Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-124/2020 27.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Şikayət vermiş şəxs Əzizov Natiq Möhsüm oğlu və Mingəçevir şəhər Polis Şöbəsi Təhqiqat Bölməsinin təhqiqatçısı, X3 iştirakı ilə, Şikayət vermiş şəxs Əzizov Natiq Möhsüm oğlunun Mingəçevir şəhər Polis Şöbəsi Təhqiqat Bölməsinin təhqiqatçısı, Ruzi Həsənovun cinayət işi başlanmasının rədd edilməsi haqqında xx xxxxxx 2019-cu il tarixli qərarından verilmiş şikayətə qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi : Əzizov Natiq Möhsüm oğlu Mingəçevir şəhər Polis Şöbəsi Təhqiqat Bölməsinin baş təhqiqatçısı, Vaqif Əliyevin icraatında olmuş HK-1/1683 saylı material üzrə xx xxxx 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Əzizov Natiq Möhsüm oğlu şikayət ərizəsi ilə müraciət edərək göstərmişdir ki, o, uzun illər AR Daxili İşlər Nazirliyinin müxtəlif orqanlarında zabit olaraq xidmət etmiş, hazırda xidmətdə aldığı xəsarətlə əlaqədar 3-cü qrup əlil kimi istefaya çıxmışdır. İstefada olan polis mayorudur, Xocalı şəhərindən məcburi köçkündür. Şəhid ailəsidir və 4 nəfər ailə üzvü var, övladları ali məktəb tələbələridir. Hazırda bir qrup dələduzun onu aldatmaları ucbatından xəstəliyi şiddətlənmiş və səhhəti pisləşmişdir. xx xxxxxx 2018-ci il tarixdə Ağdam rayon köçkün orta məktəbin direktoru X1 və dostu X4 ondan 3000 manat pul istəyib və 2019-cu ilin yanvar ayında qaytaracaqlarını bildiriblər. Məktəb direktoru onu inandırıb və onun etibarından süi istifadə edərək, onu aldatmağa nail olmuşdur. O, özünə məxsus bir kart hesabından 3000 manat pul çıxarıb, Nəriman Məmmədova vermiş, 2019-cu ilin yanvar ayının əvvəlində Nəriman Məmmədova zəng vurub bir kartın pulunu tam həcmdə qaytarmağı xahiş etmişdir. Daha sonra, Xəyyam Şəfiyev ona, Rusiya Federasiyasına qohumunun yanına getdiyini, ona biraz yenə pul tapıb verməsini və Rusiya Federasiyasına çatan kimi pulunu tam şəkildə göndərəcəyini bildirmişdir. O yenə Xəyyam Şəfiyevə aldanmış və 2019-cu ilin aprel ayında 800 manat pul vermiş, daha sonra bir kart hesabından 450 manat vermişdir. Bundan sonra isə, yenidən Xəyyam ona, əlavə qızıl da lazım olduğunu demişdir. O, yenidən inanıb qızıl satan tanışı Sahibdən zamin duraraq 460 manat dəyərində qızıl zinət əşyalarını Xəyyama vermişdir. X10 Federasiyasına gedib qayıtmış və yenə Nəriman Məmmədovla birlikdə onu aldadıb dələduzluq edərək, aldıqları 4710 manat pulu geri qaytarmamışdır. Nəriman Məmmədov və Xəyyam Şəfiyevin günahı ucbatından onun bir kart kredit hesabından çıxarılmış 3450 manat pulun üstünə 1300 manat bank faizi gəlmişdir. O, məcburiyyət qarşısında qalıb Mingəçevir şəhər Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir, lakin bundan sonra Nəriman Məmmədov və Xəyyam Şəfiyev onun telefon zənglərinə də cavab verməyiblər. X6 heç onun izahatını belə almadan xx.xx.2019-cu il tarixdə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. O, bu qərardan narazı olduğu üçün, qəbul edilmiş qərardan AR Baş Prokuroruna və Mingəçevir şəhər Prokurorluğuna şikayət vermişdir. Mingəçevir şəhər Prokurorluğu tərəfindən təhqiqatçı E.Şükürovun araşdırdığı HK- 1/1683 saylı material üzrə qəbul etdiyi “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarı əsassız və qanunsuz olduğundan ləğv edilmiş və material üzrə araşdırma aparılması üçün Mingəçevir şəhər Polis şöbəsinin İstintaq Bölməsinə göndərilmişdir. Lakin, Mingəçevir şəhər Polis şöbəsinə material qaytarılarkən, hansı səbəbdənsə Mingəçevir şəhər Prokurorluğunun göstərişinə əməl edilməmiş, AR Prosessual Qanunvericiliyin tələbləri ciddi pozularaq və yenidən materialın araşdırılması Mingəçevir ŞPŞ-nin Təhqiqat bölməsinə həvalə edilmişdir. Material üzrə əlavə araşdırılmanı Mingəçevir ŞPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Vaqif Əliyev tərəfindən aparılmışdır. V.Əliyev tərəfindən aparılmış araşdırma səthi, qeyri obyektiv və həqiqəti əks etdirməmişdir. Ona görə də Vaqif Əliyevin icraatında olmuş HK-1/1683 saylı material üzrə xx xxxx 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər Polis Şöbəsi Təhqiqat Bölməsinin təhqiqatçısı, X7 göstərmişdir ki, Əzizov Natiq Möhsüm oğlunun şikayəti əsasında onun tərəfindən aprılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Natiq Əzizovun X1 və X4 barəsində etdiyi şikayət mülki xarakterlidir və ona bu barədə məhkəməyə müraciət etmək hüququ olması izah olunmuşdur. Araşdırma nəticəsində X1 və X2 əməlində heç bir cinayət tərkibinin əlamətləri aşkar edilməmişdir. Onun tərəfindən bütün araşdırmalar aparılmışdır. Sonradan araşdırmanı Vaqif Əliyev də aparmasına baxmayaraq sözügedən şəxslərin əməlində CM-nin 178-ci maddəsinin tərkibinin olmadığı üçün cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında X4 göstərmişdir ki, Əzizov Natiq Möhsüm oğlunu 20 ildən artıqdır tanıyır və dostluq münasibətləri olmuşdur. xx xxxxxx 2018-ci ildə dostu Nərimanla Mingəçevir şəhərində yerləşən Görüş kafesində çörək yedikləri zaman Natiq Əzizova zəng edərək çörək yemək üçün dəvət etmişlər. Söhbət əsnasında o, pula ehtiyacı olduğunu bildirdikdə Natiq birkartında 3000 manat pulun olduğunu və kartdan pulu çıxarıb vərə biləcəyini demişdir. Natiq Əzizov M.Maqomayev küçəsində yerləşən 5+ marketin yanında yerləşən bankomatdan 3000 manat pulu çıxarıb ona vermişdir. Sonradan Kapitalbanka gedib aylıq ödənişin miqdarını öyrənmişlər. Həmin vaxt onlara 217 manat aylıq ödəniş etməli olduqları bildirilmişdir. Bunun müqabilində Natiqə 369 manat olan əməkhaqqı kartını vermişdir. Natiqə kartdan 217 manat pulu götürüb krediti ödəməsini, qalan pulu isə ona qaytarmasını xahiş etmişdir. 2019-cu ilin aprel ayında Rusiya Federasiyasına toya çağırıldığı üçün pul lazım olmuşdur. Natiq ona 450 manat dəyərində qızıl əşyası, 450 manat birkartdan çıxardığı pulu və 800 manat sələmə götürdüyü puldan vermişdir. O isə əvəzində məcburi köçkünlərə verilən çörəkpulu kartını ona vermişdir. Onlar arasında olan razılaşmaya əsasən Natiq həmin puldan sələmi, qızılın pulunu və birkarın ödənişini etməli idi. O əlavə olaraq Natiqə əmək haqqından qalaq qalıq pulla da ona olan borclarını ödəməsini xahiş etmişdir. borclarından xeyli ödəniş etməsinə baxmayaraq hesablamaları nəticəsində banka və sələmə xeyli borcu qalması ona məlum olmuşdur. Natiqə borcu yenidən hesablanmasını xahiş etmiş, Natiq isə birkartın bağlı olmasını bildirmiş və ona 2200 manat pul qaytararaq birkarta olan borcun tam bağlanmasını xahiş etmişdir. Lakin indiyə kimi Natiq Əzizov ona nə qədər borcu qalmasını bildirməmişdir. Bundan əlavə o heç vaxt Natiq Əzizovu aldatmamış və onun etibarından suiistifadə etməmişdir. Natiqdən borc pul vermiş və bunun müqabilində heç nəyə söz verməmişdir. Borclu olduğu pulu qaytarmağa hazırdır. X1 məhkəmə iclasında X2 izahatına uyğun izahat verərək göstərilən halları bir daha təstiq etmişdir. Məhkəmə təhqiqatçının, Əzizov Natiq Möhsüm oğlu, X1 və X2 izahatlarını, təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edir ki, şikayət rədd edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında göstərilir ki, Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə iş materiallarını və təqdim olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Əzizov Natiq Möhsüm oğlu Mingəçevir şəhər Polis Şöbəsi Təhqiqat Bölməsinin təhqiqatçısı, Vaqif Əliyevin HK-1/1683 saylı material üzrə xx xxxx 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarından şikayət etsə də bu halı təstiq edən sübutlar məhməmə iclasında öz əksini tapmamışdır. Belə ki, Əzizov Natiq Möhsüm oğlu, X1 və X2 izahatlarından da aydın görünür ki, X.Şəfiyevin və N.Məmmədovun niyyətləri N.Əzizovun etibarından sui-istifadə etmək və onun əmlakını əvəzsiz ələ keçirmək olmamışdır. X11 Natiq Əzizovdan aldığı borcun müqabilində öz əmək haqqı kartını və məcburi köçkünlər üçün nəzərdə tutulan çörək pulu kartını verməklə və bərcundan xeyli miqdarda ödəniş etməklə heç bir aldatma və ya etibardan sui-istifadə niyyətinin olmamasını göstərmişdir. Bundan əlavə Natiq Əzizov sözügedən pul məbləğlərini nəinsə müqabilində deyil, sadəcə dostluq münasibətlərinin olmasına görə verməsi iş materiallarında açıq-aydın görünür. İş materialları ilə X1 və X2 əməlində CM-nin 178-ci maddəsinin tərkibinin əlamətləri olması aşkar olunmamışdır. N.Əzizov isə bu halları istisna edən heç bir mötəbər sübut isə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası CPM-nin 449.3.5-ci maddəsinə görə, cinayət prosesini həyata keçirən orqanın cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi barədə qərarından məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası CPM-nin 450.6.5-ci maddəsinə görə hakim cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinin və qərarlarının qanuni və əsaslı olub-olmaması barədə bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələbləri və özünün daxili inamı əsasında qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə şikayətin rədd edilməsini məqsədə uyğun sayır. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 449.3.5 və 450-ci maddələrini rəhbər tutub qərara aldı: Əzizov Natiq Möhsüm oğlunun Mingəçevir şəhər Polis Şöbəsi Təhqiqat Bölməsinin baş təhqiqatçısı, Vaqif Əliyevin HK-1/1683 saylı material üzrə xx xxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından verdiyi şikayət rədd edilsin. Qərar elan olunduqdan sonra 3 (üç) gün müddətində qərarı qəbul etmiş məhkəmə və ya bilavasitə apellyasiya məhkəməsi vasitəsi ilə şikayət və protest verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-124/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-124/2020
27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver