Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-124/2021 13.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun müdafiəçi-Mingəçevir şəhər Vəkil bürosunun vəkil Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi X2 iştirakı ilə xx.xx.1975-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri, Kür küçəsi ev 11-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1–ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 17 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində sahilə gəlmiş 01 ədəd taxta qayıq və 2 ədəd taxta avardan istifadə edərək çaya girib hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd toru suda qurmuş və 18 yanvar 2021-ci il saat 08 radələrinədək 34 ədəd hər biri 33 manat olmaqla 1122 manat dəyərində şamayı, 1 ədəd 11 manat olmaqla 11 manat dəyərində çapaq balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1133 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 07 radələrində sahilə çıxarkən X10 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 01 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 34 ədəd şamayı və 1 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildirib ifadəsində göstərdi ki, 17 yanvar 2021-ci il tarixdə saat 18:00-da balıq tutmaq məqsədi ilə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində sahilə gələrək ona məxsus 1 ədəd taxta qayıq və 2 ədəd taxta avardan istifadə edib çaya girmiş və jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd torları suda qurub evinə qayıtmışdır. 18 yanvar 2021-ci il tarixdə, saat 07:00-da yenidən Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində sahilə gəlib, 1 ədəd taxta qayıq və 2 ədəd taxta avardan istifadə edərək çaya girib qurduğu torları yığarkən görmüş ki, çoxlu şamayı və 1 ədəd çapaq balıqları tutmuşdur. Toru tutduğu balıqlarla birlikdə qayığa yığıb sahil istiqamətində hərəkət etməyə başlamışdır. Saat 07:30-da sahilə çıxarkən X10 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları onu saxlamışlar. Sorğu zamanı polis və ekologiya əməkdaşlarına bildirmiş ki, Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsindən torla balıq tutmaq üçün balıqovlama bileti yoxdur. Polis əməkdaşları Kür çayına çıxmaq üçün istifadə etdiyi 01 ədəd taxta qayığa dəvət edilmiş hal şahidlərinin iştirakı ilə baxış keçirərkən qayığın içərisində olan 2 ədəd taxta avar, jılka adlandırılan sintetik sapdan toxunmuş hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 22x22 mm. olan 2 ədəd tor və həmin balıqovlama vasitələri ilə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsindən qanunsuz tutduğu 34 ədəd şamayı və 1 ədəd çapaq balıqlarını aşkar edərək götürmüşlər və keçirilmiş baxışın nəticəsi olaraq protokol tərtib edilmişdir. Hazırda əməlindən peşmandır. Həmin cinayəti ehtiyac üzündən, maddi vəziyyətinin aşağı olması səbəbindən törətmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi hüquqşünasıdır. Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 17 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində sahilə gəlmiş 01 ədəd taxta qayıq və 2 ədəd taxta avardan istifadə edərək çaya girib hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd toru suda qurmuş və 18 yanvar 2021-ci il saat 08 radələrinədək 34 ədəd hər biri 33 manat olmaqla 1122 manat dəyərində şamayı, 1 ədəd 11 manat olmaqla 11 manat dəyərində çapaq balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1133 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 07 radələrində sahilə çıxarkən X10 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 01 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 34 ədəd şamayı və 1 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 18 yanvar 2021-ci il tarixdə X10 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 07:30-da Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakları ilə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 2 ədəd hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş torlar, 1 ədəd çapaq və 34 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 1 ədəd çapaq və 34 ədəd şamayı balıqlarını 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 2 ədəd hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş torlar vasitəsi ilə rəsmi icazəsi olmadan Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsindən qanunsuz tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində balıq tutmağa onun rəsmi icazəsi, yəni balıqovlama bileti yoxdur və heç vaxt olmamışdır. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid4 da Şahid3 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında xidməti vəzifəsinin icrası ilə bağlı iştirak edə bilməmişdir. Bununla belə o, məhkəməyə ünvanladığı teleqramda ibtidai araşdırma zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Ona görə də məhkəmə Rəsulov Qalib Qəzənfər oğlunun məhkəmə iclasında elan edilərək tədqiq edilmiş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Rəsulov Qalib Qəzənfər oğlu da Şahid2 ifadəsinə uyğun ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 Firuddin oğlunun məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə o, məhkəməyə teleqram vuraraq, ibtidai araşdırma zamanı veridyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Ona görə də məhkəmə Şahid6 Firuddin oğlunun məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid6 Firuddin oğlu da Şahid2 ifadəsinə uyğun ifadə vermiş və onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 18 yanvar 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X10 idarəsinin Mingəçevir xətt polis əməkdaşları, habelə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Region Ekologiya və Təbii Sərvərtlər İdarəsinin nəzarət sektorunun əməkdaşlarının iştirakı ilə 18 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, 2 ədəd hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş torlar, 1 ədəd çapaq və 34 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18.01.2021ci il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə mütəxəssis arayışından görünür ki, 18 yanvar 2021-ci il tarixdə Təqsirləndirilən şəxs 34 ədədi hər biri 33 manat olmaqla 1122 manat dəyərində şamayı və 1 ədədi 11 manat dəyərində çapaq balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlarına 1133 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin materiallarında olan 18.01.2021-ci il tarixli qaimə–fakturadan görünür ki, 34 ədəd şamayı və 1 ədəd çapaq balıqları Tam Ortaqlı "xxxx" Müəssisəsinin anbardarı X3 təhvil verilmiş, balıqların cəmi dəyəri 3 manat müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin 22.01.2021-ci il tarixli, 21/17 nömrəli məktubundan görünür ki, 21.01.2021-ci il tarixə kimi Təqsirləndirilən şəxs Kür çayında balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22.02.2021-ci il tarixli 9/292 №-li ekspert rəyindən görünür ki, tədqiq edilən qanunsuz ovlanmış balıqların qiymətlərinin müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.10.1999-cu il tarixli 146 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq ehtiyatlarından istifadəyə görə ödəmələrin növləri, dərəcələri, tətbiq edilmə qaydaları və qeyri qanuni balıq ovuna cərimlərin” 10-cu bəndindən və qiymətlərindən, Məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Tədqiq edilən iki adda balıqların 18 yanvar 2021-ci tarixə Təqsirləndirilən şəxs tərəfindən Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissədə balıqları qanunsuz ovlamaqla məşğul olmasından, 18 yanvar 2021-ci il tarixə, balıq ehtiyatlarına vurulmuş maddi ziyanın məbləği 34 ədəd şamayı balığına görə 1122 manat və bir ədəd çapaq balığına görə 11 manat təşkil edir. Cinayət işinin materiallarında olan "xxxx" ASC-nin Mingecevir Branch filialının 03 may 2021-ci il tarixli 20484 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına təbiətə vurduğu 1133 manat ziyandan 100 manatını ödəmişdir. Belə olan halda, cinayət işi üzrə mülki iddianın qalıq məbləği 1033 manat hesablanmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 34 ədəd şamayı və 1 ədəd çapaq balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni 1133 manat məbləğində ziyan vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 17 yanvar 2021-ci il tarixdə saat 18 radələrində Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində sahilə gəlmiş 01 ədəd taxta qayıq və 2 ədəd taxta avardan istifadə edərək çaya girib hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd toru suda qurmuş və 18 yanvar 2021-ci il saat 08 radələrinədək 34 ədəd hər biri 33 manat olmaqla 1122 manat dəyərində şamayı, 1 ədəd 11 manat olmaqla 11 manat dəyərində çapaq balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1133 manat məbləğində ziyan vurmuş və həmin tarixdə saat 07 radələrində sahilə çıxarkən X10 İdarəsinin Mingəçevir xətt polis məntəqəsinin və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı ondan 01 ədəd taxta qayıq, 2 ədəd taxta avar, hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş 2 ədəd tor, 34 ədəd şamayı və 1 ədəd çapaq balıqları aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 256.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 256.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1–ci maddəsinə əsaslanaraq ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, cinayət nəticəsində dövlətə vurduğu 1133 manat ziyandan 100 manatını ödəməsini, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, cinayəti maddi ehtiyac üzündən törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 19.01.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-nin Mingecevir Branch filialının 03 may 2021-ci il tarixli 20484 №-li ödəniş qəbzindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 8 saylı Regioanl Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına təbiətə vurduğu 1133 manat ziyandan 100 manatını ödəmiş və cinayət işi üzrə mülki iddianın qalıq məbləği 1033 manat hesablanmışdır. Cinayət işinin materiallarında olan MKT İstehsalat Birliyi tərəfindən verilmiş 29.03.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2004-cü ildə doğulmuş Rəqsanə və 2005-ci ildə doğulmuş Məmməd adlı iki nəfər azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Kür qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəməyə cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təqsirləndirilən şəxs X12 1133 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, mülki cavabdeh X12 oğlunun iddia tələbini qəbul edib məhkəməyədək icraat zamanı100 manat ödəniş etməsini nəzərə alaraq, habelə, iş üzrə tədqiq olunmuş ekspert rəyini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.09.1999-cu il tarixli 146 saylı qərarında göstərilmiş balıq ehtiyatlarına ziyan vurulan zaman dəymiş zərərin hesablanması Qaydalarını əsas tutaraq belə nəticəyə gəlir ki, mülki iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Ona görə də məhkəmə X12 oğlunun mülki iddia üzrə 100 manat pul ödəməsini nəzərə alaraq hesab edir ki, 1033 manat məbləğində pul təqsirləndirilən şəxs X12 oğlundan tutulub Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2 və 181.2.1–ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Eləcə də, həmin Məcəllənin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cinayəti törədərkən istifadə etdiyi alət və vasitələr hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlaklar kimi müəyyən olunmuşdur. Belə ki, iş üzrə maddi sübut olan və istintaq zamanı saxlanması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 oğluna təhvil verilmiş, 2 ədəd hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, həmçinin ibtidai istintaq zamanı saxlanması üçün 18 yanvar 2021-ci il tarixdə 466530 AİÜ №-li qaimə-fakturaya əsasən Tam Ortaqlı "xxxx" Müəssisəsinin anbardarı X3 təhvil verilmiş və təhvil verilərkən 3 manat dəyərində qiymətləndirilmiş 34 ədəd şamayı və 1 ədəd çapaq balıqları dövlət nəfinə müsadirə edilməli və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəflərinə münasibətdə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 10 (on) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlunun cəzasının başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs oğlundan bilavasitə cinayət qanununda nəzərdə tutulmuş əməllə vurulmuş ziyana görə 1033 (bi min otuz üç) manat məbləğində pul alınıb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan və istintaq zamanı saxlanması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 oğluna təhvil verilmiş, 2 ədəd hər birinin uzunluğu 50 metr, eni 3 metr, gözlərinin ölçüsü 22x22 mm. olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs oğlunun cinayəti törədərkən istifadə etdiyi 1 ədəd taxta qayıq, 2 ədəd taxta avar, həmçinin ibtidai istintaq zamanı saxlanması üçün 18 yanvar 2021-ci il tarixdə 466530 AİÜ №-li qaimə-fakturaya əsasən Tam Ortaqlı "xxxx" Müəssisəsinin anbardarı X3 təhvil verilmiş və təhvil verilərkən 3 manat dəyərində qiymətləndirilmiş 34 ədəd şamayı və 1 ədəd çapaq balıqları dövlət nəfinə müsadirə edilsin və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs oğlundan ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-124/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-124/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver