Məhkəmə qərarları › İş №1(051)-13/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-13/2024

28.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-13/2024 28.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və zərərçəkmiş hüquqi şəxsin hüquqi varisi-ləğv prosesində olan Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1985-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, “İnternational” bank olmayan kredit təşkilatının Mingəçevir şəhər filialının müdiri vəzifəsində işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 02 dekabr 2009-cu il tarixdən 07 oktyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işləyərkən, Zərərçəkmiş şəxs1 ASC-nin səhmdarlarının ümumi yığıncağının qərarı ilə təsdiq edilmiş Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir filialının əsasnaməsinə əsasən bank xidmətlərinin keyfiyyətlə aparılmasını təmin etmək, filialın fəaliyyətinə, mühasibatlıq uçotunun aparılmasına, filialların baş bankdakı filiallararası hesablaşmalar hesabının ani və likvidliyinin qorunmasına, gün ərzində aparılmış bütün bank əməliyyatlarının mövcud qanunvericiliyə və daxili qaydalara uyğunluğuna nəzarət etməklə məsuliyyət daşımaq və Zərərçəkmiş şəxs1 ASC-nin X20 müavini R.M.İsmayılov tərəfindən 09 fevral 2009-cu il tarixdə təsdiq edilmiş vəzifə təlimatına əsasən bankın məhsullarının satışında hərtərəfli dəstək göstərmək və satışa nəzarət etmək, müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun bütün növ hesabların açılması, bu hesablar üzrə əməliyyatların aparılması, onların bağlanması işini təşkil etmək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək, portfellərin həcmi və keyfiyyətli gəlirliliyi üçün tam məsuliyyət daşımaq, iş prosesinin daimi təkminləşdirilməsi və xidmətlərin yaxşılaşdırılması qayğısına qalmaq, filialın əsasnaməsindən irəli gələn, habelə İdarə Heyətinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək, limitləri daxilində əməliyyatlar üzrə qərarlar qəbul etmək, bank daxili qaydalar üzrə ona verilmiş səlahiyyətlər daxilində kredit vermək və sair səlahiyyətlərə malik vəzifəli şəxs kimi qeyd olunan normativ sənədlərin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, rəhbərlik etdiyi filial tərəfindən ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə talama məqsədi ilə rəhbərlik etdiyi filialda **********00013USD09 nömrəli depozit hesabında 21.967,00 ABŞ dolları (37.343,90 manat) məbləğində əmanət girovu olan Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs3 adına həmin əmanəti girov qoymaqla, kreditin verilməsində heç bir problem olmayacağını bilərək sonuncunun məlumatı və xəbəri olmadan 29 aprel 2020-ci il tarixdə saat 14 radələrində rəhbərlik etdiyi filialın Mingəçevir şəhəri, ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir filialının inzibati binasındakı xidməti iş otağında tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi rəsmi sənəd hesab olunan Zərərçəkmiş şəxs3 ilə bank arasında bağlanmış 29 aprel 2020-ci il tarixli 10/M nömrəli 11.000,00 ABŞ dolları (18.700,00 manat) məbləğində kredit müqaviləsi və zəruri bank sənədlərini hazırlamaqla, istintaqa məlum olmayan şəxslərə imzaladıb Zərərçəkmiş şəxs3 adına olan əmanəti kreditin təminatı kimi girov göstərməklə 29 aprel 2020-ci il tarixli 10/M nömrəli sərəncam əsasında Zərərçəkmiş şəxs3 11.000,00 (on bir min min) ABŞ dolları məbləğində pul vəsaitinin ayrılmasına nail olduqdan sonra sonuncuya ayrılmış 18.700,00 (on səkkiz min yeddi yüz) manata bərabər olan 11.000,00 (on bir min) ABŞ dolları məbləğində, yəni xeyli miqdarda pul vəsaitini 29 aprel 2020-ci il tarixli SN:719582/13521301 xəzinə məxaric orderi ilə filialın xəzinəsindən əldə etməklə özünün şəxsi ehtiyaclarına xərcləyib, Zərərçəkmiş şəxs3 məxsus qeyd olunan pul vəsaitini-etibar edilmiş xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamışdır. Bundan başqa o, təkrarən 02 dekabr 2009-cu il tarixdən 07 oktyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işləyərkən, filialın əsasnaməsindən irəli gələn, habelə İdarə Heyətinin ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirmək, limitləri daxilində əməliyyatlar üzrə qərarlar qəbul etmək, bank daxili qaydalar üzrə ona verilmiş səlahiyyətlər daxilində kredit vermək və sair səlahiyyətlərə malik vəzifəli şəxs kimi normativ sənədlərin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, rəhbərlik etdiyi filial tərəfindən ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə talama məqsədi ilə rəhbərlik etdiyi filialda 17 mart 2021-ci il tarixli OPP/21/009/000026 nömrəli müqavilə əsasında 36.900,00 manat məbləğində əmanət hesabı açmış Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs2 adına həmin əmanəti girov qoymaqla kredit verilməsində heç bir problem olmayacağını bilərək sonuncunun məlumatı və xəbəri olmadan 01 sentyabr 2022-ci il tarixdə saat 14:03-də rəhbərlik etdiyi filialın Mingəçevir şəhəri, ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir filialının inzibati binasındakı xidməti otağında tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi rəsmi sənəd hesab olunan Zərərçəkmiş şəxs2 ilə bank arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli 009-022-04/M nömrəli 29.000,00 manat məbləğində kredit müqaviləsi və zəruri bank sənədlərini hazırlamaqla, istintaqa məlum olmayan şəxslərə imzaladıb Zərərçəkmiş şəxs2 adına olan əmanəti kreditin təminatı kimi girov göstərərək 01 sentyabr 2022-ci il tarixli 009-022-04/M nömrəli sərəncam əsasında Zərərçəkmiş şəxs2 29.000,00 (iyirmi doqquz min) manat məbləğində pul vəsaitinin ayrılmasına nail olduqdan sonra sonuncuya ayrılmış 29.000,00 (iyirmi doqquz min) manat məbləğində, yəni xeyli miqdarda pul vəsaitini, 290,00 manat komissiya xərci çıxdıqdan sonra qalan 28710,00 manatı 01 sentyabr 2022-ci il tarixli SN:770400 nömrəli xəzinə mədaxil orderi ilə tanışı Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialının müdiri Şahid1 **********00621AZM30 nömrəli bank hesab nömrəsinə köçürüb həmin pul vəsaitinin 26000,00 manatını qaynı Şahid2 vasitəsi ilə əldə etmiş, geridə qalan 2620,00 (iki min altı yüz iyirmi) manat hissəsini isə “Milliön” terminalı vasitəsi ilə istifadəsində olan 4098-5844-6570-8368 nömrəli “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə məxsus debet kart hesabına cinayətdən məlumatı olmayan Şahid1 vasitəsilə köçürülməsinə nail olmaqla özünün şəxsi ehtiyaclarına xərcləyib, Zərərçəkmiş şəxs2 məxsus qeyd olunan pul vəsaitini-etibar edilmiş xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə təkrarən talamış və tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadəsində göstərdi ki, o, 05 oktyabr 2009-cu il tarixdə Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialına müdir müavini vəzifəsinə təyin edilmişdir. 02 dekabr 2009-cu il tarixdə ona həmin bankın Mingəçevir filialının müdiri vəzifəsi həvalə edilmiş, 06 yanvar 2011-ci il tarixli əmrlə Mingəçevir filialının müdiri vəzifəsinə təyin edilmişdir. 07 oktyabr 2022-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. 28 dekabr 2022-ci il tarixdən hal-hazırkı dövrədək “İnternational” bank olmayan kredit təşkilatının Mingəçevir şəhər filialında müdir vəzifəsində işləyir. Muğanbankda fəaliyyəti ilə əlaqədar filialın fəaliyyətinin planlaşdırılması və işinin təşkil edilməsi, filialın gündəlik fəaliyyətinin təşkil edilməsi, filialda satışa təşviq və təşkil edilməsi, bankın məhsullarının satışında hərtərəfli dəstək göstərilməsi və satışa nəzarət edilməsi, öz səlahiyyətləri daxilində qərarların qəbul edilməsi və sair vəzifələr vəzifə təlimatına əsasən ona həvalə edilmişdir. O, Paşayev Rafiq Xəmmət oğlunu şəhər təqribən on ildən çox müddətdir tanıyır. Rafiq Paşayev və onun övladı Zərərçəkmiş şəxs3 ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Rafiq Paşayevin ailə üzvlərinin "xxxx" Açıq Səhmdar Cəmiyyətində depozit hesabında pul vəsaitləri olmuşdur. "xxxx" 2016-cı il tarixdə bağlandıqdan sonra həmin hesablar "xxxx" ASC-nin Mingəçevir filialına köçürülmüşdür. Tam xatırlamasa da Rafiq Paşayevin arvadı Zərərçəkmiş şəxs2 ilə oğlu Zərərçəkmiş şəxs3 bankda təqribi 50 neçə min depozit hesabları olmuşdur. Zərərçəkmiş şəxs2 ilə Zərərçəkmiş şəxs3 depozit hesabı onlara faiz hesablanmaqla gəlir gətirirdi. Sonuncuları yaxşı tanıdığı üçün onlarla daimi münasibəti olmuşdur. Təqribən 2020-ci ilin aprel ayının sonlarına doğru Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialında depozit hesabı olan Zərərçəkmiş şəxs3 ilə görüşmüşdür. Zərərçəkmiş şəxs3 ilə görüşməyində məqsəd sonuncunun adına kredit götürmək kimi bir tələbinin olması idi. O, təklifini Zərərçəkmiş şəxs3 bildirdikdən sonra, sonuncu həmin gün ona razılıq verməyib, düşünmək istədiyini bildirmişdir. 29 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 bankın inzibati binasına gəlib kredit götürməyə razı olduğunu ona demişdir. O, Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsini filialın kredit şöbəsinin müdiri Şahid3 verib, Səbuhinin adına 11000 dollar dəyərində kreditin ayrılmasını istəmişdir. Kredit ilə bağlı sənədləşmə işləri başa çatdıqdan sonra həmin vaxt filialda xəzinədar vəzifəsini icra edən Şahid4 11000 dollar məbləğində pul vəsaitini xəzinədən götürüb onun otağına gətirməsini istəmişdir. Zərərçəkmiş şəxs3 filialda depozit hesabı olması ilə əlaqədar sonuncunun cari hesabı olmuşdur. Bu səbəbdən kredit ilə bağlı sənədləşmələr tez bir zamanda həll olunmuşdur. Zərərçəkmiş şəxs3 adına kredit götürülərkən sonuncunun bankda olan depoziti girov qoyulmuşdur. Şahid4 həmin pul vəsaitini gətirib, masasının üzərinə qoyub otağı tərk etmişdir. Bundan sonra o, həmin pul vəsaiti götürmüşdür. 11000 dollar məbləğində pul vəsaitini götürməsindən Zərərçəkmiş şəxs3 məlumatı olmuşdur. Zərərçəkmiş şəxs3 adına götürülmüş 11000 dollar məbləğində krediti gecikmələrlə ödəmişdir. Sonuncu dəfə 15 sentyabr 2022-ci il tarixdə Mingəçevir şəhəri, Azqres qəsəbəsi adlanan ərazidə “Qədiroğlu” marketin qarşısında Zərərçəkmiş şəxs3 ilə görüşüb kreditdən geriyə qalan 1800 dollar məbləğində pul vəsaitini sonuncuya vermişdir. 1800 dollar məbləğində pul vəsaitini Səbuhiyə götürdüyü krediti ödəmək məqsədi ilə vermişdir. Zərərçəkmiş şəxs3 29 aprel 2020-ci il tarixdə ayrılmış 11000 dollar dəyərində kredit sonuncu ödəniş ilə birlikdə 15 sentyabr 2022-ci il tarixdə başa çatmışdır. Zərərçəkmiş şəxs2 Paşayev Rafiq Xəmmət oğlunun arvadı, Zərərçəkmiş şəxs3 isə anasıdır. Zərərçəkmiş şəxs2 da Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialında depozit hesabı olmuşdur. Zərərçəkmiş şəxs2 depozit hesabı ilə bağlı məsələləri bütünlükdə əri Paşayev Rafiq Xəmmət oğlu idarə etmişdir. O, 01 sentyabr 2022-ci il tarixdə Paşayev Rafiq Xəmmət oğluna arvadı Zərərçəkmiş şəxs2 adına kredit götürmək istəyinin olduğunu bildirmişdir. Həmin vaxtı bankın müdiri vəzifəsində işlədiyi üçün Rafiq Paşayev ona təklifi ilə bağlı razılıq vermişdir. 01 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 onun xidməti otağına gəlmişdir. O, Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsini bankın aparıcı kredit mütəxəssisi vəzifəsində işləyən Şahid6 verib, Şahzadənin adına 29000 manat məbləğində kredit müqaviləsi hazırlamağı tapşırmışdır. Zərərçəkmiş şəxs2 filialda depozit hesabı olması ilə əlaqədar sonuncunun cari hesabı olmuşdur. Bu səbəbdən kredit ilə bağlı sənədləşmələr tez bir zamanda həll olunmuşdur. Zərərçəkmiş şəxs2 adına kredit götürülərkən sonuncunun bankda olan depoziti girov qoyulmuşdur. 01 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 29000 manat məbləğində kredit ayrılmışdır. Həmin kredit ilə bağlı bütün sənədləşmə işləri başa çatdıqdan sonra bir faizlik komissiya haqqı tutulmuşdur. Kreditdən geriyə qalan 28710 manat məbləğində pul vəsaitini isə Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialının müdiri Şahid1 köçürmüşdür. Köçürmə zamanı 0,15 faizlik komissiya haqqı tutulmuşdur. Bütünlükdə Şahid1 286666 manat məbləğində pul vəsaiti köçmüşdür. Bundan sonra həmin tarixdə qaynı Qurbanov X8 filialının müdiri Şahid1 yaxınlaşıb sonuncudan 26000 manat məbləğində pul vəsaitini onun istəyi əsasında götürmüş, borcu olduğu Zaur adlı şəxsə Bakı şəhərində 28 May ərazisində vermişdir. Puldan geriyə qalan 2620 manat isə Şahid1 tərəfindən onun istifadəsində olan 4098-5844-6570-8368 nömrəli Unibank kartına “Milliön” terminalı vasitə ilə köçürülmüşdür. Həmin pul vəsaitini isə “Unibank” tətbiqi vasitəsi ilə Azərbaycan Beynəlxalq bank kartına köçürmüşdür. Barəsində Mingəçevir şəhər prokurorluğunda cinayət işi başlandıqdan sonra 16 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs2 adına 01 sentyabr 2022-ci il tarixdə götürdüyü 29000 manat məbləğində krediti 29590 manat şəklində ödəyərək tamamilə bağlamışdır. Zərərçəkmiş şəxs3 kredit, girov müqavilələrinə və xəzinə məxaric orderinə kimin imza çəkməsindən məlumatı yoxdur. Zərərçəkmiş şəxs2 adına kredit və girov müqaviləsinə kimin imza çəkməsindən məlumatı yoxdur. Şahid1 keçmiş vaxtlardan tanıyır. Şahid1 ilə eyni bankda müdir vəzifəsində işlədikləri üçün münasibətləri olmuşdur. X6 adına götürülmüş 29000 manat məbləğində krediti Bakı şəhərinə göndərmək ona lazım idi. Belə ki, borclu olduğu şəxs olan soyadını bilmədiyi Zaur Bakı şəhərində yaşayır. Həmin pul vəsaitini şəxsi ehtiyaclarına istifadə etmişdir. Zərərçəkmiş şəxs3 və ya X6 adına götürülmüş kreditlərdə X18 Cəmiyyətinin Mingəçevir filialının hər hansı digər əməkdaşının tamahı, şəxsi niyyəti və ya mənfəəti olmamışdır. Pul vəsaitləri yalnız ona çatmışdır. O, öz səlahiyyətlərindən sui-istifadə etməmişdir. Həmin kreditlərin götürülməsindən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 məlumatı olmuşdur. "xxxx" müştərilərə və iri hüquqi şəxslərə məsləhət xidmətləri göstərmək və onlara xidmət olunmasında şəxsən iştirak etmək vəzifəsinin xüsusi prosedur qaydası bank tərəfindən tətbiq edilmir. Belə ki, bankda daimi qaydada depozit hesabı olan və ya daimi kredit götürən şəxslər "xxxx" müştəri hesab olunur. Hazırda əməlindən peşmandır. X18 Cəmiyyətinin Mingəçevir şəhər filialına olan kredit borcunu tam bağlamış, cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı tam həcmdə ödəmişdir. Bununla da o, cinayətin zərərli nəticələrini aradan qaldırmışdır. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, atası ünvan 6 ünvanında yerləşən mənzillərini 2012-ci il tarixdə tanımadıqları bir şəxsə təqribən 75000 manata satmışdır. Həmin pul vəsaiti iki hissəyə bölünməklə onun və anası Zərərçəkmiş şəxs2 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində depozit hesabına yerləşdirmişdir. Sonuncu bankda olan depozit hesabı faiz hesablanmaqla onlara gəlir gətirirdi. Onlar "xxxx" ASC ilə hər il depozit müqavilələrini yeniləmişdirlər. Təqribən 2016-cı il tarixdə "xxxx" ASC bağlandığı üçün anası Şahzadə və onun adına sonuncu bankda olan pul vəsaitləri "xxxx" ASC-yə köçürülmüşdür. Onlar həmin dövrdən sonra "xxxx" ASC-nin Mingəçevir filialı ilə depozit müqavilələri bağlamağa başlamışdırlar. Yığılmış faiz dərəcələri ilə birlikdə anası Zərərçəkmiş şəxs2 36900 manat pul vəsaiti, onun isə təqribən 60050 manat pul vəsaiti "xxxx" ASC-nin depozit hesabında olmuşdur. Anası Zərərçəkmiş şəxs2 ilə "xxxx" ASC arasında sonuncu depozit müqaviləsi 17 mart 2021-ci il tarixdə 36900 manat üzərindən bağlanmışdır. Muğan Bank ilə anası Zərərçəkmiş şəxs2 arasında bağlanmış 17 mart 2021-ci il tarixli OPP/21/009/000026 nömrəli müqavilənin surətini atası izahatına əlavə etmişdir. Anası Zərərçəkmiş şəxs2 təqribən 2022-ci ilin sentyabr ayında "xxxx"-ın Mingəçevir filialından çağırılmışdır. Sonuncunun çağırılma səbəbi kimi onlara depozit müqaviləsinin 2022-ci ilə uyğun yenilənəcəyi bildirilmişdir. Həmin gün anasına depozit yenilənməsi adı altında bir neçə sənədə imza çəkdirilmişdir. Onlar müqaviləni yenilədiklərini düşünsə də, sonradan onlara məlum olmuşdur ki, anası Zərərçəkmiş şəxs2 kredit müqaviləsinə imza çəkdirilmişdir. Belə ki, 2022-ci ilin sentyabr ayının ortalarında "xxxx" ASC-nin Mingəçevir şəhər filialından ona zəng gəlmişdir. Bankın əməkdaşları onu banka dəvət etmişdirlər. Çağırış əsasında o, banka getmişdir. O, bankda olarkən həmin filialda yoxlama aparıldığı ona məlum olmuşdur. Yoxlama aparan əməkdaşlardan tanımadığı şəxslərdən biri ondan 11000 dollar kredit götürdüyünü soruşmuşdur. Yoxlama aparan şəxsə o, ümumiyyətlə həmin dövrə kimi kredit götürmədiyini bildirmişdir. Bundan sonra yoxlama aparan tanımadığı şəxs müvafiq sənədləri göstərərək həmin sənədlərdə olan imzaların ona məxsus olub-olmadığını soruşmuşdur. O, imzalara baxaraq ona məxsus olmadığını bildirmişdir. Bankda yoxlama aparan əməkdaş onu növbəti gün çağıracağını və ondan ərizə alacağını bildirmişdir. O, bankın inzibati binasını tərk etdikdən bir müddət sonra həmin bankın sabiq filial müdiri Təqsirləndirilən şəxs ona zəng vuraraq görüşmək istədiyini demişdir. Mingəçevir şəhəri, “Praberik” adlanan ərazidə “Qədiroğlu” marketin qarşısında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Vüqar ilə görüşdə sonuncu onun adına kredit götürdüyünü bildirmişdir. Vüqar ona növbəti gün banka gedəndə həmin krediti özü üçün götürdüyünü təsdiqləməsini xahiş etmişdir. Vüqarın təklifi ilə razılaşmamışdır. Həmin təklif ilə razılaşmadığı üçün Vüqar növbəti gün banka getməzdən əvvəl krediti bağlayacağını bildirmişdir. Həmin günü axşam bankın sabiq direktoru Təqsirləndirilən şəxs və sonuncunun atası Rafiq Əsgərov onların yaşadıqları mənzilə gəlmişdirlər. X14 Əsgərovun səhv etdiyini anası Şahzadə adına bankdan 2000 kredit götürdüyünü və həmin məbləği qısa zamanda bağlayacaqlarını ona bildirmişdirlər. Bunun davamında X24 Bankda yoxlama aparıldığını həmin yoxlamanı keçirən şəxslərin növbəti gün anası Şahzadəni banka çağırıb həmin pul vəsaitini bir başa özünün götürüb götürmədiyini dəqiqləşdirəcəklərini onlara deyib, onlardan həmin pul vəsaitini bir başa anası Şahzadənin götürməsini təsdiqləməyini xahiş etmişdirlər. Növbəti gün o, atası Rafiq Paşayev və anası Zərərçəkmiş şəxs2 banka gedərkən “Qədiroğlu” marketin qarşısında Vüqar onlara yaxınlaşıb 1800 dollar pul vəsaiti vermişdir. Vüqar bildirmişdir ki, 1800 dollar kredit borcu qalıb, bu vəsaiti kassaya mədaxil etdikdən sonra bütün kredit bağlanacaq. Onlar banka yaxınlaşmış və o, 15 sentyabr 2022-ci il tarixdə 1800 dolları kassaya kredit hesabına mədaxil etmişdir. Həmin vaxt bankda yoxlama aparan şəxslər ona narazılıqlarını bildirmişdirlər. O başa düşmüşdür ki, Vüqarın bundan da başqa əməlləri olmuşdur. Belə ki, anası Şahzadə ilə depozit müqaviləsi yerinə kredit müqaviləsi bağlandığı, kreditin məbləğinin isə 29000 manat olması onlara məlum olmuşdur. 29000 manat məbləğində kredit pul vəsaiti anasının heç bir imzası olmadan Muğan Bankdan başqa hesaba köçürülmüşdür. Həmin pul vəsaiti nağdlaşdırılmamışdır. 29000 manat məbləğində pul vəsaitinin hansı hesaba köçürülməsi barədə heç bir məlumatları yoxdur. Cinayət işinin istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən anası Zərərçəkmiş şəxs2 adına götürülmüş 29000 manat məbləğində kredit 16 mart 2023-cü il tarixdə tam ödənilərək bağlanmışdır. Onların adlarına olan kreditlər bağlandığı üçün Təqsirləndirilən şəxs hər hansı bir şikayət və tələbi yoxdur. Bankın sabiq filial direktoru Təqsirləndirilən şəxs ümumiyyətlə onları aldadaraq depozit müqavilələrini yeniləmək adı altında imza çəkdirmişdir. Vüqar onun yerinə imza çəkməklə həmin kredit müqaviləsini bağlamışdır. Kredit müqaviləsindəki imzaların heç biri ona məxsus deyildir. Bir 15 sentyabr 2022-ci il tarixli SN:771269/15293753 nömrəli 1800 dollarlıq xəzinə mədaxil orderindəki imza ona məxsusdur. Bankdan ona kredit borcu olduğu bildirildikdə bilmişdir ki, adına kredit götürülüb. Hazırda kredit borcu bağlandığı üçün təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, ailələrinə məxsus ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evini 2012-ci il tarixdə münasibətləri olmadığı şəxsə təqribən 75000 manata satmışlar. Satdıqları mənzilin pulunu iki hissəyə bölməklə, onun və oğlu Zərərçəkmiş şəxs3 adına "xxxx" Açıq Səhmdar Cəmiyyətində depozit hesabına yerləşdirmişdirlər. Həmin depozit hesabı faiz hesablanmaqla onlara gəlir gətirmişdir. Onlar "xxxx" ASC ilə hər il depozit müqavilələrini yeniləmişdirlər. Təqribən 2016-cı il tarixdə "xxxx" ASC bağlandığı üçün onun və oğlu Səbuhinin adına sonuncu bankda olan pul vəsaitləri "xxxx" ASC-yə köçürülmüşdür. Onlar həmin dövrdən sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialı ilə depozit müqavilələri bağlamağa başlamışdırlar. Yığılmış faiz dərəcələri ilə birlikdə onun 36900 manat pul vəsaiti, oğlu Zərərçəkmiş şəxs3 isə 60050 manat pul vəsaiti "xxxx" ASC-nin depozit hesabında olmuşdur. Onunla "xxxx" ASC arasında sonuncu depozit müqaviləsi 17 mart 2021-ci il tarixdə 36900 manat üzərindən bağlanmışdır. Təqribən 2022-ci ilin sentyabr ayında "xxxx" ASC-nin Mingəçevir şəhər filialında yoxlama gedən zamanlarda, tam xatırlamadığı gündə həmin bankın direktoru Təqsirləndirilən şəxs və sonuncunun atası Rafiq Əsgərov onların yaşadıqları mənzilə gəlmişdirlər. X14 Əsgərovun səhv etdiyini onun adına bankdan 2000 kredit götürdüyünü və həmin məbləği qısa zamanda bağlayacaqlarını onlara bildirmişdirlər. Bunun davamında X24 Bankda yoxlama aparıldığını həmin yoxlamanı keçirən şəxslərin növbəti gün onu banka çağırıb həmin pul vəsaitini bir başa özünün götürüb götürmədiyini dəqiqləşdirəcəklərini ona deyib, ondan həmin pul vəsaitini bir başa özünün götürdüyünü təsdiqləməyini xahiş etmişdirlər. Növbəti gün o və oğlu Zərərçəkmiş şəxs3 Muğan Bank ASC-nin Mingəçevir filialında olarkən aldadıldıqlarını, kreditin məbləğinin 2000 yox, 29000 manat olması onlara məlum olmuşdur. 29000 manat məbləğində kredit pul vəsaiti onun heç bir imzası olmadan Muğan Bankdan başqa hesaba köçürülmüşdür. Həmin pul vəsaiti nağdlaşdırılmamışdır. 29000 manat məbləğində pul vəsaitinin hansı hesaba köçürülməsi barədə heç bir məlumatı yoxdur. Bundan əlavə Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir şəhər filialının sabiq direktoru Təqsirləndirilən şəxs tərəfindən onların ikinci dəfə aldadıldığı müəyyən edilmişdir. Belə ki, oğlu Zərərçəkmiş şəxs3 heç bir sənədə imza çəkdirmədən adına 11000 ABŞ dolları məbləğində kredit götürülmüşdür. X25 gedən günü sabiq direktor Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs3 1800 dollar pul vəsaiti verərək bankın kassasına mədaxil etməsini xahiş etmişdir. Oğlu Səbuhiyə də tapşıraraq bildirmişdir ki, krediti bir başa özünün götürdüyünü təsdiqləsin. Oğlu Səbuhi 1800 dollar pul vəsaitini bankın kassasına mədaxil etdikdən sonra sonuncunun krediti tam ödənildiyi üçün bağlanmışdır. Amma onun adına olan 29000 manat dəyərində kredit həmin dövrdə ödənilməmişdi. Muğan Bank ASC-nin Mingəçevir şəhər filialında keçirilmiş yoxlamalardan sonra bankın sabiq direktoru Təqsirləndirilən şəxs yol verdiyi qanun pozuntularına görə işdən azad olunmuşdur. Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər flilialından onun adına götürülmüş 29000 manat məbləğində kredit 16 mart 2023-cü il tarixdə tam ödənilərək bağlanmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Adına Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir şəhər filialından 29000 manat məbləğində kredit götürülmüşdür. Kredit müqaviləsinə imza çəkməmişdir. Adına götürülmüş 29000 manat məbləğində pul vəsaiti heç bir imzası olmadan tanımadığı başqa şəxsə məxsus hesaba köçürülmüşdür. Həmin pul vəsaitinin kimə köçürülməsi barədə heç bir məlumatı yoxdur. Oğlu Zərərçəkmiş şəxs3 adına sonuncunun heç bir imzası olmadan 11000 dollar məbləğində kredit götürülmüşdür. Həmin kredit pul vəsaiti davamlı ödənilmiş sonuncu dəfə onlar bankda olan zaman sabiq direktor Təqsirləndirilən şəxs tərəfindən oğluna 1800 dollar pul vəsaiti verilərək banka mədaxil etməsi xahiş edilmişdir. Verilmiş 1800 dollar pul vəsaiti banka mədaxil edildikdən sonra 11000 dollar məbləğində kredit tam bağlanmışdır. OPP/21/009/000026 nömrəli 17 mart 2021-ci il tarixli depozit müqaviləsi ona təqdim edildi. Depozit müqaviləsindəki imzalar ona məxsusdur. 009-022-04/M nömrəli 01 sentyabr 2022-ci il tarixli kredit müqaviləsi ona təqdim edildi. Kredit müqaviləsindəki imzalar ona məxsus deyildir. Ümumiyyətlə, 29000 manatlıq kredit qovluğundakı imzaların bir çoxu ona məxsus deyil. O, Şahid1 tanımır. Həmin şəxslə hər hansı bir əlaqəsi olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şikayəti və tələbi yoxdur. X18 Cəmiyyətinin Mingəçevir şəhər filialına olan kredit borcu tam bağlanmışdır. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi qismində dindirilmiş X4 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə etməklə fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı törətmiş, öz qulluq mövqeyindən istifadə etməklə etibar edilmiş özgə əmlakını xeyli miqdarda mənimsəmiş, eyni əməlləri təkrarən törətmişdir. Təqsirləndirilən şəxsin əməli nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyan tamamilə ödənilmişdir. Heç bir şikayət və tələbləri yoxdur. Odur ki, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 05 may 2009-cu il tarixdə Zərərçəkmiş şəxs1 Açıq Səhdar Cəmiyyətinin Mingəçevir filialına mikrokredit üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 22 yanvar 2015-ci il tarixdə həmin filialda kredit ödənişlərinin yığımı üzrə mütəxəssis vəzifəsinə keçirilmişdir. Növbəti dəfə 11 oktyabr 2016-cı il tarixdən həmin filialda kredit şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir. 24 sentyabr 2021-ci il tarixdə isə öz ərizəsi ilə Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialından işdən azad olunmuşdur. Hal-hazırda X22 Məşğulluq filialının Ağdaş rayon xidmət şöbəsinin müdiri vəzifəsində işləyir. 29 aprel 2020-ci il tarixdə bankda vəzifəsini icra edərkən bankın sabiq direktoru Təqsirləndirilən şəxs onu xidməti otağına çağırmışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsini verib, sonuncunun adına 11000 dollarlıq kreditin rəsmiləşdirilməsini ondan tələb etmişdir. O, həmin vaxtı Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin kredit şöbəsinin müdiri vəzifəsində işləmişdir. O, xidməti sahəsinə keçib tabeliyində olan işçiyə (hal-hazırda xatırlamır) kredit və girov müqavilələrini hazırlamağı tapşırmışdır. Zərərçəkmiş şəxs3 bankın filialında depozit hesabı olduğu üçün, götürüləcək kreditə həmin depozit hesabı girov qoyulmuşdur. Zərərçəkmiş şəxs3 kredit və girov müqavilələri hazır olduqdan sonra həmin işçi hazırlanmış müvafiq sənədləri sabiq direktor Təqsirləndirilən şəxs təhvil vermişdir. Kredit ilə bağlı sənədlər hazırlanarkən hörmətli müştərilərindən olan Zərərçəkmiş şəxs3 sabiq direktor Təqsirləndirilən şəxs xidməti otağında olmuşdur. Həmin kredit üzrə 10/M nömrəli 29 aprel 2020-ci il tarixli sərəncamda olan kreditə məsul şəxs yazısının alt hissəsindəki imza ona məxsusdur. Zərərçəkmiş şəxs3 29 aprel 2020-ci il tarixli 11000 dollarlıq kreditinə məsul şəxs o olmuşdur. Bütün sənədləri yoxladıqdan sonra kreditin buraxılmasına sərəncam verən şəxslərdən biri də odur. Zərərçəkmiş şəxs3 depozit hesabına görə kredit ayrılmışdır. Bundan sonrakı proseslərdən xəbəri olmamışdır. Geriyə qalan bütün hərəkətlər Təqsirləndirilən şəxs xidməti otağında icra olunmuşdur. Həmin kredit üzrə qiymətləndirmənin aparılması isə Muğanbank ASC-nin rəhbərliyi ilə danışıqlar aparıldıqdan sonra müsbət olaraq qiymətləndirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialında kredit mütəxəssisi vəzifəsində işləyir. 2010-cu il tarixdən 2015-ci il tarixədək "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialının kredit mütəxəssisi vəzifəsində işləmişdir. Bundan sonrakı dövrdə işdən ayrılmışdır. 12 iyul 2016-cı il tarixdən 20 may 2020-ci il tarixədək həmin filialda xəzinədar vəzifəsini icra etmişdir. Bundan sonra həmin bankdan yenidən işdən ayrılmışdır. Bir də təqribən 2022-ci ilin noyabr ayından həmin banka kredit mütəxəssisi vəzifəsinə geri qayıtmışdır. Zərərçəkmiş şəxs3 bankın müştərisi kimi sənədlərdə olan adına əsasən tanımışdır. Zərərçəkmiş şəxs3 şəxsən özünü vizual olaraq 2019-2020-ci illərdə görmüşdür. 29 aprel 2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialında xəzinədar vəzifəsini icra edən zaman həmin bankın direktoru Təqsirləndirilən şəxs ona xidməti telefon vasitəsi ilə zəng vuraraq hörmətli müştərilərdən olan Zərərçəkmiş şəxs3 xidməti otağında onunla birlikdə olduğunu, sonuncunun kredit sənədlərinin, kassa məxaric orderlərinin özündə olduğunu əlavə etmişdir. Bundan sonra direktor Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 üçün Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialından ayrılmış 11000 dollar krediti bir başa öz otağına gətirməsini ondan istəmişdir. O, 11000 dollar pul vəsaitini kassadan götürüb Təqsirləndirilən şəxs otağına getmişdir. Həmin vaxtı direktor Təqsirləndirilən şəxs xidməti masasının arxasında, Zərərçəkmiş şəxs3 isə qonaqlar üçün ayrılmış ön masanın arxasında əyləşmişdir. Direktor Təqsirləndirilən şəxs ona pul vəsaitini masaya qoyub çıxmağını, kassa məxaric və mədaxil orderlərini sonra verəcəyini bildirmişdir. O, direktor Təqsirləndirilən şəxs dediyi kimi etmişdir. Bundan sonra o, kassada xəzinədar vəzifəni icra edən zaman Təqsirləndirilən şəxs 11000 dollarlıq xəzinə məxaric və 110 dollarlıq xəzinə mədaxil orderlərini ona təhvil vermişdir. Həmin orderlər ona verilərkən imzalanmış vəziyyətdə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 24 sentyabr 2010-cu il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialına əməliyyatçı-mühasib vəzifəsinə təyin olunmuşdur. 16 sentyabr 2020-ci il tarixdə həmin bankda vəzifəsi əməliyyat üzrə mütəxəssis vəzifəsinə dəyişdirilmişdir. 30 iyun 2021-ci il tarixdən vəzifəsi yenidən əməliyyat üzrə aparıcı mütəxəssis vəzifəsinə dəyişdirilmişdir. Vəzifə təlimatına əsasən işə qəbul olunduğu gündən hal-hazırkı dövrə kimi eyni vəzifəni icra edir. 29 aprel 2020-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialında əməliyyatçı mühasib vəzifəsini icra edən zaman Kredit şöbəsindən ona Zərərçəkmiş şəxs3 kassa mədaxil və məxaric orderlərinin hazırlanması tapşırılmışdır. Həmin vaxtı Zərərçəkmiş şəxs3 direktor Təqsirləndirilən şəxs otağında olması ona məlum olmuşdur. Zərərçəkmiş şəxs3 bankın hörmətli müştərilərindən olduğu üçün direktor bir başa özü qəbul etmişdir. O, kassa məxaric və mədaxil orderlərini hazırlayıb, baş mühasib Şahid7 imza çəkdirdikdən sonra kredit şöbəsinə təqdim etmişdir. Birbaşa kredit götürən Zərərçəkmiş şəxs3 ilə həmin günü danışığı və görüşü olmamışdır. 01 sentyabr 2022-ci il tarixdə bankın direktoru Təqsirləndirilən şəxs onun oturduğu masaya yaxınlaşıb Zərərçəkmiş şəxs2 hesabından Vəliyev X17 hesabına 28710 manat məbləğində xəzinə mədaxil orderini tərtib etməyi tapşırmışdır. O, həmin xəzinə mədaxil orderini tərtib edib, özünə aid olan əməliyyatçı bölməsinin qarşısına imza çəkib, orderi direktor Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxtı Zərərçəkmiş şəxs2 direktor Vüqarın xidməti otağında olmuşdur. Təqsirləndirilən şəxs orderi verdikdən sonra geridə qalan məsələlər barədə heç bir məlumatı olmamışdır. 29 aprel 2020-ci il tarixli SN:719582/13521301 nömrəli 11000 dollarlıq kassa məxaric orderindəki əməliyyatçı yazısının qarşısındakı imza ona məxsusdur. 29 aprel 2020-ci il tarixli SN:719583/13521302 nömrəli 110 dollarlıq xəzinə mədaxil orderindəki əməliyyatçı yazısı qarşısındakı imza ona məxsusdur. Göstərdiyi əməliyyatları apararkən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 şəxsiyyətlərini şəxsiyyət vəsiqələri ilə eyniləşdirməmişdir. 29 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 və 01 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 sabiq direktor Təqsirləndirilən şəxs xidməti otağında olmasından əmin olmuşdur. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 cari hesabları keçmiş vaxtlardan açılmışdır. Kredit hesabı isə cari hesabın bir qoludur. Əgər müştərinin cari hesabı vardırsa, müştəriyə yenidən imza çəkdirməklə kredit hesabının açılmasına ehtiyac yoxdur. Həmin dövrdə də bankda baş mühasib Anar Əhmədov olmuşdur. Bankın daxili qaydasına əsasən əməliyyatçı mühasib kredit ilə bağlı müraciətləri qəbul etmir. Bu səbəbdən heç bir müraciət qəbul etməmişdir. Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 kredit tələbatını öyrənməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 09 yanvar 2015-ci il tarixdə Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir filialına kredit ödənişlərinin yığımı üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. 12 noyabr 2021-ci il tarixdə həmin filialda aparıcı kredit mütəxəssisi vəzifəsinə keçirilmişdir. Bundan sonra isə 08 sentyabr 2022-ci il tarixdə həmin filialda baş kredit mütəxəssisi vəzifəsinə keçirilmişdir. Hal-hazırda baş kredit mütəxəssisi vəzifəsində işləyir. 01 sentyabr 2022-ci il tarixdə bankın sabiq direktoru Təqsirləndirilən şəxs onu xidməti otağına çağıraraq Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsini ona vermişdir. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxs2 adına 29000 manatlıq kredit müqaviləsi hazırlamasını tapşırmışdır. O, öz xidməti sahəsinə keçib kredit və girov müqavilələrini hazırlayıb, yoxlayıb çap etdikdən sonra həmin müqavilələri Təqsirləndirilən şəxs xidməti otağına aparmışdır. O, otağa keçəndə Zərərçəkmiş şəxs2 da həmin otaqda olmuşdur. Hazırladığı müqavilələri masanın üzərinə qoyduqdan sonra Təqsirləndirilən şəxs ondan otaqdan çıxmasını tələb etmişdir. O, Təqsirləndirilən şəxs istəyi əsasında həmin otağı tərk etmişdir. Həmin kredit üzrə 009-022- 04/M nömrəli 01 sentyabr 2022-ci il tarixli sərəncamda olan kreditə məsul şəxs yazısının alt hissəsindəki imza ona məxsusdur. Zərərçəkmiş şəxs2 01 sentyabr 2022-ci il tarixli 29000 manatlıq kreditinə məsul şəxs o, olmuşdur. Bütün sənədləri yoxladıqdan sonra kreditin buraxılmasına sərəncam verən şəxslərdən biri də odur. 18 mart 2022-ci il tarixli 068/M nömrəli sərəncamda kreditə məsul şəxs yazısının altındakı imza, həmçinin 10 mart 2022-ci il tarixli "xxxx" ASC-nin Mingəçevir filialının kredit komitəsinin iclasının protokolu sənədinin ikinci vərəqindəki lehinə qrafasındakı kredit komitəsinin üzvü Şahid6 yazının qarşısındakı imza ona məxsusdur. O, sabiq direktor Təqsirləndirilən şəxs istəyi əsasında kredit və girov müqaviləsi sənədlərini hazırlayıb sonuncunun otağına aparmışdır. Bundan sonra həmin otağı tərk etmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs2 ilə bir başa danışığa girməmişdir. Bütün danışıqlar Təqsirləndirilən şəxs tərəfindən aparılmışdır. Zərərçəkmiş şəxs2 bir başa filial müdirinin xidməti otağında olmuşdur. Həmin sənədlər də onun otağında imzalanmışdır. Zərərçəkmiş şəxs2 ödəniş qabiliyyəti barədə hər hansı tədbir görməmişdir. Zərərçəkmiş şəxs2 bankın hörmətli müştərilərindən olduğu üçün Təqsirləndirilən şəxs tərəfindən bir başa xidməti otağında qəbul edilmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs2 ilə bir başa danışıq aparmamışdır. Kassadan pulu kimin götürübgötürməməsinə diqqət yetirməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, 05 yanvar 2009-cu il tarixdə Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Quba filialının əməliyyatçı mühasib vəzifəsinə təyin olunmuşdur. 08 oktyabr 2014-cu il tarixdə həmin bankın Cəlilabad filialına baş mühasib vəzifəsinə keçirilmişdir. 29 sentyabr 2017-ci il tarixdə X18 Cəmiyyətinin Mingəçevir filialına baş mühasib vəzifəsinə təyin edilmişdir. 16 sentyabr 2020-ci il tarixdə sonuncu filialda əməliyyat üzrə menecer vəzifəsinə keçirilmişdir. 16 sentyabr 2020-ci il tarixdə baş mühasib vəzifəsinin adı dəyişdirilməklə, müasirləşdirilərək əməliyyat üzrə menecer edilmişdir. Vəzifə təlimatına əsasən baş mühasib vəzifəsi ilə eyni vəzifələri icra etmişdir. Vəzifə təlimatına uyğun olaraq hesabların açılması, açılmış hesabların təsdiqi, depozit əməliyyatları, verilmiş müxabirləşmələrin təsdiqi, balansın hazırlanması açılması və sair vəzifələri olmuşdur. 29 aprel 2020-ci il tarixdə o, bankda baş mühasib vəzifəni icra edərkən Zərərçəkmiş şəxs3 bankın inzibati binasına daxil olmuşdur. Zərərçəkmiş şəxs3 bankın hörmətli müştərilərindən olduğu üçün birbaşa bankın sabiq direktoru Təqsirləndirilən şəxs xidməti otağına keçmişdir. Zərərçəkmiş şəxs3 keçmiş vaxtlardan əmanət qovluğu olduğu üçün sonuncunun cari hesabı bankda ondan əvvəl açılmışdır. Həmin cari hesab içərisində avtomatik olaraq əmanət hesabı, kredit hesabı, kart hesabı və digər hesabları olmuşdur. Sadəcə hansı hesabdan hansı gün istifadə edəcəksə hesab həmin tarixdə aktivləşdirilmişdir. Aktivləşən hesab ilə bağlı heç bir sənədə imza çəkilməmişdir. Cari hesaba bir dəfə imza çəkilməklə bütün hesabların aktivləşməsinə müştəri tərəfindən icazə verilmişdir. Bankın kredit şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs3 tələbi əsasında həmin gün 11000 dollarlıq kredit paketini hazırlamışdırlar. Həmin kredit paketi hazır olduqdan sonra işçilər xəzinə məxaric orderini və Zərərçəkmiş şəxs3 şəxsiyyət vəsiqəsini ona təqdim etmişdirlər. O, məxaric orderində göstərilmiş məbləği, ad soyad ilə müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatlarını eyniləşdirdikdən sonra məxaric orderini imzalayıb kredit şöbəsinin əməkdaşına təqdim etmişdir. Həmin vaxtı müştərinin imzası çəkilməmiş olmuşdur. Müştəri imzasını bankın kassa hissəsində pulu alarkən imzalamalıdır. Bu səbəbdən də o, Zərərçəkmiş şəxs3 29 aprel 2020-ci il tarixli 11000 dollarlıq xəzinə məxaric orderinə imza çəkərkən, sonuncunun imzası orderdə olmamışdır. Zərərçəkmiş şəxs3 birbaşa onun xidmət göstərdiyi sahəyə gəlməmişdir. Sonuncunun bankda cari hesablarının olması və təkrar müştəri olması ilə əlaqədar heç onun xidməti sahəsinə gəlməsinə ehtiyac da yoxdur. Zərərçəkmiş şəxs3 kreditləşmə prosesi başa çatdıqdan sonra sonuncu bankın inzibati binasını tərk etmişdir. Zərərçəkmiş şəxs3 29 aprel 2020-ci il tarixdə 11000 dollar məbləğində kredit verilərkən həmin tarixdə tərtib olunmuş 10/M nömrəli sərəncamda baş mühasib yazısının alt hissəsindəki imza ona məxsusdur. Bankın daxili qaydasına əsasən sərəncam vermək səlahiyyəti tam ləğv edilmişdir. 01 sentyabr 2022-ci il tarixdə o, bankda əməliyyat üzrə menecer (baş mühasib) vəzifəsini icra edərkən Zərərçəkmiş şəxs2 bankın inzibati binasına daxil olmuşdur. Zərərçəkmiş şəxs2 bankın hörmətli müştərilərindən olduğu üçün bir başa bankın sabiq direktoru Təqsirləndirilən şəxs xidməti otağına keçmişdir. Zərərçəkmiş şəxs2 keçmiş vaxtlardan əmanət qovluğu olduğu üçün, sonuncunun cari hesabı bankda ondan əvvəl açılmışdır. Həmin cari hesab içərisində avtomatik olaraq əmanət hesabı, kredit hesabı, kart hesabı və digər hesabları vardı. Sadəcə hansı hesabdan hansı gün istifadə edəcəksə hesab həmin günü aktivləşdirilmişdir. Aktivləşən hesab ilə bağlı heç bir sənədə imza çəkməyə ehtiyac olmamışdır. Cari hesaba bir dəfə imza çəkilməklə bütün hesabların aktivləşməsinə müştəri tərəfindən icazə verilir. Bankın kredit şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs2 tələbi əsasında həmin gün 29000 manat məbləğində kredit paketini hazırlamışdırlar. Həmin kredit paketi hazır olduqdan sonra işçilər xəzinə məxaric orderini və Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsini ona təqdim etmişdirlər. O, məxaric orderində göstərilmiş məbləği, ad, soyad ilə müştərinin şəxsiyyət vəsiqəsindəki məlumatlarını eyniləşdirdikdən sonra məxaric orderini imzalayıb kredit şöbəsinin əməkdaşına təqdim etmişdir. Həmin vaxt müştərinin imzası çəkilməmiş olmuşdur. Müştəri imzasını bankın kassa hissəsindən pulu alarkən imzalamalıdır. Bu səbəbdən də o, Zərərçəkmiş şəxs2 01 sentyabr 2022-ci il tarixli 29000 manat məbləğində xəzinə məxaric orderinə imza çəkərkən, sonuncunun imzası orderdə olmamışdır. Zərərçəkmiş şəxs2 bir başa onun xidmət göstərdiyi sahəyə gəlməmişdir. Sonuncunun bankda cari hesabları olması və təkrar müştəri olması ilə əlaqədar heç onun xidməti sahəsinə gəlməsinə ehtiyac olmamışdır. Zərərçəkmiş şəxs2 kreditləşmə prosesi başa çatdıqdan sonra sonuncu bankın inzibati binasını tərk etmişdir. Zərərçəkmiş şəxs2 01 sentyabr 2022-ci il tarixdə 29000 manat məbləğində kredit verilərkən həmin tarixdə tərtib olunmuş 009-022-04/M nömrəli sərəncamda baş mühasib yazısının alt hissəsindəki imza ona məxsusdur. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 kredit verilərkən filial daxili əməliyyatlara birbaşa nəzarət etmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 kredit verilərkən xəzinə məxaric orderlərinin hamısını nəzərdən keçirmişdir. Belə ki, həmin işlər üzrə kredit mütəxəssisləri xəzinə məxaric orderlərini və müştərilərin şəxsiyyət vəsiqələrini ona təqdim etmişdirlər. O, məxaric orderindəki kredit məbləğini və müştərilərin şəxsiyyət vəsiqələrindəki ad, soyadlarını eyniləşdirdikdən sonra məxaric orderlərinə imza çəkib təhvil vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun bacısının əridir, yəni yeznəsidir. Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 01 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin dövrdə istifadəsində olan ***-***-**-** mobil operator nömrəsinə zəng vuraraq, Bakı şəhərində Neftçilər ərazisində yerləşən Zərərçəkmiş şəxs1 ASC-dən pul vəsaiti götürmək lazım olduğunu bildirmişdir. Həmin vaxtlar o, Bakı şəhərində yaşadığı üçün Vüqarın xahişini yerə salmamışdır. 01 sentyabr 2022-ci il tarixdə təqribən saat 14 radələrində o, Bakı şəhərində yerləşən Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialına yaxınlaşmışdır. Həmin bankın kassasına yaxınlaşıb Təqsirləndirilən şəxs qaynı olduğunu bildirmişdir. Bundan sonra bankda olan tanımadığı əməkdaşlar Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq onun həqiqətən sonuncunun qaynı olub-olmadığını dəqiqləşdirmişdirlər. Onun həqiqətən Vüqarın qaynı olduğunu dəqiqləşdirdikdən sonra ona paket içərisində pul vəsaiti vermişdirlər. Həmin vaxtı Təqsirləndirilən şəxs bankda olan əməkdaşlar ilə bir başa danışığa çıxdığı üçün həmin pul vəsaitini o saymamışdır. Pul vəsaitinin miqdarından xəbəri olmamışdır. Bankın inzibati binasını tərk etdikdən sonra yenidən Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb pul vəsaitini nə edəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs həmin pul vəsaitini Bakı şəhərində 28 May ərazisində bir nəfər tanımadığı şəxsə verməsini xahiş etmişdir. Həmin gün Bakı şəhərində, 28 May ərazisində telefon mağazası qarşısında bir nəfər tanımadığı şəxs ilə görüşüb Təqsirləndirilən şəxs istəyi əsasında bankdan götürdüyü pul vəsaitini tanımadığı şəxsə vermişdir. Vüqarın xahişlərini etdikdən sonra öz işlərinə davam etmişdir. Həmin şəxsin kim olması, soyadı, adı və ata adı barəsində heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs cəmi bir dəfə xahiş etmişdir ki, pulu tanımadığı şəxsə çatdırsın. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Bununla belə məhkəmə Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, Şahid1 məhkəməyədək icraat zamanı ifadəsində göstərmişdir ki, o, 15 may 2010-cu il tarixdən hal-hazırkı dövrədək Zərərçəkmiş şəxs1 ASC-nin Neftçilər filialının direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs təqribən 2012-ci il tarixdən tanıyır. Təqsirləndirilən şəxs ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs ilə görüşləri olmamış, yalnız bank işləri ilə bağlı mobil telefon vasitəsi ilə danışıqları olmuşdur. 01 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs onun istifadəsində olan ***- ***-**-** mobil operator nömrəsinə zəng vuraraq qaynı soyadı və adını bilmədiyi şəxsin Nizami rayon ərazisində yaşadığını bildirmiş, ona pul göndərəcəyini demişdir. Vüqarın xahişini yerə salmayıb göndərəcəyi pul vəsaitini qəbul edəcəyini bildirmişdir. 01 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs ona məxsus Zərərçəkmiş şəxs1 ASC-nin Neftçilər filialında olan **********00621AZM30 nömrəli hesaba 28710 manat məbləğində pul vəsaitini köçürmüşdür. Həmin pul vəsaiti köçürüləndən təqribən yarım saat sonra bir nəfər şəxs xidmət etdiyi banka yaxınlaşıb Təqsirləndirilən şəxs qaynı olduğunu bildirmişdir. Həmin şəxs özündə olan telefon vasitəsi ilə Vüqara yığdıqdan sonra o, sonuncunun qaynı olmasından əmin olmuşdur. Təqsirləndirilən şəxs qaynının adını, soyadını və ata adını bilməmişdir. Həmin gün o, Vüqarın qaynına 27000 manat məbləğində pul vəsaitini vermişdir. Vüqarın qaynı pul vəsatini götürüb bankın inzibati binasını tərk etdikdən sonra, o, yenidən sonuncuya zəng vurmuşdur. Vüqara zəng etməsinə səbəb onda qalan 1710 manat məbləğində pul vəsaitini nə edəcəyi olmuşdur. Vüqar ona mobil tətbiq üzərindən özünə məxsus Unibank Leo kartınının şəklini göndərərək həmin karta yerdə qalan 1710 manat məbləğində pul vəsaitini köçürməsini xahiş etmişdir. O da həmin gün Vüqarın istəyi əsasında yerdə qalan 1710 manat məbləğində pul vəsaitini sonuncunun kart hesabına köçürmüşdür. O, Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs2 tanımır. Sonuncu ilə heç bir danışığı və əlaqəsi olmamışdır. Təqribən 2022-ci ilin oktyabr ayının ortalarında mobil telefonunu dəyişdiyi üçün Təqsirləndirilən şəxs mobil tətbiq üzərindən göndərdiyi Unibank Leo kartının şəkli onun telefonunda qalmamışdır. Amma həmin kartın Unibanka məxsus Leo kart olması ona dəqiq məlumdur. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini, iş üzrə dindirilmiş şəxslərin ifadələri və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 kredit, girov müqavilələrinə və xəzinə məxaric orderinə kimin imza çəkməsindən məlumatının olmaması, Zərərçəkmiş şəxs2 adına kredit və girov müqaviləsinə kimin imza çəkməsindən məlumatının olmaması ilə bağlı istinad etdiyi dəlillər məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs özünü həmin imzalardan məlumatsız kimi göstərsə də, iş materiallarına əlavə edilmiş sənədlərlə, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, həmçinin özünün etirafedici ərizəsi onun həmin cinayətləri törətməsini təsdiq edir. Belə ki, təqsirləndirilən şəxs vəzifə saxtakarlığı əməli törədərək Zərərçəkmiş şəxs3 11.000,00 ABŞ dolları məbləğində kredit ayırmaqla, həmin krediti öz şəxsi ehtiyaclarına sərf etməsini 29 may 2023-cü il tarixdə Mingəçevir şəhər prokuroruna 29 aprel 2020-ci il tarixdə vəzifə saxtakarlığı (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi) əməli törədərək Zərərçəkmiş şəxs3 11.000,00 ABŞ dolları (18.700,00 manat) məbləğində kredit ayırmaqla, həmin krediti öz şəxsi ehtiyaclarına sərf etməyi epizodu üzrə əməlinə bəraətverici əsaslar olmadan xitam verilməsinə heç bir etirazı olmamasına dair ərizə ünvanlamaqla etiraf etmişdir. Bu da 30 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarda öz əksini tapmış, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən onun barəsində 29 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 adına kredit sənədləşdirməsini saxtalaşdırması xüsusatı üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmişdir. Həmçinin məhkəmə-xətşünaslıq ekspertizasının 13 mart 2023-cü il tarixli rəyində göstərilir ki, sözügedən imzalar Zərərçəkmiş şəxs3 tərəfindən yox, Zərərçəkmiş şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bundan başqa, həmin rəydə göstərilir ki, xx.xx.2020-ci il tarixli ərizədə, xx.xx.2020-ci il tarixli zəmanət məktubunda “Zərərçəkmiş şəxs3” yazıları; xx.xx.2022-ci il tarixli ərizədə, xx.xx.2022-ci il tarixli Zəmanət məktubunda “Zərərçəkmiş şəxs2” yazıları – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Təqsirləndirilən şəxs aradan uzun müddət keçməsindən, kənar şəxslərin görməməsindən sui-istifadə edərək, törətdiyi cinayət əməlini etiraf etməməklə cinayət məsuliyyətindən yayınmaq məqsədini güdmüşdür. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşır, həmçinin onun ifadəsinin həmin hissəsini inandırıcı saymır və sübut növü kimi qəbul etmir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspert rəylərini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 13 mart 2023-cü il tarixli 4/352 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, materialın 166-cı vərəqində olan xx.xx.2020-ci il tarixli ərizədə, 167-ci vərəqində olan xx.xx.2020-ci il tarixli zəmanət məktubunda “Zərərçəkmiş şəxs3” yazıları; materialın 211-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə, 222-ci vərəqində olan, xx.xx.2022-ci il tarixli Zəmanət məktubunda “Zərərçəkmiş şəxs2” yazıları – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, materialın 222-ci vərəqində olan, xx.xx.2022-ci il tarixli Zəmanət Məktubunda “İmza” qrafasındakı imza; 223-cü vərəqində olan, xx.xx.2022ci il tarixli 009-022-04/M nömrəli Müddətli Öhdəçilikdə “Müştərinin imzası 1.” qrafasındakı imza; 226-cı vərəqində olan, xx.xx.2022-ci il tarixli SN:770400 nömrəli xəzinə mədaxil orderində “İmza” qrafasındakı imza; 227-ci vərəqində olan, xx.xx.2022-ci il tarixli SN:770396/15252838 nömrəli xəzinə mədaxil orderində “İmza” qrafasındakı imza; 228-ci vərəqində olan, xx.xx.2022-ci il tarixli SN:770397/15252837 nömrəli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza - Zərərçəkmiş şəxs2 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, materialın 166-cı vərəqində olan xx.xx.2020-ci il tarixli ərizədə, 167-ci vərəqində olan xx.xx.2020-ci il tarixli zəmanət məktubunda “imza” qrafasındakı imzalar; 168-ci vərəqində olan xx.xx.2020-ci il tarixli K-10/M nömrəli kredit müqaviləsinə 1 saylı əlavədə “Borcalan” bölməsindəki imza; 171-174-cü vərəqlərində olan, xx.xx.2020-ci il tarixli “10/M” nömrəli kredit müqaviləsinin hər vərəqinin sağ alt hissəsindəki imzalar və “Borcalan” bölməsindəki imzalar; 175-177-ci vərəqlərində olan, xx.xx.2020-ci il tarixli “10/M” nömrəli girov müqaviləsinin hər vərəqinin sağ alt hissəsindəki imzalar və “Borcalan”, “Girov qoyan” bölmələrindəki imzalar; 179-cu vərəqində olan, xx.xx.2020-ci il tarixli “10/M” nömrəli Müddətli Öhdəçilikdə “Müştərinin imzası 1.” qrafasındakı imza; 187-ci vərəqində olan, xx.xx.2020-ci il tarixli SN:719582/13521301 nömrəli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza; 188-ci vərəqində olan, xx.xx.2020-ci il tarixli SN:719583/13521302 nömrəli xəzinə mədaxil orderində “İmza” qrafasındakı imza - Zərərçəkmiş şəxs3 tərəfindən yox, Zərərçəkmiş şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, materialın 211-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə “İmza” qrafasındakı imza; 212-214-cü vərəqlərində olan, xx.xx.2022-ci il tarixli 009-022-04/M nömrəli kredit müqaviləsinin hər vərəqinin sağ alt hissəsindəki imzalar və “Borc alan” bölməsindəki imza; 215-217-ci vərəqlərində olan, xx.xx.2022-ci il tarixli G- 009-022-04/M nömrəli girov müqaviləsinin hər vərəqinin sağ alt hissəsindəki imzalar və “Borcalan”, “Girov qoyan” bölmələrindəki imzalar; 220-221-ci vərəqlərində olan, xx.xx.2022-ci il tarixli Kreditin verilməsi üçün sifarişdə “İmza” qrafasındakı imza - Zərərçəkmiş şəxs2 tərəfindən yox, Zərərçəkmiş şəxs3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, materialın 166-cı vərəqində olan xx.xx.2020-ci il tarixli ərizədə, 167-ci vərəqində olan xx.xx.2020-ci il tarixli zəmanət məktubunda “imza” qrafasındakı imzaların; 168-ci vərəqində olan xx.xx.2020-ci il tarixli K-10/M nömrəli kredit müqaviləsinə 1 saylı əlavədə “Borcalan” bölməsindəki imzanın; 171-174-cü vərəqlərində olan, 29 aprel 2020-ci il tarixli “10/M” nömrəli kredit müqaviləsinin hər vərəqinin sağ alt hissəsindəki imzaların və “Borcalan” bölməsindəki imzaların; 175-177-ci vərəqlərində olan, xx.xx.2020-ci il tarixli “10/M” nömrəli girov müqaviləsinin hər vərəqinin sağ alt hissəsindəki imzalar və “Borcalan”, “Girov qoyan” bölmələrindəki imzaların; 179-cu vərəqində olan, xx.xx.2020-ci il tarixli “10/M” nömrəli Müddətli Öhdəçilikdə “Müştərinin imzası 1.” qrafasındakı imzanın; 187-ci vərəqində olan, xx.xx.2020-ci il tarixli SN:719582/13521301 nömrəli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imzanın; 188-ci vərəqində olan, xx.xx.2020-ci il tarixli SN:719583/13521302 nömrəli xəzinə mədaxil orderində “İmza” qrafasındakı imzanın; materialın 211-ci vərəqində olan xx.xx.2022-ci il tarixli ərizədə “İmza” qrafasındakı imzanın; 212-214-cü vərəqlərində olan, xx.xx.2022-ci il tarixli 009-022- 04/M nömrəli kredit müqaviləsinin hər vərəqinin sağ alt hissəsindəki imzaların və “Borc alan” bölməsindəki imzanın; 215-217-ci vərəqlərində olan, xx.xx.2022-ci il tarixli G-009- 022-04/M nömrəli girov müqaviləsinin hər vərəqinin sağ alt hissəsindəki imzaların və “Borcalan”, “Girov qoyan” bölmələrindəki imzaların; 220-221-ci vərəqlərində olan, xx.xx.2022-ci il tarixli Kreditin verilməsi üçün sifarişdə “İmza” qrafasındakı imzanın Təqsirləndirilən şəxs tərəfindən, Şahid4 tərəfindən, Şahid5 tərəfindən, X13 tərəfindən, Şahid6 tərəfindən, X9 tərəfindən, Şahid3 tərəfindən, Şahid7 tərəfindən və ya başqa şəxs (şəxslər) tərəfindən icra olunub-olunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 3-cü bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarında olan məhkəmə-fonoskopik ekspertizasının 11 aprel 2023-cü il tarixli 4/228 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “Rühəngiz və Vüqar danışıq” xüsusi qeydi olan “Verbatim” markalı CD diskdə və 1 ədəd üzərində “Səbuhi və Vüqar danışıq” xüsusi qeydi olan “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “Rühəngiz və Vüqar danışıq” xüsusi qeydi olan “Verbatim” markalı CD diskdə və 1 ədəd üzərində “Səbuhi və Vüqar danışıq” xüsusi qeydi olan “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi və nitqi- Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd üzərində “Rühəngiz və Vüqar danışıq” xüsusi qeydi olan “Verbatim” markalı CD diskdə və 1 ədəd üzərində “Səbuhi və Vüqar danışıq” xüsusi qeydi olan “Verbatim” markalı CD diskdə olan mübahisəli fonoqramdakı danışıqlarda üç nəfər kişi və bir nəfər qadın cinsinə məxsus diktor iştirak etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-mühasibat ekspertizasının 08 may 2023-cü il tarixli 9/3070 saylı rəyindən görünür ki, 29 aprel 2020-ci il tarixli 10/M nömrəli kredit müqaviləsi üzrə Zərərçəkmiş şəxs3 tərəfindən ümumilikdə aldığı kredit vəsaitinə görə "xxxx" ASC-yə 13.305,43 ABŞ dolları məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğin 11.000,00 ABŞ dolları əsas borca, 2305,43 ABŞ dolları faiz borcuna silinmişdir. Ekspertiza tədqiqatı zamanı, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış və 29 aprel 2020-ci il tarixli, 10/M saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Zərərçəkmiş şəxs3 "xxxx" ASC-yə olan borcunun tam olaraq ödənilməsi müəyyən edilir. 01 sentyabr 2022-ci il tarixli 009-022-04/M saylı kredit müqaviləsi üzrə Zərərçəkmiş şəxs2 tərəfindən ümumilikdə aldığı kredit vəsaitinə görə "xxxx" ASC-yə cəmi 31.670,00 manat məbləğində ödəniş aparılmışdır ki, həmin məbləğində 29.000,00 manat əsas borca, 2670,00 manat faiz borcuna silinmişdir. Ekspertiza tətqiqatı zamanı, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış və 01 sentyabr 2022-ci il tarixli, 009-022-04/M saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Paşayeva Zərərçəkmiş şəxs2 "xxxx" ASCyə olan borcunun tam olaraq ödənilməsi müəyyən edilir. Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 16 may 2023-cü il tarixli 279 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməllərini törədən zaman hər hansı psixi pozuntudan, xəstəlikdən və ya ağır psixi pozuntulardan əziyyət çəkməmişdir. Onda hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması olmamışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməllərini törətdikdən sonra və halhazırda psixi xəstəlikdən əziyyət çəkmir. O, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya həmin əməli idarə etmək iqtidarındadır, onun hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədərkən adi psixi emosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməllərini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 may 2023-cü il tarixli 820 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əziyyət çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ASC Mingəçevir filialı ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış 17 mart 2021-ci il tarixli OPP/21/009/000026 nömrəli depozit müqaviləsindən görünür ki, əmanətçi bankdakı depozit hesabına 36.900 manat məbləğində pul vəsaitinin yerləşdirilməsini öhdəsinə götürmüş, bank bu müqaviləyə əsasən həmin vəsaitin qəbul edilməsini, habelə göstərilən müddətə və qaydada depoziti və ona hesablanmış faizləri əmanətçiyə qaytarılmasını öhdəsinə götürmüşdür. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ASC Mingəçevir filialı ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış 17 mart 2021-ci il tarixli OPP/21/009/000027 nömrəli depozit müqaviləsindən görünür ki, əmanətçi bankdakı depozit hesabına 22700 manat məbləğində pul vəsaitinin yerləşdirilməsini öhdəsinə götürmüş, bank bu müqaviləyə əsasən həmin vəsaitin qəbul edilməsini, habelə göstərilən müddətə və qaydada depoziti və ona hesablanmış faizləri əmanətçiyə qaytarılmasını öhdəsinə götürmüşdür. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ASC Mingəçevir filialı ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış 16 sentyabr 2022-ci il tarixli MA/22/009/000029 nömrəli depozit müqaviləsindən görünür ki, əmanətçi bankdakı depozit hesabına 37350 manat məbləğində pul vəsaitinin yerləşdirilməsini öhdəsinə götürmüş, bank bu müqaviləyə əsasən həmin vəsaitin qəbul edilməsini, habelə göstərilən müddətə və qaydada depoziti və ona hesablanmış faizləri əmanətçiyə qaytarılmasını öhdəsinə götürmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “CD” diskə götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, “CD” diskə köçürülmüş səs yazıları Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında aparılan danışıqlardan ibarətdir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ASC Mingəçevir filialı ilə Zərərçəkmiş şəxs3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank Zərərçəkmiş şəxs3 11000 USD məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini məqsədilə, tərəflər arasında xx.xx.2020-ci il tarixli girov müqaviləsi bağlanmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 ASC Mingəçevir filialı ilə Zərərçəkmiş şəxs2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, bank Zərərçəkmiş şəxs2 29000 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini məqsədilə, tərəflər arasında xx.xx.2022-ci il tarixli girov müqaviləsi bağlanmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli sənədlərə götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, ˝knabnağuM˝ Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialı tərəfindən təqdim edilmiş 16 mart 2023-cü il tarixli SN:781538/15818647 nömrəli 29590 manatlıq xəzinə mədaxil orderidir. Mədaxil orderində müştərinin adı yazısının qarşısında Zərərçəkmiş şəxs2, təhvil verənin adı yazısının qarşısında isə Zərərçəkmiş şəxs3 yazılmışdır. Təyinatı bölməsinə nəzər saldıqda kreditin tam bağlanması yazısı qeydə alınmışdır. Xəzinə mədaxil orderindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 adına 01 sentyabr 2022-ci il tarixdə götürülmüş 29000 manatlıq kredit, 16 mart 2023-cü il tarixdə 29590 manat faizi ilə birlikdə Zərərçəkmiş şəxs3 tərəfindən tam ödənilərək bağlanmışdır. ˝knabnağuM˝ Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialı tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli Min/92 nömrəli arayışın məzmununda göstərilmişdir ki, ˝knabnağuM“ ASC Mingəçevir şəhər filialı ilə Zərərçəkmiş şəxs2 arasında 01 sentyabr 2022-ci il tarixində, 6(altı) ay müddətinə, illik 17%(on yeddi), 29000 (iyirmi doqquz min) manat məbləğində bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir filialı qarşısında borcu yoxdur. Arayış hüquqi şəxsin möhürü ilə təsdiqlənmişdir. Cinayət işinin materiallarında olan ˝knabnağuM˝ Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialı tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli Min/92 nömrəli arayışdan görünür ki, ˝knabnağuM“ ASC Mingəçevir şəhər filialı ilə Zərərçəkmiş şəxs2 arasında 01 sentyabr 2022-ci il tarixində, 6(altı) ay müddətinə, illik 17%(on yeddi), 29000 (iyirmi doqquz min) manat məbləğində bağlanmış kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir filialı qarşısında borcu yoxdur. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 05 may 2023cü il tarixli protokoldan görünür ki, 29 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 adına imzaları saxtalaşdırılmaqla 11000 dollar məbləğində kredit götürülən zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs3 atası Rafiq Paşayevə üç dəfə zəng vurmuşdur. Təqsirləndirilən şəxs ilə Paşayev Rafiq Xəmmət oğlunun istifadəsində olan ***-***-**-** mobil operator nömrəsi arasında 29 aprel 2020-ci il tarixdə saat 11:19-da 110 saniyə, həmin gün saat 14:01-də 13 saniyə, həmin gün 14:16-da 11 saniyə danışıq aparılmışdır. 2020-ci il ərzində olan danışıqlara nəzər saldıqda Təqsirləndirilən şəxs tərəfindən Şahid1, Şahid2 zəng vurması müşahidə edilir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil operator nömrəsinə daxil olan və çıxan zənglərə baxış zamanı sonuncunun Şahid1, Şahid2, X3, Paşayev Rafiq Xəmmət oğluna müxtəlif vaxtlarda zəng vurması müşahidə edilir. Həmçinin baxış zamanı 01 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 adına imzaları saxtalaşdırılmaqla 29000 manat məbləğində kredit götürüldükdən sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs2 övladı Zərərçəkmiş şəxs3 arasında 29 sentyabr 2019-cu il tarixdən 19 dekabr 2022-ci il tarixədək müxtəlif vaxtlarda danışıq olması müəyyən olunmuşdur. Fayla baxış zamanı müəyyən edilmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 adına imzaları saxtalaşdırılmaqla 29000 manat məbləğində kredit götürüldükdən sonra Təqsirləndirilən şəxs ilə Muğanbank Neftçilər filialının müdiri Şahid1 istifadəsində olan ***-***-**-** mobil operator nömrəsi arasında iki dəfə, 01 sentyabr 2022-ci il tarixdə saat 14:42-də 121 saniyə və saat 14:57-də 37 saniyə danışıq aparılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan mobil operator nömrəsinə daxil olan və çıxan mesajlara baxış zamanı müəyyən edilmişdir ki, 19 dekabr 2022-ci il tarixdə saat 11:00-da Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 “yığacam sizi 15 daq” məzmunlu mesaj göndərilmişdir. Cinayət işinin materiallarında olan diskə baxış keçirilməsi haqqında 17 may 2023cü il tarixli protokoldan görünür ki, 409858******8368 nömrəli kartın Təqsirləndirilən şəxs məxsus olması göstərilmişdir. “Terminal vasitəsi ilə əməliyyat” adlı səhifədə 12-ci sətirdə saat 15:15:40-da Təqsirləndirilən şəxs kart hesabına “Millinön” terminalı vasitəsi ilə 2620 manat mədaxil edilmişdir. “Unibank tətbiqi ilə CardtoCard” adlı səhifədə Təqsirləndirilən şəxs tərəfindən 01 sentyabr 2022-ci il tarixdə saat 15:41:42-də 412720******8599 nömrəli kart hesabına 2600 manat məbləğində pul vəsaitinin köçürülməsi müəyyən edilmişdir. “Digər bank POS-terminal” adlı səhifədə 17-ci sətirdə Təqsirləndirilən şəxs xx-xx-2022-ci il tarixdə saat 20:30:16-da “5+ Supermarket Maqomayev”-də 47,37 manat məbləğində pul vəsaitindən istifadə etməsi müşahidə edilir. “İnternet” adlı səhifədə 11-ci sətirdə Təqsirləndirilən şəxs xx-xx-2022-ci il tarixdə 8:15:29-da “Bekcell” mobil operatoruna 25 manat məbləğində pul vəsaiti yükləməsi aşkar edilmişdir. Cinayət işinin materiallarında olan telefona baxış keçirilməsi haqqında 17 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung A32” markalı mobil telefona baxış zamanı Təqsirləndirilən şəxs Azərbaycan Beynəlxalq Bankında üç kartının olması müəyyən edilmişdir. Sonu “**-8599” ilə bitən debet kartına daxil olub, tarixçəsinə nəzər saldıqda 01 sentyabr 2022-ci il tarixdə saat 15:41:42-də 2587 manat məbləğində pul vəsaitinin “P2P Send-Leo App” tətbiqindən Azərbaycan Beynəlxalq Bank kartına daxil olması müəyyən edilmişdir. Baxış zamanı istintaqı aparılan cinayət işi üzrə əhəmiyyət kəsb edən başqa hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan baxış keçirilməsi haqqında 24 may 2023-cü il tarixli protokoldan görünür ki, Mərkəzi Bankın rəsmi veb saytı olan www.cbar.az-da 29 aprel 2020-ci il tarixə 1 ABŞ dollarının kursu 1,7000 manata bərabərdir. 11.000*1,7000=18.700,00 (on səkkiz min yeddi yüz) olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan 30 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4, 308.1 və 313-cü maddələrindən həmin Məcəllənin 179.2.2, 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələrinə tövsif edilmiş, ona 16 mart 2023-cü il tarixdə elan edilmiş ittiham dəyişdirilərək, əlavələr edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2 179.2.3, 179.2.4, 308.1 və 313-cü maddələri ilə yenidən ittiham elan edilmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir filialının sabiq müdiri Təqsirləndirilən şəxs barəsində 29 aprel 2020-ci il tarixdə Zərərçəkmiş şəxs3 adına kredit sənədləşdirməsini saxtakarlaşdırması xüsusatı üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü maddəsinə əsasən xitam verilmiş, X2 Təqsirləndirilən şəxs tərəfindən işə düzəldilməsi ilə bağlı sonuncunun əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, sabiq kredit şöbəsinin müdiri Şahid3, xəzinədar Şahid4 və aparıcı kredit mütəxəssisi Şahid6 barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş, cinayətin törədilməsinə səbəb və şərait yaradan halların aradan qaldırılması üçün X22 Məşğulluq filialına sabiq kredit şöbəsinin müdiri Şahid3, Zərərçəkmiş şəxs1 Məhdud Məsuliyyətli Cəmiyyətinə isə xəzinədar Şahid4 və aparıcı kredit mütəxəssisi Şahid6 barələrində təqdimat göndərilməsi qərara alınmış, X7 və Təqsirləndirilən şəxs arasında olan münasibətlərin mülki xarakterli olduğundan, hər hansı bir şəxsin, o cümlədən qeyd edilən xüsusatla bağlı Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd edilmiş və X3 Azərbaycan Respublikasının MPM-nin 25ci maddəsinə əsasən pozulmuş hüquqlarının bərpasının təmin edilməsi barədə iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etməsi izah edilməsi, istintaqı aparılmış cinayət işi üzrə məhkəmə qərarı əsasında Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətindən müvafiq qaydada götürülmüş 29 aprel 2020-ci il tarixli 10/M nömrəli Zərərçəkmiş şəxs3 11000 ABŞ dolları məbləğində kredit qovluğu, 01 avqust 2022-ci il tarixli 009-022-04/M nömrəli Zərərçəkmiş şəxs2 29000 manat məbləğində kredit qovluğu, 01 sentyabr 2022-ci il tarixli 009-022-04/M nömrəli Zərərçəkmiş şəxs2 29000 manat məbləğində krediti üzrə sərəncam orderi və həmin qovluqlara əlavə edilmiş sənədlər cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və özündə cinayət hadisəsinin izlərini saxlamasına görə maddi sübut kimi tanınması və cinayət işinin materiallarında saxlanılması, cinayətin törədilməsinə səbəb və şərait yaradan halların aradan qaldırılması üçün müvafiq quruma təqdimat göndərilməsi qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 ayrılmış 18.700,00 (on səkkiz min yeddi yüz) manata bərabər olan 11.000,00 (on bir min) ABŞ dolları məbləğində, yəni xeyli miqdarda pul vəsaitini 29 aprel 2020-ci il tarixli SN:719582/13521301 xəzinə məxaric orderi ilə filialın xəzinəsindən əldə etməklə, etibar edilmiş xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəməsi və Zərərçəkmiş şəxs2 29.000,00 (iyirmi doqquz min) manat məbləğində pul vəsaitinin ayrılmasına nail olduqdan sonra sonuncuya ayrılmış 29.000,00 (iyirmi doqquz min) manat məbləğində, yəni xeyli miqdarda pul vəsaitini, 290,00 manat komissiya xərci çıxdıqdan sonra qalan 28710,00 manatı 01 sentyabr 2022-ci il tarixli SN:770400 nömrəli xəzinə mədaxil orderi ilə filialın xəzinəsindən əldə etməklə, etibar edilmiş xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə təkrar mənimsəməsi, həmçinin rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə tamah niyyəti ilə vəzifə saxtakarlığı etməklə ictimai təhlükəli əməli törətməsi və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Qeyd edilən ittihamda təqsirli olması, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Bununla yanaşı məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək, həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 02 dekabr 2009-cu il tarixdən 07 oktyabr 2022-ci il tarixədək "xxxx" ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işləyərkən vəzifəli şəxs kimi etibar edilmiş xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə cinayəti törətməsi, onun əməlinin həm CM-in 179.2.3-cü, həm də vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsinin əlamətlərinə uyğun gəldiyindən, istintaq orqanı tərəfindən onun əməli CM-in 179.2.3 və 308.1-ci maddələri ilə tövsif edilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxsin bir hərəkətlə CM-in xüsusi hissəsinin iki normasının əlamətlərinə uyğun gələn cinayəti törətməsi, CM-in xüsusi hissəsində təsbit edilmiş ümumi və xüsusi normalar arasında rəqabət yaratmışdır. CM-in 179.2.3-cü maddəsi, CM-in 308.1-ci maddəsinə münasibət xüsusi norma olduğundan, təqsirləndirilən əməli cinayətlərin məcmusunu yaratmır və bu halda normalar arasında arasında mövcud olan rəqabət xüsusi normanın xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17.2-ci maddəsinə əsasən bir hərəkətlə (hərəkətsizliklə) bu Məcəllənin iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi cinayətlərin ideal məcmusunu yaradır. Həmin Məcəllənin 17.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin törədilməsi cinayətlərin məcmusunu yaratmır və bu halda xüsusi norma tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə, istinad olunan maddi və prosessual normaların tələblərinə uyğun olaraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittiham onun bir hərəkətlə CM-in iki və daha çox maddəsi ilə nəzərdə tutulmuş iki və daha çox cinayətin törədilməsi ilə bağlı olduğundan, həmin cinayətləri Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işləyərkən, rəhbərlik etdiyi filial tərəfindən ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə törətdiyindən, verilmiş ittiham cinayətlərin ideal məcmusunu yaratmışdır və CM-in 179.2.3-cü maddəsi onun əməlini tam əhatə etdiyindən, verilmiş ittihamdan CMin 308.1-ci maddəsi xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarında (39-cu bənd) izah olunur ki, məhkəmə hökmdə təqsirləndirilən şəxsin cinayət törətməsi nəticəsinə gələrkən əməlin tövsifini qanuna müvafiq surətdə izah etməlidir. Əməlin tövsifi zamanı ümumi və xüsusi normalar rəqabət apardıqda, yəni törədilmiş əməl CM-in həm ümumi, həm də xüsusi normada nəzərdə tutulmuş cinayətin əlamətlərinə uyğun gəldikdə, CM-in 17.4-cü maddəsinə əsasən xüsusi norma tətbiq olunur (məsələn, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə cinayəti törədildikdə, bu əməli təsbit edən CM-in 179.2.3-cü maddəsi ilə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə cinayətini nəzərdə tutan CM-in 308-ci maddəsi arasında mövcud olan rəqabət birincinin xeyrinə həll edilməklə, təqsirkarın əməli CM-in 308-ci maddəsi ilə və yaxud cinayətlərin məcmusu kimi deyil, yalnız CM-in 179.2.3-cü maddəsi ilə tövsif olunmalıdır). Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 02 dekabr 2009-cu il tarixdən 07 oktyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işləyərkən, normativ sənədlərin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, rəhbərlik etdiyi filial tərəfindən ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə talama məqsədi ilə rəhbərlik etdiyi filialda **********00013USD09 nömrəli depozit hesabında 21.967,00 ABŞ dolları (37.343,90 manat) məbləğində əmanət girovu olan Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs3 adına həmin əmanəti girov qoymaqla, kreditin verilməsində heç bir problem olmayacağını bilərək sonuncunun məlumatı və xəbəri olmadan 29 aprel 2020-ci il tarixdə saat 14 radələrində rəhbərlik etdiyi filialın Mingəçevir şəhəri, ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir filialının inzibati binasındakı xidməti iş otağında tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi rəsmi sənəd hesab olunan Zərərçəkmiş şəxs3 ilə bank arasında bağlanmış 29 aprel 2020-ci il tarixli 10/M nömrəli 11.000,00 ABŞ dolları (18.700,00 manat) məbləğində kredit müqaviləsi və zəruri bank sənədlərini hazırlamaqla, istintaqa məlum olmayan şəxslərə imzaladıb Zərərçəkmiş şəxs3 adına olan əmanəti kreditin təminatı kimi girov göstərməklə 29 aprel 2020-ci il tarixli 10/M nömrəli sərəncam əsasında Zərərçəkmiş şəxs3 11.000,00 (on bir min min) ABŞ dolları məbləğində pul vəsaitinin ayrılmasına nail olduqdan sonra sonuncuya ayrılmış 18.700,00 (on səkkiz min yeddi yüz) manata bərabər olan 11.000,00 (on bir min) ABŞ dolları məbləğində, yəni xeyli miqdarda pul vəsaitini 29 aprel 2020-ci il tarixli SN:719582/13521301 xəzinə məxaric orderi ilə filialın xəzinəsindən əldə etməklə özünün şəxsi ehtiyaclarına xərcləyib, Zərərçəkmiş şəxs3 məxsus qeyd olunan pul vəsaitini-etibar edilmiş xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamış və tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, təkrarən 02 dekabr 2009-cu il tarixdən 07 oktyabr 2022-ci il tarixədək Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işləyərkən, normativ sənədlərin tələblərini yerinə yetirməyərək öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib, rəhbərlik etdiyi filial tərəfindən ona etibar edilmiş özgə əmlakını öz qulluq mövqeyindən istifadə etməklə talama məqsədi ilə rəhbərlik etdiyi filialda 17 mart 2021-ci il tarixli OPP/21/009/000026 nömrəli müqavilə əsasında 36.900,00 manat məbləğində əmanət hesabı açmış Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs2 adına həmin əmanəti girov qoymaqla kredit verilməsində heç bir problem olmayacağını bilərək sonuncunun məlumatı və xəbəri olmadan 01 sentyabr 2022ci il tarixdə saat 14:03-də rəhbərlik etdiyi filialın Mingəçevir şəhəri, ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir filialının inzibati binasındakı xidməti otağında tamah niyyəti ilə məzmununa bilə-bilə yalan məlumatları daxil etdiyi rəsmi sənəd hesab olunan Zərərçəkmiş şəxs2 ilə bank arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli 009-022-04/M nömrəli 29.000,00 manat məbləğində kredit müqaviləsi və zəruri bank sənədlərini hazırlamaqla, istintaqa məlum olmayan şəxslərə imzaladıb Zərərçəkmiş şəxs2 Həmin qızının adına olan əmanəti kreditin təminatı kimi girov göstərərək 01 sentyabr 2022-ci il tarixli 009-022-04/M nömrəli sərəncam əsasında Zərərçəkmiş şəxs2 29.000,00 (iyirmi doqquz min) manat məbləğində pul vəsaitinin ayrılmasına nail olduqdan sonra sonuncuya ayrılmış 29.000,00 (iyirmi doqquz min) manat məbləğində, yəni xeyli miqdarda pul vəsaitini, 290,00 manat komissiya xərci çıxdıqdan sonra qalan 28710,00 manatı 01 sentyabr 2022-ci il tarixli SN:770400 nömrəli xəzinə mədaxil orderi ilə tanışı Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Neftçilər filialının müdiri Şahid1 **********00621AZM30 nömrəli bank hesab nömrəsinə köçürüb həmin pul vəsaitinin 26000,00 manatını qaynı Şahid2 vasitəsi ilə əldə etmiş, geridə qalan 2620,00 (iki min altı yüz iyirmi) manat hissəsini isə “Milliön” terminalı vasitəsi ilə istifadəsində olan 4098-5844-6570-8368 nömrəli “Unibank” Kommersiya Bankı” Açıq Səhmdar Cəmiyyətinə məxsus debet kart hesabına cinayətdən məlumatı olmayan Şahid1 vasitəsilə köçürülməsinə nail olmaqla özünün şəxsi ehtiyaclarına xərcləyib, Zərərçəkmiş şəxs2 məxsus qeyd olunan pul vəsaitini-etibar edilmiş xeyli miqdarda əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə təkrarən talamış və tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in məhz 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 313–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cinayətlərin məcmusu qaydasında əsas cəza, həmçinin CM-in 46.2-ci maddəsinə istinad etməklə ona əlavə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, mülkiyyət münasibətləri əleyhinə olan, özgənin etibar edilmiş əmlakını təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda mənimsəmə və ya israf etmə yolu ilə talamaqda ifadə olunan qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” cinayət olmaqla, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllərin tamah və ya sair şəxsi niyyətlərlə törədilməsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs ilk dəfə az ağır və böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, eləcə də həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il tarixdə doğulmuş yetkinlik yaşına çatmamış Günay və xx.xx.2012-ci il tarixdə doğulmuş İlhamə, xx.xx.2017-ci il tarixdə doğulmuş İsmayıl adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 tərəfindən yazılmış ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində onlara vurduğu ziyanı tamamilə ödəmişdir. Hazırda onların təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan və zərərçəkmiş hüquqi şəxs hüquqi varisi-ləğv prosesində olan Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edilmiş Əmanətlərin Sığortalanması Fondunun direktoru tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, zərərçəkmiş hüquqi şəxsin ləğvedicisinin ləğv prosesində olan Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətinin Mingəçevir şəhər filialının sabiq direktoru Təqsirləndirilən şəxs qarşı hər hansı bir iddia və şikayətləri mövcud deyildir. Cinayət işinin materiallarında olan 9 saylı MİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində onun barəsində 9 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının, Cinayət Məcəlləsinin 313–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzasının təyin edilməsini, həmin Məcəllənin 68.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulmaqla ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini, həmin Məcəllənin 66.2–ci maddəsində nəzərdə tutulmuş qaydada təyin olunmuş cəzaların qismən toplanmasını və ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə, həmçinin hesab ki, Təqsirləndirilən şəxs barəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməsinin zəruri olub-olmaması məsələsi də həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcələsinin 346.1.14-cü maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzaların təyin edilməsinin zəruri olub-olmaması məsələsi məhkəmə tərəfindən müzakirə edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəza kimi nəzərdə tutulduğu, lakin bu qisimdə təyin edilmədiyi hallarda əlavə cəza kimi tətbiq edilə bilər. Bu zaman həmin cəzanın tətbiqi şərtlərini və qaydasını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46-cı maddəsinə istinad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il qərarının 23-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, CM-in 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edərkən öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini məhz Zərərçəkmiş şəxs1 ASC-nin Mingəçevir filialının müdiri vəzifəsində işlədiyi 02 dekabr 2009-cu il tarixdən 07 oktyabr 2022-ci il tarixədək olan dövr ərzində öz qulluq mövqeyindən istifadə etməklə, xidməti vəzifələrini icra edərkən qanunun məsuliyyət müəyyən edən normalarının tələblərini kobud şəkildə pozmaqla qəsdən törətmişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifədə saxlanılması və onun yenidən həmin vəzifəni tutması hüququndan məhrum edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir, yəni təqsirləndirilən şəxsin dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməsi, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malikdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında və şəxsin MSY-dən azad olunması haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, xx.xx.2023–cü il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalı və əlavə cəza müstəqil icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il qərarının 14-cü bəndinin 2-ci hissəsində məhkəmələrə tövsiyyə edilmişdir ki, Cinayətlərin məcmusu istənilən variantlarda böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərdən təşkil olunursa, bu halda Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq olunur və məhkəmənin mülahizəsinə görə cəzaların, o cümlədən cərimə cəzası ilə daha ağır cəzanın tam və yaxud qismən toplanılması və ya az ciddi cəzanın (yəni, o cümlədən cərimənin) daha ciddi cəza ilə əhatə olunması üsullarından biri tətbiq edilir. Cərimə, habelə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə cəzalarının ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzaları ilə toplanılması zamanı bu cəzaların vahid cəzaya çevrilməsi mümkün olmadığından, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən həmin cəzalar (o cümlədən qəti olaraq təyin olunmuş cərimə və daha ağır cəza) müstəqil icra olunmalı, hökmün nəticəvi hissəsində buna dair müddəa əks etdirilməlidir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə dəymiş ziyan 11.000,00 ABŞ dolları (18.700 manat) və 29.000,00 manat tam həcmdə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətindən müvafiq qaydada götürülmüş 29 aprel 2020-ci il tarixli 10/M nömrəli Zərərçəkmiş şəxs3 11000 ABŞ dolları məbləğində kredit qovluğu, 01 avqust 2022-ci il tarixli 009-022-04/M nömrəli Zərərçəkmiş şəxs2 29000 manat məbləğində kredit qovluğu, 01 sentyabr 2022-ci il tarixli 009-022-04/M nömrəli Zərərçəkmiş şəxs2 29000 manat məbləğində krediti üzrə sərəncam orderi və həmin qovluqlara əlavə edilmiş sənədlər cinayət işinin materiallarında saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası, məhkəməfonoskopik ekspertizası və məhkəmə-mühasibat ekspertizası ilə bağlı məhkəmə məsrəfi 527 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 527 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 222 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona həmin Məcəllənin 46.2–ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə, CM-in 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 313–cü maddəsi ilə aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 313-cü maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə islah işləri cəzası 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla CM-in 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 46.2–ci maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə CMin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla ona 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 14 mart 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 2 (iki) il 2 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum etmə cəzası müstəqil icra edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il müddətə dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi məsul vəzifələri tutma hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 Açıq Səhmdar Cəmiyyətindən müvafiq qaydada götürülmüş 29 aprel 2020-ci il tarixli 10/M nömrəli Zərərçəkmiş şəxs3 11000 ABŞ dolları məbləğində kredit qovluğu, 01 avqust 2022-ci il tarixli 009-022-04/M nömrəli Zərərçəkmiş şəxs2 29000 manat məbləğində kredit qovluğu, 01 sentyabr 2022-ci il tarixli 009-022-04/M nömrəli Zərərçəkmiş şəxs2 29000 manat məbləğində krediti üzrə sərəncam orderi və həmin qovluqlara əlavə edilmiş sənədlər cinayət işinin materiallarında saxlansın. Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 527 (beş yüz iyirmi yeddi) manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil Müdafiəçi2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 222 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar