3400 manat, onun adına olan 4****8945 nömrəli ******************** hesab nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 12:03-də Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən “Qədiroğlu Market”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 800 manat məbləğdə, xx.xx.2020-ci il tarixdə saat 15:51-də Mingəçevir şəhəri H.Əliyev prospekti 53 ünvanda yerləşən “Bazarstore”-də quraşdırılmış EManat elektron ödəmə sistemi terminalı vasitəsi ilə 300 manat məbləğdə, onun adına olan 4****8945 nömrəli ******************** hesab nömrəsinə xx.xx.2020-ci il tarixdə saat 14:36-da Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən “QədiroğluMarket”-də quraşdırılmış Milliön elektron ödəmə sistemi terminalı vasitəsi ilə 1500 manat məbləğdə, istintaqa məlum olmayan vaxtda Birbank mobil tətbiqi vasuitəsi ilə 3000 manat məbləğdə, dəqiq tarixi istintaqa məlum olmayan vaxtda 2000 manat məbləğdə ümumilikdə elektron ödəmə sistemləri və bank filiallarının pul köçürmə sistemləri vasitəsi ilə göndərdiyi 13994,99 manat mabləğdə, yəni ümumilikdə Zərərçəkmiş şəxs məxsus 13994,99 (on üç min doqquz yüz doxsan dörd manat 99 qəpik) manat məbləğdə pulunu vahid niyyətlə ələ keçirərək Zərərçəkmiş şəxs 13994,99 (on üç min doqquz yüz doxsan dörd manat 99 qəpik) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini belə ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməsini və səmimi peşmanlıq hissi keçirməsini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Füzuli rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 4(051)-65/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsə almanın əvvəli 21 iyul 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-123/2023 saylı, 18 avqust 2023-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 26 sentyabr 2023-cü il tarixədək 2 ay 5 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 26 sentyabr 2023-cü il tarixədək 2 ay 5 gün həbsdə və ev dustağlığında saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Füzuli rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Füzuli rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Füzuli rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia yoxdur. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM : Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar