Məhkəmə qərarları › İş №1(051)-127/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-127/2021

14.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-127/2021 14.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi – X2 iştirakı ilə Mingəçevir şəhər məhkəməsinin binasında Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqirləndirilməsinə dair Mingəçevir şəhər Məhkəməsinə daxil olmuş cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi 02 iyun 2021-ci il tarixdə Mingəçevir şəhər Məhkəməsinə daxil olmuşdur. Məhkəmədə müəyyən edilmişdir ki, cinayət işi baxılması ücün Yevlax rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01.02.2013cü ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin baş mühəndisi vəzifəsində işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə, Ərazi İdarəsinin 2019-cu il iş bölgüsünə əsasən şöbələrin işinin təşkil edilməsi və işləməsinə nəzarət, şöbələrdə işlənib hazırlanan sənədlərdə və texniki pasportlarda cari dəyişiklərin edilməsi, çıxarışların, texniki pasportların surətlərinin verilməsi, mülklərin aktlaşdırılması və sənədlərin keyfiyyətlə hazırlanmasının təmin edilməsi, idarənin texniki xidmətinə rəhbərlik, müxtəlif məsələlər üzrə idarə, təşkilat və vətəndaşlardan daxil olan məktub, sorğu, ərizə və digər sənədlərin cavablandırılması və ya aidiyyəti şöbələrə istiqamətləndirməsi və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla, səlahiyyətlərini iş bölgüsünə uyğun həyata keçirməyə məsuliyyət daşımasına baxmayaraq, qeyd olunan normativ sənədlərin tələblərini yerinə yetirməməklə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139- 1.1.5-ci və «Daşınmaz Əmlakın Dövlət Reyestri» haqqında Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddələrinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən akt, şəhadətnamə və ya qeydiyyat vəsiqəsi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı aparılmalı olduğu halda, ünvan 1 ünvanında pasport qeydiyyatında olan və orada yaşayan X3 adma daşınmaz əmlak üzərində hüquqları təsdiq edən akt, şəhadətnamə və ya qeydiyyat vəsiqəsi olmadığı halda, sonuncunun nümayəndəsi kimi özünü təqdim etmiş Şahid5 müraciətinə əsasən onunla xidmətdən kənar danışıqlar apararaq maddi maraqlarını dövlətin və cəmiyyətin maraqlarından üstün tutub, X3 adma Mingəçevir şəhəri, «Üçxoz» adlanan qəsəbədə 0,20 ha torpaq sahəsinin olması haqqında Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinin «elektron xəritə bazasında» məlumatlar əsasında onun Mingəçevir şəhəri ərazisində 0,20 ha torpaq sahəsinə xüsusi mülkiyyət hüququnu təsdiq edən, torpaq sahəsinin ünvanı qeyd olunmayan 23.10.2019-cu il tarixli ********** qeydiyyat nömrəli «Çıxarışın» verilməsini təmin etmiş, daha sonra özünün qanunsuz əməllərini davam etdirərək Şahid5 ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək, öz qulluq mövqeyindən istifadə edib özgənin əmlakını aldatma və etibardan sui-istifadə eünə yolu ilə ələ keçinnək məqsədilə, X3 adma olan 0,20 ha torpaq sahəsinin «elektron xəritə bazasına» əsasən Mingəçevir şəhəri “Üçxoz” qəsəbəsində yerləşdiyini, həmin koordinatlar əsasında digər əraziyə xüsusi mülkiyyət hüququnu təsdiq edən «Çıxarış» və «Torpaq sahəsinin plan və ölçü» sənədinin verilməsinin qeyri-mümkün olduğunu bildiyi halda, elektron baza məlumatlarında koordinatları müəyyən edilmiş torpaq sahəsindən 5700 metr kənarda yerləşən və «xxxx» ASC-nin «xxxx» MMC-nin balansında olan Mingəçevir Sukanal İdarəsinin çirkab su təmizləyici qurğularının yerləşdiyi və dövlətin müstəsna mülkiyyətində olan Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən 0,20 ha torpaq sahəsinə Elçin Abbasovun adma «Torpaq sahəsinin plan və ölçü» sənədinin verilməsini təmin edəcəyini sonuncunun nümayəndəsi Zərərçəkmiş şəxs1 yalandan vəd verərək, guya torpaq sahəsinin «plan və ölçü» sənədlərinin hazırlanması üçün pul lazım olduğunu bildirib, Zərərçəkmiş şəxs1 qulluq mövqeyinə görə ona olan inam və etimadından istifadə edərək həmin adla sonuncudan 23.10.2019-cu il tarixdə Yevlax şəhəri, Nizami prospektində taksi fəaliyyəti ilə məşğul olan Şahid1 avtomobilində cinayət əlaqəsində olduğu Şahid5lə birlikdə 1300 (bir min üç yüz) manat məbləğində pul alıb, Zərərçəkmiş şəxs1 «xxxx» ASC-nin balansında olan Mingəçevir Sukanal İdarəsinin çirkab su təmizləyici qurğularının yerləşdiyi və dövlətin müstəsna mülkiyyətində olan Mingəçevir şəhəri, Q.Nəbi küçəsində yerləşən 0,20 ha torpaq sahəsinə çəkəcəyi «cizgi» əsasında torpaq sahəsinin «plan və ölçüsünü», həmçinin ünvanı qeyd edilən torpaq sahəsinin «Çıxarışını» alacağına inandırıb, tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi «Mingəçevir ŞİH-nin 23.07.2004- cü il tarixli 293 nömrəli qərarı ilə X4 verilmiş torpaq sahəsinin planı M1 : 2000. Təsdiq edirəm: Mingəçevir Bələdiyyəsinin sədri C.Ə.Abdullayev» sözləri yazılmış aşağı hissəsində «X» və «Y» koordinatları əks olunmuş və üzərində «Nəsimi» küçəsi, «Sahil» küçəsi «Axmaz Ərazi» qeyd olunan, heç bir imza və möhür əksi olmayan tərtibatçı kimi Mingəçevir bələdiyyəsinin sabiq sədri Coşqun Abdullayevin adı qeyd olunmuş «Torpaq sahəsinə plan və ölçü» sənədi almaq hüququnu verən rəsmi sənədi - «Torpaq sahəsinin cizgisini» 2019-cu ilin dekabr ayında Yevlax şəhərində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində xidməti otağında olan kompyuterdə «Avtokad» proqramı vasitəsi ilə tərtib edərək 2019-cu ilin dekabr ayında Yevlax şəhərində Zərərçəkmiş şəxs1 verib, torpaq sahəsini hasarlaya biləcəyini bildirərək, ondan aldığı 1300 manat məbləğdə pulu özlərinin şəxsi ehtiyaclarına sərf etməklə qabaqcadan əlbir olduğu bir qrup şəxslə öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə dələduzluq etmiş, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmiş, “xxxx” ASC-nin balansında olan torpaq sahəsinin Zərərçəkmiş şəxs1 tərəfindən qanunsuz hasarlanmaqla tutulmasına şərait yaratmaqla Cəmiyyətin mülkiyyət hüququnu pozmuş, Cəmiyyətin hüquqlarına və qanuni mənafelərinə, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin vətəndaşlar qarşısında nüfuzdan düşməsinə, dövlətin qeyd olunan sahədə olan etibarının zədələnməsinə xələl gətirən qeyd edilən hərəkətləri ilə Ərazi İdarəsinin, həmçinin “xxxx” ASC-nin hüquqlarına və qanuni mənafeylərinə, o cümlədən dövlətin daşınmaz əmlakın özgəninkiləşdirilməsi sahəsində qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə hesab edir ki, cinayət əməlinin törədildiyi yer Yevlax rayonun inzibati ərazisində başa çatdığı üçün cinayət işi məhkəmə aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında Dövlət ittihamçısı cinayət işinin məhkəmə aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Təqsirləndirilən şəxs və müdafiəçısi X5 (hər biri ayrı ayrılıqda) cinayət işinin baxılması üçün Yevlax rayon Məhkəməsində baxılmasına etiraz etmədilər. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 74.1-ci maddəsinəəsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 74.2-ci maddəsinəəsasən uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir: Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 74.2.1-ci maddəsinəəsasən uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur; Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 74.2.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 75.1-ci maddəsinəəsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 29.1-ci maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsindən bəhs edən Azərbaycan Respublikası Konstitusiyasının 62-ci madddəsində qeyd edilir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Qeyd edilənləri və Cinayət-prosesual qanunvericiliyin ümumi prinsiplərini rəhbər tutaraq məhkəmə hesab edir ki, məhkəmə baxışı zamanı cinayət əməlinin törədildiyi yer Yevlax rayonunun inzibati ərazisi olduğu müəyyən edildiyindən cinayət işi aidiyyəti üzrə baxılması üçün Yevlax rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərəəsasən və Azərbaycan Cinayət Prosesual Məcəlləsinin 29, 74, 75-ci maddələrini əsas tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313cü maddələri ilə təqsirləndirilməsinə dair 1(051)-127/2021 nömrəli cinayət işi baxılması üçün məhkəmə aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilsin. HAKİM: ƏLƏKBƏR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar