Məhkəmə qərarları › İş №1(051)-127/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-127/2022

21.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-127/2022 21.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, xx.xx.1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri, H.Əliyev prospekti ev 86, mənzil 55-də qeydiyyatda olmaqlaMingəçevir şəhəri, N.Nərimanov küçəsi ev 36, mənzil 31də yaşayan barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi 01 (bir) ədəd açılıb qatlanan, ümumi uzunluğu 24 sm, tiyəsinin uzunluğu 11 sm və tiyəsinin üzərində Columbia A3159 seriya nömrəsi olan, istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını xx.xx.2022-ci il tarixdə əynində olan qara rəngli şalvarın sağ cibinə qoymaqla qanunsuz olaraq gəzdirmiş, xx.xx.2022-ci il tarixdə saat 20:25 radələrində Şirinov X4 şəhəri, Gəncə şossesində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən kafenin həyətində olan zaman saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirilmiş və polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman 01 (bir) ədəd açılıb qatlanan, ümumi uzunluğu 24 sm, tiyəsinin uzunluğu 11 sm və tiyəsinin üzərində Columbia A3159 seriya nömrəsi olan, istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında o və dostu Şahin balıq tutmaq qərarına gəlmiş, axşam saatlarında Mingəçevir şəhəri, Su anbarı deyilən yerdə balıq tutmaq üçün gedəcəklərmişlər. Onlar balıq tutmaq üçün gedən zaman orada təxminən 1-2 gün qalırlar. O, əvvəlcədən özü ilə balıq tutan zaman ehtiyacı olan əşyaları və təxminən bir ay bundan qabağ dostu Elnur adlı şəxsin ona pay aldığı bir ədəd açılıb qatlanan bıçağı özü ilə götürdü. O, həmin bıçağı əynindəki qara rəngli şalvarın sağ cibinə qoydu. Həmin bıçağı üzərində gəzdirməkdə məqsədi balıq tutan zaman istifadə etməyi olmuşdur. Həmin günü axşam saatlarında o, Şahinə məxsus Vaz 2121 markalı avtomobil ilə Şahini yaşadığı evdən götürdü və onlar yola çıxmamışdan öncə Mingəçevir şəhəri, Gəncə şossesində yerləşən Azpetrolun qarşısında yerləşən çayxanada çay içmək üçün əyləşdilər. Saat təxminən 20 radələri olardı. Bir qədər oturub çay içdik və çayxanadan duran zaman polis əməkdaşları onlara yaxınlaşdılar və onlara üzərlərində soyuq silah saxlamaqda və daşımaqda şübhəli olduqlarını bildirib polis şöbəsinə dəvət etdilər.Onlar heç bir etiraz etmədən polis şöbəsinə gəldilər. Polis şöbəsində qanunsuz olaraq soyuq silah saxlamaqda şübhəli olduğu üçün üzərinə şəxsi axtarış keçiriləcəyi izah olundu. Bundan sonra növbətçi vəkil X7 onun hüquqlarını müadifə etmək üçün dövlət hesabına təyin edildi. Təhqiqatçı tərəfindən ona üzərinə şəxsi axtarış keçirilən zaman videokameradan istfadə edildiyi üçün hal şahidinin iştirakının məcburi olmaması izah edildi və bundan sonra onun üzərinə dövlət büdcəsi hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə videokameradan istifadə edilməklə şəxsi axtarış keçirildi, axtarış zamanı onun əynimdə olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd açılıb qatlanan bıçaq aşkar olundu. Həmin bir ədəd bıçaq prosesdə iştirak edən iştirakçıların yanında qablaşdırıldı və üzərinə möhür vurulduqdan sonra üzərini imzalandı. Sorğu zamanı o, üzərindən aşkar olunan bıçağı təxminən bir ay bundan qabağ dostu Elnurun ona pay verdiyini bildirdi. Etdiyi əməldən peşmandır, buna görə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20 radələrində o, Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid3 Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs və Şahid1 soyuq silah saxlaması və nümayiş etdirməsi ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs və Şahid1 Mingəçevir şəhəri, Gəncə şoessesində yerləşən “Azpterol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən çayxanada görüb yaxınlaşaraq həmin şəxslərin barəsində barəsində soyuq silah saxlayaraq daşımları barədə polis şöbəsində məlumat olduğunu bildirib həmin şəxsləri polis şöbəsinə dəvət etdilər. Bundan sonra Təqsirləndirilən şəxs və Hüseynov X5 ŞPŞ-nə gətirildi. Polis şöbəsinə vəkil növbətçilik cədvəli üzrə X7 və X8 dəvət olundu və vəkillərin iştirak ilə Təqsirləndirilən şəxs və Şahid1 üzərlərinə öz razılıqları ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs və Şahid1 izah olundu ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmaması bildirildi. Təqsirləndirilən şəxs və Şahid1 üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etmədilər və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs və Şahid1 təklif olundu ki, üzərində qanunla saxlanması qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsinlər. Daha sonra onun və digərlərinin iştirakı ilə Təqsirləndirilən şəxs və Şahid1 hər birinin üzərinə ayrı ayrılıqda baxış keçirildi və baxış zamanı Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sağ cibindən bir ədəd açılıb qatlanan bıçaq, Şahid1 qara rəngli gödəkçənin sol cibindən bir ədəd açılıb qatlanan bıçaq aşkar olundu. Aşkar olunmuş həmin açılıb qatlanan bıçaqların zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi. Şahid3 məhkəmə iclasında Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs əməli həmçinin, Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli baxış protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd açılıb qatlanan, ümumi uzunluğu 24 sm, tiyəsinin uzunluğu 11 sm və tiyəsinin üzərində Columbia A3159 seriya nömrəsi olan, istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı əynindəki qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan iş üzrə təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsinin məhkəmə-soyuq silah ekspertizasının xx.xx.2022-ci il tarixli 17/423 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır və soyuq silah hesab edilir. Cinayət işi materiallarında olan 15 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi 01 (bir) ədəd açılıb qatlanan, ümumi uzunluğu 24 sm, tiyəsinin uzunluğu 11 sm və tiyəsinin üzərində Columbia A3159 seriya nömrəsi olan, istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını haradan əldə etməsi, soyuq silahların satışı ilə məşğul olub olmamasının, Elnur adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək ifadəsinin alınması üçün istintaq bölməsinə gətirilməsini və Mingəçevir şəhər ərazisində soyuq silahların satışının müəyyən edilməsinin əməliyyat yolu ilə yoxlanılıb nəticəsi barədə istintaq orqanına rəsmi məlumat verilməsi üçün əməliyyat tapşırığı verilmiş, xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzəində aşkar edilmiş 01 (bir) ədəd açılıb qatlanan, ümumi uzunluğu 24 sm, tiyəsinin uzunluğu 11 sm və tiyəsinin üzərində Columbia A3159 seriya nömrəsi olan, istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı haradan əldə etməsi barədə hər hansı bir məlumat əldə edilməmiş və Elnur adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-də daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Quba Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq şəxsin barəsində AR CM-nin 70-ci maddəsinə əsasən 02 il şərti sınaq müddəti seçilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmış, bundan başqa xx.xx.2019-cu il tarixdə Quba Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 244.2.1, 244.2.2 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 gün azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq şəxsin barəsində AR CM-nin 70-ci maddəsinə əsasən 02 il şərti sınaq müddəti seçilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM- nin 83.3.1 -ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatmış şəxslər məhkumluğu ödənilmiş şəxslər hesab edilir. Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş tələbnamədən göründüyü kimi şəxsin barəsində sonuncu sınaq müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir və bu səbəbdən X10 hazırda məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarında olan iş üzrə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd açılıb qatlanan, ümumi uzunluğu 24 sm, tiyəsinin uzunluğu 11 sm və tiyəsinin üzərində Columbia A3159 seriya nömrəsi olan, istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞnin saxlanc yerinə təhvil verilməsi barədə qərarın çıxarılması nəzərə alınmalıdır. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə etdiyi 01 (bir) ədəd açılıb qatlanan, ümumi uzunluğu 24 sm, tiyəsinin uzunluğu 11 sm və tiyəsinin üzərində Columbia A3159 seriya nömrəsi olan, istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağını xx.xx.2022-ci il tarixdə əynində olan qara rəngli şalvarın sağ cibinə qoymaqla qanunsuz olaraq gəzdirmiş, xx.xx.2022-ci il tarixdə saat 20:25 radələrində Şirinov X4 şəhəri, Gəncə şossesində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən kafenin həyətində olan zaman saxlanılaraq Mingəçevir ŞPŞ-nə gətirilmiş və polis şöbəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman 01 (bir) ədəd açılıb qatlanan, ümumi uzunluğu 24 sm, tiyəsinin uzunluğu 11 sm və tiyəsinin üzərində Columbia A3159 seriya nömrəsi olan, istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən ümumi təyinatlı ov bıçağı əynində olan qara rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyi, iş üzrə tanınmış maddi sübut və iş materialı ilə sübuta yetirilir. Ona görə də o, həmin maddənin sanksiyası həddində təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 115-ci vərəqində olan xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olması, törətdiyi əməli səmimi etiraf edib peşimançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymət verir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlanılmışdır. Cinayət işi materiallarında olan Mingəçevir şəhər polis şöbəsinin 23 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Şirinov X4 ŞPŞ-nin MSY-dən azad edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 2 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək qeydiyyatda olduğu Mingəçevir şəhəri və Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd açılıb qatlanan, ümumi uzunluğu 24 sm, tiyəsinin uzunluğu 11 sm və tiyəsinin üzərində Columbia A3159 seriya nömrəsi olan, istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı məhv edilməlidir. İş üzrə məhkəmə ekspertizalarının aparılmasına çəkilmiş 61,20 (altmış bir manat iyirmi qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdən 23 may 2022-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün ona təyin edilmiş 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 9 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək qeydiyyatda olduğu Mingəçevir şəhəri və Yevlax rayonu ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd açılıb qatlanan, ümumi uzunluğu 24 sm, tiyəsinin uzunluğu 11 sm və tiyəsinin üzərində Columbia A3159 seriya nömrəsi olan, istifadəyə yararlı, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı soyuq silah hesab edilən ov bıçağı məhv edilsin. İş üzrə məhkəmə ekspertizalarının aparılmasına çəkilmiş 61,20 (altmış bir manat iyirmi qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar