Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-124/2023 19.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan Mingəçevir Y.Muradov küçəsi 47 №li evin 2 №-li mənzilində qeydiyyatda olmaqla, yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,265 qram olan narkotik vasitə heroindən 1 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,109 qram olan hissəsini bir ədəd şüşə ampulanın içərisində əynindəki qara rəngli şalvarın sol yan cibində və 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,156 qram olan hissəsini isə bir ədəd kibrit qutusunun içərisində əynindəki qara rəngli şalvarın sağ yan cibində satış məqsədi olmadan saxlayaraq daşımış və 19 iyun 2023-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Güllü Bağ”-ın yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19:27-dən 19:42-dək olan müddət ərizində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan qara rəngli şalvarın sol və sağ yan ciblərindən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən “Qədiroğlu” mağazasının yaxınlığından keçərkən yerdə 1 ədəd şəffaf bükümü görüb yerdən götürmüşdür. Açıb baxdıq da həmin bükümün içərisindəkinin narkotik vasitə heroin olduğunu bilmişdir. Çünki, özü də narkotik vasitələrdən istifadə edir. Həmin bükümü iki hissəyə bölərək bir hissəsini qara rəngli kağız bükümünə digər hissəsini isə sellofan bükümə qablaşdırıb qara rəngli kağız bükümü cibində olan narkotik vasitələrin qəbulunda istifadə etdiyi şüşə ampulanın içərisinə, sellofan bükümü isə kibrit qutusuna yerləşdirdib kibrit qutusunu əynindəki qara rəngli şalvarın sağ yan cibinə, şüşə ampulanı isə əynindəki qara rəngli şalvarın sol yan cibinə qoyaraq gizlətmiş ki, sonra itifadə edər. xx.xx.2023cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Güllü Bağ”-ın yaxınlığında olarkən tapdığı narkotik vasitə də üzərində olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində ona üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə olunacağı ona bildirilmişdir. O da üzərinə şəxsi axtarış keçirilməsi zamanı video çəkiliş aparılmasına etiraz etməmişdir. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdir. O da əynindəki qara rəngli şalvarın sol yan cibindən 56 manat 10 qəpik məbləğdə pulu, 1 ədəd Huawei markalı mobil telefonu, 1 ədəd başı kəsik şüşə ampulanı, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu, 1 ədəd dırnaqtutanı, həmin şalvarın arxa sağ cibindən 1 ədəd şprisi çıxarıb təqdim etmişdir. Təqdim edilən kibrit qutusuna baxılarkən kibrit qutusunun içərisində 1ədəd şəffaf büküm, şüşə ampulaya baxılarkən isə ampulanın içərisində 1 ədəd qara rəngli kağız büküm olduğu müəyyən edilmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd qara-ağ rəngli kağız bükümü və 1 ədəd sellofan büküm açılıb baxıldıqda bükümlərdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik kütlə yəni, narkotik vasitə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və kağız bükümü ilə birlikdə narkotik vasitə heroinin çəkisi 0,27 qram, sellofan büküm ilə birlikdə narkotik vasitə heroinin çəkisi 0,18 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmiş ki, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhəri Y.Muradov küçəsində yerləşən “Qədiroğlu” mağazasının yaxınlığından keçərkən yerdən sellofan bükümdə tapıb üzərində gizlətmişdir. Tərəzidə çəkildikdən sonra həmin qara-ağ rəngli kağız büküm və sellofan büküm həmçinin 1 ədəd başı kəsik şüşə ampula, 1 ədəd şpris onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o də imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən himayəsində bir nəfər azyaşlı uşağının və şəhid ailəsi olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Mingəçevir şəhər PŞ-nin əməkdaşı Şahid2, Şahid3 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhərinin 20 Yanvar küçəsində yerləşən “GüllüBağ”-ın yaxınlığında görüb ona yaxınlaşaraq, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirilib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs də üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin, o da əynindəki qara rəngli şalvarın sol yan cibindən 56 manat 10 qəpik məbləğdə pulu, 1 ədəd Huawei markalı mobil telefonu, 1 ədəd başı kəsik şüşə ampulanı, əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunu, 1 ədəd dırnaqtutanı, həmin şalvarın arxa sağ cibindən 1 ədəd şprisi çıxarıb təqdim etmişdir. Təqdim edilən kibrit qutusuna baxılarkən kibrit qutusunun içərisində 1ədəd şəffaf büküm, şüşə ampulaya baxılarkən isə ampulanın içərisində 1 ədəd qara rəngli kağız büküm olduğu müəyyən edilmişdir. Bundan başqa üzərində digər əşya olmadığını bildirdikdən sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən təqdim etdiyi əşyalardan başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd qara-ağ rəngli kağız bükümü və 1 ədəd sellofan büküm açılıb baxıldıqda bükümlərdə olan kütlənin qəhvəyi rəngli, kəskin iyə malik kütlə yəni narkotik vasitə olduğu müəyyən edilmişdir. Aşkar olunmuş kağız bükümü ilə birlikdə narkotik vasitə heroinin çəkisi 0,27 qram, sellofan büküm ilə birlikdə narkotik vasitə heroinin çəkisi 0,18 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhərinin Y.Muradov küçəsində yerləşən “Qədiroğlu” mağazasının yaxınlığından keçərkən yerdən 1 ədəd şəffaf sellofan bükümdə yerdən tapıb üzərində gizlədərək saxladığını və narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə zərfə qoyulub ağzı bağlanmış və zərf Azərbaycan Respublikası DİN-nin 76 №-li möhürü ilə möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 məhkəmə iclası zamanı Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadələrində təsdiq etmişlər. Cinayət işi materiallarında olan şəxsi axtarış keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli şalvarların ciblərində gizlədərək saxladığı 1 (bir) ədəd qara-ağ rəngli kağız bükümündə ümumi təmiz çəkisi 0,156 qram və 1 (bir) ədəd şəffaf sellofan bükümündə ümumi təmiz çəkisi 0,109 qram olan olan narkotik vasitə-heroin, 1ədəd başı kəsik ampula və 1 ədəd şpris aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan diskə baxış keçirilməsi haqqında 20 iyun 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü tarixdə müstəntiq tərəfindən Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən çəkilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosessini özündə əks etdirən DVD diskə baxış keçirilmişdir. DVD diskə müstəntiq tərəfindən baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın ciblərindən 1 ədəd qara-ağ rəngli kağız bükümdə və 1 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroin, 1ədəd şpris aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 17/486 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “ Vət.Təqsirləndirilən şəxs üzərindən aşkarlanan narkotik maddəyə bənzər..” sözləri, adlar və imzalar olan zərfin içərisindəki 01 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə, təmiz çəkisi- 0,109 qram olan və 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-0,156 qram ümumi təmiz çəkisi-0,265 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroinlərdir. Tədqiata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərində aşkarlanan 1 ədəd ampula və 1 ədəd şpris.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd 2 ml-lik şprisdə və 01 (bir) ədəd başlığı qırıq şüşə ampulada olan cüzi miqdarda maddə hissəcikləri narkotik vasitə olan heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə təmiz çəkilərini müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd şprisdə və 01 (bir) ədəd şüşə ampulada olan heroin hissəcikləri cüzi miqdarda olduqlarına görə həmin obyektlərlə 02 (iki) ədəd bükümlərdə olan heroinlərin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmadı. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı ”na daxildir. (İ siyahı) Məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata hər obyektdən sərf olunan 0,020 qram narkotik vasitə kütlələrindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,136 qram və 0,089 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1ədəd başı kəsik şüşə ampula, 1 ədəd şpris heroin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Aparılmış tədqiqatın dəyəri 71,94 manatdır. Cinayət işi materiallarında olan məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1309 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan 04 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, cinayət işi üzrə götürülmüş 1 (bir) ədəd qara-ağ rəngli kağız bükümündə və 1 (bir) ədəd şəffaf sellofan bükümdə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata hər obyektdən sərf olunan 0,020 qram narkotik vasitə kütlələrindən sonra yerdə qalan ümumi qalıq çəkisi 0,136 qram və 0,089 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd başı kəsik şüşə ampula, 1 ədəd şpris iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işi materiallarında olan DİN yanında BƏSİİ-in xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarında olan AZ-İİ seriyalı, 584755 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 arasında nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2023-cü ilin 08-ci ayının 24-cü günündə 552 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Cinayət işi materiallarında olan AZ-İİİ seriyalı, ******* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X6 adlı uşağı vardır. İş materiallarında olan ölüm haqqında şəhatənamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin əmisi X7 xx.xx.1993-cü il tarixdə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuşdur. İş materiallarından olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin atası X8 şəhid X7 ilə qardaşdırlar. İş materiallarında olan Mingəçevir şəhər 9 nömrəli MİS-nini arayışından görünür ki, şəhid anası təqsirləndirilən şəxsin nənəsi X1 Y.Muradov küçəsi 47 №li evin 2 №-li mənzilində qeydiyyatda olmaqla, təqsirləndirilən şəxslə birgə yaşayır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin yuxarı həddi üçün 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi çəkisi 0,265 qram olan narkotik vasitə heroindən 1 (bir) ədəd qara-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,109 qram olan hissəsini bir ədəd şüşə ampulanın içərisində əynindəki qara rəngli şalvarın sol yan cibində və 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,156 qram olan hissəsini isə bir ədəd kibrit qutusunun içərisində əynindəki qara rəngli şalvarın sağ yan cibində satış məqsədi olmadan saxlayaraq daşımış və 19 iyun 2023-cü il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən “Güllü Bağ”-ın yaxınlığında saxlanılıb Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 19:27-dən 19:42-dək olan müddət ərizində üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə heroin onun əynində olan əynində olan qara rəngli şalvarın sol və sağ yan ciblərindən aşkar edilib götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 nəfər azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, törətdiyi əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət törətməsini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, təqsirləndirilən şəxsin evli olmaqla himayəsində bir nəfər azyaşlı uşağının və şəhid ailəsi olmasını olmasını və törətdiyi əməli səmimi etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 iyun 2023-cü il tarixdə saxlanıldığı Mingəçevir ŞPŞ-in MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Belə ki, Mingəçevir şəhərinin inzibati ərazisi Yevlax rayonu inzibati ərazisi ilə əhatə olunduğundan və hökmün icrasına gələcək maneələrin yaranmasının qarşısının alınması məqsədilə Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək vəzifəsi qoyulması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-in 197 və 198-ci maddələrinə əsasən iş üzrə 71 manat 94 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 0,136 qram və 0,089 qram olan narkotik vasitə heroin, 1 ədəd başı kəsik ampula və 1 ədəd şpris Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 iyun 2023-cü il tarixdən 21 iyun 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, Təqsirləndirilən şəxs götürülmüş ekspertizadan sonra qalıq çəkisi 0,136 qram və 0,089 qram olan narkotik vasitə heroin, 1 ədəd başı kəsik ampula və 1 ədəd şpris Azərbaycan Respublikası CPM-in 132.1.1-ci maddəsinə əsasən məhv edilsin. İş üzrə 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-124/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-124/2023
19.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver