Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-131/2023 25.09.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1952-ci il tarixdə Ağdaş şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, pensiyaçı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə müayinə olunmaq üçün ünvan 3 ünvanında yerləşən Mingəçevir şəhər Mərkəzi xəstəxanasına gədərək poliklinika korpusunun yerləşdiyi binanın qarşısındakı skamyada əyləşib, növbə gözləyərkən, yerdə Zərərçəkmiş şəxs məxsus, elektron məlumat daşıyıcısı sayılan 4169-7377-0234-8307 nömrəli "xxxx"a aid «cash back» plastik kartının olmasını görüb, onu yerdən götürmüş, kartın balansına daxil olmaq üçün məxfi şifrənin kartın arxa hissəsində qeyd olunduğunu müəyyən etdikdən sonra, ətrafdakılardan kartın kimə məxsus olmasını soruşmadan və plastik kartın sahibini müəyyən etməyə belə cəhd etmədən, tamah niyyəti ilə özgənin əmlakını, yəni plastik kartın hesabında olan pul vəsaitini ələ keçirmək məqsədi ilə kartı götürüb xəstəxananın həyətini tərk edərək, əvvəlcə ünvan 5 ünvanında yerləşən informasiya texnologiyası hesab olunan "xxxx" ASC-yə aid bankomatın yerləşdiyi binanın yanına gəlmiş, həmin tarixdə saat 12:00-da şəxsiyyəti istintaqa məlum olmayan və cinayətin törədilməsinə heç bir aidiyyəti olmayan şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus, elektron məlumat daşıyıcısı sayılan 4169-7377-0234-8307 nömrəli "xxxx"a aid «cash back» plastik kartının hesabından 500 (beş yüz) manat məbləğində pul vəsaitini informasiya texnologiyası hesab olunan "xxxx" ASC-yə aid bankomatından istifadə etməklə nağdlaşdırdıqdan sonra ünvan 6 ünvanında yerləşən informasiya texnologiyası hesab olunan "xxxx" ASC-yə aid bankomatın yerləşdiyi binanın yanına gəlib, həmin tarixdə saat 12:10-dan 12:18-dək olan müddət ərzində şəxsiyyəti istintaqa məlum olmayan və cinayətin törədilməsinə heç bir aidiyyəti olmayan şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus, elektron məlumat daşıyıcısı sayılan 4169-7377-0234-8307 nömrəli "xxxx"a aid «cash back» plastik kartının hesabından 202 (iki yüz iki) manat, 202 (iki yüz iki) manat, 202 (iki yüz iki) manat, 202 (iki yüz iki) manat və 101 (yüz bir) manat olmaqla, cəmi 909 (doqquz yüz doqquz) manat məbləğdə nağdlaşdırıb, vahid niyyətlə əhatə olunun qəsdlə ümumilikdə 1409 (min dörd yüz doqquz) manat məbləğdə özgənin əmlakını, yəni Zərərçəkmiş şəxs məxsus cəmi 1409 (min dörd yüz doqquz) manat məbləğdə pul vəsaitini informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq, oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1–ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə heç bir qohumluq əlaqəsi və ya ədavəti yoxdur. Dövlətdən aldığı pensiyanın hesabına dolanır. Əvvəllər Bakı şəhərində yaşasa da, sonradan arvadı vəfat etdiyinə görə hazırda qızı Şahid1 ilə birlikdə yaşayır və ona qızı Şahid1 qulluq edir. Özü «prostat vəzinin xərçəngi» xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də Ağdaş şəhərində müayinə olunsa da, oradan göndəriş alaraq Mingəçevir şəhər Mərkəzi xəstəxanasında müayinə olunmaq üçün 26 may 2023-cü il tarixdə qızı Aliyə ilə birlikdə xəstəxanaya gəlmişdir. Xəstəxanada USM-dən keçib qan analizi verərək cavabını gözləyəndə qızı da müayinədən çıxıb yanına gəlmişdir. Saat 12:30 radələrində qızı ilə birlikdə xəstəxananın həyətində skamyada oturub gözləyən zaman yerdə plastik kart olmasının, skamyadan qalxıb kartı götürərək hər iki üzünə baxanda, kartın üzərində «4545» rəqəminin qələmlə yazılmasının şahidi olmuşdur. Həmin vaxt kartı qızı Aliyəyə də göstərmişdir. Plastik kartın hesabından pulu məxaric etmək niyyəti olduğundan ətrafdakılardan kartın kimə məxsus olması barədə nə isə soruşmamış, heç kart sahibini müəyyən etməyə də cəhd göstərməmiş, əksinə orada 5-10 dəqiqə gözlədikdən sonra qızına kartın içərisində pul olub-olmadığını yoxlamağı təklif etdikdə bir yerdə xəstəxanadan çıxıb Mingəçevir şəhərində «Qələbə meydanı»nın yaxınlığında yerləşən «5+» adlanan supermarketin yanına gedib çatmışdır. Orada o və qızı bankomatdan istifadə qaydasını bilmədiklərinə görə tanımadığı qadından kartın hesabını yoxlamasın xahiş etmişdir. O, kartı «Kapital Banka» aid bankomata daxil edib hesabda 1450 manat pul olmasını deyəndə cərrahiyyə əməliyyatı üçün pul tapılmasına sevinərək qadından kartdan 500 manat çıxarmasını xahiş etmişdir. Qadın 500 manat pulu hesabdan çıxarıb ona verib kartın hesabında 950 manat pul qalmasını demişdir. Oradan piyada xəstəxanaya gəldikdən sonra analizin cavabını götürüb qızı ilə xəstəxanadan piyada 20 Yanvar küçəsində yerləşən «Qədiroğlu» supermarketinin yanına getmişlər. Orada da tanımadığı oğlana kartı verib hesabdan pulu çıxarmasını xahiş etmişdir. O da kartın "xxxx"a aid olsa da, həmin bankomatın "xxxx"a aid olduğundan pulun 200 manatdan artıq pulun hesabdan çıxmadığını demişdir. Həmin vaxt onun xahişi ilə qeyd olunan şəxs ilkin olaraq 4 dəfə 200 manat və sonuncu dəfə 100 manat olmaqla ona cəmi 900 manat pul çıxarıb verəndə kartın hesabında 41 manat pul qalmasını, 9 manat isə xidmət haqqı tutulduğunu demişdir. Həmin məbləğdə pulu da alandan sonra avtobusa minib «Şəfa» klinikasına, oradan da çıxıb Mingəçevir şəhərindən yaşadığı rayona çıxan taksilərə əyləşib Ağdaş rayonuna getmişlər. Səhəri gün Ağdaş rayonunda pulun 160 manatını aparıb apteklərdə özünün dərman reseptinə vermişdir. Sonradan Mingəçevir şəhər polis əməkdaşları yaşadığı evə gələrək Pərvizin kartının hesabından pul çıxardığına görə polis şöbəsinə getməli olduğunu demişlər. O da qızı ilə birlikdə polis şöbəsinə gəlmişdir. Diskə baxış keçirilən zaman görüntülərdə özünü görüb olanları da boynuna almışdır. Zərərçəkmiş şəxs aid plastik kartı tapandan sonra kartı dövlət qurumuna təqdim etmək ağlına gəlməmiş, kartın balansında pul olmasını görüb məxaric edərək müalicəsinə xərcləmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs aid kartdan məxaric etdiyi puldan qızına hər hansı məbləğdə pul verməmiş, 1400 manat pulun 160 manatını dərman reseptinə xərcləmiş, qalan pulu isə kartla bir yerdə istintaqa təqdim etmişdir. Qızı plastik kartın hesabından pulu məxaric etməkdə ona hər hansı formada köməklik etməmiş, olanları sadəcə olaraq kənardan müşahidə etmişdir. Mingəçevir və ətraf rayonların ərazisində başqa hər hansı cinayət hadisəsi törətməmişdir. Törətdiyi cinayət nəticəsində Pərvizə 1409 manat məbləğində maddi ziyan dəymişdir. Ziyanı zərərçəkmiş şəxsə ödəmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs iştirak etdiyi məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, 2019-cu ildə ona «Hepatit B» və «Hepatit D» viruslarının yoluxması ilə müşayiət olunan «qaraciyər serrozu» xəstəliyi diaqnozu qoyulmuşdur. Həmin ərəfədə qeydiyyata alındaqdan sonra "xxxx"ASC tərəfindən müalicəsinə dəstək üçün balansında 2150 manat pul vəsaiti olan 4169-7377-0234-8307 nömrəli "xxxx"a aid «cash back» plastik kartı pulsuz olaraq pay verilmişdir. Özündən başqa valideynlərinin də həmin kartdan asanlıqla istifadə etmələri üçün kartın «4545» şifrəsini diyircəkli qələmlə arxa hissəsinə yazmışdır. 26 may 2023-cü il tarixdə səhər saatlarında Mingəçevir şəhər mərkəzi xəstəxanasına getmiş, orada dərman preparatları almaq üçün növbə gözləmişdir. Poliklinikanın qarşısında növbə gözləyəndən sonra dərman preparatlarını alıb evə getmişdir. Evə gedərkən xərclədikdən sonra balansında 1450 manat pul qalmış plastik kartının üzərində olmadığını müəyyən etmişdir. Dərhal xəstəxanaya gələrək oranı da axtaranda kartını itirdiyimi zənn edərək polis şöbəsinə gəlib bu barədə ərizə ilə müraciət etmişdir. Ərizə ilə müraciət edərək evə gedəndən sonra saat 13:03 dəqiqədən saat 13:22 dəqiqəyədək olan müddət ərzində istifadəsində olan ***-***-**- ** mobil telefon nömrəsinə kartının hesabından 1400 manat məbləğində pulun hissə-hissə olmaqla yəni, 500 manatının "xxxx" ASC-yə aid, 900 manatının isə "xxxx"ASC-yə aid bankomatlardan məxaric olunması barədə 7 ədəd bildiriş ismarıcları gəlmiş, bu barədə kartının itməsini araşdıran Şahid2 məlumat vermişdir. Bundan sonra səhəri gün izahat vermiş və kartı itirdiyi yerə polis əməkdaşları ilə birlikdə baxış keçirilmişdir. Orada fotoşəkillər çəkilərək protokol tərtib olunmuş, o da protokola imza etmişdir. Sonra isə bankdan hesabatı aldıqdan «Beynəlxalq Bankı»n bankomatından məxaric olunmuş 900 manat pula görə hər yüz manatına 1 manatdan olmaqla cəmi 9 manat xidmət haqqı tutulmasını, kartının balansında yekun olaraq 41 (qırx bir manat) pul qalmasını dəqiqləşdirmişdir. Daha sonra ona aid kartı xəstəxananın həyətində Aslan adlı Ağdaş sakini tapıb polisə məlumat verməli olduğu halda bunu etməyərək hesabdakı pulu məxaric etməsini öyrənmişdir. Özünə məxsus plastik kart qiymətsizdir. Kartın hesabından çıxarılan 1400 manat puldan başqa nə isə oğurlanmamışdır. Kartı "xxxx" ASC-yə aid olduğundan "xxxx" tərəfindən 9 manat da xidmət haqqı tutulmuşdur. Bununla da ona ümumilikdə 1409 manat məbləğində ziyan dəymişdir. Hesabdan çıxarışları da izahatına əlavə etmişdir. Dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə heç bir qohumluq əlaqəsi və ya ədavəti yoxdur. Zərərçəkmiş şəxs ilə heç bir qohumluq əlaqəsi və ya ədavəti yoxdur. Atası Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhərində yaşasa da, sonradan anası vəfat etdiyinə görə indi onun yanında yaşayır. Atasına da özü qulluq edir. Boğaz nahiyəsində limfa düyünləri, belində isə yırtıq vardır. Atası isə «prostat vəzinin xərçəngi» xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən də Ağdaş şəhərində müayinə olunsa da, oradan göndəriş alaraq Mingəçevir şəhər Mərkəzi xəstəxanasında müayinə olunmaq üçün 26 may 2023-cü il tarixdə birlikdə xəstəxanaya gəlmişlər. O, USM-dən keçmişdir. O cümlədən atası da xəstəxanada USM-dən keçib qan analizi verərək çıxdıqdan sonra skamyada oturub analizin cavabını gözləmişlər. Saat 12:30 radələrində atası ilə xəstəxananın həyətindəki skamyada oturub gözləyən zaman atasının əlində plastik kart olmasının şahidi olmuşdur. Atasından əlindəkinin nə olmasını soruşanda o, kart tapmasını demişdir. Atası həmin kartın hər iki tərəfinə baxanda, kartın üzərində 4545 rəqəminin qələmlə yazılmasını demişdir. O da karta baxıb atasının dediyinin doğru olmasını dəqiqləşdirmişdir. Orada 5-10 dəqiqə gözlədikdən sonra atası kartın içərisində pul olub-olmadığını yoxlamağı təklif etmişdir. Bundan sonra bir yerdə xəstəxanadan çıxıb piyada «Qələbə meydanı»nın yanında yerləşən «5+» adlanan supermarketin yanına getmişlər. Orada o və atası bankomatdan istifadə edə bilmədiyinə görə atası tanımadığı qadından kartın hesabını yoxlamasını xahiş etmişdir. O, kartı «Kapital Banka» aid bankomata daxil edib hesabda 1450 manat pul olmasını deyəndə atası cərrahiyyə əməliyyatı üçün pul tapılmasına sevinərək qadından kartın hesabından 500 manat pul çıxarmasını xahiş etmişdir. O da 500 manat pulu çıxarıb atasına vermiş və hesabda 950 manat pul qalmasını demişdir. Sonra oradan piyada xəstəxanaya gəldikdən sonra analizin cavabını götürüb piyada 20 Yanvar küçəsində yerləşən «Qədiroğlu» supermarketinin yanına getmişlər. Atası kartın hesabında qalan pulu da çıxarmaq istəməsini demişdir. Orada da atası tapdığı kartı tanımadığı oğlana verib hesabında qalan pulu məxaric etməsini xahiş etmişdir. O da kartın "xxxx"a aid olsa da, həmin yerdəki bankomatın "xxxx"a aid olduğundan pulun 200 manatdan artıq çıxmadığını demişdir. Həmin şəxs atasının xahişi ilə ilkin olaraq 4 dəfə 200 manat və sonuncu dəfə 100 manat olmaqla atasına 900 manat pul məxaric edərək verəndə kartın hesabında 41 manat pul qalmasını və 9 manat xidmət haqqı tutulmasını demişdir. Atası həmin pulu da alandan sonra avtobusla «Şəfa» klinikasına, oradan isə Ağdaş rayonuna çıxan taksilərə əyləşib Ağdaş rayonuna getmişlər. Səhəri gün atası pulun 160 manatını aparıb Ağdaş rayonundakı apteklərdə öz müalicə reseptinə xərcləmişdir. Sonradan Mingəçevir şəhər polis əməkdaşları yaşıdığı evə gələrək Pərvizin kartının hesabından pul çıxardıqlarına görə polis şöbəsinə getməli olduqlarını demişlər. Əməkdaşlarla birlikdə polis şöbəsinə gəlmişlər. Video çəkilişləri də izləyərək olanları danışmışlar. Atası isə plastik kartı və pulları istintaqa təqdim etmişdir. Zərərçəkmiş şəxs aid plastik kartı tapandan sonra kartı dövlət qurumuna təqdim etmək ağıllarına gəlməmişdir. Atası kartın hesabında pul olmasını görüb pulu məxaric edərək müalicəyə və cərrahiyyə əməliyyatına xərcləmək qərarına gəlmişdir. Atası olduğundan və sağalması üçün cərrahiyə əməliyatına pul tapdığından onun hərəkətlərini görüb barəsində heç bir dövlət qurumuna məlumat verməmişdir. Zərərçəkmiş şəxs aid kartdan məxaric edilən puldan ona hər hansı məbləğdə pul çatmamışdır. Atası məxaric olunan 1400 manat pulun 160 manatını öz reseptinə xərcləmişdir. Kartı atası tapıb öz qərarı ilə pulu da hesabdan məxaric edərək xərcləmişdir. Atası olduğuna görə onun barəsində heç bir dövlət qurumuna məlumat verməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nın baş əməliyyat müvəkkili vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. 26 may 2023-cü il tarixdə icraatına Mingəçevir şəhər sakini Zərərçəkmiş şəxs məxsus "xxxx"ASC-yə aid plastik kartın itməsi ilə bağlı ərizə daxil olmuşdur. Həmin ərizəni araşdıran zaman Zərərçəkmiş şəxs qeyd edilən gün günorta saatlarında zəng edərək özünə məxsus plastik kartın hesabından 1400 manat pulun hissəhissə, yəni, 500 manatının «Kapital Bank ASC-nin, 900 manat isə "xxxx" ASC-nin bankomatından məxaric olunmasını, "xxxx" ASC-dən isə 9 manat xidmət haqqı tutulması haqqında ona ismarıc gəlməsini bildirmişdir. Onu yanına çağıraraq həmin bilidiriş ismarıclarına baxmaqla bankomatların yerləşdiyi ünvanı müəyyənləşdirmişdir. Araşdırma zamanı birinci dəfə 26 may 2023-cü il tarixdə saat 13:00 radələrində ünvan 5 ünvanında yerləşən «5+» supermarketinin qarşısındakı bankomatdan 500 manat, sonra isə ünvan 7 ünvanında yerləşən «Qədiroğlu» supermaketinin qarşısındakı bankomatdan isə 900 manat pulun kartın hesabından məxaric olunması müəyyən olunmuşdur. Dərhal həmin istiqamətlərdə olan kamera görüntülərini incələyən zaman plastik kartın hesabından pulun 70 yaşdan yuxarı kişinin kənar şəxslərin köməyi ilə çıxarmasına dair görüntüləri əldə etmişdir. Həmçinin onun yanında bir nəfər qadın olmasını da müəyyən etmişdir. Həmin görüntüləri diskə köçürmüşdür. Daha sonra isə əməliyyat-axtarış tədbirləri həyata keçirərək həmin kişinin Ağdaş rayon sakini Təqsirləndirilən şəxs, qadının isə sonuncunun övladı Şahid1 olmasını müəyyənləşdirmişdir. Bundan sonra həmin şəxslərin olduğu yeri müəyyən edərək izahatlarının alınması üçün istintaq bölməsinə təqdim etmişdir. Zərərçəkmiş şəxs müraciətini və 1 ədəd diski də araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə istintaq bölməsinə göndərmişdir. Sonradan Təqsirləndirilən şəxs plastik kartı və xərcləmədiyi 1240 manat pulu istintaqa təqdim etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 27 may 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən hadisə yeri ünvan 8 ünvanında yerləşən Mingəçevir şəhər Mərkəzi xəstəxanasıdır. Cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə saat 12:00-dan 12:18-dək olan müddət ərzində şəxsiyyəti istintaqa məlum olmayan kişi və qadın cinsindən olan şəxslərə plastik kartı verib onlardan bankomatdan pulu məxaric etmələrini xahiş etməsi, qızı Şahid1 isə kənarda dayanıb gözləməsi, əvvəlcə ünvan 5 ünvanında yerləşən informasiya texnologiyası hesab olunan "xxxx" ASC-yə aid bankomatdan istifadə edilməklə Zərərçəkmiş şəxs məxsus, elektron məlumat daşıyıcısı sayılan 4169-7377-0234-8307 nömrəli "xxxx"a aid «cash back» plastik kartının hesabından 500 (beş yüz) manat məbləğində, sonra isə ünvan 7 ünvanında yerləşən informasiya texnologiyası hesab olunan "xxxx" ASC-yə aid bankomatdan istifadə edilməklə isə Zərərçəkmiş şəxs məxsus, elektron məlumat daşıyıcısı sayılan 4169-7377- 0234-8307 nömrəli "xxxx"a aid «cash back» plastik kartının hesabından 900 (doqquz yüz) manat məbləğində olmaqla ümumilikdə, 1400 (min dörd yüz) manat məbləğində pul vəsaitini nağdlaşdırıb məxaric etməsi, həmçinin onların sərnişin avtobusuna əyləşib şəhər ərazisini tərk etmələri müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus, 4169-7377-0234-8307 nömrəli, «4545» şifrəli "xxxx"a aid 1 ədəd «cash back» plastik kartı, A 00912981, C 69538595, C11906956, C 100916647, C 66756660, C 49926943, C 80790465, D 07481879, D 183164460, D 19801589 seriya nömrəli olmaqla 10 ədəd 100 manatlıq pul əskinaslarından, A 14198674, A 89876139, A 68900020 seriya nömrəli olmaqla 3 ədəd 50 manatlıq pul əskinaslarından, A 06535770 seriya nömrəli olmaqla 1 ədəd 20 manatlıq pul əskinasından, A 45057592, A 23710772, A 028796625, A 06990849, A 23987050, B 44252427 seriya nömrəli olmaqla 6 ədəd 10 manatlıq pul əskinaslarından, A 05276469 və B 06970513 seriya nömrəli olmaqla 2 ədəd 5 manatlıq pul əskinaslarından ibarət olan cəmi 1240 (min iki yüz qırx) manat məbləğində pul material üçün mühüm əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2023cü il tarixli qəbzdən görünür ki, o, A 00912981, C 69538595, C11906956, C 100916647, C 66756660, C 49926943, C 80790465, D 07481879, D 183164460, D 19801589 seriya nömrəli olmaqla 10 ədəd 100 manatlıq pul əskinaslarından, A 14198674, A 89876139, A 68900020 seriya nömrəli olmaqla 3 ədəd 50 manatlıq pul əskinaslarından, A 06535770 seriya nömrəli olmaqla 1 ədəd 20 manatlıq pul əskinasından, A 45057592, A 23710772, A 028796625, A 06990849, A 23987050, B 44252427 seriya nömrəli olmaqla 6 ədəd 10 manatlıq pul əskinaslarından, A 05276469 və B 06970513 seriya nömrəli olmaqla 2 ədəd 5 manatlıq pul əskinaslarından ibarət olan cəmi 1240 (min iki yüz qırx) manat məbləğində pulu məhkəməyədək saxlanması üçün təhvil almışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl CM-in 177.2.1 və 177.2.3-1-ci maddələrindən həmin Məcəllənin 177.2.3-1-ci maddəsinə tövsif edilmiş, Şahid1 törədilmiş cinayət əməlinə aidiyyəti olması və onun təqsirliliyi sübuta yetirilmədiyindən barəsində Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə başlanmış cinayət təqibinə və 29 may 2023-cü il tarixdə onun barəsində seçilən “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinə xitam verilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs 29 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilərək, ona həmin Məcəllənin 177.2.3-1-ci maddəsi ilə yenidən ittiham elan edilmiş, Şahid1 və qeyrilərinə Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-1, 194 və 307-ci maddələri ilə ittiham elan edilməsi rədd edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus, 4169- 7377-0234-8307 nömrəli, «4545» şifrəli "xxxx"a aid 1 ədəd «cash back» plastik kartı Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********** №-li cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs məxsus 4169- 7377-0234-8307 nömrəli "xxxx"a aid «cash back» plastik kartının hesabından nağd vəsaitin çıxarılmasına dair hesabatlardan görünür ki, kartın hesabından 500 manat, 200 manat, 200 manat, 200 manat, 200 manat və 100 manat olmaqla, cəmi 1400 (min dörd yüz) manat məbləğində pul vəsaiti məxaric olunmuşdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talama niyyəti ilə informasiya texnologiyalarından istifadə etməklə Zərərçəkmiş şəxs ümumilikdə 1409 (min dörd yüz doqquz) manat məbləğində maddi ziyan vurmaqla gizli oğurluq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 26 may 2023-cü il tarixdə ünvan 5 ünvanında yerləşən informasiya texnologiyası hesab olunan "xxxx" ASC-yə aid bankomatın yerləşdiyi binanın yanına gəlmiş, həmin tarixdə saat 12:00da şəxsiyyəti istintaqa məlum olmayan və cinayətin törədilməsinə heç bir aidiyyəti olmayan şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus, elektron məlumat daşıyıcısı sayılan 4169- 7377-0234-8307 nömrəli "xxxx"a aid «cash back» plastik kartının hesabından 500 (beş yüz) manat məbləğində pul vəsaitini informasiya texnologiyası hesab olunan "xxxx" ASCyə aid bankomatından istifadə etməklə nağdlaşdırdıqdan sonra ünvan 6 ünvanında yerləşən informasiya texnologiyası hesab olunan "xxxx" ASC-yə aid bankomatın yerləşdiyi binanın yanına gəlib, həmin tarixdə saat 12:10-dan 12:18-dək olan müddət ərzində şəxsiyyəti istintaqa məlum olmayan və cinayətin törədilməsinə heç bir aidiyyəti olmayan şəxsin vasitəsi ilə Zərərçəkmiş şəxs məxsus, elektron məlumat daşıyıcısı sayılan 4169- 7377-0234-8307 nömrəli "xxxx"a aid «cash back» plastik kartının hesabından 202 (iki yüz iki) manat, 202 (iki yüz iki) manat, 202 (iki yüz iki) manat, 202 (iki yüz iki) manat və 101 (yüz bir) manat olmaqla, cəmi 909 (doqquz yüz doqquz) manat məbləğdə nağdlaşdırıb, vahid niyyətlə əhatə olunun qəsdlə ümumilikdə 1409 (min dörd yüz doqquz) manat məbləğdə özgənin əmlakını, yəni Zərərçəkmiş şəxs məxsus cəmi 1409 (min dörd yüz doqquz) manat məbləğdə pul vəsaitini informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq, oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in məhz 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və onunla barışıq əldə etməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşlı olmasın, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, ona dəymiş maddi ziyan tam şəkildə ödənildiyindən, onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs ilə barışmışlar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ağdaş Rayon İcra Hakimiyyəti Başçısının Ağdaş şəhər İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş, Ağdaş şəhəri ərazisində yaşadığı müddət ərzində onun barəsində şəhər nümayəndəliyinə heç bir yazılı və ya şifahi olaraq şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs 27 may 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 may 2023–cü il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, Suraxanı rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus, 4169-7377-0234-8307 nömrəli, «4545» şifrəli "xxxx"a aid 1 ədəd «cash back» plastik kartı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs ümumilikdə 1409 (min dörd yüz doqquz) manat məbləğində maddi ziyan vurulmuşdur. Lakin dəymiş ziyanla bağlı məhkəmə istintaqında mülki iddia verilməmiş, maddi ziyan tam həcmdə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, Suraxanı rayonunda yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs könüllü olaraq təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus, 4169-7377-0234-8307 nömrəli, «4545» şifrəli "xxxx"a aid 1 ədəd «cash back» plastik kartın hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. Hökmdən elan olunduğu andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-131/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-131/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver