Məhkəmə qərarları › İş №1(051)-125/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-125/2020

06.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-125/2020 06.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsnun, müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndələri Şahid2, Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Şahid3, Zərərçəkmiş şəxs5 qanuni nümayəndəsi Şahid6, Zərərçəkmiş şəxs6 qanuni nümayəndəsi, həm də Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 qanuni nümayəndəsi, həm də Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 qanuni nümayəndəsi Şahid5, Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13 qanuni nümayəndələri Şahid4 və Zərərçəkmiş şəxs14 qanuni nümayəndəsi, həm də Zərərçəkmiş şəxs15 iştirakı ilə xx.xx.1990–cı il tarixdə Bərdə rayonu, Xanərəb kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Salahlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və Mingəçevir şəhəri, Şəfa bağlar massivi 5-ci küçədə yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 13 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitəsini sürücülük vəsiqəsi ilə idarə etməli olduğu halda, Qanunun həmin tələbini pozub əri Şahid1 məxsus «Opel-Astra» markalı, ** HC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Mingəçevir şəhəri, Şəfa bağlar massivində küçə yolu ilə 20/km saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək, yol hərəkəti qaydalarını pozub yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, hərəkətlərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu etməyərək cinayətkarcasına etinasızlıq nəticəsində X3 yaşadığı Mingəçevir şəhəri, Şəfa bağlar massivində yerləşən fərdi yaşayış evinin giriş qapısının yaxınlığında yolun sol tərəfində «Ramazan» bayramı ilə əlaqədar olaraq həmin küçədə hazırlanmış bayram süfrəsində oturmuş və ayaq üstə dayanmış şəxsləri avtomobilin qabaq sol qanad hissəsi ilə ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs14 sol aşağı ətrafın yumşaq toxumalarının əzilməsi, açıq kəllə-beyin travması, sağ tərəfli subdural hematoma və sol tərəfli pnevmoraks ilə nəticələnən, insan həyatı üçün təhlükəli olduğundan sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 sol-bazu sümüyünün yerdəyişməyən sınığının əmələ gəlməsi ilə nəticələnən, sağlamlığının uzun müddətə pozulması ilə nəticələnən sağlamlığına az-ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs3 sağ əlin və sağ əl barmaqlıqlarının açıq yaraları, sağ əlin 2-3-cü əl-daraq sümüklərinin sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs12 qapalı kəllə-beyin travması, oturaq sümüyünün qapalı yerdəyişməyən sınığı ilə nəticələnən sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığa az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs4 sol təpə- gicgah nahiyəsində geniş sahədə yara, sağ almacıq sümüyünün qapalı yerdəyişən sınığı, sol baldırın çıxsaylı sıyrıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulması ilə nəticələnən sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs1 sol bud çanaq oynağının əzilməsi, sol baldırın arxa səthinin və sol diz oynağının arxa səthinin geniş sahədə qançırları və yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs6 sol xayasının və sol budun əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs7 sol budun arxa səthindən, sağ sağrı və büzdüm nahiyəsində, sol baldırın arxa səthində, sol diz oynağında yumşaq toxumaların geniş sahədə əzilməsi və qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs9 sol topuq oynağının əzilməsi, sol topuqda qançır və sifətində sıyrıqla nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs8 sağ ayağın arxa səthində şişkinlik, yumşaq toxumaların əzilməsi, qançır fonunda sıyrıqları ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs13 hər iki baldırın, sol sağrı nahiyəsinin geniş sahədə qançırları və yumşaq toxumaların əzilməsi, sol topuğun yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs10 Fikrət qızının sol sifətində sıyrıq, sol bazuda, sol diz oynağında və sağ baldırında yumşaq toxumaların əziyi ilə nəticələnən sağlamlığın qısa müddətə müvəqqəti pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurulmasına səbəb olan, həmçinin Zərərçəkmiş şəxs15 hər iki baldırlarında qançırlarla nəticələnən sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan, Zərərçəkmiş şəxs11 hər iki said nahiyəsində sıyrıqlarla nəticələnən sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan, Zərərçəkmiş şəxs5 sol əlində sıyıqlarla nəticələnən sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərdi ki, əri Şahid1 ilə 2009-cu ildə faktiki evlənmiş, birgə münasibətlərindən xx.xx.2010-cu il tarixdə Fidan və xx.xx.2015-ci il tarixdə Fatimə adlı uşaqları doğulmuşdur. Onun idarə etdiyi Opel Astra markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobil də Şahid1 məxsus olmuşdur. O, həmin avtomobili sürüçülük hüququ olmadan idarə etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə saat 13.00 radələrində Şahid1 ilə birlikdə Mingəçevir şəhəri Mərkəzi bazara bazarlıq etmək məqəsdi ilə getmiş və birlikdə bazarlıq etdikdən sonra öz yaşadıqları evə dönmüşlər. Onlar yaşadıqları küçəyə çatdıqda o, əri Elçinə avtomobili idarə etmək istədiyini bildirmiş, lakin Elçin ilkin olaraq etiraz etsə də, onun təkidindən sonra Elçin avtomobili saxlayaraq sükan arxasından yerə düşmüş və o, avtomobilin sükanı arxasında əyləşmişdir. Bundan sonra avtomobili asta-asta idarə edərək yaşadıqları küçəyə daxil olmaq istəyərkən bu zaman küçədə bir nəfər velosipetçi uşaq onun qarşısına çıxdığından o, idarəetməni itirmiş və avtomobil bir qədər getdikdən sonra qonşuluqda yaşayan Elnarənin yaşadığı həyət evinin giriş qapısının yaxınlığında ilkin olaraq dəmir stola dəymiş və qonşusu Elnarə “Ramazan” bayramı ilə əlaqədar həyətində çay süfrəsi təşkil etdiyindən orada həmin vaxt olan qonşulardan 2015-ci il təvvəllüdlü Zərərçəkmiş şəxs14, 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs8, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs9, 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs13, 1983-cü il təvəllüdlü Zərərçəkmiş şəxs10, 1982-ci il təvəllüdlü X2, 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5, 2018-ci il təvəllüdlü Zərərçəkmiş şəxs11, 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs7, 2010-cu il təvəllüdlü X7, 2012-ci il təvəllüdlü Zərərçəkmiş şəxs3 avtomobillə vurmuşdur. Bundan sonra əri Elçin avtomobili saxlamış, onlar avtomobildən yerə düşmüş və xəsarət almış Səccad və sonuncunun ansını avtomobilə əyləşdirərək Mingəçevir şəhər Mərkəzi xəstəxanasına aparmışlar. Hadisədən sonra avtomobili onun əri Elçin idarə etmişdir. Onlar xəstəxənaya yaralı uşağı gətirdikdən sonra xəstəxanaya polis əməkdaşları gəlmiş və o, polis əməkdaşları ilə birlikdə hadisənin olduğu yerə gedərək hadisə yerinin müayinəsində iştirak etmişdir. Əməlindən peşimandır. Hadisədən sonra o və qohumları zərərçəkmiş şəxslərə maddi yardım göstərmiş, onların müalicəsində yaxından iştirtak etmişdir. Lakin sonradan zərərçəkmiş şəxslərin bəziləri onun barışıq təklifini, Zərərçəkmiş şəxs14 qanuni nümayəndəsi, həm də Zərərçəkmiş şəxs15 isə ümumiyyətlə maddi yardımı da qəbul etməmişdir. Bununla belə o, dəfələrlə zərərçəkmiş şəxslərlə barışmağa cəhd etmiş, lakin qarşı tərəf onunla barışmaq istəmədiklərini bildirmişlər. Hazırda onun himayəsində ana qayğısına ehtiyacı olan iki nəfər azyaşlı uşağı vardr. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs hadisə baş verən gündən əvvəl tanımış və onunla aralarında heç bir düşmənçiliyi və ədavəti olmamışdır. xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində, yaşadığı Mingəçevir şəhər “Şəfa” bağlar massivi ilə yol kənarı ilə gələrkən xəstəxanadan cıxmış qonşusunu ziyarət etmək istəmişdir. O, yol kənarı ilə hərəkətdə olarkən bu zaman “Opel” markalı avtomobilin idarə etməni itirərək ilkin olaraq velosiped sürən Ramal adlı uşağı, daha sonra isə onun qonşusu Aygülü vurduğunu görmüşdür. Sözügedən avtomobil ona çataraq onu da vurmuş və o, zərbədən sol ayağından xəsarət almışdır. O, Bərdə rayonunda qeydiyyatda olduğu üçün xəstəxanada bir gün qaldıqdan sonra çıxıb müalicəsini yaşadığı evdə davam etdirmiş və 10 gün yataq xəstəsi olmuşdur. Hadisədən sonra təqsirləndirilən şəxs tərəfindən ona 100 manat məbləğində maddi yardım edilsə də, ona təqsirləndirilən şəxsin nə özü, nə də qohumları tərəfindən mənəvi dəstək göstərilməmiş, əksinə təqsirləndirilən şəxsin baldızı tərəfindən o, mənəvipsixoloji təzyiqlərə məruz qalmışdır. Ona görə də təqsirləndirilən şəxslə barışmamışdır. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında azyaşlı Zərərçəkmiş şəxs6 qanuni nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs6 onun doğma övladıdır. O, oğlu Nazimlə xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində yaşadıqları Mingəçevir şəhər Şəfa bağlar massivində Elnarə adlı qonşusunun həyət evinin giriş qapısının yaxınlığından keçərkən Elnarənin uşaqlar üçün süfrə açdığını görmüşdür. Daha sonra yol kənarı ilə gedərkən qonşusu Ramalı “Opel” markalı avtomobilin vurduğunu görmüş və həmin avtomobil hərəkətinə davam edərək onu və oğlu Nazimi də vuraraq onu yerə yıxmışdır. Həmin hadisədən o, bel nahiyyəsindən, yanından və sol ayağından, oğlu Nazim isə xayasından və sol bud hissəsindən xəsarət almışdır. O, övladı ilə birlikdə xəstəxanada həmin gün müayinə olduqdan sonra oğlu ilə birlikdə həmin gün xəstəxanadan çıxmışdır. O, Təqsirləndirilən şəxs hadisə baş verən gündən əvvəl tanımış və aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Hadisədən sonra təqsirləndirilən şəxs tərəfindən ona 100 manat məbləğində maddi yardım edilsə də, ona təqsirləndirilən şəxsin nə özü, nə də qohumları tərəfindən mənəvi dəstək göstərilməmiş, əksinə təqsirləndirilən şəxsin baldızı tərəfindən o, mənəvi-psixoloji təzyiqlərə məruz qalmışdır. Ona görə də təqsirləndirilən şəxslə barışmamışdır. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında azyaşlı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 qanuni nümayəndələri, həm də zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində yaşadığı Mingəçevir şəhəri Şəfa bağlar massivində qonşusu Elnarə öz həyət evinin giriş qapısının yaxınlığında ramazan bayramı ilə əlaqədar şirniyyat stolu açmış, onu da uşaqları ilə birlikdə öz həyətinə dəvət etmişdir. Həmin vaxt onun oğlu Ramal velosipetlə yol kənarında dayanmış və bu zaman gümüşü rəngli “opel” markalı avtomobilin Ramala tərəf gəldiyini və avtomobil Ramala çatdıqda onu vurduğunu görmüşdür. Bundan sonra sözügedən avtomobil hərəkətinə davam edərək ona tərəf gəlmiş, onu və qızı Nərgizi vurub, onu avtomobilin kapot hissəsi üzərində bir qədər aparmışdır. O, baş vermiş yol nəqliyyat hadisəsi zamanı belindən, ayağından, burnundan və sifətindən, oğlu Ramal üzündən və sol ayağından, qızı Nərgiz isə ağzından və sağ ayağından xəsarət almışdır. Həmin gün o, övladları ilə birlikdə təqribən 4-5 saat xəstəxanada müayinə olduqdan sonra yaşadıqları evə gəlmişlər. Hadisədən sonra hadisəni törədən şəxsin yaxınları ona və uşaqlarına tibbi yardım göstərərək onları özəl xəstəxanaya aparmışlar. Orada onun və uşaqlarının müalicə xərclərimni təqsirləndirilən şəxsin qohumları çəkmişdir. Ona baxmayaraq, hazırkı vaxta qədər bir dəfə də olsun təqsirləndirilən şəxsin nə özü, nə də qohumları tərəfindən ona mənəvi dəstək göstərilməmiş, əksinə təqsirləndirilən şəxsin baldızı tərəfindən o, mənəvi-psixoloji təzyiqlərə məruz qalmışdır. Ona görə də təqsirləndirilən şəxslə barışmamışdır. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs14 qanuni nümayəndəsi, həm də zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs15 iştirak etdiyi məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, 2015-ci il təvəllüdlü Zərərçəkmiş şəxs14 onun oğludur. xx.xx.2020-ci il tarixdə saat 13:00 radələrində qonşusu Elnarə yaşadıqları Mingəçevir şəhəri Şəfa bağlar massivində ramazan bayramı ilə əlaqədar olaraq şirniyyat stolu hazırlamış, stol Elnarənin həyət evinin giriş qapısından içəri hissədə təşkil olunmuş və stolun arxasında qonşu uşaqlar toplaşmışlar. Bu zaman o, öz yaşadığı evə getmək istəyərkən gümüşü rəngli “Opel” markalı avtomobilin küçədə Ramalı, iki uşağı, Nərgiz və Mehdini vurduğunu və sonradan avtomobilin dayandığını görmüşdür. Bundan az sonra ani bir anda avtomobil yenidən hərəkət edərək ona tərəf gəlmiş, onu vurmuş, oğlu Səccad isə avtomobilin altında qalmışdır. Baş vermiş hadisə zamanı oğlu Səccad başından, ağ ciyərindən və böyrək nahiyyəsindən ağır xəsarətlər almışdır. O dərhal oğlunu qucağına götürüb qonşusu Elçinin idarə etdiyi avtomobillə Mərkəzi xəstəxanaya getmiş və təqribən 4-5 saat xəstəxanada olmuşlar. Hadisənin səhəri günü o, oğlu Səccadın müalicəsi ilə əlaqədar Bakı şəhərinə getmiş və Bakı şəhəri Sağlamlıq Mərkəzində 16 (on altı) gün müalicə olduqdan sonra Mingəçevir şəhərinə qayıtmışlar. Hazırda da oğlu Səccadın vəziyyəti yaxşı deyildir, mütəmadi olaraq müalicəsi davam edir. O, Təqsirləndirilən şəxs hadisə baş verən gündən əvvəl tanımış və aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Bununla belə Təqsirləndirilən şəxs tərəfindən ona qarşı heç bir maddi və mənəvi dəstək olunmamış, əksinə baldızı tərəfindən o, dəfələrlə mənəvi-psixoloji təzyiqlərə məruz qalmışdır. Ona görə də təqsirləndirilən şəxslə barışmamışdır. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında qanuni nümayəndəsi Şahid2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 13:00-da, yaşadıqları Mingəçevir şəhəri Şəfa bağlar massivində qonşuları Elnarə həyət evinin giriş qapısının yaxınlığında çay süfrəsi açmış, o, da qardaşı və digər uşaqlarla həmin çay süfrəsində əyləşmişlər. Bu zaman bir avtomobil onların üzərinə doğru gəlmiş, onlar qaçmaq istəsələr də, həmin avtomobil onu və onun qardaşı Nuranı və qonşusu Ramalı vurmuşdur. Hadisə nəticəsində onlar xəsarət almışlar. Bundan sonra orada olan şəxslər onu və qardaşını xəstəxanaya aparmışlar. Hadisədən sonra təqsirləndirilən şəxs tərəfindən onun atasına 140 manat məbləğində maddi yardım edilmiş, lakin sonradan nə təqsirləndirilən şəxsin özü, nə də qohumları tərəfindən onun atası ilə razılıq əldə edilməmişdir. Ona görə də təqsirləndirilən şəxslə barışmamışdır. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında qanuni nümayəndəsi Şahid2 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 da Zərərçəkmiş şəxs3 ifadəsinə uyğun ifadə verərərk onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında qanuni nümayəndəsi Şahid3 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 13:00-da, yaşadıqları Mingəçevir şəhəri Şəfa bağlar massivində qonşuları Elnarə həyət evinin giriş qapısının yaxınlığında çay süfrəsi açmış, o da digər uşaqlarla həmin çay süfrəsində əyləşmişdir. Bu zaman bir avtomobil onların üzərinə doğru gəlmiş, onlar qaçmaq istəsələr də, həmin avtomobil onu, qonşuları Fəqan və Nuran qardaşlarını vurmuşdur. Hadisə nəticəsində onlar xəsarət almış və orada olan şəxslər onları xəstəxanaya aparmışlar. Hadisədən sonra onun müalicəsinə çəkilən xərclər təqsirləndirilən şəxsin qohumları tərəfindən ödənilmişdir. Hazırda təqsirləndirilən şəxs onun atası ilə razılıq əldə etmişdir. Ona görə də atası şikayətçi deyildir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında qanuni nümayəndəsi X4 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 13:00da, yaşadıqları Mingəçevir şəhəri Şəfa bağlar massivində qonşuları Elnarə həyət evinin giriş qapısının yaxınlığında çay süfrəsi açmış, o, da digər uşaqlarla həmin çay süfrəsində əyləşmişdir. Bu zaman bir avtomobil onların üzərinə doğru gəlmiş, onlar qaçmaq istəsələr də, həmin avtomobil onu, qonşuları Nərgiz, Fərid, Nuran, Nazim, Gülçiçəyi və digər uşaqları vurmuşdur. Hadisə nəticəsində onlar xəsarət almış və orada olan şəxslər onları xəstəxanaya aparmışlar. Hadisədən sonra onun müalicəsinə çəkilən xərclər təqsirləndirilən şəxsin qohumları tərəfindən ödənilmişdir. Hazırda təqsirləndirilən şəxs onun valideynləri ilə razılıq əldə etmişdir. Ona görə də valideynləri şikayətçi deyildir. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndələri Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2020-ci il tarixdə saat 13.00-da Mingəçevir şəhəri Şəfa bağlar massivində qonşuları Elnarə həyət evinin giriş qapısının yaxınlığında çay süfrəsi açmışdır. Həmin vaxt uşaqlar stolun arxasına toplaşıb süfrəyə qoyulmuş şirniyyatlardan yeyən zaman qonşuluqda yaşayan Şahid1 məxsus avtomobili həmin küçə ilə sonuncunun arvadı Təqsirləndirilən şəxs idarə etmiş və idarəetməni itirərək uşaqların əyləşdiyi süfrəyə tərəf gəlib süfrə arxasında oturmuş uşaqları vurmuşdur. Hadisə nəticəsində övladları Nuran və Fəqan baş və bədənlərinin müxtəlif nahiyyələrindən xəsarət almışlar. O, hadisəni eşidən kimi dərhal hadisə yerinə gəlmiş və ora çatdıqda artıq uşaqların mərkəzi xəstəxanaya aparıldığını öyrənmişdir. Uşaqları xəstəxanada bir gün qaldıqdan sonra evə buraxılmışlar. Uşaqların müayinə və müalicə xərcləri təqsirləndirilən şəxs tərəfindən qismən ödənilmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs4 qanuni nümayəndəsi Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2009-cu ildə anadan olmuş Zərərçəkmiş şəxs4 onun oğludur. Hadisə günü, yəni xx.xx.2020-ci il tarixdə oğlu Ramal Mingəçevir şəhəri Şəfa bağlar massivində nənəsigildə olmuşdur. Orada qonşuluqda yaşayan Elnarə Abdullayeva ehsan süfrəsi hazırlamış, həmin vaxt oğlu Ramal da Elnarənin həyətində olmuşdur. Bu zaman qonşuluqda yaşayan Şahid1 məxsus Opel Astra markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobili Elçinin arvadı Təqsirləndirilən şəxs idarə edərkən idarəetməni itirmiş, avtomobil uşaqlar əyləşən süfrəyə tərəf gələrək süfrə arxasında oturmuş uşaqları vurmuş və həmin vaxt azyaşlı oğlu Ramil də başından və sol ayağından xəsarət almışdır. O, bu barədə məlumat aldıqdan dərhal sonra hadisə yerinə gəlmiş və ora çatdıqda oğlunun mərkəzi xəstəxanaya aparıldığını öyrənmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs tərəfindən oğlu Ramala zəruri tibbi yardımlar göstərilməsi təmin edilmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs11 qanuni nümayəndəsi Şahid5 ifadəsində göstərdi ki, 2016-cı ildə anadan olmuş Zərərçəkmiş şəxs11 onun oğludur. xx.xx.2020-ci il tarixdə saat 13.00-da Mingəçevir şəhəri Şəfa bağlar massivində qonşuları Elnarə həyət evinin giriş qapısının yaxınlığında çay süfrəsi açmışdır. Həmin vaxt uşaqlar stolun arxasına toplaşıb süfrəyə qoyulmuş şirniyyatlardan yeyən zaman qonşuluqda yaşayan Şahid1 məxsus avtomobili həmin küçə ilə sonuncunun arvadı Təqsirləndirilən şəxs idarə etmiş və idarəetməni itirərək uşaqların əyləşdiyi süfrəyə tərəf gəlib süfrə arxasında oturmuş uşaqları vurmuşdur. Həmin vaxt azyaşlı oğlu Abdulsübhan da qolundan və dirsəyindən xəsarət almışdır. Hadisə barədə eşitdikdən sonra o, dərhal hadisə yerə gəlmiş və ora çatdıqda Abdulsübhanın şəhər mərkəzi xəstəxanasına aparıldığını öyrənmişdir. Hadisədən sonra təqsirləndirilən şəxs tərəfindən uşaqlarına zəruri tibbi yardımlar göstərilməsi təmin edilmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs12 və Zərərçəkmiş şəxs13 qanuni nümayəndəsi Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs12 onun doğma övladlarıdır və onlar Mingəçevir şəhəri Şəfa bağlar massivində yaşayırlar. xx.xx.2020-ci il tarixdə saat 13:00-da qonşusu Elnarə öz həyətində ramazan bayramı ilə əlaqədar şirniyyat süfrəsi açmış, o, da övladları ilə birlikdə Elnarənin həyətinə getmişdir. O, bir neçə dəqiqə orada dayandıqdan sonra geriyə öz yaşadığı evə dönmüşdür. Az sonra küçədə yaranmış səs küyü eşidərək evdən bayıra çıxıb bir qədər küçə ilə irəliyə doğru hərəkət etmiş və bu zaman hər iki övladlarının gümüşü rəngli “Opel” markalı avtomobilin sol təkərin altında olduqlarını görmüşdür. O dərhal avtomobilə tərəf qaçaraq uşaqları avtomobilin altından cıxarmaq istəmiş və qonşusu Xəyalə və orada olan digər şəxslərin iştirakı ilə avtomobilin qabaq hissəsini qaldırıb uşaqları təkərin altından çıxarmışlar. Hadisədən oğlu Mehdi qulağından, başından, dodaqlarından, sağ budun kürək nahiyyəsi və sol qolundan, qızı Nərgiz isə sol ayağının pəncə hisəsindən, baldır, diz hisəsindən xəsarət almışdır. Hadisədən sonra Mehdi bir həftə müayinə-müalicə olmuş, qızı Nəgiz isə həmin gün axşam xəstəxanadan çıxmışdır. Hadisədən sonra təqsirləndirilən şəxs tərəfindən ona 400 manat məbləğində maddi yardım edilsə də, ona təqsirləndirilən şəxsin nə özü, nə də qohumları tərəfindən mənəvi dəstək göstərilməmiş, əksinə təqsirləndirilən şəxsin baldızı tərəfindən o, mənəvipsixoloji təzyiqlərə məruz qalmışdır. Halbuki, onun təqsirləndirilən şəxslə əvvəllər daha yaxşı münasibəti olmuşdur. Ona görə də təqsirləndirilən şəxslə barışmamışdır. Odur ki, məhkəmədən təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx xxx 2020–ci il tarixli protokoldan görünür ki, yol–nəqliyyat hadisəsi Mingəçevir şəhəri “Şəfa bağlar” massivində yerləşən küçədə baş vermişdir. Yol– nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu çınqıllı örtükdən ibarət olmaqla, soldan və sağdan yaşayış evləri olmuşdur. Hadisə baş vermiş yerdə yol nişanı yoxdur. Baxış zamanı avtomobilin 16 nəfər şəxsi vurduğu müəyyən olunmuşdur. Hadisə yerində şinlərin və tormoz izləri aşkar olunmadı. Hadisə zamanı “Opel-astra” markalı avtomobilin sol qanad hissəsinin əzik olması qeydə alınmış və hadisə yerinin fotoşəkili və sxemi çəkilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli 234 saylı sərxoşluq hallarının bütün növlərini təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ayıq olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 397 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs14 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar xəsarətlər:sol aşağı ətrafın yumuşaq toxumalarının əzilməsi, açıq kəlləbeyin travması, sağ tərəfli subdural hematoma və sol tərəfli pnevmoraks müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər ağırlıq dərəcələrinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlülkəli olduğundan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 431 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş olunan xəsarətlər: sol-bazu sümüyünün yerdəyişməyən sınığı, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddəti pozduğundan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 432 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: sağ əlin və sağ əl barmaqlıqlarının açıq yaraları, sağ əlin 2-3-cü əl daraq sümüklərinin sınıqları, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddəti pozduğundan sağlamdığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 422 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs15 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş olunan xəsarətlər: hər iki baldırlarında qançırlar, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 420 saylı rəyində göstərilmişdir ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarətlər aşkar olunmadı. Tibbi sənədə əsasən onun əlində sıyrıq olmuşdur, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 396 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs6 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş olunan xəsarətlər: sol xayanın və sol budun əzilməsi qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 366 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs12 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş olunan xəsarətlər: qapalı kəllə-beyin travması oturaq sümüyünün qapalı yerdəyişməyən sınığı, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddəti pozduğundan sağlamdığa AZ AĞİR zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 350 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş olunan xəsarətlər: sol bud çanaq oynağının əzilməsi, sol baldırın arxa səthinin və sol diz oynağının arxa səthinin geniş sahədə qançırları və yumşaq toxumalarının əzilməsi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 349 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs7 Müşviq qızının məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş olunan xəsarətlər: sol budun arxa səthindən, sağ sağrı və büzdüm nahiyyəsində sol baldırın arxa arza səthində sol diz oynağında yumşaq toxumaların geniş sahədə əzilməsi, qançırlari, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 348 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs8 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş olunan xəsarətlər: sağ ayağın arxa səthində şişkinlik, yumşaq toxumaların əzilməsi qançır fonunda sıyrıqlar, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 347 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs9 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş olunan xəsarətlər: sol topuq oynağının əzilməsi, sol topuqda qançır və sifətində sıyrıq, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 346 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs10 Tahır qızının məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş olunan xəsarətlər: sol sifətində sıyrıq, sol bazuda, sol diz oynağında və sağ baldırında yumşaq toxumaların əziyi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 343 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs4 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: sol təpə-giçgah nahiyyəsində geniş sahədə yara, sağ almacıq sümüyünün qapalı yerdəyişən sınığı, sol baldırın çıxsaylı sıyrıqları yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 321 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs13 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunmuş olunan xəsarətlər: hər iki baldırın, sol sağrı nahiyyəsinin geniş sahədə qançırları və yumşaq toxumaların əzilməsi, sol topuğun yumşaq toxumalarının əzilməsi, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya birliyinin xx.xx.2020-ci il tarixli 379 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs11 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar xəsarətlər: hər iki said nahiyyəsində sıyrıqlar yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin olunmur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx.xx.2020–ci il tarixli 8/1107 nömrəli məhkəmə-avtotexniki ekspertizasının rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli qərar əsasında baş vermiş yol-nəqliyyat hadisəsi zamanı «Opel Astra» markalı **-HC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsnin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X17 tərəfindən verilmiş xx.xx.2020–ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına Yevlax RQİ və TBŞ-si tərəfindən sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin materiallarında olan AD 701539 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel-Astra minik” markalı 99–HC–213 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Şahid1dur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 13 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitəsini sürücülük vəsiqəsi ilə idarə etməli olduğu halda, Qanunun həmin tələbini pozub əri Şahid1 məxsus «Opel-Astra» markalı, ** HC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Mingəçevir şəhəri, Şəfa bağlar massivində küçə yolu ilə 20/km saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək, yol hərəkəti qaydalarını pozub yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, hərəkətlərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu etməyərək cinayətkarcasına etinasızlıq nəticəsində X3 yaşadığı Mingəçevir şəhəri, Şəfa bağlar massivində yerləşən fərdi yaşayış evinin giriş qapısının yaxınlığında yolun sol tərəfində «Ramazan» bayramı ilə əlaqədar olaraq həmin küçədə hazırlanmış bayram süfrəsində oturmuş və ayaq üstə dayanmış şəxsləri avtomobilin qabaq sol qanad hissəsi ilə ehtiyatsızlıqdan vuraraq yuxarıda qeyd olunan zərərçəkmişlərdən bir nəfərin ağır, digərlərinin isə müxtəlif dərəcədə xəsarət almasına səbəb olan yol–nəqliyyat hadisəsi törətməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 13 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitəsini sürücülük vəsiqəsi ilə idarə etməli olduğu halda, Qanunun həmin tələbini pozub əri Şahid1 məxsus «Opel-Astra» markalı, ** HC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək Mingəçevir şəhəri, Şəfa bağlar massivində küçə yolu ilə 20/km saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə riayət etməyərək, yol hərəkəti qaydalarını pozub yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, hərəkətlərinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunu etməyərək cinayətkarcasına etinasızlıq nəticəsində X3 yaşadığı Mingəçevir şəhəri, Şəfa bağlar massivində yerləşən fərdi yaşayış evinin giriş qapısının yaxınlığında yolun sol tərəfində «Ramazan» bayramı ilə əlaqədar olaraq həmin küçədə hazırlanmış bayram süfrəsində oturmuş və ayaq üstə dayanmış şəxsləri avtomobilin qabaq sol qanad hissəsi ilə ehtiyatsızlıqdan vuraraq Zərərçəkmiş şəxs14 sağlamlığına ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs2 sağlamlığına az-ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs3 sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs12 sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs4 sağlamlığına az ağır zərər vurulmasına, Zərərçəkmiş şəxs1 sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs6 sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs7 sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs9 sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs8 sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs13 sağlamlığına yüngül zərər vurulmasına, Zərərçəkmiş şəxs10 Fikrət qızının sağlamlığına yüngül zərər vurulmasına səbəb olan, həmçinin Zərərçəkmiş şəxs15 hər iki baldırlarında qançırlarla nəticələnən sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan, Zərərçəkmiş şəxs11 hər iki said nahiyəsində sıyrıqlarla nəticələnən sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan, Zərərçəkmiş şəxs5 sol əlində sıyıqlarla nəticələnən sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263–1.2–ci maddəsi ilə tövsif edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013–cü il tarixli qərarının tələblərini və izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi və etibarnaməsi olmadan hərəkət etdirdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37–cı maddəsinin 1–ci hissəsinin 1–ci bəndinin və hadisənin qarşısını almağa texniki imkanı olduğundan onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36–ci maddəsinin 1–ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin pozuntu nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlığına az ağır və ağır zərər vurulmasına səbəb olan yol– nəqliyyat hadisəsi törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37–ci maddəsinin 1– ci hissəsinin 1–ci bəndinin tələbinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsini və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən alınmış olduqda isə onu əvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləri üçün istifadə edildikdə xüsusi razılıq və ya yol (marşrut) vərəqəsini və daşınan yüklərə dair sənədləri özündə saxlamalıdır. Həmin Qanununun 50–ci maddəsinin 1–ci hissəsinin tələbinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1– ci maddəsinə əsaslanaraq hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, CM–in 59.1.11–ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxslərə tibbi və ya digər yardım göstərməklə onların həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması istiqamətində tədbirlər görməsini, CM–in 59.1.12–ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin bir hissəsi ilə barışıq əldə etməsini, digər hissəsi ilə barışmağa cəhd etməsini və CM–in 59.1.13–cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın çox hissəsini könüllü olaraq ödəməsini, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakteriza olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2020–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mingəçevir şəhər bölməsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan AZ-İİ 497289 və AZ-İİ 604485 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2010-cu il tarixdə doğulmuş X11 və xx.xx.2015-ci il tarixdə doğulmuş X9 adlı iki nəfər azyaşlı uşaqları vardır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, yəni təqsirləndirilən şəxsin himayəsində iki nəfər 14 yaşına çatmamış uşağının olmasını və ona beş ildən çox olmayan müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, cinayətin ehtiyatsılzlıqdan törədilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınması, uşaqların üstün mənafeyinə, yəni hər bir uşağın ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək hüququnun təmin edilməsi baxımından qanuni, əsaslı və ədalətlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1-ci maddəsində göstərilmişdir ki, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində 14 yaşına çatmamış 2 nəfər azyaşlı uşağı olduğundan ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası yaşca ən kiçik olan xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X6 14 yaşına çatanadək, yəni xx xxxxxx 2029-cu il tarixə kimi cəzanın çəkilməsinin təxirə salınması məqsədə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, Təqsirləndirilən şəxs hazırkı vəziyyətdə cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilməsi, uşağın ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək hüququna ciddi məhrumiyyətlər yarada bilər. Bu hallar isə uşaqlarının üstün mənafeyinə və maraqlarına zidd olmaqla yanaşı, məhkumun islah və yenidən tərbiyə olunması ilə bağlıcəzanın məqsədinə nail olunmasını istina edir. Bunun əksinə olaraq, təyin edilən cəzanın uşaqlar on dörd yaşına çatanadək təxirə salınması, cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə tam uyğundur. Məhkəmə əlavə cəzanın icrası ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsə təyin edilmiş əlavə cəzanın təxirə salınması qanunda nəzərdə tutulmadığından, təxirə salma institutu yalnız azadlıqdan məhrum etmə cəzasına şamil edildiyindən, təqsirləndirilən şəxsə təyin edilmiş, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəza hökm qanuni qüvvəyə mindiyi gündən icraya yönəldilməlidir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, CM-in 79-cu maddəsində nəzərdə tutulmuş əsaslarla şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın icrası təxirə salındıqda, həmin cəzaya əlavə olaraq təyin edilmiş nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə növündə cəza icraya yönəldilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bununla belə, iş üzrə maddi sübut olan, istintaq zamanı müvafiq qaydada götürülmüş və saxlanması üçün qanuni sahibi Şahid1 verilmiş “Opel-Astra” minik markalı ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilin hökm qanuni qüvvəyə mindikdən sonra Şahid1 qanuni sahibliyində saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinə 346.1.21 və 353.4.10–ci maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 100 manat təşkil etmişdir. Həmin xərclər Təqsirləndirilən şəxs tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2–ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79.1ci maddəsi tətbiq olunaraq hazırki hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsi xx xxxxxx 2015-ci il tarixdə doğulmuş X9 adlı uşağı 14 yaşına çatanadək, yəni xx xxxxxx 2029-cu il tarixə kimi təxirə salınsın. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəza icraya yönəldilsin. Nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan hökmün icrasına nəzarətin həyata keçirilməsi onun yaşadığı yer üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilsin. İstintaq zamanı müvafiq qaydada götürülmüş və saxlanması üçün qanuni sahibi Şahid1 verilmiş “Opel-Astra” minik markalı ** HC *** dövlət qeydiyyat nişanlı avtomobilin hökm qanuni qüvvəyə mindikdən sonra Şahid1 qanuni sahiblyində saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar