Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-130/2021 17.08.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, Ədliyyə müşaviri X3, Müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, məşğuliyyəti olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2015-ci ilin noyabr ayında yaşadığı Sumqayıt şəhərində Zərərçəkmiş şəxs ilə tanış olaraq onunla bir neçə dəfə görüşdükdən və aralarında sevgi münasibətləri yaratdıqdan sonra Zərərçəkmiş şəxs onunla ailə quracağını deyib onu inandırıb, qarşılıqlı razılıq əsasında birlikdə Sumqayıt şəhərindən xalası Şahid5 yaşadığı ünvan 3 ünvanına gələrək, orada qaldıqları müddət ərzində Şahid5 məxsus bir otaqlı mənzildə 17.11.2015-ci il tarixdə saat 04 radələrində xx.xx.2001-ci il təvəllüdlü on altı yaşına çatmamış, lakin ona qarşı törədilmiş hüquqazidd əməl zamanı həmin əməlin mahiyyətini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olan Zərərçəkmiş şəxs könüllü razılığı əsasında ilkin olaraq gərginləşmiş cinsi orqanını Zərərçəkmiş şəxs anus dəliyinə yeritməklə onunla qeyri-təbii yolla cinsi əlaqədə olaraq, ona qarşı seksual xarakterli hərəkətlər etmiş, sonra isə qanunsuz hərəkətlərini davam etdirərək qarşılıqlı razılıq əsasında on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təbii yolla cinsi əlaqədə olaraq sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci ilin noyabr ayında Sumqayıt şəhərində teatrda aktyor kimi fəaliyyət göstərən zaman tamaşaların sonunda tamaşaçılarla fotoşəkil çəkdirirmişlər. Sumqayıt şəhərində “Mübariz” şadlıq sarayında keçirilən tamaşanın sonunda da tamaşaçılarla şəkil çəkdirmiş, həmin vaxt o, şəkil çəkdirdiyi şəxslərin kim olmasına dəqiq şəkildə fikir verməmişdir. Samir adlı tanışı ona fotoşəkil göstərmiş və onun Günay adlı tanışının bacısının tamaşanın sonunda onunla şəkil çəkdirdiyini, ondan xoşunun gəldiyini və tanış olmaq istədiyini demişdir. O isə şəkil çəkdirən zaman həmin Günayın bacısı Gülnara diqqət yetirmədiyini, lakin onunla tanış ola biləcəyini demişdir. Bu şəkildə Gülnarla tanış olmuş, Gülnarla əvvəl telefon vasitəsilə əlaqə saxlamışdır. Həmin vaxt onun 19 yaşı olmuş, Gülnar isə ona 15 yaşı olduğunu demişdir. Bir dəfə isə Sumqayıt şəhərində yerləşən parkların birində Gülnarla görüşmüşlər. Onun Gülnarla münasibəti olmağından Gülnarın bacısı Günay və Samirdən başqa heç kimin məlumatı olmamışdır. Tanış olduqdan təxminən 1 həftə -10 gün sonra o, Mingəçevir şəhərində yaşayan xalası Şahid5 baş çəkmək üçün gəlməli imiş. Bu haqda o, Gülnara məlumat vermiş, Gülnar isə ailəsinin onu bezdirdiyini və onunla birgə getmək istədiyini bildirmişdir. O isə Gülnara 3 gün müddətində gedib qayıdacağını qayıdan kimi də Gülnarla ailə qurmağı ilə bağlı özünün və Gülnarın ailəsinə deyəcəyini bildirmişdir. Gülnar isə təkidlə onunla gəlmək istədiyini bildirmişdir. O da Gülnarla razılaşmışdır. Gülnarla Sumqayıt şəhəri 30-cu məhəllə adlanan yerdə görüşmüş, bundan sonra o, Gülnarla əvvəlcə pul almaq məqsədilə Bakı şəhərində yaşayan əmisigilə getmişdir. Əmisi oğlu Elmindən yol üçün pul götürmüş, həmçinin Gülnarı da evlənmək məqsədilə qaçırdığını demişdir. Lakin həmin vaxt Gülnar ondan uzaqda olduğundan Gülnarı yaxından görməmişlər. Sonra isə Mingəçevir şəhərinə gəlmək məqsədilə avtovağzala getmiş, avtovağzalda avtobusa əyləşərək Mingəçevir şəhərinə gəlmişlər. Həmin vaxt onların arasında heç bir mübahisə yaranmamışdır. O Gülnarla xalası Solmazgilə gəlmişlər. Solmazın 2 azyaşlı uşağı var imiş, əri isə həbsxanada olmuşdur. Ora çatdıqda xalasına evlənmək məqsədilə qız qaçırdığını demiş, Solmaz da onları xoş bir şəkildə qarşılamış və təxminən 3 gün müddətində orada qalmışlar. Həmin vaxt o, çarpayıda Gülnar isə çarpayının yanında yerdə yatırmış, orada olduqlarının 2-ci günü gecə saat təxminən 4-5 radələrində Gülnar onu oyatmış və evlənmək üçün ilk növbədə cinsi əlaqədə olmalarının vacib olduğunu demişdir. O da razılaşdıqdan sonra Gülnarla təbi yolla cinsi əlaqədə olmuşdur. Gülnarla qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Hadisə gecə saatlarında baş verdiyindən və hər kəs yatdığından bu haqda heç kimin, xalası Solmazın da məlumatı olmamışdır. Orada olduqlarının 3-cü günü Gülnarın anası, dayısı, onun anası və bibisi oğlu Solmazın evinə gəlmişlər. Gülnarın anası onların cinsi əlaqədə olub-olmamalarını soruşmuş, qabaqcadan isə Gülnar aralarında olanlar haqda heç kimə məlumat verməmələrini demişdir. O da onların cinsi əlaqədə olmadıqlarını demişdir. Həmin vaxt Gülnardan onu zorla qaçırması haqda soruşmuşlar, Gülnar isə heç kimin onu zorla qaçırmadığını demişdir. Bundan sonra isə Sumqayıt şəhərinə qayıtmış, aralarında olan razılaşmaya görə onlar Gülnarın 18 yaşı tamam olduqdan sonra nikah bağlamalı olmuşlar. 2018-ci ildə onların nişan mərasimi olmuş, sonra isə Gülnarla və ailəsi ilə müəyyən qədər narazılıqlar yaranmış, buna görə də o Gülnarla evlənməkdən imtina etmişdir. Ailəlidir. Himayəsində 1 azyaşlı uaşğı vardır. Etdiyi əməldən peşmandır. Məhkəmədən qərar çıxararkən ifadəsində göstərdiyi halları nəzərə almasını xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2015-ci il təxminən oktyabr-noyabr aylarında Sumqayıt şəhərində Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxt onun 14 yaşı olmuşdur. Tanış olduqdan sonra ilk vaxtlar telefon vasitəsi ilə Təbrizlə əlaqə saxlamışdır. Təxminən 2 dəfə Sumqayıt şəhəri ərazisində Təbrizlə görüşmüş, həmin vaxt Təbrizlə yaxın münasibətdə olmamışdır. Təbrizlə tanış olmağı haqqında ailə üzvlərindən yalnız bacısının məlumatı olmuşdur. Təbrizlə əlaqə saxladığı telefon nömrəsini isə xatırlamır, həmin ərəfələrdə Təbriz onunla ailə həyatı quracağını demişdir. 15 noyabr 2015-ci il tarixdə günorta radələrində Təbriz telefon vasitəsilə ona zəng edərək evdən həyətə düşməsini və onu özü ilə evlərinə aparacağını demiş, həmin vaxt o, anasına mağazaya gedəcəyini demiş və həyətə düşmüşdür. Təbriz onu həyətdə gözləmiş, onu öz evlərinə aparacağını və onunla ailə həyatı quracağını demişdir. O da Təbrizlə razılaşmışdır. Bundan sonra Təbriz qərarını dəyişərək onu özü ilə Bakı şəhəri, Əhmədli qəsəbəsində yaşayan əmisigilə aparacağını demiş, onlar oradan Təbrizin əmisinin yaşadığı ünvana getmiş, lakin əmisigilin yaşadığı binanın qarşısında Təbrizin əmisi arvadı onları qəbul etməmiş və onu aparıb öz evinə qoymasını demişdir. Lakin Təbriz ona cavab verməmiş və onlar Bakı şəhərində yerləşən avtovağzala gəlmişlər. Yolda o, Təbrizə onu evinə aparmasını istəmiş, lakin Təbriz artıq onu ailə həyatı qurmaq məqsədilə qaçırdığını ona görə də artıq geriyə yolun olmadığı demişdir. Həmçinin Təbriz qayıtsalar onun əmisinin onu öldürəcəyini, əgər özünə bir şey olsa Təbrizin qohumlarının da onu öldürəcəyini demişdir. Bundan sonra Təbriz onu Mingəçevir şəhərində yaşayan xalasıgilə aparacağını demiş, o, Təbrizlə avtovağzaldan avtobusa əyləşərək əvvəlcə Yevlax şəhərinə gəlmiş, sonra isə digər bir nəqliyyat vasitəsi ilə Mingəçevir şəhərinə Təbrizin xalasıgilə gəlmişlər. Təxminən gecə saat 00-01 radələrində Təbrizin xalasıgilə çatmış, lakin o, şəhəri tanımadığından, həmin ünvanı dəqiq xatırlamamışdır. Orada onu xoş bir şəkildə qarşılamışlar və Təbriz xalasına onu ailə qurmaq məqsədilə qaçırdığını demişdir. Təbrizin xalasının yaşadığı ev 1 otaqdan ibarət olmuş, həmçinin Təbriz Mingəçevir şəhərində 2 xalasının və 1 dayısının olduğunu demişdir. Təbriz xalası ərinin həbsxanada olmasını demiş, həmçinin xalasının 1 qız, 1 oğlan övladı var imiş. Təbrizin xalasının və övladlarının adlarını bilmiş, lakin üzərindən çox vaxt keçdiyindən onların adlarını xatırlamır. Orada təxminən 3 gün müddətində qalmış, orada olduqları müddətdə o, telefonunu evdə qoyduğundan ailəsi ilə əlaqə saxlamamışdır. Orada olduqları müddətdə xalası Təbrizlə onu tez-tez təkbaşına buraxırmış, orada olduqlarının 2-ci günü xalası onun Təbrizlə hər hansı yaxın münasibətinin olub-olmamasını soruşmuş, o, isə Təbrizlə cinsi əlaqədə olmadığını demişdir. Xalası onun Təbrizlə ailə həyatı qurması üçün ilk növbədə Təbrizlə cinsi əlqədə olmasının lazım olduğu, əks halda ailəsinin Təbrizlə evlənməsinə icazə verməyəcəyini demişdir. Həmin gün axsam saat 21 radələrində xalası azyaşlı uaşaqlarını mənzilin mətbəxinə keçirmiş, o, otaqda olduğu zaman Təbriz ona yaxınlaşaraq onunla cinsi əlaqədə olmasını istəmişdir. Lakin o, əvvəlcə Təbrizlə razı olmamış, onu itələmişdir. Lakin sonradan Təbrizlə qeyri-təbbi yolla cinsi əlaqəda olmuşlar. Həmin vaxt səs-küyə onun xalası Solmaz gəlmiş və onlara təbii yolla cinsi əlaqədə olmalarını bildirmişdir. Bundan sonra o, Təbrizlə təbii yolla cinsi əlaqədə olmuşdur. Həmin proses təxminən 30 dəqiqə ərzində baş vermiş və həmin vaxt xeyli səs-küy olmuş, lakin qonşulardan yaxud da başqa şəxslər səs-küyə gəlməmişlər.Orada olan zaman anası onun itkin düşməsi ilə bağlı olaraq polis idarəsinə müraciət etmişdir.Orada olduqlarının 3-cü günü anası Şahid1, dayısı Şahid2, Təbrizin anası Şahid4 və Təbrizin bibisi oğlu Tural həmin evə gəlmişlər. Onlar gəlməzdən əvvəl Təbrizin xalası onu ailəsinə baş verənlər, yəni Təbrizlə cinsi əlaqədə olması haqqında heç bir şey deməməsi haqqında tənbehləmişdir. Həmçinin Təbriz özü də aralarında olanları gələnlərə deyəcəyi təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. Anası, dayısı və Təbrizin qohumları gəldikdən sonra onların ailə qurması, nişan mərasiminin keçirilməsi ilə bağlı söhbətlər olmuş və bundan sonra onlar Sumqayıt şəhərinə qayıtmışlar. Sumqayıta qayıtdıqdan sonra Təbrizlə telefonla danışıqları olmuş, 2018-ci ilin iyul ayının 22-də Təbrizlə nişanlanmış və həddibuluğa çatdıqdan sonra əvlənəcəkləri barədə razılaşmışlar. Həmin müddət ərzində o, Təbrizlə telefon vasitəsilə əlaqə saxlamış, bir neçə dəfə Sumqayıt şəhərində görüşmüşlər. Lakin Təbrizlə nişanlı olduğu müddətdə hər hansı yaxın münasibətləri olmamış, cinsi əlaqədə olmamışlar. 2018-ci ilin sonlarında isə Təbrizlə bütün əlaqələri kəsilmiş. Sonradan isə Təbrizgilin yaşadıqları evlərini satmalarını, başqa biri ilə ailə həyatı qurmasını və Ağdaş rayonuna köçməsini öyrənmişdir. Məhkəmədən Təqsirləndirilən şəxs daha ciddi cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onun 3 övladı var. Onlardan biri oğlan, Gülnar və Günay isə onun əkiz qızlarıdır. 2015-ci ilin noyabr ayında Gülnar mağazadan dəftər almaq adı ilə evdən çıxmış, aradan xeyli müddət keçdikdən sonra Gülnarın qayıtmadığını görmüş və arxasınca mağazaya getmişdir. Lakin mağazada satıcı Gülnarın mağazaya gəlmədiyini bildirmişdir. Bundan sonra o, Gülnarı axtarmağa başlamış, lakin tapa bilmədikdən sonra Sumqayıt polisinə qızının itkin düşməsi ilə bağlı müraciət etmişdir. Təxminən 2 gün sonra qızının tapılması ilə əlaqədar onu polisə çağırmışlar və qızının Mingəçevir şəhərində olduğunu demişlər. Həmin vaxt qızını Mingəçevir şəhərinə qaçıran Təbriz adlı şəxsin anası Almaz, bibisi oğlu Tural və qardaşı Ramil ilə birlikdə Mingəçevir şəhərinə getmişlər. Mingəçevirdə qızının olduğu evə getmiş, lakin şəhəri tanımadığından həmin ünvanı xatırlamır. Evə çatanda qızının elə evdən çıxdığı libasda olduğunu görmüş, lakin həmin vaxt Gülnarın bədənində hər hansı zor tətbiq olunması, işgəncə izlərinin olmasına tam şəkildə diqqət yetirməmiş, lakin sonradan onun hər iki biləyində qaraltının olmasını görmüşdür. O, Təbrizin xalasından, Təbrizdən və qızından onların cinsi əlaqədə olub-olmamasını soruşduqda, aralarında cinsi əlaqənin olmadığını bildirmişlər. Gülnarı tibbi ekspertizadan keçirdikdən sonra onun qızlıq pərdəsinin tamlığının pozulması müəyyən olunmuşdur. Həmçinin polisə izahat verən zaman Təbriz özü də Gülnarla cinsi əlaqə olması faktını etiraf etmişdir. Lakin Təbrizin anası Almaz qızını özlərinə gəlin edəcəklərini, onların rəsmi qaydada nikaha girəcəklərini dedikdən sonra aralarında razılıq yaranmışdır. 2018-ci ildə Təbrizlə Gülnara nişan mərasimi keçirərək onları nişanlamışlar. Gülnarın 18 yaşı tamam olduqdan sonra onların ararsında nikah bağlanmalı imiş. Lakin 2018-ci ilin sonlarında Təbrizlə qızının aralarındakı münasibət pişləşmiş, bundan sonra Təbrizlə əlaqələri kəsilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişdir . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs onun oğludur. 2015-ci ilin noyabr ayında işdən evə gələn zaman həyətdə qonşulardan biri ona oğlu Təbrizin evlənmək üçün qız qaçırdığını demişdir. O isə belə bir şeyin ola bilməyəcəyini deyərək evə gedib yoldaşı Almazdan belə bir hadisənin baş verib-vermədiyini soruşmuşdur. Almaz isə bu haqda məlumatının olmadığını demiş, sonra isə Təbrizi axtarmağa başlamışlar və nəticədə Təbrizin həqiqətən də evlənmək məqsədilə qız qaçıraraq onu Mingəçevir şəhərində yaşayan xalası Solmazın evinə aparması məlum olmuşdur. Lakin həmin qızın kim olması, Təbrizin onunla haradan tanış olması haqqında qabaqcadan məlumatı olmamışdır. Həmin vaxt yoldaşı Almaz Təbrizi və Gülnarı gətirmək üçün Solmazın evinə getmiş, Təbrizlə Gülnarın cinsi əlaqədə olması haqqında yalnız Gülnar Sumqayıt şəhərində həkim müayinəsində olduqdan sonra məlumatları olmuşdur. Həmin vaxt qızın yaşı az olduğundan 18 yaşına çatan kimi Təbrizlə Gülnarı evləndirmək barədə aralarındada razılıq yaranmışdır. 2018-ci il tarixdə isə onların nişan mərasimi baş tutmuş, lakin bundan sonra müxtəlif məsələrlə bağlı aralarında müəyyən narazılıqlar yaranmış, buna görə də Təbriz Gülnarla evlənməkdən imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 ifadəsinə uyğun ifadə verərək göstərdiyi xüsusatları təsdiq etmişdir . Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, təxminən 2000-ci il tarixdən ünvan 5 ünvanında yaşamışdır. İki övladı var. Təqsirləndirilən şəxs onun bacısı Şahid4 oğludur. 2015-ci ilin noyabr ayının ortalarında o, yenicə əməliyyatdan çıxmış və evdə olan zaman gecə təxminən saat 02 radələrində mənzilin qapısı döyülmüş və qapını döyən şəxs bacısı oğlu Təbriz olduğunu demiş, lakin o, Təbrizin onun evinə gələcəyindən əvvəlcən xəbəri olmamışdır. Həmin vaxt Təbrizin yanında tanımadığı bir nəfər qız da olmuşdur. Təbriz həmin qızı evlənmək məqsədilə qaçırdığını, burdan başqa getməyə yerinin olmadığını demişdir. O da Təbrizin Mingəçevir şəhərini tanımadığını, gedəcək yerinin olmadığını və gecə olduğunu nəzərə alaraq onları qəbul etmişdir. Həmin vaxt Təbriz Zərərçəkmiş şəxs ilə ailə qurmaq istədiyini, lakin ailələrinin buna razılıq vermədiyini və buna görə də evlənmək məqsədilə qaçdıqlarını demişdir. Bacısı ona ilk dəfə zəng edən zaman Təbriz yanında olduğundan və onların burada olmadığı haqda bacısına məlumat verməməsini istədiyindən onların evində olmamalarını demiş, lakin sonra təklikdə olan zaman bacısı Almaza zəng edib, Təbrizin evində olduğunu və gəlib aparmalarını istəmişdir. Səhəri gün bacısı, Gülnarın anası, dayısı gəlmiş və uşaqları götürüb aparmışlar. Təbriz və Gülnar onun yaşadığı evdə olan zaman onların arasında heç bir münaqisə, zorakılıq olmamış, o da onlarla xoş rəftar etmişdir. O, özü də Gülnara qarşı heç bir zorakılıq hərəkətləri etməmişdir. Cinayət işi materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 noyabr 2015-ci il tarixli 410 nömrəli rəyinə əsasən: 1 Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı xəsarət aşkar edilmədi. 2.Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2-3 həftəyə uyğun gəlir. 3. Zərərçəkmiş şəxs onunla qeyri-təbbi yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı xəsarət qalmadıqda müddət təyin etmək mümkün deyil. Cinayət işi materiallarında olan məhkəmə psixiatriya və psixoloji ekspertizasının 09 aprel 2021-ci il tarixli 184/52 nömrəli rəyinə əsasən, Zərərçəkmiş şəxs ona qarşı törədilmiş hüquqazidd əməldən əvvəl və həmin əməl törədilərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş hüquqazidd əməl zamanı həmin əməlin mahiyyətini dərk etmək, öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs ona qarşı törədilmiş hüquqazidd əməli düzgün qavrayaraq həmin əməl barəsində düzgün ifadə verə bilər. Zərərçəkmiş şəxs hal-hazırda hər-hansı cinayət əməli şamil edilmədiyindən 1-ci və 2-ci sualların 1-ci hissələrinə (cinayət hadisəsi zamanı və halhazırda anlaqlı olmuşdurmu?) və 4-cü suala (AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşürmü?) cavab vermək mümkün deyildir. Zərərçəkmiş şəxs hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək qabiliyyətindədir. O, yalan danışmaq, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs əqli inkişaf və fərdi psixi xüsusiyyətlərinə görə etdiyi hərəkətləri qavramaq və anlamaq qabiliyyətinə malikdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 15.05.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barədə yaşadığı müddətdə “Xəzər” Bağçılıq Cəmiyyəti heç bir şikayət daxil olmamışdır. Qonşularla münasibəti həmişə müsbət olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin 20.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşə əlavə olunmuş AZ-İV № 542181 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, 24.12.2020-ci il təvəllüdlü X5 adlı uşağın atası kimi Təqsirləndirilən şəxs Samir oğlu və anası kimi isə X6 göstərilmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələbinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 1 azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlini etiraf etməsini və səmimi peşmanlıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, iş materialında olan “axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdə qətimkan tədbirinin şərtlərini pozduğu üçün tutulmuşdur. İş materialında olan “təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən dərhal azad edilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 04 iyun 2021-ci il tarixdə Mingəçevir ŞPŞ-in MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 17 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclası zalından dərhal həbs edilməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 204 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 02 iyun 2021-ci il tarixdən 04 iyun 2021-ci tarixədək 02 gün qətimkan tədbirinin şərtlərini pozduğu üçün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclası zalından dərhal həbs edilsin Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 17 avqust 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 204 (iki yüz dörd) manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.
Məhkəmə qərarları › İş №1(051)-130/2021
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-130/2021
17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver