Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-129/2024 22.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 1965-ci ildə Füzuli rayonu Yağlıvənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, məhkumluğu olmayan, Füzuli rayonu Yağlıvənd kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 26-cı məhəllə 38/68№li evin, 17 №li mənzilində yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əla keçirmək məqsədi ilə özünün müxtəlif tanışları olduğunu və həmin tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs əlilliklə bağlı pensiya almasına köməklik edəcəyini yalan vəd edib Zərərçəkmiş şəxs aldadılmasına nail olduqdan sonra 2023-cü ilin mart ayının ortalarında Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən "Zərifə Əliyeva" adına Göz Klinikasının yaxınlığında 2000 manat məbləğdə, daha sonra Zərərçəkmiş şəxs Mingəçevir şəhəri, C.Əliyev küçəsində yerləşən "5+ Supermarket”-də quraşdırılmış elektron ödəmə sistemi terminalı vasitəsi ilə onun təqdim etdiyi seriya nömrəsi istintaqa məlum olmayan kart hesabına göndərdiyi 1000 (min) manat məbləğdə, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 3000 (üç min) manat məbləğdə pulunu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs 3000 (üç min) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu maddə üzrə özünü təqsirli bilərək ifadəsində bidirdi ki, o, əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmişdir. Zərərçəkmiş şəxs Mingəçevir şəhərində yaşayan tanışı Məzahir adlı şəxsin vasitəsi ilə tanımışdır. Belə ki, 2023-cü ilin mart ayında Məzahir onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq bir nəfər tanışının əlilliklə bağlı pensiya almasına köməklik etmək lazım olduğunu demiş, o da Məzahirə həmin şəxslə görüşmək istədiyini bildirmişdir. Təxminən 2023-cü ilin mart ayının əvvəllərində o, Fəxrəddin adlı şəxslə Məzahirlə birlikdə Sumqayıt şəhərində görüşmüşlər. Aralarında olan söhbətdən sonra o, Fəxrəddinə 3000 manat məbləğində pul müqabilində əlilliklə bağlı pensiya almasına köməklik göstərəcəyini bildirmişdir. Lakin, o, Fəxrəddinə konkret olaraq hansı tanışının vasitəsi ilə iş görəcəyini bildirməmişdir. Belə ki, onun belə bir tanışı yoxdur. Bundan sonra Fəxrəddingil Mingəçevir şəhərinə geri qayıtmışlar. Təxminən 2023-cü ilin mart ayının ortalarında Fəxrəddin Bakı şəhərinə gəlmiş. Fəxrəddinlə Bakı şəhəri 7-ci mikrorayonda yerləşən "Zərifə Əliyeva adına Göz Klinikası"-nın yaxınlığında görüşmüşlər. Orada Fəxrəddin ona 2000 manat məbləğdə pul vermişdir. Razılaşmışlar ki, pulun qalan hissəsini isə onun deyəcəyi kart hesabına Mingəçevir şəhərindən yükləsinlər. Təxminən 2023-cü ilin mart ayının sonlarında o, Fəxrəddinə pul göndərəcəyi kart hesabını demiş, həmin gün də Fəxrəddin onun dediyi kart hesabına 1000 manat məbləğdə pul göndərmişdir. Lakin, bundan sonra o, müxtəlif tanışlarından maraqlanıb əliliklə bağlı Fəxrəddinin pensiya almasına köməklik göstərə bilməyəcəyini bilmiş, həmin zamanlar arvadı xəstə olduğundan Fəxrəddindən aldığı pulu arvadının müalicə xərclərinə sərf etmiş, buna görə də Fəxrəddindən aldığı pulu geri qaytara bilməmişdir. Lakin, sonradan Fəxrəddindən aldığı 3000 manat məbləğdə puldan 900 manat məbləği geri qaytarmışdır. Həmçinin o, ifadəsində Məzahirin həmin cinayət hadisənin törədilməsində hər hansı şəkildə iştirak etmədiyini, Fəxrəddin pulu ona verdiyini, Məzahirin onun Fəxrəddinə əlilliklə bağlı pensiya almasına köməklik edə bilməyəcəyindən məlumatı olmadığını, Fəxrəddinin ona pul göndərdiyi kartın kimə məxsus olduğunun yadında qalmadığını, Fəxrəddinin göndərdiyi 1000 manat məbləğdə pulu Sumqayıt şəhərində xatırlamadığı ünvanda yerləşən bankomatdan çıxardığını göstərmişdir. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş, onunla barışmışdır. Ona görə barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmuş, əvvəllər 2-ci qrup əlil kimi pensiya almışdır. Lakin 2021-ci ilin fevral ayında müvafiq komissiyadan keçdikdən sonra ona əlillik təyin edilməmiş və buna görə də əlilliyə görə aldığı pensiyası kəsilmişdir. Buna görə də o, tanışlarından maraqlanıb əlilliyə görə pensiyanın bərpa olunmasına köməklik edə biləcək şəxs axtarmışdır. 2023-cü ilin mart ayında tanışı Məzahirlə söhbət edən zaman Məzahir ona bildirmiş ki, Sumqayıt şəhərində yaşıyan tanışı var. Həmin şəxs pensiyaların alınmasına və kəsilmiş pensiyaların bərpasına köməklik göstərir. Bundan sonra Məzahir onun yanında zəng edib Amillə danışmış. Amillə onlarla danışarkən işi həll edə biləcəyini demişdir. Bundan sonra o, Məzahir və oğlu Elnurla birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində görüşüb söhbət edən zaman Amil yenə də tanışları vasitəsi ilə əlilliklə bağlı aldığı pensiyanın bərpa edilməsinə köməklik göstərə biləcəyini demişdir. Həmin zaman ondan pensiya almasına köməklik göstərməsi üçün 3000 manat məbləğdə pul istəmişdir. O da Amillə razılaşmış və həmin zaman onun üzərində olan 2000 manat pulu Məzahir və oğlu Elnurun yanında Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına göz klinikasının qarşısında Amilə vermişdir. Razılaşmışlar ki, 1000 manatı da Amilə sonra göndərəcəkdir. Bundan sonra o, Mingəçevir şəhərinə geri qayıtmışdır. Ertəsi gün Amillə telefonla əlaqə saxlamış, Amilə qalan 1000 manatı da göndərmək istədiyini bildirmişdir. Amil onun oğlu Elnurun mobil telefonuna kart şəkli çəkib göndərmişdir. O da Elnurla birlikdə Mingəçevir şəhəri C.Əliyev küçəsində yeləşən 5+supermarketə gedib mağazada quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə Amilin göndərdiyi kart hesabına 1000 manat məbləğdə pul yükləmişdir. Sonra Amillə əlaqə saxlamış, Amil da onun yüklədiyi 1000 manat məbləğdə pulu kartdan çıxardığını bildirmişdir. Bundan sonra Amillə əlaqə saxladıqda hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamış, lakin, o, Amilin onu aldatdığını başa düşdükdən sonra hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmçinin Təqsirləndirilən şəxs əllilik pensiyası almağına köməkilik göstərməsi üçün pul verməyi barədə oğlu Elnurun və tanışı Məzahirin məlumatı olmuşdur. Təqsirləndirilən şəxs pul göndərməyi barədə qəbzi, pul göndərdikdən sonra Amillə danışıb Amilin pulu aldığını bildiyi üçün cırıb atmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmiş, onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verilməsini xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Atası Fəxrəddin 1-ci Qarabağ müharibəsi iştirakçı olmuşdur. Müharibə iştirakçısı kimi 2-ci qrup əlil olaraq pensiya almışdır. Lakin, 2021-ci ilin fevral ayından atasının pensiyası kəsilmişdir. Məzahir adlı şəxs ilə qohumluq əlaqələri var. X2 görüşən zaman Məzahirə pensiyasının kəsildiyini bildirmiş. Məzahir də Sumqayıt şəhərində yaşayan tanışı Amil adlı şəxs olduğunu həmin şəxsin vasitəsi ilə atası Fəxrəddinin pensiya almasına köməklik göstərə biləcəyini demişdir. Bundan sonra Məzahir telefon vasitəsi ilə Amillə danışmış, Amil də atasına pensiya almasına köməklik göstərə biləcəyini demişdir. Bundan sonra atası Fəxrəddin. Məzahir və o, Bakı şəhərinə gedərək Bakı şəhərində 7-ci mikrorayonda yerləşən Zərifə Əliyeva adına göz klinikasının qarşısında Amillə görüşmüşlər. Orada Amil onun atası Fəxrəddinə pensiya almasına köməklik göstərə biləcəyini bildirirərək bunun müqabilində Fəxrəddindən 3000 manat məbləğdə pul istəmiş, həmçinin həmin zaman Amil Fəxrəddinə 3 ay müddətində pensiya alacağı plastik kartın Fəxrəddinə veriləcəyini bildirmişdir. Fəxrəddin də Amillə razılaşmışdır. Eləmin zaman Fəxrəddin Amilə 2000 manat məbləğdə pul vermiş, razılaşmışlar ki, pulun qalan 1000 manatını Mingəçevir şəhərinə qayıtdıqdan sonra Amilə verəcəkdir. Bundan sonra onlar Mingəçevir şəhərinə geri qayıtmışlar. Ertəsi gün Amillə telefonla əlaqə saxlayaraq Fəxrəddinə 1000 manatı da göndərmək istədiklərini bildirmişlər. Həmin zaman Amil onun mobil telefonuna kart şəkli çəkib göndərmiş, o da atası ilə birlikdə Mingəçevir şəhəri C.Əliyev küçəsində yeləşən 5+supermarketə gedib mağazada quraşdırılmış elektron ödəmə terminalı vasitəsi ilə Amilin göndərdiyi kart hesabına 1000 manat pul yükləmişlər. Sonra Amillə əlaqə saxlamışlar. Amil onlara pulu kartdan çıxardığım bildirmişdir. Sonradan Amillə əlaqə saxladıqda Amil hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamış, atası Fəxrəddin Amilin onları aldatdığını başa düşdükdən sonra hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs pul göndərməyi barədə qəbzi pul göndərdikdən sonra Amillə danışıb Amilin pulu aldığını bildiyi üçün cırıb atdığını, kart hesabının nömrəsi də yadında qalmadığını, həmçinin həmin zaman istifadə etdiyi telefon da xarab olduğundan həmin telefonu hazırda istifadə etmək mümkün olamdığındaıı bu barədə hər hansı sübut təqdim edə bilməyəcəyini, lakin, onun dediklərini tanışı Məzahirin təsdiq edə biləcəyini göstərmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə qohumluq əlaqələri var. Digər qohumları isə məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşdığından tez-tez Sumaqayıt şəhərinə gedir. Sumaqayıt şəhərində olarkən Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Belə ki, Sumqayıtda yaşayan qohumlarından eşitmişdir ki, Amil pensiya almağa köməklik göstərir. Təxminən 2023-cü ilin mart ayında Mingəçevir şəhərində Fəxrəddinlə görüşən zaman Fəxrəddin ona 2-ci qrup əlilliyə görə verilən pensiyasının dayandırıldığını bildirmişdir. Həmin zaman o, Fəxrəddinə Sumqayıt şəhərində yaşayan Amil adlı tanışı olduğunu həmin şəxsin Fəxrəddinin pensiya almasına köməklik göstərə biləcəyini demişdir. Bundan sonra telefon vasitəsi ilə zəng edərək Amillə danışmışlar. Amil onlara Bakı şəhərində görüşməyi təklif etmişdir. Təxminən mart ayının ortalarında Fəxrəddin, o və Fəxrəddinin oğlu birlikdə Bakı şəhərinə getmişlər. Bakı şəhərində 7-ci mikrorayonda yerləşən Zərifə Əliyeva adına göz klinikasının qarşısında Amillə görüşmüşlər. X4 pensiya almasına köməklik göstərə biləcəyini bildirirərək bunun müqabilində Fəxrəddindən 3000 manat məbləğdə pul istəmiş, həmin zaman Amil Fəxrəddinə bildirmişdir ki, 3 ay müddətində pensiya alacağı plastik kart Fəxrəddinə veriləcəkdir. Fəxrəddin də Amillə razılaşmışdır. Həmin zaman Fəxrəddin Amilə 2000 manat məbləğdə pul vermiş, razılaşmışlar ki, pulun qalan 1000 manatını Mingəçevir şəhərinə qayıtdıqdan sonra Fəxrəddin Amilə verəcəkdir. Bundan sonra onlar Mingəçevir şəhərinə geri qayıtmışlar. Sonradan Fəxrəddin ona demiş ki, Mingəçevir şəhəri C.Əliyev küçəsində yerləşən 5+ supermarketdə quraşdırılmış elektron ödəmə sistemi terminalı vasitəsi ilə Amilinin göndərdiyi kart hesabına 1000 manat məbləğdə pul göndəribdir. Lakin, həmin vaxtdan sonra Fəxrəddin Amillə dəfələrlə əlaqə saxlasa da Amil hər dəfə müxtəlif bəhanələr gətirərək pul verməkdən yayınmış, buna görə da Fəxrəddin hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmçinin o, ifadəsində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı pulu aldığı zaman dələduzluq etməsindən yəni, Amilin Fəxrəddinin pulunu ələ keçirmək niyyətində olmasından məlumatı olmadığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldığı puldan ona hər hansı məbləğ vermədiyini göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam qaytarmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş trəqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, onun tərəfindən zərərçəkmiş şəsxə dəymiş ziyan tam olaraq ödənilmiş, onunla barışıq əldə edilmiş və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Odur ki, onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və məsuliyyətdən azad edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını əla keçirmək məqsədi ilə özünün müxtəlif tanışları olduğunu və həmin tanışları vasitəsi ilə Zərərçəkmiş şəxs əlilliklə bağlı pensiya almasına köməklik edəcəyini yalan vəd edib Zərərçəkmiş şəxs aldadılmasına nail olduqdan sonra 2023-cü ilin mart ayının ortalarında Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən "Zərifə Əliyeva" adına Göz Klinikasının yaxınlığında 2000 manat məbləğdə, daha sonra Zərərçəkmiş şəxs Mingəçevir şəhər C.Əliyev küçəsində yerləşən "5+ Supermarket”-də quraşdırılmış elektron ödəmə sistemi terminalı vasitəsi ilə onun təqdim etdiyi seriya nömrəsi istintaqa məlum olmayan kart hesabına göndərdiyi 1000 (min) manat məbləğdə, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 3000 (üç min) manat məbləğdə pulunu vahid niyyətlə alıb ələ keçirərək Zərərçəkmiş şəxs 3000 (üç min) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CMin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materialları, şahid ifadələri və s. dəlillərlə təqsirləndirilən şəxsin həmin maddənin sanksiyasında göstərilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Bununla belə, Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödədiyini, ondan heç bir şikayəti və tələbi olmadığını göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs dəymiş ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin ona heç bir şikayəti və tələbi olmadığını bildirərək iş üzrə icraata xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən həmin Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əssən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən həmin Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən onun barəsində olan cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki tələb, ekspertiza xərci və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73, Cinayət Prosessual Məcəlləsinin 37.4, 40.2, 43.3, 321.1, 321.2 və 384.1.3-cü maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərar apellyasiya şikayəti və protesti verilmədiyi halda 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim : Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №1(051)-129/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-129/2024
22.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver