Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-131/2025 01.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Xüsusi İttiham qaydasında şikayət vermiş: X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs: X2 iştirakı ilə Xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayətinə baxaraq, məhkəmə Müəyyən etdi: Xüsusi ittihamçı X3 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclası zamanı xüsusi İttiham qaydasında şikayət vermiş X3 bildirmişdi ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 işlədiyi məktəbdə direktor vəzifəsində çalışır. O Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət edərək, onun “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən xx.xx.2025-ci il tarixdə saxta arayış aldığını bildirdi. Onunla bağlanmış əmək müqaviləsinə əsasən, həftənin beş günü, saat 09:00-dan saat 18:00-dək işdə olmalı olduğu qeyd olunmuşdur. Bununla bağlı onun xx.xx.2024-cü il tarixdə saat 16:45-dən 17:30 radələrində “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin təcili yardım şöbəsinə müraciət etdiyini və təcili yardım həkimi tərəfindən onda “ikincili hipertenziya” diaqnozu aşkar edildiyini, bunun əsasında verilmiş arayışın tamamilə saxta olduğunu bildirmişdir. 2024-cü ilin sentyabr ayında X4 məktəbə direktor vəzifəsinə təyin olunmuşdur. Gəldiyi ilk vaxtlardan mənimlə arasında intriqada olmuş, mənə demişdir ki, “gec ya tez səni işdən çıxaracağam”. Dəfələrlə iş yoldaşlarım arasında məni təhqir edərək, alçaltmışdır. Məhəmə iclası zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 məhkəmə iclası zamanı bildirmişdir ki, X3 onun işçisidir. Onların indiyə qədər də məhkəmədə işləri olmuşdur. Belə ki, o, məktəb direktoru təyin olunan bir gündən Əmək müfəttişliyinə, Mingəçevir Şəhər Prokurorluğuna, Mingəçevir Şəhər Məhkəməsinə onun pul alması barədə böhtan xarakterli məlumatlar yaymışdır. Əlində heç bir sübutu olmayan adam necə bu boyda böyük bir böhtan ata bilər? Bununla belə, o, texniki işçilərin davamiyyət tebelinə imza çəkdiyi halda, “Yevlax rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən saxta arayış almış və bunu məktəbə təqdim etmişdir. Hadisənin baş vermə şəraitindən görünür ki, hadisə Yevlax rayon, Qaraməmmədli kənd tam orta məktəb ərazisində baş vermişdir. Azərbaycan Respublikası CPM-nin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 12-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aiddiyyəti CPM-nin 74.1- 74.4 və 78.4-cü maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. İş materiallarından görünür ki, hadisə Yevlax rayon, Qaraməmmədli kənd tam orta məktəb ərazisində baş vermişdir. Ona görə də şikayətə Mingəçevir Şəhər Məhkəməsində deyil, Yevlax rayon Məhkəməsində baxılmalıdır. Bu normadan və yuxarıda istinad olunmuş Qanunun 3-cü maddəsinin 1-ci bəndindən göründüyü kimi, qanunverici şəxsin yaşayış yerinin və yaxud olduğu yerin aydın və birmənalı müəyyən edilmiş olmasına xüsusi əhəmiyyət verir və məhz bu zərurətdən çıxış edərək sözügedən məsələ (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri məsələsi) üzrə birmənalılığı (hüquqi müəyyənliyi) təmin edən vasitə rolunda müstəsna olaraq şəxsiyyət vəsiqəsində əks olunmuş yaşayış yeri üzrə qeydiyyat barədə məlumatı görür (Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri haqqında məlumatın rəsmi mənbəyi olaraq yalnız şəxsiyyət vəsiqəsini göstərir) Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə materiala Mingəçevir Şəhər Məhkəməsində deyil, Yevlax rayon Məhkəməsində baxılmalı olduğundan aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.4, 302-ci maddələrini rəhbər tutub, məhkəmə Qərara aldı: Xüsusi ittihamçı X1 xüsusi ittiham qaydasında şikayəti və 1(051)-131/2025 nömrəli cinayət işi baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən : Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-131/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-131/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver