Məhkəmə qərarları › İş №1(051)-132/2023

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-132/2023

16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-132/2023 16.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, müdafiəçisi – Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1990-cı ildə Naxçıvan MR, Şərur şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Gülçülük sovxozu, M.Vəkilov küçəsi ev 163, nömrəsiz fərdi evdə yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mobil telefona "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «ABB» mobil tətbiqini yükləyib həmin tətbiqə daxil olmaq üçün müvafiq şifrəni yadında saxlayaraq, 25 may 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospketi 5№-li evin 42№-li mənzilində qonaq olarkən tamah niyyəti ilə elektron məlumat daşıyıcılardan və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs mənzildə yatmasından istifadə edib sonuncuya məxsus mobil telefonu götürüb həmin telefona yüklənilmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «ABB» mobil tətbiqinə daxil olaraq Zərərçəkmiş şəxs istifadəçi kimi adında olan "xxxx" ASC-nin 4127 2081 1196 9076 seriyalı bank kartındakı məlumatlarından, yəni elektron məlumat daşıyıcılardan və informasiya texnologiyalardan istifadə etməklə 641 manat məbləğdə pul vəsaitini www.pin-up.com onlayn mərc oyunları internet saytında 99450 *** ** ** mobil telefon nömrəsi, vuqar mailto:qafarov@gmail.comElektron ünvan elektron poçt ünvanı vasitəsi ilə saytda qeydiyyatdan keçərək yaratdığı hesaba həmin hesabdan isə öz istifadəsində olan 5398 9322 4846 6891 nömrəli "xxxx" ASC-nə məxsus kart hesabına köçürüb, Zərərçəkmiş şəxs ümumilikdə 641 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə birlikdə təxminən 2023-cü ilin aprel ayından "Hünər Group" şirkətinin daxilində işləməyə başlamışlar, işlədikləri müddət ərzində aralarında dostluq münasibətləri yaranmışdır. 24 may 2023-cü il tarixdə Şakir ona şəxsi işi ilə əlaqədar Mingəçevir şəhərinə gedəcəyini deyib, onunla birgə Mingəçevir şəhərinə getməsini və orada hər hansısa köməklik lazım olarsa ona kömək etməsini xaiş etmişdir. O, da Şakirin xaişini qəbul etmiş və həmin gün onlar Mingəçevir şəhərinə yollanmışlar. Bir gün ərzində Mingəçevir şəhərində Şakir öz işlərini görmüş, onun köməyinə ehtiyac qalmamış və onlar bir gecə qalıb səhər qayıtmağı qərarlaşdırmışlar. Belə ki, gecəni Şakirə məxsus olan ünvan 3 ünvanında qalmışlar. Yatmamışdan öncə telefonunun enerjisinin bitməsinə az qaldığı üçün Şakirdən telefonunun adaptrını ona verməsini və telefonunun enerjisini bərpa etməsini xaiş etmişdir. Lakin Şakir özü adaptrdan istifadə etdiyini, daha sonra gəlib götürməsini bildirmişdir. Bir müddət sonra Şakir yuxuya getmişdir. 24 may 2023-cü il tarixdən, 25 may 2023-cü il tarixə keçən gecə saat 02 radələrində Şakirin yatdığı otağa girib telefonunu götürmüş və telefona yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «ABB» mobil tətbiqinə daxil olaraq kartında olan 641 manatı “Pinup.com” internet oyun saytında yaratdığı özünə məxsus hesaba köçürmüşdür. Sonra Şakirin telefonunu aparıb yerinə qoymuş, həmin vaxt Şakir yuxudan oyanıb onu görmüş, lakin yuxulu olduğuna görə heç bir reaksiya verməmişdir. Səhəri gün, yəni 25 may 2023-cü il tarixdə Şakirin işi ilə bağlı Bərdə rayonuna getmişlər və oradan da Yevlax rayonuna gedərək yoldan taksi tutub gecə saatlarında Bakı şəhərinə qayıtmışlar. Bakı şəhərində olarkən Şakirin kartından “Pinup.com” internet oyun saytında yaratdığı özünə məxsus hesaba köçürdüyü pulu istifadəsində olan 5398 9322 4846 6891 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürmüşdür. Daha sonra yəni, 26 may 2023-cü il tarixdə səhər saatlarında Şakirin kartından istifadəsində olan 5398 9322 4846 6891 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürdüyü 641 manatı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində yerləşən "xxxx" bankomatından çıxarmış və oğurluq yolu ilə əldə etdiyi həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. 27 may 2023-cü il tarixdə günorta saatlarında Şakir onun yaşadığı evə gələrək kartındakı pulun onun oğurlayıboğurlamadığını soruşduqda, o, səmimi olaraq pula ehtiyacı olduğu üçün kartında olan 641 manatı istifadəsində olan 5398 9322 4846 6891 nömrəli karta köçürdüyünü bildirmiş və 3- 4 gün ərzində qaytaracağını demişdir. Lakin Şakir onunla razılaşmayaraq polisə məlumat verəcəyini bildirmişdir. Həmçinin o, ifadəsində qeyd olunan oğurluq cinayətni özü tək törətdiyini, həmin cinayətin törədilməsi zamanı ona heç kəsin köməklik etmədiyini, Zərərçəkmiş şəxs mobil telefonuna "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «ABB» mobil tətbiqini onun tərəfindən yüklənildiyini üçün tətbiqin şifrəsini də bildiyini, pulları ilkin olaraq “Pinup.com” online internet oyun saytında yaratdığı özünə məxsus hesaba daha sonra isə istifadəsində olan 5398 9322 4846 6891 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürdüyünü, yəni, online mərc oyunları internet saytlarında yaradılmış hesablara pul köçürülərkən köçürülən puldan müəyyən faiz tutulduqdan sonra yerdə qalan hissə hesaba köçürüldüyü üçün həmin zaman da hesabına köçürdüyü puldan müəyyən faiz tutulduğu üçün buna görə də ümumilikdə 518 manat məbləğdə pulun köçürülməsi hesabdan çıxarışda göründüyünü lakin onun Zərərçəkmiş şəxs məxsus kartlardan ümumilikdə 641 manat məbləğdə pulu “Pinup.com” internet oyun saytında yaratdığı özünə məxsus hesaba daha sonra isə istifadəsində olan 5398 9322 4846 6891 nömrəli "xxxx" ASC-nə məxsus karta köçürdüyünün dəqiq yadında olduğunu, sonradan atası Şakirin hesabına poçt vasitəsi ilə 700 manat pulu göndərdiyini, atasının Şakirin ondan tam razı qalması üçün 641 manat deyil 700 manat məbləğdə pul ödədiyini, yəni tərəfindən dəymiş ziyanın tam həcmdə ödənildiyini bildirmişdir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş maddi ziyanı tam ödəmişdir. Evlidir. Himayəsində 2 nəfər azyaşlı uşağı vardır. Etdiyi əməldən peşmandır. Məhkəmədən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən 2 aydır ki "Hünər Group" şirkətinin daxilində fəhlə işləyir, onunla birlikdəTəqsirləndirilən şəxs da onun kimi sözü gedən şirkətdə fəhlə işləyir. Təqsirləndirilən şəxsla arasında olan münasibət çox yaxşı olmuşdur.Borc məsələsi ilə bağlı Bərdə Şəhər Məhkəməsindənə verdiyi şikayətlə bağlı Məhkəmədə araşdırma aparılırmış. Tanışı Təqsirləndirilən şəxs bunu biləndə xalası oğlunun Səbail rayonunda məhkəmədə işləməsini deyib, ona köməklik göstərə biləcəyini bildirmişdir. O, da Vüqara Mingəçevir şəhərinə, oradanda Bərdə şəhərinə gedəcəcəyini deyib, Bərdə Şəhər Məhkəmədində ona köməklik etməsini xahiş etmişdir. Vüqarda etiraz etməmişdir. Beləliklə 24 may 2023-cü il tarixdə təxminən saat 17 radələrində Vüqarla birlikdə Mingəçevir şəhərinə getmişlər, Mingəçevir şəhərində gecə çatdıqları üçün Vüqarı öz yaşadığı ünvan 3 ünvanına qonaq kimi dəvət etmişdir. Vüqar yaşadığı evin zal otağında yatırmış, o, isə yataq otağında yatırmış. 24 may 2023-cü il tarixdən,25 may 2023-cü il tarixə keçən gecə təxminən saat 02 radələrində o, yatdığı otaqdan gələn səsə yxuxdan oyanmış, həmin vaxt Vüqarınonun yatdığıçarbayının baş tərəfinə qoyduğu mobil telefonunu götürdüyünü görmüşdür. Vüqardan telefonunu nəyə görə götürməsinin səbəbini soruşanda, Vüqar telefonunun enerjisinin qurtardığını deyib, ona məxsus telefonuna taxlı vəziyyətdə olan enerji ötürücüsünü götürmək istədiyini bildirmişdir. O, da etiraz etməmiş və yatmışdır. 25 may 2023-cü il tarixdə təxminən saat 08 radələrində Vüqarla birlikdə yaşadığı evdən çıxmışlar və onun işi ilə bağlı Bərdə şəhərinə getmişlər. Lakin Bərdə Şəhər Məhkəməsində Vüqar ona heç bir köməklik göstərə bilməmişdir. Həmin gün Vüqarla birlikdə Bakı şəhərinə qayıtmışlar. Bakıya qayıdan gün təxminən saat 17 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən işlədiyi "Hünər Group" şirkətinin yaxınlığında yerləşən “Beynəlxalq Banka”a məxsus bankomata yaxınlaşaraq "xxxx" tərəfindən verilmiş plastik kartını bankomata daxil etmişdir ki, pul çıxartsın. Həmin vaxt kartında olan 641 manat pulunun yerində olmadığını görmüşdür. Həmin vaxt pulunun Vüqar tərəfindən götürülməsini şübhələnmişdir. Bundan sonra o, işlədiyi şirkətə qayıtmış, şirkətin nümayəndəsi Səyyad müəllimə yaxınlaşaraq kartından 641 manat pulunun oğurlanmasını deyib, ondan xahiş etmişdir ki, telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «ABB» mobil tətbiqinə daxil olaraq kartında olan 641 manatının hansı baknk hesabına göndərilməsini yoxlasın. Şirkətin nümayəndəsi Səyyad müəllim onun telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «ABB» mobil tətbiqinə daxil olan zaman kartında olan 641 manatının başqa bir karta köçürülməsini aşkar etmişlər. Bundan sonra o, iş yoldaşı Vüqarın yaşadığı evə getmiş, Vüqara sorğu-sual etmədən nəyə görə kartında olan 641 manat pulunu götürməsini bildirmişdir. Vüqar əvvəlcə onun kartında olan 641 manatı götürməməsini bildirsə də, sonradan etiraf etmiş və bildirmişdir ki, onun yaşadığı Mingəçevir şəhərində olan vaxt telefonuna yüklənmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «ABB» mobil tətbiqinə daxil olaraq kartında olan 641 manatı öz istifadəsində olan karta köçürmüşdür. O, Vüqara Banka borcu olduğunu deyib, pulunu qaytarmasını xahiş etmişdir, Vüqar bu barədə heç kimə heçnə deməməsini xahiş etmiş və kartından oğurladığı 641 manatı iki-üç gün ərzində verəcəyini bildirsə də, lakin Vüqar kartından oğurladığı 641 manatını verməmişdir. Bundan snra o, DİN-nin «102» Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək məlumat vermiş, sonra Sabunçu RPİ-nin 14-cü polis bölməsinə gedərək tanışı Təqsirləndirilən şəxs onun kartlından 641 manat pulunu görtürməsi ilə bağlı yazılı ərizə və izahat vermişdir. Birdaha bildirmişdir ki, Təqsirləndirilən şəxs onun kartında olan 641 manatı 25 may 2023-cü il tarixdə təxminən saat 02 radələrində yaşadığı ünvan 3 ünvanında qonaq olan vaxt, onun yatmasından istifadə edib çarpayının üzərinə qoyduğu mobil telefonunun «ABB» mobil tətbiqinə daxil olaraq öz kart hesabına köçürmüşdür, bunu sonradan Vüqarın özüdə etiraf etmişdir. Sonradan Vüqarın atası ona poçt vasitəsi ilə 700 manat məbləğdə pul göndərdiyini, yəni dəymiş ziyanın tam həcmdə ödənildiyini bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş maddi ziyan tam ödənildiyinə görə ondan hər hansı əmlak tələbi və ziyan tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Cinayət işi materiallarında olan 28 iyul 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə müstəntiq tərəfindən hadisənin baş verdiyi Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti 5№-li evin 42№-li mənzilinə baxış keçirilmişdir. Hadisə yerinə baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Cinayət işi materiallarında olan 10 avqust 2023-cü il tarixli internet saytına baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli protokolla www.pinup.com internet saytı onlayn mərc oyunları saytına baxış keçirilmişdir. Həmin sayta baxış keçirilərkən Təqsirləndirilən şəxs 99450 *** ** ** mobil telefon nömrəsi, vuqar mailto:qafarov@gmail.comElektron ünvan elektron poçt ünvanı vasitəsi ilə saytda qeydiyyatdan keçərək özüə şəxsi kabinet açması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan 10 avqust 2023-cü il tarixli baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs təqdim etdiyi poçt qəbzinə baxış keçirilmişdir. Həmin qəbzə baxış keçirilərkən xx.xx.2023-cü il tarixdə Azerpoçt MMC vasitəsi ilə xx.xx.2023-cü il tarixdə X2 tərəfindən Zərərçəkmiş şəxs 700 manat məbləğdə pulun göndərilməsi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan 18 avqust 2023-cü il tarixli baxış keçirilmə və götürülmə haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixli protokolla Zərərçəkmiş şəxs təqdim etdiyi bank hesablarından çıxarışlara baxış keçirilmişdir. Həmin çıxarışlara baxış keçirilərkən Zərərçəkmiş şəxs aid Azərbaycan Beynəlxalq Bankda ******************** nömrə ilə qeydiyyata alınmış hesabdan “İBA MOBİLE” tətbiqi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 28 manat və 231 manat olmaqla ümumilikdə 259 manat, həmçinin Zərərçəkmiş şəxs aid Azərbaycan Beynəlxalq Bankda ******************** nömrə ilə qeydiyyata alınmış hesabdan “İBA MOBİLE” tətbiqi vasitəsi ilə xx.xx.2023-cü il tarixdə 28 manat və 231 manat olmaqla ümumilikdə 259 manat məbləğdə pul çıxarılması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan DİN yanında BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü X5 və 11 iyul 2021ci il təvəllüdlü X3 adlı uşaqları vardır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəmə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət üzrə təqssirləndirilən şəxs kimi tanımışdır. Təqsirləndirilən şəxslə barışmışdır. Ona dəymiş ziyan ödənilmişdir. Onun barəsində heç bir şikayət və tələbi yoxdur. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus mobil telefona "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «ABB» mobil tətbiqini yükləyib həmin tətbiqə daxil olmaq üçün müvafiq şifrəni yadında saxlayaraq, 25 may 2023-cü il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs yaşadığı Mingəçevir şəhəri, H.Əliyev prospketi 5№-li evin 42№-li mənzilində qonaq olarkən tamah niyyəti ilə elektron məlumat daşıyıcılardan və informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Zərərçəkmiş şəxs mənzildə yatmasından istifadə edib sonuncuya məxsus mobil telefonu götürüb həmin telefona yüklənilmiş "xxxx" ASC-nin müştəriləri üçün nəzərdə tutulmuş «ABB» mobil tətbiqinə daxil olaraq Zərərçəkmiş şəxs istifadəçi kimi adında olan "xxxx" ASC-nin 4127 2081 1196 9076 seriyalı bank kartındakı məlumatlarından, yəni elektron məlumat daşıyıcılardan və informasiya texnologiyalardan istifadə etməklə 641 manat məbləğdə pul vəsaitini www.pin-up.com onlayn mərc oyunları internet saytında 99450 *** ** ** mobil telefon nömrəsi, vuqar mailto:qafarov@gmail.comElektron ünvan elektron poçt ünvanı vasitəsi ilə saytda qeydiyyatdan keçərək yaratdığı hesaba həmin hesabdan isə öz istifadəsində olan 5398 9322 4846 6891 nömrəli "xxxx" ASC-nə məxsus kart hesabına köçürüb, Zərərçəkmiş şəxs ümumilikdə 641 manat dəyərində maddi ziyan vurmaqla özgənin əmlakını gizli talayıb oğurluq etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilir. İstintaq orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələbinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini belə ki, Təqsirləndirilən şəxs evli olmaqla himayəsində 2 nəfər azyaşlı uşağının olmasını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəməyə təqdimat verilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 iyun 2023-cü il tarixdə saxlanıldığı MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdən 02 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinnə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdən 02 iyun 2023-cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Bakı Şəhər Probasiya İdarəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, şikayət və protest verilmədiyi halda elan olunduqdan 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar