Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-125/2021 31.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Ədliyyə müşaviri X4, Müdafiəçi – Mingəçevir şəhər Vəkil Bürsounun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs – X3 iştirakı ilə xx.xx.1974-cü ildə Göygöl rayonunun Samux kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 8/2 mənzil 9-da qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 dövlət vəsaiti hesabına «İ Qarabağ Müharibəsi» veteranları üçün nəzərdə tutulmuş avtomobili almasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs1 aldadaraq 2020-ci ilin mart ayının 2-də ünvan 1 ünvanında yerləşən sonuncunun işlətdiyi mağazada 1000 (min) manat məbləğində, 2020-ci ilin mart ayının 3-də ünvan 2 ünvanında yerləşən "xxxx"ASC-nin qarşısında 2000 (iki min) manat məbləğində olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə, cəmi 3000 (üç min) məbləğində pulunu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 xəstəliklə əlaqədar olaraq sosial pensiya almasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq 2020-ci ilin iyun ayının 11-də sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən yaşadığı binanın yanında 2500 (iki min beş yüz) manat məbləğində, 2020-ci ilin iyun ayının 12-də ünvan 3 ünvanında yerləşən binanın yanında 1000 (bir min) manat məbləğində, 2020-ci ilin iyun ayının 12-də ünvan 3 ünvanında yerləşən binanın yanında 2500 (iki min beş yüz) manat məbləğində olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə, cəmi 6000 (altı min) məbləğində pulunu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda-6000 (altı min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmir. 2020-ci ilin əvvəllərindən etibarən dünya ölkələrində, o cümlədən Azərbaycan Respublikasınd tüğyan edən «COVİD-19 pandemiyası» ilə əlaqədar olaraq işləmədiyindən maddi vəziyyətində çətinlik yaranmışdır. Heç bir iş tapa bilmədiyi üçün çətinliyi aradan qaldıra bilməmiş, buna görə də, imkan yaranan kimi ayrı-ayrı şəxsləri aldadaraq onların müxtəlif məbləğdə pullarını əl keçirib maddi vəziyyətini yaxşılaşdırmaq qərarına gəlmişdir. Bunu maddi vəziyyətini yüngülləşdirmək üçün ən asan yol kimi qəbul etmişdir. İlk olaraq aldatdığı Zərərçəkmiş şəxs1 onunla qonşu binada yaşayır. 2020ci ilin fevral ayında digər qonşusu Şahid1lə birlikdə Zərərçəkmiş şəxs1 yaşadığı binanın arxa tərəfində ona məxsus ərzaq mağazasına getmişdir. Şahid1 Zərərçəkmiş şəxs1 2-ci qrup Qarabağ əlili olmasını, onun əlillər üçün verilən avtomobildən almaq istədiyini, lakin, məqsədinə çatmaq üçün zəruri sənədləri toplamağı bacarmadığın bildirmişdir. Həmin fürsətdən yararlanmaq üçün Vüsal Quliyivə məxsus ərzaq mağazasında olarkən həmin məsələni həll edə bilicəyini dedikdə, Zərərçəkmiş şəxs1 həmin məsəlinin onun üçün hansı məbləğdə pula başa gələcəyini soruşmuşdur. Ondan bu məqsədlə 3.000 (üç min) manat məbləğində pul istədikdə Zərərçəkmiş şəxs1 razılaşmışdır. 02 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 özünə məxsus ərzaq mağazasında İlqar Tarverdiyevin yanında ona əvvəlcə 1000 (bir min) manat məbləğində pul vermiş, yerldə qalan 2000 (iki min) manat məbləğində pulu isə bir gün sonra "xxxx"ın Mingəçevir şəhər filialından kreditə götürərək verəcəyini bildirmişdir. 03 mart 2020-ci il tarixdə o, "xxxx"ın Mingəçevir şəhər filialının qarşısına gedərək Zərərçəkmiş şəxs1 gəlməsini gözləmişdir. Az müddət sonra Zərərçəkmiş şəxs1 Şahid1lə birlikdə oraya gəlmiş və "xxxx"ın Mingəçevir şəhər filialına daxil olub kredit yolu ilə pul götürərək həmin Bankın qarşısında ona daha 2000 (iki min) manat məbləğində pul vermişdir. Həmin vaxt da Şahid1 də yanların olmuşdur. Pulu aldıqdan sonra Zərərçəkmiş şəxs1 2 (iki) ay sonra onun avtomobil almaq növbəsinin çatacağını demişdir. Lakin, Zərərçəkmiş şəxs1 avtomobil almaq məsələsini həll etmədiyinə görə ondan pulunu qaytarmasını tələb etməyə başlamışdır. Pulu olmadığı üçün Zərərçəkmiş şəxs1 3000 (üç min) manat məbləğində pulu qaytara bilməmiş, ondan aldığı 3000 (üç min) manat pulu da şəxsi və ailə xərclərimə sərf etmişdir. Bundan sonra aldatdığı ikinci şəxs yəni, Zərərçəkmiş şəxs2 ilə onun qonşusu olan, adını xatırlamadığı bir şəxs vasitəsilə tanış olmuşdur. Belə ki, həmin şəxs mobil telefon nömrəsini Zərərçəkmiş şəxs2 vermişdir. Zərərçəkmiş şəxs2 telefonla əlaqə saxlayan ondan sosial pensiya məsələsini həll edə bilibbilməyəcəyini soruşduqda yalandan bu işi bacara biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 ilə görüşən zaman ona mərhum atasının «Çernobil əlili» olduğuna, vəfat etdiyinə, tək övlad olduğuna və özündə də xəstəlik olduğuna görə atasının pensiyasının ona təyin edə biləcəyini demiş, bu məqsədlə Zərərçəkmiş şəxs2 6000 (altı min) manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs2 həmin məbləğində pulunun hələlik olmadığını, amma məbləği hissə-hissə verə biləcəyini demişdir. Onunla razılaşdıqdan sonra 11 iyun 2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı binanın arxa tərəfində ona 2500 (iki min beş yüz) manat məbləğində pul vermiş, həmin gün Zərərçəkmiş şəxs2 zəng edib, təcili 1000 (bir min) manat məbləğində də pul da lazım olduğunu demişdir. 12 iyun 2020-ci il tarixdə yenə də yaşadığı binanın arxa tərəfində Zərərçəkmiş şəxs2 1000 (bir min) manat məbləğində pul almış, 29 iyun 2020-ci il tarixdə isə Zərərçəkmiş şəxs2 dan yaşadığı blokda qalan 2500 (iki min beş yüz) manat məbləğində pulu da almışdır. Zərərçəkmiş şəxs2 ümumilikdə 6000 (altı min) manat məbləğində pul almağına baxmayaraq, onun sosoial pensiya alması məsələsini həll etməmişdir. Zərərçəkmiş şəxs2 pulunu geri qaytarmasını dəfələrlə tələb etmiş, bu səbəbdən də 2020-ci ilin noyabr ayından başlayaraq hissə-hissə Zərərçəkmiş şəxs2 ümumilikdə 2350 (iki min üç yüz əlli) manat məbləğində pul qaytarsa da, yerdə qalan 3650 (üç min altı yüz əlli) manat məbləğində pulu isə qaytarmağa maddi imkanı olmamışdırı. Buna görə də, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barəsində şikayət etmişlər. Əvvəllər heç kimin sosial pensiya və dövlət vəsaiti hesabına avtomobil alması məsələsini həll etməmiş, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 yuxarıda qeyd edilən məbləğdə pulları tək almış, bu işlərdə ona kömək edən olmamışdır. Hazırda zərərçəkmiş şəxslərə vurduğu zərəri tam olaraq aradan qaldırmışdır. Bundan sonra qanunla nəzərədə tutulan məbləği dövlət nəfinə ödəyərək barəsindəki işin xitam olunmasına nail olmaq istəsə də, zərəri ödəyəcək qədər məbləğində pul tapa bilməmişdir. Mingəçevir şəhəri və ətraf rayonların ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs həmçinin, göstərmişdir ki, hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmış və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 4 ildir ki, tanıyır. Belə ki, Təqsirləndirilən şəxs qonşuluqda yerləşən binada yaşayır. O, İ Qarabağ müharibəsində iştirak etmiş və kontuziya almışdır. Buna görə də, İİ qrup əlildir, dövlətdən 850 manat müavinət alır. Bir neçə il əvvəl ona dövlət hesabına əlillər üçün avtomobil düşməsini öyrənmişdir. Piyada gəzmək alınmadığna görə də, əlillər üçün verilən avtomobili almaq qərarına gəlmişdir. Bu məqsədlə də bir neçə dəfə Bakı şəhərinə getmiş, lakin, Bakı şəhərini yaxşı tanımadığı üçün lazımi idarələri tapmaqda və sənədləri yığmaqda çətinlik çəkmişdir. Səhhətində narahatlıqlar olduğundan və qalmağa da yeri olmadığı üçün Mingəçevir şəhərinə geri qayıtmışdır. Avtomobil məsələsini qonşuluqda yaşayan Şahid1 danışmışdır. 2020-ci ilin fevral ayında Şahid1 Təqsirləndirilən şəxs ilə yaşadığı binanın arxa tərəfində ona məxsus olan ərzaq mağazasına gəlmiş və həmin şəxsin avtomobil alması məsələsində ona kömək edə biləcəyini demişdir. Təqsirləndirilən şəxslə söhbət edən zaman bütün sənədlərin yığılaraq onun avtomobil alması məsələsinin həll olunmasında kömək edə bilib-bilməyəcəyini soruşmuşdur. O, buna qadir olmağını deyərək görəcəyi işin müqabilində 3000 (üç min) manat məbləğində pul istəmişdir. Çox pul istədiyini bilsə də, özü sənədləri yığmağı bacarmayacağını başa düşdüyünə görə Təqsirləndirilən şəxslə razılaşmışdır. 02 mart 2020-ci il tarixdə özünə məxsus ərzaq mağazasında Vüqar Mustayayevə əvvəlcə 1000 (bir min) manat məbləğində pul vermiş, 1000 (bir min) manat məbləğində pulu verən zaman Şahid1 də yanlarında olmuşdur. Yerdə qalan 2000 (iki min) manat məbləğində pulu isə bir gün sonra verəcəyini bildirmişdir. 03 mart 2020-ci il tarixdə Şahid1lə bildikdə "xxxx"ın Mingəçevir şəhər filialına getmişdir. Bankın qarşısına çatanda Təqsirləndirilən şəxs də onu bankın qarşısında gözlədiyinin şahidi olmuşdur. Şahid1lə birlikdə "xxxx"ın Mingəçevir şəhər filialına daxil olub 2000 (iki min) manat məbləğində pul krediti götürmüş və Bankın qarşısında gözləyən Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu alanda 2 (iki) aya avtomobil almaq növbəsinin çatacağını bildirmişdir. O, 2 (iki) ay gözləmiş, lakin, avtomobil növbəsi çatmadığından dəfələrlə Təqsirləndirilən şəxs zəng etsə də, Təqsirləndirilən şəxs onu aldadaraq hər dəfə növbəsi üçün çox az vaxt qaldığını deyib gözləməyini xahiş etmişdir. Sonra 2020-ci ilin iyul ayının axırlarında Vüqar Mustafevi yoxlamaq üçün yalandan avtomobil növbəsinə baxmasını və adının həmin siyahıda olmadığını demişdir. Bu sözlərdən sonra Təqsirləndirilən şəxs onun avtomobil almasına dair sənədlərini düzəldə bilmədiyini etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs pulunu qaytarmasını tələb etmişdir. Dəfələrlə Təqsirləndirilən şəxs pulunu geri qaytarmasını tələb etsə də, o, hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. 2020-ci ilin dekabr ayında özünə məxsus mağazada Təqsirləndirilən şəxs ondan pul almağı barədə yazılı iltizam verməsini tələb etmiş, Təqsirləndirilən şəxs ondan pulu borc kimi aldığını yaza biləcəyini dedikdə məcbur qalıb həmin məzmunda yazılı kağız parçası almışdır. Bir müddət sonra onun barəsində Mingəçevir şəhər polis şöbəsinə şikayət etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2020-ci ilin iyun ayının əvvəllərində, adını xatırlamadığı şəxslə Mingəçevir şəhərində yerləşən parkda söhbət edən zaman təsadüfən tanış olmuşdur. Belə ki, o, həmin şəxslə sosial pensiya düzəltmək barədə söhbət edərkən Təqsirləndirilən şəxslə ünsiyyət yaratmışdır. Bir-birlərindən mobil telefon nömrələrini götürmüşlər. Tanış olduğu gündən etibarən Təqsirləndirilən şəxslə söhbət edən zaman mərhum atası İqor Dobrıninin «Çernobıl əlili» olmasını, həmçinin özünün tək övlad olduğunu, «yüksək qan təzyiqi», ürək çatışmamazlığından əziyyət çəkidiyini, buna görə də, işləyə bilmədiyini, həmin səbəblərdən də dövlətdən pensiya almalı olmağını, lakin, proseslərdən başı çıxmadığı üçün köməyə ehtiyacı olduğunu demişdir. Təqsirləndirilən şəxs onun üçün sosial pensiya alması məsələsini həll edə biləcəyini deyib bu məqsədlə də 6000 (altı min) manat məbləğində pul istəmiş, bütün işləri isə qüsursuz olaraq yerinə yetirməyi öhdəsinə götürmüşdür. Qadın olduğundan və bu işlərdə təcrübəsi olmadığından ona inanmışdır. Belə ki, atasının «Çernobıl əlili» olduğuna görə atasının pesnyiasının ona kəsilə biləcəyindən özü də məlumatlı olmuşdur. Təqsirləndirilən şəxs həmin məbləğdə pulunun olmadığını, pulu ona hissə-hissə verə biləcəyini dedikdə o, buna razı olmuş, pulun hamısını verəndən sonra sosoial pensiyasının düzələcəyini, bütün işlərin uzaqbaşı 2020ci ilin dekabr ayında başa çatacağını demişdir. Bundan sonra evdə haqq-hesab edəndə cəmi 2600 (iki min altı yüz) manat məbləğində pulunun olmasını müəyyən etmişdir. Ən əvvəl 11 iyun 2020-ci il tarixdə saat 17 radələrində yaşadığı binanın arxa tərəfində Təqsirləndirilən şəxslə görüşüb ona 2500 (iki min beş yüz) manat məbləğində pul, həmin gün 19 radələrində Təqsirləndirilən şəxs zəng edərək, təcili olaraq 1000 (bir min) manat məbləğində də pul lazım olduğunu demişdir. Pulu olmadığından qonşusu Şahid2 4000 (dörd min) manat məbləğində borc pul almışdır. 12 iyun 2020-ci il tarixdə zəngləşərək saat 15 radələrində yenə də yaşadığı binanın arxa tərəfində Təqsirləndirilən şəxslə görüşüb ona 1000 (bir min) manat məbləğində pul verdikdən sonra isə ona 2500 (iki min beş yüz) manat məbləğində pul verməli olduğunu, bundan sonra pensiya məsələsinin düzələcəyini xatırlatmışdır. Sonradan işinin xatirinə 29 iyun 2020-ci il tarixdə saat 13 radələrində isə yaşadığı blokda Təqsirləndirilən şəxs qalan 2500 (iki min beş yüz) manat məbləğində pulu vermişdir. Bu minvalla Təqsirləndirilən şəxs verdiyi pulun məbləği ümumilikdə 6000 (altı min) manat təşkil etmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 6000 (altı min) manat məbləğində pul verməsinə baxmayaraq sonuncu verdiyi vədə əməl etməmiş və onun üçün sosial pensiya alması məsləsini həll etməmişdir. Dəfələrlə Təqsirləndirilən şəxs ona verdiyi vədə əməl etməsini və ya pulunu qaytarmasını tələb etdikdə o, əvvəlcə işinin düzəlmək ərəfəsində olmasını, «pandemiya» səbəbindən ləngiməsini demişdir. Lakin, 2020-ci ilin noyabr ayından etibarən isə onun yalan danışmasını və aldadıb pulunu ələ keçirməsini başa düşərək pulu tam məbləğdə geri qaytarmasını, qaytarmayacağı halda onun barəsində şikayət edəcəyini demişdir. Təqsirləndirilən şəxs 2020-ci ilin noyabr ayından başlayaraq ona hissə-hissə 2021-ci ilin fevralın ayının 3-nə qədər müddət ərzində ümumilikdə 2.350 (iki min üç yüz əlli) manat məbləğində pul qaytarmışdır. Lakin, 3.650 (üç min altı yüz əlli) manat pulunu qaytarmadığına görə, həmçinin qadınlığımdan istifadə edərək onu aldatdığına görə əsəbiləşərək 05 fevral 2021ci il tarixdə Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ona görə də ondan heç bir şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onunla eyni binada yaşayır. Təqsirləndirilən şəxs isə əvəllər tanımamışdır. Onunla aralarında qohumluq əlaqəsi və ya ədavət yoxdur. 2020-ci ilin iyun ayınının əvvəllərində təxminən saat 18:00 radələrində evdə olan zaman Reqina Dorınina mənzilinə gələrək ondan borc pul istəmişdir. Pulu nə üçün istəməsini soruşanda özünə sosial pensiya düzəltmək istəyini yerinə yetirməsi üçünə həmin pulu Təqsirləndirilən şəxs verməli olmasını demişdir. Zərərçəkmiş şəxs2 ona nə qədər pul lazım olduğunu soruşduqda 4000 (dörd min) manat məbləğində pul lazım olduğunu bildirmişdir. Ona inandığı və həqiqətən ehtiyacı olduğu üçün Zərərçəkmiş şəxs2 xahişindən əvvəl xəstə oğlunun əməliyyatı üçün pensiyasından yığıdığı və Mingəçevir şəhərində yerləşən “Beynəlxalq Bank”dan və “Unibank”dan kreditə götürdüyü puldan 4000 (dörd min) manat məbləğində pulu götürüb yaşadığı mənzildə Reqina Dorıninaya vermişdir. Zərərçəkmiş şəxs2 pulu alan zaman pensiyası düzələn kimi pulunu geri qaytaracağını bildirmişdir. Bundan sonra pulunu istəyən zaman Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs onu aldatmasını, pensiyasını düzəltməməsini, bununla yanaşı pulu da geri qaytarmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 deməsinə görə o, Təqsirləndirilən şəxs ona pensiya düzəltməsi üçün 6000 (altı min) manat məbləğində pul vermiş, Təqsirləndirilən şəxs həmin puldan 2350 (iki min üç yüz əlli) manat məbləğində pulu qaytarsa da, yerdə qalan 3.650 (üç min altı yüz əlli) manat məbləğində pul isə qalmışdır. Hətta, 2021-ci ilin yanvar ayında bir dəfə Zərərçəkmiş şəxs2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı mənzilə getmiş, söhbət zamanı Təqsirləndirilən şəxs pulu Zərərçəkmiş şəxs2 aldığını, onu tanımadığını və ondan məndən pul almadığını bildirmiş, Reqinan Dobrıninanın özünə isə yenə də pul verməmişdir. 03 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı mənzilə gəlib borc aldığı pulun 350 (üç yüz əlli) manat məbləğində pulu geri qaytarmış və 3650 (üç min altı yüz əlli) manat məbləğində pul borcu qalmışdır. Bundan sonra Zərərçəkmiş şəxs2 Mingəçevir şəhər polis şöbəsinə gedərək Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Daha sonra isə aprel ayının xatırlamadığı günündə Zərərçəkmiş şəxs2 ona olan bütün borcunu verib qurtarmış və Təqsirləndirilən şəxs onun bütün pulunu qaytarmasını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs1lə eyni binada qonşuluqda yaşayır. Zərərçəkmiş şəxs1 kimi Təqsirləndirilən şəxs də tanıyır. Lakin, tərfələri bir-birləri ilə o tanış etməmişdir. Onlar özləri tanış olmuşlar. Çünki, Təqsirləndirilən şəxs də qonşuluqda yaşayır. 03 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 xahişi ilə pul krediti götürmək üçün "xxxx"ın Mingəçevir filialına getmişdir. Pulun nəyə lazım olmasını soruşanda Zərərçəkmiş şəxs1 işi ilə bağlı pul krediti götürməsini demişdir. Bankdan pul kreditini alandan sonra Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 2000 (iki min) manat məbləğində pul verərkən onların yanında olmuş, lakin, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 2000 (iki min) manat məbləğində pulu hansı məqsədlə verməsindən məlumatı olmamış, olanları izaht verən zaman öyrənmişdir. 02 mart 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı binanın arxa tərəfində yerləşən özünə məxsus ərzaq mağazasında Təqsirləndirilən şəxs 1000 (bir min) manat məbləğində pul verərkən orada olmamışdır . Cinayət işi materiallarına əlavə edilmiş 2 vərəqdən ibarət "xxxx" ASC- ilə bağlanmış müqavilədən Zərərçəkmiş şəxs1 2020-ci ilin mart ayında həqiqətən də həmin bankadan pul krediti götürməsi, o cümlədən 1 vərəqədən ibarət əlyazmada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 3000 (üç min) manat məbləğində pulu alması məzmunda iltizam verməsi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş DİN BƏSİİ-nin 11.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğlu ona dəymiş maddi ziyanı tam qaytarmışdır. Buna görə də Təqsirləndirilən şəxs oğlundan heç bir şikayəti yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs X6 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs oğlu ona dəymiş maddi ziyanı tam qaytarmışdır. Buna görə də Təqsirləndirilən şəxs oğlundan heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 31.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən X2 2250 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 dövlət vəsaiti hesabına « İ Qarabağ Müharibəsi» veteranları üçün nəzərdə tutulmuş avtomobili almasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs1 aldadaraq 2020-ci ilin mart ayının 2də ünvan 1 ünvanında yerləşən sonuncunun işlətdiyi mağazada 1000 (min) manat məbləğində, 2020-ci ilin mart ayının 3-də ünvan 2 ünvanında yerləşən "xxxx"ASC-nin qarşısında 2000 (iki min) manat məbləğində olmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə, cəmi 3000 (üç min) məbləğində pulunu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 xəstəliklə əlaqədar olaraq sosial pensiya almasına köməklik edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq 2020-ci ilin iyun ayının 11-də sonuncunun yaşadığı ünvan 3 ünvanında yerləşən yaşadığı binanın yanında 2500 (iki min beş yüz) manat məbləğində, 2020-ci ilin iyun ayının 12-də ünvan 3 ünvanında yerləşən binanın yanında 1000 (bir min) manat məbləğində, 2020-ci ilin iyun ayının 12-də ünvan 3 ünvanında yerləşən binanın yanında 2500 (iki min beş yüz) manat məbləğində olmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə, cəmi 6000 (altı min) məbləğində pulunu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda- 6000 (altı min) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. İş materialları, şahid ifadələri və s. dəlillərlə təqsirləndirilən şəxsin həmin maddələrin sanksiyalarında göstərilən cinəyət əməllərini törətməsi tam sübuta yetirilmişdir. Bununla belə, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs oğlunun onlara dəymiş ziyanı tam olaraq ödədiyini, ondan heç bir şikayəti və tələbləri olmadıqlarını göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 9000 manat məbləğində ziyanın iyirmi beş faizini yəni, 2250 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əssən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən, həmçinin, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən onun barəsində olan cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki tələb, maddi sübut və ekspertiza xərci yoxdur. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, Cinayət Prosessual Məcəlləsinin 37.4, 40.2, 43.3, 321.1, 321.2 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 (iki yüz qırx) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-125/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-125/2021
31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver