Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-128/2021 09.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Ədliyyə müşaviri X4, müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1970-ci ildə Oğuz rayonunun Dəymədərə kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Mingəçevir şəhəri Nizami prospekti ev 2, mənzil 16-da qeydiyyatda olmaqla faktiki olaraq Mingəçevir şəhəri A.Məmmədov küçəsi ev 10/1 mənzil 15-də yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 14 mart 2021-ci il il tarixdə saat 14:30 radələrində özgənin əmlakını talamaq məqsədi ilə Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən «Şəhidlər Xiyabanı»nın qarşısı ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 yaxınlaşaraq onun cəhrayı rəngli, üzərində «paxlava» formalı naxışlar və dəri materialından olan pul qabını əlindən alıb qaçarkən sonuncunun səslə qışqırmasını eşidən Şahid1 tərəfindən təqib olunmasını görüb pul qabının içərisindən 50 (əlli) manat məbləğində nağd pulu götürdükdən sonra pul qabını zibilliyə atıb Zərərçəkmiş şəxs1 50 (əlli) manat məbləğində pulunu açıq talamış, yəni soyğunçuluq etmişdir. Bundan başqa o, 17 mart 2021-ci il il tarixdə saat 14:30 radələrində təkrar özgənin əmlakını talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında yerləşən bankomatdan pul nağdlaşdırıb götürdüyünü görüb onu təqib etmiş, sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən binanın blokuna girdiyini görüb arxasınca bloka girərək binanın 3-cü mərtəbəsində Zərərçəkmiş şəxs2 arxadan qucaqlamış, sonuncunun əynindəki qara rəngli uzun jaketin sol yan cibindən 267 (iki yüz altmış yeddi) manat məbləğində nağd pulu çıxardıqdan sonra onu aktiv müdafiə olunma və təqib imkanından məhrum etmək üçün həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək itələyib yıxmaqla Zərərçəkmiş şəxs2 267 (iki yüz altmış yeddi) manat məbləğində pulunu açıq talamış, yəni təkrar soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-in 180.2.2 və 180.2.4-cü maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmir. «Pandemiya»dan əvvəl fərdi işlərlə məşğul olub ailəsini dolandırmışdır. Əvvəllər maddi imkanı yaxşı olsa da, son iki ildə maddi vəziyyəti pisləşmişdir. Son vaxtlar işləmədiyi üçün maddi vəziyyətində sıxıntı yaranmış və ailəsini dolandırmaqda çətinlik çəkmişdir. Belə ki, haraya getsə də, onu işə götürməmişlər. Bu səbəbdən də, pul qazanaraq maddi sıxıntını aradan qaldırmaq üçün yollar axtarmışdır. Bu minvalla pensiya verilən vaxt bankomatların qarşısında dayanaraq köməksiz və yaşlı adamlardan pul çıxaran olsa, onların əlindən pullarını alıb maddi vəziyyətini yaxşılaşdırmaq qərarına gəlmişdir. Əvvəlcə 14 mart 2021-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerələşən «Şəhidlər Xiyabanı»nın yanındakı "xxxx" ASC-yə aid bankomatdan pul çıxaran şəxsləri müşahidə edəndən sonra Zərərçəkmiş şəxs1 bankomatdan pul çıxarmasını, pul qabına qoyub hərəkətə başlamasını görüb onun arxasınca 5-10 metr məsafə qət edəndən sonra pul kisəsini əlindən alaraq qaçmış, orada sonradan adını bildiyi Nurlan adlı şəxs arxasınca qaçıb onu təqib etmiş, bir qədər qaçdıqdan sonra Şahid1lə aralarındakı məsafənin çox olmasını, Şahid1 çatıb onu tuta bilməyəcəyinə əmin olub dayanmış, pul qabının içindən 50 (əlli) manat pulu götürmüş, içində şəxsiyyət vəsiqəsi və plastik kartlar olmasını görmüş, onlara deyil, yalnız nağd pula ehtiyacı olduğundan pul qabını içində olan sənəd və əşyalarla birlikdə zibilliyə ataraq qaçmışdır. Sonra bir müddət o, işlə məşğul olmamış, həmin pulu isə şəxsi ehtiyaclarına sərf edəndən sonra 17 mart 2021-ci il tarixdə 12 radələrində artıq Mingəçevir şəhəri Nizami küçəsində yerləşən «5+» super marketinin yanındakı "xxxx" ASC-nin bankomatının qarşısına gəlmişdir. Oraya çoxlu sayda şəxslərin toplaşmasının şahidi olmuş, ətrafı müşahidə edərək yenidən yaşlı və köməksiz şəxslərin pulunu ələ keçirmək barədə düşünsə də, əvvəlcə fürsət yaranmamışdır. Sonradan saat 14 radələrində iki nəfər yaşlı qadının pensiya pullarını bankomatdan çıxarıb aralaşaraq Ş.İ.Xətai küçəsində yerləşən 14 saylı orta məktəb istiqamətində hərəkətdə olduqlarını görüb arxalarınca düşüb onları izləməyə başlamışdır. Sonradan adını və soyadını bildiyi Zərərçəkmiş şəxs2 pulunu əynindəki qara rəngli uzun jaketinin sol yan cibinə qoymuşdur. Onunla aralarında 20 metr məsafə buraxaraq həmin məsafədən onu Ş.İ Xətai 9 ünvanında yerləşən əczəxanaya qədər izləmişdir. Zərərçəkmiş şəxs2 həmin ünvandakı əczəxanaya girərək 10 dəqiqədən çox orada qaldıqdan sonra isə əczaxandan çıxıb yanındakı başqa bir qadınla yoluna dava edərək Ş.İ.Xətai küçəsi 6 ünvanında yerləşən binaya gəldikdə onu izləmişdir. Qadınlar bir-birlərindən ayırldıqdan sonra əvvəlcə Zərərçəkmiş şəxs2 binanın qarşısındakı oturacaqda oturub 5-6 dəqiqə müddət ərzində dincəldikdən sonra isə durub bloka daxil olaraq pilləkənlərlə yaşadığı mənzilə çıxmaq istəyəndə onun arxasınca çıxmışdır. Əvvəlcə 3-cü mərtəbədə onu ötüb keçdikdən sonra isə mərtəbəni səhv saldığını bəhanə gətirərək geri qayıtmış, diqqətini yayındırmaq üçün Zərərçəkmiş şəxs2 arxadan qucaqlayıb «xalam» deyə müraciət etmiş, daha sonra isə jaketinin sol cibində olan pulu çıxarıb onu itələyərək yıxmış və qaçmağa başlamışdır. Zərərçəkmiş şəxs2 onu arxadan səsləyərək qayıtmağımı tələb etsə də, bunu etməyərək binanın arxası ilə qaçaraq hadisə yerindən uzaqlaşmışdır. Oradan bir başa Mingəçevir şəhərinin Havarlı küçəsi istiqamətində getmiş, bir qədər orada gəzəndən sonra evə qayıtmışdır. Şəhər ərazisində gəzdiyi bir saat müddət ərzində ələ keçirdiyi pulu saydıqda onların 2 ədəd 100 manatlıq, 5 və 1 manatlıqlardan ibarət olmaqla cəmi 250 (iki yüz əlli) manat pul olmasını müəyyən etmişdir. Daha sonra isə evə qayıdaraq həmin pulu 3 gün ərzində şəxsi və ailə xərclərinə sərf etmişdir. 20 mart 2020-ci il tarixdə saat 20:00 radələrində yaşadığı binanın yanında olan zaman mülki geyimdə olan şəxslər yaxınlaşaraq Mingəçevir polis şöbəsinin əməkdaşları olduqlarını deyərək özlərini təqdim etikdən sonra Zərərçəkmiş şəxs2 qarşı soyğunçuluq etməkdə şübhələnildiyinə görə polis şöbəsinə getməli oduğunu bildirmişlər. Etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı hər hansı zor təbtiq etməmiş, onlara bədən xəsarəti yetirməmişdir. Mingəçevir şəhəri və ətraf rayonların ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Sonradan zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tam ödəmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmədən ifadəsində göstərdiyi halları nəzərə alaraq ona daha yümgül cəza verilməsini xahiş edir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 14 mart 2021-ci il tarixdə təxminən saat 14 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən «Şəhidlər xiyabanı»nın qarşısındakı səki ilə şəhər İcra hakimiyyəti istiqamətində hərəkətdə olarkən ona məxsus cəhrayı rəngli pul qabı da sağ əlində olmuşdur. Pul qabının içərisində 50 (əlli) manat məbləğində pul, şəxsiyyət vəsiqəsi və plastik kartlar olmuşdur. Qəflətən özü də bilmədən sonradan adını və soyadının öyrəndiyi Təqsirləndirilən şəxs sağ qolunda olan pul qabını götürüb yolu sağdan sola keçərək «Güllü bağ» deyilən ərazi istiqamətində qaçmışdır. Qışqırıb onu səsləsə də, geri qayıtmamışdır. Yaxınlıqdan keçən, adının və soyadının Şahid1 olduğunu sonradan bildiyi şəxsdən Təqsirləndirilən şəxs qovub tutaraq pul qabını alaraq ona qaytarmasını xahiş etdikdə o, Təqsirləndirilən şəxs arxasınca qaçmağa başlamışdır. Şahid1 də onu səsləyərək pulu qabını qaytarmasını tələb etsə də, Təqsirləndirilən şəxs geri qayıtmayaraq qaçmışdır. Həmin vaxt çarəsiz qalıb istifadəsində olan mobil telefon nömrəsindən Azərbaycan Respublikası DİN-in «102 xidməti»nə zəng edib baş verənlər barədə məlumat vermişdir. Az müddət keçmiş Şahid1 pul qabını gətirib ona verdikdə Təqsirləndirilən şəxs pul qabını binaların qarşısındakı zibilxanaya atıb qaçmasını öyrənmişdir. Pul qabını yoxlayan zaman içində olmuş 50 (əlli) manat puldan başqa şəxsiyyət vəsiqəsi və plastik pul kartlarının hamısının yerində olmasını müəyyən etdikdən sonra isə oraya polis əməkdaşları gəlmişlər. Onlarla birlikdə polis şöbəsinə gələrək ərizə vermişdir. Özünə məxsus pul qabını 1 il əvvəl 6 (altı) manata almışdır. Hadisə baş verən gün pul qabından Təqsirləndirilən şəxs tərəfindən 50 (əlli) manat pulundan başqa nə isə götürülməmişdir. Təqsirləndirilən şəxs pul qabını əlindən alanda ona qarşı zor tətbiq etməmiş, zor tətbiq etməklə də hədələməmişdir. Sadəcə olaraq pul qabını dartıb əlindən alandan sonra qaçıb uzaqlaşmış, onu səsləsə də, geri qayıtmamışdır. Bədən səthində xəsarət olmadığından MTE-dan keçməyə ehtiyacı yoxdur. Pul qabını isə məhkəməyədək saxlamaq üçün ona təhvil vermişlər. Sonradan təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qərar çıxararkən ifadəsində göstəediyi halları nəzərə almasını xahiş etmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, dövlətdən 267 (iki yüz altmış yeddi) manat məbləğində pensiya alıb həmin pensiya hesabına da dolanır. Onun "xxxx" ASC-yə aid plastik pensiya kartı vardır. Hər ay pensiya veriləndə kartını da götürüb Mingəçevir şəhəri Nizami küçəsində yerləşən «5+» super marketinin qarşısındakı bankomatda pulunu kartın hesabından nağdlaşdırıb çıxarır. 17 mart 2021-ci il tarixdə saat 12:30 radələrində pensiya kartını da götürüb Nizami 13 ünvanında yerləşən baknomata getmişdir. Onunla bərabər qonşusu Şahid2 da pensiyasını almağa getmişdir. Saat 13:20 radələrində pensiyalarını bankomatda nağdlaşdırıb çıxardıqdan sonra 267 (iki yüz altmış yeddi) manat məbləğində pulu əynindəki jaketin sol yan cibinə qoymuş, evə qayıdarkən saat 14:10 radələrində Ş.İ.Xətai küçəsində yerləşən əczaxanaya girib özü üçün təzyiq ölçən aparat aldıqdan sonra isə qızı Aytənlə telefon əlaqəsi saxlayaraq həzm sistemimin yaxşılaşdırlması üçün «Omez» adlanan dərman preparatını almışdır. Əczəxanada aldıqlarının haqqını pul qabından çıxarıb versə də, pensiyasını xərcləməmişdir. Pensiyası 2 ədəd 100 manat, 5 və 1 manatlıq əskinaslandan ibarət olmuşdur. Onları jaketinin sol yan cibinə qoyaraq əlində tutub yaşadığı binaya tərəf gəlmişdir. Binaya çatanda Şahid2 ilə yolları ayrılmışdır. Bir qədər binanın qarşısında stolda oturub dincini aldıqdan sonra ayağa qalxıb yaşadığı bloka daxil olmuşdur. Bloka daxil olanda sağ əlində içərisində təzyiq aparatı, pul qabı və dərman preparatı olan sellofan torba olmuşdur. Mobil telefonu isə əynindəki jaketin sağ cibində olmuşdur. Binanın 5-ci mərtəbəsində yerləşən mənzilinə pilləkənlərə qalxarkən saat təxminən 14:30 radələrində arxadan addım səsləri eşitmişdir. 3 və 4-cü mərtəbələrin arasında olan zaman bir nəfər hündür boylu, arıq bədən qurluşlu, əynində göy rəngli cins şalvar, qara rəngli gödəkçə, qara rəngli idman papağı və qara rəngli ayaqqabı olan üzü maskalı orta yaşlı şəxs onu ötüb keçmiş, dördüncü mərtəbənin bərabərliyində olan zaman o, qəfətən səhv qalxmasını deyərək geriyə qayıdaraq onu «xala» deyə çağırıb arxadan qucaqlamışdır. Arxaya dönüb onun üzünə baxanda isə əynindəki jaketin sol yan cibində olan 267 (iki yüz altmış yeddi) manat məbləğində pulu cibindən çıxararaq onu itələyib yıxmışdır. Ayağa qalıxıb onu arxadan səsləsə də, geri qayıtmamış, pulunu götürüb hadisə yerindən qaçmışdır. Həmin vaxt dərhal 3-cü mərtəbədə yaşayan qonşusu Mircalal Heydərovun evinə girərək onun istifadəsində olan telefondan «102» yə zəng etməsini xahiş etmişdir. Daha sonra isə oraya polis əməkdaşları gəldikdə onlarla birlikdə polis şöbəsinə gələrək ərizə yazmış və izahat vermişdir. Sonradan təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən qərar çıxararkən ifadəsində göstəediyi halları nəzərə almasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanısa da, Zərərçəkmiş şəxs2 isə sonradan televiziyada gedən «xəbərlər» verilişinə baxıb qiyabi olaraq tanımışdır. Cinayət hadisələrini törətmiş Təqsirləndirilən şəxs ilə aralarında hər hansı qohumluq əlaqəsi və ya ədavət yoxdur, onu əvvəllər tanımamışdır. Belə ki, 14 mart 2021-ci il tarixdə saat 14:00 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən «Şəhidlər xiyabanı»nına gələrək orada dəfn edilmiş şəhidlərin məzarını ziyarət etmiş, bir müddət xiyabanda olub sonra xiyabanı tərk etmişdir. Saat 14:30 radələrində yolu soldan sağa keçmək istəyən zaman xiyabanın qarşısındakı piyada səkisində Zərərçəkmiş şəxs1 ağlaya-ağlaya yaxınlaşaraq təxminən 50 metrdən çox məsafədə qaçan şəxsi əli ilə göstərib həmin şəxsin ona məxsus pul qabını əlindən alaraq qaçmasını bildirməklə ona məxsus pul qabını şəxsin əlindən almasında köməklik etməyini xahiş etmişdir. Sonradan tanıdığı Təqsirləndirilən şəxs qaçmasını görüb onun arxasınca qaçmış, arxasınca qaçarkən qışqırıb dayanmasını və pul qabını geri qaytarmasını tələb etsə də, o, qulaq asmayaraq qaçmağa davam etmişdir. Şəhidlər xiyabanı»nın yaxınlığında olan «Güllü bağ» deyilən əraziyə tərəf qaçmış, sonra isə sağa döynüb pul qabını orada olan binalardan birinin qarşısındakı zibilliyə ataraq yenidən qaçmışdır. O, pul qabını götürüb Zərərçəkmiş şəxs1 verdikdən sonra Zərərçəkmiş şəxs1 pulu qabını yoxlayanda içərisindən 50 (əlli) manat pulun götürülməsini demişdir. Bundan sonra evə getmiş, daha sonra isə televizorda yayımlanan verilişə baxanda Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs şəxsiyyət barədə məlumatı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 qonşusudur. Zərərçəkmiş şəxs1 isə tanımır. Təqsirləndirilən şəxs ilə aralarında hər hansı qohumluq əlaqəsi və ya ədavət yoxdur. 17 mart 2021-ci il tarixdə saat 14:40 radələrində evdə istirahət edən zaman yaşadığı mənzilin girişində səs-küy eşitdiyindən dərhal bayıra çıxmışdır. Giriş qapısını açıb bayıra çıxanada səs-küy salanın qonşusu Zərərçəkmiş şəxs2 olmasını görüb nə baş verməsini soruşanda 3 və 4-cü mərtəbələrin arasında tanımadığı şəxsin onu araxadan qucaqlayaraq jaketinin sol yan cibində olan 250 (iki yüz əlli) manat məbləğində pulunu götürüb qaçdığını bildirmişdir. Həmin adam tutub saxlamağını xahiş edəndə artıq gec olmasını başa düşmüş, dərhal Azərbaycan Respublikası DİN-nin «102 xidməti»nə zəng edərək bu barədə məlumat vermişdir. Aradan az bir müddət keçmiş Mingəçevir polisinin əməkdaşları hadisəsi yerinə gəlmişlər. Orada hadisə yerinə baxış keçirəndən sonra Zərərçəkmiş şəxs2 polis əməkdşları ilə birlikdə şöbəyə gedib ərizə və izahat vermişdir. Aradan 3 gün keçmiş Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmiş şəxs Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə Şahid2 izləyərkən, pulu ələ keçirib qaçanda təhlükəsizlik kameralarına düşməsini öyrənmişdir. Sonradan Zərərçəkmiş şəxs2 ona 250 (iki yüz əlli) deyil, 267 (iki yüz altmış yeddi) manat pulunun Təqsirləndirilən şəxs tərəfindən ələ keçirilməsini demişdir. Zərərçəkmiş şəxs1 başına gələnlər barədə məlumatı yoxdur. Şahid2 Ənvər qızı məhkəmə iclası zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 qonşusudur. Zərərçəkmiş şəxs1 isə tanımır. Təqsirləndirilən şəxs ilə aralarında hər hansı qohumluq əlaqəsi və ya ədavət yoxdur. 17 mart 2021-ci il tarixdə saat 12:40 radələrində Zərərçəkmiş şəxs2 ilə birlikdə pensiyalarını almaq üçün əvvəlcə evlərinin yaxınlığındakı "xxxx" ASC-nin bankomatına getmişlər. Orada xeyli vaxt gözləsələr də, növbə çox olduğundan pullarını almaq üçün Nizami küçəsində yerləşən «5+» marketinin yanında qurraşdırılmış bankomatın yanına getmişlər. Orada bir müddət gözlədikdən sonra pensiyalarını nağdlaşdıraraq evə qayıdarkən Ş.İ.Xətai küçəsində yerləşən əczaxanaya girmişlər. Əczaxanadan müəyyən dərman ləvazimatları alaraq çıxdıqdan sonra isə Zərərçəkmiş şəxs2 ilə birlikdə onun yaşadığı binanın qarşısına tərəf getmişlər. Saat təxminən 14:30 radələrində onunla sağollaşandan sonra evə getmişdir. Aradan 1 saat vaxt keçmiş Zərərçəkmiş şəxs2gilin binasının qarşısında polis əməkdaşlarının yığışdığını görüb oraya getmişdir. Oraya çatanda Zərərçəkmiş şəxs2 pulunun tanımadığı şəxs tərəfindən ələ keçirilməsini öyrənmişdir. Zərərçəkmiş şəxs2 ilə söhbət zamanı 3 və 4-cü mərtəbələrin arasında tanımadığı şəxsin onu araxadan qucaqlayaraq jaketinin sol yan cibində olan 267 (iki yüz altmış yeddi) manat məbləğində pulunu götürdüyünü bildirmişdir. Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları hadisəsi yerinə gəlmişlər. Orada hadisə yerinə baxış keçirəndən sonra Zərərçəkmiş şəxs2 onlarla birlikdə polis şöbəsinə gedib ərizə və izahat vermişdir. Aradan 3 gün keçmiş Zərərçəkmiş şəxs2 pulunu ələ keçirmiş şəxs Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs pensiya pul almaqdan gələn zaman onları izləyərkən və pulu götürüb qaçanda təhlükəsizlik kamerasına düşməsini öyrənmişdir. Zərərçəkmiş şəxs1 başına gələnlər barədə başqa məlumatı yoxdur. Cinayət işi materiallarında olan 15.03.2021-ci il tarixli qəbzdən görünür ki, 1 ədəd cəhrayı rəngli pul qabı məhkəməyədək saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs1 təhvil verilmişdir. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə 28 amy 2021-ci il tarixli Qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd cəhrayı rəngli üzərində «paxlava» formalı naxışlar və dəri materialından olan pul qabı iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq məhkəməyədək saxlanılması üçün sahibəsinə qaytarılması nəzərə alınmışdır. İş materialarında olan 8 saylı MİS tərəfindən verilmiş 26.05.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 8 saylı MİS-ə heç bir şikayət və ya bu tipli digər məlumat daxil olmamışdır. İş materialarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 27.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 14 mart 2021ci il il tarixdə saat 14:30 radələrində özgənin əmlakını talamaq məqsədi ilə Mingəçevir şəhəri 20 Yanvar küçəsində yerləşən «Şəhidlər Xiyabanı»nın qarşısı ilə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs1 yaxınlaşaraq onun cəhrayı rəngli, üzərində «paxlava» formalı naxışlar və dəri materialından olan pul qabını əlindən alıb qaçarkən sonuncunun səslə qışqırmasını eşidən Şahid1 tərəfindən təqib olunmasını görüb pul qabının içərisindən 50 (əlli) manat məbləğində nağd pulu götürdükdən sonra pul qabını zibilliyə atıb Zərərçəkmiş şəxs1 50 (əlli) manat məbləğində pulunu açıq talamış, yəni soyğunçuluq etmişdir. Bundan başqa o, 17 mart 2021-ci il il tarixdə saat 14:30 radələrində təkrar özgənin əmlakını talamaq məqsədi ilə Zərərçəkmiş şəxs2 ünvan 1 ünvanında yerləşən bankomatdan pul nağdlaşdırıb götürdüyünü görüb onu təqib etmiş, sonuncunun yaşadığı ünvan 2 ünvanında yerləşən binanın blokuna girdiyini görüb arxasınca bloka girərək binanın 3-cü mərtəbəsində Zərərçəkmiş şəxs2 arxadan qucaqlamış, sonuncunun əynindəki qara rəngli uzun jaketin sol yan cibindən 267 (iki yüz altmış yeddi) manat məbləğində nağd pulu çıxardıqdan sonra onu aktiv müdafiə olunma və təqib imkanından məhrum etmək üçün həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edərək itələyib yıxmaqla Zərərçəkmiş şəxs2 267 (iki yüz altmış yeddi) manat məbləğində pulunu açıq talamış, yəni təkrar soyğunçuluq etmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 180.2.2 və 180.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxs Xəlilov İntizama qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam həcmdə ödənilmişdir, onun təqsirləndirilən şəxs Xəlilov İntizama qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, əməlini etiraf etməsini, səmimi peşmanlıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını və onlara dəymiş ziyanı tam ödəməsini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarına əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 4(051)-38/2021 saylı, 22.03.2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 (üç) ay həddində müəyyən edilmiş, həbsdə saxlama müddətinin əvvəli 20 mart 2021-ci ildən hesablanmışdır. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı həbsdə saxlandığı vaxtdan, yəni 20 mart 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınmış saxlanılması üçün zərərçəkmiş şəxs X2 verilmiş bir ədəd cəhrayı rəngli üzərində paxlava formalı naxışlar və dəri materialdan olan pul qabı zərərçəkmiş şəxs X2 qaytarılması nəzərə alınmalıdır. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 180.2.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 20 mart 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış saxlanılması üçün zərərçəkmiş şəxs X2 verilmiş bir ədəd cəhrayı rəngli üzərində paxlava formalı naxışlar və dəri materialdan olan pul qabı zərərçəkmiş şəxs X2 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil X5 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 (bir yüz səksən) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-128/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-128/2021
09.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver