Məhkəmə qərarları › İş №1(051)-13/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-13/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-13/2025 24.04.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx.xx.1989-cu ildə Mingəçevir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, Mingəçevir şəhəri Naxçıvan küçəsi ev 29 mənzil 19-da qeydiyyatda olmaqla, Mingəçevir şəhəri C.Əliyev küçəsi ev 13A-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Rusiya Federasiyasında yaşayan tanışı Zərərçəkmiş şəxs birlikdə taksi fəaliyyəti ilə məşğul olmaq üçün şirkət yaradıb, sahibkarlıq fəaliyyətini həyata keçirməyi, bununla bağlı qeyri-müəyyən sayda avtomobillər alıb, kirayə verəcəklərini, bu fəaliyyətdən əldə edəcəkləri qazancı böləcəklərini vəd verib, Zərərçəkmiş şəxs aldadılmasına nail olduqdan sonra, 2021-ci ilin oktyabr ayından başlayaraq həmin ilin dekabr ayının sonunadək olan müddət ərzində, Rusiya Federasiyasında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 10:09:01-də Rusiya Federasiyasının «Sberbank»ı vasitəsi ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" ASC-yə onun (Təqsirləndirilən şəxs) adına göndərdiyi 15.000 Rusiya rublu (253,5 AZN), xx.xx.2021-ci il tarixdə saat 14:16:17-də «Sberbank» vasitəsi ilə "xxxx" ASCyə Rusiya Federasiyasından onun adına göndərdiyi 42.000 Rusiya rublu (911,4 AZN), xx.xx.2021-ci il tarixdə saat 13:14:46-da «Sberbank» vasitəsi ilə "xxxx" ASC-yə Rusiya Federasiyasından onun adına göndərdiyi 16.000 Rusiya rublu (350,4 AZN), xx.xx.2021-ci il tarixdə saat 18:32:24-də «Sberbank» vasitəsi ilə "xxxx" ASC-yə Rusiya Federasiyasından onun adına göndərdiyi 84.000 Rusiya rublu (1839,6 AZN), xx.xx.2021-ci il tarixdə saat 14:57:47-də «Sberbank» vasitəsi ilə "xxxx" ASC-yə Rusiya Federasiyasından onun adına göndərdiyi 14.800 Rusiya rublu (250,12 AZN), xx.xx.2021-ci il tarixdə saat 16:15:51-də «Sberbank» vasitəsi ilə "xxxx" ASC-yə Rusiya Federasiyasından onun adına göndərdiyi 100.000 Rusiya rublu (2200 AZN), xx.xx.2021-ci il tarixdə saat 16:19:43-də «Sberbank» vasitəsi ilə "xxxx" ASC-yə Rusiya Federasiyasından onun adına göndərdiyi 3000 Rusiya rublu (66 AZN), xx.xx.2021-ci il tarixdə saat 19:49:15-də «Sberbank» vasitəsi ilə "xxxx" ASC-yə Rusiya Federasiyasından onun adına göndərdiyi 100.000 Rusiya rublu (2120 AZN), xx.xx.2021-ci il tarixdə saat 02:00:26-da “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına onun adına göndərdiyi 90.133,83 Rusiya rublu (1928,86 AZN), xx.xx.2021-ci il tarixdə saat 15:04:39-da «Sberbank» vasitəsi ilə "xxxx" ASC-yə Rusiya Federasiyasından onun adına göndərdiyi 143.500 Rusiya rublu (3065,5 AZN), xx.xx.2021-ci il tarixdə saat 14:49:14-də “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına onun adına göndərdiyi 28.000 Rusiya rublu (579,6 AZN), xx.xx.2021-ci il tarixdə saat 17:27:41-də “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına onun adına göndərdiyi 15.750 Rusiya rublu (326,025 AZN), xx.xx.2021-ci il tarixdə saat 19:00:00-da “Tinkoff Bank” vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına onun adına göndərdiyi 30.000 Rusiya rublu (621 AZN), xx.xx.2021ci il tarixdə saat 19:00:12-də “Tinkoff Bank” vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına onun adına göndərdiyi 30.000 Rusiya rublu (621 AZN), xx.xx.2021-ci il tarixdə saat 19:00:51-də “Tinkoff Bank” vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına onun adına göndərdiyi 30.000 Rusiya rublu (621 AZN), xx.xx.2021-ci il tarixdə saat 19:01:41-də “Tinkoff Bank” vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına onun adına göndərdiyi 30.000 Rusiya rublu (621 AZN), xx.xx.2021-ci il tarixdə saat 19:02:31-də “Tinkoff Bank” vasitəsi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına onun adına göndərdiyi 8.000 Rusiya rublu (165,6 AZN), xx.xx.2021-ci il tarixdə saat 19:03:18-də «Sberbank» vasitəsi ilə onun bacısı Pərvin Saxvanovanın adına Rusiya Federasiyasından "xxxx" ASC-yə göndərdiyi 95.500 Rusiya rublu (1976,85 AZN), xx.xx.2021-ci il tarixdə saat 16:02:41-də "xxxx" ASC-nin mobil tətbiqi vasitəsi ilə Rusiya Federasiyasından ona göndərdiyi 2010 manat, xx.xx.2021-ci il tarixdə saat 19:28:19-da "xxxx" ASC-nin mobil tətbiqi vasitəsi ilə Rusiya Federasiyasından ona göndərdiyi 3000 manat, xx.xx.2021-ci il tarixdə saat 12:10:14-də «Sberbank» vasitəsi ilə onun adına Azərbaycan Respublikasında yerləşən "xxxx" ASC-yə Rusiya Federasiyasından göndərdiyi 70.000 Rusiya rublu (1470 AZN), xx.xx.2021-ci il tarixdə saat 16:07:51-də “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə onun adına Rusiya Federasiyasından Azərbaycan Respublikasına göndərdiyi 39.000 Rusiya rublu (819 AZN), xx.xx.2021-ci il tarixdə saat 12:34:15-də «Sberbank» vasitəsi ilə onun bacısı Pərvin Saxvanovanın adına Azərbaycan Respublikasında yerləşən "xxxx" ASC-yə Rusiya Federasiyasından göndərdiyi 69.500 Rusiya rublu (1466,45 AZN), xx.xx.2021-ci il tarixdə saat 12:38:42-də «Sberbank» vasitəsi ilə onun bacısı Pərvin Saxvanovanın adına "xxxx" ASC-yə Rusiya Federasiyasından göndərdiyi 3000 Rusiya rublu (63,3 AZN), xx.xx.2021-ci il tarixdə saat 09:01:00-da "xxxx" ASC-nin mobil tətbiqi vasitəsi ilə Rusiya Federasiyasından ona göndərdiyi 3015 manat, xx.xx.2021-ci il tarixdə saat 09:39:12-də «Sberbank» vasitəsi ilə onun bacısı Pərvin Saxvanovanın adına "xxxx" ASC-yə Rusiya Federasiyasından göndərdiyi 69.500 Rusiya rublu (1459,5 AZN), xx.xx.2021-ci il tarixdə saat 15:20:44-də «Sberbank» vasitəsi ilə onun bacısı Pərvin Saxvanovanın adına "xxxx" ASC-yə Rusiya Federasiyasından göndərdiyi 28.300 Rusiya rublu (478,27 AZN), xx.xx.2021-ci il tarixdə saat 12:31:48-də «Sberbank» vasitəsi ilə onun bacısı Pərvin Saxvanovanın adına "xxxx" ASC-yə Rusiya Federasiyasından göndərdiyi 49.500 Rusiya rublu (1034,55 AZN), xx.xx.2021-ci il tarixdə saat 20:20:56-da "xxxx" ASC-nin mobil tətbiqi vasitəsi ilə Rusiya Federasiyasından göndərdiyi 1200 manat məbləğdə, ümumilikdə Rusiya Federasiyasında yerləşən banklar və mobil tətbiqi vasitəsi ilə göndərdiyi 1.204.483,83 (bir milyon iki yüz dörd min dörd yüz səksən üç rubl səksən üç qəpik) Rusiya Federasiyası rublunu, həmin valyutanın qeyd olunan tarixlərdə Azərbaycan manatına olan məzənnələri nəzərə alınmaqla 25.308,525 manat (iyirmi beş min üç yüz səkkiz manat əlli iki qəpik) və mobil bank tətbiqi vasitəsi ilə göndərdiyi 9225 (doqquz min iki yüz iyirmi beş) manat məbləğdə, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 34.533,525 (otuz dörd min beş yüz otuz üç manat əlli iki qəpik) manat məbləğdə pulunu vahid niyyətlə əhatə olunan qəsdlə alıb, Azərbaycan Respublikasının ərazisində ələ keçirərək və bununla da Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, o, göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Abdurrahman oğlu və Şahid1 uzun müddətdir ki, tanıyır. Belə ki, bir sinifdə oxumuşlar. Hazırda icarəyə avtomobil götürüb taksi fəaliyyəti ilə məşğul olur. 2021-ci ilin avqust ayından başlayaraq Gürcüstan Respublikasından Azərbaycan Respublikasına avtomobilləri alıb gətirərək taksi fəaliyyəti ilə məşğul olmaq üçün digər şəxslərə icarəyə vermişdir. Həmin zaman sinif yoldaşı Sadiqlə söhbəti edərkən Sadiq ona birlkdə eyni fəaliyyətlə məşğul olmağı təklif etmişdir. Həmçinin, Fəqanın da onlarla birlikdə eyni fəaliyyətlə məşğul olmaq istəməsini bildirmişdir. Bundan sonra ilkin olaraq Sadiq ona 3000 manat məbləğdə pul vermişdir. O da Gürcüstan Respublikasından avtomobil gətirib icarəyə vermişdir. Hər ay Sadiqin anası Raziyyənin kart hesabına 900 manat məbləğdə pul 6 ay müddətində köçürmüşdür. Daha sonra o, Sadiqə birlikdə Avropa Respublikalarından avtomobil gətirib satmağı təklif etmişdir. Sadiqlə də onunla razılaşmışdır. Razılığa əsasən Fəqan və Sadiq ümumilikdə ona təxminən 40000 manat məbləğdə pul vermişlər. Belə ki, razılığa əsasən o, avtomobilləri gətirib satıb əldə etdikləri pulları bölməliymişlər. Lakin, o, sadiq və Fəqandan pul aldıqdan sonra həmin pulla Azərbaycan Respublikası ərazisində 3 ədəd Toyota Prius markalı avtomobil almışdır. Belə ki, ilkin olaraq həmin avtomobillər üçün 3000 manat məbləğdə pul ödəmişdir. Qalan pulu isə Gürcüstan Respublikasında yaşayan birlikdə əvvəllər də avtomobil aldığı Otto adı ilə tanıdığı şəxsə göndərmişdir. Lakin sonradan Otto onu aldaraq Avropa Respublikalarına qaçdığı üçün o, pulu geri qaytara bilməmişdir. Bunun əvəzində o, Sadiqlə 80000 manat məblədğ borcu olması barədə müqavilə bağlamışdır. Həmin müqavilə üzrə də hazırda müəyyən ödənişləri edir. Həmçinin o, ifadəsində Fəqandan hər hansı məbləğdə pul almadığını, ona pulu Sadiqin göndərdiyini, çünki həmin zamanlar Sadiqin öz adından pul göndərə bilmədiyini, aldığı pullara avtomobillər alaraq taksi fəaliyyəti göstərməsi üçün icarəyə verdiyini,avtomobil alıb və ya satması barədə hər hansı sənəd təqdim edə bilməyəcəyini, Otto adlı şəxsə bank vasitəsi ilə pul göndərmədiyini, belə ki, həmin şəxslə telefon vasitəsi ilə danışdıqdan sonra Qazax rayonunda yerləşən Qırmızı Körpü sərhəd keçid məntəqəsinə gedib orada Ottonun ona dediyi yük maşını sürücüsünə şəxsən pul verdiyini, həmin şəxsdə pulu aparıb Gürcüstan Respublikasında Ottoya verdiyini, Sadiq və Fəqan ümumilikdə ona 48000 manat məbləğdə pul göndərdiyini, Sadiqlə 80000 manat məbləğdə borc müqaviləsi imzaladığını, həmin pulun məbləğinə həm Sadiqdən həm də Fəqandan aldığı pulların aid olduğunu bildirmişdir. Pulun bir qismi bacısı Pərvinin adına göndərilsə də Pərvin həmin pulu bankdan çıxarıb ona verdiyini bildirmişdir. Həmçinin göndərilən pulları Mingəçevir şəhərində əldə etdiyini, avtomobilləri idarə etmək üçün verdiyi, şəxslərin, Otto adlı şəxsin eləcə də Otto adlı şəxsə pul göndərdiyi Tır sürücüsünün şəxsiyyəti barədə hər hansı məlumat təqdim edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclası zamanı sonra verdiyi ifadəsində bildirmişdir ki, ailəlidir. Himayəsində 2 azyaşlı uşağı vardır. Vətən müharibəsi iştirakçısıdır və 2 medalla təltif edilmişdir. Etdiyi əməldən peşmandır. Həmçinin bildirir ki, sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmiş və onunla barışmışlar. Ona görə də məhkəmədən ona daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi və vəkili Müdafiəçi1 bildirdi ki, onun müvəkkili Rusiya Federasiyasında yaşayır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki o, Elvin və Sadiq bir sinifdə oxumuşlar. Münasibətləri normal olubdur. 2021-ci ilin sentyabr ayında Sadiq də Rusiya Federasiyasında olmuşdur. Sadiqlə söhbət edən zaman Sadiq ona Elvinin Azərbaycan Respublikasında taksi fəaliyyəti ilə məşğul olduğunu Sadiqə birlikdə avtomobil alıb taksi fəaliyyətinə cəlb edərək birlikdə qazanc əldə etməyi təklif etdiyini, Sadiqin də onunla razılaşdığınl demişdir. Bundan sonra o, Elvinlə mobil telefon vasitəsi ilə əlaqə saxlamış, söhbət zamanı Elvin ona birlikdə taksi fəaliyyəti ilə məşğul olan şirakət açaraq pul qazana biləcəklərini həmçinin bunun üçün ilkin ödəniş edib “Toyota” Prius markalı avtomobillər alıb həmin avtomobilləri icarəyə verib icarə haqqından əldə olunan gəlirləri bölüşdürəcəklərini, avtomobillərin sayının nə qədər çox olsa gəlirlərinin də bir o qədər çox olacağını ona demişdir. O da Sadiqlə razılaşmışdır. Bundan sonra o, 2021-ci ilin oktyabr ayının əvvəllərindən başlayaraq 2021-ci ilin dekabr ayının sonunadək olan müddət ərizində Rusiya Federasiyasında yerləşən banklar vasitəsi ilə Elvinin özünün bacısının və anasının adına Rusiya Federasiyası rublunun həmin dövrə olan məzənnəsi ilə təxminən 35000 manat məbləğdə pul göndərmişdir. İlk aylarda Elvin ona təxminən 1700 manat məbləğdə pul göndərmişdir. Elvin ona avtomobilləri alıb və taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verdiyini bildirmişdir. Lakin, 2022-ci ilin yaz aylarında Elvinlə əlaqə saxladıqda Elvin hər dəfə müxtəlif bəhanələr gətirib gah avtomobillərin xarab olduğunu, gah sürücülərin işləmədiyini bildirmişdir. O da Elvinin hərəkətlərindən şübhələnib aldadıldığını fikirləşmişdir. Bundan sonra Sadiq Mingəçevir şəhərinə gəlib Elvinlə görüşmüş, Elvin söhbət zamanı Sadiqə avtomobillərin xarab olduğunu bildirmişdir. Bundan sonra Sadiq Elvinə xarab olan avtomobilləri göstərməyi təkilif etmiş lakin, Elvin yenə də müxtəlif bəhanələr gətirmiş və sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Elvinə göndərdikləri pulu batırdığını Sadiqə demişdir. Lakin, sonradan o və Sadiq dəfələrlə Elvindən pulu hansı istiqamətdə sərf etdiyini soruşsalar da Elvin konkret olaraq hər hansı cavab verə bilməmişdir. Bundan sonra o, hüquq mühafizə orqanlarına müraciət etmişdir. Həmçinin o, ifadəsində Elvinə Sadiq ayrı özü isə ayrı pul verdiyini, yəni Sadiqin verdiyi pulun ona aidiyyəti olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş və ona dəymiş maddi ziyanı tam ödəmişdir. Buna görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid1 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Abdurrahman oğlu və Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, bir sinifdə oxumuşlar. 2021-ci ildə ailə vəziyyəti ilə əlaqədar olaraq Rusiya Federasoyasında yaşamışdır. Həmin zamanlar Elvinlə telefonla əlaqə saxlayarkən Elvin Azərbaycan Respublikası ərazisində taksi fəaliyyəti ilə məşğul olduğunu bildirmişdir. Həmçinin ona da avtomobil alıb taksi kimi icrayə verməyi təklif edərək icarəyə verilən hər avtomobildən aylıq 500-700 manat arası xeyir qaldığını bildirmişdir. O da Elvinlə razılaşmışdır. Bu məqsədlə Elvinə müəyyən məbləğdə pul göndərmişdir. İlk aylar Elvin təxminən 500 manat məbləğdə ona pul göndərmişdir. O da bu barədə Fəqana məlumat vermişdir. Fəqan da Elvinlə danışdıqdan sonra Elvin ona da eyni fəaliyyətlə məşğul olub pul qazanmağı təklif etmişdir. Beləki Fəqanın da Elvinə göndərdiyi pulla Elvin avtomobil alıb icarəyə verməli əldə olunan gəliri isə Fəqana göndərməliymiş. Buna görə də 2021-ci ilin oktyabr ayından başlayaraq Fəqan Elvinə pul göndərməyə başlamışdır. İlk aylar Elvin Fəqana müəyyən məbləğdə pul göndərmişdir. Lakin, həmin pulun məbləğini dəqiq bilmir. Elvinlə hər dəfə əlaqə saxladıqda o, avtomobilləri aldığını bildirdiyi üçün, Fəqan 2021-ci ilin oktyabr-dekabr ayları ərizində Elvinə təxminən 30000 manatdan artıq pul göndərmişdir. İlk aylar qazanc əldə etməyi fikirləşməmişlər. Beləki, Elvin onlara maşınların sayını artırmaq lazım olduğunu, yəni avtomobillərin sayı artıq olanda qazanc da artıq olacağını bildirmişdir. Buna görə də Fəqan ilk aylar Elvindən hər hansı qazanc almamışdır. Elvin ona və Fəqana təxminən 39 ədəd Toyota Prius markalı avtomobil aldığını bildirmişdir. 2022-ci ilin fevral ayından sonra isə Elvin onlara hər hansı məbləğdə pul göndərməmişdir. Bundan sonra o, Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlib Elvinlə görüşmüşdür. Elvin ona avtomobilləri sürən şəxslərin Elvini aldatdığını avtomobilləri sürmədiklərini bildirmişdir. O da Elvinə avtomobilləri ona göstərməyi təklif etmiş, lakin Elvin yenə də avtomobillərində olmadığını bildirmiş, müxtəlif bəhanlələr gətirməyə başlamışdır. O da artıq aldadıldıqlarını başa düşərək zəng edərək bu barədə Fəqana da məlumat vermişdir. Həmçinin o, ifadəsində Zərərçəkmiş şəxs 2021-ci ilin oktyabr dekabr ayları ərizində birlikdə avtomobil alıb taksi fəaliyyəti ilə məşğul olmaq üçün Elvinə 30000 manatdan artıq məbləğdə pul göndərdiyini, Fəqanla Elvinin aralarında olan razılığa əsasən Elvin ilkin ödəniş edib avtomobilləri almalı, aldığı avtomobilləri icarəyə verməli və hərmin icarəyə verilmiş avtomobillərdən gəlir götürməli, avtomobilin alınması üçün ilkin ödəniş kimi 3000 manat məbləğdə pul ödəmli olduğunu onlara bildirdiyini, hər avtomobilin taksi kimi fəaliyyət göstərməsi nəticəsində onlara ayda 500-700 manat arası xeyir qalmalı olduğunu bildirdiyini, özünün Elvinə verdiyini pulun Fəqanla hər hansı əlaqəsi olmadığını, yəni pulun özünə məxsus olduğunu Fəqan isə özünə məxsus pulu göndərdiyini bildirmişdir. Şahid2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Fəqan onun qohumudur. Elvin isə onlarla qonşuluqda yaşayıbdır. Fəqan ailə vəziyyəti ilə əlaqədar olaraq Rusiya Federasiyasında yaşayır. 2021-ci ilin sonlarında Fəqanla telefon vasitəsi ilə əlaqə saxladıqda Fəqan ona Elvinlə birlikdə Azərbaycan Respublikası ərazisində taksi şirkəti açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olacaqlarnı demişdir. Belə ki, Fəqan pul göndərməli Elvin isə həmin pula uyğun ilkin ödənişlər edib avtomobillər alıb taksi fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə verməli əldə olunan qazancı isə bölməli idilər. Bu məqsədlə də Fəqan 2021-ci ilin oktyabr-dekabr ayları ərizində Elvinə bank vasitəsi ilə 30000 manatdan artıq məbləğdə pul göndərmişdir. Lakin, Fəqan sonradan ona Elvin tərəfindən aldadıldığını bildirmişdir. Belə ki, Elvin Fəqandan pul aldıqdan sonra vəd etdiyi kimi taksi fəaliyyəti ilə məşğul olmaq üçün hər hansı avtomobil almamışdır. Bundan sonra Fəqan Elvindən pulları geri istədikdə Elvinin müxtəlif bəhanələr gətirmişdir. Sonradan o da Elvinlə görüşüb Fəqanın Elvinə göndərdiyi pulları hara sərf etdiyini soruşduqda Elvin ona həmin pulu biznes fəaliyyətinə sərf etdiyi və biznes fəaliyyətində də pulu itirdiyini bildirmişdir. Bundan sonra Fəqan hüquq mühafizə orqanlarına müraciət etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 01 fevral 2024-cü il tarixli protokolla Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs pul göndərməsini təsdiq edən bank qəbzləri Zərərçəkmiş şəxs nümayəndəsi Müdafiəçi1 götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 10 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə saat 10:09:01-də Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 15000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 14:16:17-də Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 42000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 13:14:46-da Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 16000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 18:32:24-də Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 84000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 14:57:47-də Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 14800 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 16:15:51-də Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 100000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 16:19:43-də Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 3000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 19:49:15-də Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 100000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 15:04:39-da Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 143500 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 19:03:18-də Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Pərvin Saxvanovanın adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 95500 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 12:10:14-də Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 70000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 12:34:15-də Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Pərvin Saxvanovanın adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 69500 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 12:38:42-də Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Pərvin Saxvanovanın adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 3000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 09:39:12-də Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Pərvin Saxvanovanın adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 69500 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 15:20:44-də Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Pərvin Saxvanovanın adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 28300 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 12:31:48-də Sberbank vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Pərvin Saxvanovanın adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 49500 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 02:00:26-da “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə Fəqan Abdurəhman oğlu tərəfindən Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasında yerləşən ACCESBANK-a 90133,83 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 14:49:14-də “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasına 28000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 17:27:41-də “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasına 15750 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 16:07:51-də “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikasına 39000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 19:00:00-da “Tinkoff Bank” vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına 30000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 19:00:12-də “Tinkoff Bank” vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına 30000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 19:00:51-də “Tinkoff Bank” vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına 30000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 19:01:41-də “Tinkoff Bank” vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına 30000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 19:02:31-də “Tinkoff Bank” vasitəsi ilə Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasına 8000 Rusiya rublu, xx.xx.2021-ci il tarixdə saat 16:02:41-də Azərbaycan Beynəlxalq Bankın mobil tətbiqi vasitəsi ilə 2010 manat, xx.xx.2021-ci il tarixdə saat 19:28:19-da Azərbaycan Beynəlxalq Bankın mobil tətbiqi vasitəsi ilə 3000 manat, xx.xx.2021-ci il tarixdə saat 09:01:00-da Azərbaycan Beynəlxalq Bankın mobil tətbiqi vasitəsi ilə 3015 manat, xx.xx.2021-ci il tarixdə saat 20:20:56-da Azərbaycan Beynəlxalq Bankın mobil tətbiqi vasitəsi ilə 1200 manat məbləğdə pul göndərməsi müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 10 fevral 2024-cü il tarixli protokolla "xxxx" ASC-nin rəsmi internet səhifəsi olan www.kapitalbank.com internet saytına baxış keçirilmişdir. Baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0169 manat, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0217 manat, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0219 manat, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0219 manat, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0169 manat, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0220 manat, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0212 manatxx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0214 manat, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0213 manat, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0207 manat, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0207 manat, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0207 manat, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0210 manat, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0211 manat, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0210 manat, xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0169 manat və xx.xx.2021-ci il tarixdə 1 Rusiya Federasiyası Rublu 0,0209 manata bərabər olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş İ-18662, İ-69330 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 760386 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs və X4 arasında 27 aprel 2012-ci il tarixdə nikah bağlanmış və 108 nömrə ilə qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Yusif və xx.xx.2019-cu il təvəllüdlü Fatimə adlı uşaqları vardır. Cinayət işi materiallarına əlavə edilmiş 14 aprel 2024-cü il tarixli qətimkan tədbiri seçmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Mingəçevir şəhər Rayonlararası Psixo-Nevroloji Dispanser tərəfindən 557 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Saxvanov X3 şəhər Rayonlararası Psixo-Nevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Rayonlararası Narkoloji Dispanseri 873 №-li, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Saxvanov X3 Şəhər Rayonlararası Narkoloji Dispanserinin qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Mingəçevir şəhər polis şöbəsinin istintaq bölməsinin müstəntiqi X2 cinayət məsuliyyətindən azad etmə haqqında xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, CM-nin 73.2 və CPM-nin 40.3-cü maddələrinə əsasən Mingəçevir şəhər prokurorunun razılığı ilə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 128-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin etibarnamə üzrə nümayəndəsi və vəkili tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışıq əldə etmiş və ona dəymiş maddi ziyanı tam ödəmişdir. Buna görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmişin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 43.2. Cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növləri həm əsas, həm də əlavə cəza kimi tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə, himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən və Vətən müharibəsi iştirakçısı olmasını, 2 medalla təltif edilməsini və törətdiyi cinayət əməlindən səmimi peşmanlıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, törədilmiş cinayətin az ağır cinayət olmasını, əməli törətmiş şəxsin cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halın olmamasını, habelə təyin olunan cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini belə ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini və onunla barışıq əldə etməsini, Vətən müharibəsi iştirakçısı olmasını və 2 medalla təltif edilməsini və etdiyi əməldən səmimi peşmanlıq hissi keçirməsini nəzərə alaraq, hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15.1-ci maddəsinə əsasən məhkuma təyin olunmuş cərimə cəzası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən icra edilməlidir. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkum cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəməlidir. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Məhkəmə yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəriməni hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürməklə ödəsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci, maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olduğu andan 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar