Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-13/2023 06.01.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, ailəli, məhkumluğu olmayan, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 37, mənzil 13-də qeydiyyatda olan Şəfa Bağ massivi 8-ci küçə nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram, həmin siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 417,39 qram narkotik vasitə qurudulmuş marixuananı və təmiz çəkisi 0,168 qram olan narkotik vasitə heroini əldə edib, bir ədəd gümüşü rəngli kağız bükümdə içərisindən narkotik vasitə heroin olan bükümü əynindəki göy rəngli şalvarının sağ yan cibində, 7,39 qram narkotik vasitə qurudulmuş marixuananı şəffaf rəngli sellofan bükümdə həmin şalvarının sol yan cibində saxlayaraq daşımış, qurudulmuş marixunananın 410 qram hissəsini isə yaşadığı Mingəçevir şəhəri Şəfa Bağ massivi 8-ci küçədə yerləşən yaşadığı mənzilin zirzəmisində dolabın alt rəfində yaşıl rəngli sellofan bükümdə saxlamış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində 22 may 2022-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhər N.Nərimanov prospektində yerləşən “Kosmos” şadlıq sarayının yaxınlığında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 22:35 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,168 qram olan narkotik vasitə heroin, həmin şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 7,39 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən tədbirlər nəticəsində Mingəçevir şəhəri Şəfa bağ massivi 8-ci küçədə yerləşən yaşadığı mənzilin zirzəmisində dolabın alt rəfində yaşıl rəngli sellofan bükümdə təmiz çəkisi 410 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, özü narkotik vasitələrin istifadəçisidir. 2021-ci ilin dekabr ayının sonlarında Ağdaş rayonunda çayın kənarından piyada keçən zaman yabanı halda bitən narkotik tərkibli çətənə bitkisi aşkar edib şəxsi istifadəsi üçün həmin bitki kolundan yığıb yaşadığı Mingəçevir şəhərinə gətirmişdir. Ağdaş rayonunda çayın kənarında yabanı halda bitmiş olan həmin narkotik təkibli bitkidən topladığı kütləni yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən fərdi həyət evinin həyətində quruduraq şəxsi istifadəsi üçün saxlamışdır. Yaşadığı mənzilin zirzəmisində saxladığı qurudulmuş marixuanadan xx.xx.2022-ci il tarixdə bir hissəsini götürmüş və sellofan bükümə qoyaraq öz istifadəsi məqsədilə əynindəki şalvarın sol yan cibinə qoymuş və evdən çıxmışdır. Həmçinin həmin gün Mingəçevir şəhər GÜllü bağ dairəsi yaxınlığında piyada gəzərkən yerdən büküm tapıb içərisinə baxanda narkotik vasitə heroin olmasını aşkar edərək özü istifadə etmək məqsədilə cins şalvarın sağ yan cibinə qoyaraq saxlamışdır. xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən Kosmos şadlıq sarayının yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis şöbəsinə dəvət etmişlər. O, polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Şübhəli şəxs qismində ona hüquqları izah olunduqdan sonra maddi vəziyyəti zəif olduğundan dövlət hesabına müdafiəçi təyin olunmasını xahiş edərək ərizə vermişdir. Bundan sonra həmin gün vəkillərin növbətçilik cədvəlinə əsasən növbədə olan vəkil X4 ona dövlət hesabına müdafiəçi təyin olunaraq təqdim edilmişdir. O, müdafiəçi Tubu Hüseynovaya və cinayət prosesinin digər iştirakçılarına etirazı olmadığını bildirdikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Şəxsi axtarış zamanı ona təklif olunub ki, üzərində narkotik vasitə varsa könüllü təqdim etsin. O, da üzərində narkotik vasitə olmasını bildirərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı narkotik vasitə heroin olan 1 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü, həmçinin şalvarının sol yan cibində saxladığı yaşadığı mənzildə olan narkotik vasitə qurudulmuş marixuana kütləsindən götürdüyü kütlə içərisində olan 1 ədəd şəffaf sellofanı, içərisində olan sarı rəngli kağıza bükülmüş bükümü, sağ ayağında olan qara rəngli corabının içərisində olan şprisi və limon düzünü, şalvarının sağ iç yan iç cibində olan açarı, şalvarının sol yan cibində olan alışqanı, şalvarının sağ arxa cibində olan qara rəngli telefon kitabcasını və cib dəsmalını könüllü olaraq təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd gümüşü rəngli kağıza bükülmüş büküm onun və vəkil Tubu Hüseynovanın iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 0.30 qram olmuşdur. Həmçinin digər təqdim etdiyi 1 ədəd şəffaf sellofanın içərisində olan sarı rəngli kağıza bükülmüş büküm onun və vəkil Tubu Hüseynovanın iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 8.32 qram olmuşdur. Videoçəkilişlə keçirilən şəxsi axtarış və götürmə barədə polis əməkdaşları protokol tərtib etmişlər, polis əməkdaşları, o və müdafiəçisi Tubu Hüseynova həmin protokolu imzalamışlar. Üzərinə şəxsi axtarış keçrilən zaman yaşadığı Mingəçevir şəhəri Şəfa bağ massivində yerləşən fərdi həyət evində də təxminən 2021-ci ilin dakabr ayının sonlarında Ağdaş rayonunda çayın kənarından piyada keçən zaman yabanı halda bitən narkotik tərkibli çətənə bitkisindən yığıb qurutduğu və şəxsi istifadəsi üçün saxladığı qurudulmuş marixuana olmasını bildirmişdir. Evə polis əməkdaşlarının baxış keçirməsinə etiraz etməməsi barədə Mingəşevir ŞPŞ-yə ərizə ilə müraciət etmişdir. Bundan sonra yaşadığı ünvana getmişlər və könüllü olaraq o, yaşadığı evin zirzəmisində olan dolabın alt rəfində saxladığı yaşıl rəngli sellofana bükülmüş qurudulmuş marixuana olan bükümü təqdim etmişdir. Həmin bükümə polis əməkdaşları baxmış, növ və çəkisinin müəyyən edilməsi məqsədilə çəkisini tərəzidə çəkmişlər və ümumi çəkisi 420 qram olmuşdur. Həmin kütlə də qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış və götürmə keçirilərkən kameraya çəkilmiş, baxış və götürmə barədə protokol tərtib olunmuş, o, və müdafiəçisi Tubu Hüseynova və polis əməkdaşları protokola imza etmişlər. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis mayoru xüsusi rütbəsində xidmət edir. 22 may 2022-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı almışlar. Həmin məlumatın yoxlanılması üçün tərəfilərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirlməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində Mingəçevir ŞPŞ-nin PPXB-nün manqa komandiri vəzifəsində işləyən polis baş serjantı Şahid2, PPXBnün polis nəfəri vəzifəsində işlyən polis serjantı Şahid3 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri N.Nərimanov prospektində yerləşən “Kosmos” şadlıq sarayının yaxınlığında tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs izah olunub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Mingəçevir ŞPŞ-nə məlumat daxil olmuşdur. Buna görə də üzərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Bu səbəbdən də tərəflərindən Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs dövlət hesbına müdafiəçi təyin olunmuş və vəkil X4 dövlət hesabına müdafiəçi təyin olunmuşdur. Daha sonra müdafiəçinin də iştirakı ilə Mingəçevir ŞPŞ-nin Növbətçi Hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs əynindəki həmin şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükümün içərisindəki kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını, təxminən 2021-ci ilin dekabr ayı ərzində Ağdaş rayon ərazisində yabanı bitmiş çətənə bitkisindən toplayaraq yaşadığı Şəfa Bağ massivi 8-ci küçədə yerləşən evinin həyətində qurudub mənzilin zirzəmisində saxladığı kütlədən götürüb özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmçinin üzərindən aşkar olunmuş narkotik vasitə heroini isə tanışı Elgiz adlı şəxsdən həmin gün 20 manata satın aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr heroin və qurudulmuş marixuana Təqsirləndirilən şəxs və onun dövlət hesabına müdafiəçisi təyin edilmiş vəkil X2 iştirakı ilə elektron tərəzidə çəkilmiş və boş zərfdə qablaşdırılaraq götürülmüşdür. Həmin zərfləri Təqsirləndirilən şəxs və müdafiəçisi Tubu Hüseynova da imzalamışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olundu, doğrulunu o özü imzası ilə təsdiq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs onun və müdafiəçisinin iştirakı ilə yaşadığı mənzilə baxış keçiriləcəyi izah onunmuş, Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirib bu barədə ərizə ilə müraciət etmişdir. Daha sonra Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tubu Hüseynova habelə digər polis əməkdaşları ilə birlikdə o, da Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhər Şəfa Bağ massivi 8-ci küçədə yerləşən nömrəsiz mənzilə getmişlər. Mənzilə keçirilən baxış zamanı Təqsirləndirilən şəxs mənzilin zirzəmisində olan dolabın alt rəfində saxladığı sellofan torbanın içərisindəki narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək Ağdaş rayon ərazisində yabanı halda bitmiş çətənə bitkisindən toplayaraq qurudub özü istifadə etmək məqsədilə həmin narkotik vasitə qurudulmuş marixuananı saxladığını bildirmişdir. Həmin kütlənin tərəzi vasitəsilə çəkisi çəkildi və qablaşdırılaraq götürülmüşdür, Təqsirləndirilən şəxs və müdafiəçisi qablaşdırmanı həm də tərtib olunmuş baxış və götürmə protokolunu imzası ilə təsdiqləmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. İş üzrə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3da digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları öz ifadələrində eyni məzmun ilə təsdiq etmişlər. İş üzrə tərtib edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 may 2022-ci il tarixli 17/426 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri, adlar və imzalar yazılmış 01 (bir ) ədəd zərfin içərisindəki, - 01 (bir ) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0,168 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. -01 (bir) ədəd 2 ml-lik şprisdə cüzi miqdarda heroin hissəcikləri vardır. Heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. -01 (bir) ədəd şəfffaf sellofanın içərisindəki 01 (bir) ədəd açıq-sarı rəngli kağız bükümdə, təmiz çəkisi 7,39 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuşmarixuanadır. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış kağızda “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən yaşıl sellofanın içərisndə...” sözləri, adlar və imzalar yazılmış 01 (bir ) ədəd yaşıl rəngli sellofan torbanın içərisndəki təmiz çəkisi 410,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kağız bükümdə və 01 (bir) ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. İş üzrə tərtib edilmiş edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 922 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, Narkotik vasitə olan heroindən və kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhər Şəfa Bağ massivi 8-ci küçədə yerləşən fərdi yaşayış evinin zirzəmisində olan dolabın alt rəfindən sellofan bükümün içərisindən 410 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş baxış və götürmə protokoluna əlavə edilmiş bir ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs yaşadığı Mingəçevir şəhər Şəfa Bağ massivi 8-ci küçədə yerləşən fərdi yaşayış evinin zirzəmisində olan dolabın alt rəfində sellofan bükümün içərisindən 410 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi, təhqiqatçı tərəfindən həmin kütlə polis əməkdaşlarının, şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Tubu Hüseynovanın iştirakları ilə tərəzidə çəkilərək qablaşdırılaraq götürülməsi müəyyən olunmuşdur. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 0,168 qram narkotik vasitə heroin, həmin şalvarının sol yan cibindən isə 7,39 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşə əlavə edilmiş Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(002)- 862/2021 saylı qərarına əsasən Mingəçevir şəhər məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 2000 manat cərimə cəzası ilə tamamilə birləşdirilməklə üzərində qəti olaraq 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 2000 manat cərimə cəzası saxlanılmış Təqsirləndirilən şəxs barəsində “08 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi altı ay azaldılmışdır. İşə əlavə edilmiş Amnistiya aktının tətbiq edilməsi barədə 10 yanvar 2022-ci il tarixli qərardan görünür ki, “08 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs cərimə cəzasından azad edilmişdir. 08 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən həmin Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Ona görə də məhkəmə hesab edir ki, Qarayev X3 aktının tətbiq edilməsi barədə 10 yanvar 2022-ci il tarixli qərarla cəzadan azad edildiyindən onun məhkumluğu da götürülmüşdür. İşdə olan DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən də görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram, həmin siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 417,39 qram narkotik vasitə qurudulmuş marixuananı və təmiz çəkisi 0,168 qram olan narkotik vasitə heroini əldə edib, bir ədəd gümüşü rəngli kağız bükümdə içərisindən narkotik vasitə heroin olan bükümü əynindəki göy rəngli şalvarının sağ yan cibində, 7,39 qram narkotik vasitə qurudulmuş marixuananı şəffaf rəngli sellofan bükümdə həmin şalvarının sol yan cibində saxlayaraq daşımış, qurudulmuş marixunananın 410 qram hissəsini isə yaşadığı Mingəçevir şəhəri Şəfa Bağ massivi 8-ci küçədə yerləşən yaşadığı mənzilin zirzəmisində dolabın alt rəfində yaşıl rəngli sellofan bükümdə saxlamış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində 22 may 2022-ci il tarixdə saat 22 radələrində Mingəçevir şəhər N.Nərimanov prospektində yerləşən “Kosmos” şadlıq sarayının yaxınlığında saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 22:35 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,168 qram olan narkotik vasitə heroin, həmin şalvarının sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 7,39 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, davam edən tədbirlər nəticəsində Mingəçevir şəhəri Şəfa bağ massivi 8-ci küçədə yerləşən yaşadığı mənzilin zirzəmisində dolabın alt rəfində yaşıl rəngli sellofan bükümdə təmiz çəkisi 410 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini və səmimi peşmanlıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, şəxsiyyətini belə ki, əvvəllər bir neçə dəfə analoji cinayətlərə görə məhkum olunmasını, narkotik maddələrdən davamlı olaraq istifadə etməklə, narkomaniya xəstəliyindən əzab çəkməsini və cəmiyyət üçün təhlükə yaratmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdən 24 may 2022-ci il tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti cəza təyin edilməlidir. Belə ki, iş materialında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 22 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materialında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 24 may 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətiimkan tədbiri seçilərək buraxılmışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 06 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. iş üzrə 103,65 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,068 qram narkotik vasitə heroin və 417,29 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 22 may 2022-ci il tarixdən 24 may 2022-ci tarixədək 02 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzrətinə altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Basrəsində seçilmiş həbs qətimakn tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 06 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə barəsində məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,068 qram narkotik vasitə heroin və 417,29 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 103,65 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM: Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-13/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-13/2023
06.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver