Məhkəmə qərarları › İş №1(051)-126/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-126/2023

27.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-126/2023 27.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, qanuni nümayəndəsi Şahid2 və təqsirləndirilən şəxsin müdafiəçisi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Şahid1 iştirakı ilə xx.xx.2006-cı il tarixdə Ağdaş rayonu, Kükəl kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 152.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini, ictimai təhlükəli olduğunu dərk etdiyi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan gördüyü halda bunları arzu edərək birbaşa qəsdlə 2 (iki) il 3 (üç) ay 18 (on səkkiz) gün böyük olduğu, yəni xx.xx.2008-ci il tarixdə doğulmuş Mingəçevir şəhəri, Koroğlu küçəsi, ev 1/15, mənzil 15-də yaşayan, on altı yaşına çatmayan, Zərərçəkmiş şəxs ilə 2022-ci ilin oktyabr ayında «İnstagram» sosial şəbəkəsində tanış olduqdan və münasibət qurduqdan sonra, 2022-ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının sonlarınadək olan müddət ərzində, tarixi istintaqa dəqiq məlum olmayan vaxtlarda bir neçə dəfə Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, Koroğlu küçəsi, 1/15 №-li evin, 15 №-li mənzilinin Zərərçəkmiş şəxs aid olan yataq otağındakı çarpayıda, sonuncunun könüllü razılığı əsasında, gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına yeritməklə və onun qızlıq bəkarətini pozaraq, hamilə qalmasına səbəb olmaqla 16 (on altı) yaşına çatmayan Zərərçəkmiş şəxs ilə ayrı-ayrı vaxtlarda bir neçə dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. Qeyd edilən əmələ görə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Şahid2 iştirakı ilə dindirilmiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 152.1–ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, əsl adı Kənan olsa da, tanışları və qohumları ona «Elvin» deyə, müraciət edirlər. 2022-ci ilin oktyabr ayının sonlarında «İnstagram» sosial şəbəkəsində Zərərçəkmiş şəxs ilə tanış olmuş, həmin vaxtdan etibarən də onunla mütəmadi şəkildə danışıb əlaqə saxlamağa başlamışdır. Ona əsl adını, soyadını və atasının adını düzgün demişdir. Nərminlə yazışmalar aparıb bir-birlərinə bağlanmışlar. Nərminlə 2022-ci ilin noyabr ayının əvvəllərində Mingəçevir şəhərində «Kür çayı»nın sol sahilində yerləşən parkda görüşdükdən sonra isə insanların arasında görüşməyin təhlükəli olmasını və valideynlərini onu görə biləcəklərindən qorxduğunu demişdir. Bundan sonra onunla gizli yerdə, ya da valideynləri olmayanda onun yaşadığı mənzildə görüşmək qərarına gəlmişlər. İlk dəfə 2022-ci ilin noyabr ayının əvvəllərində valideynləri olmayanda onunla zəngləşib yaşadığı mənzilə getmişdir. Nərminin yaşadığı mənzildə zaldakı divanda oturub söhbət edərkən qucaqlaşıb öpüşdükdən sonra qarşılıqlı olaraq cinsi əlaqədə olmağı arzuladıqlarından divandan qalxıb Nərminin yataq otağına keçmişlər. O, üzərində olan qara rəngli uzunqol köynəyi, göy rəngli cins şalvarı və alt paltarlarını soyunmuşdur. Nərmin özü də onunla bərabər əynində olan qara rəngli uzunqol köynəyi, qara rəngli idman şalvarını daha sonra isə qara rəngli alt paltarlarını soyunub çarpayıya uzandıqdan sonra isə onun üzərinə uzanmışdır. Nərmini öpdükdən sonra gərginləşmiş cinsiyyət orqanını onun cinsi orqanına yeritməklə həmin vaxt Nərminin qızlıq bəkarətini pozmuşdur. Nərminlə 2 dəqiqəyə yaxın təbii yolla cinsi əlaqədə olduqdan sonra cinsi əlaqəni başa çatdırıb hər ikisi çarpayıdan durmuşlar. Nərmin əski gətirib yatağına tökülmüş qanı təmizləmiş, yuyunub bir qədər söhbət edəndən sonra onun yaşadığı mənzili tərk etmişdir. Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olanda onun 16 (on altı) yaşına çatmamış şəxs olmasını bilmiş, lakin buna baxmayaraq, onu sevməsi səbəbindən yaşına baxmayaraq, onunla cinsi əlaqədə olmuş və Nərminin qızlıq bəkarətini pozmuşdur. Bundan sonra 2022-ci ilin noyabr və dekabr aylarında Nərminin özü ilə əlaqə yaradandan sonra yaşadığı evə gedərək onunla 4-5 dəfə də təbii yola cinsi əlaqədə olmuşdur. Həmin ərəfədə Nərmin hamilə qaldığını, anasından bunu gizlətmək üçün hicaba girəcəyini demiş və həqiqətən də hicab daşımağa başlamışdır. Çox çalışsalar da, Nərmin və özü azyaşlı olduqlarından vəziyyəti valideynlərinə açıqlaya bilməmişlər. Bir-birlərini sevdiklərindən və gələcəkdə evlənmək fikrində olduqlarına görə əlaqəni kəsməmişlər. Daha sonra isə anası Şahid1 hamilə olmasından şübhələndiyindən onu xəstəxanaya aparmışdır. O da Nərminlə aralarında baş verənlər bilindiyi üçün könüllü olaraq Mingəçevir şəhər polis şöbəsinə gedərək törətdiyi əməli boynuna almışdır. Zərərçəkmiş şəxs ilə 2022-ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının sonlarına qədər cəmi 4-5 dəfə sonuncunun könüllü razılığı əsasında cinsi əlaqədə olmuşdur. Ondan sonra Nərmin ondan hamilə qalmışdır. Sonuncu dəfə onunla 2022-ci ilin dekabr ayının sonlarında cinsi əlaqədə olmuşdur. Ondan sonra onunla cinsi ələqadə olmamışdır. xx.xx.2023-cü il tarixdə Ağdaş rayon mərkəzi xəstəxanasında doğulmuş oğlan övladına sahib çıxacaq, nikah yaşına çatanda Nərminlə evlənəcəkdir. Hazırda barışmışlar. Bununla belə əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsi Şahid1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağdaş şəhər sakini Təqsirləndirilən şəxs ilə 2022ci ilin oktyabr ayının sonlarında «İnstagram» sosial şəbəkəsində tanış olmuş, aralarında münasibət yaranandan sonra onunla danışmağa başlamışdır. Onunla danışan zaman aralarında səmimi münasibət yaranmışdır. Söhbət əsasında Kənan ona görüşməyi təklif etmişdir. O da Kənanla görüşməyə razı olmuşdur. Onunla birinci dəfə oktyabr ayının sonlarında Mingəçevir şəhərində «Kür çayı»nın sol sahilində görüşüb söhbət etmişdir. Daha sonra isə adamların onu tanıya biləcəklərindən ehtiyatlanaraq küçədə görüşmək istəmədiyini demişdir. Sonra Kənan evdə heç kim olmayanda yaşadığı mənzilə gəlməyi təklif etdikdə, onunla razılaşmışdır. 2022-ci ilin noyabr ayının əvvələrində Kənan yaşadığı evə gəlmişdir. Əvvəlcədən razılaşdıqları kimi qapını onun üzünə açmışdır. Kənan içəri daxil olduqda onunla qonaq otağındakı divanda oturub söhbət edən zaman ona toxunub öpməyə başladıqda ehtiraslanıb Kənan qarşılıq vermişdir. Bundan sonra mənzildə yerləşən yataq otağına keçmişlər. Kənan əynindəki paltarları soyunmuş, daha sonra isə onu soyundurmuşdur. O, öz yataq otağındakı ikitaylı çarpayının üzərinə uzanmış, ardınca Kənan da üstünə uzandıqdan sonra öz gərginləşmiş kişi cinsiyyət orqanını onun cinsiyyət orqanına yeridərək onunla öz könüllü razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Cinsi əlaqə başa çatdıqda cinsi orqanından qan gəldiyindən qanı təmizləmiş və yuyunmuşdur. Bundan sonra isə Kənan çıxıb getmişdir. Sonralar Kənan 3-4 dəfə yaşadığı evə gələrək söhbət edən zaman cinsi əlaqə təklif etdikdə xoşu gəldiyindən, razılaşıb könüllü olaraq onunla cinsi əlaqədə olmuşdur. Xəstəxanaya müraciət etməzdən əvvəl son 1 ayda ürək bulanma və qusma halları yarandığından hamilə olduğunu başa düşmüşdür. Lakin bunu valideynlərinə bildirməkdən ehtiyat etdiyi üçün hicab daşımaq qərarına gəlmişdir. Hicaba girdiyindən anası Şahid1 hamilə qalmağından şübhələnməmişdir. Sonuncu dəfə xəstəxanaya müraciət etməzdən 2 həftə əvvəl Kənan yaşadığı mənzilə gəlib cinsi əlaqədə olmağı təklif etdikdə ona hamilə qalmasından şübhələndiyini və özünü pis hiss etdiyini deyib onunla cinsi əlaqədə olmaqdan imtina etmişdir. Kənan da bunu başa düşərək hər şeyi anlamış və onunla cinsi əlaqədə olmamış, bir qədər söhbət etdikdən sonra evi tərk etmişdir. O, yenə də hamilə qalmağını anasına deyə bilməmişdir. Lakin xəstəxanaya müraciət etməzdən 2-3 gün əvvəl isə qarın nahiyəsində ağrılar, ürək bulanma və qusma olduğundan sinəsi göyərdiyindən anası Şahid1 hamilə olmağından şübhələnərək onu «Şəfa» diaqnostika mərkəzinə aparmışdır. Orada 25 həftəlik hamilə olmağı müəyyən edilmişdir. Bundan sonra isə onları Mingəçevir şəhər polis şöbəsinə gətirmişlər. Orada izahatı alınandan sonra yaşadığı evə gəlmişdir. Mənzildə Kənanla cinsi əlaqədə olduğu otağa baxış keçirilərək protokol tərtib olunmuş, o və anası da baxışda iştirak edərək protokola imza etmişlər. Daha sonra isə məhkəmə tibbi ekspertizasından keçirilmiş, orada həkim qadın işçinin yanında cinsiyyət orqanına və arxa keçəcəyinə baxılmalı olmasını desə də, bundan qəti surətdə imtina etmişdir. Elə indi də imtina edir. Təqsirləndirilən şəxs onunla təbii yolla cinsi əlaqədə olarkən ona qarşı zor tətbiq etməmiş və zor tətbiq etməklə hədələməmişdir. Onunla könüllü olaraq öz razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Heç vaxt onunla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlərin faktiki xarakterini tam dərk etmişdir. Kənanın onunla cinsi əlaqədə olmasını başa düşmüş, özü də ehtiraslanıb cinsi əlaqədə olmaq arzusuna düşdüyü üçün onunla könüllü olaraq təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs başqa kiminləsə də təbii və ya qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Qızlıq bəkarəti də 2022-ci ilin noyabr ayının əvvəllərində Kənan tərəfindən pozulmuşdur. Təqsirləndirilən şəxslə 2022-ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının sonlarına qədər cəmi 3-4 dəfə cinsi əlaqə olmuşdur. Sonuncu dəfə dekabr ayının sonlarında xatırlamadığı tarixdə onunla cinsi əlaqədə olmuşdur. Ondan sonra Kənanla cinsi əlaqədə olmamışdır. Bundan sonra müəyyən olunmuş yaş həddinə çatdıqda isə Kənanla evlənəcəkdir. Kənan isə uşağına atalıq verəcəkdir. Hazırda barışmışlar. Kənandan da heç bir tələb və şikayəti yoxdur. Odur ki, məhkəmədən göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2008-ci il tarixdə doğulmuş Zərərçəkmiş şəxs doğma uşağıdır. Nərmin yeganə qız uşağıdır. Ondan başqa bir oğlu da vardır. O və əri Ruslan işlədikləri üçün çox vaxt Nərmin mənzildə tək qalmışdır. Əvvəllər hər şey öz axarında getmişdir. Hazırda hicab daşıyır və namaz qılır. Xəstəxanaya müraciət etməzdən əvvəl qızı Nərmin də hicab daşımağa başlayıb namaz qıldıqda onun seçiminə qarışmaq istəmədiyindən, hicaba girməsinə və namaz qılmasına qadağa qoymamışdır. Xəstəxanaya müraciət etməzdən qabaq 2023-cü ilin may ayının əvvəllərində Nərminin qarnının böyüməsini və sinəsinin göyərməsini görüb nə baş verməsini soruşanda özünü normal hiss etməsini və heç bir probleminin olmamasını bildirmişdir. Lakin şübhələr yarandığından, 12 may 2023-cü il tarixdə onu Mingəçevir şəhərində yerləşən «Şəfa» diaqnostika mərkəzinə aparmışdır. Orada müayinə zamanı qızının 25 həftəlik hamilə olması ortaya çıxmışdır. Dərhal xəstəxanaya polis əməkdaşları gəlib onu və qızını Mingəçevir şəhər polis şöbəsinə aparmışlar. Orada qızının izahatı alınan zaman Nərminin 2022-ci ilin noyabr-dekabr aylarında «İnstagram» sosial şəbəkəsində tanış olduğu Ağdaş rayon sakini Təqsirləndirilən şəxslə yaşadığı mənzildə heç kim olmadıqda öz yataq otağında cinsi əlaqədə olması, nəticədə qızının qızlıq bəkarətinin Kənan tərəfindən pozulması müəyyən olunmuşdur. Bundan sonra isə polis əməkdaşları ilə birlikdə yaşadığı mənzilə gəlmiş, orada qızının Kənanla cinsi əlaqədə olduğu yataq otağına baxış keçirilərək müvafiq protokol tərtib olunmuş, o da protokolla tanış olub imza etmişdir. Daha sonra isə qızı məhkəmə tibbi ekspertizasına göndərilmişdir. Orada qızı hicab geyinməsini və namaz qılmasını əsas gətirərək cinsiyyət üzvlərini və anus dəliyini həkimə və onun yanında olmuş qadın əməkdaşa göstərməkdən qəti imtina etmişdir. Təqsirləndirilən şəxs qızı Nərminlə cinsi əlaqədə olarkən qızına qarşı zor tətbiq etməmiş və zor tətbiq etməklə hədələməmişdir. Qızı ilə könüllü razılıq əsasında təbii yolla cinsi əlaqədə olmuş, heç vaxt Kənan qızı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs qızının bakirələyini tam olaraq 2022-ci ilin noyabr ayının əvvələrində pozmuşdur. Nərmin Kənandan başqa heç kimlə təbii və ya qeyri təbii yolla cinsi əlaqədə olmamışdır. Qızının deməsindən və hamiləliyin müddətindən Nərminin Kənanla 2022-ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının sonlarına qədər cəmi 3-4 dəfə cinsi əlaqədə olmasını öyrənmişdir. Nərminin deməsinə görə sonuncu dəfə 2022-ci ilin dekabr ayının sonlarında Kənanla xatırlamadığı tarixdə cinsi əlaqədə olmuş, ondan sonra Kənanla cinsi əlaqədə olmamışdır. Qızının hamiləliyinin başlanğıcı 2022-ci ilin noyabr ayının əvvəlinə təsadüf edir. Hazırda barışmışlar. Onun və qızının Kənandan şikayət və tələbi yoxdur. Müəyyən olunmuş yaş həddinə çatandan sonra qızı arzu edəcəyi halda onlar evlənəcəklər və uşaqlarını bir yerdə böyüdəcəklər. Lakin hazırda qızına özü baxır və onun Kənanla hər hansı formada nikaha girməsinə yol vermək fikri yoxdur. Qızının yaşı tamam olanda özü qərar qəbul edəcəkdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2008-ci il tarixdə doğulmuş Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs 12 may 2023-cü il tarixdə 25 həftəlik hamiləlik diaqnozu ilə Mingəçevir şəhərində yerləşən «Şəfa» diaqnostika mərkəzinə müraciət etməsini əvvəlcədən bilməmişdir. Belə ki, xx.xx.2006-cı il tarixdə doğulmuş Təqsirləndirilən şəxs doğma uşağıdır. Ondan başqa bir oğlu da vardır və hərbi xidmətdədir. O və əri işlədikləri üçün Kənan çox vaxt Mingəçevir şəhərində qohumlarının evində qalmışdır. 12 may 2023cü il tarixdə günorta saat 14 radələrində o və oğlu Kənan evdə olan zaman Mingəçevir şəhərindən polis əməkdaşları istifadəsində olan mobil telefona zəng edərək oğlu ilə bir yerdə Mingəçevir şəhər polis şöbəsinə gəlməli olmağını bildirmişlər. O da oğlu ilə bir yerdə polis şöbəsinə gəldikdə orada Zərərçəkmiş şəxs 2022-ci ilin noyabr-dekabr aylarında «İnstagram» sosial şəbəkəsində oğlu Təqsirləndirilən şəxslə tanış olmasını, yaşadığı mənzildə heç kim olmadıqda Nərminin öz yataq otağında oğlu Kənanla cinsi əlaqədə olmasını, nəticədə onun qızlıq bəkarətinin oğlu tərəfindən pozulmasını öyrənmişdir. Bundan sonra oğlu da Nərminin dediklərini təsdiq etmişdir. Oğlunun izahatı alındıqdan sonra müstəntiq tərəfindən 48 saat müddətinə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azadlığa buraxılmışdır. Oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə könüllü razılığı əsasında təbii yolla cinsi əlaqədə olmuşdur. Heç vaxt qeyri-təbii yolla cinsi əlaqədə olmamışlar. Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs başqa şəxslə təbii və ya qeyritəbii yolla cinsi əlaqədə olmamışdır. Nərminin qızlıq bəkarəti 2022-ci ilin noyabr ayının əvvəllərində oğlu Kənan tərəfindən pozulmuşdur, oğlu Təqsirləndirilən şəxs deməsinə və hamiləliyin müddətinə görə onlar 2022-ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının sonlarına qədər cəmi 3-4 dəfə cinsi əlaqə olmuşlar. Oğlunun deməsinə görə sonuncu dəfə 2022-ci ilin dekabr ayının sonlarında Nərminlə xatırlamadığı tarixdə cinsi əlaqədə olmuş, ondan sonra cinsi əlaqədə olmamışlar. Nərminin hamiləliyinin başlanğıcı 2022-ci ilin noyabr ayının əvvəlinə təsadüf edir. Hazırda barışmışlar. Nərminin və ailə üzvlərinin oğlu Kənandan şikayəti yoxdur. Müəyyən olunmuş yaş həddinə çatandan sonra oğlu və Nərmin arzu edəcəkləri halda evlənəcəklər və uşaqlarını bir yerdə böyüdəcəklər. Lakin hazırda Nərmin anasının evindədir. Onunla oğlu Kənanın hər hansı formada nikaha girməsinə yol vermək fikri yoxdur. Nikah yaşları çatanda özləri qərar verəcəklər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 12 may 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanında yerləşən binanın 4 №-li mənzilidir. Material üçün əhəmiyyət kəsb edən hər hansı əşya, sənəd, yararlı əl barmaq izləri və ya qanunla qadağan olunmuş hər hansı predmet aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs atası Ruslan Adilov, anası Şahid1 olmaqla, xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur. Cinayət işinin materiallarında olan AZ-İİ 146038 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhərində X2 ilə Şahid1 birgə nikalarından doğulmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 306 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində xəsarət aşkar olunmamışdır. Zərərçəkmiş şəxs 25 həftəlik hamilədir. Zərərçəkmiş şəxs cinsi müayinədən keçməkdən imtina etdiyi üçün onun qızlıq bəkarətinin tamlığının pozulub-pozulmamasını, qeyri-təbii yolla cinsi əlaqədə olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan 07 avqust 2023-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 149 və 152.4.1-ci maddəsinin tərkibi əlamətləri yaranmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şahid2, Şahid1 və qeyri şəxslərin əməlində Azərbaycan Respublikası CM-in 176- 1.2-ci maddəsinin tərkibi əlamətləri yaranmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Ağdaş rayon Mərkəzi xəstəxanasından alınmış xx.xx.2023-cü il tarixli TQS № 113 VESKS kodlu əvəzləmə kartı və doğum haqqında tibbi şəhadətnamədən görünür ki, Zərərçəkmiş şəxs 03.082023-cü il tarixdə uşaq hamiləliyindən 39-cu həftəliyində kişi cinsinə aid uşaq doğmuşdur. Tibbi şəhadətnamənin uşağın atası haqqında məlumat qrafasında Təqsirləndirilən şəxs adı yazılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, aralarındakı yaş fərqi iki ildən çox olan, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə doğulmuş, 16 (on altı) yaşına çatmayan Zərərçəkmiş şəxs ilə 2022-ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının sonlarınadək olan müddət ərzində, ayrı-ayrı vaxtlarda bir neçə dəfə sonuncunun razılığı ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Bununla da yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs aralarındakı yaş fərqi iki ildən çox olan, xx.xx.2008-ci il tarixdə doğulmuş, 16 (on altı) yaşına çatmayan Zərərçəkmiş şəxs ilə 2022-ci ilin oktyabr ayında «İnstagram» sosial şəbəkəsində tanış olduqdan və münasibət qurduqdan sonra, 2022-ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının sonlarınadək olan müddət ərzində, tarixi istintaqa dəqiq məlum olmayan vaxtlarda bir neçə dəfə Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, Koroğlu küçəsi, 1/15 №-li evin, 15 №-li mənzilinin Zərərçəkmiş şəxs aid olan yataq otağındakı çarpayıda, sonuncunun könüllü razılığı əsasında, Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 152.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan, yəni on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmanı və ya seksual xarakterli hərəkətlər etməni ifadə edən qəsdən törədilən formal tərkibli cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, onun yetkinlik yaşına çatmayan şəxs olmasını, zərərçəkmiş şəxslə razılıq əldə edib barışmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, habelə faktiki münasibətdən uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan AZ-İİ 832292 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdə X3 ilə Şahid2 birgə nikahından doğulduğundan, hazırda yetkinlik yaşına çatmayan şəxsdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2023–cü il tarixdə verilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, onun barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi olaraq şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid1 tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, həmçinin cəzanı ağırlaşdıran halların dairəsinin müəyyən olunması baxımından hesab edir ki, ittihamın qanuni, əsaslı və ədalətli həll edilməsi üçün təqsirləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsi halının olub-olmaması müəyyən edilməlidir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə aralarındakı yaş fərqi iki ildən çox olan, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə doğulmuş, 16 (on altı) yaşına çatmayan Zərərçəkmiş şəxs ilə 2022ci ilin noyabr ayının əvvəllərindən 2022-ci ilin dekabr ayının sonlarınadək olan müddət ərzində, ayrı-ayrı vaxtlarda bir neçə dəfə sonuncunun razılığı ilə Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, Koroğlu küçəsi, 1/15 №-li evin, 15 №-li mənzilin, sonuncuya aid olan yataq otağındakı çarpayıda, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Göründüyü kimi təqsirləndirilən şəxs zərəçəkmiş şəxsin razılığı ilə qarşılıqlı sevgi münasibətinin təsiri altında öz cinsi ehtirasını təmin etmək və ailə qurmaq məqsədilə müxtəlif vaxtlarda 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmuşdur. Bu halda zərərçəkmiş şəxs də eyni hissləri yaşamış və eyni məqsədə nail olmaq üçün təqsirləndirilən şəxsə razılıq vermişdir. Hadisənin sonrakı inkişafı da o nəticəyə gəlməyə əsas verir ki, hər iki tərəfin əsas məqsədi bir-birinə qarşı olan sevgi münasibətini inkişaf etdirib ailə həyatı qurmaqdan ibarət olmuşdur. Belə olan halda təqsirləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsi halı müəyyən olunmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 15-ci bəndinə görə yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-in 85-ci maddəsinə uyğun olaraq CM-nin xüsusi hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən, CM-in 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Bununla yanaşı, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını nəzərə alaraq hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah oluna bilər. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı törətdiyi əmələ görə peşman olduğunu bildirmiş, zərərçəkmiş şəxslə razılıq əldə edib barışmışdır. Bununla da yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs törətdiyi cinayətin zərərli nəticələrini yüngülləşdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra islah yoluna qədəm qoymuşdur. Bununla da məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41–ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM–in 70.1–ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2–ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 70–ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulub xx.xx.2023–cü il tarixdən xx.xx.2023–cü il tarixdək həbsdə saxlanıldığı 02 gün müddətin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınıb-alınmaması ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxsə hökmlə təyin edilmiş cəza şərti hesab edildiyinə görə onun məhkəmə baxışınadək həbsdə saxlandığı müddət təyin edilən cəza müddətinə hesablanmamalıdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 25-ci bəndinə görə cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Hazırkı cinayət işi üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 8 (səkkiz) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs üzərinə, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvəyyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar