Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-134/2023 15.11.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs müdafiəçisi Mingəçevir şəhər Vəkil bürosunun vəkili Müdafiəçi, mülki iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə xx.xx.1978-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1–ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni qadağan edilmiş vaxtda balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 23 iyun 2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir şəhər istiqamətində X8 «Qızıl çimərlik» adlanan hissəsinə gələrək orada özü ilə gətirdiyi 01 ədəd rezin kombinezondan və istifadəsi qadağan edilmiş 02 ədəd hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tordan istifadə edərək 24 iyun 2023-cü il tarixdə saat 10:00-dək olan müddət ərzində 32 ədəd hər biri 33 manat olmaqla 1056 manat dəyərində şamayı balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1056 (min əlli altı) manat məbləğində maddi ziyan vurmuş və həmin tarixdə saat 12:00 radələrində X10 İdarəsinin Mingəçevir XPM-nin əməkdaşları tərəfindən ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər nəticəsində Təqsirləndirilən şəxs saxlanılmış, yoxlama zamanı ondan 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 32 ədəd şamayı balıqları aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, 23 iyun 2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir şəhər istiqamətində X9 balıq tutmağa icazəsi yəni balıq tutmaq üçün balıqovlama bileti olmadan X8 “Qızıl çimərlik” adlandırılan hissəsinə gəlmiş və bir ədəd rezin kombinezondan istifadə edib su anbarına girdikdən sonra özünə məxsus olan iki ədəd hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş torlarını suda qurub yaşadığı evə qayıtmışdır. Səhəri gün, yəni 24 iyun 2023-cü il tarixdə saat 10 radələrində qurduğu torları yoxlamaq məqsədilə yenidən Mingəçevir şəhər istiqamətində X8 “Qızıl çimərlik” adlandırılan hissəsinə gəlmiş, yenidən həmin bir ədəd rezin kombinezondan istifadə edib su anbarına girmişdir. Torları qurduğu yerə gəldikdən sonra torları sudan çıxaranda görmüşdür ki, çoxlu sayda şamayı balıqları tutmuşdur. Saat 12 radələrində tutduğu balıqları torlarla birlikdə sahilə çıxarkən, X10 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları onu saxlamışlar. Özünə məxsus balıqovlama vasitələrinə və tutduğu şamayı balıqlarına video çəkilişlə baxış keçirilmiş və baxış zamanı məlum olmuşdur ki, tutduğu balıqların sayı otuz iki ədəddir. Baxışdan sonra polis əməkdaşları istifadə etdiyi 01 ədəd rezin kombinezonu, iki ədəd hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş torları və həmin torların vasitəsi ilə tutduğu şamayı balıqları götürmüşlər. Hazırda əməlindən peşmandır. Balıq ehtiyyatlarına vurmuş olduğu 1056 manat məbləğində ziyanı tamamilə ödəmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında mülki iddiaçının nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qadağan edilmiş vaxtda balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 23 iyun 2022-ci il tarixdə saat 19 radələrində Mingəçevir şəhər istiqamətində Mingəçevir su anbarına «Qızıl çimərlik» adlanan hissəsinə özü ilə gətirdiyi 01 ədəd rezin kombinezondan və istifadəsi qadağan edilmiş 02 ədəd hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tordan istifadə edərək 24 iyun 2023-cü il tarixdə saat 10:00-dək olan müddət ərzində 32 ədəd hər biri 33 manat olmaqla 1056 manat dəyərində şamayı balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1056 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs 32 ədəd şamayı balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyatlarına 1056 manat məbləğində ziyan dəymişdir. Təqsirləndirilən şəxs balıq ehtiyyatlarına vurduğu 1056 manat məbləğində ziyanı tamamilə ödəmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, 24 iyun 2023-ci il tarixdə X10 idarəsinin Mingəçevir xətt polis məntəqəsinin əməkdaşları ilə birlikdə xidməti ərazidə qanunsuz balıq tutanlara qarşı mübarizə xarakterli tədbir keçirilərkən, həmin tarixdə saat 12 radələrində Mingəçevir şəhəri istiqamətində X8 “Qızıl çimərlik” adlanan hissəsində balıq tutmaqla məşğul olan Təqsirləndirilən şəxs saxlanılmışdır. Bununla bağlı video çəklişlə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 02 ədəd hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 32 ədəd şamayı balıqları aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 32 ədəd şamayı balıqlarını özünə 02 ədəd hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor vasitəsi ilə rəsmi icazəsi olmadan Mingəçevir şəhəri istiqamətində X8 “Qızıl çimərlik” adlanan hissəsindən tutmuşdur. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, Mingəçevir şəhəri istiqamətində X8 “Qızıl çimərlik” adlanan hissəsindən balıq tutmağa onun rəsmi icazəsi yoxdur. Baxışın keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və həmin protokol tədbir iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 da şahid X5 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 24 iyun 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X10 idarəsinin Mingəçevir xətt polis əməkdaşları ilə birlikdə xidməti ərazidə ekoloji cinayətləri törədənlərə qarşı keçirilmiş mübarizə xarakterli tədbirlər zamanı X8 “Qızıl çimərlik” istiqamətində X3suz balıq ovu ilə məşğul olan Təqsirləndirilən şəxs saxlanılmış, yoxlama zamanı Təqsirləndirilən şəxs 02 ədəd hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 32 ədəd şamayı balıqları aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 32 ədəd balıqlara baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs götürülmüş balıqlar bioloji əlamətlərinə görə 32 ədəd şamayı balıqlarıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023-cü il tarixli balıq ehtiyatlarına vurulmuş ziyan barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs 32 ədədi hər biri 33 manat olmaqla 1056 manat dəyərində şamayı balıqlarını qanunsuz tutması nəticəsində balıq ehtiyyatlarına 1056 manat məbləğində ziyan dəymişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qəbul aktından görünür ki, X10 İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin rəisi polis mayoru Şahid1 tərəfindən ümumi çəkisi 2 kq, bazar qiyməti 3 manat olan 32 ədəd şamayı balıqları fiziki şəxs X4 təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-14-21/2-503/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi balıq və digər su bioresurslarının sənaye ovuna balıqovlama bileti verilməmişdir. Cinayət işinin materiallarında olan 17 iyul 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 24 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor və 32 ədəd şamayı balıqları maddi sübut kimi tanınması, balıqların tez xarab olan ərzaq malı hesab edildiyi üçün 24 iyun 2023-cü il tarixdə müvafiq akta əsasən fiziki şəxs X4 təhvil verilməsi, həmçinin balıqovlama vasitələrinin saxlanılması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 təhvil verilməsinin nəzərə alınması qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 32 ədəd şamayı balıqlarını qanunsuz tutaraq balıq ehtiyyatlarına xeyli miqdarda, yəni 1056 manat məbləğində ziyan vurması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 iyun 2017-ci il tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş «Balıq və digər su bioresurslarının sənaye ovu qaydaları»nın 2-ci bəndinin 2.5.1, 2.5.6 və 2.5.21-ci hissələrinin tələblərini pozaraq, yəni qadağan edilmiş vaxtda balıqovlama bileti olmadan qanunsuz balıq tutmaq məqsədi ilə 23 iyun 2023-cü il tarixdə saat 19 radələrində Mingəçevir şəhər istiqamətində Mingəçevir su anbarına «Qızıl çimərlik» adlanan hissəsinə gələrək orada özü ilə gətirdiyi 01 ədəd rezin kombinezondan və istifadəsi qadağan edilmiş 02 ədəd hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tordan istifadə edərək 24 iyun 2023-cü il tarixdə saat 10:00-dək olan müddət ərzində 32 ədəd hər biri 33 manat olmaqla 1056 manat dəyərində şamayı balıqlarını qanunsuz tutmaqla balıq ehtiyatlarına xeyli miqdarda, yəni ümumilikdə 1056 (min əlli altı) manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 256.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 256.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1–ci maddəsinə əsaslanaraq ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində 2 nəfər azyaşlı uşaqlarının olmasını cinayət nəticəsində balıq ehtiyatlarına vurduğu 1056 manat məbləğində ziyanı tamamilə ödəməsini, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş "xxxx" ASC-nin Mingəçevir Branch filialının xx.xx.2023-cü il tarixli 30451 №-li ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına təbiətə vurduğu 1056 manat ziyanı ödəmiş və cinayət işi üzrə mülki iddia tələbi kimi göstərilmiş 1056 manat tamamilə ödənilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən və Elektron Məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il tarixdə doğulmuş Sənan və xx.xx.2014cü il tarixdə doğulmuş Ayan adlı azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan 12 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəməyə cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Təqsirləndirilən şəxs qarşı 1056 manat məbləğində mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, mülki cavabdeh Təqsirləndirilən şəxs vurduğu 1056 manat ziyanı tamamilə ödəməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, mülki iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.2 və 181.2.1–ci maddələrinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini tələb edir. Həmin Məcəllənin 354.1 və 354.1.2-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın rədd edilməsi əks etdirilir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cinayəti törədərkən istifadə etdiyi alət və vasitələr hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlaklar kimi müəyyən olunmuşdur. Belə ki, iş üzrə maddi sübut olan və istintaq zamanı saxlanması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 təhvil verilmiş, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 24 iyun 2023-cü il tarixdə müvafiq akta əsasən fiziki şəxs X4 təhvil verilmiş və təhvil verilərkən 3 manat dəyərində qiymətləndirilmiş 32 ədəd şamayı balıqları dövlət nəfinə müsadirə edilməli və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 222 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun Unibankın Yasamal filialında yerləşən VÖEN: **********, H/H: AZS3UBAZ**********0090AZN001, Kod: 507666, M/h: AZ46NABZ********************, SWİFT: BİK UBAZAZZZ Unibank Yasamal filialı, Z.Xəlilov 65, AZE 1122, VÖEN: ********** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancının 5 (beş) faizi dövlət nəfinə tutulmaqla 08 (səkkiz) ay müddətə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrasına nəzarət Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia təmin edilməsin. İş üzrə maddi sübut olan və istintaq zamanı saxlanması üçün Su NPİ-nin Mingəçevir XPM-nin rəisi Şahid1 təhvil verilmiş, 01 ədəd rezin kombinezon, 02 ədəd hər birinin uzunluğu 40 metr, eni 1,5 metr, gözlərinin ölçüsü 28x28 mm olan jılka adlandırılan sintetik sapdan toxunmuş tor hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs cinayəti törədərkən əldə etdiyi 24 iyun 2023-cü il tarixdə müvafiq akta əsasən fiziki şəxs X4 təhvil verilmiş və təhvil verilərkən 3 manat dəyərində qiymətləndirilmiş 32 ədəd şamayı balıqları dövlət nəfinə müsadirə edilsin və satışdan əldə olunmuş pul vəsaiti dövlət büdcəsinə keçirilsin. Vəkil X6 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 222 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun Unibankın Yasamal filialında yerləşən VÖEN: **********, H/H: AZS3UBAZ**********0090AZN001, Kod: 507666, M/h: AZ46NABZ********************, SWİFT: BİK UBAZAZZZ Unibank Yasamal filialı, Z.Xəlilov 65, AZE 1122, VÖEN: ********** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-134/2023
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-134/2023
15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver