Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-126/2020 02.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi – Müdafiəçi Məhərrəm oğlunun iştirakları ilə, xx.xx.1982-ci ildə Bərdə rayonu, Nazirli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 29, mənzil 9-da qeydiyyatda olmalqa Mingəçevir şəhəri Vaqonlar qəsəbəsində yaşayan, barəsində polis nəzarəti altına vermə qətimkantədbiriseçilmişTəqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2020-ci ilin yanvar ayının sonunda axşam saatlarında Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yerləşən fərdi yaşayış evinə pəncərənin üzərində quraşdırılmış dəmir barmaqlığı dartıb yerindən çıxardaraq, pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olub həmin evin yataq otağında saxlanılan Türkiyə istehsalı olan, birinin qiyməti 360 manat, digər ikisinin qiyməti isə 250 manat olmaqla ümumilikdə 860 manat dəyərində 3 ədəd xalçanı, «TAÇ» firmasına məxsus olan bir dəstinin qiyməti 290 manat, «Galaksi» firmasına məxsus olan bir dəstinin qiyməti 190 manat və «TAÇ» firmasına məxsus bir dəstinin qiyməti 120 manat olan ümumilikdə 600 manat məbləğdə olan qazan dəstlərini, iki ədəd birinin qiyməti 30 manat olan ümumilikdə 60 manat dəyərində şüşə materialdan hazırlanmış meyvə vazasını, qiyməti 60 manat olan bir ədəd şüşə materialdan hazırlanmış gülqabını, birinin qiyməti 100 manat olan üç ədəd Türkiyə istehsalı olan ümumilikdə 300 manat dəyərində ədyal dəstlərini və beş ədəd hər birinin qiyməti 5 manat olan ümumilikdə 25 manat dəyərində balıncları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1905 manat manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, heç bir yerdə işləmədiyi üçün maddi durumu yaxşı olmamışdır. Yaşadığı evə piyada gedən zaman qiyabi olaraq tanıdığı Şəfəq adlı şəxsin evinin yanından keçirmiş və Şəfəqin evində yaşayış olmadığını bilmişdir. 2020ci ilin yanvar ayının sonlarında axşam saatlarında evə geri qayıdarkən maddi durumu yaxşı olmadığı üçün Şəfəqin evinə daxil olub müəyyən əşyaları oğurlayıb satıb yaşadığı evə gündəlik qida məhsulları almaq istəmişdir. O, Şəfəqin evinə yaxınlaşmış, evin işıqlarının yanmadığını və evdə heç kimin olmadığına əmin olmuşdur. Şəfəqin fərdi yaşayış evinin çəpərindən həyətə düşmüşdür. Daha sonra evə yaxınlaşıb evin pəncərələrinin dəmir barmalıqlarının olduğunu görmüşdür. Pəncərənin dəmir barmaqlığını dartıb yerindən çıxartmış və evin plastik pəncərəsini əli ilə basıb açmışdır. Daha sonra evə daxil olmuş və daxil olduğu otaqdan 2 ədəd xalçanı çıxarmışdır. Xalçalar böyük olduğu üçün həmin xalçaları oradan tək apara bilməyəcəyini görüb xalçaları evin çəpərinə söykəyib oranı tərk etmişdir. Sabahısı gün axşam saatlarında yenə də Şəfəqin evinə yaxınlaşıb heç kimin olmadığını görüb çəpərin üstündən həyətə keçib bir gün qabaq çəpərə söykədiyi xalçanının birini özü ilə yaşadığı evə aparıb həyətdə hamamda gizlətmişdir. Ertəsi gün xalçanı aparıb satmaq üçün Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən «Ağçiçəyim» mağazasının qarşısında olan əvvəlcədən tanıdığı Ceyhun adlı şəxsin taksi kimi dayandığını görmüşdür. Ceyhunun avtomobilinə əyləşib onun yaşadığı evə sürməsini xahiş etmişdir. Ceyhunla yaşadığı evə getmişdir. Evə daxil olub evdən xalçanı gətirib Ceyhunun avtomobilinə aparıb satmaq üçün qoymuşdur.Ceyhuna xalçanı firmadan aylıq kreditə aldığını, lakin maddi durumu yaxşı olmadığı üçün satmağa apardığını demişdir. Ceyhun ondan xalçanı neçəyə satdığını soruşduqda o, Ceyhuna maddi durumunun yaxşı olmadığı üçün 25 manata satdığını demişdir. Ceyhun isə ona xalçanı almaq istədiyini, ilk öncə onun ailə üzvlərinin yaşadığı evə getmələrini və ailə üzvləri bəyənsə xalçanı alacağını demişdir. Bundan sonra Ceyhunun yaşadığı evə getmişlər. Ceyhunun ailə üzvləri xalçaya baxıb bəyənmişlər, lakin Ceyhun 25 manat yox 20 manat pulu olduğunu bildirmişdir. O, həmin xalçanı Ceyhuna 20 manata satmışdır. Ceyhundan aldığı 20 manatı ailəsinə qida məhsulları alıb aparmışdır. Lakin, 2 gün sonra yenə də maddi durumu yaxşı olmadığı üçün ikinci xalçanı satmaq qərarına gəlmişdir. Günorta saatlarında yaşadığı Vaqonlar qəsəbəsində qonşusu Əfqan adlı şəxslə rastlaşmışdır. Əfqana şəhərə getmək istədiyini, lakin özündə telefon olmadığı üçün Əfqandan zəng vurub taksi sürücüsü çağırmasını xahiş etmişdir.Əfqan onunla birgə şəhərə getmək istədiyini bildirmişdir.Bundan sonra Əfqanın mobil telefonu ilə tanıdığı Aydın adlı taksi sürücüsünə zəng vurmuş və gəlib onu evdən götürüb şəhərə aparmasını istəmişdir. Daha sonra Əfqan ona şəhərə getmək istədiyini bildirmişdir. O, Əfqana evə gedib hazırlaşmasını bildirmişdir.Taksi sürücsü gəldikdən sonra Aqşin ilk olaraq avtomobilə əyləşmiş və taksi sürücüsünü Zərərçəkmiş şəxs evinin yanına sürdürmüş və taksi sürücsünə onu orada gözləməsini tapşırmışdır.Taksi sürücüsü Aydın uzaqda qaldığı və onun evinin yerini bilmədiyi üçün Şəfəqin evinin onun evi olduğunu zənn etmişdir. Taksi sürücüsünə gözləməsini demiş, daha sonra arxadan dəmir hasarın açıq olan yerindən Şəfəqin həyətinə daxil olub çəpərə söykədiyi xalçanı götürüb həmin taksiyə qoymuşdur. Daha sonra xalçanı satmaq üçün Əfqan ilə birgə Yevlax rayonu, Hacıselli kəndinə aparmışdır. Onun xalçanı Mingəçevir şəhərindən Yevlax rayonu Hacıselli kəndinə aparıb satmaqda məqsədi onun oğurluq xalça satmasından heç kimin məlumatı olmaması olmuşdur. Lakin, taksi sürücüsü avtovağzalın yanında onlara şəhər ərazisini tərk edə bilməyəcəyini demişdir. Avtovağzalın yanında o və Əfqan başqa bir taksiyə xalçanı qoyub Yevlax rayonu, Hacıselli kəndinə getmişlər. Həmçinin onlar Vaqonlar qəsəbəsindən onları gətirən taksiyə onları gözləməsini demişlər. Onlar Yevlax rayonu, Hacıselli kəndinin girişində olarkən Əfqanın məhkumluğu olduğundan ayağındakı qolbağı Mingəçevir şəhəri ərazisini tərk etdiyi üçün siqnal verməyə başlamışdır. Bu səbəbdən də Əfqan Hacıselli kəndinin girişində taksidən düşüb onları orada gözləməyə başlamışdır. Daha sonra taksi sürücüsü ilə Hacıselli kəndinə daxil olmuş və o, həmin xalçanı orada tanımadığı ortayaşlı qarabuğdayı bir kişiyə 20 manata satmışdır. Daha sonra o, həmin taksi ilə Hacıselli kəndindən çıxanda Əfqanı da avtomobilə əyləşdirib avtovagzalın yanında Aydının taksisinə əyləşmiş və Vaqonlar qəsəbəsinə geri qayıtmışlar. Onlar həmin taksiyə pulu sonra verəcəklərini demişdir. Xalçanı satmaqdan əldə etdiyi 20 manatı öz xərcləri üçün xərcləmiş və Əfqana heç bir məbləğdə pul verməmişdir. Lakin, daha sonra Şəfəqin evinə polislərin gəldiyini eşidib, Bərdə rayonuna getmişdir. Onun digər əşyalardan xəbəri olmamış, Zərərçəkmiş şəxs məxsus evdən 2 ədəd xalça oğurlamış, Zərərçəkmiş şəxs məxsus evə tək daxil olub oğurluq etmiş, həmin xalçaların oğurluq olması barədə taksi sürücüləri Ceyhun və Aydının xəbəri olmamış, Əfqan adlı şəxsin onun satdığı xalçanın oğurluq olmasından xəbəri olmamışdır və o, Şəfəq adlı şəxsin evindən oğurladığı xalçanın satışından əldə etdiyi 20 manatdan heç bir məbləğdə Əfqana pul verməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, hazırda vurmuş olduğu ziyandan çox hissəsini ödədiyini və 790 manat ödənilmədən qalmasını bildirmişdir. Ona görə də səmimi peşmançılığını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını və dəymiş ziyanın çox hissəsini ödəməsini nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş edir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Onun Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində özünə məxsus fərdi yaşayış evi vardır. Vaqonlar qəsəbəsində olan fərdi yaşayış evində ona məxsus əşyalar vardır və o, təxminən 2018-ci il tarixdən həmin ünvanda yaşamamışdır. 2018-ci il tarixdən Mingəçevir şəhərində yerləşən “Mingoparkın” yaxınlığında yerləşən evdə kirayədə yaşayırmış. Lakin Vaqonlar qəsəbəsində yaşamasa da arabir Vaqonlar qəsəbəsində yerləşən evini yoxlamaq üçün gedirmiş. 2020-ci ilin fevral ayının 4-də günorta saatlarında Vaqonlar qəsəbəsində yerləşən evini yoxlamaq üçün gedən zaman ona məxsus evin qapısının içəridən bağlı oldğunu görmüşdür. Daha sonra evin qırağına baxan zaman evin yan pəncərəsinin dəmir barmaqlıqlarının kimsə tərəfindən çıxardılıb pəncərədən evə daxil olunduğunu görmüşdür. Bundan sonra dərhal Mingəçevir şəhər polis şöbəsinə müraciət etmişdir. Bir neçə dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları mənzilinə daxil olmuş və mənzilə baxış keçirmişlər. Mənzilə baxış keçirildikdən sonra evindən yataq otağında «Taç» firmasına məxsus dəyəri 290 manat olan bir qazan dəsti, «Galaksi» firmasına məxsus 190 manat olan qazan dəsti, «Taç» firmasına məxsus dəyəri 120 manat olan qazan dəsti, 3 ədəd hər 2-sinin qiyməti 250 manat birinin qiyməti isə 400 manat dəyərində olan Türkiyə istehsalı olan xalçalar, bir ədəd şüşə materialdan hazırlanmış dəyəri 60 manat olan gül qoymaq üçün vaza, 2 ədəd hər birinin qiyməti 30 manat olan şüşə materialdan hazırlanmış meyvə qabı, üç ədəd Türkiyə istehsalı olan hər birinin qiyməti 100 manat olan ədyallar, beş ədəd Türkiyə istehsalı olan hər birinin dəyəri 5 manat olan balıncların oğurlanmasını, ümumilikdə ona 2000 manat civarında maddi ziyanın dəydiyini bilmişdir. Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyanın bir hissəsini ödənilmiş və hazırda Təqsirləndirilən şəxs ona 790 manat borcu qalmışdır. Buna görə də təqsirləndirilən şəxs barəsində qanuna müvafiq cəzanın təyin edilməsini xahiş edir. Şahid2 məhkəməyə ərizə göndərərək istintaqda verdiyi ifadəsini təstiq etdiyini və işə onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Şahid2 istintaqda verdiyi ifadəsində göstərmişdir ki, özünə məxsus «VAZ 2106» markalı, **-BE-*** dövlət qeydiyyat nömrəli avtomobili ilə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən “Ağçiçəyim” mağazasının qarşısında taksi kimi dayanıb fəaliyyət göstərirmiş. Əfqan adlı şəxs dəfələrlə onun avtomobilinə müştəri kimi əyləşib və o Əfqanı yaşadığı Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsinə aparmışdır. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Əfqan onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib, onu yaşadığı Vaqonlar qəsəbəsindən evdən götürüb şəhərə aparmaq lazım olduğunu, Aqşini gəlib Vaqonlar qəsəbəsindən götürməyini istəmişdir. O, razılaşıb avtomobil ilə Vaqonlar qəsəbəsinə gedərkən müştəri kimi tanıdığı Aqşin adlı şəxs ona əl edib avtomobilini saxlatdırmışdır. O, avtomobili saxladıqda Aqşin ona Əfqanın xəbəri olduğunu və onunla birgə şəhərə gedəcəyini bildirmiş və avtomobilə əyləşmişdir.O da, buna etiraz etməmişdir.Aqşin Vaqonlar qəsəbəsinə çatan zaman ilk öncə Aqşinin evinə sürməyini və evdən müəyyən əşyaları götürəcəyini bildirmişdir. O, isə Vaqonlar qəsəbəsinə çatan zaman Aqşinin müştəri kimi göstərişi ilə birinci küçədən sola dönüb təxminən 50-60 metr getdikdən sonra Aqşin ona avtomobili saxlamağını demiş və avtomobildən enib evə daxil olmuşdur. Aqşin evə daxil olub geri qayıdana kimi o, avtomobili geriyə döndərib evin qarşısında dayanmışdır. Bir neçə dəqiqə sonra Aqşin əlində hündürlüyü təxminən 1.80 metr olan sellafon torbada olan xalçanı avtomobilin salonuna yerləşdirmişdir. Daha sonra o və Aqşin, Əfqanın yaşadığı evə gedərək Əfqanı evdən götürmüşlər.Onlar avtomobil ilə Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən Ağçiçəyim mağazasının qarşısına çatan zaman Əfqan ona Yevlax rayonu, Hacıselli kəndinə aparmasını demişdir. Avtomobili saxlayıb avtomobilinin cəriməsi olduğu üçün Mingəçevir şəhərindən kənara çıxa bilməyəcəyini demiş və avtomobildən enib başqa taksiyə minmələrini tövsiyə etmişdir. Onlar ona şəhər istiqamətində sürməyi və şəhərdə başqa taksiyə minəcəklərini bildirmişlər. O razılaşmışdır. O, artıq Mingəçevir şəhər avtovağzalın yanına çatdıqda avtomobili saxlamış və Aqşin avtomobildən enib avtovağzalın qarşısında dayanan üstü baqajlı taksiyə yaxınlaşıb Əfqanı çağırmışdır. Bundan sonra Əfqan avtomobildən enmiş, Aqşin və Əfqan onun avtomobilində olan sellafon torbada olan xalçanı digər taksiyə yerləşdirmişlər. Aqşin və Əfqan onları avtovagzalın yanında gözləmələrini və geri qayıtdıqdan sonra onun pulunu verəcəklərini bildirmişlər. O, razılaşmışdır. Təxminən 1 saat Aqşin və Əfqanı avtovağzalın yanında gözlədikdən sonra Aqşin və Əfqan getdikləri taksi ilə geri qayıdıb onun avtomobilinə yaxınlaşıb, ondan həmin taksiyə 3 manat pul vermələrini, onun pulunu isə Vaqonlar qəsəbəsinə çatan zaman verəcəklərini bildirmişlər. O, razılaşıb 3 manatı Aqşinə digər taksi sürücünə vermək üçün vermişdir. Daha sonra Aqşin və Əfqanı Vaqonlar qəsəbəsinə gətirmişdir. Aqşin və Əfqan ona hazırda üstlərində pul olmadığı üçün günortadan sonra onun pulunu verəcəklərini bildirmişlər. Aralarında narazılıq olsa da o, Aqşin və Əfqanla razılaşmışdır. Lakin, həmin günü o, Əfqana dəfələrlə zəng vursa da Əfqan ona Aqşindən pulu aldıqdan sonra onun pulunu verəcəklərini bildirmişdir. Artıq Əfqan və Aqşinin onun pulunu verməyəcəklərini başa düşmüşdür. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid3 ifadələri elan olunaraq göstərilən hallar bir daha təstiq olunmuşdur. İşdə olan İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 9/2947 rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən bir ədəd 3x2 metr ölçülü Türkiyə istehsalı, qırmızı,ağ və yaşıl rəngli naxışlarla bəzədilmiş, kənarları saçaqlı olan xalçanın normal vəziyyətdə 2020-ci ilin iyub ayına orta bazar qiyməti təxminən 360,00 müəyyən edilir. Cinayət işində olan portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005cü il təvəllüdlü Zeynəb və xx.xx.2008-ci il təvəllüdlü Elvin adlı bir azyaşlı və bir yetkinlik yaşına çatmayan iki uşağı var. Cinayət işinə əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamış şəxsdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 2020-ci ilin yanvar ayının sonunda axşam saatlarında Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Vaqonlar qəsəbəsində yerləşən fərdi yaşayış evinə pəncərənin üzərində quraşdırılmış dəmir barmaqlığı dartıb yerindən çıxardaraq, pəncərədən yaşayış sahəsinə qanunsuz daxil olub həmin evin yataq otağında saxlanılan Türkiyə istehsalı olan, birinin qiyməti 360 manat, digər ikisinin qiyməti isə 250 manat olmaqla ümumilikdə 860 manat dəyərində 3 ədəd xalçanı, «TAÇ» firmasına məxsus olan bir dəstinin qiyməti 290 manat, «Galaksi» firmasına məxsus olan bir dəstinin qiyməti 190 manat və «TAÇ» firmasına məxsus bir dəstinin qiyməti 120 manat olan ümumilikdə 600 manat məbləğdə olan qazan dəstlərini, iki ədəd birinin qiyməti 30 manat olan ümumilikdə 60 manat dəyərində şüşə materialdan hazırlanmış meyvə vazasını, qiyməti 60 manat olan bir ədəd şüşə materialdan hazırlanmış gülqabını, birinin qiyməti 100 manat olan üç ədəd Türkiyə istehsalı olan ümumilikdə 300 manat dəyərində ədyal dəstlərini və beş ədəd hər birinin qiyməti 5 manat olan ümumilikdə 25 manat dəyərində balıncları gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1905 manat manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirlibilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-, 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, bir yetkinlik yaşına çatmayan uşaqların olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini və dəymiş ziyanı qismən ödəməsini cəzanıyüngülləşdirənhallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini belə ki, Təqsirləndirilən şəxs ailədə yeganə gəlir gətirən şəxs olmasını ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək 2 gün müddətinə şübhəli şəxs kimi həbsdə saxlanılmışdır. X2 xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxsin üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs tərəfindən 750 manat pul maddi ziyanın ödənilməsi və 360 manat dəyərində xalçanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 174 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxxx 2020-ci il tarixdən xx xxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün hesabı ilə hesabı ilə hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Mingəçevir şəhərinin ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə 50 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs tərəfindən 750 manat pul maddi ziyanın ödənilməsi və 360 manat dəyərində xalçanın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. İş üzrə mülki iddia yoxdur. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 174 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 gün sonra qanuni qüvvəyə minir. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-126/2020
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-126/2020
02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver