Məhkəmə qərarları › İş №1(051)-129/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-129/2020

05.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-129/2020 05.11.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi X7 iştirakı ilə Təqsirləndirilən şəxs -xx.xx.1980-ci ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, X15 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 120.2.4-cü maddəsinə əsasən 13 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməyən, Mingəçevir şəhəri Gülşən Bağlar massivində yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ2109” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili Mingəçevir şəhəri Samux küçəsi ilə Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, 60 km çox olmayan sürətlə hərəkət etməli olduğu halda, buna əməl etməyib gəldiyi 70 km/saat sürətlə öz hərəkət zolağında hərəkətini davam etdirərək həmin vaxt Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ilə Samux küçəsinin kəsişdiyi yol ayrıcında velosipedlə yolu sağ tərəfindən sol tərəfə doğru keçən X6 idarə etdiyi “VAZ-2109” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə vurub yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə ona açıq kəllə-beyin travması, baş-beyin toxumasının ödəmi, baş beyin toxumalarının qansızması və əzilməsi, epidural hematoma, alın sümüyünün, sol gicgah və burun nahiyyələrinin açıq yaralı xəsarətlərinin əmələ gəlməsinə səbəb olan, yetirilərkən insan həyatı üçün təhlükəli olduğundan ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 ağır zərər vurmuş və Gündüz Məmmədov aldığı xəsarətlərdən xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər mərkəzi xəstəxanasında ölmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək birdirdi ki, xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi “VAZ- 2109” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla şəhərin Samux küçəsi ilə Xaldan qəsəbəsi istiqamətinə hərəkətdə olmuşdur. Bu zaman Əkşəm kəndində yaşayan tanışı Ramin ona zəng edərək, onu yaşadığı kənddən Mingəçevir şəhərinə gətirməsini xahiş etmişdir. O, idarə etdiyi avtomobil ilə 60-70 km/saat sürətlə Samux küçəsi ilə hərəkətdə olan zaman Mingəçevir şəhər “Tekstil” fabriki qarşısına çatdıqda yol ayrıcından bir nəfər şəxs velosipedlə onun idarə etdiyi avtomaşının yoluna çıxdı və o, həmin vaxt avtomobilin əyləcini basdı, lakin abtomobil dayanmadı. O, idarə etdiyi avtomobilin qabaq kapotunun orta hissəsi ilə velosipedçini vurdu. Zərbənin təsirindən velosipedçi kapot örtüyünə, sonra isə avtomobilin qabaq örtük şüşəsinə dəydi. O, dərhal əyləci basıb hərəkətini dayandırdı və avtomobildən endi. Yerdə uzanan tanımadığı bir nəfər kişini vurduğunu gördü. Həmin şəxsi qaldırıb avtomobilinə qoyub şəhər mərkəzi xəstəxanasına apardı və dərhal hadisə yerinə qayıtdı. Hadisə yerinə gəlmiş polis əməkdaşları onun iştirakı ilə hadisə yerini müayinə etdilər. Əməlindən peşimandır. Zərərçəkmiş şəxsin hüququ varisi X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəməyə gəlməmişdir. Lakin məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını və təqsirləndirilən şəxsə yüngül cəza verməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüququ varisi X8 ibitdai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Gündüz Məmmədov onun oğludur. Gündüz xx.xx.1968ci ildə anadan olmuşdur. Oğlu fiziki cəhətdən qüsurlu olsa da, İİİ qrup əlil olsa da işləyirdi. Avtomaşınların oturacaqlarına çexol tikir, ailəsini dolandırırdı. Hər gün səhər işə gedir, axşam saat 18-19 radələrində evə qayıdırdı.İşə velosipedlə gedib-gəlirdi. xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində işdən çıxıb evə gələn zaman velosipedlə Samux küçəsində yol keçərkən Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla onu vurmuşdur. Oğlu aldığı xəsarətlərdən həmin gün Mingəçevir şəhər xəstəxanasında ölmüşdür. Bu barədə ona qızı Hicranın əri Elman zəng edib bildirdikdən sonra məlumatı olmuşdur.Hazırda onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid kimi didirilmiş X14 ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində Mingəçevir ŞPŞ-də DYPB-nin YPX inspektoru vəzifəsində işləyən X14 ilə birlikdə xidmətdə idi. Bu zaman Mingəçevir şəhəri Samux küçəsində yol nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil oldu. Hadisə baş verən yerə çatdıqda həmin vaxt “VAZ-2109” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobil öz hərəkət zolağından çıxaraq əks hərəkət zolağında dayanmışdı. Məlum oldu ki, həmin abtomobilin sürücüsü yolu keçən velosipedçini vurmuş, sonra sürücü həmin şəxsi xəstəxanaya aparmışdı. Məhkəmə iclasında şahid kimi dindirilmiş PŞ-nin də DYPB-nin YPX inspektoru işləyən Şahid1 da şahid X10 ifadəsinə uyğun ifadə verdi. Təqsirləndirilən şəxs əməli Şahid3 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. İşin 31-34-cü vərəqlərində olan məhkəmə tibb ekspertizasının 20 saylı xx.xx.2020-ci il tarixli rəyində göstərilir ki, 1968-ci il təvəllüdlü X2 meyidinin müayinəsi zamanı aşkar olunan xəsarətlər-açıq kəllə-beyin tarvması. Baş-beyin toxumasının ödemi. Baş-beyin toxumalarının qansızması və əzilməsi, epidural hematoma, alın sümüynün, sol gicgah sümüyünü, burun sümüklərinin sınıqları, sol dirsək vəsol saidin sıyrıqları, ənsə alın,sol gicgah və burun nahiyyələrinin açıq yaraları, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci tarixdə hərəkətdə olan avtomobilin hərəkətdə olan piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər, ağırlıq dərəcələrinə görə sağlam şəxslər üçün götürdükdə, xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aiddirlər, onun almış olduğu xəsarətlərlə ölümü arasında birbaşa səbəbli əlaqə vardır. İşin 74-76-cı vərəqlərində olan məhkəmə avtotexniki ekspertizasının 8/1152 saylı xx.xx.2020-ci il tarixli rəyində göstərilir ki, “VAZ-2109” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 19 radələrində idarə etdiyi “VAZ-2109” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili maksimum sürətin 70 km/saata qədər məhdudlaşdırıldığı Mingəçevir şəhəri Samux küçəsi ilə Yevlax rayonu Xaldan qəsəbədi istiqamətində 60-70 km/saat sürətlə hərəkət etdirərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyib gəldiyi 60 km/saat sürətlə öz hərəkət zolağında hərəkətini davam etdirərək həmin vaxt Mingəçevir şəhəri Samux küçəsi ilə avtomobil yoluna çıxıb yolu sağ yan kənarından sol tərəfə keçmək istəyən piyada 1968-ci il təvəllüdlü X6 idarə etdiyi “VAZ-2109” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə vurub yol nəqliyyat hadisəsi törətmiş, nəticədə ona açıq kəllə-beyin travması, baş-beyin toxumasının ödemi, baş beyin toxumalarının qansızması və əzilməsi, epidural hematoma, alın sümüyünün, sol gicgah sümüyünü, burun sümüklərinin sınıqları, sol dirsək və sol saidin sınıqları, ənsə alın, sol gicgah və burun nahiyyələrinin açıq yaraları xəsarətləri yetirilərkən insan həyatı üçün təhlükəli olduğundan ehtiyatsızlıqdan zərərçəkmiş şəxs piyada X1 ağır zərər vurmuş və Gündüz Məmmədov aldığı xəsarətlərdən xx.xx.2020-ci il tarixdə Mingəçevir şəhər mərkəzi xəstəxanasında ölmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 68-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. Zərərçəkmiş şəxsin hüququ varisi X3 işin 57-ci səifəsində olan notarial qaydada təsdiq edilmiş ərizəsində və məhkəməyə göndərdiyi teleqramada göstərilir ki, onun Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi, əməlindən peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması Cinayət Məcəlləsinin 59.1.1, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal yoxdur. İşin 77-ci vərəqəsində olan tələbnamədən və 80-ci vərəqəsində olan X15 İşlər üzzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökümdən görünür ki, Paşayev X13 Məcəlləsinin 120.2.4-cü maddəsi təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxsm hazırda törətmiş olduğu cinayət ehtiyatsızlıqdan törədilmiş cinayət olduğuna görə cinayətlərin residivini yaratmır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki tələb və maddi sübut yoxdur. Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 100 manat Təqsirləndirilən şəxs alınıb dövlət bücdəsinə keçirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs baş vermiş hadisədən sonrakı davranışını, cəzanı yüngülləşdirən halları nəzərə alaraq onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirini hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını qanuna müvafiq və ədalətli hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını mənətəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 gün müddətinə Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar