Məhkəmə qərarları › İş №1(051)-130/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-130/2020

16.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-130/2020 16.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şəfiyeva Könül Səməd qızının, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs, müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1964-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan, faktiki Bakı şəhəri, Abşeron rayonu Xırdalan qəsəbəsi, «AAAF» yaşayış kompleksi, ev 6, mənzil 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 04:00 radələrində qayınanası Şahid3 məxsus, ünvan 3 mənzil 2 ünvanına gələrək, ailə daxili narazılığa görə bir müddət ondan ayrı yaşayan arvadı Zərərçəkmiş şəxs birgə yaşadıqları Bakı şəhərində yerləşən evinə qayıtmasını tələb etmiş, sonuncudan razılıq cavabını almadığı üçün aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifətinin sol alın payına qəsdən bir neçə dəfə yumruqla zərbə vuraraq onda sol gözünün alt qapağında qançır və alın nahiyəsində yara ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuşəməli törətmiş şəxs, Təqsirləndirilən şəxs məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs ilə 1996-cı ildə ailə həyatı qurmuş və birgə nikahlarından Fəqan və Maya adlı övladları doğulmuşdur. Hazırda uşaqları yetkinlik yaşına çatmışdır. Ailə qurduqdan sonra bir müddət özlərinə məxsus fərdi yaşayış evində yaşadıqdan sonra həmin evi satması səbəbindən qaynanası Şahid3 məxsus ünvan 4 mənzil 2 ünvanına köçüb orada yaşamağa başlamışlar. 2016-cı ildə qızı Maya Çələbiyeva ali məktəbə daxil olduqdan sonra ailəsi ilə birlikdə köçüb Bakı şəhərinə gedərək, orada kirayəyə ev tutub yaşamışlar. Bakı şəhərində yaşadıqları müddət ərzində ara-sıra yeyib içdikdən sonra evə sərxoş halda gəlməsi səbəbindən arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisələr yaranmış, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə dostu ilə yeyib içdikdən sonra sərxoş halda evə gəlməsi səbəbindən arvadı Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı həyat yoldaşı Zərərçəkmiş şəxs ona acıq edərək qızı Maya Çələbiyeva ilə birgə evi tərk edib Mingəçevir şəhərində yaşayan qaynanası Şahid3 evinə getmişdir. Bir neçə gün sonra oğlu Şahid1 dəçıxıb anasının ardınca Mingəçevir şəhərinə getmiş, ancaq övladları üçün darıxdığına görə mütəmadi olaraq onlarla telefon əlaqəsi saxlayaraq, onlara anaları ilə birgə qayıdıb evə gəlmələrini xahiş etmişdir. Lakin hər dəfə arvadı Zərərçəkmiş şəxs onun təklifini rədd etmişdir. Bu səbəbdə də xx.xx.2020-ci il tarixdə saat 20 radələrində işdən çıxıb, Bakı şəhərindən Mingəçevir şəhərinə, qaynanası Şahid3 evinə gəlmişdir. xx.xx.2020-ci il tarixdə saat 04 radələrində gəlib ünvana çatmış, qapını açıb həyətə daxil olduqdan sonra işıqların yanmadığını görüb hər kəsin yatılı olmasını anlayaraq, oğlu Fəqanı səsləmiş, ancaq heç kəs səs vermədiyi üçün içəri daxil olmuşdur. Otaqda həyat yoldaşı Zərərçəkmiş şəxs yatılı olmasını görüb onu səsləmişdir. Bu zaman sonuncunun otağının işığı yandırılan vaxt onu orada görüb əsəbləşərək nəüçün gəlməsini soruşmuşdur. Həmin vaxt otaqda digər yatan şəxsləri ayıltmamaq üçün həyat yoldaşı Zərərçəkmiş şəxs qolundan tutub bayıra çıxartmışdır. Onlar eyvana çıxdıqdan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Mətanətlə dartışmağa başlamış, bu zaman müvazinətini itirərək eyvanın pilləkənlərindən yerə yıxılmışdır. Bundan sonra əsəbləşib ayağa qalxaraq qəsdən bir neçə dəfə həyat yoldaşı Zərərçəkmiş şəxsnm sol alın və baş nahiyyələrinə yumruqla zərbələr vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxt baldızı Şahid2 və oğlu Şahid1 dava-dalaşa müdaxilə edərək onları ayırmışdır. Bundan sonra baldızı Şahid2 azyaşlı oğlu Tuncay polisə məlumat vermiş, tez bir zamanda hadisə yerinə gələn polis əməkdaşları onu şəhər polis şöbəsinə aparmışlar. Hadisədən sonra zərrçəkmiş şəxslə barışmağa cəh etsə də, sonuncu onunla barışmaqdan imtina etmişdir. Hazırda əməlindən peşmandır. Bir daha cinayət törətməyəcəyinə söz verir və məhkəmədən ifadəsində göstərilənləri nəzərə almaqla onun yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, onlar 1996-cı ildə ailə həyatı qurmuşlar və birgə nikahlarından Fəqan və Maya adlı övladları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət özlərinə məxsus fərdi yaşayış evində yaşadıqdan sonra həmin evi satması səbəbindən anası Şahid3 məxsus ünvan 4 mənzil 2 ünvanına köçüb orada yaşamağa başlamışlar. 2016-cı ildə qızı Maya Çələbiyeva ali məktəbə daxil olduqdan sonra ailəvi köçüb Bakı şəhərinə gedərək, orada kirayəyə ev tutub yaşamışlar. Bakı şəhərində yaşadıqları müddətdə həyat yoldaşı Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul edib evə sərxoş vəziyyətdə gəlmiş və hər dəfə də evdə münaqişə yaratmışdır. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs yenə də evə sərxoş halda gələrək narahatçılıq yaratmışdır. Ona görə də qızı Maya Çələbiyeva ilə birgə yaşadığı evi tərk edib Mingəçevir şəhərində yaşayan anası Şahid3 evinə qayıdıb gəlmişdir. Ondan sonra əri Təqsirləndirilən şəxs hər gün ona və övladlarına zəng edərək onların Bakı şəhərindəki evlərinə qayıtmasını xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs spirtli içki alüdəçisi olması səbəbindən onunla yenidən barşmaq istəmədiyi üçün təkliflərini rədd ettmişdir. xx.xx.2020-ci il tarixdə əri Təqsirləndirilən şəxs təkrar ona və oğlu Şahid1a zəng edərək qayıdıb evlərinə gəlməsini söyləmiş, ancaq yenə də onun təklifi ilə razılaşmamışdır. xx.xx.2020-ci il tarixdə saat 04 radələrində anası Şahid3 məxsus evdə yatılı olduğu zaman bacısı Şahid2 səsinə ayılmış, həmin vaxt otağın işığını yandıran zaman əri Sahibin oraya gəlməsini görmüşdür.Sonuncu onu görən zaman boynundan tutub bayıra çıxarmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs sərxoş olması səbəbindən eyvanın pilləkənlərini onunla birgə düşən zaman müvazinətini itirərək yıxılmış, yıxılarkən isə onu da özü ilə dartıb yerə yıxmışdır. Ondan sonra isə Təqsirləndirilən şəxs ayağa qalxaraq qəsdən bir neçə dəfə onun sol alın və baş nahiyyələrinə yumruqla vuraraq sol gözünün alt qapağında qançır və alın nahiyyəsində yara xəsarətini yetirmişdir. Həmin vaxt bacısı Şahid2 və oğlu Şahid1 dava-dalaşa müdaxilə edərək onları ayırmış, bundan sonra Təqsirləndirilən şəxs ona qarşı etdiyi hərəkətlərdən əsəbləşib bacısı Şahid2 azyaşlı oğlu Tuncaya DİN- nin 102 zəng mərkəzinə bu barədə məlumat verməsini bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmamış, lakin uşaqlarının xatirinə onun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. , Məhkəmə iclasında Şahid1 özünə və yaxın qohumuna qarşı ifadə verməmək hüququndan istifadə edərək, atası Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Vəliyəddin qızı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır, Təqsirləndirilən şəxs isə onun yeznəsidir. Onlar 1996-cı ildə ailə qurmuşlar, birgə nikahdan Fəqan və Maya adlı uşaqları doğulmuşdur. Onlar 2016-cı ildən ailəvi şəkildə köçüb Bakı şəhərinə getmişlər, ancaq yeznəsi Sahib mütəmadi olaraq spirtli içki qəbul etməsi səbəbindən tez-tez evdə münaqişələr yaradıb bacısı Mətanəti incitmişdir. Ona görə də bacısı Mətanət xx.xx.2020-ci il tarixdə acıq edib onların yaşadığıünvana gəlmiş və orada yaşamağa başlamışdır. xx.xx.2020-ci il tarixdə saat 04 radələrində yaşadığı evdə öz otağında yatılı olduğu zaman yeznəsi Sahibin bayırdan bacısı Mətanəti səsləməsini eşitmişdir. Bundan sonra Sahib onun bacısı Mətanətin boynundan tutub bayıra çıxarmış, onların ardınca bayıra çıxan zaman yeznəsi Sahibin onun bacısı Mətanətin sol alın və baş nahiyyələrinə yumruqla zərbələr vuraraq ona xəsarət yetirməsini görmüşdür. Bu zaman bacısı oğlu Fəqan ilə birgə dava-dalaşa müdaxilə edərək onları ayırmağa başlamışlar. Həmin vaxt bacısı oğlu Fəqan atası Sahibi sakitləşdirərək dava-dalaş yerindən bir qədər kənara çəkmişdir. Bundan sonra o azyaşlı oğlu Tuncaya polisə zəng edib bu barədə məlumat verməsini bildirmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında səhhəti ilə bağlı iştirak edə bilməmiş,Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid3 da Şahid2 Vəliyəddin qızı ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə– Tibbi Ekspertiza və X2–Təcrübi və X1 şəhər Şöbəsinin xx xxxxxxxx 2020–ci il tarixli 593 saylı “canlışəxsin ekspertizası barədə” rəyindən görünür ki, Zərərçəkmiş şəxs Vəlyəddin qızının məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər:-sol gözünün alt qapağında qançır və alın nahiyyəsində yara bərk küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, ağırlıq dərəcəsinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə xx.xx.2020-ci il tarixdə aparılan 42 nömrəli tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti 0.34 promil dərəcədə olmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirildi. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxs vəşahid ifadəsi, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuşəməli törətmişşəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar cinayət qanunu ilə nəzərdə tutulmuşəməli törətmiş Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs xx.xx.2020ci il tarixdə saat 04:00 radələrində qayınanası Şahid3 məxsus ünvan 3 mənzil 2 ünvanına gələrək, ailədaxili narazılığa görə ondan bir müddət ayrı yaşayan arvadı Zərərçəkmiş şəxs birgə yaşadıqları Bakı şəhərindəki evinə qayıtmasını tələb edib, sonuncudan razılıq cavabını almadığı üçün aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifətinin sol alın payına qəsdən bir neçə dəfə yumruqla zərbə vuraraq onda sol gözünün alt qapağında qançır və alın nahiyəsində yara ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə tövsif olunmalıdır. Ona görə də, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuşəməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq cinayət qanunu ilə nəzərdə tutulmuşəməli törətmiş şəxs Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini və yaşayış yeri üzrə müsbət xarakterixə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. İşdə olan Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən xx.xx.2020–ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə heç bir şikayət daxil olmamışdır. İşdə olan cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. İşüzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət büdcəsinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət büdcəsinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Vəkil Müdafiəçi ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 54 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar