Məhkəmə qərarları › İş №1(051)-124/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-124/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-124/2022 22.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Mahiq oğlu, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9 Zülfıqar qızı, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14 və Zərərçəkmiş şəxs15 təqsirləndirilən şəxsin müdafiəçisi – vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Ağdam rayon Boyəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Ağdam rayon Boyəhmədli kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhər H.Əliyev prospekti ev l/2N°-li evin, mənzil 35N-li yaşamış, barəsində Mingəçevir şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 10 iyun 2020-ci il tarixdə saat 20 radələrindən 23 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 19 №-li evin 40№-li mənzilinin eyvanının pəncərəsinə qalxıb pəncərənin üzərində qurlaşdırılmış toru əli ilə itələyib içəri saldıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən paltar dolabında olan çantanın içərisdə saxlanılan 335 (üz yüz otuz beş) manat məbləğdə pulu, 1 ədəd 490 manat dəyərində 7 qram çəkidə 585 əyyarlı üzərində 24 ədəd kiçik ölçülü qaşlar olan qızıl üzyü, 1050 manat dəyərində 15 qram çəkidə 585 əyyarlı üzərində gül forması olan qızıl üzük-sırğa dəstinin, 1 ədəd 810 manat dəyərində 9 qram çəkidə 750 əyyarlı qızıl sırğanı, 1 ədəd 210 manat dəyərində 3 qram çəkidə, 583 əyyarlı uşaq üçün qızıl qolbağını, 1 cüt 280 manat dəyərində 4 qram çəkidə 585 əyyarlı uşaq üçün qızıl sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 3175 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 03 iyul 2020ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 6A№-li evin 37№-li mənzilinin pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən paltar sandığında saxlanılan 3500 manat məbləğdə pulu və 1 ədəd 2240 manat dəyərində 32 qram çəkidə 585 əyyarlı qızıl qolbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 5740 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 09 yanvar 2021-ci il tarixdə saat 19 radələrindən 21 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs3 yaşadığı Mingəçevir şəhəri D.Əliyeva küçəsi 1№-li evin 4№-li mənzilinin qonaq otağının pəncərəsinə boru vasitəsi ilə qalxıb həmin pəncərəni əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən paltar dolabında asılı vəziyyətdə olan pencəyin ciblərindən 7000 ABŞ dollarını qed olunan valyutanın 2021-ci ilin yanvar ayına olan azərbaycan məzənnəsi nəzərə alınmaqla 11900 manat məbləğdə pulu və 280 manat dəyərində 4 qram çəkidə 583 əyyarlı damcı formalı brilliantdan olan qaşa malik 1 ədəd badamvari üzük və 1 cüt sırğadan ibarət qızıl dəstinin gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 12180 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 05 iyul 2021ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 4A№-li evin 36№-li mənzilinin pəncərəsindən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən kiçik ölçülü masanın üzərindəki çantada saxlanılan 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı qızıl boyunbağını, 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı qızıl qolbağını, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı “Mismak” markalı qızıl qolbağı, 1 ədəd 640 manat dəyərində 8 qram çəkidə 585 əyyarlı qızıl üzüyü, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı brilliant qaşlı qızıl üzüyü,1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı qızıl kişi üzüyünü, 1 ədəd 160 manat dəyərində 2 qram çəkidə 585 əyyarlı qızıl klonu, 1 ədəd 80 manat dəyərində 1 qram çəkidə 583 əyyarlı qızıl göz muncuğunu, 1 ədəd 250 manat dəyərində 2,5 qram çəkidə 750 əyyarlı qızıl qadın üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 3050 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 20 iyul 2021ci il tarixdə saat 21 radələrindən 23 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs5 yaşadığı Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 6 №-li evin 41№-li mənzilinə həmin binanın birinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin üzərinə quraşdırılmış dəmir barmaqlıqlardan tutaraq 2-ci mərtəbəki kondisionerin mühərrikinin üzərinə qalxıb mənzilin pəncərəsini əli ilə itələyib açaraq həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub otaqdakı oturacaq stulun üzərində olan göy rəngli qadın çantasının içərisindən 2000 manat məbləğdə nəğd pulu, 1 ədəd 2400 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl tros boyunbağını, 1 ədəd 2000 manat dəyərində 25 qram çəkidə, 585 əyyarlı naxışlı qızıl boyunbağını, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə 583 əyyarlı qızıl boyunbağını, 1 ədəd 1760 manat dəyərində 22 qram çəkidə 583 əyyarlı yolka formalı qızıl qolbağını, 800 manat dəyərində 1 cüt 10 qram çəkidə 583 əyyarlı yaşıl damla formalı qaşlı briliant sırğanı, 1200 manat dəyərində 1 cüt 12 qram çəkidə 750 əyyarlı qızıl sırğanı, 1 ədəd 600 manat dəyərində 6 qram çəkidə 750 əyyarlı briliant qaşlı qızıl nişan üzüyünü, 1 ədəd 720 manat dəyərində 9 qram çəkidə 583 əyarlı yantar formalı qızıl üzüyü, 1 ədəd 600 manat dəyərində 6 qram çəkidə 750 əyyarlı briliant qaşlı qızıl üzüyü, 1 ədəd 640 manat dəyərində 8 qram çəkidə 583 əyyarlı üstü qaşlı qızıl üzüyü, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 583 əyyarlı paxlava formalı yaşıl qaşlı qızıl üzüyü, 1 ədəd 720 manat dəyərində 9 qram çəkidə 583 əyyarlı tək qaş qızıl üzüyü, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 583 əyyarlı, musiqi notu formasında üzüyü, 1 ədəd 640 manat dəyərində 8 qram çəkidə 583 əyyarlı, bir tərəfi kəpənək digər tərəfi isə toppuz formasında olan qızıl üzüyü, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə 583 əyyarlı qırmızı qaşlı qızıl üzüyü, 1 ədəd 60 manat dəyərində 4 qram çəkidə gümüş üzüyü, 1 ədədinin qiyməti 8 manat olmaqla 2 ədəd 16 manat dəyərində büjiteriyanın sadə qolbağını, 1 dəst 12 manat dəyərində bujiteriya olmaqla ümumi dəyəri 14.328 (on dörd min üç yüz iyirmi səkkiz) manat olan qızıl-zinət əşyalarını və həmin otaqda olan stolun üzərindəki qara rəngli əl çantasının içərisindən 18 manat məbləğdə nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 16.346 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 13 sentyabr 2021-ci il tarixdə saat 20 radələrindən 22 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs6 yaşadığı Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 5№-li evin 2№-li mənzilinin eyvanının pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən paltar dolabındakı mücrünün içərisində saxlanılan 1 ədəd 1000 manat dəyərində 10 qram çəkidə 750 əyyarlı qızıl qolbağı, 1 ədəd 1760 manat dəyərində 22 qram çəkidə 583 əyyarlı qızıl boyunağını, 1 ədəd üzərində 400 manat dəyərində 5 qram çəkidə 583 əyyarlı üzərində 3 ədəd brilliant qaşlı qızıl üzüyü, 1 ədəd 400 manat 5 qram çəkidə 583 əyyarlı paxlava formalı brilliant qaşlı qızıl üzüyü, 1 ədəd 50 manat dəyərində 10 qram çəkidə gümüş üzüyünü, 1 ədəd 50 manat dəyərində svarovski qaşlı büjiteriyanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 3660 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 11 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 5№-li evin 2№-li mənzilinin eyvanının pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin dəhlizində yerləşən dolabın rəfindəki qabın içərisində saxlanılan 1 ədəd 1500 manat dəyərində 21,5 qram çəkidə qara dəri kəmərli “Jeneva” markalı qızıl saatı, 1 ədəd 650 manat dəyərində 750 əyyarlı ikisi sarı, biri ağ şəkildə üçlük top halında olan qızıl üzüyü, 1 ədəd 960 manat dəyərində 12 qram çəkidə 583 əyyarlı keçmə qızıl klonu, 1 ədəd 800 manat dəyərində 8 qram çəkidə 750 əyyarlı ağ-sarı qızıl üzüyü, 1 ədəd 160 manat dəyərində 2 qram çəkidə 583 əyyarlı uşaq üçün qızıl üzüyü, 1 ədəd 700 manat dəyərində 7 qram çəkidə 750 əyyarlı brilliant qaşlı qızıl üzüyü, 2 ədəd 480 manat dəyərində hər biri 3 qram çəkidə 583 əyyarlı nal formalı qızıl klonu, 1 cüt 200 manat dəyərində 2,5 qram çəkidə 583 əyarlı qızıl sırğanı olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 5450 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 23 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs8 yaşadığı Mingəçevir şəhəri M.Füzuli küçəsi 84/17№-li evin 4№-li mənzilinin eyvanının pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən dolabın rəfindəki örtüklərin arasında saxlanılan 1000 manat dəyərində 12,5 qram çəkidə 585 əyyarlı 1 ədəd qızıl üzük və 2 ədəd sırğadan ibarət olan qızıl dəstini, 1 ədəd 200 manat dəyərində 2,5 qram çəkidə, 585 əyyarlı klonsuz qızıl boyunbağnı, 1 ədəd 1160 manat dəyərində 14,5 qram çəkidə, 585 əyyarlı, üzəri sadə qaşlarla bəzədilmiş qızıl qolbağı, 1 ədəd 240 manat dəyərində, 3 qram çəkidə 585 əyyarlı, adi qaşlı qızıl üzüyü, 1 cüt 560 manat dəyərində 7 qram çəkidə, 585 əyyarlı, hər birinin üzəri 1 ədəd briliant qaşlarla bəzədilmiş qızıl sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 3160 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 07 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs9 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 4B№-li evin 5№-li mənzilinin eyvanına binaya bərkidilmiş boru vasitəsi ilə qalxıb eyvanın plastik pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin mətbəxində yerləşən dolabın rəfindəki qabın içərisində saxlanılan 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı qızıl üzüyü, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı qızıl üzüyü, 2 cüt 320 manat dəyərində hər biri 2 qram çəkidə olan qızıl sırğaları, 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə, 585 əyyarlı qızıl boyunbağını, həmin boyunbağının üzərində olan 1 ədəd 120 manat dəyərində 1,5 qram çəkidə, 585 əyyarlı yarpaq formalı qızıl klonu, 80 Gürüstan larisini qeyd olunan valyutanın 2021ci ilin noyabr ayına olan məzənnəsi nəzərə alınmaqla 43,12 manat məbləğdə, mənzilin yataq otağındakı dolabın rəfindəki çantanın içərisində saxlaınlan 200 ABŞ dollarını qeyd olunan valyutanın 2021-ci ilin noyabr ayına olan məzənnəsi nəzərə alınmaqla 340 manat məbləğdə və 1000 Türkiyə lirəsini qeyd olunan valyutanın 2021-ci ilin noyabr ayına olan məzənnəsi nəzərə alınmaqla 178 manat məbləğdə pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 1961,12 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 27 noyabr 2021-ci il tarixdə saat 16 radələrindən 22 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs10 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 7№-li evin 59№-li mənzilinin eyvanının açıq vəziyyətdə olan pəncərəsindən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən dolabın rəfindəki şüşə balonda saxlanılan 2000 manat məbləğdə və həmin dolabın rəfində olan çantanın içərisində saxlanılan 4300 manat məbləğdə pulu, həmçinin çantanın içərisində saxlanılan 4 ədəd 6400 manat dəyərində hər birinin çəkisi təxminən 20 qram olan 585 əyarlı qızıl boyunbağıları, 5 ədəd 2500 manat dəyərində hər birinin çəkisi 5 qram olan 750 əyyarlı briliant qaşlı qızıl üzükləri, 1 ədəd 400 manat dəyərində 5 qram çəkidə 583 əyyarlı tək brilliant qaşı olan qızıl üzüyü 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə 583 əyyarlı sadə qızıl üzüyü, 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı sadə qızıl üzüyü, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə 585 əyyarlı üzərində kiçik ölçülü qaşları olan qızıl üzüyü,1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı qızıl qolbağını, 1 ədəd 160 manat dəyərində 2 qram çəkidə 585 əyyarlı qızıl klonu, 1 ədəd 80 manat dəyərində 1 qram çəkidə 585 əyyarlı qızıl klonu, 480 manat dəyərində 4 ədəd ümumilikdə 6 qram çəkidə 585 əyyarlı qızıl dişləri, 1 ədəd 560 manat dəyərində 7 qram çəkidə 585 əyyarlı üzərinə “Məhəmməd” sözləri yazılmış qızıl lövhəni, 1 ədəd 560 manat dəyərində 7 qram çəkidə 585 əyyarlı üzərinə “İbrahim” sözləri yazılmış qızıl lövhəni, 1 ədəd 500 manat dəyərində 5 qram çəkidə 585 əyyarlı 5lik qızıl klonu, 1 cüt 240 manat dəyərində 3 qram çəkidə 583 əyyarlı “meduza” adlanan qızıl sırğa dəstini, 1 ədəd 1 qram 80 manat dəyərində 1 qram çəkidə 585 əyyarlı “S” formalı qızıl klonu, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə üzərində 585 əyyarlı üzərinə “ÜMİ” yazılan qızıl klonu, 1 ədəd 80 manat dəyərində 1 qram çəkidə 585 əyyarlı üçbucaq formalı qızıl klonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 20020 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 10 dekabr 2021-ci il tarixdə saat 20 radələrindən 22 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs11 yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 30№-li evin 4№-li mənzilinin mətbəxinin pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin qonaq otağında yerləşən dolabın rəfindəki qabın içərisində saxlanılan 1100 manat dəyərində 11 qram çəkidə 750 əyyarlı “Pandorra” markalı 1 cüt sırğa və 1 üzükdən ibarət qızıl dəstini, 1 cüt 400 manat dəyərində 5 qram çəkidə 585 əyyarlı qızıl sırğanı, 3 ədəd 840 manat dəyərində 3-4 qram arasında çəkidə 585 əyyarlı qızıl boyunbağıları, 3 ədəd 480 manat dəyərində hər biri 2 qram çəkidə 585 əyyarlı qızıl klonları, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə 585 əyyarlı üzərində göy rəngli qaşı olan qızıl üzüyü, 1 ədəd 50 manat dəyərində 10 qram çəkidə olan gümüş bəzək əşyası gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 ümumilikdə 3190 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 31 dekabr 2021-ci il tarixdə saat 19 radələrində 00 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs12 yaşadığı Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 3/1№-li evin 4№-li mənzilinin eyvanına binaya bərkidilmiş boru vasitəsi ilə qalxıb eyvanın plastik pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin uşaq otağında yerləşən dolabın rəfində və həmin otaqda yerləşən divanın alt hissəsində saxlanılan 1 ədəd 2400 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı “tros” formalı qızıl boyunbağını, 1 ədəd 800 manat 10 qram çəkidə 583 əyyarlı qızıl klonu, 3 cüt 1440 manat dəyərində hər bir cütü 6 qram çəkidə 583 əyyarlı qızıl sırğaları, 1600 manat dəyərində 20 qram çəkidə 583 əyyarlı tək brilliant qaşlı qızıl üzük sırğa dəstini, 4 ədəd 1600 manat dəyərində hər biri 5 qram çəkidə 583 əyyarlı qızıl boyunbağıları, 1 ədəd 400 manat dəyərində 5 qram çəkidə 583 əyyarlı qızıl boyunbağını, 2 ədəd hər biri 550 manat dəyərində olan hər biri 15 qram çəkidə qızıl saatları, 2 ədəd 20 manat dəyərində hər biri 2 qram çəkidə gümüş qolbağları, 3 ədəd 480 manat dəyərində hər biri 2 qram çəkidə olan 583 əyyarlı qızıl qolbağları, 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə 583 əyyarlı ürək formalı qızıl klonu, 1 ədəd 455 manat dəyərində 7 qram çəkidə 583 əyyarlı, romb formalı qızıl klonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 ümumilikdə 10535 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 18 yanvar 2022-ci il tarixdə saat 18 radələrindən 21 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs13 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 23/1№-li evin 15№-li mənzilinin mətbəxinin pəncərəsinə binaya bərkidilmiş boru vasitəsi ilə qalxıb mətbəxin plastik pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin otağında yerləşən dolabın rəfində saxlanılan 520 manat dəyərində 6,5 qram çəkidə 585 əyyarlı qızıl üzük sırğa dəstini, 1 cüt 240 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı qızıl sırğanı, 1 ədəd 520 manat dəyərində 6,5 qram çəkidə 583 əyyarlı qızıl boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 1280 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 20 mart 2022-ci il tarixdə saat 18 radələrindən 22 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs14 yaşadığı Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4/1№-li evin 77№-li mənzilinin otağının plastik pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin otağında yerləşən dolabda saxlanılan paltonun cibindən 1300 manat məbləğdə pulu və mənzildəki digər rəfdə olan şüşə qabın içərisində saxlanılan 1 ədəd 400 manat dəyərində 5 qram çəkidə 585 əyyarlı çəhrayı rəngli sadə qaşı olan qızıl üzüyü, 1 ədəd 880 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı klonsuz qızıl boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs14 ümumilikdə 2580 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 29 mart 2022-ci il tarixdə saat 20 radələrindən 23 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs15 yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1№-li evin 58№-li mənzilinin mətbəxinin pəncərəsinə binaya bərkidilmiş boru vasitəsi ilə qalxıb mətbəxin plastik pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən dolabın rəfində saxlanılan çantanın içərisində saxlanılan 500 manat, həmin dolabda olan paltarın cibindən 50 manat məbləğdə pulu, dolabın rəflərində saxlanılan 1 ədəd 2000 manat dəyərində 25 qram çəkidə 583 əyyarlı zəncir formalı qızıl boyunbağını, 1 ədəd 640 manat dəyərində 8 qram çəkidə 583 əyyarlı qızıl üzüyü, 1 ədəd 560 manat dəyərində 7 qram çəkidə 583 əyyarlı qızıl boyunbağını, 1 ədəd 560 manat dəyərində 7 qram çəkidə 583 əyyarlı qızıl nişan üzüyünün gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 ümumilikdə 4310 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, 20 iyul 2021-ci il tarixdə saat 21 radələrindən 23 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs5 yaşadığı Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 6 JNa-li evin 41 JSTs-li mənzilinə həmin binanın birinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin üzərinə quraşdırılmış dəmir barmaqlıqlardan tutaraq 2-ci mərtəbəki kondisionerin mühərrikinin üzərinə qalxıb mənzilin pəncərəsini əli ilə itələyib açaraq həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub otaqdakı oturacaq stulun üzərində olan göy rəngli qadın çantasının içərisindən 2000 manat məbləğdə nəğd pulu, 1 ədəd 2400 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl tros boyunbağını, 1 ədəd 2000 manat dəyərində 25 qram çəkidə, 585 əyyarlı naxışlı qızıl boyunbağını, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə 583 əyyarlı qızıl boyunbağını, 1 ədəd 1760 manat dəyərində 22 qram çəkidə 583 əyyarlı yolka formalı qızıl qolbağını, 800 manat dəyərində 1 cüt 10 qram çəkidə 583 əyyarlı yaşıl damla formalı qaşlı briliant sırğanı, 1200 manat dəyərində 1 cüt 12 qram çəkidə 750 əyyarlı qızıl sırğanı, 1 ədəd 600 manat dəyərində 6 qram çəkidə 750 əyyarlı briliant qaşlı qızıl nişan üzüyünü, 1 ədəd 720 manat dəyərində 9 qram çəkidə 583 əyarlı yantar formalı qızıl üzüyü, 1 ədəd 600 manat dəyərində 6 qram çəkidə 750 əyyarlı briliant qaşlı qızıl üzüyü, 1 ədəd 640 manat dəyərində 8 qram çəkidə 583 əyyarlıüstü qaşlı qızıl üzüyü, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 583 əyyarlı paxlava formalı yaşıl qaşlı qızıl üzüyü, 1 ədəd 720 manat dəyərində 9 qram çəkidə 583 əyyarlı tək qaş qızıl üzüyü, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 583 əyyarlı, musiqi notu formasında üzüyü, 1 ədəd 640 manat dəyərində 8 qram çəkidə 583 əyyarlı, bir tərəfi kəpənək digər tərəfi isə toppuz formasında olan qızıl üzüyü, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə 583 əyyarlı qırmızı qaşlı qızıl üzüyü, 1 ədəd 60 manat dəyərində 4 qram çəkidə gümüş üzüyü, 1 ədədinin qiyməti 8 manat olmaqla 2 ədəd 16 manat dəyərində büjiteriyanm sadə qolbağını, 1 dəst 12 manat dəyərində bujiteriya olmaqla ümumi dəyəri 14.328 (on dörd min üç yüz iyirmi səkkiz) manat olan qızıl-zinət əşyalarını və həmin otaqda olan stolun üzərindəki qara rəngli əl çantasının içərisindən 18 manat məbləğdə nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 16.346 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Daha sonra 07 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs9 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 4BN2-1İ evin 5JV2-1İ mənzilinin eyvanına binaya bərkidilmiş boru vasitəsi ilə qalxıb eyvanın plastik pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin mətbəxində yerləşən dolabın rəfındəki qabın içərisində saxlanılan 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı qızıl üzüyü, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı qızıl üzüyü, 2 cüt 320 manat dəyərində hər biri 2 qram çəkidə olan qızıl sırğaları, 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə, 585 əyyarlı qızıl boyunbağını, həmin boyunbağının üzərində olan 1 ədəd 120 manat dəyərində 1,5 qram çəkidə, 585 əyyarlı yarpaq formalı qızıl klonu, 80 Gürüstan larisini qeyd olunan valyutanın 2021-ci ilin noyabr ayına olan məzənnəsi nəzərə alınmaqla 43,12 manat məbləğdə, mənzilin yataq otağındakı dolabın rəfındəki çantanın içərisində saxlaınlan 200 ABŞ dollarını qeyd olunan valyutanın 2021-ci ilin noyabr ayına olan məzənnəsi nəzərə alınmaqla 340 manat məbləğdə və 1000 Türkiyə lirəsini qeyd olunan valyutanın 2021-ci ilin noyabr ayına olan məzənnəsi nəzərə alınmaqla 178 manat məbləğdə pulu gizli olaraq talayıb zərərçəkmişşəxs Zərərçəkmiş şəxs9 ümumilikdə 1961,12 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 27 noyabr 2021-ci il tarixdə saat 16 radələrindən 22 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs10 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 7N°-li evin 59N°-li mənzilinin eyvanının açıq vəziyyətdə olan pəncərəsindən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən dolabın rəfındəki şüşə balonda saxlanılan 2000 manat məbləğdə və həmin dolabın rəfində olan çantanın içərisində saxlanılan 4300 manat məbləğdə pulu, həmçinin çantanın içərisində saxlanılan 4 ədəd 6400 manat dəyərində hər birinin çəkisi təxminən 20 qram olan 585 əyarlı qızıl boyun bağıları, 5 ədəd 2500 manat dəyərində hər birinin çəkisi 5 qram olan 750 əyyarlı briliant qaşlı qızıl üzükləri, 1 ədəd 400 manat dəyərində 5 qram çəkidə 583 əyyarlı tək brilliant qaşı olan qızıl üzüyü 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə 583 əyyarlı sadə qızıl üzüyü, 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı sadə qızıl üzüyü, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə 585 əyyarlı üzərində kiçik ölçülü qaşları olan qızıl üzüyü, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı qızıl qolbağını, 1 ədəd 160 manat dəyərində 2 qram çəkidə 585 əyyarlı qızıl klonu, 1 ədəd 80 manat dəyərində 1 qram çəkidə 585 əyyarlı qızıl klonu, 480 manat dəyərində 4 ədəd ümumilikdə 6 qram çəkidə 585 əyyarlı qızıl dişləri, 1 ədəd 560 manat dəyərində 7 qram çəkidə 585 əyyarlı üzərinə “Məhəmməd” sözləri yazılmış qızıl lövhəni, 1 ədəd 560 manat dəyərində 7 qram çəkidə 585 əyyarlı üzərinə “İbrahim” sözləri yazılmış qızıl lövhəni, 1 ədəd 500 manat dəyərində 5 qram çəkidə 585 əyyarlı 5-lik qızıl klonu, 1 cüt 240 manat dəyərində 3 qram çəkidə 583 əyyarlı “meduza” adlanan qızıl sırğa dəstini, 1 ədəd 1 qram 80 manat dəyərində 1 qram çəkidə 585 əyyarlı “S” formalı qızıl klonu, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə üzərində 585 əyyarlı üzərinə “ÜMİ” yazılan qızıl klonu, 1 ədəd 80 manat dəyərində 1 qram çəkidə 585 əyyarlı üçbucaq formalı qızıl klonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 20020 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. 23 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs8 yaşadığı Mingəçevir şəhəri M.Füzuli küçəsi 84/17N°-li evin 4N°-li mənzilinin eyvanının pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən dolabın rəfındəki örtüklərin arasında saxlanılan 1000 manat dəyərində 12,5 qram çəkidə 585 əyyarlı 1 ədəd qızıl üzük və 2 ədəd sırğadan ibarət olan qızıl dəstini, 1 ədəd 200 manat dəyərində 2,5 qram çəkidə, 585 əyyarlı klonsuz qızıl boyunbağnı, 1 ədəd 1160 manat dəyərində 14,5 qram çəkidə, 585 əyyarlı, üzəri sadə qaşlarla bəzədilmiş qızıl qolbağı, 1 ədəd 240 manat dəyərində, 3 qram çəkidə 585 əyyarlı, adi qaşlı qızıl üzüyü, 1 cüt 560 manat dəyərində 7 qram çəkidə, 585 əyyarlı, hər birinin üzəri 1 ədəd briliant qaşlarla bəzədilmiş qızıl sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 3160 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Başqa əməllərə onun adiyyatı yoxdur. Zərərçəkmiş şəxs1 Çngiz oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, göstərilən ünvanda arvadı və iki övladı ilə birlikdə yaşayır. Özü Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən mağazada tikinti materiallarının satışı ilə məşğul olur. Hər gün saat 09 radələrində evdən işə gedib saat 22 radələrində evə qayıdır. xx.xx.2020-ci il tarixdə saat 22:30-da o, yaşadığı binanın qarşısına çatdıqda arvadının və övladlarının binanın qarşısında olduğunu görmüşdür. Daha sonra onlar birlikdə yaşadıqları mənzilə qalxmışlar. Mənzilə birinci arvadı X2 daxil olmuşdur. Pərvanə mənzilin mətbəxində yerləşən pəncərənin torunun döşəmədə olduğunu görüb mənzildən oğurluq edildiyini ona demişdir. Lakin, o, yaşadıqları mənzilə kimsənin daxil olaraq oğurluq etməyəcəyini bildirmişdir. Daha sonra arvadı Pərvanə mənzilin yataq otağına keçmiş əşyalara nəzər yetirdikdə yataq otağındakı şkafda olan çantanın içərisindəki qızıl-zinət əşyalarının və 335 manat pulun yerində olmadığını oğurlandığını görmüşdür. Bundan sonra Mingəçevir şəhər polis şöbəsinə gedərək yaşadığı mənzildən oğurluq edilməsi barədə ərizə ilə müraciət etmişdir. Həmçinin o, ifadəsində yaşadığı mənzildən 3 ədəd 100 manatlıq, bir ədəd 20 manatlıq, bir ədəd 10 manatlıq və bir ədəd 5 manatlıq əskinaslardan ibarət olmaqla 335 manat məbləğdə pul, bir ədəd 2007-ci ildə 400 manata alınmış, 585 əyyarlı, üzərində 24 ədəd kiçik ölçülü qaşlar olan qadın nişan üzüyü, bir ədəd üzərində gül forması olan 585 əyyarlı, üzük-sırğa dəsti, bir cüt halqa formalı, 750 əyyarlı qızıl sırğa, bir ədəd uşaq üçün qızıl qolbağı, bir cüt uşaq üçün qızıl sırğa oğurlandığını bildirmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, övladı X10 ilə birlikdə 2017-ci ildən Mingəçevir şəhəri 20 Yanvar küçəsi 6A№-li evin 37№-li mənzilində yaşayırlar. Övladı Elsəvər subaydır. Elsəvər 2017-ci ildən işləmək üçün Rusiya Federasiyasına gedib bir müddət qalıb yenidən geri qayıdır. Elsəvər sonuncu dəfə 2019-cu ilin avqust ayında Rusiya Federasiyasından geri qayıtmış, həmin zaman Elsəvər özü ilə 3500 manat pul gətirmişdir. Lakin, daha sonra oğlu urək əməliyyatı oldğu üçün Rusiya Federasiyasına geri qayıtmamışdır. Özü günün çox hissəsini yaşadığı mənzildə keçirir. Axşam saatlarında isə binanın qarşısına çıxıb qonşularla binanın qarşısında təxminən 1 saat oturub söhbət etdikdən sonra yenidən yaşadığı mənzilə geri qayıdır. Elsəvər isə ürək xəstəsi olduğu üçün hər gün axşam saatlarında Mingəçevir şəhəri Kür çayı sahilində gəzmək üçün gedir. 03 iyul 2020-ci il tarixdə hər gün olduğu kim o, övladı Elsəvəri Kür çayı sahilində gəzmək üçün yola saldıqdan sonra saat təminən 21 radələrində mənzilin qapısını açarla bağlayıb mənzildən çıxaraq binanın qarşısına qonşularla oturub söhbətləşmək üçün düşmüşdür. Binanın qarşısında təxminən 40 dəqiqə oturduqdan sonra o, yaşadığı mənzilə qalxmış, açarla mənzilin qapısını açmaq istədikdə mənzilin qapısının daxilindən kilidləndiyini görmüşdür.O, dərhal blokdan çıxıb binanın arxasına keçən zaman mənzilin qonaq otağına açılan pəncərənin açıq olduğunu görmüşdür. Mənzildən çıxarkən bütün pəncərələri bağladığından mənzilə oğruların daxil olduğunu anlamışdır. Bundan sonra o, övladı Elsəvərə zəng edərək yaşadıqları mənzilə oğruların daxil olduğunu bildirmişdir.Təxminən 20 dəqiqə sonra Elsevər də yaşadıqları binanın qarşısına gəlmiş, mənzilin pəncərəsindən daxil olub mənzilin daxilindən evin qapısını açmışdır. Daha sonra o, Mingəçevir şəhər Polis şöbəsinə zəng edərək məlumat vermiş, hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə mənzilə baxış keçirdikdən sonra o, mənzilin yataq otağında olan sandıqdan ona məxsus 3500 manat məbləğdə pulun, bir ədəd 585 əyarlı 32 qram olan zəncirvarı formalı qızıl qolbağının oğurlanmasını bilmişdir. Həmçinin bildirmişdir ki, mənzildə daha çox yataq otağı dağıdılmış, digər otaqları dağıdılmamış mənzildən digər əşyalar oğurlanmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 2014-cü ilin noyabr ayından etibarən arvadı Zülfiyyə Yusibova və övladları ilə birlikdə qeyd olunan ünvanda kirayədə yaşayırlar. Uzun illərdir ki, pul yığıb torpaq sahəsi alaraq ev tikdirməyə çalışır. Belə ki, 2020-ci ilin sentyabr ayında o, topladığı puldan 10 000 min manatına «OPEL ASTRA» markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili bir müddət idarə edərək 2020ci ilin dekabr ayında 10300 manata Bərdə rayonunda sataraq əldə etdyi pulu isə müxtəlif banklarda ABŞ dollarına dəyişdirib yaşadığı mənzilə aparmışdır. Bu minvalla 7000 ABŞ dolları məbləğində pulu iki yerə ayırmaqla bir hissəsini ağ rəngli zərfə və bir hissəsini isə rezinlə bağlayıb paltar dolabındakı dama-dama qış pencəyininin sağ iç cibinə qoymuşdur. Həmin yerdə həmçinin arvadına aid 4 qram çəkidə, damcı formalı qaşa malik, brilliantdan olan, 583 əyarlı, 1 ədəd badamvari üzük və 1 cüt sırğadan ibarət rus qızılından olan komplekti sellofan torbanın içərisində həmin pulun yanına qoymuşdur. Pencəyinin sol iç cibində isə 60 manat nağd pul olmuşdur. Onlar mütəmadi olaraq arvadı ilə birlikdə həmin qızıl əşyalarını və pulu yoxlamışlar, son olaraq 2 gün öncə pulları və qızılları yoxlamışlar, hamısı yerində olmuşdur. 09 yanvar 2021-ci il tarixdə o, arvadı və uşaqlarını qaynatası Vəli Vəliyevin yaşadığı ünvan 2 ünvanına aparmaq üçün saat 17 radələrində mənzili tərk etmişdir. Ailə üzvlərini qayınatasına məxsus avtomobillə qeyd etdiyi ünvana düşürb yaşadığı mənzilə qayıdaraq soyuducunu və sair avadanlıqları yoxlayandan sonra saat 18:20 radələrində evdən çıxıb işlədiyi təmir sexinə getmişdir. Saat təxminən 20:50 radələrində evə qayıtmışdır. Mənzilin qapısını açarla açıb içəri daxil olduqda qonaq otağında olan plastik pəncərinin açıq olmasını görmüşdür. Daha sonra isə pul və qızılın olduğu pencəyini asdığı paltar dolabının qapısının aralı olmasını görmüş, əvvəlcə pul və qızıl olan pencəyinə baxanda 7000 ABŞ dolları, 1 cüt sırğa və üzüyün yerində olmadığını görmüşdür. 60 manat isə öz yerində olmuşdur. Daha sonra mənzili nəzərdə keçirəndə səliqə-səhmanın pozulmadığını görmüşdür. Dərhal istifadəsində olan mobil telefon nömrəsindən DİN-nin «102 xidməti» nə zəng edib oğurluq barədə məlumat vermişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, qaynanası X7, həyat yoldaşı Nadir Şamiyev, qızı X12 və oğlu X13 ilə birlikdə yaşayırlar. Yaşadıqları mənzil binanın birinci mərtəbəsində yerləşir və pəncərələrdə dəmir barmaqlılar yoxdur. Mənzilin giriş qapısının açarları yalnız ailə üzvlərində var, kənar qohum və yaxınlarında açarın nüsxəsi yoxdur. xx.xx.2021-ci il taixdə saat 21 radələrində o, qızı Aytən ilə Mingəçevir şəhər Qələbə Meydanı adlanan parkda gəzmək məqsədilə evdən getmişdir. Həmin vaxt həyat yoldaşı Nadir Şamiyev zəng edərək evə gəlmələrini evdən oğurluq olmasını demişdir. Bundan sonra evə qayıdıb gəlmişlər. Mənzilə daxil olanda sol tərəfdə yerləşən otaqda, sağ tərəfdə yerləşən mətbəxdə və qarşıda sağ tərəfdə yerləşən zal otağında əşyalarda hər hansı dağınıqlıq aşkar olunmamışdır. Lakin yataq otağına daxil olanda yenə də hər hansı dağınıqlıq aşkar etməsə də yazı masasının üzərində qoyub getdiyi əl çantasını yerində olmasını görmüş, onun içərisinə baxanda çantanın içərisində olan dəyəri təxminən 250 manat olan çəkisi 3 qram, 585 əyarlı bir ədəd qızıl boyunbağı, dəyəri təxminən 250 manat olan çəkisi 3 qram 585 əyarlı bir ədəd qızıl qolbağı, dəyəri təxminən 800 manat olan 6 qram 585 əyarlı bir ədəd “Mismak” markalı qızıl qolbağı, dəyəri təxminən 800 manat olan bir ədəd 8 qram çəkisi olan 585 əyarlı qızıl üzük, dəyəri təxminən 600 manat olan bir ədəd brilliant qaşlı çəkisi 6 qram 585 əyarlı qızıl üzük, dəyəri təxminən 700 manat olan çəkisi 6 qram 585 əyarlı bir ədəd kişi üçün qızıl üzük, dəyəri təxminən 150 manat olan 2 qram 585 əyarlı bir ədəd qızıl klon və dəyəri təxminən 30 manat olan bir ədəd 1 qram 583 əyarlı qızıl göz muncuğu, 1 ədəd təxmini dəyəri 250 manat olan çəkisi 2,5 qram 750 əyarlı qadın qızıl üzüyü çantasından oğurlanmasını aşkar etmişdir. Həmin otaqda heç bir əşyalar dağınıq hala salınmamış həmçinin kompüter və həyat yoldaşına aid mobil telefon da otaqda aşkar görünən yerdə olmasına baxmayaraq oğurlanmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, 7 ildir ki, Mingəçevir şəhəri M.Ə. Sabir küçəsi 6№-li evin 41№-li mənzilində kirayə yaşayır. Yaşadığı mənzil binanın sağdan birinci blokun 2-ci mərtəbəsində yerləşir. Hadisə baş verən gün, yəni xx.xx.2021-ci il tarixdə saat 20:45-ə qədər yaşadığı mənzildə olmuşdur. Həmin gün hava çox isti olduğundan ümumiyyətlə bayıra çıxmamışdır. Sonra isə əmisıqızı Mətanət Əliyevagilə qonaq getmək üçün mənzildən çıxmış, lakin mənzildən çıxarkən yataq otağının və eyvanın pəncərəsini açıq vəziyyətdə qoymuşdur. Yataq otağının pəncərəsində ağcaqanaddan qorunmaq üçün “setka” olmuşdur. Mətanətgilin yaşadığı mənzilə çatıb Mətanətə zəng etdikdə o, mənzildə olmadığını bildirdikdən sonra geri yaşadığı ünvana qayıtmışdır. Binanın qarşısında təqribən 1 (bir) saat müddətində qonşuları Solmaz adlı qadın ilə oturub söhbətləşdikdən sonra. təxminə gecə 23 radələrində yaşadığı mənzilin qapısını açar vasitəsilə açaraq mənzilə daxil olmuşdur, bu zaman birinci olaraq yataq dəstinin səliqəsiz halda olduğunu və paltar dolabında olan məhrəbanın çantanın yanında olduğunu görmüşdür. Daha sonra masanın üzərindəki qara rəngli pul qabının içərisinə baxdıqda pul qabının ağzının açıq olduğunu və həmin pul qabından 18 azn pulun olmadığını aşkar etmişdir. Otaqda pəncərənin yanındakı stulun üzərin qoyduğu göy rəngli əl çantasına baxdıqda isə ona məxsus olan 583 əyarlı 30 qramlıq 1 ədəd qızıl tros boyunbağının, 585 əyarlı və qramını dəqiq bilmədiyi bir ədəd naxışlı qızıl boyunbağının, 583 əyarlı 4 qramlıq bir ədəd qızıl nazik boyunbağının, 583 əyarlı təxminən 18-22 qram çəkidə qızıl “yolka” formalı qolbağın, 583 əyarlı bir ədəd yaşıl qaşlı damla formalı briliant sırğanın, 750 əyarlı fantaziya dəstinin yalnız bir cüt sırğasının, 750 əyarlı bir ədəd gül formalı dəst briliant üzüyün, 583 əyarlı bir ədəd yantar formalı qızıl üzüyün, 750 əyarlı, bir ədəd briliant qaşlı nişan üzüyünün, 6 qramlıq 583 əyarlı bir ədəd üstü qaşlı nişan üzüyünün, 583 əyarlı bir ədəd dalğalı paxlava formasında yaşıl qaşlı üzüyün, 583 əyarlı bir ədəd yarpaq formasında üzüyün, 583 əyarlı bir ədəd tək qaş üzüyün, 583 əyarlı musiqi notu formasında bir ədəd üzüyün, bir tərəfi kəpənək digər tərəfi isə toppuz formalı qızıl üzüyün, bir ədəd qırmızı qaş üzüyün, 50 manat dəyərində bir ədəd gümüş üzüyün, təxminən 20 manat dəyərində iki ədəd sadə qolbağların, 30 manat dəyərində bir dəst bjuteriyanın, həmin çantanın içərisində qızıllar olduğu yerə 2000 azn məbləğində pulun da yerində olmadığını aşkar edərək yaşadığı mənzildən oğurluq edilməsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs6 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2021ci il tarixdə yaşayadığı mənzildən oğurluq baş vermişdir. Evlidir həyat yoldaşı Rəhilə ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 19 radələrində evdə olmadığı müdət ərzində həyat yoldaşı Rəhilə də yaşadıqları evdən çıxaraq qohumu evinə qonaq getmişdir. Evdən gedərkən evin qapısını bağlamışdır. Lakin evin arxasında yerləşən balkonun pəncərəsinin dəmir barmaqlıqlarını bağlamadan açıq vəziyyətdə qoyub getmişdir. Təxminən saat 20 radələrində geri qayıdanda evlərindən oğurluq olmasını anlamışdır. Belə ki, yataq otağına həyat yoldaşı daxil olanda paltar dolabının və digər əşyalarında dağınıqlıq hiss etmiş və dolaba baxanda qızıl zinət əşyalarının yerində olmamasını aşkar etmiş, bu zaman balkona keçib baxanda görmüş ki, balkonun pəncərəsi açıqdır, dəmir barmaqlıq açıq vəziyyətdədir. Oğurluq nəticəsində yaşadıqları mənzildən oğurlanmış qızıl zinət əşyaları 1 ədəd dəyəri təxminən 1000 manat olan, 750 əyarlı təxminən 10 qram çəkidə olan qızıl qolbağ,1 ədəd dəyəri təxminən 2000 manat olan çəkisi 22 qram 583 əyarlı qızıl boyunağı, 1 ədəd üzərində 3 ədəd brilliant qaşı olan 583 əyarlı 5 qramlıq dəyəri təxminən 800 manat olan qızıl üzük, 1 ədəd paxlava formalı brilliant qaşlı təxmini dəyəri 1200 manat olan 583 əyarlı çəkisi 5 qram olan qızıl üzük, 1 ədəd dəyəri 100 manat olan çəkisi 10 qramlıq gümüş üzük, 1 ədəd svarovski qaşlı dəyəri 50 manat olan bijuteriya olmuşdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşıyır. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində yaşadığı mənzildən ailə üzvləri ilə birlikdə çıxmışlar. Həmin gün saat 21 radələrində ailə üzvləri ilə birlikdə yaşadıqları mənzilə gələn zaman həyat yoldaşı açar ilə mənzilin giriş qapısını açmaq istəyərkən qapının açılmadığını görmüşdür. Daha sonra həyat yoldaşı Səidə Eyyubova binanın arxasındakı eyvana baxan zaman ağcaqanaddan qorunmaq üçün çəkilmiş torun çox böyük ölçüdə olmayan şəkildə cırıldığını aşkar etmişdir. Daha sonra qonşuluqda yaşayan adını dəqiq xatırlamadığı şəxsə binanın arxasındakı eyvandan mənzilə daxil olaraq qapını açmasını xahiş etmişdir. Qapı daxildən açıldıqdan sonra o, ailə üzvləri ilə birlikdə mənzilə daxil olmuşdur. Mənzilə daxil olarkən mənzilin dağınıq vəziyyətdə olduğunu aşkar etmişlər. Mənzilə baxan zaman dəhlizdə yerləşən dolabdakı qabın içərisindən bir ədəd 1500 manat dəyərində qara dəri kəmərli “jeneva” markalı 21,5 qram qızıl saatın, bir ədəd 750 əyarlı altı qramlıq ikisi sarı biri ağ şəkildə üçlük top halında olan qızıl üzük, bir ədəd 583 əyarlı 12 qramlıq keçmə klon, bir ədəd 750 əyarlı 8 qramlıq ağ-sarı qızıl üzük, bir ədəd 583 əyarlı 2 qramlıq uşaq üçün qızıl üzük, bir ədəd 750 əyarlı 7 qramlıq brilliant qaşlı qızıl üzük, iki ədəd 583 əyarlı hər biri 3 qram olan nal formasında qızıl klon, bir cüt 583 əyarlı 2.5 qram olan qızıl sırğanın oğurlandığını aşkar etmişlər. Daha sonra o, qaynatasına zəng edərək yaşadığı mənzildən oğurluq edilməsi barədə məlumat vermişdir. Bunan sonra o, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs8 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, təxminən 2 ay olarkı harzırkı yaşadığı ünvana kirayə olaraq yaşayır. Özünə məxsus qızıl-ziynət əşyalarını yataq otağında olan paltar dolabında yataq örtüklərinin altında saxlayır. xx.xx.2021-ci il tarixdə saat 14 radələrində o, musiqi məktəbinə getmişdir. Həyat yoldaşı Nurlan Nağıyev hərbiçi olsa da, həmin gün evdə olmuşdur. Onlar birlikdə mənzildən çıxmışlar. Mənzildən çıxarkən ön eyvanın pəncərələrini əhatə etmiş dəmir barmaqlıqların kilidini bağlamamış, lakin pəncərəni bağlamışdır. Həmçinin qapının kilidini də bağlamışdır. Təxminən saat 19 radələrində mənzilə qayıdan zaman, açarı dəliyə daxil etsə də qapı açılmamış, daha sonra həyətdə olan Telman adlı qonşu tanımadığı 1 nəfər şəxsin evin ön eyvanının pəncərəsindən içəri daxil olduğunu və burda həmin şəxsi gözlədiyini ona demişdir. Həmin vaxt orada digər uşaqlar da olmuşdur. Həmin uşaqlar ondan mənzilin arxa tərəfdə pəncərəsinin olub-olmamasını soruşduğu üçün o, mənzilin arxa pəncərəsi olduğunu həmin uşaqlara bildirmişdir. Uşaqlar arxaya keçib geri qayıdaraq pəncərənin açıq olduğunu ona demişlər. O da mənzildən oğurluq edildiyini başa düşərək dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Həmçinin o, ifadəsində yaşadığı mənzildən hər biri 585 əyar olmaqla 1 ədəd qızıl üzük və 2 ədəd sırğa olmaqla komplekt qızıl dəsti, 1 ədəd 2- 2,5 qram olan klonsuz sadə boyunbağı, 1 ədəd 15 qram çəkidə üzəri qaşlarla bəzədilmiş qolbağı, 1 ədəd 2-3 qram çəkidə adi qaşlı üzük, 1 ədəd 5-6 qram çəkidə, briliant qaşlı sırğa oğurlandığını bildirmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs9 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, qeyd olunan ünvanda əri X17 ilə birgə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 07 radələrində o, əri Habil Seyidovla birlikdə Bakı şəhərinə getmişlər. xx.xx.2021-ci il tarixədək Bakı şəhərində qaldıqdan sonra Mingəçevir şəhərinə geri qayıtmışlar. Təxminən 18 radələrində yaşadıqları mənzilə daxil olmuşlar. Mənzilin qapısını o, açmış qapını açarkən heç bir çətinlik çəkməmişdir. Mənzilə daxil olduqdan sonra o, barmağına taxdığı üzüyü mətbəxdə qızıllarının bir hissəsini saxladığı dolabda olan qapaqlı fincanın qapağını açıb içərisinə atmışdır. Həmin günü o və ya əri mənzildən hər hansı bir oğurluq hadisəsi olmasından xəbərləri olmamışdır. xx.xx.2021-ci il tarixdə səhər saat 09 radələrində o, işə getmək üçün hazırlaşarkən mətbəxdə dolabın içərisində saxladığı qapaqlı fincanı əli ilə götürürb içərisində olan üzüyü götürən zaman həmin fincanın içərisində saxladığı 2 ədəd qızıl üzüyün, 2 cüt qızıl sırğa və bir ədəd qızıl sepin yerində olmadığını görmüşdür. Bundan dərhal sonra o, əri Habilə zəng edib məlumat vermiş, Habil isə ona qızılları yəqin başqa bir yerə qoyduğunu və evi yaxşı axtarmağını bildirmişdir. Bundan sonra o, işə getməli olduğu üçün mənzildən çıxaraq getmiş əri Habillə razılaşmışlar ki, axşam mənzilə qayıtdıqda yenidən mənzili axtarsınlar. Axşam saatlarında mənzilə qayıtdıqdan sonra əri Habil mətbəxdə dolabın içrisinə baxan zaman çaynikin içərisində 80 gürcü larisinin yerində olmadığını bildirmişdir. Bundan sonra o, yataq otağında dolabda çantanın içərisində olan pul qabına baxmış və pul qabında olan 200 amerika dolları, 1000 türk lirəsisinin yerində olmadığını görmüşdür. Bundan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək yaşadığı mənzildən oğurluq edilməsi barədə məlumat vermişdir. Həmçinin o, ifadəsində mənzildən oğurlanmış üzüklərdən birini 1993-cü ildə hansı qiymətə aldığını həmin qızıl üzüyün 585 əyarlı təxminən 3 qram çəkidə olduğunu, digər üzüyü isə təxminən 2015-ci il tarixdə Bakı şəhərindən aldığını həmin üzüyün 585 əyarlı və təxminən 6 qram çəkidə olduğunu, 2 cüt sırğanı isə 1995-ci ildə aldığını, həmin sırğalarında 585 əyarlı, hər biri 2 qramdır. Bir ədəd qızıl sep isə 585 əyarlıdır, təxminən 3 qram çəkidədir və həmin boyunbağının üzərində 585 əyarlı yarpaq klon vardır, həmin klon 1.5 qram çəkidə olmuşdur. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs10 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə yaşadığı mənzildən oğurluq olmuşdur. Yaşadıqları mənzil Nizami küçəsi 7 saylı binanın 1-ci mərtəbəsində yerləşir. Mənzilin binanın qarşısına doğru bir balkonu vardır. Ümumiyyətlə mənzilin pəncərələri və balkonun pəncərəsi dəmir barmaqlıqlarla əhatə olunmuşdur. Mənzildə həyat yoldaşı X8 ilə birlikdə ikisi yaşayırlar. Mənzilin giriş qapısı dəmirdən olmaqla açarların bir nüsxəsi həyat yoldaşı Fazildə, digər nüsxəsi isə özündə vardır. Bir nüsxə açar isə Bakı şəhərində yaşayan oğlu Səxavət Abdullayevdə vardır və bir müddətdir ki, o Mingəçevir şəhərinə gəlmir. Mənzildə qızıl zinət əşyalarını və pul vəsaitlərini mənzilin girişindən solda yerləşən yataq otağında paltar dolabında özünə məxsus əl çantasının içərisində saxlayır. Həmçinin pul vəsaitlərini həmin dolabda əl çantasının yanında olan şüşə bankada saxlamışdır. xx.xx.2021-ci il tarixdə günorta saatlarında dolabda qızıl saxladığı əl çantasından 800 manat pul götürmüş və qohumu Mətləbə terminal vasitəsilə göndərmişdir. Həmin vaxt pul və qızıl zinət əşyaları yerində olmasını görmüşdür. Bundan sonra xx.xx.2021-ci il tarixdə saat 16 radələrində yaşadığı evdə olarkən qaynanası Mədinə Haqverdiyevanın səhhəti pisləşərək xəstəxanaya aparılmasını ona qaynı arvadı bildirdikdə təcili evdən çıxıb qaynanasının yaşadığı evə getməli olmuş, həmin gün hava mülayim olduğundan balkonun pəncərəsini və balkonun qapısını açıq qoymuşdur. Balkonun pəncərəsinin üzərində olan dəmir barmaqlıqlar isə mütəmadi olaraq açıq qalır. Dəmir barmaqlığın açıq qalmasının səbəbi isə paltar sərilən ip balkondan başlamasıdır. Buna görə də dəmir barmaqlıqlar açıq saxlanılır. Özü evdən tələsərək çıxdığı üçün balkonun qapısını və pəncərəsini bağlamağı unutmuş və mənzildən çıxıb getmişdir. Qaynanasının səhhətində yaranmış narahatlıqla əlaqədar olaraq onu xəstəxanaya aparmalı olmuşlar və həmin gün saat 22 radələrinədək olan müddət ərzində mənzilin pəncərəsi açıq qalmışdır. Daha sonra evə qayıdıb gəlmişdir, Mənzilə daxil olanda mənzilin əşyaları, habelə yataq otağında səliqə-səhman qaydasında olduğundan oğurluq ola biləcəyi ehtimalını düşünməmişdir. Növbəti gün yəni xx.xx.2021-ci il tarixdə saat 12 radələrində yenə qaynanasının evinə getməli olmuş, lakin budəfə gedərkən pəncərəni bağlamışdır. Evdən getmiş həmin gün saat 22 radələrində evə qayıtmışdır. Yenə də evin səliqə-səhmanı və əşyalarında dağınıqlıq aşkar olunmamışdır. Evdə olarkən pul saxladığı bankaya 6 manat pul atmaq istəyərkən həmin bankanın yerində olmamasını görmüşdür. Bu zaman onu axtarıb və tapa bilməmişdir. Əvvəlcə zənn edib ki, bankanı qoyduğu yeri səhv salmışdır, lakin fikir verəndə görüb ki, içərisində qızıl zinət əşyalarını saxladığı və dolabda olan əl çantasının içərisində olan qızıl zinət əşyaları və pul oğurlanmasından əmin olmuşdur. Bundan sonra polis şöbəsinə məlumat vermişdir. Qardaşı xəstə olduğundan anası qardaşının adına pul yığmış, həmin pulu da şüşə balonda o, saxlamışdır. Həmin pulun məbləği təxminən 2000 manat olmuş, çantasında saxladığı pul isə 4300 manat pul olmuş və həmin pul özünə məxsus olmuşdur. əl çatnasında saxladığı qızıl zinət əşyalarından 4 ədəd hər birinin çəkisi təxminən 20 qram olmaqla 585 əyarlı dəyəri təxminən 600 manat olan qızıl boyunbağı, 5 ədəd qızıl üzük olmaqla bir ədəd brilliant qaşlı çəkisi təxminən 5 qram 750 əyarlı dəyəri təxminən 500 manat olan qızıl üzük, 1 ədəd tək brilliant qaşı olan 5 qram 583 əyarlı dəyəri təxminən 200 manat olan qızıl üzük, 1 ədəd 4 qram çəkisi olan 583 əyarlı təxmini dəyəri 150 manat olan sadə qızıl üzük, 1 ədəd 3 qram çəkisi olan 585 əyarlı 150 manat təxmini dəyəri olan sadə qızıl üzük, 1 ədəd üzərində kiçik ölçülü qaşları olan çəkisi 4 qram olan və 585 əyarlı təxminən 300 manat olan qızıl üzük, 1 ədəd çəkisi 8 qram 585 əyarlı təxmini dəyəri 500 manat olan qolbağı, 2 ədəd klon, onlardan biri nal formasında olmaqla çəkisi 2 qram 585 əyarlı dəyəri təxminən 150 manat olan klon, digəri isə göz muncuğu formasında olmaqla 1 qram 585 əyarlı təxminən 100 manat olan klon, bir ədəd üzərində 4 ədəd çəkisi təxminən cəm halında 6 qram olan 585 əyarlı təxmini dəyəri 300 manat olan qızıl dişlər olan pratez diş olmuşdur. Qızıl boyunbağılardan birinin üzərinə “Məhəmməd” sözləri yazılmış çəkisi 7 qram 585 əyarlı təxmini dəyəri 500 manat olan qızıl lövhə asılmış vəziyyətdə olmuşdur. Digər boyunğaının üzərinə “İbrahim ” sözləri yazılmış çəkisi 7 qram 585 əyarlı təxmini dəyəri 500 manat olan qızıl lövhə asılmış vəziyyətdə olmuş olmuşdur. bir ədəd boyunbağınının üzərində 5-lik qızıl klon olan dəyəri təxminən 1000 manat çəkisi 5 qram 585 əyarlı klon, Bir dəst “meduza” adlnanan dəyəri 150 manat olan çəkisi 3 qram olan 583 əyarlı qızıl sırğa dəsti, bir ədəd üzərində “S” formasında çəkisi 1 qram olan 585 əyarlı qızıl klon dəyəri təxminən 100 manat olan və bir ədəd üzərində “ÜMİ” yazılan dəyəri təxminən 200 manat olan çəkisi 4 qram 585 əyarlı qızıl klon və üçbucaq formasında olmaqla təxmini dəyəri 100 mnat olan 1 qram çəkidə 585 əyarlı qızıl klon oğurlanmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs11 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsinə yaşadığı mənzildən oğurluq olması barədə ərizə ilə özü müraciət etmişdir. ünvan 3 ünvanda qeydiyyatda olmaqla X22 ilə birlikdə yaşayır. Mənzil binanın birinci mərtəbəsində yerləşir. Mənzilin balkonu və yataq otağının pəncərəsi həmçinin mənzilin mətbəx otağının pəncərəsi dəmir barmaqlıqlarla əhatə olunmuşdur. Balkonun pəncərəsində olan dəmir barmaqlıqlar açılıb-bağlanan hissəsi vardır lakin mütəmadi olaraq qıfılla bağlı vəziyyətdə saxlayırlar. Evin mətbəx otağında olan pəncərədəki dəmir barmaqlığın açılan hissəsini isə demək olarki mütəmadi açıq vəziyyətdə saxlayırlar. Özü işi ilə əlaqədar olaraq 08 radələrində işə gedir və 16 radələrində işdən qayıdır. X22 isə hazırlıq kursuna gedir lakin onun dəqiq qrafiki yoxdur gün ərzində müxtəlif vaxtlarda gedib-gəlir.Mənzilin giriş qapsının açarları bir nüsxəsi özündədir digər nüsxəsi isə qızı Məxpurədədir. Başqa kimsədə açar nüsxəsi yoxdur. xx.xx.2021-ci ilin tarixdə qonşunun evində yığıncaq olması ilə əlaqədar olaraq qızıl zinət əşyalarını taxaraq məclisə getmiş və qayıdıb gəldikdən sonra qızıl zinət əşyalarını mənzilin qonaq otağında qab dolabının yuxarı hissəsində şüşə vazın içərisinə qoymuşdur. Həmin vaxt qızıl zinət əşyalarını qızıl qabı olan kardon qablara qoymuşdur. Həmin vaxtdan sonra təxminən bir ay müddətində qızıllarının yerində olub-olmamasından xəbərsiz olmuşdur. Belə ki, onlardan istifadə edəcəyi hal olmamışdır. Həmçinin mənzilin otaqlarında əşyalarında hər hansı dağınıqlıq sair oğurluğa əlamətlər aşkar olunmamışdır buna görə də oğurluq olması barədə şübhə olmadığından qızıl zinət əşyalarının yerində olub-olmamasını yoxlamamışdır. xx.xx.2021-ci il tarixdə mobil telefonla qohumu ilə danışarkən qızıl klondan söz düşmüş, bu zaman özündə bürc klonu olduğunu deyib və qızı Məxpurəyə qızılların içərisindən həmin klonu gətirməsini və onu mobil telefonla görüntülü danışıq zamanı göstərmək istəmişdir. Qızı Məxpurə gedib qab şkafına baxıb qızılların yerində olmadığnı dedikdə bu zaman naməlum şəraitdə və tarixdə qızıl zinət əşyalarının oğurlanması məlum olmuşdur. Bundan sonra o və qızı, birlikdə evin əşyalarını birdaha dəqiq axtarsalar da lakin qızıl zinət əşyaların kardon qabları yerində vazın içərisində olsa da lakin içərisində qızıl əşyaları olmamışdır. Oğurlanmış qızıl zinət əşyaları bir dəst “Pandorra “ markası ilə bildiyi dəyəri təxminən 1100 manat olan 750 əyarlı, çəkisi ümumilikdə 11 qram olan iki sırğa və bir üzükdən ibarət qızıl dəsti, bir dəst dəyəri təxminən 330 manat olan 5 qram olmaqla 585 əyarlı qızıl sırğa, 3 ədəd 3-4 qram arasında çəkilərdə olmaqla təxminən dəyəri cəmi halında 900 manat olan 3 ədəd 585 əyarlı qızıl boyunbağı, həmin boyunbağıların üzərində olan 3 ədəd dəyəri təxminən hər birinin 100 manatdan olmaqla cəmi 300 manat olan çəkiləri hər biri 2 qram olmaqla 585 əyarlı qızıl klonlar, bir ədəd təxminən 300 manat dəyəri olan göy rəngli qaşı olan çəkisi 4 qram 585 əyarlı qızıl üzük, həmin klonlar biri “şir” və digəri “əkizlər” bürcünün simvolu əks olunan qızıl klondur, bir ədəd qızıl kolunun üzərində isə “Məkkə ” şəhərinin şəkli vardır. Qeyd etdiyi qızıl zinət əşyaları və təxmini dəyəri 100 manat olan çəkisi 10 qram gümüş bəzək əşyaları oğurlanmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs11 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, o, göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 18 radələrinədək yaşadıqları mənzildə olmuşlar. Lakin saat 18 radələrində anasıgilin yaşadığı Mingəçevir şəhəri M.Maqomayev küçəsində yerləşən mənzilə getmişlər. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində yaşadıqları mənzilə qayıtmışlar. Mənzilə daxil olub qonaq və boyuk yataq otaqlarına baxdıqda əşyaların yerində olduğunu görmüşlər. Heç bir dağıntı olmamışdır. Lakin, uşaq otağına keçdikdə həmin otaqdakı dolabın qapılarının açıq vəziyyətdə, əşyaların isə dağınıq olduğunu görmüşlər. Həmçinin həmin otaqda olan divanın alt hissəsində saxladıqları əşyalar da diavnın üzərinə tökülmüşdür. Həmin yerlərdə saxladıqları əşyalara baxdıqda ona məlum olmuş ki, 1 ədəd 583 əyyarlı 30 qram çəkidə “tros” formalı qızıl sep və 583 əyyarlı 10 qram çəkidə qızıl kloun, 3 cüt 583 əyyarlıq hər cütü 6 qram çəkidə qızıl sırğalar, tək brilliant qaşlı 583 əyyarlı 20 qram çəkidə qızıl üzük sırğa dəsti, 4 ədəd 583 əyyarlı hər biri 5 qram çəkidə qızıl boyunbağılar, 1 ədəd 583 əyyarlı 5 qram çəkidə qızıl boyunbağı, 2 ədəd 583 əyyarlı, hər biri 15 qram çəkidə qızıl saatlar, 2 ədəd hər biri 2 qram çəkidə gümüş qolbağlar, 3 ədəd 583 əyyarlı, hər biri 2 qram çəkidə qızıl qolbqlar, 1 ədəd 583 əyyarlı 3 qram çəkidə ürək formalı qızıl kloun, 1 ədəd 483 əyyarlı, romb formalı 7 qram çəkidə qızıl klounun oğurlandığını görmüşdür. Bundan sonra övladı Elvin telefon vasitəsi ilə zəng edərək polis şöbəsinə müraciət etmişdir. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişlər. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs13 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. xx.xx.2022-ci il saat 18 radələrinədək yaşadıqları mənzildə olmuşlar. Lakin, saat 18 radələrindən 21 radələrinədək yaşadıqları mənzildə olmamışlar. Saat təxminən 21 radələrində yaşadıqları mənzilə gəlib qapını açmaq istəyən zaman qapının açılmadığını görüb həyətə çıxmışdır. Görmüş ki, mənzilin həyətə baxan pəncərəsi açıqdır. Bundan sonra qohumu Rüstəm binanın divarına bərkidilmiş dəmir borudan istifadə edərək mənzilə qalxıb pəncərədən içəri daxil olub mənzilin giriş qapısını açmışdır. Daha sonra o da içəri daxil olmuş görmüş ki, mənzilin yataq otağında olan dolabın qapıları açıq içərisindəki əşyalar dağınıq vəziyyətdədir. Həmçinin yataq otağında olan çarpayının üzərindəki döşəklər də dağınıq vəziyyətdə olmuşdur. Yaşadıqları mənzildən oğurluq edildiyini başa düşmüşdür. Daha sonra qızıl zinət əşyalarını saxladıqları dolabın rəfinə baxdıqda oradan 1 ədəd 585 əyyarlıq 6,5 qram çəkidə qızıl üzük sırğa dəstinin, 585 əyyarlıq 3 qram çəkidə 1 cüt qızıl sırğanın, 1ədəd 583 əyyarlıq 6,5 qram çəkidə qızıl boyunbağının oğurlandığını görmüşdür. Bundan sonra polis şöbəsinə bu barədə məlumat vermiş. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs14 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində yaşadığı mənzildən çıxaraq Yevlax rayonu Tanrıqulular kəndinə getmişlər. Mənzildən çıxarkən mənzilin giriş qapısını bağlamışlar. Axşam saat təxminən 22 radələrində yaşadıqları mənzilə qayıdıb mənzilin giriş qapısını açıb içəri daxil olduqda mənzilin pəncərəsinin qarşısında olan stulun üzərindəki paltarların dağınıq vəziyyətdə olduğunu, pəncərənin isə açıq vəziyyətdə olduğunu görmüşdür. Başa düşmüş ki, mənzilə kimsə pəncərədən daxil olubdur. Mənzilə nəzər yetirdik də mənzildəki paltar dolabında olan paltonun cibindən 1300 manat məbləğdə pulun və, digər dolabın rəfində olan bokalın içərisindən isə qızıl zinət əşyalarının oğurlandığını bilmişdir. Daha sonra bu barədə zəng edərək polis şöbəsinə məlumat vermişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs15 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Mingəçevir şəhər Gənclər və İdman İdarəsində məşqçi müəllim işləyir. xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində arvadı ilə birlikdə oğlunun yaşadığı mənzilə getmişlər. Gecəni oğlunun ailəsinin yaşadığı mənzildə keçirmişlər. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində yaşadıqları mənzilə qayıdıb binanın qarşısına çatdıqda həyətə baxan mətbəxin pəncərəsinin açıq olduğunu görmüşdür. Dərhal mənzilə qalxıb qapını açıb otaqlara nəzər yetirmişlər. Görmüş ki, mənzilin yataq otağındakı paltar dolabının qapısı açıqdır. Daha sonra arvadı da mənzilə qalxmışdır. Birlikdə yataq otağındakı dolabın rəflərinə baxdıqda orada saxladıqları 1ədəd 583 əyyarlıq, 25 qram çəkidə zəncir formalı qızıl boyunbağının, 1 ədəd 583 əyyarlıq 8 qram çəkidə qızıl üzüyün, 1 ədəd 583 əyyarlıq 7 qram çəkidə qızıl sepin, 1 ədəd 583 əyyarlıq 7 qram çəkidə qızıl nişan üzüyünün və dolabda olan paltarın cibindən 50 manat, dolabda olan çantanın içərisindən isə 500 manat məbləğdə pulun oğurlandığını bilmişdir. Bundan sonra polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Daha sonra hadisə yerinə gəlmiş polis əməkdaşları ilə birlikdə hadisə yerinə baxış keçirilməsində iştirak etmişdir. İbtidai istintaq zamanı ifadəsi alınmış, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ifadəsindən görünür ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, 2020-ci ilin iyun ayından başlayaraq Mingəçevir şəhər sakinləri polis şöbəsinə ərizə ilə müraciət edərək, yaşadıqları mənzillərdən müxtəlif qızıl zinət əşyaları və müəyyən məbləğdə pulun oğurlandığını bildirmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayət hadisələrinin xx.xx.1990-cı ildə Ağdam rayon Boyəhmədli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Ağdam rayon Boyəhmədli kəndində qeydiyyatda olmaqla Mingəçevir şəhər H.Əliyev prospekti ev 1/2, mənzil 35-də yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 19№-li evin 40№-li mənzilindən pul və müxtəlif qızıl zinət əşyalarını, xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 6A№-li evin 37№-li mənzilindən müəyyən məbləğdə pul və müxtəlif qızıl zinət əşyalarını, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 yaşadığı Mingəçevir şəhəri D.Əliyeva küçəsi 1№-li evin 4№-li mənzilindən qızıl zinət əşyaları və pulu, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs4 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 4A№-li evin 36№-li mənzilindən qızıl zinət əşyalarını, xx.xx.2021ci il tarixdə Zərərçəkmiş şəxs5 yaşadığı Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 6№-li evin 41№-li mənzilindən müəyyən məbləğdə pul və qızıl zinət əşyalarını, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs6 yaşadığı Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 5№-li evin 2№-li mənzilindən müxtəlif qızıl zinət əşyalarını, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs7 yaşadığı Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 6№-li evin 2№-li mənzilindən müxtəlif qızıl zinət əşyalarını, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs8 yaşadığı Mingəçevir şəhəri M.Füzuli küçəsi 84/17№-li evin 4№-li mənzilindən müxtəlif qızıl zinət əşyalarını, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs9 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 4B№-li evin 5№-li mənzilindən müxtəlif valyutaları və qızıl zinət əşyalarını, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs10 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 7№-li evin 59№-li mənzilindən müxtəlif qızıl zinət əşyaları və müəyyən məbləğdə pulu, xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs11 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 30 №-li evin 4№-li mənzilindən müxtəlif qızıl zinət əşyalarını, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs12 yaşadığı Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 3/1№-li evin 4№-li mənzilindən müxtəlif qızıl zinət əşyalarını, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs13 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 23/1№-li evin 15№-li mənzilindən müxtəlif qızıl zinət əşyalarını xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs14 yaşadığı Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4/1№-li evin 77№-li mənzilindən müəyyən məbləğdə pul və qızıl zinət əşyalarını, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs15 yaşadığı Mingəçevir şəhəri Nəriman küçəsi 28/1№-li evin 58№-li mənzilindən müəyyən məbləğdə pul və qızıl zinət əşyalarını oğurlamışdır. Təqsirləndirilən şəxs oğurladığı qızıl zinət əşyalarını Bakı və Gəncə şəhərində yerləşən qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olan mağazalara satmış, bir hissəsini isə Mingəçevir şəhərində yerləşən “ 1 İNCİ”lombardına girov qoyaraq pul götürmüşdür. İbtidai istintaq zamanı ifadəsi alınmış, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ifadəsindən görünür ki, ünvan 5 ünvanda yerləşən “Fimka” mağazasında qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Təqsirləndirilən şəxs tanımır. Təqsirləndirilən şəxslə hər hansı münasibəti olmayıbdır. 2022-ci ilin may ayının əvvəllərində işlədiyi mağazaya bir neçə nəfər yaxınlaşaraq özlərini Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Polis əməkdaşlarının yanında olan bir nəfə şəxs isə onun işlədiyi mağazaya qızıl zinət əşyaları satdığını bildirmişdir. Bundan sonra o, alış və satışını etdiyi qızıl zinət əşyalarının qeydiyyat kitabına baxmış, dəftərə nəzər yetirdikdə Təqsirləndirilən şəxs 2 ədəfə müvafiq qızıl zinət əşyalarını aldığı ona məlum olmuşdur. Qeydlərdən də onun Təqsirləndirilən şəxs qızıl zinət əşyalarını alarkən Təqsirləndirilən şəxs şəxsiyyəti barədə müvafiq qeydlər aparması, Təqsirləndirilən şəxs də ona qızıl zinət əşyalarını satmasını təsdiq edilən yazı yazdığı hissəni imzalaması müəyyən edilmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun doğruluğuna o da imza etmişdir. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs aldığı qızıl zinət əşyalarının cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmadığını, Təqsirləndirilən şəxs həmin qızıl zinət əşyalarının özünə məxsus olduğunu ona bildirdiyini göstərmişdir. İbtidai istintaq zamanı ifadəsi alınmış, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ifadəsindən görünür ki, 2008-ci ildə ünvan 6 ünvanda yerləşən “Moskva Univermağı” adlandırılan ticarət mərkəzindəki “Zümrüd” zərgərlik mağazasında qızıl zinət əşyalarının alış satışı ilə məçğul oldu. Təqsirləndirilən şəxs tanımır. Lakin, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda müxtəlif çəkilərdə qızıl zinət əşyaları alıbdır. Həmçinin Təqsirləndirilən şəxs qızıl zinət əşyaları alması barədə müvafiq qeydlər aparmışdır. Həmin qeydləri apardığı kitabçanı polis əməkdaşlarına təqdim etmişdir. Bu barədə protokol tərtib edilərək həmin kitabçanın surətləri ondan götürülmüşdür. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs aldığı qızıl zinət əşyalarının cinayət yolu ilə əldə edilməsi barədə məlumatı olmadığını, Təqsirləndirilən şəxs həmin qızıl zinət əşyalarının özünə məxsus olmasını ona bildirdiyini göstərmişdir. Məhkəmə iclasında ifadə verilmiş şahidlər Şahid2, X11 və Şahid3 ifadəsindən görünür ki, ibtidai istintaq zamanı Şahid1 verdiyi ifadəsində göstərilən xüsusastları təsdiq etmişlər. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 19№-li evin 40№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 6A№-li evin 37№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 yaşadığı Mingəçevir şəhəri D.Əliyeva küçəsi 1№-li evin 4№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 4A№-li evin 36№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 yaşadığı Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 6№-li evin 41№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 yaşadığı Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 5№-li evin 2№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 yaşadığı Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 6№-li evin 2№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 yaşadığı Mingəçevir şəhəri M.Füzuli küçəsi 84/17№-li evin 4№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 4B№-li evin 5№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 7№-li evin 59№-li mənzilində oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 30 №-li evin 4№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs12 yaşadığı Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 3/1№-li evin 4№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs13 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 23/№-li evin 15№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs14 yaşadığı Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4/1№-li evin 77№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokoldan görünür ki, Zərərçəkmiş şəxs15 yaşadığı Mingəçevir şəhəri Nəriman küçəsi 28/1№-li evin 58№-li mənzilindən oğurluq hadisəsi baş vermişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli baxış keçirilməsi götürülmə haqqında protokoldan və protokola əlavə edilmiş vərəqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğurladığı qızıl zinət əşyalarının bir hissəsini ünvan 7 ünvanda yerləşən Şahid4 işlədiyi qızıl zinət əşyalarının alqı-satqısı ilə məşğul olunan mağazaya “Dəftərin 59-cu vərəqinin arxa hissəsində “Təqsirləndirilən şəxs AZE 16311281, Az.Ağdam r. Boyəhmədli k. 1ədəd qolbaq, q cüt sırğa, 2 ədəd uzuk, 14,550 qram təmiz çəkisi, 730 manat, Satdım pulumu aldım, xx.xx.2022 A hərfi ilə imza, əlavə 1 ədəd sep 10, 800, prob 585 648 m pulu aldım A hərfi ilə başlayan imza” sözləri yazılmışdır., Həmin dəftərin 61-ci vərəqinin arxa hissəsində “X3, Az. Ağdam. Boyəhmədlik., Ağdam Boyəhmədli kş, AZE 16311281, qızıl zinət əşyaları, obsu 21,49, təmiz çəkisi 21 qram 1290 m pulumu aldım 04.02.22 ” sözləri və həmin sözlərin qarşısında A hərfi ilə olan imza” qeydlər apararaq satmışdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanda yerləşən “Zümrüd” qızıl zinət əşyalarının alq-satqısı ilə məşğul olan Şahid5 adı soyadı və şəxsiyyət vəsiqəsinin seriya nömrəsi, mobil telefon nömrəsi qeyd etdirib müvafiq qaydada imzalamaqla xx.xx.2021-ci il tarixdə 2 ədəd komplekt 30,5 qram çəkidə qızıl zinət əşyasını 2150 manata, xx.xx.2021-ci il tarixdə 8 qram çəkidə 750 əyyarlı qızıl qolbağı və 22 qram çəkidə 583 əyyarlı qızıl boyunbağını 1725 manata, xx.xx.2021-ci il tarixdə 36,2 qram çəkidə lom qolbağ sırğanı 1800 manata, xx.xx.2021-ci il tarixdə 47,4 qram çəkidə qızılı 2700 manata satmışdır.. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs “1 İNCİ ” lombard olmayan kredit təşkilatına girov qoyduğu qızıl zinət əşyalarının şəkilləri və müvafiq sənədlərin surətləri götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ona təqdim edilən şəkillərdəki qızıl zinət əşyalarının arasından yaşadığı mənzildən oğurlanmış üzüyü tanımışdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X4 ona təqdim edilən şəkillərdəki qızıl zinət əşyalarının arasından yaşadığı mənzildən oğurlanmış üzüyü tanımışdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X4 ona təqdim edilən şəkillərdəki qızıl zinət əşyalarının arasından yaşadığı mənzildən oğurlanmış üzüyü tanımışdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli protokolla Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsinin ünvanladığı «CD-R» formatlıdiskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 70-706-00-45 mobil telefon nömrəsinin xx.xx.2020-ci il saat 18:30-dan saat 23:10-dək Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri M,P.Vaqif küçəsi 19 saylı evin yaxınlığındakı, ünvan 10 saylı ünvanda, Mingəçevir şəhəri İ.Qayıbov küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində yerləşən, X6 Stansiyasının yaxınlığında qurlaşdırılmış antenanın əhatə dairəsində yerdəyişmə statistikası, zəng statistikası üzrə aktiv olduğu, Bundan başqa Təqsirləndirilən şəxs Məsid oğlunun istifadəsində olmuş, +994 70-706-00-45 mobil telefon nömrələri xx.xx.2020-ci il tarixdə saat 20:39-dan 21:25-də Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 6A saylı yaşayış evinin yaxınlığında yəni, Mingəçevir şəhəri Günəş küçəsində qurlaşdırılmış antenanın əhatə dairəsində yerdəyişmə statistikası, zəng statistikası üzrə aktiv olduğu, Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 70-706-00-45 mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdə saat 18:55-dən saat 19:19-dək Zərərçəkmiş şəxs3 yaşadığı Mingəçevir şəhəri D.Əliyeva küçəsi 1 saylı evin yaxınlığında yerləşən ünvan 10 ünvanda qurlaşdırılmış antenın əhatə dairəsində yerdəyişmə statistikası, zəng statistikası üzrə aktiv olduğu, Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş 994 70-706-00-45 mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdə saat 18:04-dən saat 19:19-dək Zərərçəkmiş şəxs7 yaşadığı Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 6 saylı evin yaxınlığında yerləşən ünvan 10 ünvanda qurlaşdırılmış antenin əhatə dairəsində yerdəyişmə statistikası, zəng statistikası üzrə aktiv olduğu, Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş 994 70-706-00-45 mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdə saat 16:56-da Zərərçəkmiş şəxs8 yaşadığı Mingəçevir şəhəri M.Füzuli küçəsi 84/17 saylı 6 saylı evin yaxınlığında yerləşən Mingəçevir şəhəri EATS-də qurlaşdırılmış antenin əhatə dairəsində yerdəyişmə statistikası üzrə aktiv olduğu, Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 70-706-00-45 mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdə saat 20:39-dan saat 21:14-dək Zərərçəkmiş şəxs10 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi küçəsi 7 saylı evin yaxınlığında yerləşən Mingəçevir şəhəri GÜnəş küçəsi, ünvan 11 ünvanda qurlaşdırılmış antenlərin əhatə dairəsində yerdəyişmə statistikası, zəng statistikası üzrə aktiv olduğu, Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 70-706-00-45 mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixdə saat 22:30-da Zərərçəkmiş şəxs12 yaşadığı Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 3/1 saylı evin yaxınlığında yerləşən ünvan 10 ünvanda qurlaşdırılmış antenin əhatə dairəsində, 22:32-də isə Zərərçəkmiş şəxs12 yaşadığı Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 3/1 saylı evin yaxınlığında yerləşən Mingəçevir şəhəri İ.Qayıbov küçəsi ilə H.Əliyev küçəsinin kəsişməsində qurlaşdırılmış antenlərin əhatə dairəsində yerdəyişmə statistikası, zəng statistikası üzrə aktiv olduğu, Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 70-706-00-45 mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdə saat 20:52 və saat 20:54-də Zərərçəkmiş şəxs13 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi küçəsi 23/1 saylı evin yaxınlığında yerləşən Mingəçevir şəhəri H.Əliyev küçəsi Bank Standartın yaxınlığında qurlaşdırılmış antenlərin əhatə dairəsində yerdəyişmə statistikası aktiv olduğu, Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 70-706-00-45 mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdə saat 19:24-dən saat 19:49-dək Zərərçəkmiş şəxs14 yaşadığı Mingəçevir şəhəri Ə.Vahid küçəsi küçəsi 4/1 saylı evin yaxınlığında yerləşən Mingəçevir şəhəri Günəş küçəsi və Mingəçevir şəhəri X.Şuşinski küçəsində qurlaşdırılmış antenlərin əhatə dairəsində yerdəyişmə statistikası, zəng statistikası üzrə aktiv olduğu, Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 70-706-00-45 mobil telefon nömrəsinin xx.xx.2022-ci il tarixdə saat 20:05-dən saat 20:29-dək Zərərçəkmiş şəxs15 yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 29/1 saylı evin yaxınlığında yerləşən Mingəçevir şəhəri X.Şuşinski küçəsində qurlaşdırılmış antenlərin əhatə dairəsində yerdəyişmə statistikası, zəng statistikası üzrə aktiv olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli protokolla Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsinin ünvanladığı «CD-R» formatlıdiskə baxış keçirilərkən Təqsirləndirilən şəxs istifadəsində olmuş +994 70-706-00-45 mobil telefon nömrəsinin xx.xx.2021-ci il saat 21:39-da və saat 21:52-da Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 3/1№-li yaşayış binasının yaxınlığında yəni D.Əliyev 2a ünvanda qurlaşdırılmış antenanın əhatə dairəsində aktiv olduğu müəyyən edildi. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi internet səhifəsində olan məlumatlara əsasən 1 ABŞ dollarının 2021-ci ilin noyabr ayının 1-dən 10-dək olan müddət ərizində azərbaycan manatına münasibətdə məzənnəsi 1,700 manat, 1 Türkiyə lirəsinin azərbaycan manatına münasibətdə ən yüksək məzənnəsinin 0,1780 manat, 1 Gürcüstan larisinin azərbaycan manatına münasibətdə ən yüksək məzənnəsinin 0,5397 manat olmuşdur. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/724 nömrəli ekspert rəyindən görünür ki, 1 ədəd 30 qram çəkidə 583 əyyarlı qızıl tros boyunbağının 2400 manat, 1 ədəd 25 qram çəkidə, 585 əyyarlı naxışlı qızıl boyunbağının 2000 manat, 1 ədəd 4 qram çəkidə 583 əyyarlı qızıl boyunbağının 320 manat, 1 ədəd 22 qram çəkidə 583 əyyarlı yolka formalı qızıl qolbağının1760 manat, 1 cüt 10 qram çəkidə 583 əyyarlı yaşıl damla formalı qaşlı briliant sırğanın 800 manat, 1 cüt 12 qram çəkidə 750 əyyarlı qızıl sırğanın1200 manat, 1 ədəd 6 qram çəkidə 750 əyyarlı briliant qaşlı qızıl nişan üzüyünün 600 manat, 1 ədəd 9 qram çəkidə 583 əyarlı yantar formalı qızıl üzüyün 720 manat, 1 ədəd 6 qram çəkidə 750 əyyarlı briliant qaşlı qızıl üzüyün 600 manat, 1 ədəd 8 qram çəkidə 583 əyyarlı üstü qaşlı qızıl üzüyün 640 manat, 1 ədəd 6 qram çəkidə 583 əyyarlı paxlava formalı yaşıl qaşlı qızıl üzüyün 480 manat, 1 ədəd 9 qram çəkidə 583 əyyarlı tək qaş qızıl üzüyün 720 manat, 1 ədəd 6 qram çəkidə 583 əyyarlı, musiqi notu formasında üzüyün 480 manat, 1 ədəd 8 qram çəkidə 583 əyyarlı, bir tərəfi kəpənək digər tərəfi isə toppuz formasında olan qızıl üzüyün 640 manat, 1 ədəd 4 qram çəkidə 583 əyyarlı qırmızı qaşlı qızıl üzüyün 320 manat, 1 ədəd 4 qram çəkidə gümüş üzüyün 60 manat, 1 ədədinin qiyməti 8 manat olmaqla 2 ədəd büjiteriyanın sadə qolbağını 16 manat, 1 dəst büjiteriyanın 12 manat olmaqla, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2021-ci il iyul ayına olan orta bazar qiyməti ilə nəzəri qaydada təxminən 14.328,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrı adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3958№-li rəyindən görünür ki, 1 ədəd 7 qramlıq, 585 əyarlı üzərində 24 ədəd kiçik ölçülü qaşlar olan olan qızıl üzüyün 490 manat, 1 dəst 15 qramlıq 585 əyyarlı üzərində gül forması olan qızıl üzük-sırğa dəstinin 1050 manat, 1 ədəd 9 qramlıq 750 əyyarlı qızıl sırğanın 810 manat, 1 ədəd 3 qramlıq, 583 əyyarlı uşaq üçün qızıl qolbağın 210 manat, 1 cüt 4 qramlıq 585 əyyarlı uşaq üçün qızıl sırğanın 280 manat olduğu, ekspertiza təyini haqqında qərarda göstərilən 5 adda qızıl zinət əşyalarının 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2840,00 manat müəyyən edilir. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Qeyd: qızıl zinət əşyalarının üzərində olan qaşların istehsal yeri, keyfiyyəti və s. aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3951№-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 585 əyarlı, 32 qram çəkidə qızıl qolbağın 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2240,00 (32 qr x 70 m) manat müəyyən edilir. tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3955№-li rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən Rusiya istehsalı olan, 4 qram çəkidə, damcı formalı qaşa malik, brilliantdan olan, 583 əyarlı, 1 ədəd badamvari üzük və 1 cüt sırğadan ibarət qızıl dəstinin 2021-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 280,00 manat müəyyən edilir. Qeyd : tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyindən müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir Qeyd: qızıl zinət əşyalarının üzərində olan brilliant qaşların istehsal yeri, keyfiyyəti və s. Aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3957№-li rəyindən görünür ki, 1 dəst “Pandorra “ markalı 750 əyarlı, çəkisi ümumilikdə 11 qram olan iki sırğa və bir üzükdən ibarət qızıl dəstinin 110 manat, 1 dəst 5 qram olmaqla 585 əyarlı qızıl sırğanın 400 manat, 3 ədəd 3-4 qram arasında çəkilərdə olmaqla 3 ədəd 585 əyarlı qızıl boyunbağıların 840 manat, həmin boyunbağıların üzərində olan 3 ədəd ümumi çəkiləri hər biri 2 qram olmaqla 585 əyarlı qızıl klonların 480 manat, 1 ədəd göy rəngli qaşı olan çəkisi 4 qram 585 əyarlı qızıl üzüyün 320 manat, 1 ədəd çəkisi 10 qram olan gümüş bəzək əşyasının 50 manat olmaqla sadalanan qızıl zinət əşyalarının 2021-ci ilin dekabr ayı üzrə ümumilikdə qiymətinin 3190 manat olduğu müəyyən edilir. 1 ədəd çəkisi 3 qram 585 əyarlı qızıl boyunbağının 240 manat, 1 ədəd çəkisi 3 qram 585 əyarlı qızıl qolbağın 240 manat, 1 ədəd 6 qram 585 əyarlı “Mismak” markalı qızıl qolbağın 480 manat, 1 ədəd 8 qram çəkisi olan 585 əyarlı qızıl üzüyün 640 manat, 1 ədəd brilliant qaşlı çəkisi 6 qram 585 əyarlı qızıl üzüyün 480 manat, 1 ədəd çəkisi 6 qram 585 əyarlı kişi qızıl üzüyünün 480 manat, 1 ədəd 2 qram çəkili 585 əyarlı qızıl klonnun 160 manat, 1 ədəd 1 qram çəkili 583 əyarlı qızıl göz muncuğunun 80 manat, 1 ədəd çəkisi 2,5 qram 750 əyarlı qızıl qadın üzüyünün 250 manat olmaqla sadalanan qızıl zinət əşyalarının 2021-ci ilin iyul üzrə ümumilikdə qiymətinin 3050,00 manatolduğu müəyyən edilir. 1 ədəd 750 əyarlı təxminən 10 qram çəkidə olan qızıl qolbağın 1000 manat,1 ədəd çəkisi 22 qram 583 əyarlı qızıl boyunağın 1760 manat, 1 ədəd üzərində 3 ədəd brilliant qaşı olan 583 əyarlı 5 qramlıq qızıl üzüyün 400 manat, 1 ədəd paxlava formalı brilliant qaşlı 583 əyarlı çəkisi 5 qram olan qızıl üzüyün 400 manat, 1 ədəd çəkisi 10 qramlıq gümüş üzüyün 50 manat, 1 ədəd svarovski qaşlı bijuteriyanın qiymətinin müəyyən edilməsinin mümkün olmamaqla sadalanan qızıl zinət əşyalarının 2021-ci ilin sentyabr ayı üzrə ümumilikdə qiymətinin 3610,00 manat olduğu müəyyən edilir. 4 ədəd hər birinin çəkisi təxminən 20 qram olmaqla 585 əyarlı qızıl boyunbağıların 6400 manat, 5 ədəd qızıl üzük olmaqla bir ədəd brilliant qaşlı çəkisi təxminən 5 qram 750 əyarlı qızıl üzüklərin 750 manat, 1 ədəd tək brilliant qaşı olan 5 qram 583 əyarlı qızıl üzüyün 400 manat, 1 ədəd 4 qram çəkisi olan 583 əyarlı sadə qızıl üzüyün 320 manat, 1 ədəd 3 qram çəkisi olan 585 əyarlı sadə qızıl üzüyün 240 manat, 1 ədəd üzərində kiçik ölçülü qaşları olan çəkisi 4 qram olan və 585 əyarlı qızıl üzüyün 320 manat, 1 ədəd çəkisi 6 qram 585 əyarlı qızıl qolbağın 480 manat, 1 ədəd çəkisi 2 qram 585 əyarlı klon 160 manat, 1 ədəd çəkisi 1 qram 585 əyarlı klon 80 manat, 1 ədəd üzərində 4 ədəd çəkisi təxminən cəm halında 6 qram olan 585 əyarlı qızıl dişlər olan protez dişin 480 manat, 1 ədəd üzərinə “Məhəmməd” sözləri yazılmış çəkisi 7 qram 585 əyarlı qızıl lövhənin 560 manat, 1 ədəd üzərinə “İbrahim” sözləri yazılmış çəkisi 7 qram 585 əyarlı qızıl lövhənin 560 manat, 1 ədəd 5-lik çəkisi 5 qram 585 əyarlı klonun 500 manat, 1 dəst “meduza” adlanan cəmi çəkisi 3 qram olan 583 əyarlı qızıl sırğa dəstinin 240 manat, 1 ədəd “S” formasında çəkisi 1 qram olan 585 əyarlı qızıl klonun 80 manat, 1 ədəd üzərində “ÜMİ” yazılan çəkisi 4 qram 585 əyarlı qızıl klonun 320 manat, 1 ədəd üçbucaq formasında olmaqla 1 qram çəkidə 585 əyarlı qızıl klonun80 manat olmaqla sadalanan qızıl zinət əşyalarının 2021-ci ilin noyabr ayı üzrə ümumilikdə qiymətinin 13720,00 manat olduğu müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda göstərilən 37 adda qızıl zinət əşyalarının qərarda göstərilən tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 23570,00 manat müəyyən edilir. Digər 1 adda mal haqqında kifayət qədər məlumat olmadığında həmin mal üzrə qiymətləndimrə aparmaq mümkün olmamışdır. Tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Qızıl zinət əşyalarının üzərində olan qaşların istehsal yeri, keyfiyyəti və s. aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işi materiallarında olan ekspertiza təyini haqqında qərarda göstərilən 37 adda qızıl zinət əşyalarının qərarda göstərilən tarixlərə olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 23570,00 manat müəyyən edilir. Digər 1 adda mal haqqında kifayət qədər məlumat olmadığında həmin üzrə qiymətləndimrə aparmaq mümkün olmadı. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3959№-li rəyindən görünür ki, 1 ədəd qara dəri kəmərli “jeneva” markalı 21,5 qram qızıl saatın qiyməti müəyyən etmək mümkün deyil. 1 ədəd 750 əyyarlı altı qramlıq ikisi sarı biri ağ şəkildə üçlük top halında olan qızıl üzüyün 650 manat, 1 ədəd 583 əyyarlı 12 qramlıq keçmə klonun 960 manat, 1 ədəd 750 əyyarlı 8 qramlıq ağ-sarı qızıl üzüyün 800 manat, 1 ədəd 583 əyyarlı 2 qramlıq uşaq üçün qızıl üzüyün160 manat, 1 ədəd 750 əyyarlı 7 qramlıq brilliant qaşlı qızıl üzüyün 700 manat, 2 ədəd 583 əyyarlı hər biri 3 qram olan nal formasında qızıl klonun 480 manat, 1 cüt 583 əyarlı 2.5 qram olan qızıl sırğanın 200 manat olmaqla sadalanan qızıl zinət əşyalarının 2021-ci ilin oktyabr ayı üzrə ümumilikdə qiymətinin 3950,00 manat olduğu müəyyən edilir. Cinayət işi materiallarında olan ekspertiza təyini haqqında qərarda göstərilən 7 adda qızıl zinət əşyalarının 2021-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi nəzəri dəyəri qaydada təxminən 3950,00 manat müəyyən edilir. Digər bir adda mal haqqında məlumat (xalis çəkisi, modeli və.s) olmadığından həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3953№-li rəyindən görünür ki, Rusiya istehsalı 585 əyyarlı 1 ədəd qızıl üzük və 2 ədəd sırğa olmaqla ümumilikdə 12,5 qram çəkidə komplekt qızıl dəstinin 1000 manat, 1 ədəd Rusiya istehsalı, 585 əyyarlı 2,5 qram çəkidə klonsuz qızıl boyunbağın 200 manat, 1 ədəd Rusiya istehsalı, 585 əyyarlı, 14,5 qram çəkidə üzəri sadə qaşlarla bəzədilmiş qızıl qolbağın 1160 manat, 1 ədəd Rusiya istehsalı, 585 əyyarlı, 3 qram çəkidə adi qaşlı qızıl üzüyün 240 manat, 1 cüt Rusiya istehsalı, 585 əyyarlı, 7 qram çəkidə, hər birinin üzərində 1 ədəd olmaqla briliant qaşlarla bəzədilmiş qızıl sırğanın 560 manat olmaqla sadalanan qızıl zinət əşyalarının 2021-ci ilin oktyabr ayı üzrə ümumilikdə qiymətinin 3160,00 manat olduğu müəyyən edilir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3952№-li rəyindən görünür ki, 1 ədəd Rusiya istehsalı, 585 əyyarlı 5 qram çəkidə çəhrayı rəngli sadə qaşı olan üzüyün 400 manat, 1 ədəd Rusiya istehsalı, 585 əyyarlı klonsuz, 6 qram çəkidə boyunbağının 880 manat olmaqala sadalanan qızıl zinət əşyalarının 2022-ci ilin mart ayı üzrə ümumilikdə qiymətinin 880,00 manat olduğu müəyyən edilir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3956№-li rəyindən görünür ki, 1 ədəd Rusiya istehsalı, 585 əyyarlı təxmini 3 qram çəkidə qızıl üzüyün 240 manat, 1 ədəd Rusiya istehsalı, 585 əyyarlı 6 qram çəkidə qızıl üzüyün 480 manat, 2 cüt hər biri 2 qram olan Rusiya istehsalı qızıl sırğaların 320 manat, 1 ədəd Rusiya istehsalı, 585 əyyarlı 3 qram çəkidə qızıl sepin 240 manat, sepin üzərində Rusiya istehsalı, 585 əyyarlı 1,5 qram yarpaq formasında olan klonun 120 manat olmaqla sadalanan qızıl zinət əşyalarının 2021-ci ilin noyabr ayı üzrə ümumilikdə qiymətinin 1400,00 manat olduğu müəyyən edilir. Ekspertiza təyini haqqında qərarda göstərilən 5 adda qızıl zinət əşyalarının 2021-ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1400,00 manat müəyyən edilir. Həmin qızıl-zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 9/3954№-li rəyindən görünür ki, 1 ədəd 583 əyyarlı 30 qram çəkidə “tros” formalı qızıl sepin 2400 manat və 583 əyyarlı 10 qram çəkidə qızıl klounun 800 manat, 3 cüt 583 əyyarlıq hər cütü 6 qram çəkidə qızıl sırğaların 1440 manat, tək brilliant qaşlı 583 əyyarlı 20 qram çəkidə qızıl üzük sırğa dəstinin 1600 manat, 4 ədəd 583 əyyarlı hər biri 5 qram çəkidə qızıl boyunbağıların 1600 manat, 1 ədəd 583 əyyarlıq 5 qram çəkidə qızıl boyunbağının 400 manat, 2 ədəd 583 əyyarlı, hər biri 15 qram çəkidə qızıl saatların qiymətini müəyyən etmək mükün deyil, 2 ədəd hər biri 2 qram çəkidə gümüş qolbağların 20 manat, 3 ədəd 583 əyyarlı, hər biri 2 qram çəkidə qızıl qolbağların 480 manat, 1 ədəd 583 əyyarlı 3 qram çəkidə ürək formalı qızıl klounun 240 manat, 1 ədəd 583 əyyarlı, romb formalı 7 qram çəkidə qızıl klounun 455 manat olmaqla sadalanan qızıl zinət əşyalarının 2022-ci ilin yanvar ayı üzrə ümumilikdə qiymətinin 9435,00 manat olduğu müəyyən edilir. Cinayət işi materiallarında olan 1 ədəd 585 əyyarlıq 6,5 qram çəkidə qızıl üzük sırğa dəstinin 520 manat, 585 əyyarlıq 3 qram çəkidə 1 cüt qızıl sırğanın 240 manat, 1 ədəd 583 əyyarlıq 6,5 qram çəkidə qızıl boyunbağının 520 manat olmaqla sadalanan qızıl zinət əşyalarının 2022-ci ilin yanvar ayı üzrə ümumilikdə qiymətinin 1280,00 manat olduğu müəyyən edilir 1ədəd 583 əyyarlıq, 25 qram çəkidə zəncir formalı qızıl boyunbağının 2000 manat, 1 ədəd 583 əyyarlıq 8 qram çəkidə qızıl üzüyün 640 manat, 1 ədəd 583 əyyarlıq 7 qram çəkidə qızıl sepin 560 manat, 1 ədəd 583 əyyarlıq 7 qram çəkidə qızıl nişan üzüyünün 560 manat olmaqla sadalanan qızıl zinət əşyalarının 2022-ci ilin yanvar ayı üzrə ümumilikdə qiymətinin 3760,00 manat olduğu müəyyən edilir Ekspertiza təyini haqqında qərarda göstərilən 17 adda qızıl zinət əşyalarının qərarda göstərilən tarixə olan orta bazar qiyməti ilə ümumi nəzəri dəyəri qaydada təxminən 14475,00 manat müəyyən edilir. Digər bir adda mal haqqında məlumat (markası, modeli, xalis qızıl çəkisi, və.s) olmadığından həmin mal üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. X9 məxsus qızıl zinət əşyaları - 9435,00 manat Zərərçəkmiş şəxs13 məxsus qızıl zinət əşyaları- 1280,00 Zərərçəkmiş şəxs15 İdris oğluna məxsus qızıl-zinət əşyaları – 3760,00 manat Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. Qeyd: qızıl zinət əşyalarının üzərində olan brilliant qaşların istehsal yeri, keyfiyyəti və s. aydın olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs adına olan tələbnamədən görünür ki, o, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilərək, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin X24 Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 01 (bir) il 03 (üç) ay 10 (on) gün müddətinə 8 saylı X18 Müəssisəsinə keçirilmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 10 iyun 2020-ci il tarixdə saat 20 radələrindən 23 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs1 yaşadığı Mingəçevir şəhəri M.P.Vaqif küçəsi 19 №-li evin 40№-li mənzilinin eyvanının pəncərəsinə qalxıb pəncərənin üzərində qurlaşdırılmış toru əli ilə itələyib içəri saldıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən paltar dolabında olan çantanın içərisdə saxlanılan 335 (üz yüz otuz beş) manat məbləğdə pulu, 1 ədəd 490 manat dəyərində 7 qram çəkidə 585 əyyarlı üzərində 24 ədəd kiçik ölçülü qaşlar olan qızıl üzyü, 1050 manat dəyərində 15 qram çəkidə 585 əyyarlı üzərində gül forması olan qızıl üzüksırğa dəstinin, 1 ədəd 810 manat dəyərində 9 qram çəkidə 750 əyyarlı qızıl sırğanı, 1 ədəd 210 manat dəyərində 3 qram çəkidə, 583 əyyarlı uşaq üçün qızıl qolbağını, 1 cüt 280 manat dəyərində 4 qram çəkidə 585 əyyarlı uşaq üçün qızıl sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 3175 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 03 iyul 2020ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı Mingəçevir şəhəri 20 Yanvar küçəsi 6A№-li evin 37№-li mənzilinin pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən paltar sandığında saxlanılan 3500 manat məbləğdə pulu və 1 ədəd 2240 manat dəyərində 32 qram çəkidə 585 əyyarlı qızıl qolbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 5740 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 09 yanvar 2021-ci il tarixdə saat 19 radələrindən 21 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs3 yaşadığı Mingəçevir şəhəri D.Əliyeva küçəsi 1№-li evin 4№-li mənzilinin qonaq otağının pəncərəsinə boru vasitəsi ilə qalxıb həmin pəncərəni əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən paltar dolabında asılı vəziyyətdə olan pencəyin ciblərindən 7000 ABŞ dollarını qed olunan valyutanın 2021-ci ilin yanvar ayına olan azərbaycan məzənnəsi nəzərə alınmaqla 11900 manat məbləğdə pulu və 280 manat dəyərində 4 qram çəkidə 583 əyyarlı damcı formalı brilliantdan olan qaşa malik 1 ədəd badamvari üzük və 1 cüt sırğadan ibarət qızıl dəstinin gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 12180 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 05 iyul 2021ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 4A№-li evin 36№-li mənzilinin pəncərəsindən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən kiçik ölçülü masanın üzərindəki çantada saxlanılan 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı qızıl boyunbağını, 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı qızıl qolbağını, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı “Mismak” markalı qızıl qolbağı, 1 ədəd 640 manat dəyərində 8 qram çəkidə 585 əyyarlı qızıl üzüyü, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı brilliant qaşlı qızıl üzüyü,1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı qızıl kişi üzüyünü, 1 ədəd 160 manat dəyərində 2 qram çəkidə 585 əyyarlı qızıl klonu, 1 ədəd 80 manat dəyərində 1 qram çəkidə 583 əyyarlı qızıl göz muncuğunu, 1 ədəd 250 manat dəyərində 2,5 qram çəkidə 750 əyyarlı qızıl qadın üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 3050 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 20 iyul 2021ci il tarixdə saat 21 radələrindən 23 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs5 yaşadığı Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 6 №-li evin 41№-li mənzilinə həmin binanın birinci mərtəbəsində yerləşən mənzilin pəncərəsinin üzərinə quraşdırılmış dəmir barmaqlıqlardan tutaraq 2-ci mərtəbəki kondisionerin mühərrikinin üzərinə qalxıb mənzilin pəncərəsini əli ilə itələyib açaraq həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub otaqdakı oturacaq stulun üzərində olan göy rəngli qadın çantasının içərisindən 2000 manat məbləğdə nəğd pulu, 1 ədəd 2400 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı qızıl tros boyunbağını, 1 ədəd 2000 manat dəyərində 25 qram çəkidə, 585 əyyarlı naxışlı qızıl boyunbağını, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə 583 əyyarlı qızıl boyunbağını, 1 ədəd 1760 manat dəyərində 22 qram çəkidə 583 əyyarlı yolka formalı qızıl qolbağını, 800 manat dəyərində 1 cüt 10 qram çəkidə 583 əyyarlı yaşıl damla formalı qaşlı briliant sırğanı, 1200 manat dəyərində 1 cüt 12 qram çəkidə 750 əyyarlı qızıl sırğanı, 1 ədəd 600 manat dəyərində 6 qram çəkidə 750 əyyarlı briliant qaşlı qızıl nişan üzüyünü, 1 ədəd 720 manat dəyərində 9 qram çəkidə 583 əyarlı yantar formalı qızıl üzüyü, 1 ədəd 600 manat dəyərində 6 qram çəkidə 750 əyyarlı briliant qaşlı qızıl üzüyü, 1 ədəd 640 manat dəyərində 8 qram çəkidə 583 əyyarlı üstü qaşlı qızıl üzüyü, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 583 əyyarlı paxlava formalı yaşıl qaşlı qızıl üzüyü, 1 ədəd 720 manat dəyərində 9 qram çəkidə 583 əyyarlı tək qaş qızıl üzüyü, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 583 əyyarlı, musiqi notu formasında üzüyü, 1 ədəd 640 manat dəyərində 8 qram çəkidə 583 əyyarlı, bir tərəfi kəpənək digər tərəfi isə toppuz formasında olan qızıl üzüyü, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə 583 əyyarlı qırmızı qaşlı qızıl üzüyü, 1 ədəd 60 manat dəyərində 4 qram çəkidə gümüş üzüyü, 1 ədədinin qiyməti 8 manat olmaqla 2 ədəd 16 manat dəyərində büjiteriyanın sadə qolbağını, 1 dəst 12 manat dəyərində bujiteriya olmaqla ümumi dəyəri 14.328 (on dörd min üç yüz iyirmi səkkiz) manat olan qızıl-zinət əşyalarını və həmin otaqda olan stolun üzərindəki qara rəngli əl çantasının içərisindən 18 manat məbləğdə nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 16.346 manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 13 sentyabr 2021-ci il tarixdə saat 20 radələrindən 22 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs6 yaşadığı Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 5№-li evin 2№-li mənzilinin eyvanının pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən paltar dolabındakı mücrünün içərisində saxlanılan 1 ədəd 1000 manat dəyərində 10 qram çəkidə 750 əyyarlı qızıl qolbağı, 1 ədəd 1760 manat dəyərində 22 qram çəkidə 583 əyyarlı qızıl boyunağını, 1 ədəd üzərində 400 manat dəyərində 5 qram çəkidə 583 əyyarlı üzərində 3 ədəd brilliant qaşlı qızıl üzüyü, 1 ədəd 400 manat 5 qram çəkidə 583 əyyarlı paxlava formalı brilliant qaşlı qızıl üzüyü, 1 ədəd 50 manat dəyərində 10 qram çəkidə gümüş üzüyünü, 1 ədəd 50 manat dəyərində svarovski qaşlı büjiteriyanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 3660 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 11 oktyabr 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs7 yaşadığı Mingəçevir şəhəri M.V.Vidadi küçəsi 5№-li evin 2№-li mənzilinin eyvanının pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin dəhlizində yerləşən dolabın rəfindəki qabın içərisində saxlanılan 1 ədəd 1500 manat dəyərində 21,5 qram çəkidə qara dəri kəmərli “Jeneva” markalı qızıl saatı, 1 ədəd 650 manat dəyərində 750 əyyarlı ikisi sarı, biri ağ şəkildə üçlük top halında olan qızıl üzüyü, 1 ədəd 960 manat dəyərində 12 qram çəkidə 583 əyyarlı keçmə qızıl klonu, 1 ədəd 800 manat dəyərində 8 qram çəkidə 750 əyyarlı ağ-sarı qızıl üzüyü, 1 ədəd 160 manat dəyərində 2 qram çəkidə 583 əyyarlı uşaq üçün qızıl üzüyü, 1 ədəd 700 manat dəyərində 7 qram çəkidə 750 əyyarlı brilliant qaşlı qızıl üzüyü, 2 ədəd 480 manat dəyərində hər biri 3 qram çəkidə 583 əyyarlı nal formalı qızıl klonu, 1 cüt 200 manat dəyərində 2,5 qram çəkidə 583 əyarlı qızıl sırğanı olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 5450 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 23 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs8 yaşadığı Mingəçevir şəhəri M.Füzuli küçəsi 84/17№-li evin 4№-li mənzilinin eyvanının pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən dolabın rəfindəki örtüklərin arasında saxlanılan 1000 manat dəyərində 12,5 qram çəkidə 585 əyyarlı 1 ədəd qızıl üzük və 2 ədəd sırğadan ibarət olan qızıl dəstini, 1 ədəd 200 manat dəyərində 2,5 qram çəkidə, 585 əyyarlı klonsuz qızıl boyunbağnı, 1 ədəd 1160 manat dəyərində 14,5 qram çəkidə, 585 əyyarlı, üzəri sadə qaşlarla bəzədilmiş qızıl qolbağı, 1 ədəd 240 manat dəyərində, 3 qram çəkidə 585 əyyarlı, adi qaşlı qızıl üzüyü, 1 cüt 560 manat dəyərində 7 qram çəkidə, 585 əyyarlı, hər birinin üzəri 1 ədəd briliant qaşlarla bəzədilmiş qızıl sırğanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 3160 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 07 noyabr 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs9 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 4B№-li evin 5№-li mənzilinin eyvanına binaya bərkidilmiş boru vasitəsi ilə qalxıb eyvanın plastik pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin mətbəxində yerləşən dolabın rəfindəki qabın içərisində saxlanılan 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı qızıl üzüyü, 1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı qızıl üzüyü, 2 cüt 320 manat dəyərində hər biri 2 qram çəkidə olan qızıl sırğaları, 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə, 585 əyyarlı qızıl boyunbağını, həmin boyunbağının üzərində olan 1 ədəd 120 manat dəyərində 1,5 qram çəkidə, 585 əyyarlı yarpaq formalı qızıl klonu, 80 Gürüstan larisini qeyd olunan valyutanın 2021ci ilin noyabr ayına olan məzənnəsi nəzərə alınmaqla 43,12 manat məbləğdə, mənzilin yataq otağındakı dolabın rəfindəki çantanın içərisində saxlaınlan 200 ABŞ dollarını qeyd olunan valyutanın 2021-ci ilin noyabr ayına olan məzənnəsi nəzərə alınmaqla 340 manat məbləğdə və 1000 Türkiyə lirəsini qeyd olunan valyutanın 2021-ci ilin noyabr ayına olan məzənnəsi nəzərə alınmaqla 178 manat məbləğdə pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs9 ümumilikdə 1961,12 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 27 noyabr 2021-ci il tarixdə saat 16 radələrindən 22 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs10 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 7№-li evin 59№-li mənzilinin eyvanının açıq vəziyyətdə olan pəncərəsindən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən dolabın rəfindəki şüşə balonda saxlanılan 2000 manat məbləğdə və həmin dolabın rəfində olan çantanın içərisində saxlanılan 4300 manat məbləğdə pulu, həmçinin çantanın içərisində saxlanılan 4 ədəd 6400 manat dəyərində hər birinin çəkisi təxminən 20 qram olan 585 əyarlı qızıl boyunbağıları, 5 ədəd 2500 manat dəyərində hər birinin çəkisi 5 qram olan 750 əyyarlı briliant qaşlı qızıl üzükləri, 1 ədəd 400 manat dəyərində 5 qram çəkidə 583 əyyarlı tək brilliant qaşı olan qızıl üzüyü 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə 583 əyyarlı sadə qızıl üzüyü, 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı sadə qızıl üzüyü, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə 585 əyyarlı üzərində kiçik ölçülü qaşları olan qızıl üzüyü,1 ədəd 480 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı qızıl qolbağını, 1 ədəd 160 manat dəyərində 2 qram çəkidə 585 əyyarlı qızıl klonu, 1 ədəd 80 manat dəyərində 1 qram çəkidə 585 əyyarlı qızıl klonu, 480 manat dəyərində 4 ədəd ümumilikdə 6 qram çəkidə 585 əyyarlı qızıl dişləri, 1 ədəd 560 manat dəyərində 7 qram çəkidə 585 əyyarlı üzərinə “Məhəmməd” sözləri yazılmış qızıl lövhəni, 1 ədəd 560 manat dəyərində 7 qram çəkidə 585 əyyarlı üzərinə “İbrahim” sözləri yazılmış qızıl lövhəni, 1 ədəd 500 manat dəyərində 5 qram çəkidə 585 əyyarlı 5lik qızıl klonu, 1 cüt 240 manat dəyərində 3 qram çəkidə 583 əyyarlı “meduza” adlanan qızıl sırğa dəstini, 1 ədəd 1 qram 80 manat dəyərində 1 qram çəkidə 585 əyyarlı “S” formalı qızıl klonu, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə üzərində 585 əyyarlı üzərinə “ÜMİ” yazılan qızıl klonu, 1 ədəd 80 manat dəyərində 1 qram çəkidə 585 əyyarlı üçbucaq formalı qızıl klonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs10 ümumilikdə 20020 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 10 dekabr 2021-ci il tarixdə saat 20 radələrindən 22 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs11 yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 30№-li evin 4№-li mənzilinin mətbəxinin pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin qonaq otağında yerləşən dolabın rəfindəki qabın içərisində saxlanılan 1100 manat dəyərində 11 qram çəkidə 750 əyyarlı “Pandorra” markalı 1 cüt sırğa və 1 üzükdən ibarət qızıl dəstini, 1 cüt 400 manat dəyərində 5 qram çəkidə 585 əyyarlı qızıl sırğanı, 3 ədəd 840 manat dəyərində 3-4 qram arasında çəkidə 585 əyyarlı qızıl boyunbağıları, 3 ədəd 480 manat dəyərində hər biri 2 qram çəkidə 585 əyyarlı qızıl klonları, 1 ədəd 320 manat dəyərində 4 qram çəkidə 585 əyyarlı üzərində göy rəngli qaşı olan qızıl üzüyü, 1 ədəd 50 manat dəyərində 10 qram çəkidə olan gümüş bəzək əşyası gizli olaraq talayıb Zərərçəkmiş şəxs11 ümumilikdə 3190 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 31 dekabr 2021-ci il tarixdə saat 19 radələrində 00 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs12 yaşadığı Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 3/1№-li evin 4№-li mənzilinin eyvanına binaya bərkidilmiş boru vasitəsi ilə qalxıb eyvanın plastik pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin uşaq otağında yerləşən dolabın rəfində və həmin otaqda yerləşən divanın alt hissəsində saxlanılan 1 ədəd 2400 manat dəyərində 30 qram çəkidə 583 əyyarlı “tros” formalı qızıl boyunbağını, 1 ədəd 800 manat 10 qram çəkidə 583 əyyarlı qızıl klonu, 3 cüt 1440 manat dəyərində hər bir cütü 6 qram çəkidə 583 əyyarlı qızıl sırğaları, 1600 manat dəyərində 20 qram çəkidə 583 əyyarlı tək brilliant qaşlı qızıl üzük sırğa dəstini, 4 ədəd 1600 manat dəyərində hər biri 5 qram çəkidə 583 əyyarlı qızıl boyunbağıları, 1 ədəd 400 manat dəyərində 5 qram çəkidə 583 əyyarlı qızıl boyunbağını, 2 ədəd hər biri 550 manat dəyərində olan hər biri 15 qram çəkidə qızıl saatları, 2 ədəd 20 manat dəyərində hər biri 2 qram çəkidə gümüş qolbağları, 3 ədəd 480 manat dəyərində hər biri 2 qram çəkidə olan 583 əyyarlı qızıl qolbağları, 1 ədəd 240 manat dəyərində 3 qram çəkidə 583 əyyarlı ürək formalı qızıl klonu, 1 ədəd 455 manat dəyərində 7 qram çəkidə 583 əyyarlı, romb formalı qızıl klonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs12 ümumilikdə 10535 manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 18 yanvar 2022-ci il tarixdə saat 18 radələrindən 21 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs13 yaşadığı Mingəçevir şəhəri Nizami küçəsi 23/1№-li evin 15№-li mənzilinin mətbəxinin pəncərəsinə binaya bərkidilmiş boru vasitəsi ilə qalxıb mətbəxin plastik pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin otağında yerləşən dolabın rəfində saxlanılan 520 manat dəyərində 6,5 qram çəkidə 585 əyyarlı qızıl üzük sırğa dəstini, 1 cüt 240 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı qızıl sırğanı, 1 ədəd 520 manat dəyərində 6,5 qram çəkidə 583 əyyarlı qızıl boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs13 ümumilikdə 1280 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 20 mart 2022-ci il tarixdə saat 18 radələrindən 22 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs14 yaşadığı Mingəçevir şəhəri Ə.Vahid küçəsi 4/1№-li evin 77№-li mənzilinin otağının plastik pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin otağında yerləşən dolabda saxlanılan paltonun cibindən 1300 manat məbləğdə pulu və mənzildəki digər rəfdə olan şüşə qabın içərisində saxlanılan 1 ədəd 400 manat dəyərində 5 qram çəkidə 585 əyyarlı çəhrayı rəngli sadə qaşı olan qızıl üzüyü, 1 ədəd 880 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı klonsuz qızıl boyunbağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs14 ümumilikdə 2580 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə 29 mart 2022-ci il tarixdə saat 20 radələrindən 23 radələrinədək olan müddət ərizində Zərərçəkmiş şəxs15 yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 28/1№-li evin 58№-li mənzilinin mətbəxinin pəncərəsinə binaya bərkidilmiş boru vasitəsi ilə qalxıb mətbəxin plastik pəncərəsini əli ilə itələyib açdıqdan sonra həmin pəncərədən yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz olaraq daxil olub, mənzilin yataq otağında yerləşən dolabın rəfində saxlanılan çantanın içərisində saxlanılan 500 manat, həmin dolabda olan paltarın cibindən 50 manat məbləğdə pulu, dolabın rəflərində saxlanılan 1 ədəd 2000 manat dəyərində 25 qram çəkidə 583 əyyarlı zəncir formalı qızıl boyunbağını, 1 ədəd 640 manat dəyərində 8 qram çəkidə 583 əyyarlı qızıl üzüyü, 1 ədəd 560 manat dəyərində 7 qram çəkidə 583 əyyarlı qızıl boyunbağını, 1 ədəd 560 manat dəyərində 7 qram çəkidə 583 əyyarlı qızıl nişan üzüyünün gizli olaraq talayıb Zərərçəkmiş şəxs15 ümumilikdə 4310 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə müvafiq olaraq törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini və şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materialarında olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-26/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cümaddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Mingəçevir şəhər məhkəməsinin 19 dekabr 2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təyin edilmiş 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.2-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş qəti cəza müddətinə qismən toplanmaqla üzərində qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum etməcəzası saxlanılmış, Təqsirləndirilən şəxs 28 sentyabr 2018-ci il tarixdən 30 sentyabr 2018-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, onun üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğu ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən cinayətin residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-nin 177.2, 177.2,3 və 177.2.4-cü maddələrində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, İlqar Musayevə təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2, 177.2,3 və 177.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəza çəkmə müddətinin başlanğıcı həbs edildiyi yəni, xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə 500 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 09 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut yoxdur. İş üzrə 500 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar