Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-13/2021 26.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Zərərçəkmiş şəxs Qinyaz qızının iştirakı ilə xx xxxxxx 1967-ci il tarixdə Tovuz rayonunun Kiran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 mənzil 35 ünvanında qeydiyyatda olan, hal-hazırda Mingəçevir şəhəri, Gəncə şosessi, Günəşli bağlar massivi, yeddinci küçədə yerləşən qeydiyyatsız fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat rüsum alınaraq Zərərçəkmiş şəxs Qinyaz qızına verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(051)-2203/2017 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə onu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 08 fevral, 15 fevral, 12 mart, 10 aprel, 08 may, 18 iyun, 29 iyul, 28 avqust, 10 sentyabr və xx xxxxxxx 2019-cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq, hərəkətlərindən nəticə çıxarmamış, şəxsi maraqları naminə qanunsuz hərəkətlərini davam etdirərək həmin məhkəmə aktında nəzərdə tutulmuş tələbi qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(051)- 2203/2017 saylı qətnaməsi ilə ondan 3500 (üç min beş yüz) manat məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat rüsum xərci alınaraq tələbkar Zərərçəkmiş şəxs Qinyaz qızına verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən qeyd edilən məbləğin tələbkara ödənilməsi üçün ona rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin o, qətnaməni icra edə bilməmişdir. Məhkəmənin qətnaməsi tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə onu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə etmişdir. Lakin buna baxmayaraq, o, qətnaməni icra edə bilməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru tərəfindən ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Habelə həmin müddət keçdikdən sonra borclu olduğu tələbin ödənilməsi tərəfindən təmin edilmədiyinə görə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunacağı haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar edilmiş, lakin o, yenə də, məhkəmə qətnaməsini tam icra edə bilməmişdir. Belə ki, o indiyədək tələbkara borcundan cəmi 750 (yeddi yüz əlli) manat məbləğində ödəniş etmiş, qalan borcunu isə imkanı olmadığından ödəyə bilməmişdir. Bununla belə o, borcunu maddi imkanı aşağı olduğuna görə hər ay 100 manat məbləğində məhkəmənin müəyyən etdiyi müddət ərzində ödəyəcəkdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən qeyd etdiyi halların nəzərə alınmasını və onu yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Qinyaz qızı ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(051)-2203/2017 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat rüsum xərci alınaraq ona verilməsi qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsindən qeyd edilən məbləğin ona ödənilməsi üçün borcluya rəsmi qaydada bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Lakin borclu qətnaməni icra etməmişdir. Məhkəmənin qətnaməsi borclu tərəfindən icra olunmadığı üçün icra məmuru onun inzibati məsuliyyətə cəlb olunması haqqında məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə etmişdir. Lakin buna baxmayaraq borclu yenə də, ödəniş etməmişdir. Barəsində inzibati tədbir görüldükdən sonra icra məmuru borclunun ünvanına yeni bildirişlər göndərərək qətnamənin icrası üçün ona yenidən müddət təyin etmişdir. Lakin bütün bunlara baxmayaraq Təqsirləndirilən şəxs indiyədək borcundan ona cəmi 750 (yeddi yüz əlli) manat məbləğində ödəniş etmiş, qalan borcunu isə ödəməmişdir. Bütün bunlar isə göstərir ki, Təqsirləndirilən şəxs qərəzli şəkildə ona borclu olduğu pulu ödəmir və bunu aşkar şəkildə bildirir.Hazırda o, pulunun ödənilməsi tələb edir. Bununla belə qadın və ana olduğuna görə təqsirləndirilən şəxsə güzəştə gedərək, pulun hissə-hissə ödənilməsinə razıdır. Ona görə də təqsirləndirilən şəxsə həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, o Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsində icra məmuru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs icraatında olan icra işi ilə bağlı borclu şəxs kimi tanımışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(051)-2203/2017 saylı qətnaməsi ilə borclu Təqsirləndirilən şəxs 3500 (üç min beş yüz) manat məbləğində pul və iş üzrə ödənilmiş 30 (otuz) manat rüsum xərci alınaraq tələbkar Zərərçəkmiş şəxs Qinyaz qızına verilməsi qət edilmişdir. İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra olunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə qərarını icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə qərarı icra olunmamışdır. Qətnamə borclu tərəfindən icra olunmadığından onun inzibati məsuliyyətə cəlb olunması üçün Mingəçevir Şəhər Məhkəməsinə inzibati protokol verilmişdir. Mingəçevir Şəhər Məhkəməsi xx xxxxxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş, lakin borclu yenə də, öz qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu Təqsirləndirilən şəxs indiyədək tələbkar Zərərçəkmiş şəxs borcundan cəmi 100 (bir yüz) manat məbləğində ödəniş etmiş, qalan borcunu isə ödəməmişdir. Bununla da, borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyi vaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Borclu Təqsirləndirilən şəxs qeyd olunan qətnamənin icrasından qərəzli olaraq boyun qaçırdığından müvafiq sənədlər toplanaraq Ədliyyə Nazirliyinin İstintaq idarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid2 da, icra məmuru Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra olunması üçün edilmiş rəsmi xəbərdarlıqlara, onun tərəfindən məhkəmə qətnaməsi icra edilmədiyinə görə tərtib olunmuş aktlara, alınmış izahatlara, barəsində verilən inzibati protokola əsasən məhkəmənin qərarı ilə inzibati qaydada 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə baxmayaraq o, hərəkətlərini davam etdirərək Mingəçevir Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2017-ci il tarixli, 2(051)-2203/2017 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İcra məmuru Şahid1 borclu ilə dəfələrlə hüquqi mövzuda söhbətlər apararaq qətnamənin dövlətin adından çıxarıldığını, buna görə də icrasının məcburiliyini izah etmiş, icra olunmadığı halda inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq etmişdir. Təqsirləndirilən şəxs qətnamənin icrasından qərəzli olaraq boyun qaçırdığından icra materialları Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(051)-2203/2017 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 3500 (üç min beş yüz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat alınaraq, Zərərçəkmiş şəxs Qinyaz qızına verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2017–ci il tarixli, 2(051)–2203/2017 saylı icra sənədi xx.xx.2018-ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası üçün bildirişdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə xx.xx.2017–ci il tarixli, 2(051)–2203/2017 saylı icra sənədi üzrə borcunu ödəmək tələb olunmuşdur. Cinayət işinin materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2018–ci il tarixli izahatdan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmışdır. Həmin izahat Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imzalanmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2018–ci il tarixdə Mingəçevir şəhərində tərtib edilmiş aktdan görünür ki, icra məmuru borclunun qeydiyyatda olduğu ünvana gedərək baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus üzərinə həbs qoyularaq tələbin yönəldilə biləcəyi hər hansı əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(051)–91/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati cərimə edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 8(051)–93/2019 saylı qərardadından görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2017–ci il tarixli, 2(051)–2203/2017 saylı icra sənədi üzrə tələbkara olan borcunu tamamilə ödəyənədək borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Məşğulluq Mərkəzi tərəfindən Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli 54 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə mərkəzə müraciət etdikdə, ona «xxxx» MMC-də sosial işçi, abadlıq işləri (ə/h-160 manat) təklif olunmuş, lakin o, səhhəti ilə əlaqədar təklif olunan işlərdə işləyə bilməyəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan Bərdə Regional Ədliyyə İdarəsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat xx xxxx 2020-ci il tarixdə dayandırılmışdır. Cinayət işinin materiallarında olan Bərdə Regional Ədliyyə İdarəsinin xx xxxx 2020ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs DİN-nin Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq Bərdə Rayon Polis Şöbəsinin X2 təhvil verildiyindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə ittiham elan edilmiş və həmin gün barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmənin xx xxxxxx 2017-ci il tarixli, 2(051)-2203/2017 qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 3.530 (üç min beş yüz otuz ) manat alınaraq Zərərçəkmiş şəxs Qinyaz qızına verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(051)-2203/2017 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə həmin məhkəmənin xx xxxxxx 2019–cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM–nin 528.1–ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati qaydada cərimə edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün yeni müddət təyin olunmasına, həmçinin ona məsuliyyəti barədə 08 fevral, 15 fevral, 12 mart, 10 aprel, 08 may, 18 iyun, 29 iyul, 28 avqust, 10 sentyabr və xx xxxxxxx 2019-cu il tarixlərində rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış, şəxsi maraqları naminə qanunsuz hərəkətlərini davam etdirərək həmin məhkəmə aktında nəzərdə tutulmuş tələbi qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129–cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2012–ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306–cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313–1.1 (yeni redaksiyada 528.1) – ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, dəymiş zərəri qismən ödəməsini eləcə də Həmin Məcıllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyinin xx xxx 2020-ci il tarixli tələbnaməsindən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. Cinayət işinin materiallarında olan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs işə məhkəmədə baxılan zaman zərərçəkmiş Zərərçəkmiş şəxs Qinyaz qızının hesabına 650 (altı yüz əlli) manat pul ödəmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2020-ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020–ci il tarixdə könüllü olaraq özünü Mingəçevir ŞPŞ-nin əməkdaşlarına təqdim etmişdir. Eləcə də, cinayət işinin materiallarında olan xx.xx.2020-ci tarixdə verilmiş “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Bərdə RPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırki icnayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 21.07. 2020–ci il tarixdən 22.07. 2020–ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırması cəzasının 2 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5 ( beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 08:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, barəsində olan icra sənədinin icrasını təmin etmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-13/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-13/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver