Məhkəmə qərarları › İş №1(051)-135/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-135/2022

11.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-135/2022 11.11.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1958-ci ildə Yevlax rayon Havarlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Yevlax rayonu Havarlı kənd orta məktəbində direktor müavini işləyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Havarlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 X6 xidmət edib əmək pensiyası almaq üçün qanunla müəyyən edilmiş müddəti başa vurmadan xidmətdən vaxtından əvvəl xaric olunmasına baxmayaraq əmək pensiyası almasına köməklik edəcəyini, yalandan vəd edib Zərərçəkmiş şəxs1 aldadılmasına nail olduqdan sonra 01 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 "xxxx" MMC-nin Bərdə filialından göndərdiyi 6400 (altı min dörd yüz) manat məbləğdə pulu Mingəçevir şəhəri Poçt Filialından alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 6400 (altı min dörd yüz) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 sonuncunun Vətən Müharibəsində iştirak edərək həyata keçirilmiş döyüş əməliyyatlarında yaralanmış övladı X3 təqaüd alması üçün əlillik dərəcəsi almasına kömək edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadılmasına nail olduqdan sonra xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospketində yerləşən Mərkəzi Bazarın yaxınlığında Zərərçəkmiş şəxs2 1300 (min üç yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 1300 (min üç yüz) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 Naftalan şəhərində yaşayan Elgiz adlı tanışının vasitəsi ilə tanımışdı. Belə ki, o, Elgizlə Mingəçevir şəhəri ərazisində görüşüb söhbət edən zaman İsmayıl özünün 1-ci Qarabağ müharibəsində iştirak etdiyini, həmin döyüşlərdə yaralandığını bildirərək döyüşlərdə yaralandığı üçün sığorta almaq istədiyini ona bildirdi. Elgiz ondan sığorta almasına kömək etməyini xahiş etdi. O da bu barədə maraqlanıb bir söz deyəcəyini Elgizə dedi. xx.xx.2020-ci il tarixdə İsmayıl poçt vasitəsi ilə onun adına 6400 (altı min dörd yüz) manat məbləğdə pul göndərdi. O da həmin pulu Mingəçevir şəhəri S.Vurğun küçəsində yerləşən Mərkəzi Poçtdan götürdü. Bundan sonra o, İsmayıldan aldığı pulu nəvəsinin müalicəsinə sərf etmişdir. Lakin sığorta şirkətindən maraqlanaraq İsmayılın sığortanı ala bilməyəcəyini bildi. Bu barədə İsmayıla məlumat verdi. Həmçinin, İsmayıla ondan aldığı pulu hissə-hissə qaytara biləcəyini də dedi. Lakin, İsmayıl ona bir qədər də sığortanın düzəlməsini gözləyə biləcəyini dedi. Sonradan keçən müddət ərizində də sığorta ilə bağlı hər hansı irəliləyiş olmadı, buna görə də İsmayıldan aldığı pulu geri qaytarmaq istədi, lakin İsmayıl pulu götürməyərək tam şəkildə ödənilməsini tələb etdi. Sonradan da İsmayıl onun barəsində şikayət ərizələri ilə müraciət etdi. Bundan başqa Zərərçəkmiş şəxs2 İlhamə adlı qadının vasitəsi ilə tanımışdı. Söhbət zamanı İlhamə ona qohumlarının övladının 2-ci Qarabağ Müharibəsində yaralanmasına baxmayaraq əlilllik dərəcəsi ala bilmədiyini bildirdi. O da İlhaməyə qohumuna kömək göstərə biləcəyini dedi. Bir müddət sonra Rövşən telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq ondan övladına əllik dərəcəsi alması üçün kömək edə biləcəyini soruşdu, o da Rövşən köməklik edə biləcəyini dedi. Bundan sonra o, 04.032022-ci il tarixdə Mingəçevir şəhər Mərkəzi Bazarın yaxınlığında Rövşənlə görüşdü, həmin zaman Rövşən ona 1300 manat məbləğdə pul və övladına aid sənədlərin surətini təqdim etdi. O da həmin pulların müqabilində Rövşənin övladı Orxana əlillik dərəcəsi almasına kömək göstərməyi vəd etdi. O, Rövşənin adından da müxtəlif instansiyalara müraciət etsə də onun övladına əllik dərəcəsi alması üçün hər hansı köməklik göstərə bilmədi. Əldə etdiyi pulu isə gündəlik xərclərə sərf etdi. Əməlindən peşimandır. Hazırda zərərçəkmiş şəxslərə vurulmuş olduğu zərəri tam ödəmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmişlər, lakin sonra məhkəməyə gəlməmişlər. Zərərçəkmiş şəxs1 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, o, 1993-cü ildən 1999-cu ilədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağdərə rayon X9 Patrul Xidmətinin polis nəfəri vəzifəsində xidmət etmiş, 1-ci Qarabağ müharibəsiNDƏ iştirak etmiş və döyüşlər zamanı yaralanmışdır. Ümumilikdə güzəştlər də hesablanmaqla 17,6 il əmək stajı var. 1999-cu ildə səhhətində yaranmış narahatlıqla bağlı öz ərizəsi əsasında xidmətdən xaric olunmuşdur. Lakin xidmət illərinə baxmayaraq əmək pensiyası ala bilmir. Təqsirləndirilən şəxs tanışı Şahid2 vasitəsi ilə tanıyıbdır. Elgizlə görüşən zaman iş stajına baxmayaraq pensiya ala bilməməyindən şikayətlənmişdir. Söhbət zamanı Elgiz ona Təqsirləndirilən şəxs adlı tanışı olduğunu, həmin şəxsin ona pensiya almağa köməklik edə biləcəyini, Namiqlə ailəvi münasibəti olduğunu və Namiqin müxtəlif şəxslərə kömək göstərdiyini demişdir. Bundan sonra Şahid2 vasitəsi ilə 2020-ci ilin noyabr ayında Mingəçevir şəhəri ərazisində Namiqlə görüşmüşdür. Həmin zaman onlar 3 nəfər olmuşlar. O, Namiq və tanışı Şahin. Söhbət zamanı Namiq ona 3 ay müddətinə pensiyanın düzəldilməsinə köməklik edəcəyini deyərək, həmçinin bunun müqabillində 6400 manat məbləğdə pul istəmişdir. O da Namiqlə razılaşmış, lakin Namiqə həmin pulu bir neçə gündən sonra poçt vasitəsi ilə göndərə biləcəyini demişdir. Namiq də onunla razılaşmışdır. Bundan sonra birlikdə Namiq, Elgiz, Şahin və o, Mingəçevir şəhərində yerləşən Asan Xidmət Mərkəzinə getmişlər. Orda o, əmək kitabçasının, şəxsiyyət vəsiqəsinin və hərbi biletin surətlərini çıxarıb Namiqə vermişdir. Daha sonra yaşadığı ünvana qayıtmışdır. xx.xx.2020-ci il tarixdə Bərdə şəhərində yerləşən Mərkəzi Poçta gedib oradan Təqsirləndirilən şəxs adına 6400 manat məbləğdə pul göndərmişdir. Həmin pulu Təqsirləndirilən şəxs göndərməyi barədə müvafiq qəbzi də araşdırma dövründə təqdim etmişdir. Pulu göndərdikdən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlamış Namiq də ona həmin pulu poçtdan götürdüyünü bildirmişdir. Bundan sonra ötən müddət ərizində Namiq hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu geri qaytarmamış və eləcə də vəd etdiyi işi görməmişdir. Buna görə o, hüququ mühafizə orqanlarına şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 iş üzrə əvvəlki məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdi ki, təxminən 2022-ci ilin mart ayında qohumları Şahid3 onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq bir nəfər şəxslə tanış olduğunu, həmin şəxsin əlllik dərəcəsi almağa köməklik göstərdiyini, onun özünün də sosial müavinət alması üçün həmin şəxsə pul verdiyini bildirmişdir. O da İlhamədən həmin şəxsin, yəni Təqsirləndirilən şəxs mobil telefon nömrəsini alıb həmin şəxslə əlaqə saxlamışdır. Söhbət zamanı Namiq özünü müəllim kimi təqdim etmiş və o, Namiqə problemi barədə məlumat verdikdən sonra Namiq onun övladının əlillik dərəcəsi almasına köməklik göstərə biləcəyini bildirmişdir. Bunun üçün Namiq ondan 1500 manat məbləğdə pul istəmişdir. O isə Namiqə həmin məbləğdə pulu verə bilməyəcəyini demişdir. Bundan sonra onun dəfələrlə onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq övladına əllik dərəcəsi almağa köməklik göstərməsi üçün pul istəmişdir. O da Namiqin təkidindən sonra Namiqin vədlərinə inanıb razılaşmış ki, Namiqə 1300 manat məbləğdə pul verər. Bundan sonra 2022-ci ilin mart ayında Namiqlə Mingəçevir şəhəri ərazisində görüşmüş, həmin zaman Mingəçevir şəhər Mərkəzi Bazarının yaxınlığında o, Namiqə 1300 manat məbləğdə pul və digər sənədlərin surətini vermişdir. Namiq də həmin zaman ona söz vermiş ki, 2022-ci ilin aprel ayının əvvəllərində oğlunun əllik dərəcəsi almasını həll edəcəkdir. Lakin, sonradan o, Namiqlə dəfələrlə əlaqə saxlasa da Namiq nə verdiyi pulu geri qaytarmış, nə də ki, övladının əllik dərəcəsi almasına köməklik göstərməmişdir. Ona görə də şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur.Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Şahid2 məhkəmə iclasında ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, tanıyır. Belə ki, İsmayılla birlikdə X6 xidmət etmişlər. Zərərçəkmiş şəxs1 pensiya yaşına çatmamış öz ərizəsi ilə X4 xidmətdən xaric olunubdur. Buna görə də İsmayıl əmək pensiyası ala bilmir. 2020-ci ilin avqust ayında övladı Akif Süleymanov ona təsadüfən tanıdığı bir nəfər şəxsin sığorta və digər məsələlərdə müxtəlif işləri həll edən olduğunu bildirdi. Belə ki, Akif həmin şəxsin yanında söhbət edərkən onun da 1-ci Qarabağ müharibəsində iştirak etməyi və döyüşlərdə yaralanmağı barədə məlumat vermişdi. O da həmin şəxslə görüşdükdə həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etdi. Söhbət zamanı Namiq ona pensiya, təqaüd və sosial müavinət alınması ilə bağlı işləri həll edə bildiyini dedi. O da Namiqin kim olması ilə maraqlandıqda Namiq özünü Yevlax rayonu Havarlı kənd orta məktəbinin direktor müavini olduğunu bildirdi. O da Namiqin müəllim olmasını bildikdən sonra Namiqə inandı. Keçmiş iş yoldaşı olan Zərərçəkmiş şəxs1 də həmin vaxtlar əmək pensiyası almaq istəmişdir. O da bu barədə İsmayıla məlumat verdi. Sonradan İsmayıl da Namiqlə telefon vasitəsi ilə əlaqə saxlayaraq Mingəçevir şəhər ərazisində görüşmək barədə razılaşdılar. Bundan sonra 2020-ci ilin noyabr ayında o, İsmayıl və dostu Şahid1 birlikdə Mingəçevir şəhərinə gəldilər. Mingəçevir şəhəri ərazisində Təqsirləndirilən şəxsla görüşdülər. Söhbət zamanı İsmayıl vəziyyətini Namiqə izah etdi, Namiq həmin zaman telefon vasitəsi ilə kiminləsə danışdıqdan sonra onlara İsmayılın pensiya almasına köməklik edə biləcəyini, buna görə də 6500 manat məbləğdə pul verməli olduğunu dedi. İsmayıl da Namiqlə razılaşaraq pulu bir neçə gün sonra verə biləcəyini Namiqə dedi. Bundan sonra onlar oradan aralaşıb getdilər. 2020-ci ilin dekabr ayının əvvəllərində İsmayıl poçt vasitəsi ilə Namiqə 6400 manat məbləğdə pul göndərdi, Namiq isə həmin pulu Mingəçevir şəhəri Poçt filialından götürdü. Lakin, keçən müddət ərizində Namiq nə vəd etdiyi işi həll etdi, nə də ki, İsmayıldan aldığı pulu geri qaytardı. Şahid1 da məhkəmə iclasında digər Şahid2 ifadəsinə uyğun ifadə verdi. Şahid3 məhkəmə iclasında ifadəsində bildirdi ki, 2022-c ilin fevral ayının əvvəllərində Mingəçevir şəhəri Kolxoz Bazarına gətirdiyi kənd təssərrüfatı mallarını satıb avtobusla yaşadığı kəndə geri qayıdarkən avtobusda bir nəfər şəxsin sürücü ilə söhbət etdiyini eşitdi. Həmin şəxs söhbət zamanı sürücüyə müxtəlif işlərin görülməsində kömək göstərdiyini bildirdi. O, avtobus sürücüsünü tanıdığı üçün sürücü ilə maraqlanarkən sürücü də ona həmin şəxsin adının Namiq olduğunu, Yevlax rayonu Havarlı kəndində yaşadığını və müəllim işlədiyini istənilən işlərin həll edilməsində kömək göstərə biləcəyini dedi. O da Namiqə 2 övladının əlil olduğunu, buna görə də sosial müavinət almağına kömək göstərə bilib-bilməyəcəyini soruşdu, Namiq də ona köməklik edə biləcəyini bunun üçün 500 manat məbləğdə pul verməli olduğunu dedi. Həmin zaman onlar bir-birinin mobil telefon nömrələrini götürüb aralaşdılar. Bundan sonra Namiq dəfələrlə onunla əlaqə saxlayaraq görüşmək istədiyini, sosial müavinət almağına kömək göstərməyi üçün pul verməyini dedi. O da Namiqə pulunun olmadığını bildirdikdə Namiq də ona təcili pul tapıb verməyini bildirdi. Bundan sonra 400 manat pul əldə edib zəng edərək Namiqlə Mingəçevir şəhəri H.Əliyev prospketində yerləşən Mərkəzi Bazarın yaxınlığında görüşdülər. Söhbət zamanı o, Namiqə 400 manat məbləğdə pul və müxtəlif sənədlərin surətini verdi. Lakin həmin vaxtdan sonra Namiq hər dəfə müxtəlif bəhanələr gətirərək nə ona vəd etdiyi kimi sosial müavinət düzəldilməsinə köməklik etdi, nədə ki, pulu geri qaytarmadı. Ona bildirir ki, Zərərçəkmiş şəxs2 da uzun müddətdir ki, tanıyır. Belə ki, onların qohumluq münasibətləri var. Rövşənin övladı Orxan da 2-ci Qarabağ Müharibəsində iştirak etmiş və bədənindən müxtəlif xəsarətlər almışdı. Lakin Orxana əlillik dərəcəsi verilmir. Buna görə o, Rövşənlə telefon vasitəsi ilə əlqə saxlayaraq Namiq adlı şəxs barədə Rövşənə də məlumat verdi. Rövşən də Namiqlə əlaqə saxlamış və görüşüb söhbət etmişlər. Namiq Rövşənə də oğluna əlillik dərəcəsi almasına kömək etməyi vəd edərək Rövşəndən 1300 manat məbləğdə pul aldı, Rövşənə də hər hansı kömək göstərməmiş və ya pulunu geri qaytarmamışdı. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik halları araşdırıb, iş üzrə sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 X6 xidmət edib əmək pensiyası almaq üçün qanunla müəyyən edilmiş müddəti başa vurmadan xidmətdən vaxtından əvvəl xaric olunmasına baxmayaraq əmək pensiyası almasına kömək edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs1 aldadılmasına nail olduqdan sonra 01 dekabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 Azərpoçt MMC-nin Bərdə filialından göndərdiyi 6400 (altı min dörd yüz) manat məbləğdə pulu Mingəçevir şəhəri Poçt Filialından alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 ümumilikdə 6400 (altı min dörd yüz) manat məbləğdə, yəni xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 sonuncunun Vətən Müharibəsində iştirak edərək həyata keçirilmiş döyüş əməliyyatlarında yaralanmış övladı X3 təqaüd alması üçün əlillik dərəcəsi almasına kömək edəcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadılmasına nail olduqdan sonra xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospketində yerləşən Mərkəzi Bazarın yaxınlığında Zərərçəkmiş şəxs2 1300 (min üç yüz) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 ümumilikdə 1300 (min üç yüz) manat məbləğdə maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün məhkəmə iclasında etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, işdə olan digər sənədlərlə sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ya ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 147-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 135-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşə əlavə olunmuş Yevlax rayon Malik Əsədov adına Havarlı kənd tam orta məktəbinin direktorunun 11 noyabr 2022-ci il tarixli, 735 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin məktəbdə 1980-ci ildən 2000-ci ilə kimi müəllim, 2000-ci ildən 2022-ci ilə kimi direktor müavini işləyir. İşə əlavə olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizələrindən görünür ki, onlara dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayətləri və tələbləri yoxdur. Cəza təyin edilərkən təqsirləndirilən şəxs X2 əməlini etiraf edib peşiman olması, dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, yaşayış yerində müsbət xarakterizə olunması, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza növünün təyin olunması məsələsini həll edərkən cinayətin xarakterini, törədilmiş cinayətin az ağır cinayət olmasını, cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. İşin 75-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında 19 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 128-129-cu vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin 21 may 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən dərhal azad olunmuşdur. Təqsirləndirilən şəxs 19 may 2022-ci ildən 21 may 2022-ci il tarixə kimi şübhəli şəxs kimi tutulduğu 2(iki) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə 2 (iki) gün hesabı ilə 4 (dörd) gün təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Yevlax rayon ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki tələb yoxdur. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351- 353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2(iki)il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 19 may 2022-ci ildən 21 may 2022-ci il tarixədək-2 gün şübhəli şəxs qismində saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün (4 gün) bərabər tutulmaqla, ona təyin edilmiş 2(iki)il 6(altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzasının əvvəli İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs üzərinə Yevlax rayonun ərazi hüdüdlarını, eləcə də saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar