Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-127/2024 14.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1 və 243.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin payız aylarında tanış olduğu 1990-cı il təvəllüdlü əvvəllər evlənib boşanmış himayəsində baxıma möhtac azyaşlı uşağı olan və işləməyən Zərərçəkmiş şəxs1 maddi vəziyyətinin zəif olmasından istifadə edərək ona pul müqabilində tanıdığı kişilərlə cinsi əlaqədə olmasını və əldə ediləcək məbləğin 80 (səksən) faizini verəcəyini vəd edərək ələ alıb, müştərilərə seçim məqsədilə göstərməsi üçün ona məxsus fotoşəkilləri istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqinə göndərtməklə əldə etdikdən sonra 2023-cü ilin noyabr-dekabr və 2024-cü ilin yanvar ayı ərzində müştəriləri Şahid5, Şahid4 və şəxsiyyəti istintaqa bəlli olmayan kişilərlə hər dəfəsi üçün 100 manat olmaqla pul müqabilində cinsi əlaqədə olmaq məqsədilə Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Hamam” saunasında, Mingəçevir şəhəri K.Hüseynov küçəsində yerləşən “Səməni” restoranının otelində və Ağdaş rayon Şıxarx kəndində yerləşən “Şirvangöl” otelində görüşüb cinsi əlaqədə olmasını təşkil edərək kişi müştərilərdən alınan hər 100 manat puldan 20 manat məbləği özünə gəlir kimi götürüb, 80 manat məbləği isə Zərərçəkmiş şəxs1 verib Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin payız aylarında tanış olduğu 2003-cü il təvəllüdlü əvvəllər evlənib boşanmış himayəsində xəstə azyaşlı uşağı olan və işləməyən Zərərçəkmiş şəxs2 maddi vəziyyətinin zəif olmasından istifadə edərək ona pul müqabilində tanıdığı kişilərlə cinsi əlaqədə olmasını və əldə ediləcək məbləğin 80 (səksən) faizini verəcəyini vəd edərək ələ alıb, müştərilərə seçim məqsədilə göstərməsi üçün ona məxsus fotoşəkilləri istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqinə göndərtməklə əldə etdikdən sonra 2023-cü ilin noyabr-dekabr və 2024-cü ilin yanvar ayı ərzində müştəriləri Şahid5, Şahid4 və şəxsiyyəti istintaqa bəlli olmayan kişilərlə hər dəfəsi üçün 100 manat olmaqla pul müqabilində cinsi əlaqədə olmaq məqsədilə Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Hamam” saunasında və Ağdaş rayon Şıxarx kəndində yerləşən “Şirvangöl” otelində görüşüb cinsi əlaqədə olmasını təşkil edərək kişi müştərilərdən alınan hər 100 manat puldan 20 manat məbləği özünə gəlir kimi götürüb, 80 manat məbləği isə Zərərçəkmiş şəxs2 verib Zərərçəkmiş şəxs2 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin payız aylarında tanış olduğu 2001-ci il təvəllüdlü əvvəllər evlənib boşanmış və işləməyən Zərərçəkmiş şəxs3 (X1) maddi vəziyyətinin zəif olmasından istifadə edərək ona pul müqabilində tanıdığı kişilərlə cinsi əlaqədə olmasını və əldə ediləcək məbləğin 80 (səksən) faizini verəcəyini vəd edərək ələ alıb, müştərilərə seçim məqsədilə göstərməsi üçün ona məxsus fotoşəkilləri istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqinə göndərtməklə əldə etdikdən sonra 2023-cü ilin noyabr-dekabr və 2024-cü ilin yanvar ayı ərzində müştəriləri Şahid5, Şahid4 və şəxsiyyəti istintaqa bəlli olmayan kişilərlə hər dəfəsi üçün 100 manat olmaqla pul müqabilində cinsi əlaqədə olmaq məqsədilə Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Hamam” saunasında, Mingəçevir şəhəri K.Hüseynov küçəsində yerləşən “Səməni” restoranının otelində və Ağdaş rayon Şıxarx kəndində yerləşən “Şirvangöl” otelində görüşüb cinsi əlaqədə olmasını təşkil edərək kişi müştərilərdən alınan hər 100 manat puldan 20 manat məbləği özünə gəlir kimi götürüb, 80 manat məbləği isə Zərərçəkmiş şəxs3 verib Zərərçəkmiş şəxs3 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə 21 noyabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunun 2-ci siyahısının 115-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi 0.15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,341 qram olan psixotrop maddə metamfetamini əldə edərək 0,207 qram hissəsini 1 ədəd sellofan bükümdə, 0,134 qram hissəsini 1 ədəd başlığına 1 manatlıq əskinasdan hazırlanmış boruşəkilli bükülü keçirilmiş kiçik lampa şüşəsinin içərisində saxlayaraq daşımış, 04 mart 2024-cü il tarixdə saat 13:50 radələrində DİN-nin X7 Mübarizə Baş İdarəsinin və Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən “Nərgiz” klinikasının yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 14:17-dən 14:32-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli idman şalvarının sol yan cibində 1 ədəd başlığına 1 manatlıq əskinasdan hazırlanmış boruşəkilli bükülü keçirilmiş kiçik lampa şüşəsinin içərisində təmiz çəkisi 0,134 qram, əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibində “Rothmans” markalı siqaret qutusunun içərisində sellofan bükümdə təmiz çəkisi 0,207 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 243.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, hərdən narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Ona görə də narkotik vasitələrin növlərini və istifadə etmə üsullarını bilir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində olarkən adını unutduğu tanışının ona vermiş olduğu sahibi və istifadəçisinin kim olmasını bilmədiyi mobil nömrəyə "Whatsapp" vasitəsi ilə mesaj yazıb və ondan patı deyilən "Metamfetamin" istəmişdir. Adını “Anar” olaraq bildiyi həmin şəxsdən təxminən bir ay əvvəl bir dəfə də metamfetamin satın almışdır. Belə ki, həmin vatsap nömrəyə mesaj yazaraq yaxud zəng edərək metamfetamin almaq istəyini bildirdikdə həmin nömrənin sahibi istifadəsində olan kart hesabının şəklini atır həmin kart hesabına vəd edilən məbləğ köçürüldükdə ödənişə dair qəbzin surətini o nömrəyə göndərdikdə daha sonra sifarişçinin yaşadığı yer üzrə hər hansı bir ərazidə narkotik vasitə yaxud psixotrop maddə qoyulur və həmin yer vatsap vasitəsilə alıcıya bildirilir və həmin yerdən gedib narkotik vasitəni götürməklə alqı-satqı baş tutur. xx.xx.2024-cü il tarixdə də o, Anara mesaj yazdıqdan sonra ondan 0,50 qram metamfetamin istəmiş və bundan sonra Anar 416973*****9967 saylı "Kapital" bank kartının şəklini ona "Whatsapp" vasitəsi ilə göndərmiş, o, həmin gün şəhərin M.Maqomayev prospektində yerləşən "5+" marketində olan "MilliÖn" terminalı vasitəsi ilə həmin kart hesabına 30 manat pul yükləyib qəbzi "Whatsapp" vasitəsi ilə Anara göndərmişdir. Bundan təxminən beş dəqiqə sonra Anar adlı həmin şəxs "Whatsapp" vasitəsi ilə avtovağzal tərəfdə bir yerin məkan məlumatlarını (konumunu) ona göndərmiş və o, 8 saylı şəhərarası avtobusla həmin yerə gedib orada işıq dirəyinin dibində, yerdə şəffaf rəngli sellofan bükümdə içərisində metamfetamin olan həmin bükümü götürmüşdür. Həmin gün üzərindən bir qədər götürüb tək istifadə etmiş, səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə isə, bir qədər də götürüb istifadə etmiş və qalan hissəsini isə cibinə qoyaraq gələcəkdə istifadə etmək məqsədilə saxlamışdır. Həmin kütləni üzərində olan "Rothmans" siqaret qutusunun içərisinə qoyub və bundan əlavə patı adlanan metamfetamini istifadə etdiyi şüşə qabı da birlikdə saxlamışdır. xx.xx.2024-cü il tarixdə, saat 13:50 radələrində yaşadığı evin və "Nərgiz” klinikasının yaxınlığında dayanarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmədən onu maşına zorla mindirmişlər. Sonradan barəsində Daxili İşlər Nazirliyinin X7 Baş İdarəsində araşdırma aparılmasını bildirmişlər, bundan əlavə isə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona dövlət hesabına müdafiəçi təyin olunaraq vəkil Müdafiəçi təqdim edilmişdir. Müdafiəçiyə və cinayət prosesinin digər iştirakçılarına etirazı olmamasını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilərkən cibindən içərisində metamfetamin olan həmin siqaret qutusu və istifadə etmək məqsədilə şüşə lampanın içərəsində olan psixorop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilərək ekspertizaya təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. O, insan alveri ilə məşğul olmur, taksi fəaliyyəti ilə məşğul olur və Zeynəbin evinə yük daşımışdır, hətta azyaşlı oğluna DVD aparmışdır. Ona heç kim şəkil göndərməyib, o, vatsap nömrəsindən paylaşdığı şəklini skrin edib saxlamışdır. Zərərçəkmiş şəxs2 niyə ondan şikayət edib bilmir. Şıxıyevi və qeyrilərini tanımır. Onu saxlayarkən polis əməkdaşları özlərini təqdim etməmişlər, sonradan PŞ-yə gətirildikdən sonra polis əməkdaşı Şahid3 orada ona yaxınlaşmışdı. Hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətdiyi əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinin X7 Mübarizə Baş İdarəsinə şifahi ərizə protokolu ilə şikayət etmişdir. 2006-cı ildə Teymur Novruzovla ailə həyatı qurub ayrılmış, himayəsində iki azyaşlı övladı var. Heç bir rəsmi gəliri olmadığı üçün Mingəçevir şəhərində müxtəlif işlərdə işləmişdir. Maddi ehtiyaclarını ödəyə bilmədiyi üçün pul müqabilində kişilərlə cinsi əlaqədə olaraq fahişəliklə məşğul olmaq qərarına gəlmişdir. Təxminən 2023-cü ilin payız aylarında o, Mingəçevir şəhər M.Maqomayev prospektində yerləşən “5 +” supermarketinin yaxınlığında təsadüfi zəmində Əmir adlı “Əmoş” ləqəbli şəxslə tanış olmuşdur. Söhbət əsnasında Əmir özünün cinsi azlıq nümayəndəsi olmasını bildirmiş, o, da Əmirə himayəsində azyaşlı övladlarının olmasını və maddi ehtiyacı zəif olmasını bildirmişdir. Əmir özünün kişi müştəriləri olmasını və pul müqabilində qadınlarla cinsi əlaqədə olmaq istədiklərini bildirərək təklif etmişdir ki, qadınla cinsi əlaqədə olmaq istəyən müştərisi olduqda ona yönəltsin, o, da müştərisi ilə təyin olunan yerdə görüşüb cinsi əlaqədə olsun. Müştəridən alınan puldan ona da verəcəyini vəd etmişdir. Razılığa əsasən əgər müştəri 100 manat pul verərsə, 80 manat ona, 20 manat isə Əmirə çatmalı olmuşdur. Müştəridən pulu Əmir özü almalı müştəri ilə mobil telefon əlaqəsi yaxud başqa əlaqə vasitəsi qurmağı qadağan etmişdir. O isə Əmirə Mingəçevir şəhər sakinləri ilə pul müqabilində cinsi əlaqədə olmaq istəmədiyini, çünki yaşadığı şəhərin sakinlərinin onun fahişəliklə məşğul olmağını bilmələrini istəmədiyini bildirmişdir. Əmir ilə bu qaydada razılaşmışlar. Sonra Əmir özünün istifadəsində olan ***- ***-**-** saylı vatsap nömrəsini ona vermiş, o da özünə məxsus ***-***-**-** saylı mobil nömrəmi əlaqə saxlamaq üçün Əmirə vermişdir. Əmir isə mobil telefonun vatsap tətbiqində ona öz şəkillərini göndərməyini və müştərilərə göstərmək üçün özündə saxlayacağını bildirmişdir. Həmin vaxtdan etibarən dəqiq xatırlamadığı tarixlərdə 2023-cü ilin noyabrdekabr, 2024-cü ilin yanvar-fevral aylarında bir neçə dəfə Əmir ona vatsapla zəng edərək müştəri olmasını bildirmiş və həmin müştərilərlə müxtəlif ünvanlarda görüşməyi, yəni cinsi əlaqədə olmağı bildirmişdir. Həmin qaydada onun cinsi əlaqədə olmağının əvəzində müştərinin Əmirə verdiyi 100 manat puldan Əmir ona 80 manat pul vermişdir. O, müştəri ilə görüşməyə gedəcəyi ünvanlara onu aparan taksini Əmir özü danışır və həmin taksinin xidmət haqqını da müştəri ödəməli olmuşdur. Əmirin onunla görüşdürdüyü müştərilərin ad və əlavə haqqında məlumatları xarılamır. Müştərilərlə görüşəcəyi yerləri mütəmadi olaraq otelləri Əmir, yaxud müştəri danışır, pulunu isə müştəri ödəmişdir. Dəfələrlə Mingəçevir şəhər ərazisində yerləşən “Səməni” restoranı və hotelində, Mingəçevir şəhəri, H.Əliyev prospektində, Mərkəzi bazarın yaxınlığında yerləşən “Hamam” otelində, Ağdaş rayon ərazisində yerləşən “Şirvangöl” otelində Əmirin tapdığı müştərilərlə görüşmüşdür. Səməni və Hamam otelinə həm o, həm də müştəri şəxsiyyət vəsiqəsini təqdim etməklə giriş etmiş, oteldə görüşüb cinsi əlaqədə olduqdan sonra tərk etmişlər. Lakin Ağdaş rayon ərazisində yerləşən “Şirvangöl” restoranında isə hər hansı sənədləşdirmə aparılmadan giriş-çıxış etmişlər. Əmir dəfələrlə onu, Zuzu ləqəbli Zeynəb adlı qadını, 1 dəfə də Gültəkin adlı qadını kişilərlə görüşməyə birlikdə göndərmişdir. Həmin qadınlar da 100 manat müqabilində müştəri ilə cinsi əlaqədə olub və 80 manat pulu Əmirdən almışlar. Təqsirləndirilən şəxs onlara kişilərlə əlaqə saxlamağı qadağan etdiyi üçün həm də Mingəçevirdən olan şəxslərlə cinsi əlaqədə olmaqdan imtina etdiyi üçün Təqsirləndirilən şəxs göndərdiyi şəxsləri tanımamışdır. Müxtəlif taksilərlə və taksi sürücüləri vasitəsilə getdiyi üçün həmin şəxsləri, yəni sürücüləri tanımır. Murad adlı taksi sürücüsünü ilkin izahatında göstərmiş olsa da, lakin onun kimliyini dəqiq xatırlamır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinin X7 Mübarizə Baş İdarəsinə ərizə ilə şikayət etmişdir. Əvvəllər evli olub daha sonra boşanmış, himayəsində 1 azyaşlı uşağı vardır, uşağının anadangəlmə göz xəstəliyi vardır. Heç bir yerdə işləmir və rəsmi gəliri olmadığı üçün Mingəçevir şəhərində müxtəlif işlərdə işləmişdir. 2023-cü ilin payız aylarınadək Təqsirləndirilən şəxs ilə tanış olduğu vaxtadək ərindən ayrıldıqdan sonra başqa bir nəfərlə sevgi münasibətində olmuş və onunla cinsi əlaqədə olmuşdur. Əmir adlı “Əmoş” ləqəbli şəxslə təsadüf nəticəsində Mingəçevir şəhərində tanış olmuşdur. Əmirin cinsi azlıq olmasını bilmiş, Əmir ilə münasibətləri normal olduğundan, onun xəstə uşağı olmasını və maddi vəziyyətinin yaxşı olmamasını Əmir də bilmişdir. Təqsirləndirilən şəxs daha sonralar ona təklif edib ki, onun kişi müştəriləri var və pul müqabilində qadınlarla cinsi əlaqədə olmaq istəkləri vardır. Əmir ona təklif edib ki, qadınla cinsi əlaqədə olmaq istəyən müştərisi olduqda, ona yönəltsin, o da Əmirin müştərisi ilə təyin olunan yerdə görüşüb cinsi əlaqədə olub və müştəridən alınan puldan ona da verəcəkdir. Razılığa əsasən əgər müştəri 100 manat pul verərsə 80 manat ona, 20 manat isə Əmirə çatmalı olmuşdur. Müştəri 200 manat pul verəcəyi təqdirdə 50 manat Əmirə, 150 manat pul isə ona verilməli olmuşdur. Müştəridən pulu Əmir özü almalı, müştəri ilə mobil telefon əlaqəsi yaxud başqa əlaqə vasitəsi qurmağı ona qadağan etmişdir. O isə Əmirə Mingəçevir şəhər sakinləri ilə pul müqabilində cinsi əlaqədə olmaq istəməməsini, çünki yaşadığı şəhərin sakinlərinin onun fahişəliklə məşğul olmasını bilmələrini istəməməsini bildirmişdir. Əmir ilə bu qaydada razılaşmışlar. Əmir özünün istifadəsində olan 070 və 050 ***-**-** saylı vatsap nömrəsini ona, o da özünə məxsus 099- ***-**-** saylı mobil nömrəni əlaqə saxlamaq üçün Əmirə vermişdir. Əmir isə mobil telefonun vatsap tətbiqində ona öz şəkillərini göndərməyini və müştərilərə göstərmək üçün özündə saxlayacağını bildirmişdir. Həmin vaxtdan etibarən dəqiq xatırlamadığı tarixdə 2023-cü ilin noyabr-dekabr, 2024-cü ilin yanvar-fevral aylarında bir neçə dəfə Əmir ona vatsapla zəng edərək müştəri olmasını bildirmiş və həmin müştərilərlə müxtəlif ünvanlarda görüşməyi, yəni cinsi əlaqədə olmağı bildirmişdir. Həmin qaydada onun cinsi əlaqədə olmağının əvəzində müştərinin Əmirə verdiyi 100 bəzi hallarda 200 manat puldan Əmir ona 80 və 150 manat pul vermişdir. Müştəri ilə görüşməyə gedəcəyi ünvanlara onu aparan taksini Əmir özü danışmış və həmin taksinin xidmət haqqını da müştəri ödəmişdir. O, Əmirin onunla görüşdürdüyü müştərilərin adını və haqqında məlumatları Əmir qadağan etdiyi üçün öyrənməmişdir. Müştərilərlə görüşəcəyi yerləri mütəmadi olaraq otelləri Əmir yaxud müştəri danışmış, pulunu isə müştəri ödəmişdir. Dəfələrlə Ağdaş rayon ərazisində yerləşən “Şirvangöl” otelində və 1 dəfə Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən Mərkəzi bazarın yaxınlığında yerləşən “Hamam” otelində, müştərilərlə görüşmüşdür. Hamam otelinə həm o, həm müştəri şəxsiyyət vəsiqəsini təqdim etməklə giriş etmişlər, oteldə görüşüb cinsi əlaqədə olduqdan sonra tərk etmişlər. Lakin Ağdaş rayon ərazisində yerləşən “Şirvangöl” restoranında isə hər hansı sənədləşdirmə aparılmadan giriş çıxış etmişlər. Əmir dəfələrlə onu Nərgiz adlı, Gültəkin adlı qadın ilə birlikdə kişilərlə görüşməyə göndərmişdir. Həmin qadınlar da 100 manat müqabilində cinsi əlaqədə olub və 80 manat pulu Əmirdən almışlar. Təqsirləndirilən şəxs onlara kişilərlə əlaqə saxlamağı qadağan etdiyi, həm də Mingəçevirdən olan şəxslərlə cinsi əlaqədə olmaqdan imtina etdiyinə görə Təqsirləndirilən şəxs göndərdiyi şəxsləri tanımır, onlar haqqında hər hansı məlumatları soruşmamışdır. Müştərilərlə görüşməyə onu adətən Murad adlı Vaz 21014 markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğiul olan şəxs aparmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Belə ki, o, məhkəməyə teleqram ünvanlayaraq hazırda Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiklərini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bununla belə məhkəmə Zərərçəkmiş şəxs3 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Daxili İşlər Nazirliyinin X7 Mübarizə Baş İdarəsinə ərizə ilə şikayət etmişdir. Mən əvvəllər X1 ad soyadı daşısa da 2024-cü ildən etibarən ad soyadını “Zərərçəkmiş şəxs3” olaraq qanuni şəkildə dəyişdirmişdir. O, əvvəllər evli olub daha sonra boşanmışdır. Mingəçevir şəhərində müxtəlif yerlərdə günəmuzd işləmişdir. 2023-cü ilin payız aylarında o, Əmoş ləqəbli Təqsirləndirilən şəxs adlı şəxslə təsadüfən Mingəçevir şəhərində tanış olmuşdur. Əmirin cinsi azlıq olmasını bilmişdir. Əmir ilə münasibətləri normal olduğundan onun maddi vəziyyətinin yaxşı olmamasını ona danışmışdır. Əmir daha sonralar kişi müştəriləri olmasını və pul müqabilində qadınlarla cinsi əlaqədə olmaq istədiklərini bildirib həmin müştərilər istədikdə pul müqabilində onlarla cinsi əlaqədə olmağı ona təklif etmişdir. Müştəridən alınan puldan ona da verəcəyini, yəni razılığa əsasən, əgər müştəri 100 manat pul verərsə, 80 manat ona, 20 manat isə Əmirə çatmalı olmuşdur. Razılığa əsasən müştəridən alınan pulun 20 faizi Əmirə qalan hissəsi isə ona çatmalı olmuşdur. Müştəridən pulu Əmir özü almalı müştəri ilə mobil telefon əlaqəsi yaxud başqa əlaqə vasitəsi qurmağı ona qadağan etmişdir. O, isə Əmirə Mingəçevir şəhər sakinləri ilə pul müqabilində cinsi əlaqədə olmaq istəmədiyini, çünki yaşadığı şəhərin sakinlərinin onun fahişəliklə məşğul olmağını bilmələrini istəmədiyini bildirmişdir. Əmir ilə bu qaydada razılaşıb Əmir özünün istifadəsində olan 070 və 050 ***-**-** saylı vhatsap nömrələrini ona, o, da özünə məxsus ***-***-**-** saylı mobil nömrəmi əlaqə saxlamaq üçün Əmirə vermişdir. Əmir isə mobil telefonun vatsap tətbiqində ona öz şəkillərini göndərməyini və müştərilərə göstərmək üçün özündə saxlayacağını bildirmişdir. Həmin vaxtdan etibarən dəqiq xatırlamadığı tarixdə 2023-cü ilin noyabr-dekabr, 2024-cü ilin yanvar-fevral aylarında bir neçə dəfə Əmir ona vatsapla zəng edərək müştəri olmasını və həmin müştərilərlə müxtəlif ünvanlarda görüşməyi yəni cinsi əlaqədə olmağı bildirmişdir. Həmin qaydada onun cinsi əlaqədə olmağının əvəzində müştərinin Əmirə verdiyi 100 manat puldan Əmir ona 80 manat pul vermişdir. Müştəri ilə görüşməyə gedəcəyi ünvanlara onu aparan taksini Əmir özü danışmış və həmin taksinin xidmət haqqını da müştəri ödəmişdir. O, Əmirin onunla görüşdürdüyü müştərilərin adı və haqqında məlumatları öyrənməmişdir. Müştərilərlə görüşəcəyi yerləri mütəmadi olaraq otelləri Əmir yaxud müştəri danışır, pulunu isə müştəri ödəmişdir. Dəfələrlə Ağdaş rayon ərazisində yerləşən “Şirvangöl” otelində və 1 neçə dəfə Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən Mərkəzi bazarın yaxınlığında yerləşən “Hamam” otelində və Mingəçevir şəhərində “Səməni” restoranının otelində müştərilərlə görüşüb cinsi əlaqədə olmuşdur. Hamam otelinə və Səməni restoranının otelinə həm o, həm müştəri şəxsiyyət vəsiqəsini təqdim etməklə giriş edib, oteldə görüşüb cinsi əlaqədə olduqdan sonra tərk etmişlər. Lakin Ağdaş rayon ərazisində yerləşən “Şirvangöl” restoranında isə hər hansı sənədləşdirmə aparılmadan giriş çıxış etmişlər. Əmir dəfələrlə onu Nərgiz adlı, Zeynəb adlı qadın ilə birlikdə kişilərlə görüşməyə göndərmişdir. Həmin qadınlar da 100 manat müqabilində cinsi əlaqədə olub və 80 manat pulu Əmirdən almışlar. Təqsirləndirilən şəxs onlara kişilərlə əlaqə saxlamağı qadağan etdiyi üçün həm də Mingəçevirdən olan şəxslərlə cinsi əlaqədə olmaqdan imtina etdiyinə görə Təqsirləndirilən şəxs göndərdiyi şəxsləri tanımamışdır. Şirvangöl otelində, Səməni otelində cinsi əlaqədə olmaq üçün ayrıca şəraitli otaqlar vardır. Hamam otelində isə verilən otaqda 1 ədəd olmaqla ayrıca çarpayı mövcud olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs “Əmoş” ləqəbi ilə təxminən 2 ilə yaxın müddətdir ki, şəhər sakini kimi tanıyır. Təqsirləndirilən şəxs cinsi azlıq nümayəndəsi olmasından məlumatı olmuşdur. 2023-cü ilin yay aylarında o, Mingəçevir şəhər M.Maqomayev prospektində yerləşən “5 plus” supermarketinin qarşısında olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb söhbət edərkən fahişəliklə məşğul olan qadın tanışları olmasını, pul müqabilində cinsi əlaqədə olmaq üçün fahişəliklə məşğul olan qadın lazım olarsa, ona müraciət edə biləcəyini demişdir. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini götürmüşdür. Həmin nömrələrdən vatsap tətbiqi olan nömrə ilə Təqsirləndirilən şəxs ilə daha sonralar, yəni 2023-cü ilin payız aylarında xarici ölkə vətəndaşı olan tanışı Mingəçevir şəhərinə gəldikdə və onunla birlikdə yeyib içdikdən sonra birlikdə qızlarla məclis qurmaq qərarına gəldikdə, özünə məxsus ***-***-**-** saylı nömrə ilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq iki qız lazım olmasını bildirmişdir. Danışıq zamanı Əmir ona vatsap vasitəsilə bir neçə nəfər qızın şəkillərini göndərmiş və qiymətləri barədə telefonla danışarkən məlumat vermişdir. Belə ki, şəklini atdığı qızların 100 manata cinsi əlaqədə olacağını, gəldikləri məclisdə 2-3 saat qalaraq cinsi əlaqədə olacaqlarını, pulu isə özü alacağını yaxud da kart vasitəsilə ödənilməsini bildirmişdir. O da Əmirin göndərdiyi qız şəkillərindən Zuzu ləqəbli (ola bilsin adı səhv xatırlayır) qadının və başqa adını bilmədiyi qadının fotoşəkillərini seçərək Əmirdən həmin qızların neçə manata gələcəklərini soruşanda, Əmir bildirib ki, hər qız üçün 100 manat olmaqla ümumilikdə 200 manat qızlar üçün pul alacaqdır. Qızların gələcəyi taksi və gedəcəkləri iaşə obyektinin pulunu isə o, ödəməli olmuşdur. Bundan sonra o, Əmirlə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Hamam” saunasının qarşısında görüşmüş və 200 manat pulu Əmirə vermişdir. Daha sonra qızlar gəlmiş və 10 manat da taksi pulu vermişdir. Zuzu və yanında gəlmiş qızla hamamda görüşüb cinsi əlaqədə olmuşlar. Həmin gün qızlardan mobil nömrələrini istəyib ki, gələcəkdə lazım olarsa, özləri ilə birbaşa əlaqə qurmaq mümkün olsun. Lakin qızlar mobil nömrələrini verməyərək, Əmirin bunu qadağan etdiyini demişlər. Həmin söhbət zamanı qızlar da onlarla cinsi əlaqə müqabilində verilmiş 100 manat pulun 20 manat hissəsini Təqsirləndirilən şəxs çatmasını ona danışmışlar. Həmin vaxtdan sonra dəqiq xatırlamadığı tarixlərdə təxminən 2023-cü ilin dekabr ayında və 2024cü ilin yanvar ayında o, Əmirlə yenə eyni qaydada əlaqə saxlayaraq qız təşkil etməsini istəmiş və Təqsirləndirilən şəxs də adlarını bilmədiyi qızları yenə 100 manat müqabilində “Hamam” saunasına göndərmişdir. Lakin 2024-cü ildə o, Təqsirləndirilən şəxs barəsində araşdırma ilə bağlı DİN-nin X7 Mübarizə Baş İdarəsinə çağırıldığı üçün barəsində xoşagəlməz söz söhbətlər yayılacağından ehtiyat etdiyi üçün mobil telefonundan Təqsirləndirilən şəxs aid vatsap yazışmalarını, habelə qızların fotoşəkillərini silmişdir. Tanışının adı Ruslandır, Rusiya Federasiyasında yaşayır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Gültəkin Məhərrəmovanın şikayətlərinin mənzmunu ona aydındır. Təqsirləndirilən şəxs “Əmoş” ləqəbi ilə təxminən 1 ilə yaxın müddətdir ki, qiyabi tanıyır. Belə ki, adını xatırlamadığı tanışından Əmirin pul müqabilində qadınların kişilərlə görüşünü təşkil etməsini öyrənmişdir. O da buna görə Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrini tanışından alaraq özündə saxlamışdır. Lakin tanışı ona Əmirlə qadın təşkil etməsi barədə mobil telefon zəngi ilə deyil ancaq vatsap tətbiqi vasitəsilə danışanda təşkil etməsini bildirmişdir. Buna görə də 2023cü ilin noyabr ayında o, Təqsirləndirilən şəxs həmin nömrələrdən dəqiq xatırlmadığı vatsap olan nömrəsi ilə özünə məxsus ***-***-**-** saylı vatsap nömrəsindən əlaqə saxlamış, Əmirlə danışarkən adının Ayxan olmasını deyib, qız təşkil etməsni ondan xahiş etmişdir. Bu zaman Əmir də etiraz etməyib danışıq zamanı qızı 100 manata təşkil edə biləcəyini demişdir. O da qiymətlə razılaşıb lakin qızın şəklini istəmişdir. Təqsirləndirilən şəxs də ona vhatsapla bir nəfər adını bilmədiyi qızın fotoşəkilini göndərmiş, o da baxıb bəyəndiyi üçün qızı göndərməsini Əmirə bildirmişdir. Bundan sonra Əmir ondan 100 manat pulu kart hesabına göndərməyini xahiş etmişdir. Vatsap vasitəsilə ona xatırlamadığı və telefonundan sildiyi kart şəklini atmış və həmin karta 100 manat pul göndərməyini demişdir. O da həmin kart hesabına 100 manat pul göndərmişdir. O, Əmirdən qızı Ağdaş şəhərinə göndərməsini bildirmişdir. Əmirlə qız birlikdə Ağdaş şəhərinə boş evə gəlmişlər. O, qızla birlikdə evə qalxdıqda Əmir çıxıb getmişdir. Qızla söhbət edərkən Əmirə göndərdiyi puldan ona pul çatıb-çatmamasını soruşanda o, narahat olmamasını verilən puldan ona da çatan hissə olmasını demişdir. Qızla cinsi əlaqədə olub qurtardıqdan sonra onu yola salmışdır. Həmin qızın adını və soyadını bilmir, ona məxsus mobil telefon nömrəsini almamış, ona görə də hər hansı məlumatı yoxdur. Təqsirləndirilən şəxs ümumilikdə ona pul müqabilində 1 dəfə qız təşkil etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, DİNnin X7 Mübarizə Baş İdarəsinin X2 baş əməliyyat müvəkkili vəzifəsində, polis polkovnikleytenantı xüsusi rütbəsində xidmət edir. xx.xx.2024-cü il tarixdə vətəndaşlar Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X3 Əmir Ərşad oğlunun onları fahişəliyə cəlb etməsi barədə müraciətləri icraatına daxil olmuşdur. Həmin müraciət əsasında barəsində şikayət olunan şəxs Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs dəfələrlə izahat verməsi üçün baş idarəyə dəvət etsə də, o, izahat verməkdən yayınaraq çağırışa gəlməmişdir. Ona görə də xx.xx.2024-cü il tarixdə baş idarənin xüsusi Mühüm İşlər üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid2 ilə birlikdə Mingəçevir şəhərinə ezam olunmuşlar. Həmin tarixdə saat 14 radələrində Mingəçevir şəhər M.Maqomayev prospektində yerləşən “Nərgiz” klinikasının yaxınlığında Təqsirləndirilən şəxs görüb onu saxlamışlar. Özlərini təqdim edərək polis əməkdaşları olmalarını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onu narkotik vasitələrə görə saxlmaqları barədə sual etdikdə onun üzərində nakrotik vasitə olmasına dair onlarda şübhə yaranmışdır. Buna görə də dərhal Mingəçevir ŞPŞ-nin Narkomaniyaya qarşı mübarizə qrupunun əməkdaşlarına məlumat verib onu da dəvət etmişlər. Adını həmin vaxt bildiyi Şahid3 adlı baş əməliyyat müvəkkili də Təqsirləndirilən şəxs saxladıqları yerə gəlmişdir. Bundan sonra birlikdə Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər və birlikdə Mingəçevir ŞPŞ-nin inzibati binasına gəlmişlər. Orada Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasına görə raport yazılmışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və ona dövlət hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra polis şöbəsinin inzibati binasında növbətçi hissənin qarşısında Təqsirləndirilən şəxs üzərinə onun müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs üzərindən sellofan bükümdə və istifadəyə hazırlanmış lampanın içərisində psixotrop maddə olan metamfetamin aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin psixotrop maddə metamfetamin olmasını və bir neçə gün əvvəl satın almasını özü istifadə etmək məqsədilə üzərində saxlayaraq daşımasını bildirmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilərək qablaşdırılaraq götürülmüş, qablaşdırmanı və tərtib olunmuş şəxsi axtarış və götürmə keçirilməsinə dair protokolu Təqsirləndirilən şəxs və müdafiəçisi, habelə o imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 Mübarizə Baş İdarəsinin Xüsusi İşlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edən Şahid2 və Mingəçevir ŞPŞ-nin CAB-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edən Şahid3 da digər Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə, ittihamın qanuni həll edilməsi üçün Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində özünü ona Azərbaycan Respublikası CM–in 243.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməməsi ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli mobil telefona baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung A 21S” markalı mobil telefonunun fotoşəkillər olan qalereyasında vatsap tətbiqi ilə göndərilmiş şəkillər olan bölməyə daxil olduqda Zərərçəkmiş şəxs1, Gültəkin Məhərrəmovaya və Zərərçəkmiş şəxs2 məxsus fotoşəkillər aşkar olunmuşdur. Mobil telefonun kontakt yəni istifadəçi ad və nömrələri yazılan bölməsinə daxil olduqda Zzəzi və dollar şəkli ilə kontakta yazılmış Zərərçəkmiş şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrə, həmin nömrə zəng tarixlərində 2024-cü ilin yanvar ayından etibarən günün müxtəlif saatlarında dəfələrlə danışıqlar aparılması, bundan başqa kontakt bölməsində “Diva” daha sonra gülüş smayliki əlavə edilmiş Zərərçəkmiş şəxs1 məxsus ***-***-**-** nömrə, həmin nömrə ilə zəng tarixçəsində 2024-cü ilin yanvar ayından etibarən müxtəlif saatlarda dəfələrlə əlaqə saxlanılması, bundan başqa kontakt bölməsində “Aşkısı Günay” gülüş smayliki qeyd edilmiş Gültəkin Məhərrəmovaya məxsus ***-***-**-** saylı nömrə həmin nömrə ilə danışıqların tarixçəsində 2024-cü ilin yanvar ayından etibarən müxtəlif tarixlərdə müxtəlif saatlarda danışıqlar aparılması aşkar olunmuşdur. Mobil telefonda “mellim qebele” adlı istifadəçi ilə qızların gecəlik yaxud bir dəfə üçün 150 manat olmasına dair, daha sonra qızların narazılıq etmələrinə dair söhbətlər əks olunması aşkar olundu. Mobil telefonda ZZəzi adlı istifadəçi ilə müştəridən alınmış pulun qızların gec gəlməsi səbəbilə narazılıq yaranmasını və müştəriyə kartla geri qaytarılmasına dair danışıqlar aparılması müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs mobil telefonda olan Nərgiz, Zeynəb və Gültəkinə aid fotoların onların özləri tərəfindən vatsap tətbiqi vasitəsilə ona göndərilməsini bildirmişdir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin özünü ona Azərbaycan Respublikası CM–in 243.1-ci maddəsi ilə elan edilmiş ittihamla təqsirli bilməməsi ilə bağlı bildirdikləri məhkəmə iclası zamanı tədqiq edilmiş mötəbər sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclası zamanı verdiyi ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynindəki qara rəngli idman şalvarının sol yan cibində 1 ədəd başlığına 1 manatlıq əskinasdan hazırlanmış boruşəkilli bükülü keçirilmiş kiçik lampa şüşəsinin içərisində təmiz çəkisi 0,134 qram, əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibində “Rothmans” markalı siqaret qutusunun içərisində sellofan bükümdə təmiz çəkisi 0,207 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli “DVD” diskə baxış protokolundan görünür ki, DVD-ə diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sol yan cibində 1 ədəd başlığına 1 manatlıq əskinasdan hazırlanmış boruşəkilli bükülü keçirilmiş kiçik lampa şüşəsinin içərisində və əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibində “Rothmans” markalı siqaret qutusunun içərisində sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 mart 2024-cü il tarixli 3-16-16-2-17/233 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə....” sözləri, imzalar və adlar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki; 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi - 0,207 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 01 (bir) ədəd başlığına 1 manatlıq pul əskinasından hazırlanmış boruşəkilli bükülü keçirilmiş kiçik lampa şüşəsinin içərisindəki, təmiz çəkisi - 0,134 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd sellofan bükümdəki və 01 (bir) ədəd başlığına 1 manatlıq pul əskinasından hazırlanmış boruşəkilli bükülü keçirilmiş kiçik lampa şüşəsinin içərisindəki metamfetaminlər kimyəvi tərkib kompanentlərinə görə eynidirlər. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1134 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə psixiatriya ekspertizasının xx.xx.2024-cü il tarixli 248 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ŞƏXSİYYƏTİN İSTERİK TİPLİ POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10cu baxış) F60.4 xəstəliyindən əziyyət çəkir. Hadisəni törədən zaman Təqsirləndirilən şəxs ŞƏXSİYYƏTİN İSTERİK TİPLİ POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri nevrotik səviyyədə və hal-hazırda kompensasiya (yaxşılaşma) mərhələsində olduğundan o, öz hərəkətlərinə qiymət vermək, hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsir altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli mobil telefona baxış protokolundan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung A 21S” markalı mobil telefonunun fotoşəkillər olan qalereyasında vatsap tətbiqi ilə göndərilmiş şəkillər olan bölməyə daxil olduqda Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd bütov bədən forması görünən fotoşəkil, 1 ədəd sinə və üz nayihələri görünən fotoşəkil, bundan başqa həmin bölmədə Gültəkin Məhərrəmovaya məxsus 1 ədəd sinə və üz nayihələri görünən fotoşəkil, 1 ədəd ümumi bədən quruluşu görünən fotoşəkil, bundan başqa həmin bölmədə Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd mini yupkada yaxası açıq vəziyyətdə bütöv bədəni görünən fotoşəkil, 1 ədəd sinə və üz nayihələri görünən fotoşəkil aşkar olunmuşdur. Mobil telefonun kontakt, yəni istifadəçi ad və nömrələri yazılan bölməsinə daxil olduqda Zzəzi və dollar şəkli ilə kontakta yazılmış Zərərçəkmiş şəxs2 məxsus ***-***-**-** saylı mobil nömrə, həmin nömrə zəng tarixlərində 2024-cü ilin yanvar ayından etibarən günün müxtəlif saatlarında dəfələrlə danışıqlar aparılması, bundan başqa kontakt bölməsində “Diva” daha sonra gülüş smayliki əlavə edilmiş Zərərçəkmiş şəxs1 məxsus ***- ***-**-** nömrə, həmin nömrə ilə zəng tarixçəsində 2024-cü ilin yanvar ayından etibarən müxtəlif saatlarda dəfələrlə əlaqə saxlanılması, bundan başqa kontakt bölməsində “Aşkısı Günay” gülüş smayliki qeyd edilmiş Gültəkin Məhərrəmovaya məxsus ***-***-**-** saylı nömrə həmin nömrə ilə danışıqların tarixçəsində 2024-cü ilin yanvar ayından etibarən müxtəlif tarixlərdə müxtəlif saatlarda danışıqlar aparılması aşkar olunmuşdur. Mobil telefonda “mellim qebele” adlı istifadəçi ilə qızların gecəlik yaxud bir dəfə üçün 150 manat olmasına, daha sonra qızların narazılıq etmələrinə dair söhbətlər əks olunması aşkar olunmuşdur. Mobil telefonda ZZəzi adlı istifadəçi ilə müştəridən alınmış pulun qızların gec gəlməsi səbəbilə narazılıq yaranmasını və müştəriyə kartla geri qaytarılmasına dair danışıqlar aparılması müəyyən olunmuşdur. Həmçinin Təqsirləndirilən şəxs mobil telefonda olan Nərgiz, Zeynəb və Gültəkinə aid fotoların onların özləri tərəfindən vatsap tətbiqi vasitəsilə ona göndərilməsini bildirmişdir. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata təqdim olunan ümumi 0,341 qram psixotrop maddə metamfetamindən tədqiqat üçün 0.100 qram (hər obyekt üçün 0.050 qram olmaqla) istifadə edildikdən sonra yerdə qalan 0,241 qram psixotrop maddə metamfetamin və içərisində metamfetamin olan lampa iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına təhvil verilməsi nəzərə alınması, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 barələrində İXM-nin 524-cü maddəsində nəzərdə tutulmuş fahişəliklə məşğul olma inzibati xətası üzrə icraat aparılması üçün qəbul edilmiş qərarın surəti aidiyyatı üzrə Mingəçevir ŞPŞ-nin İTB-nə göndərilməsi qərara alınmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2 və 244.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir ŞPŞ tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubundan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)-127/2024 nömrəli qərarına əsasən, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 barəsində Mingəçevir ŞPŞ-də inzibati xəta haqqında protokol tərtib edilməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etməklə, həmçinin istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,341 qram olan psixotrop maddə metamfetamini əldə edərək 0,207 qram hissəsini 1 ədəd sellofan bükümdə, 0,134 qram hissəsini 1 ədəd başlığına 1 manatlıq əskinasdan hazırlanmış boruşəkilli bükülü keçirilmiş kiçik lampa şüşəsinin içərisində saxlayıb daşımaqla ictimai təhlükəli əməli törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2023-cü ilin payız aylarında tanış olduğu 1990-cı il təvəllüdlü əvvəllər evlənib boşanmış himayəsində baxıma möhtac azyaşlı övladı olan və işləməyən Zərərçəkmiş şəxs1 maddi vəziyyətinin zəif olmasından istifadə edərək ona pul müqabilində tanıdığı kişilərlə cinsi əlaqədə olmasını və əldə ediləcək məbləğin 80 (səksən) faizini verəcəyini vəd edərək ələ alıb, müştərilərə seçim məqsədilə göstərməsi üçün ona məxsus fotoşəkilləri istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqinə göndərtməklə əldə etdikdən sonra 2023-cü ilin noyabr-dekabr və 2024-cü ilin yanvar ayı ərzində müştəriləri Şahid5, Şahid4 və şəxsiyyəti istintaqa bəlli olmayan kişilərlə hər dəfəsi üçün 100 manat olmaqla pul müqabilində cinsi əlaqədə olmaq məqsədilə Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Hamam” saunasında, Mingəçevir şəhəri K.Hüseynov küçəsində yerləşən “Səməni” restoranının otelində və Ağdaş rayon Şıxarx kəndində yerləşən “Şirvangöl” otelində görüşüb cinsi əlaqədə olmasını təşkil edərək kişi müştərilərdən alınan hər 100 manat puldan 20 manat məbləği özünə gəlir kimi götürüb, 80 manat məbləği isə Zərərçəkmiş şəxs1 verib Zərərçəkmiş şəxs1 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin payız aylarında tanış olduğu 2003-cü il təvəllüdlü əvvəllər evlənib boşanmış himayəsində xəstə azyaşlı övladı olan və işləməyən Zərərçəkmiş şəxs2 maddi vəziyyətinin zəif olmasından istifadə edərək ona pul müqabilində tanıdığı kişilərlə cinsi əlaqədə olmasını və əldə ediləcək məbləğin 80 (səksən) faizini verəcəyini vəd edərək ələ alıb, müştərilərə seçim məqsədilə göstərməsi üçün ona məxsus fotoşəkilləri istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqinə göndərtməklə əldə etdikdən sonra 2023-cü ilin noyabr-dekabr və 2024-cü ilin yanvar ayı ərzində müştəriləri Şahid5, Şahid4 və şəxsiyyəti istintaqa bəlli olmayan kişilərlə hər dəfəsi üçün 100 manat olmaqla pul müqabilində cinsi əlaqədə olmaq məqsədilə Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Hamam” saunasında və Ağdaş rayon Şıxarx kəndində yerləşən “Şirvangöl” otelində görüşüb cinsi əlaqədə olmasını təşkil edərək kişi müştərilərdən alınan hər 100 manat puldan 20 manat məbləği özünə gəlir kimi götürüb, 80 manat məbləği isə Zərərçəkmiş şəxs2 verib Zərərçəkmiş şəxs2 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin payız aylarında tanış olduğu 2001-ci il təvəllüdlü əvvəllər evlənib boşanmış və işləməyən Zərərçəkmiş şəxs3 (X1) maddi vəziyyətinin zəif olmasından istifadə edərək ona pul müqabilində tanıdığı kişilərlə cinsi əlaqədə olmasını və əldə ediləcək məbləğin 80 (səksən) faizini verəcəyini vəd edərək ələ alıb, müştərilərə seçim məqsədilə göstərməsi üçün ona məxsus fotoşəkilləri istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” tətbiqinə göndərtməklə əldə etdikdən sonra 2023-cü ilin noyabr-dekabr və 2024-cü ilin yanvar ayı ərzində müştəriləri Şahid5, Şahid4 və şəxsiyyəti istintaqa bəlli olmayan kişilərlə hər dəfəsi üçün 100 manat olmaqla pul müqabilində cinsi əlaqədə olmaq məqsədilə Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Hamam” saunasında, Mingəçevir şəhəri K.Hüseynov küçəsində yerləşən “Səməni” restoranının otelində və Ağdaş rayon Şıxarx kəndində yerləşən “Şirvangöl” otelində görüşüb cinsi əlaqədə olmasını təşkil edərək kişi müştərilərdən alınan hər 100 manat puldan 20 manat məbləği özünə gəlir kimi götürüb, 80 manat məbləği isə Zərərçəkmiş şəxs3 verib Zərərçəkmiş şəxs3 gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,341 qram olan psixotrop maddə metamfetamini əldə edərək 0,207 qram hissəsini 1 ədəd sellofan bükümdə, 0,134 qram hissəsini 1 ədəd başlığına 1 manatlıq əskinasdan hazırlanmış boruşəkilli bükülü keçirilmiş kiçik lampa şüşəsinin içərisində saxlayaraq daşımış, 04 mart 2024-cü il tarixdə saat 13:50 radələrində DİN-nin X7 Mübarizə Baş İdarəsinin və Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Mingəçevir şəhəri, M.Maqomayev prospektində yerləşən “Nərgiz” klinikasının yaxınlığında saxlanılaraq Mingəçevir şəhəri, H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasına gətirilib həmin gün saat 14:17-dən 14:32-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli idman şalvarının sol yan cibində 1 ədəd başlığına 1 manatlıq əskinasdan hazırlanmış boruşəkilli bükülü keçirilmiş kiçik lampa şüşəsinin içərisində təmiz çəkisi 0,134 qram, əynindəki qara rəngli idman gödəkçəsinin sol yan cibində “Rothmans” markalı siqaret qutusunun içərisində sellofan bükümdə təmiz çəkisi 0,207 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 234.1 və 243.1-ci maddələri ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 243.1-ci maddələrin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmədə ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1–ci maddəsinə əsaslanaraq təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakteriza edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı teleqramdan görünür ki, teleqramda hazırda Təqsirləndirilən şəxs ilə barışıq əldə etdiklərini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə iclası zamanı verilmiş ərizələrdən görünür ki, hazırda Təqsirləndirilən şəxs onlarla barışıq əldə etmişdir. Ona görə də ondan heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan 5 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 5 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs tərəfindən CM-in 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini müxtəlif vaxtlarda vahid niyyət və ümumi məqsədlə əhatə olunmayan halda törətməsini nəzərə alaraq qənaətə gəlir ki, ittihamın qanuni, əsaslı və ədalətli həll edilməsi üçün təqsiləndirilən şəxsin əməlində cinayətin təkrar törədilməsi halının olub-olmamasının müəyyən edilməsi, cəzanı ağırlaşdıran halların dairəsinin müəyyən olunması baxımından zəruridir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr-dekabr və 2024-cü ilin yanvar ayı ərzində müştəriləri Şahid5, Şahid4 və şəxsiyyəti istintaqa bəlli olmayan kişilərlə hər dəfəsi üçün 100 manat olmaqla pul müqabilində cinsi əlaqədə olmaq məqsədilə müxtəlif yerlərdə görüşüb cinsi əlaqədə olmasını təşkil edərək kişi müştərilərdən alınan hər 100 manat puldan 20 manat məbləği özünə gəlir kimi götürüb, qalan məbləği isə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 verib zərərçəkmiş şəxsləri gəlir əldə etmək məqsədi ilə dəflərlə fahişəliyə cəlb etmişdir. Bununla da o, CM-in 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini üç dəfə qəsdən törətmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin eyni bir maddəsi ilə nəzərdə tutulan cinayəti əməlini üç dəfə qəsdən törətmiş və heç birinə görə məhkum olunmamış, həmçinin heç bir cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə görə həmin Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 243.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə hər bir cinayətə görə ayrılıqda azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, həmin Məcəllənin 66.2ci maddəsində nəzərdə tutulan qaydada təyin olunmuş cəzaları qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi barədə və təqsirləndirilən şəxsin MSY-dən dərhal azad edilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, xx.xx.2024–cü il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, məhkəmə psixiatriya ekspertizasının xx.xx.2024-cü il tarixli 248 nömrəli rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs psixi xəstə olması onun barəsində narkomaniyadan məcburi müalicə təyin olunmasını istisna edir. Bununla yanaşı, məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra yerdə qalan 0,241 qram psixotrop maddə metamfetamin və içərisində metamfetamin olan lampa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekspertiza tədqiqatının dəyəri olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci və 243.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-in 234.1-ci maddəsi ilə 7 (yeddi) ay, CM-in 243.1-ci maddəsi ilə 11 (on bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanmaq yolu ilə ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra yerdə qalan 0,241 qram psixotrop maddə metamfetamin və içərisində metamfetamin olan lampa hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71,94 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-127/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-127/2024
14.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver