Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-125/2022 06.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Yevlax rayonu, Bünyadabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü, məhkum olunmamış, Yevlax rayonu, Bünyadabad kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, 20 aprel 2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının əvvəllərində anası Şahid2 Mingəçevir şəhəri Əkinçi küçəsində yerləşən anasına məxsus evi Qanuni nümayəndə kirayə verən zaman görüb bəyəndiyi Qanuni nümayəndə xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs ilə xx.xx.2021-ci il tarixdə yaşadıqları ünvan 2 saylı evdə baş tutmuş toy mərasimdən sonra ilk dəfə həmin tarixdə olmaqla sonrakı müddət ərzində mütəmadi olaraq on altı yaşına çatmamış, lakin ona qarşı törədilmiş hüquqazidd əməl zamanı həmin əməlin mahiyyətini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olan Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olaraq sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır və Ağdamın azad olunmasına görə medalla təltif edilmişdir. Zərərçəkmiş şəxs ilə 2021-ci ili mart ayında tanış olmuşlar. Belə ki, onalar ünvan 2 saylı evdə yaşayır, Mingəçevir şəhəri Əkinçi küçəsi 70 saylı ev nənəsinə məxsusdur və həmin evi kirayəyə verirmişlər. Həmin vaxt qonşusu Cəlalə Sübhanənin anası Qanuni nümayəndə belə bir kirayə ev olduğunu bildirmişdir. Sübhanə və anası Səadət evə baxmaq üçün gəən zaman anası Lalə Sübahnəni görüb bəyənmiş, o da Vətən müharibəsində olduğu zaman anası əhd etmişdir ki, sağ-salamat gələn kimi onu evləndirəcəkdir. Beləcə anası ona belə bir qızın olduğunu və onunla ailə həyatı qurmasını istəmişdir. Buna görə də onlar el adəti ilə elçi getmişlər. Sübhanənin valideynlərinin razılığını almışlar. xx.xx.2021-ci il tarixdə yaşadığı evdə toy mərasimləri baş tutmuşdur. Həmin vaxt o, Sübhanənin xx.xx.2006-cı il təvəllüdlü, yəni azyaşlı olması haqqında məlumatı olmuşdur. Lakin həmin vaxt anası Səadət azyaşlı qızının ərə verilməsi ilə bağlı bütün məsuliyyətin ona aid olmasını demişdir. O, ailə həyatı qurduqdan sonra Mingəçevir şəhərində əvvəllər də işlədiyi dam ustası kimi iş yeri tapa bilmədiyindən Bakı şəhərinə qayınatası Anar, qayınanası Səadətin yanına gedərək orada işləmək qərarına gəlmişdir. Orada əvvəlcə taksi sürücüsü kimi icarəyə avtomobil götürmüş, lakin avtoqəza törətmiş, daha sonra isə ilkin ödəniş 800 manat, gündəlik isə 25 manat olmaqla kreditlə “Honda CİVİC” markalı avtomobil götürmüşdür. Həmin vaxt ilkin ödəniş üçün nəzərdə tutulmuş pulu Anardan borc alaraq vermişdir. Həmin vaxt onun 420 manat krediti olmuş və Səadət ona 400 manat pul verərək kreditini bağlamasını, sonra onun adına kredit götürcəklərini demişlər. O da razılaşaraq krediti bağlamış, lakin ona bankdan yeni kredit verilməmişdir. Sonra iə Səadət ona verdikləri pulu ondan tələb etməyə başlamış, o isə pulunun olmadığını dedikdən sonra Səadət ona qarşı nalayiq ifadələr işlətmiş və uşaqalrı ilə birlikdə onu vurmaq üçün üzərinə atılmışlar. Həmin vaxt o, Sübhanəni də götürərək Mingəçevir şəhərinə gəlmişdir. Sübhanəni anasının yanında qoyaraq yenidən Bakı şəhərinə taksi fəaliyyəti ilə məşğul olmağa getmişdir. xx.xx.2022-ci il tarixdə isə ona qohumları zəng edərək Səadətin Mingəçevir şəhərində yerləşən evinə gələrək qızı Sübhanəni aparmaq istədiyini, buna görə aralarında mübahisə yarandığını, Səadətin də buna görə DİN-nin 102 xidmətinə məlumat verməsini bildirmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, Zərərçəkmiş şəxs azyaşlı olması bilə-bilə ər-arvad münasibətlərində olduqlarından Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə ilk dəfə xx.xx.2021-ci il tarixdə toyları olan gün yaşadığımız Mingəçevir şəəri Əkinçi küçəsi 52 saylı evdə təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra isə Sübhanə ilə ər-arvad münasibətlərində olduqları üçün mütəmadi olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Zərərçəkmiş şəxs anası Qanuni nümayəndə xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək onun qızı Sübhanəni Bakı şəhərindən qaçıraraq Mingəçevir şəhərinə gətirməsi barədə bildirmişdir ki, Sübhanə azyaşlı olmasına baxmayaraq valideylərin razılığı ilə el adəti ilə toy edərək evlənmişlər və bu günə qədər də aralarında hər hansı mühbahisə və ya narazılıq olmamış, lakin Qanuni nümayəndə onun borcumu verməməsi ilə əlaqədar olaraq mübahisə yaramışdır. Həmin mübahisənin səbəbinin isə onun borcundan 400 manat verdikdən sonra qalan 900 manat borcunu verə bilməməsi olmuşdur. O, da Bakı şəhərində Səadət və Anarla birlikdə qaldığından 2022-ci ilin mart ayının əvvəllərində Sübhanəni də götürüb Mingəçevir şəhərinə gəlmiş və Şübhanəni ananın yanında qoyaraq işləmək üçün Bakı şəhərinə qayıtmışdır. Ailəlidir. Himayəsində 1 azyaşlı uaşğı vardır. Etdiyi əməldən peşmandır. Məhkəmədən qərar çıxararkən ifadəsində göstərdiyi halları nəzərə almasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayında anası Mingəçevir şəhəri Əkinçi küçəsində yerləşən evi kirayə götürmək üçün anasının Rəfiqəsi Cəlalə ilə birlikdə gedən zaman həmin vaxt evi kirayə vermək istəyən Şahid2 onu görərək bəyənmişdir. Bundan sonra Lalə oğlu Gündüzlə onun ailə həyatı qurması üçün yaşadıqları Mingəçevir şəhəri Günəşli bağ massivində yerləşən evlərinə elçi gəlmişlər. Orada valideynlər arasında onun Gündüzlə ailə həyatı qurmasına dair razılaşma olmuşdur. Bundan bir neçə gündən sonra nişan mərasimi baş tutmuşdur. xx.xx.2021-ci il tarixdə isə Gündüzün Mingəçevir şəhəri Əkinçi küçəsində hal-hazırda yaşadıqları evdə toy mərasimi olmuşdur. Toydan bir neçə aydan sonra 2021-ci ilin oktyabr ayında Gündüzün işləməsi üçün Bakı şəhərinə ata-anasının yanına getmişlər. Orada Gündüz taksi kimi işləyən zaman avtoqəza törətmişdir. Bundan sonra Gündüz kreditlə avtomobil almaq üçün ilkin ödəniş kimi atasından 900 manat pul götürmüşdür. Ondan əvvəl Gündüz atasından 250 manat pul götürmüş, sonra isə öz kreditini bağlamaq üçün yenidən atasından 450 manat pul almışdır. Həmin pulun 400 manatını Gündüz qaytarmışdır. 2021-ci ilin mart ayında onlar Bakı şəhərində olan zaman anası Səadətlə Gündüz arasında mübahisə baş vermişdir. Həmin vaxt anası Gündüzdən kirayə pulunu və digər xərcləri ödəmək üçün 400 manat pul istəmiş, lakin Gündüzün həmin məbləğdə pulu olmadığından mübahisə olmuş və o da Gündüzlə birlikdə Mingəçevir şəhərinə gəlmişdir. Həmin vaxt Gündüz ona qarşı hər hansı zor tətbiq etməmişdir. xx.xx.2022-ci il tarixdə isə o, evdə olan zaman atası Anar gəlmiş və o, Anarı qarşılamaq üçün çölə çıxmışdır. Həmin vaxt atası nə üçün qayınanası Lalə və evdəkilərin onlara qarşı saymaz münasibət göstərilərini demişdir. Sonra isə küçəyə çıxan zaman anasının da küçədə olduğunu görmüşdür. Həmçinin Lalə atasına anası Səadəti nə üçün gətirdiyini deyərək anasının ünvanına nalayiq ifadələr işlətmişdir. Həyətdən çıxdıqdan sonra isə atası belə bir ailənin lazım olmadığını, onu da götürüb gedəcəklərini demişlər. Həmin vaxt Lalə və oğlu Əvəz ata və anasına qarşı həmin nalayiq ifadələr işlətmişlər, həm də əl-qol hərəkətləri ilə müdaxilə etmişlər. Mübahisədən sonra isə anası DİN-nin 102 xidmətinə müraciət etmişdir.Verilən suallara cavab olaraq bildirirmişdir ki, xx.xx.2021-ci il tarixdə onların ünvan 2 ünvanında toy mərasimləri baş tutduqdan sonra həmin evdə ər-arvad münasibətlərində yaşamışlar. Bu müddət ərzində də o, Gündüzlə mütəmadi olaraq cinsi əlaqədə olmuşdur.Anası Qanuni nümayəndə xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək Gündüzün onu Bakı şəhərindən qaçıraraq Mingəçevir şəhərinə gətirməsi barədə bildirməsi ilə bağlı göstərmişdir ki, 2022-ci ilin mart ayında anası ilə Gündüz arasında mübahisə baş verən zaman o, Gündüzlə könüllü olaraq Mingəçevir şəhərinə gəlmişdir, Gündüz ona qarşı zor tətbiq etməmişdir. O, Təqsirləndirilən şəxslə ailə həyatı quran zamanGündüz və ailəsinin onun azyaşlı olmasını bildiklərini bildirmişdir.O, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxslə baş tutmuş toy mərasimindən sonra Gündüz və ya ailəsi tərəfindən heç bir zorakı münasibət görmədiyini və onlar arasında hər hansı bir mübahisə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, xx.xx.2005-ci il tarixdə X3 ilə ailə həyatı qurmuş və bu evlilikdən onların 4 övladı dünyaya gəlmişdir. Belə ki, böyük qızı Sübhanə xx.xx.2006-cı il təvvəllüdlü, Xəyal xx.xx.2007-ci il təvəllüdlü, İslam xx.xx.2008-ci il təvəllüdlü Fidan isə xx.xx.2009-cu il təvəllüdlüdür. Onun Mingəçevir şəhəri ərazisində dərzi çalışan zamandan Cəlalə ilə tanış olmuş və beləliklə, onların yaxın münasibəti olmuşdur. Sonradan isə o, ailə həyatı qurmuş və Mingəçevir Toxuculuq fabrikasında işləyən zaman yenidən Cəlalə ilə iş yoldaşı olmuşdur. Həmin vaxtlardan o, kirayə ev axtardığını Cəlaləyə demişdir. Cəlalə özü Mingəçevir şəhərində “Üçxoz” adlanan ərazidə yaşayırmış və yaşadığı evin yaxınlığında kirayə ev olduğunu bildirmişdir. O, həmin evə baxmaq üçün getmiş, həmçinin bir neçə gün qızı Sübhanə ilə birlikdə Cəlaləgildə qalmışdır. Kirayə üçün Cəlalənin tapdığı ev də indiki qızının əri olan Gündüzün nənəsinə məxsus olduğundan o, Gündüzün anası Lalə ilə danışmışdır. Həmçinin ora gedən zaman Lalə qızı Sübhanəni görmüşdür. Lakin sonradan onlar həmin evi kirayəyə götürəsi olmamışlar. Təxminən bir müddət sonra, yəni 2021-ci ilin mart ayında Cəlalə ona zəng edərək Lalənin onunla danışmaq istədiyini demişdir. O da Laləgilin evinə getmişdir. Gedənə kimi Lalənin onu hansı məqsədlə çağırmasından məlumatı olmamışdır. Cəlalə ilə birlikdə Lalənin yaşadığı evə gedən zaman Lalə oğlu Gündüzün mühribədən gəldiyini, Gündüzə ev tikdirdiklərini qızı Sübhanə ilə Gündüzün ailə həyatı qurmasını istədiyini bildirmişdir. Həmin vaxt o, qızının yaşının az olduğunu deyib, onların izdivacına maneə olmaq istəmiş, lakin Lalə Sübhanənin hərisini alıb, üzük taxacaqlarını sonradan isə el adəti ilə toy edəcəklərini demişdir. O isə Sübhanə elçi gəlmələrini istəmişdir. Elçi gələn zaman qızım hərisini vermişlər, təxminən 2 gün sonra nişanlarını etmişlər. Lakin razılaşmışlar ki, qızı 18 yaşı tamam olduqdan sonra el adəti ilə toy edəcəklər. Lakin 20-30 gündən sonra Lalə gələrək qızı toy edərək aparmaq istədilərini demişlər. Onlar Lalə ilə razılaşmamışlar, etiraz etmişlər, lakin sonradan əri Anar razılaşdıqdan sonra toya razı olmuşlar. xx.xx.2021-ci il tarixdə qız toyu onların Mingəçevir şəhəri Günşəli bağ massivində yerləşən evlərində baş tutmuş, xx.xx.2021-ci il tarixdə isə oğlan toyu Gündüzün Mingəçevir şəhəri “Üçxoz” adlanan ərazidə olan evlərində olmuşdur. 2021-ci ilin oktybr ayının əvvələrində yoldaşı və o, çalışmaq üçün Bakı şəhərinə getmişlər. Təxminən 1 həftə sonra Gündüz və Sübhanə onların Bakı şəhərində yaşadıqları evə gəlmişlər. Əvvəllər taksi fəaliyyəti ilə məşğul olmuş, sonradan isə ilkin ödəniş 1750 manat olmaqla hər gün 25 manat verməklə kreditə avtomobil alaraq taksi fəaliyyəti ilə məşğul olmaq istədiyini bildirmişdir. Əri də Gündüzün istədiyi pul məbləğini həmin vaxt bankdan aldığı pul ilə vermişdir. Gündüz gündəlik avtomobilin pulunu versə də, ona borc kimi verdikləri pulu verməmişdir. Ona görə də aralarında söz söhbətlər olmuşdur. 2022-ci ilin mart ayının əvvəllərində aralarında mübahisə baş vermişdir, həmin vaxt Gündüz Xəyalənin boğazından tutaraq boğmuş, ona da hücum edərək vurmaq istəmişdir, sonra isə Sübhanəni də götürərək getmişdir. Həmin vaxtdan sonra qızı Sübhanə ilə ara-sıra əlaqə saxlamış, Sübhanə şəkillərini ona göndərmişdir. xx.xx.2022-ci il tarixdə əri Anar və övladları ilə birlikdə Sübhanəyə baş çəkmək üçün onların Mingəçevir şəhərində yaşadıqları evə getmişlər. Həmin vaxt onları Sübhanə qarşılamış, sonra isə Lalə onlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Bundan sonra aralarında mübahisə baş vermiş və o, DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Məhkəmə iclası zamanı elan olunmuş Şahid2 ibitdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmuş və Ağdamın azad olunmasına görə medalla təltif edilmişdir. Bildirmişdir ki, oğlu müharibədə olan zaman əhd etmişdir ki, oğlu sağ-salamat müharibədən qayıtdıqdan sonra Gündüzü evləndirib qurban kəsib paylatdırcaq. Qonşusu Cəlalə hələ Sübhanəni görməmişdən əvvəl rəfiqəsinin nişanı qayıtmış qızı olduğunu və onu Gündüzlə evləndirə biləcəyini demişdir. Həmin ərəfələrdə onlar qonşuluqda anasının evini kirayə vermək istəmişdir və elə Cəlalə də həmin vaxt Sübhanəni anası Səadət ilə həmin həyət evinə baxmaq üçün gətirmiş və orada Sübhanəni görüb bəyənmişdir. 2021-ci ilin mart ayında ailə ilə tanış olmaq üçün o, Cəlalə və Gündüz onların evinə getmişlər. Həmin vaxt Gündüz və Sübhanənin ailə qurması ilə bağlı razılıq əldə etmişlər. Bundan 2 gün sonra Gündüz və Sübhanənin nişan mərasimi baş tutmuş və yalnız həmin vaxt o, Sübhanənin azyaşlı olmasını bilmişdir. Onun əvvəlcə niyyəti qızın 18 yaşı tamam olduqdan sonra toy edərək onu evinə gəlin gətirmək olsa da, Sübhanənin anası Səadət qızın əvvəl də bir dəfə nişanlı olduğunu, nişanlı qalmaq istəmədiyini, tezliklə toy edərək onu aparmalarını istəmişdir. xx.xx.2021-ci il tarixdə isə onların evində toy mərasimi baş tutmuş və Sübhanəni evə gətirmişlər. Toydan keçən 1 il ərzində onun Sübhanə ilə arasında heç bir mübahisə, narazılıq olmamışdır. Həmçinin Sübhanənin övladının olması üçün onun müalicəsini də aparmışlar və həkimin dediyinə görə onun yaşı ilə əlaqədar olaraq hal-hazırda formalaşmaqda olduğu üçün övladı olmamışdır. Bunu da müəyyən zaman ərzində müalicədən sonra düzələcəyini bildirmişdir. 2021-ci ilin oktyabr ayında Gündüz Sübhanə ilə birlikdə işləmək üçün Bakı şəhərində yaşayan Sübhanənin ata anasının yanına getmişlər. Orada oğlu taksi kimi işləmək üçün avtomobil almış və avtomobilin də ilkin ödənişi kimi qayınatası Anardan 800 manat pul almış, sonra isə onlar oğluna kreditini bağlamaq üçün 450 manat pul vermişlər, həmin 450 manatı da özü Anargilə göndərmişdir. Oğlunun onlara 800 manat borcu qalmış, buna görə də Səadətlə Gündüz arasında Bakı şəhərində olarkən mübahisə yaranmış və oğlu Sübhanəni götürərək onların Mingəçevir şəhərində yaşadıqları evə gətirmişdir. Bu mübahisədən sonra Səadət ona zəng edərək ona telefonda nalayiq ifadələr işlətmişdir. O da Sübhanəni çağıraraq anasını evlərinə qoymayacağını, əgər Səadəti görmək istəyirsə, Bakıya gedib görüb qayıtmasını istəmişdir. Həmçinin Səadət onun toy hədiyyəsi kimi Sübhanəyə aldığı qızılı da lombarda qoyaraq pul götürmüş və 1000 manat dəyərində olan həmin qızıl-zinət əşyalarını bugünə kimi geri qaytarmamışdır. Buna görə də Gündüz Səadətə qızılı nə vaxt qaytarsa, 800 manatı həmin vaxt verəcəklərini demişdir. xx.xx.2022-ci il tarixdə isə evdə olan zaman Anar onların evinə gəlmiş və o, Sübhanəyə atasını qarşılamasını demişdir. Sübhanə atasının yanına gedən zaman oğlu Əvəzə onlara yemək bişirmək üçün mağazadan ərzaq almasını istəmişdir. Sonra isə çölə çıxan zaman qapının qarşısında Anarın Sübhanəni zorla avtomobilə əyləşdirməsini, Sübhanəni götürüb aparmaq istədiklərini, Sübhanənin isə getmək istəmədiyini görmüşdür. O, Sübhanə və Anara yaxınlaşaraq ərinin burada olmadığını Sübhanəni nəyə götürüb aparmaq istədilərini soruşmuş, Anar qızı boşatdıracaqlarını demişdir. Həmin vaxt səs-küyə qonşular gəlmiş və bundan sonra Səaədət DİN-nin 102 xidmətinə müraciət etmişdir. Qanuni nümayəndə xx.xx.2022-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək oğlu Təqsirləndirilən şəxs Sübhanəni Bakı şəhərindən qaçıraraq Mingəçevir şəhərinə gətirdiyini bildirməsi barədə qeyd etmişdir ki, Gündüz və Sübhanə xx.xx.2021-ci il tarixdən aralarında toy baş tutduqdan sonra ər-arvad manasibətlərində yaşamışlar və nəyə görə öz arvadını qaçırsın. Belə ki, Bakı şəhərində Səadət və oğlu arasında pul ilə bağlı olaraq yaranmış mübahisə zamanı Gündüz Sübhanəni götürərək Mingəçevir şəhərinə gəlmiş, Səadət isə bundan sonra dəfələrlə onları boşatdıracağını, qızı götürüb aparacağını demişdir. Mübahisənin olmasnının səbəbi isə Gündüzün onlardan aldığı 800 manat pulu verməməsi olmuşdur. Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 aprel 2022-ci il tarixli 229 nömrəli rəyinə əsasən: İş üzrə 18 aprel 2022-ci il tarixdə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 19 aprel 2022-ci il tarixli 229 nömrəli rəyinə əsasən: Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə, iş haqqında olan ilkin məlumata və ekspertiza qarşısında qoyulan suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlirik:- Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmadı.-Zərərçəkmiş şəxs qızlıq bəkarətinin tamlığı pozulmuşdur, pozulma müddəti 2 həftədən çoxdur. -Zərərçəkmiş şəxs qeyri-təbbi yolla cinsi əlaqə olmanın əlamətləri aşkar olunmadı. Cinayət işi materiallarında olan məhkəmə psixiatriya və psixoloji ekspertizasının 26 aprel 2021-ci il tarixli 265/92 nömrəli rəyinə əsasən, 1.Zərərçəkmiş şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmaq, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. 2. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. 3.Zərərçəkmiş şəxs əqli inkişaf və fərdi psixi xüsusiyyətlərinə görə etdiyi hərəkələti qavramaq və anlamaq qabiliyyətinə malik olmuşdur Cinayət işi materiallarında olan xx.xx.2022-ci il traixli baxış və götürmənin keçirlməsi haqqında porotkoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində baş tutan toy mərasiminə dair görüntüləri əks etdirən videodiski cinayət işinin materiallarına əlavə edilməsi üçün təqdim etmişdir. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxxxx 2006-cı ildə Yevlax rayonu Havarlı kəndində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 28 aprel 2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Mingəçevir şəhəri MKTK-nın 4 saylı MİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə yaşadığı müddətdə MKTK 4 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Qonşularla münasibəti həmişə müsbət olmuşdur. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının əvvəllərində anası Şahid2 Mingəçevir şəhəri Əkinçi küçəsində yerləşən anasına məxsus evi Qanuni nümayəndə kirayə verən zaman görüb bəyəndiyi Qanuni nümayəndə xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs ilə xx.xx.2021-ci il tarixdə yaşadıqları ünvan 2 saylı evdə baş tutmuş toy mərasimdən sonra ilk dəfə həmin tarixdə olmaqla sonrakı müddət ərzində mütəmadi olaraq on altı yaşına çatmamış, lakin ona qarşı törədilmiş hüquqazidd əməl zamanı həmin əməlin mahiyyətini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olan Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olaraq sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuşdur. Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayının əvvəllərində anası Şahid2 Mingəçevir şəhəri Əkinçi küçəsində yerləşən anasına məxsus evi Qanuni nümayəndə kirayə verən zaman görüb bəyəndiyi Qanuni nümayəndə xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşına çatmayan qızı Zərərçəkmiş şəxs ilə xx.xx.2021-ci il tarixdə yaşadıqları ünvan 2 saylı evdə baş tutmuş toy mərasimdən sonra ilk dəfə həmin tarixdə olmaqla sonrakı müddət ərzində mütəmadi olaraq on altı yaşına çatmamış, lakin ona qarşı törədilmiş hüquqazidd əməl zamanı həmin əməlin mahiyyətini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olan Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olaraq sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuşdur. Bununla da təqsirləndirilən şəxs X4 Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinə əlavə edilmiş ******* №li vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək vətən uğrunda gedən İİ Qarabağ müharibəsində iştirak etmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2717 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Ağdamın azad olunmasına görə” madalı ilə təltif edilmişdir. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlini etiraf edib peşiman olması, Vətən müharibəsi iştirakçısı olması, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyul 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2010-cu il tarixli qərarında göstərilir ki, “şərti məhkum etmə, törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarınm məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 sentyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Məhkumlar barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokio qaydaları) 1.2-ci maddəsinə uyğun ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumlara davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumlarda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan mərhum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilən halları, eləcə də Vətən müharibəsi iştirakçısı olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzanı yüngülləşdirən digər halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Barəsində təyin olunmuş sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Minəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43,344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 1 (bir) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin, ona 1 (bir) il 6 (altı) ay sınaq müddəti təyin edilsin. Barəsində təyin olunmuş sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddətində davranışı üzərinə nəzarət həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Minəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 (iki yüz on) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-125/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-125/2022
06.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver