Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-127/2023 17.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçisi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli biinərək 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018ci ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzası 6 ay azaldılmş, xx.xx.2019-cu ildə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 11 ay cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinirək CM-in 67.1-ci maddəsi tətbiq edilməklə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Şəki Rayon Məhkəməsinin qərarı ilə 02 ay 20 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci madələri ilə təqsirli bilinərək CM-nin 76.6.3 və 67.1-ci maddələrinə əsasən 02 il 01 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixli amnistiya aktı tətbiq edilməklə cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad edilmiş, Mingəçevir şəhər A.Məmmədov küçəsi ev 8/3, mənzil 24-də qeydiyyatda olmaqla daimi yaşayış yeri olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Bəkirov X2 şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3 və 67.1-ci maddəsi tətbiq edilməklə 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub Şəki apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixli amnistiya aktı tətbiq edilməklə cəzası 06 ay azaldılmış, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunduqdan sonra, islah olunmayaraq tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15 may 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 10-cu küçə 30 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan keçərək mənzilə pəncərəsindən qanunsuz olaraq daxil olub evin yataq otağındakı güzgülü dolabının rəflərində qazanın içərisində dəsmala bükülü halda olan 700 manat nəğd pulu, həmin dolabda saxsı qabda olan 100 ədəd 50 qəpiklik olmaqla 50 manat qəpik pulu, həmin dolabın rəfində saxlanılan 1 ədəd dəyəri 297,5 manat olan 3,5 qramlıq, 585 əyarlı qızıl boyunbağı, 1 ədəd dəyəri 127,5 manat olan 1,5 qramlıq 585 əyarlı sadə qızıl üzük, cəmi dəyəri 212,5 manat olan 2,5 qramlıq “ərəb əlifbası ilə dördbucaqlı səth üzərində Ayətül Kürsü” yazılmış klon və klonun taxıldığı 585 əyarlı qızıl klon və 585 əyarlı qızıl boyunbağı dəsti, 1 ədəd dəyəri 255 manat olan ürək formalı bəzəyi olan 3 qramlıq 585 əyarlı qızıl boyunbağı, 1 ədəd dəyəri 340 manat olan 4 qramlıq 585 əyarlı qızıl klon, 1 ədəd dəyəri 212,5 manat olan üzərində qarşı-qarşıya dayanmış şir (aslan) başları olan 2,5 qramlıq, 585 əyarlı qızıl üzük, 1 ədəd dəyəri 255 manat olan qandal formalı 3 qramlıq 585 əyarlı qolbağı, 1 cüt dəyəri 297,5 manat olan qara qaşlı (yonca adlanan) cəmi çəkisi 3,5 qramlıq 585 əyarlı qızıl sırğa dəsti, 1 cüt dəyəri 255 manat olan tor (setka) formalı 3 qramlıq 585 əyarlı qızıl sırğa dəsti, 1 ədəd dəyəri 85 manat olan nazik quruluşlu 1 qramlıq, 585 əyarlı sadə qızıl üzük və ümumi təxmini dəyəri 200 manat olan 20 qramlıq gümüş bəzək əşyalarını gizli talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3287,5 manat maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, daimi yaşayış yeri yoxdur, müxtəlif ünvanlarda yaxın qohumlarının evində müvəqqəti qalır. Zərərçəkmiş şəxs tanımır. Onun yaşadığı mənzildən oğurluq olması barədə məlumatı vardır. Heç bir yerdə işləmir və özü narkotik vasitə alüdəçisidir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində küçələrdən metal tullantılar toplayaraq metal qəbulu yerinə satmaq məqsədilə Günəşli bağ massivində küçələrdə gəzmişdir. Poçt binasından yuxarı tərəfə 10-cu küçə ilə gedərkən sol tərəfdə bir həyət evinin qapısında qıfıl olmasını görmüşdür. Bu zaman evdə kimsə olmaması qənaətinə gəlmişdir. İlk öncə ətrafda kimsə olmamasını dəqiqləşdirmək məqsədilə dayanıb həmin evin həyətindən küçəyə çıxan tut ağacının budaqlarının altında dayanmış və tut yeyərək ətrafa nəzarət etmişdir. Küçədə kimsə olmadığını gördükdə daş hasara qaz turbasından istifadə edərək qalxmış və həyətə keçmişdir. Həyətdə ilk öncə evin qapı hissəsinə gəlmiş və kürsülü evin eyvanına çıxmışdır. Taxta qapını yoxladıqda bağlı olmasını görmüşdür. Daha sonra yenidən həyətə düşmüş və evin yol tərəfdə olan pəncərəsini əli ilə yoxlamış, pəncərəni içəri itələdikdə pəncərə açılmışdır. Bu zaman pəncərənin üzərində olan plastik toru cırmış və pəncərədən evə daxil olmuşdur. Həmin otağın giriş qapısı bağlı olmuş ona görə də həmin otaqdan başqa otağa keçə bilməmişdir. Otaqda sol tərəfdə çarpayı pəncərədən tam qarşıda dolab olmuşdur. Həmin dolabı açanda aşağı gözündə nəğd pul və qabda qəpik pullar olmuş onları götürmüş və həmin yerdə karton qutularda qızıl zinət əşyaları aşkarlamış və götürmüşdür. Daha sonra girdiyi pəncərədən qayıdıb çıxıb getmişdir. Daha sonra şəhər ərazisinə gəlmiş və çayxanada əyləşib qəpikləri sayanda təxminən 40-45 manat dəyərində 50 və 20 qəpiklərdən ibarət pul olması məlum olmuşdur. Nəğd pullar isə təxminən 500-600 manat olmuşdur. Bundan sonra Mingəçevir şəhərindən çıxmış və Bakı şəhərinə yola düşmüşdür. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Bakı şəhər Nəsimi rayon 3-cü mk.r ərazisində 3-cü mkr dairəsindən M.Əcəmi metrosuna gedən yolda Cavadxan küçəsi 16 ünvanda binaların altında yerləşən adını bilmədiyi lombarda daxil olmuşdur. Orada oğurladığı qızıl zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Həmin vaxt qızılları təqdim edəndə oğurladığı qızıl zinət əşyalarının üzüklər, sırğa və boyunbağı olmasını görmüşdür. Həmin boyunbağının birinin üzəridə qıfıl formalı klon olmasını aşkar etmişdir. Qızıl zinət əşyalarının ümumi çəkisindən qaşların çəkisi çıxılmış və 13 qram qızıl çəki müəyyən edilmişdir. 770 manat pul müqabilində öz şəxsiyyət vəsiqəsi ilə həmin qızıl zinət əşyalarını lombarda satmışdır. Lombarda gənc yaşlarında bir xanım və təxminən 50 yaşlarında bir kişi işləmişdir. Əldə etdiyi nəğd pulu və qızıl zinət əşyalarını da sataraq əldə etdiyi pul vəsaitlərini Bakı şəhərində xərclədikdən sonra Mingəçevir şəhərinə qayıtmışdır. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etdikdə o, etdiyi oğurluğu etiraf etmişdir. Polis əməkdaşları saxlayaraq polis şöbəsinə gətirərkən ona oğurluqda şübhəli olmasını buna dair videogörüntülər olmasını bildirdikdə o, da oğurluq əməlinin artıq ifşa olunduğunu düşündüyü üçün oğurluğu etdiyini əldə etdiyi qızıl zinət əşyalarını satdığı ünvanı da bildirmişdir. Oğurladığı əşyaların içərisində gümüş bəzək əşyaları olmamışdır. Ona görə də onların aqibəti barədə heç bir məlumatı yoxdur. Zərərçəkmiş şəxs evindən oğurluq etmiş, başqa oğurluqda iştirakı olmamış, həmin oğurluq zamanı ona hər hansı formada köməklik edən olmamışdır. Lombardda qızıl zinət əşyalarını satarkən öz şəxsiyyət vəsiqəsini təqdim etmiş, özünə aid qızıl zinət əşyaları olmasını bildirmiş. Oğurluq olması barədə məlumat verməmişdir. Etdiyi əməldən peşmandır. Ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, həmin gün şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Mingəçevir şəhər Günəşli bağ massivi 10-cu küçə 30 nömrəli fərdi yaşayış evində tək yaşayır. Mənzil daş hasarla küçə istiqamətində əhatə olunmuşdur, qonşu mənzillərlə arada metal hasarlar vardır. Fərdi yaşayış evinin giriş qapısı dəmir darvazadır və qıfıl ilə bağlayır. Mənzilin giriş qapısı taxtadandır və açarla bağlanır. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadığı evdən çıxıb mərkəzi bazara getmişdir. Evdən çıxarkən mənzilin zal otağının qapısını açarla bağlamış, həmçinin mətbəx otağının plastik qapısını bağlayıb-bağlamamağı xatırlamamışdır. Evdən çıxarkən dəmir darvazanı qıfıl ilə bağlamış və evdən getmişdir. Təxminən saat 16 radələrində yaşadığı evə geri qayıtmış və dəmir darvazanın qıfılını açıb içəri daxil olmuşdur. Həmin vaxt evin pəncərələri sağlam vəziyyətdə olmuş, daha sonra zal otağının qapısına yaxınlaşanda nisbətən aralı olmasını görüb şübhələnmişdir. Daha sonra özündə olan açarla zal otağının qapısının kilidini açaraq içəri daxil olanda otağın işığını yanılı və otaqda əşyaların dağınıq olmasını aşkar etmişdir. Bundan sonra həmin otaqda olan qızıl zinət əşyalarına və pul vəsaitlərinə baxanda məlum olub ki, zal otağından oğurluq baş vermişdir. Həmin oğurluq hadisəsi zal otağının pəncərəsindən naməlum şəxs və ya şəxslər tərəfindən daxil olunmaqla törədilmişdir. Belə ki, həmin taxta pəncərənin açılıb-bağlanan hissəsinin arxa tərəfdən yəni otağın içərisindən bağlayacaq kilidi yoxdur, içəri itələndikdə pəncərə açılır. Həmçinin həmin pəncərənin ön tərəfində yəni çöl hissəsində olan plastik torun dağılmış vəziyyətdə olmasını gördükdə həmin pəncərədən daxil olunmaqla oğurluq baş verməsini anlamış və bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və videoçkilişlə baxış keçirilərkən bəzi qızıl zinət əşyalarının evin mətbəx otağında olmasını və oradan oğurlanmasını bildirsə də lakin daha sonra sərbəst vəziyyətdə düşünəndə xatırlayıb ki, oğurlanmış qızıl zinət əşyaları və pul vəsaiti evin zal otağından oğurlanmışdır. Belə ki, oğurluq nəticəsində mənzilin zal otağında olan güzgünün rəflərindən aşağı rəfdə qazan içərisində dəsmala bükülmüş halda 6 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 2 ədəd iyirmi manatlıq və 1 ədəd on manatlıq olmaqla ümumilikdə 700 Azn nəğd pul, it formalı saxsı tərkibli kassada 50 manat dəyərində yəni 100 ədəd 50 qəpiklik əskinaz, həmin güznünün digər rəflərində qablarda saxladığı 1 ədəd 3,5 qramlıq, dəyəri təxminən 400 manat olan 585 əyarlı qızıl boyunbağı, 1 ədəd 1,5 qramlıq dəyəri təxminən 170 manat olan 585 əyarlı sadə qızıl üzük, 2,5 qramlıq “ərəb əlifbası ilə dördbucaqlı səth üzərində Ayətül Kürsü” yazılmış klon və klonun taxıldığı cəmi təxmini dəyəri 190 manat olan 585 əyarlı qızıl klon və 585 əyarlı qızıl boyunbağı dəsti, 1 ədəd ürək formalı bəzəyi olan çəkisi 3 qram təxmini dəyəri 300 manat olan 585 əyarlı qızıl boyunbağı, 1 ədəd 4 qramlıq təxmini dəyəri 400 manat olan 585 əyarlı qızıl klon, 1 ədəd üzərində qarşı-qarşıya dayanmış şir (aslan) başları olan çəkisi 2,5 qram, 585 əyarlı təxminən 190 manat dəyəri olan qızıl üzük, 1 ədəd qandal formalı 3 qram çəkisi olan təxmini dəyəri 350 manat olan 585 əyarlı qolbağı, 1 cüt qara qaşlı (yonca adlanan) cəmi çəkisi 3,5 qram 585 əyarlı təxmini dəyəri 350 manat olan qızıl sırğa dəsti, 1 cüt tor (setka) formalı çəkisi 3 qram əyarı 585 olan və təxmini dəyəri 190 manat olan qızıl sırğa dəsti, 1 ədəd nazik quruluşlu çəkisi 1 qram, 585 əyarlı təxmini dəyəri 90 manat olan sadə qızıl üzük, təxminən 200 manat dəyərində 20 qram çəkisi olan gümüş bəzək əşyaları oğurlanmışdır. Daha sonra baxarkən bəzək saç tutacaqları (sancaqları), və 1 ədəd qızıl , qaşlı üzük oğurlanmamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 750 manat nəğd pul və təxminən 2630 manat dəyərində qızıl zinət əşyaları və 200 manat dəyərində gümüş bəzək əşyaları oğurlanmaqla ümumilikdə təxminən 3580 manat maddi ziyan yetirilmişdir. Mənzildən məişət əşyaları və ya avadanlıq oğurlanmamışdır. xx.xx.2023-cü il tarixdə yaşadığı evdən oğurluq baş verdikdən dərhal sonra polis əməkdaşları onun DİN-nin 102 xidmətinə müraciəti əsasında yaşadığı mənzilə gələrək videoçəkilişlə hadisə yerinə baxış keçirtmişlər. Həmin baxış zamanı videoçəkiliş zamanı o, bildirib ki, ilk olaraq mənzilin mətbəx otağından müxtəlif qızıl zinət əşyaları oğurlanmışdır. Həmçinin videoçəkiliş zamanı mənzilin zal otağında güzgülü dolabdan ona məxsus qol saatı oğurlanmışdır. Lakin videoçəkilişdən sonra protokol tərtib olunarkən mənzilin mətbəx otağından hər hansı oğurluq olmaması və qol saatı da oğurlanmamasını xatırlamışdır. Həmçinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 02 avqust 2023-cü il tarixli 9/5359 saylı rəyinə əsasən qızıl zinət əşyalarının ümumi dəyəri 2337,5 manat müəyyən edilməsi ona izah olunmuş, həmin ekspertiza rəyində göstərilmiş dəyərlərə dair etirazı olmamışdır. Bildirir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyandan heç bir ödəniş etməmişdir. Ona görə də ona ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs xalasıdır, tək yaşayır, 2-ci qrup əlildir. Özü onunla yaxınlıqda yaşayır. Belə ki, o, Bağ massivi 5-ci küçədə yaşayır, xalası isə Günəşli bağ massivi 10-cu küçədə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində xalası Savad ona məlumat verərək yaşadığı mənzildən oğurluq olmasını bildirib onu da çağırmışdır. O, da dərhal həmin evə getmişdir. Orada polis əməkdaşları da gəlmiş və baxış keçirilərkən müəyyən olunub ki, xalası Savadın yaşadığı mənzildən 700 manat nəğd pul, 50 manat dəyərində qəpik pullar, təxminən 2630 manat dəyərində qızıl zinət əşyaları və 200 manat dəyərində gümüş bəzək əşyaları oğurlanmışdır. Otağın giriş qapısı bağlı vəziyytdə olması mənzilin pəncərəsinin arxa tərəfindən bağlanan kilidinin olmaması və həmin hissədə setkanın dağınıq olması dəlalət edir ki, oğurluq pəncərədən daxil olunmaqla baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. Mingəçevir ŞPŞ-nin xidməti ərazisində qeyri-aşkar şəraitdə baş vermiş oğurluq və digər mülkiyyət əleyhinə olan cinayətlər barədə məlumat daxil olduqda cinayət törətmiş şəxs və ya şəxslərin müəyyən edilməsi, isti izlərlə aşkar olunması və maddi sübutların əldə edilməsi məqsədilə hadisə ilə bağlı tərəflərindən əməliyyat tədbirləri keçirilir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Mingəçevir şəhər Günəşli bağ massivi 10-cu küçə 30 saylı fərdi yaşayış evindən Zərərçəkmiş şəxs məxsus qızıl-zinət əşyalarının və pul vəsaitlərinin oğurlanmasına dair keçirilən tədbirlər zamanı xx.xx.2023-cü il tarixdə həmin küçədə yaşamayan lakin həmin küçədə olmuş şəxslərin yoxlanılması zamanı müxtəlif şəxslər müəyyən olunaraq dindirilməsi üçün istintaqa təqdim edilmişdir. Lakin xx.xx.2023-cü il tarixdə məxfi əməkdaş tərəfindən daxil olmuş məlumatda əvvəllər cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkumluğu olan Təqsirləndirilən şəxs bir neçə gün əvvəl Günəşli massivində oğurluq etməsi və daha sonra Bakı şəhərinə getməsi bir müddət sonra Mingəçevir şəhərinə geri qayıtması bildirilmişdir. Buna görə də tərəflərindən həmin tarixdə Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Onunla şifahi söhbət zamanı Günəşli massivi 10-cu küçə 30 saylı evin yaxınlığında xx.xx.2023-cü il tarixdə olması bildirib həmin mənzildən baş vermiş oğurluqda iştirakı olub-olmaması soruşulduqda Təqsirləndirilən şəxs etiraf edərək həmin oğurluğu özü etdiyini və əldə etdiyi pul vəsaitlərini və qızıl zinət əşyalarını sataraq əldə etdiyi pulları Bakı şəhərində xərclədiyini bildirmişdir. Qızıl zinət əşyalarını Bakı şəhərində Nəsimi rayon ərazisində lombarda satmasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildikdə istintaqa təqdim olunmuşdur. Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilərkən oğurluqla bağlı video görüntüsünə baxmış bundan sonra oğurluğu etiraf etməsini bildirsə də onun oğurluq etməsinə dair hər hansı videogörüntü əməliyyat aparatında olmamışdır. Ona hər hansı videogörüntü göstərilməmişdir. Məhkəmə iclası zamanı elan edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Nəsimi rayon Hüseynbala Əliyev küçəsində yerləşən Lombardda işləyir. İşlədiyi lombard həm də qızıl alqısı da həyata keçirir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun işlədiyi lombarda gələrək özünü şəxsiyyət vəsiqəsi ilə təqdim edərək özünə yəni ailə üzvlərinə məxsus qızıl zinət əşyalarını satmaq istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs oğurluq yaxud digər cinayət yolu ilə əldə olunmuş əmlak lombardda satın alınmaması izah olunmuş, əgər cinayət yolu ilə əldə edilməmiş əmlakdırsa bu zaman qəbzlə almağı mümkünlüyünü bildirmişdir. Təqsirləndirilən şəxs yenə də həmin qızıl zinət əşyalarının öz ailə üzvlərinə məxsus olmasını bildirib və şəxsiyyət vəsiqəsini təqdim edərək satmaq istədiyini bildirmişdir. Həmin qızıl zinət əşyaları 7 sayda olmaqla 585 əyarlı sırğa qolbağı və üzükdən ibarət olmuş və 770 manat müqabilində satın almışdır. Daha sonra həmin qızılları lom kimi əritməyə satmışlar. Təqsirləndirilən şəxs ilə aralarında qızıl zinət alqısatqısına dair sonuncu tərəfindən imzalanmış qəbzin surətini təqdim etmişdir.Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X3 Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Orxan” bazarında icarə əsasında işlətdiyi tikinti materialları mağazasından müxtəlif tikinti materailları və elektrik kabelləri oğurlanmışdır. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus nəğd pul və qızıl zinət əşyaları və gümüş bəzək əşyaları onun yaşadığı Mingəçevir şəhər Günəşli massivi 10-cu küçə ev 30-da yerləşən mənzilə pəncərədən zal otağına daxil olunmaqla həmin otaqda güzgülü dolabdan oğurlanmışdır. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli ifadənin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs yaşadığı mənzilə hasardan həyətə aşmaqla qanunsuz daxil olaraq mənzilin pəncərəsindən zal otağına daxil olub dolabda saxlanılan pul, qızı zinət əşyaları və gümüş bəzək əşyaları oğurladığı yeri göstərmişdir. Cinayət işi materiallarında olan xx.xx.2023-cü il tarixli baxış və götürmə protokolu ilə ünvan 1 ünvanda yerləşən “Karat” lombardda Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2023cü il tarixdə şəxsiyyət vəsiqəsi ilə qızıl zinət əşyaları satmasına dair tərtib olunmuş alqısatqı qəbzinin surəti götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023cü il tarixli 9/5359 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl zinət əşyalarının 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2337,5 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manatdır. Cinayət işi materiallarında olan DİN yanında BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Bəkirov X2 Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilərək 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2019-cu ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinirək CM-in 67.1-ci maddəsi tətbiq edilməklə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Şəki Rayon Məhkəməsinin qərarı ilə 02 ay 20 gün vaxtından əvvəl şərti azad edilmiş, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci madələri ilə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3 və 67.1-ci maddəsi tətbiq edilməklə 02 il 01 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixli amnistiya aktı tətbiq edilməklə cəzası 06 ay azaldılmış, üzərində 01 il 07 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işi materiallarında olan Qaradağ rayon Məhkəməsinin 7(002)-192/2018 saylı, 24 yanvar 2018-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-59/2015 saylı, 09 sentyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs həmin hökmə əsasən təyin edilmiş cəza 6 (altı) ay azaldılmışdır. Cinayət işi materiallarında olan Qaradağ rayon Məhkəməsinin 7(002)-131/2019 saylı 01 fevral 2019-cu il tarixli qərarından görünür ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs çəkilməmiş qalan 11 ay azadlıqdan məhrum etmə cəzasından şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-173/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 67.1-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-176/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 ay 20 gün hissəsinə Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə tətbiq edilmiş şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmişdir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 2 (iki) ay 20 (iyirmi) gün hissəsi qismən birləşdirilməklə, ona qəti olaraq 2 (iki) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işi materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-55/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 1(051)-176/2021 nömrəli hökmü baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Milli Məclisinin 8 noyabr-Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında qərarının 4, 9.2.3, 9.3 və 30-cu bəndləri tətbiq edilməklə, Təqsirləndirilən şəxs hazırkı hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 2 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası 6 (altı) ay azaldılaraq üzərində qəti olaraq 1 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işi materiallarında olan Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsindən Mingəçevir şəhər məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə cəza müddətinin başa çatması ilə əlaqədar azad edilmişdir. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 4(051)-49/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ( iki) ay 11 (on bir) gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 4(051)-70/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 15 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, qeyd olunan sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Həmin sübutlar mötəbərdir və ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna hüquqi qiymət verərək müəyyən etmişdir ki, Bəkirov X2 şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3 və 67.1-ci maddəsi tətbiq edilməklə 03 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub Şəki apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixli amnistiya aktı tətbiq edilməklə cəzası 06 ay azaldılmış, xx.xx.2023cü il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunduqdan sonra, islah olunmayaraq tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 15 may 2023-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, Günəşli bağ massivi 10-cu küçə 30 nömrəli fərdi yaşayış evinin həyətinə hasardan keçərək mənzilə pəncərəsindən qanunsuz olaraq daxil olub evin yataq otağındakı güzgülü dolabının rəflərində qazanın içərisində dəsmala bükülü halda olan 700 manat nəğd pulu, həmin dolabda saxsı qabda olan 100 ədəd 50 qəpiklik olmaqla 50 manat qəpik pulu, həmin dolabın rəfində saxlanılan 1 ədəd dəyəri 297,5 manat olan 3,5 qramlıq, 585 əyarlı qızıl boyunbağı, 1 ədəd dəyəri 127,5 manat olan 1,5 qramlıq 585 əyarlı sadə qızıl üzük, cəmi dəyəri 212,5 manat olan 2,5 qramlıq “ərəb əlifbası ilə dördbucaqlı səth üzərində Ayətül Kürsü” yazılmış klon və klonun taxıldığı 585 əyarlı qızıl klon və 585 əyarlı qızıl boyunbağı dəsti, 1 ədəd dəyəri 255 manat olan ürək formalı bəzəyi olan 3 qramlıq 585 əyarlı qızıl boyunbağı, 1 ədəd dəyəri 340 manat olan 4 qramlıq 585 əyarlı qızıl klon, 1 ədəd dəyəri 212,5 manat olan üzərində qarşıqarşıya dayanmış şir (aslan) başları olan 2,5 qramlıq, 585 əyarlı qızıl üzük, 1 ədəd dəyəri 255 manat olan qandal formalı 3 qramlıq 585 əyarlı qolbağı, 1 cüt dəyəri 297,5 manat olan qara qaşlı (yonca adlanan) cəmi çəkisi 3,5 qramlıq 585 əyarlı qızıl sırğa dəsti, 1 cüt dəyəri 255 manat olan tor (setka) formalı 3 qramlıq 585 əyarlı qızıl sırğa dəsti, 1 ədəd dəyəri 85 manat olan nazik quruluşlu 1 qramlıq, 585 əyarlı sadə qızıl üzük və ümumi təxmini dəyəri 200 manat olan 20 qramlıq gümüş bəzək əşyalarını gizli talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3287,5 manat maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxsə cəza təyin edilməsini aradan qaldıran hal müəyyən olunmamışdır. Ona görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə üç dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, məhkumluqları ödənilmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.3.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə üç dəfə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluqları ödənilmədən qəsdən yenidən cinayət törətməsini, yəni cinayətlərin xüsusilə təhlükəli residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymət verir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına, belə ki, cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəza təyin etmə zamanı Azərbaycan Respublikası CM-in 65.2ci maddəsinə əsasən cinayətin xüsusilə təhlükəli residivi nəzərə alınmalıdır və ona təyin ediləcək cəzanın müddəti CM-in 177.2.3-cü maddəsində müəyyən olunmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən az olmamalıdır. Azərbaycan Respublikası CM-in 56.1.4-cü maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 05 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə 50 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzasının əvvəli 05 iyun 2023-cü il tarixdən hesablansın. İş üzrə 50 (əlli) manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-127/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-127/2023
17.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver