Məhkəmə qərarları › İş №1(051)-127/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-127/2020

25.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-127/2020 25.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1953-ci ildə Kəlbəcər rayonu, Günəşli kəndində anadan olmuş, azərbaycanlı. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Kövər kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxx 2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Kolxoz” bazarında olarkən, həmin vaxt bazarda alış-veriş edən Zərərçəkmiş şəxs əl çantasından içində 270(iki yüz yetmiş) manat pul olan 01 ədəd dəri pul qabını çıxarıb özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 09 radələrində özünü müayinə etdirmək məqsədi ilə Mingəçevir şəhər mərkəzi xəstəxanasına gəlmək üçün tanımadığı taksi ilə Mingəçevir şəhərinə gəlib avtovağzalın yanında düşdü. Sonra o, 8 №li marşuruta minib poçtun qarşısına gəldi. Orada da 7 saylı marşurutla Mingəçevir şəhər mərkəzi xəstəxanasının qarşısına getdi. Orada tanımadığı bir qadın xəstəxananın işləmədiyini və həkimlərin olmadığını dedi, o da buna görə xəstəxanaya daxil olmadı. Sonra isə pulu olmadığı və çətin şəraitdə yaşadığı üçün oğurluq etmək niyyətinə düşdü. Fikirləşdi ki, Mingəçevir şəiıər kolxoz bazarına insanların sıx olduğu yerə gedib hər hansı bir şəxsin cibindən və ya çantasından gizli yolla pul oğurlaya bilər. Buna görə də o Mingəçevir şəhəri “Kolxoz” bazarına gəldi. Həmin vaxt adı ona sonradan məlum olan Aminə adlı yaşlı qadının pul qabını açıb baxanda içərisində pullar olduğunu gördü. Həmin pul qabını gizli yolla oğurlamaq qərarına gəldiyi üçün onu izləməyə başladı. Bir qədər sonra o, Aminə adlı qadının buğda satılan yerdə dayanıb buğda almaq istədiyini görəndə oğurluq etməküçün şərait yarandığı düşündü. Arxa tərəfdən Zərərçəkmiş şəxs yaxınlaşıb onun başı alış-verişə qarışan anda, gizli yolla sağ əlini onun əl çantasının içərisinə salıb oradan pul qabını çıxardıb oğurladı. Sonra 8 №li marşuruta minib avtovağzala və oradan taksiyə minib Yevlax şəhərinə gəldi. Taksidə olan zaman o, pul qabını açıb içərisinə baxanda həmin pul qabının içində 2 ədəd 100(yüz) manatlıq, 3 ədəd 20(iyirmi) manatlıq və 1 ədəd 10(on) manatlıq pul əskinazları olmaqla, cəmi 270(iki yüz yetmiş) manat olduğunu gördü. Onda zob xəstəliyi var. Həmin pula aptekdən zob üçün lazım olan 20(iyirmi) manat dəyərində dərman preparatları aldı. Daha sonar Kövər kəndində getdi. O, yaşadığı Kövər kəndinə gəldikdən sonra orada pul qabını aparıb kanala atdı, qalan pulu da özü üçün xərclədi. xx.xx.2020-ci tarixdə onun yaşadığı evə Mingəçevir şəhər polis şöbəsinin əməkdaşı gəlib oğurluq etməkdə şübhəli olduğu üçün dəvət edib Mingəçevir şəhər polis şöbəsinə gətirdilər. O, da Polis Şöbəsində törətdiyi əməli etiraf etdi. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində o, içərisində 270(iki yüz yetmiş) manat olan pul qabını əl çantasına qoyub Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən mərkəzi bazara (Kolxoz bazarına) alışveriş etmək üçün getdi. Bir qədər sonra o, buğda (toyuq dəni) satan şəxsə yaxınlaşıb buğda çəkib verməsini xahiş etdi. Sonra isə pul qabını çıxardıb pul götürmək üçün əlini əl çantasının içərisinə saldı. Lakin pul qabının yerində görmədi. Sonra pul qabını tapmaq üçün axtarmağa başladı. Ətrafa baxdı, lakin pul qabını tapa bilmədi. Buna görə də içərisində 270(iki yüz yetmiş) manat pul olan pul qabının əl çantasından naməlum şəxs tərəfindən oğurlandığını başa düşdü. Bu səbəbdən də Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etdi. Müəyyən edildi ki, onun çantasından pulu Yevlax rayonunda yaşayan Təqsirləndirilən şəxs götürübdü. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir,ondan heç bir şikayəti və tələbi yoxdur.Ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs əməli Şahid ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də sübuta yetirilir. Belə ki, Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Mingəçevir şəhər polis şöbəsində YYÇİTQ-ninin inspektoru vəzifəsində işləyir. xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsində olan zaman şəhər polis şöbəsinin təhqiqat bölməsindən ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus içində 270 manat olan pul qabının Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Kolxoz” bazarında oğurlanması barədə məlumat verildi. Qeyd olunan bazarın ərazisində həmin cinayətin açılması məqsədi ilə xidmət aparan zaman Zərərçəkmiş şəxs məxsus içində 270 manat olan pulun oğurlandığı X1 işlədiyi dükana yaxınlaşıb oradan dükanın kamera görünütələrinə baxış keçirərkən Yevlax rayon Kövər kənd sakini Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə həmin dükanın qarşısında Zərərçəkmiş şəxs pul qabını çantasından çıxarıb oğurladığını müəyyən etdi. Sonra isə o, polisşöbəsinə gəlib bu barədə məlumat verdi, daha sonra xx xxx 2020-ci il tarixdə Yevlax rayonu Kövər kəndinə gedib orada Təqsirləndirilən şəxsm tapdı. Ona oğurluq etməkdə şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etdi. Təqsirləndirilən şəxs da onunla birlikdə polis şöbəsinə gəlməyə etiraz etmədi. Polis Şöbəsində sorğu zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu əməli səmimi olaraq etiraf edib xx xxx 2020-ci il tarixdə saat 11 radələrində bazarın içində Zərərçəkmiş şəxs toyuq dəni satılan yerdən alış-veriş edən zaman onun çantasından bir ədəd pul qabını oğurladığını, sonra isə həmin pul qabının içində olan 270(iki yüz yetmiş) manat pulu şəxsi məsrəflərinə sərf etdiyini və pul qabını isə Kövər kəndi ərazisindəki su kanalına atdığını bildirdi. Məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə xx xxx 2020-ci il tarixdə saat 11 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Kolxoz” bazarında olarkən, həmin vaxt bazarda alış-veriş edən Zərərçəkmiş şəxs əl çantasından içində 270(iki yüz yetmiş) manat pul olan 01 ədəd dəri pul qabısmı çıxarıb özgənin əmlakını gizli olaraq talayıb Zərərçəkmiş şəxs qızma maddi ziyan vurmaqla oğurlamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 64-cü vərəqində olan DİN Baş Əməliyyat və Statistik İnformasiya idarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 72-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunurlar. İşə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Cəza təyin edilərkən təqsirləndirilən şəxs M.Mentiyevanın dəymiş ziyanın ödəməsi, yaşayış yerində müsbət xarakterizə olunması, əməlindən peşiman olması Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətində saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzasının icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Hökmün icrası Yevlax rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 84 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Yevlax rayon ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 84 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab№ AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar