Məhkəmə qərarları › İş №1(051)-130/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-130/2022

12.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-130/2022 12.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi, Təqsirləndirilən şəxs video konfrans vasitəsi ilə iştirakı ilə Təqsirləndirilən şəxs-xx.xx.1980-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 həbsdə saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair işə Şəki Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, video konfrans formatında təşkil olunmuş açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,171 qram olan narkotik vasitə heroini əynindəki qara rəngli şalvarının arxa sağ cibində gizlədib, saxlayaraq daşımış və 22 mart 2022-ci il tarixdə saat 01:35 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri Samux küçəsində saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 02:15 radələrində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarının sağ arxa cibində şəffaf rəngli sellofan bükümün içərisindən təmiz çəkisi 0,171 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi isteklak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş bükümünün içərisində, şəxsi istehlak miqdarından atrıq miqdarda, yəni təmiz çəkisi 0,171 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki göy rəngli gödəkçənin sağ yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində yaşadığı Mingəçevir şəhəri, Qress qəsəbəsi Naxçıvan kçəsinin qarşısında saxlanıldıqdan sonra Mingəçevir ŞPŞ-yə gətirilmiş ŞPŞ-nin inzibati binasında saat 00:50 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, onun üzərindən yalnız bir dəfə narkotik vasitə aşkar olunmuşdur.İkinci dəfə onun üzərində narkotik vasitə olmamışdır. Polis şöbəsində ona təzyiq nəticəsində üzərində iki dəfə narkotik vasitə aşkar olunub götürüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsində bildirmişdir ki, 12 mart 2022ci il tarixdə ünvan 2 ünvanda yerləşən yaşadığı binanın yan tərəfində olan zaman o, yerdən şəffaf sellafon büküm tapdı və açıb baxanda içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Bundan sonra o, içərisində narkotik vasitə heroin olan şəffaf sellafon bükümdəki heorindən bir qədərini istifadə etmiş, sonra qalan hissəsini əynindəki qara rəngli şalvarın arxa sağ cibinə qoymuşdu. 2022-ci ilin mart ayının 21-də 22-nə keçən gecə saat 01:35-radələrində o, Mingəçevir şəhəri, Samux küçəsi ilə piyada gedən zaman polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək Mingəçevir ŞPŞ-nə gətirdilər. Polis şöbəsində X6 vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirdilər. Həmçinin ona üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirildi. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etmədi. Üzərinə şəxsi keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirildi. O da şalvarın sağ arxa cibində saxladığı narkotik vasitə olan heroini təqdim etdi. Bundan sonra həmin narkotik vasitə tərəzidə çəkildi, boş zərfdə qablaşdırılaraq götürüldü. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 18 radələrində piyada gəzən zaman Mingəçevir şəhəri, DRES qəsəbəsi, Naxçıvan küçəsində yerləşən meyvə-tərəvəz bazarının yaxınlığında yolun kənarında yerdən siqaretin gümüşü rənginə bənzər kağız bükümün olduğunu görmüş və həmin bükümü götürüb baxan zaman içərisində narkotik vasitə olan heroin olduğunu bilmişdir. Həmin bükümü əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin gün yəni, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Mingəçevir şəhəri DRES qəsəbəsi, Naxçıvan küçəsində “Oil” benzin doldurma məntəqəsinin yaxınlığında piyada gəzən zaman yolun məhləli evlər olan hissəsində səliqəsiz şəkildə tökülmüş 3 metr uzunluğunda olan armaturların olduğunu gördü. Bu vaxt əvvəlcədən tanıdığı Şahid5 adlı tanışı həmin ərazidən keçirdi. O, Şahid5 armaturları bir yerə yığmağına köməklik etməyi xahiş etdi. Şahid5 dəmir armaturları topa şəklində bir yerə yığmaqda ona köməklik etməyə başladı. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onları Mingəçevir şəhər polis şöbəsinə dəvət etdilər. Polis əməkdaşları tərəfindən Mingəçevir şəhər Polis şöbəsinə gətirildi. Polis şöbəsində X3 vəkil təyin olundu və ona hüquqlarını müdafiə edəcəyi izah olundu. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirdilər. Həmçinin ona üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirildi. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etmədi. Üzərinə axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməyi ona bildirilmişdi. Bu zaman onun əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibinin içərisinə baxış zamanı, sağ yan cibinin içərisinə dağılmış formada olan narkotik vasitə aşkar edilmişdi. O, əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibinə dağılmış narkotik vasitəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Mingəçevir şəhəri, DRES adlanan ərazidə yolun qırağından tapmışdır. Lakin tapdığı büküm cibində olarkən qeyri-ixtiyari formada, cibinə dağılmışdır. Əynindəki tünd göy rəngli gödəkçənin içərisinə dağılmış formada olan narkotik vasitə heroin və həmçinin bir ədəd siqaretin bükümü onun və digər şəxlərin iştirakı ilə elektron tərəzidə çəkildi, zərfə qoyularaq qablaşdırıldı. Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Mingəçevir şəhər Polis şöbəsində NMQnun əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 01:35 radələrində Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, PPXB-nün əməkdaşları Şahid6, Şahid3, X4 və o, Mingəçevir şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Samux küçəsi ilə piyada gəzən zaman ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etdilər. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olundu və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirildi və onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara şalvarın arxa sağ cibindən bir ədəd şəffaf sellofan bükümü təqdim etdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitə olan heroinin özünə məxsus olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdi. Bükümü Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən içərisində heroinə bənzər kütlə olması müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində olan kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin heroini özü istifadə etmək məqsədi ilə üstündə saxladığını və həmin narkotik vasitə olan heroini təxminən 10 gün əvvəl yaşadığı Mingəçevir şəhəri, Y.Mənsurov küçəsi 1 saylı binanın yaxınlığından tapdığını bildirdi. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Mingəçevir ŞPŞ-nin İTB- nin polis sahə rəisi, polis kapitanı Şahid6, Mingəçevir ŞPŞ-nin İTB-də sahə rəisi köməkçisi, polis baş serjantı Şahid3 və o, Təqsirləndirilən şəxs və Mingəçevir şəhər sakini Şahid5 ilə birlikdə yolun kənar hissəsində ayrı-ayrı bir neçə topa şəklində yığılmış armaturları daşımasını gördülər. Onlar Təqsirləndirilən şəxs və Şahid5 yaxınlaşaraq oğurluqda və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olma barədə polis şöbəsində məlumat olduğunu bildirib hər ikisini polis şöbəsinə gətirildilər. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə məlumat olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədi və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa, çıxarıb könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibində bir ədəd gümüşü rəngli kağız büküm təqdim etdi, daha sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibinə baxış zamanı sağ yan cibinin içərisinə dağılmış formada olan narkotik vasitə hesab edilən heroinə bənzər kütlə olması müəyyən edildi. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçənin sağ yan cibinə dağılmış formada olan kütlə silkələnərək masaya töküldü. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən aşkar edilmiş kütlənin özünə aid olmasını bildirsə də, həmin kütlənin ilkin olaraq torpaq olmasını, lakin daha sonra isə dağılmış kütlənin həmin cibindəki bir ədəd gümüşü rəngli bükümün içərisindən töküldüyünü, lakin narkotik vasitənin haradan əldə etməsini xatırlamadığını bildirdi. Təqsirləndirilən şəxs əynindəki gödəkçənin cibindən aşkar edilmiş kütlə rəngindən və spesifik iysindən narkotik vasitə olan heroinə bənzərliyi müəyyən edildi. Daha sonra masanın üzərinə tökülmüş kütlə ağ rəngli kağıza, həmçinin əynindəki göy rəngli gödəkçənin sağ yan cibindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs əməli digər şahidlər Şahid6, Şahid3, Şahid4 məhkəmə iclasında verdikləri ifadələr ilə, həmçinin şahidlər Şahid2, Şahid5 ibtidai istintaq zamanı verdikləri və məhkəmə iclasında elan olunan ifadələri ilə də təsdiq olunur. İşin 110-111-ci vərəqlərində olan 22 mart 2022-ci tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun üzərində olar qara rəngli şalvarın sağ arxa sağ cibindən bir ədəd şəffaf sellofan torbanın içərisində olaı kütlənin ümumi çəkisi 0.19 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İşin 30-31-ci vərəqlərində olan 04 may 2022-ci tarixli şəxsi axtarış və götürmə barədə protokolda göstərilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan tünd göy rəngli gödəkçənin sağ yan cibindən toz halında ümumi çəkisi 0.44 qram olan narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. İşin 117-118-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 22 mart 2022-ci il tarixli, 17/259 saylı rəyində göstərilir ki, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş narkotik....” sözləri yazılmış zərfin içərisindəki ağ rəngli kağıza bükülmüş 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi-0,171 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Heroinin təmiz çəkisi -0,171 qram, tədqiqata sərf edildi -0,050 qram, qalıq-0,121 qram İşin 57-60-cı vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 04 may 2022-ci il tarixli, 17/377 saylı rəyində göstərilir ki, “Vət. Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş kütlələr....'” sözləri yazılmış zərfin içərisindəki: 01 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi- 0.171 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroinin təmiz çəkisi -0,171 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq-0,121 qram 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız parçasının üzərindən aşkar edilmiş cüzi miqdarda maddə hissəcikləri-heroin hissəcikləridir. Həmin heroin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmadı. Tədiqaqata təqdim edilmiş 01 (bir) ədəd gümüşü ağ rəngli kağız parçasından aşkar edilmiş heroin hissəcikləri cüzi miqdarda olduğuna görə həmin obyektlə 01 (bir) ədəd ağ rəngli kağız bükümdə olan heroinin müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. İşin 231-ci vərəqində olan məhkəmə-narkoloji ekspertizasının 3806 saylı 14 iyul 2022-ci il tarixli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs OPİODİDLƏRİN qəbulu nəticəsində yaranan ASLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Hal-hazırda ağciyər vərəm xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İşin 228-ci vərəqində olan Mingəçevir şəhər Rayonlarası Narkoloji Dispanserindən verilmiş xx.xx.2022-ci il tarixli, 821 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci ildən “komabinoidlərin qəbulu nəticəsində psixi davranış pozuntuları asıllıq sindromu” diaqnozu ilə dispanserdə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə dindirilmiş şahidlərin ifadələrini, ekspertiza rəyini, maddi sübutu və digər sənədləri sübut kimi qəbul edərək, həmin sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi istehlak miqdarından artıq mi qdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,171 qram olan narkotik vasitə heroini əynindəki qara rəngli şalvarının arxa sağ cibində gizlədib, saxlayaraq daşımış və 22 mart 2022-ci il tarixdə saat 01:35 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhəri Samux küçəsində saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 02:15 radələrində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarının sağ arxa cibində şəffaf rəngli sellofan bükümün içərisindən təmiz çəkisi 0,171 qram təşkil edən narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan heroinin şəxsi isteklak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi bir ədəd siqaretin qızılı rəngli kağızma bükülmüş bükümünün içərisində, şəxsi istehlak miqdarından atrıq miqdarda, yəni təmiz çəkisi 0,171 qram kustar üsulla hazırlanmış narkotik vasitə-heroini satış məqsədi olmadan əynindəki göy rəngli gödəkçənin sağ yan cibində gizlədib saxlayaraq üzərində gəzdirməklə daşımış, xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində yaşadığı Mingəçevir şəhəri, Qress qəsəbəsi Naxçıvan kçəsinin qarşısında saxlanıldıqdan sonra Mingəçevir ŞPŞ-yə gətirilmiş ŞPŞ-nin inzibati binasında saat 00:50 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə heroin əynində olan tünd göy rəngli gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs qeyd edilən əməli törətməsi şahidlərin ifadələri, maddi sübut və işdə olan digər sənədlərlə sübut olunur. Onun məhkəmə iclasına verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır, iş materialları ilə təkzib olunur. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. İşin 156-cı vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən və Mingəçevir şəhər məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 1(051)-17/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29.177.2.3 və 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 4000 (dörd min) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkəmə baxışınadək 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətində təqsirləndirilən şəxs qismində həbsdə olduğu müddət nəzərə alınıb Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş cəza yüngülləşdirilərək üzərində qəti olaraq 2000 (iki min) manat məbləğində cərimə cəzası saxlanılmışdır. İşə əlavə edilmiş Mingəçevir şəhər məhkəməsinin 29 dekabr 2015-ci il tarixli, 1(051)-85/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 234.1 və 315.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətinə, 234.1-ci maddəsi ilə 1(bir) il 6 (altı) ay müddətinə, 315.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən birləşdirilməklə üzərində 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Mingəçevir şəhər məhkəməsinin 18 fevral 2015-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2000 (iki min) manat cərimə cəzası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən yeni təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə üzərində qəti cəza 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 (iki min) manat cərimə cəzası saxlanılmışdır. İşə əlavə edilmiş Salyan rayon məhkəməsinin 07 may 2018-ci il tarixli, 7(057)-444/2018 saylı qərarından görünür ki, Mingəçevir şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasına dair müddəa xaric edilmiş, məhkum Təqsirləndirilən şəxs Mingəçevir şəhər məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təyin edilmiş 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilərək 03 il 03 aya endirilmiş, CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası dəyişdirilmədən saxlanılmış, CM-nin 315.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası da dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən birləşdirilməklə üzərində 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2000 manat cərimə cəzası Azərbaycan Respublikası 67.1-ci maddəsinə əsasən yəni təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə üzərində qəti olaraq 03 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 2000 manat cərimə cəzası saxlanılmışdır. İşə əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin 26 avqust 2022-ci il tarixli, 278/3-12 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə yeni cinayət törətdiyi üçün məhkum cərimə cəzası ilə bağlı şəxsi işi qeydiyyatdan çıxarılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 5 saylı cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş 07 sentyabr 2022-ci il tarixli, xx/xx-1949 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Mingəçevir şəhər məhkəməsinin hökmü ilə təyin olunmuş 2000.00(iki min) manat cərimə cəzasından heç bir ödəniş etməmişdir. “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarının 2.11 ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər,habelə əsas və ya əlavə cəza kimi iki mün manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər cəzadan azad edilirlər. İş materiallarından görünür ki, məhkum Təqsirləndirilən şəxs 2000 manat cərimə cəzasına görə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Mingəçevir şəhər məhkəməsinin 18 fevral 2015-ci il hökmü ilə təyin edilmiş və Mingəçevir şəhər məhkəməsinin 29 dekabr 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına CM-nin 67.1-ci maddəsinə əsasən, birləşdirilmiş, çəkilməmiş 2000 manat cərimə cəzasına amnistiya tətbiq edilməli, məhkum Təqsirləndirilən şəxs 2000 manat cərimə cəzasını çəkməkdən azad edilməlidir. Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 106-cı vərəqində olan şübhəli şəxsi tutma haqqında 22 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 143-146-cı vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 23 mart 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdən 23 mart 2022-ci tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Cəzasının əvvəli tutulduğu vaxtdan, 04 may 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğu üçün onun barəsində narkomaniya üzrə tibbi xarakterli məcburi tədbirlən tətbiq edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Təqsirləndirilən şəxs ağciyər vərəm xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicəyə cəlb olunmalıdır. İş üzrə mülki tələb yoxdur. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,242 qram narkotik vasitə heroin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinin tələblərinə uyğun olaraq məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 143,88 (bir yüz qırx üç manat səksən səkkiz qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. 22 mart 2022-ci il tarixdən 23 mart 2022-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 5(beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarına əsasən Mingəçevir şəhər məhkəməsinin 18 fevral 2015-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2000 manat cərimə cəzasından azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ağciyər vərəm xəstəliyinin somatik yaxşılaşmasından sonra narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə ekspertiza xərci olan 143,88 (bir yüz qırx üç manat səksən səkkiz qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olub Mingəçevir şəhər PŞ-də saxlanılan 0,242 qram narkotik vasitə heroin məhv edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən : Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar