Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-126/2021 30.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçisi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs2 - xx.xx.1964-cü ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə Təqsirləndirilən şəxs1 - xx.xx.1977-ci ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir şəhər Məhkəməsinin 06.06.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 28.09.2020-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzadan 03 (üç) ay 23 (iyirmi üç) gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu ödənilməyən, Mingəçevir şəhəri Ə.Vahid küçəsi ev 6, mənzil 50-də qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri «Günəşli» bağ massivində yaşamış, hazırda barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Mingəçevir şəhər məhkəməsinin binasında. açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 1 ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükümünün və 1 ədəd şəffaf sellofan bükümünün içərisindəki ayrı-ayrılıqda çəkiləri 0,994 qram və 0,459 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,453 qram çəkidə narkotik vasitə olan heroini üzərində saxlayaraq özü ilə daşıyıb Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Yevlax rayonu, Havarlı kəndinin kəsişməsində yerləşən ərazinin yaxınlığına gətirib, 17 mart 2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Yevlax rayonu, Havarlı kəndinin kəsişməsində yerləşən ərazinin yaxınlığında həmin narkotik vasitə-heroindən bir ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,994 qram olan hissəsini Təqsirləndirilən şəxs1 qızma 70 (yetmiş) manata qanunsuz olaraq satmış, habelə 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda digər bir ədəd siqaretin şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,459 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə- heroini satış məqsədi olmadan əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən gizlədib qanunsuz olaraq saxlayaraq daşımış, 17 mart 2021-ci il tarixdə 18:30 radələrində Mingəçevir ŞPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən «5+» adlanan super marketin qarşısında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı 0,459 qram çəkidə bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən, Təqsirləndirilən şəxs1 narkotik vasitə - heroin satmaqla əldə etdiyi 1 (bir) ədəd (B********) seriya nömrəli 20 manatlıq, 2 (iki) ədəd A 22013643 və A 31681949 seriya nömrəli 10 manatlıq, 1 (bir) ədəd A 19688428 seriya nömrəli 5 manatlıq və 3 (üç) ədəd G 54726271, G 50289409 və A 92854469 seriya nömrəli 1 manatlıq pul əskinasları və 3 (üç) ədəd 10 qəpiklik pul əskinaslarmdan ibarət olan cəmi 48,30 manat (qırx səkkiz manat otuz qəpik) məbləğində nağd pul əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 Mingəçevir şəhər Məhkəməsinin 06.06.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.3 və 93.1.4-cü maddələri tətbiq edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 28.09.2020-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzadan 03 (üç) ay 23 (iyirmi üç) gün vaxtından əvvəl şərti olaraq azad edilməsinə və məhkumluğu ödənilməməsinə baxmayaraq, islah olunmamış və 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram, həmin siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə - qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda, 17.03.2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Yevlax rayonu, Havarlı kəndinin kəsişməsində yerləşən ərazinin yaxınlığında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 70 (yetmiş) manata qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü-ağ kağız bükümündə təmiz çəkisi 0,994 qram küstar üsulla hazırlanmış narkotik vasitə- heroin əldə edərək əynindəki sarı rəngli gödəkçənin sağ yan cibində saxlayaraq daşımış, həmçinin istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 451,60 qram çəkidə əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 11,60 qramını əynində olan sarı rəngli gödəkçənin sol yan cibində saxlayaraq daşımış, qalan 440 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan Mingəçevir şəhəri, Xocalı küçəsində Psixo- Nevroloji və Rayonlararası Narkoloji Dispanserlərin binaları yerləşən ərazidə olan yarımçıq tikilidə bir ədəd 3 (üç) litrlik həcmə malik şüşə balonda gizlədərək saxlamış, 17.03.2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, S.Vurğun və N.Nərimanov küçələrinin kəsişməsindəki «Dram Teatr» dairəsinin yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17:50-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən 0,994 qram çəkidə narkotik vasitə-heroin onun əynində olan sarı rəngli gödəkçənin sağ yan cibindən, 11,60 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana onun əynində olan sarı rəngli gödəkçənin sol yan cibindən, davam edən tədbirlər zamanı həmin gün saat 18:20 radələrində onun bir ədəd 3 (üç) litrlik həcmə malik şüşə balonda saxladığı təmiz çəkisi 440 qram çəkidə olan narkotik vasitə- qurudulmuş marixuana Mingəçevir şəhəri, Xocalı küçəsində Psixo-Nevroloji və Rayonlararası Narkoloji Dispanserlərin binaları yerləşən ərazidə olan yarımçıq tikiliyə baxış zamanı oradan aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, o, bir neçə ay bundan əvvəl idarə etdiyi “Niva” markalı, **-NT-*** dövlət qeyddiyyat nişanlı avtomobillə Mingəçevir şəhərinin Yevlax rayonunun Havarlı kəndi istiqamətində hərəkətdə olarkən, avtomobilinin təkəri boşaldı, avtomobildən düşüb təkəri dəyişərkən orada yolun kənarında, yerdə 1 ədəd büküm gördü. Büküm açıb içərisinə baxdıqda içərisində olan kütlənin narkotik vasitə heroin olmasını bildi. Özü də narkotik vasitə heroindən istifadə etdiyindən kütlənin həqiqətən də heroin olmasına əmin oldu. Kütlənin üzərindən bir neçə dəfə götürüb özü istifadə etdi. 17.03.2021-ci il tarixdə çoxdan tanıdığı və narkotik vasitə qəbul edən şəxs kimi bildiyi Təqsirləndirilən şəxs1 istifadəsində olan mobil telefon nömrəsindən onun istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək ondan narkotik vasitə heroin istədi. Ona narkotik vasitə heroini olmasını və həmin vasitəni satmasını dedikdə, Təqsirləndirilən şəxs1 1,5 (bir tam onda beş) qram narkotik vasitə heroin lazım olmasını, bunun müqabilində ona 70 (yetmiş) manat pul verəcəyini dedikdə onunla razılaşdı. Həmin gün saat təxminən 15 radələrində danışdıqları qaydada özünə məxsus avtomobillə şəhərin Havarlı kəndi tərəfdən olan girişinə gəldi və həmin vaxt Təqsirləndirilən şəxs1 onu yolun kənarında gördükdə gəlib avtomobilə əyləşdi. Ona təxminən 1,5 qram çəkidə narkotik vasitə heroin verdi, Təqsirləndirilən şəxs1 isə ona 70 (yetmiş) manat pul verdi. Daha sonra isə Təqsirləndirilən şəxs1 avtomobil ilə gətirib şəhərin Səməd Vurğun meydanı tərəfdə düşürtdü. Təqsirləndirilən şəxs1 satdığı narkotik vasitə heroindən bir az miqdarda özündə qaldı, özü istifadə etmək üçün onu cibində olan siqaret qutusunun içərisinə qoydu. Həmin gün saat 18:50 radələrində Mingəçevir şəhəri M.Maqomayev prospektində yerləşən “5+” super marketinin qarşısında olarkən mülki paltarda olan şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etdilər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəldi. Polis şöbəsində ona vəkil təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirildi. Polis şöbəsində vəkilin iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etmədi. Video çəkiliş tətbiq etməklə üzərində axtarış aparıldı. Şəxsi axtarış zamanı əynində olan qara rəngli qolsuz gödəkçəsinin cibindən 1 ədəd siqaret qutusu, cibindən 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd alışqan, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd 20 manatlıq, 2 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq, 3 ədəd 1 manatlıq pul əskinasları və 3 ədəd 10 qəpiklikdən ibarət olan 48,30 (qırx səkkiz manat otuz qəpik) manat məbləğində nağd pul, eləcə də siqaret qutusunda saxladığı narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilərək götürüldü. Əməlindən peşimandır. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki,o, bir neçə ay bundan əvvəl Yevlax rayonunun Qaraqoyunlu kəndində olarkən yolun kənarında narkotik vasitə olan marixuana bitkisini əkili vəziyyətdə gördü. Kənarda kimsənin olmadığından arxayın olub həmin bitkidən bir qədər yığıb özü ilə Mingəçevir şəhərinə gətirdi, daha sonra isə kimsənin olmadığı Mingəçevir şəhəri Xocalı küçəsində Psixo-Nevroloji Dispanserin və “Narkoloji Dispanserin binalarının yerləşdiyi ərazidə olan yarımçıq tikilinin içərsində quruması üçün yerə sərdi. Həmin yarpaqlar quruduqdan sonra bazardan bir ədəd 3 litrlik şüşə balon aldı və qurudulmuş halda olan marixuananı həmin balona doldurub yarımçıq tikilidə gizlətdi. Daha sonra isə müəyyən vaxtlarda həmin kütlədən istifadə etmək üçün bir miqdarını götürüb, yerdə qalanını isə orada saxlamışdır. Bundan əlavə narkotik vasitə heroindən istifadə etdiyi üçün 17.03.2021-ci il tarixdə istifadəsində olan mobil telefon nömrəsindən əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 məxsus mobil telefon nömrəsinə zəng edərək ondan heroin istədi. Təqsirləndirilən şəxs2 ondan hansı miqdarda narkotik vasitə istəməsini soruşduqda ona 1,5 qram çəkidə narkotik vasitə heroinə ehtiyacı olmasını, bunun müqabilində 70 (yetmiş) manat məbləğində pul verəcəyini dedi. Təqsirləndirilən şəxs2 da onunla razılaşdı. Həmin gün saat 15 radələrində Təqsirləndirilən şəxs2 özünə məxsus ağ rəngli “Niva” markalı avtomobili ilə Mingəçevir şəhərinin giriş hissəsi ilə Yevlax rayonu Havarlı kəndinin kəsişməsinə gəldi. Təqsirləndirilən şəxs2la görüşüb onun avtomobilində qarşı tərəfdəki oturacaqda əyləşdi, 70 manat pulu Təqsirləndirilən şəxs2 verdi. Təqsirləndirilən şəxs2 isə ona siqaretin gümüşü-ağ rəngli kağızına bükülmüş, təxminən 1,5 qram çəkidə narkotik vasitə heroini verdikdən sonra onu öz avtomobili ilə şəhərin Səməd Vurğun meydanında yerləşən mehmanxananın yanına gətirib düşürdü, özü isə çıxıb getdi. O, mehmanxana binasının arxa tərəfinə keçdi, ətrafda kimsənin olmamasından istifadə edərək, həmin narkotik vasitə heroinin üzərindən bir qədərini götürərək əvvəldən üzərində gəzdirdiyi şüşə ampulaya töküb şpris vasitəsi ilə damarına yeritdi. Yerdə qalanı narkotik vasitə heroini isə əynindəki sarı rəngli gödəkçənin sağ yan cibində gizlədib saxladı. 17.03.2021-ci il tarixdə saat 17:20 radələrində şəhərin S.Vurğun küçəsi ilə “Dram Teatr” binası yerləşən dairəyə tərəfə gedirdi. Həmin vaxt Təqsirləndirilən şəxs2 aldığı narkotik vasitə heroin və yardımçı tikilidən götürdüyü narkotik vasitə qurudulmuş marixuana üzərində idi. Dairənin yaxınlığında olarkən mülki paltarda olan şəxslər yaxınlaşıb, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəldi. Polis şöbəsində ona müdafiəçi təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirildi. Polis şöbəsində vəkilin iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etmədi. Şəxsi axtarış zamanı əynində olan sarı rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd siqaretin gümüşü-ağ rəngli kağız büküm, gödəkçənin sol yan cibindən 1 ədəd kağız büküm, bundan əlavə gödəkçənin sağ yan cibindən bir ədəd “Nokia” markalı mobil telefon, 1 ədəd şpris, 1 ədəd başı sındırılmış şüşə flakon, 1 ədəd limon duzu olan paket polis əməkdaşları tərəfindən aşkar edilərək götürüldü. Polis əməkdaşları əynindəki gödəkçəsinin sağ yan cibindən aşkar edilmiş siqaretin gümüşü-ağ rəngli kağız bükümün içərisindəki kütlənin spesifik iyindən və görünüşündən narkotik vasitə olan heroin, gödəkçəsinin sol yan cibindən aşkar edilmiş ağ rəngli kağız bükümün içərisindəki kütlənin isə narkotik vasitə qurudulmuş marixuananı haradan əldə etdiyini soruşdular. Sorğu zamanı həmin narkotik vasitələrdən heroini 17 mart 2021-ci il tarixdə saat 15 radələrindən Mingəçevir şəhəri ilə Yevlax rayonunun Havarlı kəndi tərəfdən olan girişində tanışı Təqsirləndirilən şəxs2 70 (yetmiş) manata aldığını və özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, naroktik vasitə qurudulmuş marixuananı isə 6 ay əvvəl Yevlax rayonunun Qaraqoyunlu kəndinin ərazisində bitən çətənə bitkisindən toplayıb Mingəçevir şəhəri Xocalı küçəsində yerləşən Psixo-Nevroloji Dispanserin və “Narkoloji Dispanserin binalarının yerləşdiyi ərazidə olan yarımçıq tikilidə sərib qurutmaqla əldə etdiyini etiraf etdi. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Tərəzidə çəkildikdən sonra həmin kütlələr onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürləndi, zərfin üzərinə o da imza etdi. Şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edilirdi. Saat 18:20 radələrində polis əməkdaşları ilə birilkdə Mingəçevir şəhəri Xocalı küçəsində Psixo- Nevroloji Dispanserin və “Narkoloji Dispanserin binalarının yerləşdiyi ərazidə olan yarımçıq tikiliyə getdi. Orada içərisində üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın bir hissəsi olan 1 ədəd 3 litrlik şüşə balonu saxladığı tikiliyə onun və vəkilin iştirakı ilə baxış keçirildi. Baxış zamanı yarımçıq tikilinin girişindən sağ tərəfdə, daş və zibillərin altında gizlətdiyi və ağ rəngli sellofan torbaya qoyduğu, içərisində isə narkotik vasitə qurudulmuş marixuana olan həmin bir ədəd 3 litrlik şüşə balon polis əməkdaşları tərəfindən aşkar edilərək götürüldü. Əməlindən peşimandır. Şahid1 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili işləyir. 17 mart 2021-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil oldu. Həmin məlumatın yoxlanılması üçün şöbədə əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olundu və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunudu. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində 17.03.2021-ci il tarixdə saat 17:20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid4 və o, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Mingəçevir şəhəri, S.Vurğun küçəsində yerləşən «Dram Teatr»m inzibati binasının yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Bundan sonra Təqsirləndirilən şəxs1 Mingəçevir ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil və qadın cinsindən olduğundan Mingəçevir ŞPŞ-nin Qeydiyyat və X4 inspektoru Şahid3 dəvət olundu. Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar barəsində əməliyyat məlumatı olmasını bildirib öz razılığı ilə onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmasına, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etməsi təklif olundu. Bundan sonra vəkilin, Şahid3 və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs1 əynindəki sarı rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükümü, gödəkçənin sol yan cibindən bir ədəd kağız bükümü, bundan əlavə gödəkçənin sağ yan cibindən bir ədəd “Nokia” markalı mobil telefon, bir ədəd şpris, bir ədəd başı sındırılmış vəziyyətdə olan və içərisində tünd qəhvəyi rəngə çalan maddə olan şüşə flakon, bir ədəd limon duzu olan paketi aşkar edildi. Əynindəki gödəkçəsinin cibindən aşkar edilmiş həmin siqaretin gümüşü rəngli kağız bükümünü açdıqda isə içərisində gümüş-ağ rəngli kağız bükümə bükülmüş büküm açıldıqda içərisindəki kütlənin spesifik iyindən və görünüşündən narkotik vasitə olan heroinə bənzəməsi, gödəkçəsinin digər cibindən aşkar edilmiş ağ rəngli kağız bükümün içərisindəki kütlənin isə qurudulmuş marixuanaya bənzəməsi müəyyən olundu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd gümüşü-ağ rəngli bükümdəki kütlənin narkotik vasitə “heroin” olduğunu, həmin “heroin”i özü istifadə etmək məqsədi ilə 17 mart 2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektinin Yevlax rayonunun Havarlı kəndinin kəsişməsində Təqsirləndirilən şəxs2 70 manata satın aldığını, bir hissəsini həmin gün istifadə etdikdən sonra yerdə qalan hissəsini də gələcəkdə istifadə etmək məqsədi ilə üstündə saxladığını, 1 ədəd ağ rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı isə Yevlax rayonunun Qaraqoyunlu kəndinin ərazisində bitən çətənə bitkisinin yarpaqlarından yığıb Mingəçevir şəhəri Xocalı küçəsində yerləşən Psixonevroroloji və Narkoloji Dispanserlərin ərazəsindəki yardımçı tikilidə gizlətməsini, həmin narkotik vasitədən bir qismini də istifadə etmək məqsədi ilə üzərində saxlamasını bildirdi. Bundan sonra əməliyyat- axtarış tədbirlərinin davamı olaraq saat 18:20 radələrində Təqsirləndirilən şəxs1, müdafiəçi və digər polis əməkdaşlarının iştirakı ilə Mingəçevir şəhəri Xocalı küçəsində Psixo-Nevroloji Dispanserin və “Narkoloji Dispanserin binalarının yerləşdiyi ərazidə olan yarımçıq tikiliyə getdilər. Orada Təqsirləndirilən şəxs1nm üzərindən aşkar edilmiş qurudulmuş marixuananın bir hissəsini 1 ədəd 3 litrlik şüşə balonda saxladığı tikiliyə onun və vəkilin iştirakı ilə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 yarımçıq tikilinin girişindən sağ tərəfdə, daş və zibillərin altında gizlətdiyi və üzərinə “Arbiatti” yazılan ağ rəngli sellofan torbaya qoyduğunu bildirdi. İçərisində narkotik vasitə qurudulmuş marixuana olan həmin bir ədəd 3 litrlik şüşə balonu polis əməkdaşları tərəfindən götürüldü. Bundan sonra Könülün Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin satın almasına dair məlumatın yoxlanılması üçün əməliyyat axtarış tədbirlərinin keçirilməsi davam etdirildi. Davam edən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi çərçivəsində 17.03.2021-ci il tarixdə saat 18:50 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid2, Şahid5, Şahid6 və o, Təqsirləndirilən şəxs2 Ağrza oğlunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs2 Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən «5+» super marketinin qarşısında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə vəkil dəvət olundu və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs2 Ağrza oğluna narkotik vasitə saxlaması, istifadə etməsi və satması ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib öz razılığı ilə onun üzərində şəxsi axtarış və götürmə keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs2 Ağrza oğlu üzərində şəxsi axtarış və götürmə aparılmasına, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi. Mingəçevir ŞPŞ-də video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli qolsuz gödəkçənin cibindən bir ədəd üzərinə “Rothmands” yazılmış siqaret qutusu, bir ədəd “Samsung” markalı mobil telefon, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd (B********) seriya nömrəli 20 manatlıq, 2 (iki) ədəd A22013643 və A31681949 seriya nömrəli 10 manatlıq, 1 (bir) ədəd A 19688428 seriya nömrəli 5 manatlıq, 3 (üç) ədəd G54726271, G50289409 və A92854469 seriya nömrəli 1 manatlıq pul əskinasları və 3 (üç) ədəd 10 qəpiklikdən ibarət olmaqla cəmi 48,30 manat (qırx səkkiz manat otuz qəpik) məbləğində nağd vəsaiti pul aşkar edilmişdir. Əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən aşkar edilmiş üzərinə “Rothmans” yazısı yazılmış siqaret qutusunu açdıqda içərisində bir ədəd şəffaf selofan bükümü açıldıqda içərisində olan kütlə spesifik iyindən narkotik vasitə- heroinə bənzər kütlə olması aşkar olunmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi, həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılaraq möhürləndi. Sorğu zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilib götürülmüş 01 (iki) ədəd şəffaf sellofan bükümdəki kütlənin “heroin” olduğunu, onun üstündən aşkar olunmuş narkotik vasitəni 6 ay əvvəl Mingəçevir şəhərinin Yevlax rayonunun Havarlı kəndi istiqamətindən olan girişində tapdığını, bir hissəsindən özü istifadə etdiyini, yerdə qalanını isə 17 mart 2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektinin Yevlax rayonunun Havarlı kəndi ilə kəsişməsində Təqsirləndirilən şəxs1 70 (yetmiş) manat müqabilində satmasını, aldığı puldan bir qismini xərclədiyini, yerdə qalan 48,30 manat (qırx səkkiz manat otuz qəpik) məbləğində olanı isə üzərindən aşkar edilərək götürüldüyünü səmimi etiraf etmişdir. Bundan Təqsirləndirilən şəxs2 idarə etdiyi “Niva” markalı, 10-NT- 914 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilsə də, avtomobildən qanunla saxlanılması qadağan olmuş hər hansı əşya və ya maddə aşkar edilməmişdir. Bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alındı. Şahid3 məhkəmə iclasında ifadəsində bildirdi ki, Mingəçevir ŞPŞ-nin Q və ŞVQ-nun inspektoru vəzifəsində işləyir. 17 mart 2021-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Qələndorova Könül Tahir qızının narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair məxfi məlumat daxil olmuşdur. 17.03.2021-ci il tarixdə saat 17:20 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid4 Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 Mingəçevir şəhəri S.Vurğun küçəsində yerləşən “Dram Teatr”ın inzibati binasının yaxınlığında olan zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil və şübhəli şəxs qadın cinsindən olduğundan o, dəvət olundu. Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlanması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib öz razılığı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi, bu zaman video çəkilişdən istifadə olunacağı bildirildi. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılmasına, bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədi. Bundan sonra vəkilin, onun iştirakı ilə Mingəçevir ŞPŞ-da vidaeoçəkilişdən istifadə edilməklə, Təqsirləndirilən şəxs1 əynindəki sarı rəngli gödəkçənin sağ yan cibində bir ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükümü, gödəkçənin sol yan cibində bir ədəd kağız bükümü, bundan əlavə gödəkçənin sağ yan cibindən bir ədəd «Nokia» markalı mobil telefon, bir ədə şpris, bir ədəd başı sındırılmış vəziyyətdə, içərisində tünd qəhvəyi rəngə çalan maddə olan, üzərində navakain sözləri yazılmış şüşə ampula, bir ədəd limon duzu olan paket aşkar edildi. Əynindəki gödəkçəsinin sağ yan cibindən aşkar edilmiş həmin siqaretin gümüşü rəngli kağız bükümünü açdıqda isə içərisində gümüş ağ rəngli kağız bükümə bükülmüş büküm açıldıqda, içərisindəki kütlənin spesifik iyindən və görünüşündən narkotik vasitə olan heroinə bənzəməsi, gödənkçəsinin sol yan cibindən aşkar edilmiş, ağ rəngli kağız bükümün içərisindəki kütlənin isə qurudulmuş marixuanaya bənzəməsi müəyyən olundu. Həmin narkotik vasitəyə oxşar 02 ədəd kütlələrin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi, həmçinin narkotik vasitəyə oxşar kütlələr elektron tərəzidə çəkildi. Həmin narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılaraq möhürləndi. Sorğu zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş 01 (iki) ədəd gümüşü-ağ rəngli bükümdəki kütlənin “heroin” olduğunu, həmin “heroin”i özü istifadə etmək məqsədi ilə 17.03.2021-ci il tarixdə saat 15:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektinin Yevlax rayonunun Havarlı kəndində yerləşən hissəsində Təqsirləndirilən şəxs2 70 (yetmiş) manat müqabilində satın adığını, bir hissəsini həmin gün istifadə etdikdən sonra yerdə qalan hissəsini də gələcəkdə istifadə etmək məqsədi ilə üstündə gəzdirməklə daşıdığını, 1 ədəd ağa rəngli kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı isə həbs olunmazdan 6 ay əvvəl Yevlax rayonu Qaraqoyunlu kəndinin ərazisində bitən çətənə bitkisiin yarpaqlarından yığıb Mingəçevir şəhəri Xocalı küçəsində yerləşən Psixonevroloji və Narkoloji Dispanserlərin ərazisindəki yardımç tikilidə gözlətməsini, həmin narkotik vasitədən bir qismini də istigfadə etmək məqsədi ilə üzərində saxlamasını bildirdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid5, Şahid4, Şahid6 da şahidlər Şahid1 və Şahid3 ifadəsinə uyğun ifadə verdilər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 51-52-ci vərəqlərində olan 17 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən bir ədəd üzərinə “Rothmans” yazılmış siqaret qutusu, qolsuz gödəkçəsinin sol döş cibindən bir ədəd “Samsung” markalı mobil telefon, bundan əlavə həmin cibindən bir qutu əlavə “Rothmans” siqareti və bir ədəd alışqan, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd 20 manatlıq (B********), iki ədəd 10 manatlıq (A22013643, A********), bir ədəd 5 manatlıq (A********) və üç ədəd 1 manatlıq (G54726271, G50289409, A********) pul əskinasları və üç ədəd 10 qəpiklik pul aşkar olundu. Təqsirləndirilən şəxs2 əynindəki qara rəngli qolsuz gödəkçəsinin sol yan cibindən aşkar edilmiş üzərinə “Rothmans” yazısı yazılmış siqaret qutusunu açdıqda içərisində bir ədəd siqaretlə birlikdə bir ədəd rəngsiz sellofan bükümü aşkar edildi ki, həmin büküm açıldıqda içərisində olan kütlə spesifik iyindən narkotik vasitə heroinə bənzər kütlə olması aşkar olundu. İşin 25-26-cı vərəqlərində olan 17 mart 2021-ci il tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan sarı rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağız bükümü, gödəkçəsinin sol yan cibindən bir ədəd kağız bükümü, bundan əlavə gödəkçəsinin sağ yan cibindən bir ədəd Nokia markalı mobil telefon, bir ədəd şprist, bir ədəd başıqırılmış vəziyyətdə olan və içərisində tünd qəhvəyi rəngə çalan maddə olan, üzərinə isə “Novakain” sözləri yazılmış şüşə qab, bir ədəd limon duzu olan paket aşkar olundu. Təqsirləndirilən şəxs1 əynindəki gödəkçəsinin sağ yan cibindən aşkar edilmiş, həmin siqaretin gümüşü rəngli kağız bükümünü açdıqda isə içərisində şəffaf rəngli sellofana bükülmü büküm aşkar olundu ki, həmin büküm açıldıqda içərisindəki kütlənin spesifik iyindən və görünüşündən narkotik vasitə olan heroinə bənzəməsi, gödəkçəsinin sol yan cibindən aşkar edilmiş kağız bükümün içərisindəki kütlə isə qurudulmuş marixuanaya bənzəməsi məlum oldu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 Tahir qızı əynindəki gödəkçəsinin sağ yan cibindən aşkar edilmiş həmin bükümün içərisindəki kütlənin heroin olmasını, həmin büküm ona məxsus olmasının, heroini istifadə etməsi üçün 17.03.2021-ci il tarixdə, saat təxminən 15 radələrində İlqar adlı şəxsdən şəhərində girəcəyində 70 manata almasını, alarkən aralarında olan razılaşmaya görə həmin heroinin çəkisi 1,5 qram olmasını, daha sonra isə həmin heroin bükümündən bir qədərini götürərək, həmin gün özü istifadə etməsinin, qalanıı isə özü istifadə etməsi üçün cibində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 sorğu zamanı əynindəki gödəkçəsinin sol yan cibindən aşkar edilmiş kağız bükümün içərisindəki kütlə qurudulmuş marixuana olmasını və həmin kütlə özünə məxsus olmasını, həmin marixuananı təxminən 6 ay bundan öncə Yevlax rayonu Qaraqoyunlu kəndində olarkən, orada yolun kənarında bitməsinin gördüyünü, onu yığıb, Mingəçevir şəhərinə gətirməsini və şəhərin “Psixi-Nevroloji Dispanser” və “Norkologiya”nın yerləşdiyi sahədə, yarımçıq tikilidə qurutmasını, özü müəyyən vaxtlarda onun üzərindən götürərək, siqaretin kağızına doldurub çəkməsini, cibindən aşkar edilmiş həmin bükümdən əlavə həmin yarımçıq tikilidə həmin qurudulmuş marixuanadan yenədə olmasını və orada şüşə qabda saxlamasını, həmi kütləni də təqdim edəcəyini bildirdi. İşin 28-29-cu vərəqlərində olan 17 mart 2021-ci il tarixli baxış və götürmə keçirilməsi barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs1 Mingəçevir şəhəri Psixi-Nevroloji Dispanser” və “Norkologiya” binaları yerləşən ərazidə olan yarımçıq tikilidə narkotik vasitə olan qurudulmuş marixuana saxlamasını bildirdi, həmin tikiliyə baxış zaman girişdən sağda, küncdə daş və zibillərin altından bir ədəd ağ rəngli, üzərinə “Arbiatti” sözləri yazılmış sellofan torba aşkar edildi və həmin sellofan torba açılqdıqda isə içərisində bir ədəd 3 litrlik şüşə balon aşkar edildi ki, həmin şüşə balon içərisində olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması məlum oldu. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin balonun içərisində olan kütlə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması məlum oldu. İşin 68-71-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 18 mart 2021-cu il tarixli, 17/210 saylı rəyində göstərilir ki, üzərində « Vət. Qələndərova Könül Tahir qızının üzərindən aşkar edilmiş…” sözləri və imzalar yazılmış zərfin içərisindəki: -01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd gümüş-ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,994 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -01 (bir) ədəd baş hissəsi kəsilmiş şüşə flakonun içərisində olan maddə hissəcikləriheroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğundan onun təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. -01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi 11,60 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Tədqiqta təqdim edilmiş, üzərinə yapışdırılmış ağ kağızda «Vət Təqsirləndirilən şəxs1....yarımçıq tikilidə gizlətmiş olduğu...» sözləri və imzalar yazılmış 3 litrlik şüşə balonun içərisində, təmiz çəkisi - 440,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində «Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş....» sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi, 0,459 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş vət. X2 üzərindən aşkar edilmiş 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində olan heroin ilə vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisində olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd 3 litrlik şüşə balonun içərsində olan qurudulmuş marixuanalar tərkibərinə görə eynidirlər. İşin 224-cü vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 530 saylı 08 may 2021-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşin 225-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 531 saylı 08 may 2021-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış nakromaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. İşin 162-ci vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş 30.03.2021-ci il tarixli, 435 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 01.07.2017-ci ildən “opoidlərin qəbulu nəticəsində psixi davranış pozuntusu asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda, şəraitdə və mənbədən qanunsuz olaraq əldə etdiyi 1 ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükümünün və 1 ədəd şəffaf sellofan bükümünün içərisindəki ayrı-ayrılıqda çəkiləri 0,994 qram və 0,459 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 1,453 qram çəkidə narkotik vasitə olan heroini üzərində saxlayaraq özü ilə daşıyıb Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Yevlax rayonu, Havarlı kəndinin kəsişməsində yerləşən ərazinin yaxınlığına gətirib, 17 mart 2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Yevlax rayonu, Havarlı kəndinin kəsişməsində yerləşən ərazinin yaxınlığında həmin narkotik vasitə-heroindən bir ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükümündə təmiz çəkisi 0,994 qram olan hissəsini Təqsirləndirilən şəxs1 70 (yetmiş) manata qanunsuz olaraq satmış, habelə 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına digər bir ədəd siqaretin şəffaf sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,459 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə- heroini satış məqsədi olmadan əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən gizlədib qanunsuz olaraq saxlayaraq daşımış, 17 mart 2021-ci il tarixdə 18:30 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən «5+» adlanan super marketin qarşısında saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı 0,459 qram çəkidə bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin əynindəki qara rəngli qolsuz gödəkçənin sol yan cibindən, Təqsirləndirilən şəxs1 narkotik vasitə - heroin satmaqla əldə etdiyi 1 (bir) ədəd (B********) seriya nömrəli 20 manatlıq, 2 (iki) ədəd A 22013643 və A 31681949 seriya nömrəli 10 manatlıq, 1 (bir) ədəd A 19688428 seriya nömrəli 5 manatlıq və 3 (üç) ədəd G 54726271, G 50289409 və A 92854469 seriya nömrəli 1 manatlıq pul əskinasları və 3 (üç) ədəd 10 qəpiklik pul əskinaslarmdan ibarət olan cəmi 48,30 manat (qırx səkkiz manat otuz qəpik) məbləğində nağd pul əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci və 234.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs1 17.03.2021-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Yevlax rayonu, Havarlı kəndinin kəsişməsində yerləşən ərazinin yaxınlığında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 70 (yetmiş) manata qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü-ağ kağız bükümündə təmiz çəkisi 0,994 qram küstar üsulla hazırlanmış narkotik vasitə- heroin əldə edərək əynindəki sarı rəngli gödəkçənin sağ yan cibində saxlayaraq daşımış, həmçinin istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 451,60 qram çəkidə əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 11,60 qramını əynində olan sarı rəngli gödəkçənin sol yan cibində saxlayaraq daşımış, qalan 440 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan Mingəçevir şəhəri, Xocalı küçəsində Psixo- Nevroloji və Rayonlararası Narkoloji Dispanserlərin binaları yerləşən ərazidə olan yarımçıq tikilidə bir ədəd 3 (üç) litrlik həcmə malik şüşə balonda gizlədərək saxlamış, 17.03.2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, S.Vurğun və N.Nərimanov küçələrinin kəsişməsindəki «Dram Teatr» dairəsinin yaxınlığında saxlanılıb Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada saat 17:50-də üzərinə şəxsi axtarış və götürmə keçirilərkən 0,994 qram çəkidə narkotik vasitə-heroin onun əynində olan sarı rəngli gödəkçənin sağ yan cibindən, 11,60 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuana onun əynində olan sarı rəngli gödəkçənin sol yan cibindən, həmin gün saat 18:20 radələrində onun bir ədəd 3 (üç) litrlik həcmə malik şüşə balonda saxladığı təmiz çəkisi 440 qram çəkidə olan narkotik vasitə- qurudulmuş marixuana Mingəçevir şəhəri, Xocalı küçəsində yerləşən Psixo-Nevroloji və Rayonlararası Narkoloji Dispanserlərin binaları yerləşən ərazidə olan yarımçıq tikiliyə baxış zamanı oradan aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən əməli törətmələri özlərinin etirafları, şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 159-cu vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşin 153-cü vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 154-158-ci vərəqində olan arayışdan və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 10.11.2013-cü il təvəllüdlü Zəhra adlı bir azyaşlı uşağı var. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağı olması, əməlindən peşiman olması, yaşayış yerindən müsbət xarakterizə olunması, Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşin 45-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cəzasının əvvəli tutulduğu vaxtdan, 17 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs1 əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İşin 168-172-ci vərəqlərində olan Mingəçevir şəhər məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 1(051)-88/2017 saylı hökmündən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Xətai rayon məhkəməsinin 28.09.2020-ci il tarixli qərarına əsasən təyin edilmiş cəzadan 03 (üç) ay 23 (iyirmi üç) gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 20.01.2021-ci ildə cəza müddəti başa çatmışdır. Hazırki cinayət əməlini törədən zaman onun məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-nin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan cəza təyin olunmasına əsas verən hallar yoxdur. Təqsirləndirilən şəxs1 cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İşin 20-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 17 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cəzasının əvvəli tutulduğu vaxtdan, 17 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1 və 93.2-ci maddələrinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, l(bir) ədəd şəffaf sellofan bükümdə ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 1,353 qram qalan narkotik vasitə olan heroinlər, l(bir) ədəd ağ rəngli kağız bükümdə, 1 (bir) ədəd 3 litrlik həcmə malik şüşə balonun içərisində ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 451,50 qram qalan narkotik vasitə olan qurudulmuş marixuanalar, l(bir) ədəd şpris, 1 (bir) ədəd limon duzu paketi, 1 (bir) ədəd üzərinə «Novakain» yazılmış sındırılmış şüşə flakon Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış l(bir) ədəd (B********) seriya nömrəli 20 manatlıq, 2 (iki) ədəd A 22013643 və A 31681949 seriya nömrəli 10 manatlıq, 1 (bir) ədəd A 19688428 seriya nömrəli 5 manatlıq və 3 (üç) ədəd G 54726271, G 50289409 və A 92854469 seriya nömrəli 1 manatlıq pul əskinasları və 3 (üç) ədəd 10 qəpiklik pul əskinaslarından ibarət olan cəmi 48,30 manat (qırx səkkiz manat otuz qəpik) məbləğində nağd pul vəsaitləri dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə ekspertiza xərci olan 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb dövlət büdcəsinə keçirilməlidir. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə Hökm e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinsin. CM-nin 234.1-ci maddəsi ilə1(bir) il müddətinə, CM-nin 234.2-ci maddəsi ilə 3(üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplama yolu ilə üzərində qəti olaraq 3 (üç) il 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, 17.03.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs2 narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 17.03.2020-ci il tarixdən hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, l(bir) ədəd şəffaf sellofan bükümdə ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 1,353 qram qalan narkotik vasitə olan heroinlər, l(bir) ədəd ağ rəngli kağız bükümdə, 1 (bir) ədəd 3 litrlik həcmə malik şüşə balonun içərisində ekspertiza tədqiqatından sonra ümumi təmiz qalıq çəkisi 451,50 qram qalan narkotik vasitə olan qurudulmuş marixuanalar, l(bir) ədəd şpris, 1 (bir) ədəd limon duzu paketi, 1 (bir) ədəd üzərinə «Novakain» yazılmış sındırılmış şüşə flakon Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış l(bir) ədəd (B********) seriya nömrəli 20 manatlıq, 2 (iki) ədəd A 22013643 və A 31681949 seriya nömrəli 10 manatlıq, 1 (bir) ədəd A 19688428 seriya nömrəli 5 manatlıq və 3 (üç) ədəd G 54726271, G 50289409 və A 92854469 seriya nömrəli 1 manatlıq pul əskinasları və 3 (üç) ədəd 10 qəpiklik pul əskinaslarından ibarət olan cəmi 48,30 manat (qırx səkkiz manat otuz qəpik) məbləğində nağd pul vəsaitləri dövlət nəfinə müsadirə edilsin. İş üzrə ekspertiza xərci olan 103,65 (bir yüz üç manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınıb dövlət büdcəsinə keçirilsin. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 240 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Vəkil X7 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 120 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №1(051)-126/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-126/2021
30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver